Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
ПМА "В-1" və ПМА "В-2" aşqarları
В.G.Timiryasov adına Kazan İnnovativ Universiteti
Nature
Nature (azərb. təbiət‎) — Britaniyada çap olunan, çağdaş dəqiq elmlərin bir çox sahəsini əhatə edən elmi jurnal. Science jurnalı ilə birlikdə dünyanın ən önəmli və vurucu elmi nəticələrinin nəşr edildiyi bir neçə jurnaldan biri sayılır. == Haqqında == Çağdaş elmin bir çox böyük inqilabi elmi kəşf və araşdırmaları ilk dəfə Nature jurnalında dərc olunmuşdur: Watson və Crick tərəfindən 1953-də DNT quruluşunun kəşfi J. D. Watson and F. H. C. Crick (1953). "Molecular structure of Nucleic Acids: A structure for deoxyribose nucleic acid". Nature. 171 (4356): 737–738. İnsan DNT ardıcıllığının ilk dəfə çıxarılması - International Human Genome Sequencing Consortium (2001). "Initial sequencing and analysis of the human genome" İlk dəfə bir protein (miyoqlobin) strukturunun fəza quruluşunun çıxarılması - J. C. Kendrew, G. Bodo, H. M. Dintzis, R. G. Parrish, H. Wyckoff and D. C. Phillips (1958). "A three-dimensional model of the myoglobin molecule obtained by X-ray analysis".
Natura
Natura (latın:natura – təbiət) — təsviri sənətdə – təsvir prosesində rəssam və ya heykəltəraşın bilavasitə müşahidə etdiyi gerçəkliyin real obyektləri (insan, əşya, landşaft). Sənətçinin maddi aləmə münasibəti və yaradıcılıq məqsədi naturanın seçilməsində və onun təsvirində təzahür edir. Bilavasitə naturadan istifadə etməklə portret, mənzərə, natürmort və s. əsərlər yaradılır. Digər janrlara aid əsərlər üçün köməkçi etüd, eskiz və rəsmlər yaradılarkən bilavasitə naturadan istifadə edilə bilər. == Ədəbiyyat == ASE, VII cild, Bakı, 1983. səh. 165.
Natturə
Aysor Xalq Qvardiyası – Natturə (süry. ܢܛܘܪ̈ܐ ܕܬܠ ܬܡܪ ܐܫܘܪܝܐ ; ərəb. اللجنه الشعبيه للحرس الأشوري‎) — Suriya Demokratik Qüvvələrinin aysor milis qüvvəsi. O, Şimali və Şərqi Suriyanın Muxtar İdarəsində aysor əhalisinin çox olduğu bir region olan Əl-Həsəkənin şimal-qərbindəki Xabur vadisindəki Təll-Təmr qəsəbəsində yerləşir. Rəsmi olaraq bitərəf olsalar da, Xabur Mühafizəçiləri de-fakto Aysor Demokratik Partiyasına bağlıdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Rashid, Bedir Mulla. Military and Security Structures of the Autonomous Administration in Syria. Obaida Hitto tərəfindən tərcümə olunub. Istanbul: Omran for Strategic Studies. 2018.
Human Nature
Human Nature — Maykl Ceksonun "Thriller" albomundakı mahnılardan biri.
Systema Naturae
Systema Naturae (Latınca) İsveçli botanik, zooloq və həkim Carolus Linnaeusun (1707–1778) ən vacib əsərlərindən biridir və Linnaeus Taksonomiyasını təklif edir. Bu gün ikili adlandırma olaraq bilinən bu sistem, həqiqətdə Linnaeusdan 200 il əvvəl Gaspard və Johann Bauhin qardaşları tərəfindən qismən inkişaf etdirilsə də, Linnaeus bu sistemdən kitabında ardıcıl olaraq ilk istifadə edən ilk insandır. Kitabın ilk nəşri 1735-ci ildə edilmişdir. 1758-ci ildə nəşr olunan ən vacib nəşri sayılan kitabın 10-cu nəşrinin tam adı Latın dilində belədir: “Systema naturæ per regna tria naturæ, secundum classes, ordines, genera, species, cum characteribus, differentiis, synonymis, locistir”. Bu sözləri Azərbaycan dilinə aşağıdakı şəkildə tərcümə etmək mümkündür: “Siniflər, dəstələr, cinslər və növlərinə görə; xarakterləri, fərqlilikləri, sinonimləri və yerləşmə yerləri ilə birlikdə; təbiətin üç aləmi daxilində təbiətin sistematikası” Bu kitabın 10-cu nəşri (1758) zooloji təsnifatın başlanğıc nöqtəsi hesab olunur. Linnaeus 1766 və 1768 arasında özünün sonuncu daha da inkişaf etdirilmiş 12-ci nəşrini etdirmişdir. Daha da çox inkişaf etdirilmiş və eyni tərzdə yazılmış “Systema Naturae” adlı əsər, Johann Friedrich Gmelin tərəfindən 1788 - 1793 arasında nəşr edilmişdir. Bu son əsər zooloqlar tərəfindən iyirminci əsrin əvvəllərindən bəri eyni seriyanın sonuncu nəşri kimi qəbul edilmişdir. Bundan əlavə, bu əsər rəsmi olaraq Beynəlxalq Zooloji Nomenklatura Komissiyasının 296-cı qanunu (26 oktyabr 1954) ilə Systema Naturae seriyasının 13-cü nəşri olaraq qəbul edilmişdir.
Natur (İran)
Natur (fars. ناطور‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (18 ailə).
European Nature Information System
Avropa ətraf mühit agentliyi (ing. European Environment Agency; qısaca: EEA) - ətraf mühit haqqında müstəqil məlumat verən Avropa İttifaqının (Aİ) agentliyidir. == Tərifi == Avropa Ətraf Mühit Agentliyi (EEA) ətraf mühit haqqında müstəqil məlumat verən Avropa İttifaqının (Aİ) agentliyidir. Onun məqsədi ekoloji siyasətin işlənib hazırlanmasında, həyata keçirilməsində və qiymətləndirilməsində iştirak edənlərə kömək etmək və geniş ictimaiyyəti məlumatlandırmaqdır. == Üzv ölkələr == Təşkilata əsasən Avropa İttifaqına üzv dövlətlər üzvdürlər; lakin digər dövlətlər də onlarla Aİ arasında bağlanmış müqavilələr vasitəsilə onun üzvü ola bilərlər. O, üzvlüyünü 13 namizəd ölkəyə açan ilk Aİ orqanı olmuşdur (2004-cü ildən əvvəlki genişlənmə dövründə). EEA-ya 32 üzv və altı əməkdaşlıq edən ölkə daxildir. Üzvlər İslandiya, Lixtenşteyn, Norveç, İsveçrə və Türkiyə ilə birlikdə Avropa İttifaqının 27 üzvüdür. 2020-ci ildəki Brexitdən bəri Böyük Britaniya artıq Aİ-nin üzvü deyil və buna görə də EEA-nın üzvü deyil. Altı Qərbi Balkan ölkəsi əməkdaşlıq edən ölkələrdir: Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Şimali Makedoniya, Serbiya, həmçinin BMT Təhlükəsizlik Şurasının 1244/99 saylı qətnaməsinə əsasən Kosovo.
Saturn V
Saturn V ("Saturn Beş" kimi oxunur) — ABŞ istehsalı olan birdəfəlik istifadə üçün nəzərdə tutulmuş insan daşıya bilən raketdir və 1967 ilə 1973 arasında NASA-nın Apollon və Skylab proqramlarında istifadə edilmişdir. NASA, bu çox mərhələli maye yanacaqla işləyən çox ağır daşıyıcı raketi 13 dəfə Kennedi Kosmik Mərkəzindən — Floridadan heyət və yük itkisi olmadan kosmosa buraxmışdır. Mövcud olan ən uzun, ən ağır və ən güclü raketdir və hələ də ən ağır raket daşıyıcısı tutumu rekordunu əlində saxlayır. Saturn raket ailəsinin ən böyük istehsal modeli olan Saturn Verner fon Braun və Artur Rudolf adlı şəxslərin rəhbərliyi altında, Alabama ştatının Hantsvill şəhərindəki Marşal Kosmik Uçuş Mərkəzində Boeing, North American Aviation, Douglas Aircraft Company və IBM şirkətlərinin baş podratçılığı ilə dizayn edilmişdir. Von Braunun tərəfindən hazırlanmış dizayn qismən İkinci Dünya Müharibəsi dövründə Hitler Almaniyasında hazırladığı Aggregate seriyası, xüsusilə A-10, A-11 və A-12 modelli raketlərə əsaslanır. İndiyə qədər Saturn V insanları alçaq yer orbitindən kənarda daşıyan yeganə raket daşıyıcısıdır. 1968-ci ilin dekabr ayından və 1972 dekabr ayına qədərki 4 il ərzində cəmi 24 astronavt (3 astronavtı bir dəfədən çox aparmışdır) aya aparmışdır. == Tarixçə == Saturn V raketinin mənşəyi ABŞ-də Prezident Harri Truman tərəfindən 1946-cı ilin sentyabrında qüvvəyə mindirilmiş Kağız sancağı əməliyyatı (Operation Paperclip) çərçivəsində Wernher von Braun başda olmaqla 700 ətrafında Alman aliminin seçilməsi ilə başlamışdır. == Texnologiya == 3039 ton ağırlığında olan Saturn V 3 təbəqədən ibarətdir. Bu 3 təbəqə 2 növ raket mühərrikindən ibarətdir.
V
V — Latın qrafikalı Azərbaycan əlifbasında 30-cu hərf, 23 samitdən biri. Cingiltili samitdir, kar qarşılığı f samitidir. Finikiya əlifbasında mıxa oxşadığı üçün "vav" ("mıx") adlanırdı. Kiril qrafikalı əlifbada rast gəlinən "B" Yunan əlifbasındakı "β" "beta" hərfi əsasında qurulmuşdur.
International Union for Conservation of Nature
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi (ing. International Union for Conservation of Nature and Natural Resources), qısaca ing. IUCN) — 1948-ci ildə yaradılmışdır. Mərkəzi iqamətgahı İsveçrənin Qland şəhərində yerləşir. Qurum özündə aidiyətli 89 dövlət, 109 hökumət, 800 dən çox qeyri-hökumət təşkilatını və elmi tədqiqat institut ya mərkəzlərini birləşdirir. Məhvolma təhlükəsi == Tarixi == Ən yaşlı və müstəqil orqan olan Beynəlxalq Təbiətin Mühafizəsi İttifaqı (IUCN) 1948-ci ildən etibarən 77 il fəaliyyət göstərir. Birliyin fəaliyyət proqramı 1979-cu ildə qəbul edilmiş Dünya Ətraf Mühit Strategiyası tərəfindən tənzimlənir.UNESCO, ECOSOC və FAO-nun məsləhətçisi statusu olan IUCN, 78 ölkəni, 900-ə yaxın hökumət və ictimai təşkilatını, 181 dövlətdən 12000-dən çox alim və mütəxəssisdən ibarətdir. Birlik Qırmızı Kitab, məşhur elmi ədəbiyyat, serial və xüsusi məsələləri dərc edir. İsveçrə Cövhərində yerləşən birliyin qərargahı heç vaxt yerini dəyişdirməmişdir. 1992-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş ətraf mühit və inkişaf üzrə BMT konfransı "XXI əsrin gündəliyi", "Rio Bəyannaməsi" və digər sənədləri əhatə edən müasir cəmiyyətin Davamlı İnkişafa keçid konsepsiyasını qəbul etdi.
Systema Naturae əsərinin X nəşri
Systema Naturae əsərinin X nəşri, Karl Linnaeus tərəfindən yazılmış, zooloji təsnifatın başlanğıc nöqtəsi olaraq qəbul edilən və 1758–1759-cu illər arasında nəşr olunmuş bir kitabdır. Linnaeus bu kitabda heyvanlar üçün ikili adlandırma metodunu təqdim edir. Linnaeus 1753-cü ildə nəşr etdirdiyi Species Plantarum adlı əsərində bitkilər üçün təsnifat metodunu hazırlamışdır. == Başlanğıc nöqtəsi == Bioloji kataloqların əksəriyyəti 1758-dən əvvəlki təqdim etdikləri taksonlar üçün, Systema Naturaenin əvvəlki nəşrləri də daxil olmaqla, müxtəlif əsərlərdən götürdükləri çox sözlü adlandırmalardan istifadə edirdilər. Heyvanlar aləmi üçün ikili adlandırma metodunu ardıcıl olaraq istifadə edən ilk əsər Systema Naturae əsərinin 10-cu nəşridir. Buna görə də Beynəlxalq Zooloji Nomenklatura Komissiyası 1 yanvar 1758-ci ili zooloji təsnifatın "başlanğıc nöqtəsi" olaraq seçmiş və Systema Naturaenin 10-cu nəşrinə həmin tarixdə nəşr olunmuş kimi istinad edilməsini tövsiyə etmişdir. Qaydalara uyğun olaraq verilsə də, bu tarixə qədər nəşr olunan elmi təsnifat üçün istifadə olunan adlar etibarlı sayılmır. 10-cu nəşrdən daha əvvəl olduğu və prioritet sayılan yeganə əsər Carl Alexander Clerck-in 1757-ci ildə nəşr olunan Svenska Spindlar (İsveç dilində) və ya Aranei Suecici (Latınca) əsəridir və yenə bu əsərə də 1 yanvar 1758-ci ildə çıxmış kimi də istinad edilir.
Kanal V
Kanal V — Antalyada yayım edən televiziya kanalı. == Haqqında == 20 dekabr 1992-ci il Erdal Önər tərəfindən yaradılan Vip Tv kanalı,1998–2000 illəri arasında musiqi kanalı kimi olmuşdur.2000-ci illərin başlanğıcında " KadıAhmetoğulları’’-nın alması ilə kanalın adı dəyişdirilərək Kanal Vip oldu.2005-ci ildə kanal VTV adı ilə yayımlanmış, 2015-ci ilin sonlarında isə Kanal V olmuşdur. == Yayımlanması == 2002-ci ildə Türksat Kablo TV-də yayına başladıqdan sonra 2011-ci il Cumhuriyet (qəzet)-nin Antalya təmsilcisi Ahmet Oruçoğlunun satın alması ilə 2012-ci ildə sputnik üzərindən yayıma başlamışdır.2017-ci lin fevral ayından etibarən Kanal V-nin yeni sahibi Mehmet Okan Kayadır. Kanal V Antalya içində karasal yayın və Kablo TV-də, Türkiyədə isə Türksat 4A və D-Smart platformalarında yerləşir. == Şüarın yaranması və Xarici əlaqələri == Antalyada olan kanallardan ART Akdeniz TV 2016-da yayımlamağa durdu. Nəticə də Kanal V ‘‘Antalya’nın Tek Televizyonu’’ şüarını mənimsəmiştir.
System V
System V (Unix System V) – Unix sisteminin AT&T və başqa şirkətlər tərəfindən təqdim olunan versiyası. Bir tərəfdən, System V, əsasən AT&T tərəfindən nəzarət olunan standartdır, başqa tərəfdən, bir çox şirkətlərin təklif etdiyi kommersiya məhsuludur. Ayrı-ayrı versiyalar nömrələnir, məsələn, System V.4 onu bildirir ki, o, 4 versiyasıdır. Sistem V-nin dörd əsas versiyası 1, 2, 3 və 4 saylı nömrələrə buraxılmışdır. System V Release 4 və ya SVR4 kommersiya cəhətdən ən uğurlu versiya idi və "Unix Sistem Birləşməsi" Əsas Unix təchizatçılarının əməkdaşlığını istədi. Bir neçə ümumi kommersiya Unix xüsusiyyətinin mənbəyi idi. Sistem V bəzən SysV-ə qısaldılır.2012-ci ildən etibarən Unix bazarı dörd V Variantları arasında bölünür: IBM AIX, Hewlett-Packard HP-UX, Oracle Solaris. [1] Açıq mənbə OpenSolaris davamı olan illumos paylamaları. Sistem V, 1982-ci ildə UNIX Sistemi III-nin varisidir. AT & T, Sistem V-ni işləyən öz donanımlarını satarkən, əksər müştərilər AT & T-nin tətbiqinə əsaslanan bir dilerdən bir versiyasını yerinə yetirdilər.
V-2
“Fau-2” (alm. V-2 — Vergeltungswaffe-2‎, qisas silahı; digər adı — alm. А-4 — Aggregat-4‎, aqreqat) — dünyada uzaq mənzilli ilk ballistik raket. Raket alman konstruktor Verner fon Braun tərəfindən hazırlanmış və İkinci dünya müharibəsinin sonlarına yaxın Vermaxtın silah arsenalına alınmışdır. İlk dəfə Yerin kosmosdan şəklini çəkmişdi. Raket qəzaya məruz qaldı, lakin kamera olan qutunu çıxarmaq mümkün olmuşdu. Raketin ilk buraxılışı 1942-ci ilin martında, ilk hərbi məqsədli buraxılışı isə 8 sentyabr 1944-cü ildə baş tutmuşdur. Buraxılan döyüş raketlərinin sayı 3225 olub. O, əsasən mülki əhaliyə (2700-ə yaxın insan həlak olub, əsasən Böyük Britaniya ərazisi, xüsusən də sahəsinin irimiqyaslılığı ilə seçilən London şəhəri) qorxutmaq məqsədilə istifadə edilib. Raket birpilləli olub, maye yanacaqla işləyən raket mühərrikinə malik olmuş, şaquli şəkildə buraxılmış və trayektoriyanın aktiv hissəsində proqram mexanizmi və sürəti ölçmək üçün alətlərlə təchiz edilmiş avtonom giroskopik idarəetmə sistemi işə düşüb.
V.92
V.92 – 2000-ci ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ, ing. International Telecommunications Union) tərəfindən təsdiq olunmuş standart. Telefon xətləri üzərindən verilənlərin modem vasitəsilə ötürülməsi üçün nəzərdə tutulub. Onun başlıca üstünlükləri: abonent informasiyasının ötürülmə sürətinin 48 Kbit/san sürətədək yüksəldilməsində, bağlantı qurulması müddətinin qısaldılmasında və İnternetdə iş zamanı gələn telefon zənglərinə cavab vermək üçün işin dayandırılması və danışıq bitdikdən sonra onun avtomatik bərpası imkanının olmasındadır. == V.44 == V.44 – 2000-ci ildə ITU-T tərəfindən qəbul olunmuş və modemlə ötürülən verilənlərin sıxılması üçün standart. Üst-üstə düşən sətirlərin axtarışı zamanı Lempel-Ziv metoduna əsaslanır. V.42bis ilə müqayisədə sıxma dərəcəsi müxtəlif fayllarda orta hesabla 26% yüksək olur ki, bu da analoq modemlərin məhsuldarlığını artırır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
V.Volodarksi
V.Volodarski (rus. Володарский; 11 dekabr 1891, Ostropol[d], Volın quberniyası[d] – 20 iyun 1918, Petroqrad) — marksist inqilabçı və sovet siyasətçisi. 1918-ci ildə sui-qəsd nəticəsində öldürüldü. == Bioqrafiya == === Erkən yaşlarda === V.Volodarski Rusiya İmperiyasının (indiki Ukrayna) Volınya qubernatorluğunda, Ostropolda yəhudi sənətkar ailəsində anadan olmuşdur. === İnqilabi siyasət === 1905-ci ildə Litva, Polşa və Rusiyada Ümumi Yəhudi Fəhlə inqilabi fəaliyyətlərdə iştirak etdi, lakin tezliklə Rusiya Sosial Demokratik Fəhlə Partiyasının menşevik fraksiyası ilə birləşən Ukrayna Sosial Demokrat təşkilatı Spilkaya qoşuldu. 1908-ci ildə qısa müddətə həbs edildi, bundan sonra Volıniyada siyasi fəaliyyətlə məşğul oldu. Daha sonra 1911-ci ildə hökumət tərəfindən Arxangelskə sürgün edildi, lakin 1913-cü il amnistiyasına daxil edildi. Davam edən təqiblər onu ABŞ-yə mühacirət etməyə və Filadelfiyada məskunlaşmağa məcbur etdi. Burada o, Beynəlxalq Dərzilər İttifaqında və Sosialist Partiyasında fəallıq göstərmişdir. Birinci Dünya Müharibəsi illərində Volodarski beynəlmiləlçi menşeviklərin tərəfinə keçərək sola keçdi.
V. Volodarksi
V.Volodarski (rus. Володарский; 11 dekabr 1891, Ostropol[d], Volın quberniyası[d] – 20 iyun 1918, Petroqrad) — marksist inqilabçı və sovet siyasətçisi. 1918-ci ildə sui-qəsd nəticəsində öldürüldü. == Bioqrafiya == === Erkən yaşlarda === V.Volodarski Rusiya İmperiyasının (indiki Ukrayna) Volınya qubernatorluğunda, Ostropolda yəhudi sənətkar ailəsində anadan olmuşdur. === İnqilabi siyasət === 1905-ci ildə Litva, Polşa və Rusiyada Ümumi Yəhudi Fəhlə inqilabi fəaliyyətlərdə iştirak etdi, lakin tezliklə Rusiya Sosial Demokratik Fəhlə Partiyasının menşevik fraksiyası ilə birləşən Ukrayna Sosial Demokrat təşkilatı Spilkaya qoşuldu. 1908-ci ildə qısa müddətə həbs edildi, bundan sonra Volıniyada siyasi fəaliyyətlə məşğul oldu. Daha sonra 1911-ci ildə hökumət tərəfindən Arxangelskə sürgün edildi, lakin 1913-cü il amnistiyasına daxil edildi. Davam edən təqiblər onu ABŞ-yə mühacirət etməyə və Filadelfiyada məskunlaşmağa məcbur etdi. Burada o, Beynəlxalq Dərzilər İttifaqında və Sosialist Partiyasında fəallıq göstərmişdir. Birinci Dünya Müharibəsi illərində Volodarski beynəlmiləlçi menşeviklərin tərəfinə keçərək sola keçdi.
V/STOL
V/STOL (ing. Vertical or Short Take-Off and Landing) şaquli və ya qısa məsafəli ərazilərə enmə və ya qalxma deməkdir. Bu spesifikasiyaya malik olan təyyarələr qısa uçuş-enmə zolağından istifadə edirlər və ya kiçik bir əraziyə, məsələn, meşəlik ərazidəki kiçik bir açıq əraziyə şaquli şəkildə enirlər və qalxırlar. Bu xüsusiyyət yanacağa qənaət etməyə imkan verir.
V (dəqiqləşdirmə)
V — Latın qrafikalı Azərbaycan əlifbasında 30-cu hərf. V əsr — əsr. E.ə. V əsr — əsr. V (müğənni) — Koeryalı müğənni. V – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 23-cü element.
V (müğənni)
Kim Taehyung (kor. 김태형; 30 dekabr 1995, Tequ) və ya səhnə adı ilə V —Cənubi Koreyalı müğənni, söz yazarı və aktyordur.2013-cü ildə Big Hit Entertainment (Hybe Corporation) tərəfindən yaradılan BTS (musiqi qrupu)-in üzvüdür. V qrupun adı altında üç solo mahnı buraxdı: 2016-cı ildə "Stigma", 2018-ci ildə "Singularity" və 2020-ci ildə "Inner Child" Cənubi Koreyanın Qaon Rəqəmsal cədvəldə yer alıb. 2019-cu ildə V özünün ilk müstəqil mahnısı olan "Scenery" adlı rəqəmsal trekini buraxdı. O, həmçinin qrup yoldaşı Sokçinilə birlikdə Hvaran dramının soundtrekində göründü. == İlk İllər və təhsil == Kim Tae-hyung, 30 dekabr 1995-ci ildə Cənubi Koreyanda Tequnun So Bölgəsində anadan olub Qonçan əyalətində böyümüşdür. Özündən balaca bir bacısı və bir qardaşı var. V 7-ci sinfə gedərkən saksofon çalmağa başladı və 3 il məşq etməyə davam etdi. O Tequ-da bir seçmədən keçdikdən sonra Big Hit Entertainment üçün stajyer oldu.2014-cü ildə Koreya İncəsənət Liseyini bitirdikdən sonra V Qlobal Kiber Universitetinə daxil oldu — o, 2020-ci ilin avqustunda Yayım və Əyləncə ixtisası üzrə məzun oldu. 2021-ci ildən etibarən o, Hanyang Kiber Universitetində Reklam və Media üzrə Biznesin İdarəedilməsi Magistrinə daxil olub.
V Afonso
V Afonso (port. Afonso V) və ya Afrikalı Afonso (port. Afonso o Africano) (d. 15 yanvar 1432 – ö. 28 avqust 1481) — Aviz sülaləsinə mənsub üçüncü Portuqaliya kralı. == Mənbə == Livermore, H. V. (2003). "Aphonso V". In Gerli, E. Michael (ed.). Medieval Iberia : an encyclopedia. New York: Routledge.
V Alfonso
V Alicənab Alfonso
V Baqrat
V Baqrat (gürc. ბაგრატ V დიდი ;XIV əsr – 1393, Tiflis) — 1360-1393-cü illər arasında hökm sürmüş Gürcüstan çarı. == Həyatı == Atası IX Davidin ölümündən sonra 1360-cı ildə Gürcüstan taxtına oturdu. Onun tacqoyma mərasimi Kutaisidə həyata keçirildi. İlk evliliyi Trabzon imperatorunun qızı Helena Komninoy ilə baş tutdu. Helena Komninoyun ölümündən sonra ikinci evliliyi yenə Trabzon imperatorunun qızı Anna Komnina ilə reallaşdı. Erməni və yunan salnaməçilərinin ifadələrinə görə, çar bacarıqlı döyüşçü və istedadlı sərkərdə idi. V Baqrat 1385-ci ildə Qızıl Orda xanı Toxtamışla, Teymuri hökmdarı Əmir Teymura qarşı ittifaq bağladı. 1386-cı ilin payızında Əmir Teymurun komandanlığı altında nəhəng bir ordu Gürcüstan krallığının ərazilərinə daxil oldu. Teymur Tiflisi mühasirəyə aldı.
V Bəhram
V Bəhram (pəhl. 𐭥𐭫𐭧𐭫𐭠𐭭 Uəhrām, fars. بهرام پنجم‎ Bəhrām) və ya Bəhram Gur (406 – 438, Midiya) — 15-ci Sasani şahənşahı. 420-438-ci illərdə 21 il hakimiyyətdə olmuşdur.
V Ceyms
V Ceyms (ing. James V of Scotland; 10 aprel 1512 – 14 dekabr 1542) — Şotlandiya kralı. Atasının 1513-cü ildə ingilislərlə döyüşdə öldürülməsinin ardından hələ 1 yaşında ikən Şotlandiya kralı elan olundu. Təkbaşına hakimiyyəti ələ aldığı 1528-ci ilədək hakimiyyət anası Marqarita Tüdor və taxt naibi olan digər əsilzadələrin əlində oldu. Protestantlıq Şotlandiyada məhz onun səltənətində yayılmağa başladı. Digər yandan İngiltərə kralı olan dayısı VIII Henrinin 1530-cu illərdə Roma-Katolik kilsəsiylə bütün münasibətləri kəsməsi nəticəsində Şotlandiya Roma papasının bölgədəki tək dəstəkçisi oldu. 1537-ci ildə Roma papası III Paul tərəfindən Xristian İnancının Qoruyucusu ünvanını aldı. Qazandığı siyasi nüfuz səbəbilə ard-arda 2 fransız əsilzadəsiylə evləndi. Məşuqələrindən doğulan çoxsaylı nigahdan kənar övladının olmasına baxmayaraq, rəsmi nigahlarından yalnız bir qızı dünyaya gəldi. İngilislərlə döyüş meydanında həlak olmasının ardından 1542-ci ilin dekabrında cəmi 6 günlük olan yeganə qızı Mariya Stüart Şotlandiya kraliçası oldu.
Datura
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Saturn
Saturn (planet) — planet. Saturnun peykləri — peyklər Saturn mükafatı — Film Mükafatı.
Xatirə
Xatirə yaxud memuar — oçerk kimi faktiki həyat materialı və sənədlilik əsasında yazılır. Amma oçerkdən fərqli olaraq, xatirədə konkret bir şəxsdən bəhs etmək məhdudiyyəti yoxdur. Xatirədə əsas şərt müəllifin iştirak etdiyi, şahidi olduğu hadisələri təsvir etməkdir. Bundan əlavə, xatirədə həcm məhdudiyyəti də yoxdur. Xatirə həcmcə oçerkdən xeyli böyük də ola bilər. C.MəmmədquIuzadənin "Xatiratım", A.Şaiqin"Keçmiş günlər", Ö.F.Nemanzadənin "Xatirələrim", S.Rüstəmin "Unudulmaz müəllim", M.Hüseynin "Bir ay, bir gün", Anarın "Sizsiz" əsərləri xatirə nümunələridir. Dəqiqlik, tarixi həqiqətin gözlənilməsi memuar janrının mühüm xüsusiyyətləridir. Bu janrda yazılan əsərlərdə şəxsiyyətlərə, hadisələrə müəyyən fərqli yanaşmalar da ola bilər.
Şatura
Şatura — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir.
Azure
Azure — Bakıda yerləşən biznes, yaşayış, ticarət və əyləncə mərkəzindən ibarət çoxfunksiyalı kompleks binası. Kompleksin tərkib hissəsi olan "Megafun" əyləncə mərkəzi Avropanın ən böyük qapalı əyləncə mərkəzi sayılır.Bina Xəzər dənizinin sahilindən 100 metr məsafədə, Ağ Şəhərin yanında, Nobel prospektində yerləşir. == Kompleks == Çoxfunksiyalı Azure Kompleksi – Azərbaycanın tikinti bazarının liderlərindən olan YENİ HAYAT Şirkətlər Qrupu-nun Bakıda gerçəkləşdirdiyi ən innovativ layihələrdən biridir. === Azure Business Center === Azure Business Center postmodern üslubunda hazırlanmış A+ sinifinin 30 mərtəbəli ofis qülləsidır. Göydələnin forması yelkənlər üzərində gəmi yarışını simvollaşdırır, memarlara görə isə müvəffəqiyyət arzusunu simvollaşdırır. Qüllədə 200 ofis binası, konfrans zalı, kino, tibb mərkəzi, kafe və 2000 avtomobil üçün park yeri var. Panoramik liftlərdən istifadə olunur. İş mərkəzində ən son texniki avadanlıqla təchiz olunmuş 200 ofis, konfrans zalları, iclas üçün otaqlar, kafe və restoranlar, xidmət otaqları yerləşir. === Azure Shopping Centre === Azure Shopping Center 4 mərtəbəli 40 000 m²-lik bir ticarət mərkəzidir. 2012-ci ildə açıldı.
Batur
Batur — türk, altay və monqol mifologiyasında, monqol/moğol mənşəli bator/baatar Türkcə "bat" sözünün kökündən gəlir, monqolcada olduğu kimi başqa Türk dillərində də dəyişik formaları var, əfsanələrdə, nağıllarda ümumi olaraq qəhrəman mənasında istifadə edilən söz. Batır, Bağatur, Bogatur, Bagatır, Batar, Bağatar, Bahadır olaraq da deyilir. Vuruşçu, igid adam. Monqolustanın Paytaxtı Ulan-Bator (Ulağan Bağatur)un adının mənası "Qırmızı Qəhrəman" deməkdir. Bu ad hər nə qədər sosialist dövlət tərəfindən qoyulmuş olsa da, monqol tarixi ilə də əlaqəlidir. Qəhrəmanlıq anlayışı bəşəriyyətin və insan olmağın ortaq nəticələrindən biridir. == Etimologiya == Türkcə (Bat/Mat) kökündən törəmişdir. Yıxmaq mənası vardır. Böke köküylə də əlaqəlidir. Böke, daim qazanan deməkdir.
Nabur
Nabur — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi mənbələrdə == Osmanlı imperiyası ilə Rusiya arasında 1727-ci il 12 dekabrda Şamaxı yaxınlığında Nabur kəndində imzalanmış müqaviləyə əsasən ruslar Cavad, Salyan, Şeşpara və Rustov ərazilərinə yiyələndilər. Azərbaycan torpaqlarının qərb hissəsi isə Osmanlııların əlində qaldı. Bu müqavilə tarixdə "Nabur müqaviləsi" adlanır. == Etimologiyası == Nabur oykoniminin adı zülqədər tayfasının nabur tirəsinin adı ilə bağlıdır. Ermənistan ərazisində də eyniadlı kənd qeydə alınmışdır. == Əhalisi == Əhalisi təxminən 5000 nəfərdir. Muğam ustadı Alim Qasımov, general-mayor Əbdül Xalıqov bu kənddə anadan olmuşlar. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti maldarlıq, qoyunçuluq, əkinçilik və qismən arıçılıqdır. == Din == Kənddə Nabur kənd məscidi dini icması fəaliyyət göstərir.
Namur
Nauru
Nauru (nauru. Naoero; ing. Nauru) və ya rəsmi adı ilə Nauru Respublikası (nauru. Repubrikin Naoero; ing. Republic of Nauru) — Sakit okeanda Okeaniya regionunda ada-dövlət. Ölkə köhnədən Pleasant Adası olaraq da bilinir. Nauru Mikroneziyada yerləşən mikrodövətdir. Ada-dövətin ən yaxın qonşusu 300 km şərqdə Kiribatinin Banaba adasıdır. Nauru Tuvaludan şimal-qərbdə, Solomon Adalarından 1300 km şimal-şərqdə, Papua Yeni Qvineyadan şərq və şimal-şərqdə, Mikroneziya Federativ Ştatlarından cənub-şərqdə, Marşal Adalarından isə cənubda yerləşir. İnzibati mərkəzi Yaren, ümumi sahəsi 21 kvadrat kilometr, əhalisinin sayı 11 min nəfərdir.
Namür
Namür (fr. Namur Fransızca tələffüz: [namyʁ]) — Şərqi Belçikada Valloniya bölgəsində yerləşərək onun paytaxtıdır. Şəhər həmçinin Namür əyalətinin paytaxtıdır. Şəhər Sambra və Möz çaylarının birləşərək şəhəri 3 hissəyə bölünür. Şəhərdə fransız dilində danışılır. == Tarixi == Burada ilk yaşayanlar keltlər olmuşdur. Ərazi Ardenlərə qədər uzanır şərqdən-qərbə və şimaldan-cənuba doğru uzanır və əsas ticari mərkəzdir. Bölgə sonra romalıların əlinə keçir. I dünya müharibəsindən sonra şəhər Belçikanın əlinə keçir və əsas ticari bölgə olur. == İqtisadiyyatı == Namür vacib ticari və sənaye mərkəzidir.
Mamure qalası
Mamure qalası — Türkiyənin cənubunda, Mersin şəhərinin Anamur ilçəsində, Bozdoğan məhəlləsi yaxınlığında sahil boyu uzanan orta əsrlərə aid qala. == Tarixi == Aralıq dənizi sahil zolağında yerləşib, günümüzə qədər yaxşı vəziyyətdə çatmış Türk qalalarından biridir. Anamurun 6 km şərqində, Bozdoğan kəndi sərhədləri daxilindədir. Hündür qayalıqlar və düzənliklər üzərində qurulmuş Mamure qalası bir çox Anadolu qalaları kimi antik təməllər üzərində inşa edilmişdir. Böyük kəsmə daşlardan tikilmiş olan antik əsasların, hansı tarixdə və kimlər tərəfindən inşa edildiyi tam müəyyən edilməmişdir. Qala üç hissədən ibarətdir. Hündür divarlarla ayrılmış şərqdəki iç həyətli, qərbdəki kənar qala və bunların cənubunda qayalıqlar üzərində inşa edilmiş iç qaladan ibarətdir. 39 qülləsi, su kəhrizləri və məscidi, xarici hissəsində hamamı olan qalanın ətrafı 10 mt enində müdafiə məqsədli xəndəklə əhatə olunmuşdur. Qala və ətrafında III və IV əsrlərdə çox əhəmiyyəti olmayan Roma yaşayışı olduğu təxmin edilir. Qala xaricində və şimalında hamam qalığı vardır.
Mete Atatüre
Mete Atatüre (türk. Mete Atatüre; d.19 fevral 1975, Kayseri, Türkiyə) — Türk fizik və akademik. Kembric Universiteti fizika kafedrasının müəllimidir. Kvant fizikası sahəsində çalışır. İşığın dərinliyini daha yaxşı anlamaq üçün araşdırma aparmış Atatüre 2015-ci ildə ölçülməsi qeyri-mümkün hesab edilən "işıq səviyyəsinin ölçülməsi" tətbiqini nəzərdən keçirdi. == Həyatı == 1975-ci ildə Kayseri şəhərində anadan olub. 1992-ci ildə Ankara Qazi Anadolu orta məktəbində orta təhsil, 1996-cı ildə Bilkənt Universitetinin fizika fakültəsində ali təhsilini. Boston Universitetinin kvant vizualizasiya laboratoriyasında isə doktorluq təhsilini bitirmiş, dərəcəsini almışdır. 2002-2007-ci illərdə Sürix Federal Texnologiya İnstitutunun kvant fotonikası qrupunda Ataç İmamoğlu ilə birlikdə işləmişdir. 2007-ci ildə Kembric Universitetinin Kavendiş Laboratoriyasında müəllim kimi fəaliyyətə başlamışdır.
Mihay Matura
Mihay Matura (mac. Mihály Matura; 8 aprel 1900, Budapeşt – 7 iyun 1975, Budapeşt) — macar Yunan-Roma güləşçisi, Avropa çempionatlarının mükafatçısı. 1900-cü ildə Budapeştdə anadan olmuşdur. 1924-cü ildə Paris Olimpiya Oyunlarında iştirak etmişdir və orada 5-ci yeri tutmuşdur. 1925 və 1926-cı illərdə Avropa çempionatlarının bürünc mükafatçısı olmuşdur. == Xarici keçidlər == Mihay Matura Arxivləşdirilib 2020-04-18 at the Wayback Machine — Sports-Reference.com saytında Olimpiya statistikası (ing.) Mihay Matura — International Wrestling Database saytında profili (ing.
Mikio Naruse
Mikio Naruse (20 avqust 1905[…], Tokio[d] – 2 iyul 1969, Tokio[d]) — Yaponiya kinorejissoru. == Həyatı == Mikio Naruse 20 avqust, 1905-ci ildə Tokio şəhərində anadan olmuşdu. Mikio Naruse 2 iyul 1969-cu ildə Tokio şəhərində vəfat edib.
Nalusə (Sərdəşt)
Nalusə (fars. نلوسه‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 213 nəfər yaşayır (31 ailə).
Natara çayı
Natara çayı — Lena çayının sağ qolu. Yakutiya çayı. == Əsas xüsusiyyətləri == Çayın uzunluğu 187 km -dir. Hövzəsinin sahəsi isə 5730 km²-dir. 551 km yüksəklikdə Lena çayına tökülür.
Gərdək-i Sepiyan (Piranşəhr)
Gərdək-i Sepiyan (fars. گردكسپيان‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 640 nəfər yaşayır (100 ailə).
Gəz-i Bərməkan
Gəz-i Bərməkan (fars. گزبرمکان‎) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd. İran ordusu Qərargahının Coğrafiya İdarəsi (fars. دايره جغرافيايي ستاد ارتش‎) tərəfindən toplanmış məlumatlar əsasında general–leytenant Hüseyn Əli Razmaranın (fars. حسین علی رزم آرا‎; ing. Hossein Ali Razmara) redaktorluğu ilə 1949–1953–cü illərdə 10 cild şəklində nəşr edilmiş "İranın coğrafiya lüğəti"ndə (ing. Geographical Dictionary of İran; fars. دیکشنری جغرافیایی ایران‎ Fərhəng-i cuğrafiya-yi İran) verilən rəsmi məlumata əsasən Altıncı ostanda, Əhvaz şəhristanının Həftkel bəxşinin Nəft Sefid dehestanına daxil olan Gəz-i Bərməkan kəndinin farsca – türkcə danışan və şiə olan əhalisi 110 nəfərdən ibarət idi. 2011–ci il siyahıyaalınmasına əsasən kənddə əhali yaşamır.
Gəzvar-i Süfla
Gəzvar-i Süfla (fars. گزورسفلي‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (14 ailə).
Gəzvar-i Ülya
Gəzvar-i Ülya (fars. گزورعليا‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 132 nəfər yaşayır (31 ailə).
H
Latın qrafikalı Azərbaycan əlifbasında 11-ci hərf. Azərbaycan əlifbasında cingiltili qarşılığı olmayan yeganə kar samitdir. Boğaz samitidir.
H-110 Sarir
H-110 "Sarir" (fa: سریر, mənası "Taxt") PUA-ları İİKK tərəfindən verilən sifarişlə 2011-ci ildə hazırlanmağa başlayıb və 2013-cü ilin aprelində keçirilən təntənəli mərasimlə silahlanmaya qəbul edilib. Elektro-optik və infraqırmızı sensorlardan istifadə edən "Sarir" kəşfiyyat və müşahidə vəzifələrini yerinə yetirmək üçün optimallaşdırılıb. İran KİV-lərinin məlumatına görə PUA "hava-hava" tipli raket silahları daşıya bilir. Bu cihaz İran silahlı qüvvələrində geniş yayılıb. H-110 "Sarir" pilotsuz vasitəsi ərazinin kəşfiyyatı, potensial düşmənin gizli hərəkətini aşkar etmək, ölkənin hava sərhədlərinə nəzarət etmək və hava hədəflərinə hücum üçün fəal istifadə olunur. İran təyyarə istehsalçılarının H-110 "Sarir" pilotsuz uçuş aparatının dizaynına kifayət qədər ixtisaslı yanaşması sayəsində iki ildən az müddətdə planlaşdırılan layihəni başa çatdırmaq mümkün oldu. Dəyəri çox da yüksək olmayan PUA çox sayda hərbi hissəni bu vasitələrlə təchiz etməyə imkan verdi. Bundan əlavə, 2015-ci ildə digər ölkələr, o cümlədən Venesuela və Kolumbiya da İrandan H-110 "Sarir" dronlarının alınmasına maraq göstərdilər. İranın H-110 "Sarir" pilotsuz uçuş aparatı üç növ kamera, o cümlədən elektro-optik gündüz kamerası ilə təchiz edilir. Əlverişsiz və ya qeyri-kafi görünmə şəraitində ərazini izləmək üçün infraqırmızı kameradan istifadə edilir.
H.Eichler
Hansjorq Eyçler (ing. Hansjörg Eichler; 1 aprel 1916, Ravensburq[d] – 22 iyun 1992, Berlin) — Avstraliya botaniki. == Elmi fəaliyyəti == Hansjorq Eyçler toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == == Şərəfinə adlandırılmış taksonlar == Atriplex eichleri Aellen, 1965 Bassia eichleri Ising, 1961 [syn. Sclerolaena holtiana (Ising) A.J.Scott, 1978] Chionogentias eichleri L.G.Adams, 1995 [syn. Gentianella eichleri (L.G.Adams) Glenny, 2004] Euphrasia eichleri W.R.Barker, 1982 Gomphrena eichleri J.Palmer, 1998 Haloragis eichleri Orchard, 1975 Millotia eichleri P.S.Short, 1995 Naravelia eichleri Tamura, 1986 [syn. Clematis menglaensis M.C.Chang, 1980] Picris eichleri Lack & S.Holzapfel, 1993 Ptilotus eichlerianus Benl, 1970 Ranunculus eichlerianus B.G.Briggs, 1960 Tribulus eichlerianus K.L.Wilson, 1992 Xanthosia eichleri J.M.Hart & Henwood, 1998 Zygophyllum eichleri R.M.Barker, 1998 [syn. Roepera eichleri (R.M.Barker) Beier & Thulin, 2003] == İstinadlar == == Ədəbiyyat == Orchard, A.E. A History of Systematic Botany in Australia // Флора Австралии = Flora of Australia. — 2. — 1999 —.
H.Karst.
Hermann Karsten (ing. Gustav Karl Wilhelm Hermann Karsten (6 noyabr 1817, Stralsund – 10 iyul 1908, Zoppot) — Almaniya botaniki.
H.O.S.T
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır. == Tarixi == === Yaranma === Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır.
H.O.S.T.
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır. == Tarixi == === Yaranma === Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır.
H.O.S.T. Alliance
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır. == Tarixi == === Yaranma === Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır.
H.O.S.T Alliance
H. O. S. T (digər adla H.O.S.T. Alliance) — 2007-2012-ci illərdə fəaliyyət göstərmiş, 8 musiqiçidən - AiD, Dərviş, Feck, Felon De Jure, ErranT, Jamal Ali, Qaraqan və Prometedən ibarət rep qrupu. H.O.S.T adı Hava, Od, Su, Torpaq sözlərinin qısaltmasıdır. Qrup 2007-ci ilin fevral ayında Bakı şəhərində yaranmışdır. Azərbaycanda alternativ musiqi mədəniyyətinin formalaşması və kütləviləşməsində bayraqdarlardan biri sayılır. == Tarixi == === Yaranma === Qrupun yaranma tarixinə qədər də, üzvlər ayrılıqda rep fəaliyyəti ilə məşğul olub, konsertlərdə çıxış edib. Promete, Qaraqan, Jamal Ali, Felon De Jure daha öncə ayrı-ayrılıqda və ya birgə rep və beatmakerlik fəaliyyəti məşğul olublar. 2005–2006-cı illər ərzində əsası qoyulan Baku Clan uşaqlıq dostlarını özündə birləşdirib. Baku Clan'ın "Sənsiz (Love Story)" adlanan ilk hiti məhz o dövrdə yazılıb. Elə həmin dövrdə Baku Clan üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan PRoMete də SRB-nin (Sumqayıt Rep Birliyi) nəzdində çıxış edirdi. Birliyin yaradıcısı bir neçə konsert verməklə bərabər Baku Clan'la da bir sıra tracklər yazdırır.
H.Q.
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
H.Z.Tağıyev adına Tarix Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi və ya Azərbaycan Tarix Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı
Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. 1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. == Repertuarı == Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" vodevili (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır. == Uğurları == Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
HD 189733 b
HD 189733 b və ya HD 189733 Ab — Günəş sisteminin xaricində olan bir planet. Günəş sistemin 63 işıq ili uzaqlığında yerləşir. NASA-nın "Habl" teleskopunu istifadə edən alimlər onun görünüşüylə Yer planetini xatırlatdığını, ancaq daha tünd mavi rəngdə olduğunu bildiriblər, lakin planetin mavi rəngdə olmağı orada okeanın olduğuna işarə deyil. Mavi rəngin səbəbi atmosferindəki daşqınlarla bağlıdır. Normal yaşama uyğun olmayan planetdə qeyri-adi atmosfer olduğu düşünülməkdədir. Planet qeyri-adi atmosferindəki ərimiş şüşə yağmurlarına görə gömgöy bir görüntüyə malikdir. Saatda 7 min 242 kilometr sürətlə əsən küləklər və təxminən 1094 dərəcə isti hava olduğu iddia edilir. Bu şiddətli fırtınalar və dəhşətli istilər səbəbindən onun atmosferindəki silikatlar şüşəyə çevrilərək yağış kimi yağır.
HP-7.62
HP-7.62 — Azərbaycan Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal olunan hücum pulemyotu. == Tarixi == HP-7.62 hücum pulemyotu ilk dəfə 2012-ci ilin sonlarında ictimaiyyətə təqdim olunub. İlk dəfə beynəlxalq səviyyədə – 2013-cü ildə IDEF sərgisində nümayiş etdirilən pulemyot unikal imkanlarına görə xarici analoqları ilə rəqabət aparır. Hətta bəzi texniki-taktiki xüsusiyyətlərinə görə, İsrailin "Negev NG7" və Belçikanın "FN Minimi 7.62 Mk.3" pulemyotu ilə rəqabət aparacaq səviyyədədir. == Texniki xüsusiyyətləri == MSN mütəxəssislərinin sözlərinə görə intensiv atəş zamanı qızan lülədən yaranan isti hava axınının nişanalmaya təsirini azaltmaq üçün lülənin üzərində istilik yayıcı tətbiq olunub. Pulemyotun əl qundağı yüksək möhkəmliyə malik alüminium ərintidən hazırlanıb. Üst və yanlarda yerləşən piccatini relsləri silaha müxtəlif taktik aksessuarları əlavə etməyə imkan verir. Uzunluğu nizamlanan və yanağın qurulmasına imkan verən plastik qundağa sahib HP-7.62 pulemyotundan atəş qısa (10 atışa qədər), uzun (30 atışadək) qatarlarla və fasiləsiz aparıla bilər. Silahın çəkisi isə 8.2 kq, nişangah məsafəsi 1000 metr, ümumi uzunluğu qundaq açıq vəziyyətdə 1080 mm, atəş tezliyi dəqiqədə 650–750 atış, döyüş atəş tezliyi dəqiqədə 250 atış təşkil edir. Pulemyotda ayaq üstü atışlar zamanı atıcıya maneə yaratmamaq üçün xüsusi dizayna malik xəzinə hazırlanıb.
HRT 3
HRT 3, bütöv adı Hrvatska radio televizija 3 (xorv. Хорватское радио телевидение 3), həmçinin Treti program (xorv. Третья программа) adı ilə məşhurdur — 13 sentyabr 2012-ci il tarixindən etibarən yayımlanan Xorvatiya Radio və Televiziyasının üçüncü teleproqramı. Proqramdaa əsasən bədii filmlər, teleseriallar, mədəni və təhsil verilişləri var.
HTC One X
HTC One X — HTC tərəfindən istehsal olunan mobil telefon. == Xarakteristikası == Smartfon üçüncü nəsil nVidia Tegra platforması əsasında hazırlanıb. Tegra 3 (Kal-El) platformasının əsasını 4 əsas Cortex-A9 (1,5 QHz takt tezliyinə qədər) hesablayıcı nüvəsi ilə olan ARM prosessoru və fon rejimində adi məsələlərin icrası üçün nəzərdə tutulmuş köməkçi zəif nüvə təşkil edir. Bundan əlavə, çip tərkibinə 12 nüvəli GeForce qrafik kontrolleri daxildir. Smartfon 1 Qb əməli yaddaş, 32 QB tutuma malik fləş daşıyıcı, Wi-Fi (802.11b/g/n) və Bluetooth 4.0 simsiz əlaqə adapterləri, HD video dəstəkli 8 meqapikselli əsas kamera, ön kamera və Beats Audio audiosistemi ilə təchiz ediləcək. Sensor ekranın diaqonalı 4,7 düym və onun kəskinliyi 720×1280 nöqtə təşkil edəcək.
Haas (Formula-1 komandası)
Haas (ing. Haas F1 Team) — Formula 1 dünya çempionatında yarışmaq üçün yaradılan amerikalı avto yarış komandası, NASCAR seriyasında iştirak edən Stüart-Haas Reysinq komandasının həmtəsisçisi Cin Haasdır. Komanda 2014-cü ilin aprelində yaradılmış və 2015-ci ildə mövsümün başlanğıcında iştirak etməsi planlaşdırılsa da, 2016-cı il mövsümünə qədər təxirə salınmasına qərar verilmişdir. «Haas» sıx əməkdaşlıqda olduğu Ferrarinin motorları və ötürücü qutularını istifadə edir.. == Tarixi == Haas Formula 1-də iştirak etmək qərarına gələn ilk amerika komandasıdır, çünki 2010-cu ildə başlamağı planlaşdırılan uğursuz ABŞ F1 Team layihəsidir. Həm də çempionata çatmış ilk Amerika komandasıdır. 2014-cü ildə komanda Banberi şəhərində qərargahı satın almışdı və «Marusinin» əmlakının satılması zamanı hərraca çıxarılmışdı. Günther Ştayner komandanın lideri təyin edildi. 2015-ci ildə Rob Teylor komandanın baş dizayneri oldu. Komanda 2016-ci ilə Romen Qrojan ilə, 30 oktyabrda isə Esteban Qutyerres ilə müqavilə imzalamışdır.
Haas Lola (Formula-1 komandası)
Haas Lola (ing. Team Haas (USA) Ltd) 1985-ci ildən 1986-cı ilə qədər Formula 1 Dünya Çempionatında yarışan Amerikanın keçmiş avtomobil yarış komandası. Komanda, 1984-cü ildə Carl Haas və Teddy Mayer tərəfindən yaradılmışdır. Haas Lola qrupunun sponsoru Amerikanın qida şirkəti Beatrice Foods olmuşdur. == Tarixi == 1984-cü ildə Carl Haas, komandasının Championship Auto Racing Teams (CART) Indicar-da iştirakı üçün Amerikanın Beatrice Foods qida şirkəti ilə uğurlu müqavilə imzaladı. Uğurlu müqaviləyə Formula1 –də iştirak və yeni Ford mühərriklərin alınması daxil idi. Ford V6 turboşarjlı mühərriki inkişaf mərhələsində idi və ekskluziv olaraq komanda üç il ərzində bu mühərriklərin alıcısı oldu. Elanın bir hissəsi olaraq, köhnə dünya çempionu Alan Jones 1985-ci ildə komandanın yeni yarış avtomobilini idarə etmək üçün üç illik aradan sonra qayıtdı. Yaxşı maliyyələşdirmə və yeni mühərriklərlə təmin olunan Carl Haas, yeni bir avtomobil inkişaf etdirmək üçün komanda və layihə qrupu təşkil etməyə başladı. Keçmiş rəhbər Teddy Mayer, layihənin ortaq sahibi oldu və İngiltərənin Colnbrook şəhərindəki keçmiş fabrikinə köçürmək üçün komandanı avtomatlaşdırdı və Formula One Race Car Engineering (FORCE) yaratdı.
Hablas (Lahican-i Şərqi dehistanı)
Hablas (fars. هابلس‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı, Lahican-i Şərqi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 41 nəfər yaşayır (7 ailə).
Hacıhəsən-i Xaləsə (Qoşaçay)
Hacıhəsən-i Xaləsə (fars. حاجي حسن خالصه‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 571 nəfər yaşayır (105 ailə).