Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Palaz
Palaz – xovsuz xalçaların ən geniş yayılmış növlərindəndir. Azərbaycanda palazları hətta xalçaçılıq məntəqə və müəssisələrinin olmadığı ərazilərdə belə, toxunur. Ancaq Qarabağda istehsal olunan palazlar Şirvan və Təbriz palazlarından kobud olur. Azərbaycanda xovsuz xalça texnikasının ən yayılmış növüdür. O demək olar ki, Azərbaycanın bütün ənənəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın istehsalında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı arğac iplərinin ensiz zolaqlar şəklində buraxılmasından ibarətdir. Palaz texnikasında toxunmuş məmulatdan ev döşəmələrinin, alaçıqların üstünün örtülməsində müxtəlif əməli xarakerli məişət əşyalarının, hətta bəzən üst paltarların hazırlanmasında da istifadə olunurdu. Bakının Qobu kəndində və onunla qonşu olan Xocasən və Güzdəkdə qədimdən çiyi palaz adlanan texnikadan istifadə edilirdi.
Qalal
Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əli Bayramlı, Qas Əzgilli və Qarqay kəndləri ilə birlikdə Əli Bayramlı bələdiyyəsinin tərkibindədir.
Qalas
Qalas (osman. قلاص, türk. Kalas, alm. Galatz‎, mac. Galac, rum. Galaţi), Rumıniyanın şərqində Boğdan bölgəsində yer alan İbrail şəhəri və Moldova sərhədində yer alan bir şəhərdir. Son resmi rəqəmlərə görə 304.340 nəfərlik əhaliyə sahib şəhərdir, Rumıniyanın 7-ci büyük şəhəridir.
Qalat
Qalat (Qəzvin)
Qalay
Qalay (Sn), (lat. Stannum) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 50-ci element. Bitkilərdə qalay 1855-ci ildə kəşf olunmuşdur. O bitkilərdə geniş həddə dəyişir, daha çox qalay günəbaxan və noxud toxumlarında olur. Qalay zəhərli ultramikroelementlərə aiddir. Tərəvəzlərdə qalayın miqdarı çox olmayıb 1 mkq/q və daha az olur. Heyvanların orqanizmində qalay bitkilərdə olduğundan çoxdur. Belə ki, məsələn, yağlı balıqda onun miqdarı 130 mkq/q – a qədər ola bilər. Insan orqanizmində qalay toxumlarda 0,5-dən 4,0 mkq/q – a qədər olur. Daha çox qalay diş minasında (95 mq/kq), dırnaqlarda (12 mq/kq) və sümüklərdə (1,4 mkq/q-a qədər) olur.
Qalaq
Qalaq (yığın) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Qalaq (verilənlər strukturu) — xüsusi şərtlərl çərçivəsində təşkil olunmuş ağac şəkilli verilənlər strukturuna deyilir. Qalaq sıralaması — massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır.
Galanz
Guangdong Galanz Enterprises Co., Ltd. (Çincə: 格兰仕; pinyin: Gélánshì) baş ofisi Foşan, Guangdong şəhərində yerləşən və 28 sentyabr 1978-ci ildə əsası qoyulmuş elektron məişət texnikası istehsalçısıdır. 2019-cu ilin yanvar ayına olan statistik məlumatlara əsasən, Galanz dünyada istehsal olunan mikrodalğalı sobaların təxminən yarısını istehsal edir. Bu illər ərzində Galanz məhsul xəttini kondisionerlər, paltaryuyan maşınlar, toster sobaları, soyuducular və digər məişət texnikaları ilə genişləndirmişdir. Şirkətin hal-hazırda Foşan şəhərinin Shunde rayonunda və Zhongshan şəhərində istehsal bazaları mövcuddur və şirkətin baş ofisində 13 törəmə müəssisə, Çin üzrə 52 satış ofisi və Honq-Konq, Yaponiya, Koreya, Avropa və Şimali Amerikadakı filialları əhatə edən 50.000-dən çox işçisi mövcuddur. == Tarixi == 1978-ci ildə Liang Qingde tərəfindən qurulan Galanz əvvəlcə ördək tüklərinin ticarəti ilə məşğul olan bir şirkət olmuşdur. 1992-ci ildə Galanz məişət texnikası sənayesinə daxil olmuş və mikrodalğalı sobaların Çinin gündəlik həyatına daxil olmasına imkan yaratmışdır. 1993-cü ildə Galanz şirkəti sınaq üçün 10.000 ədəd mikrodalğalı soba istehsal etmişdir. 1995-ci ildə Galanz 25,1%-lik bazar payı ilə Çinin mikrodalğalı soba bazarında birinci yeri tutmuşdur. 1998-ci ildə Galanz 40%-lik qlobal bazar payı ilə dünyanın ən böyük mikrodalğalı soba istehsalçısı olmuşdur.
Qala
Qala — uzunmüddətli dairəvi müdafiə üçün hazırlanmış, daimi qarnizonu, silahları, ehtiyatları olan və müstəqil idarə olunan strateji əhəmiyyətli məntəqə (şəhər, tikili). İbtidai icma cəmiyyətində ilk qalalar möhkəmləndirilmiş məskənlər şəklində idi. Bu məskənlər torpaq bəndlər, ağac, kərpic, daş və s. divarlarla əhatə olunurdu. Sonralar hasarların ətrafında adətən su ilə doldurulan dərin xəndəklər qazılırdı. İnşaat işlərinin təkmilləşməsi qədim şəhərlər ətrafında kvadrat və ya dairəvi şəkilli qüləvari divarlar çəkməyə imkan verdi. Divarların hündürlüyü 9–10 m-ə, bəzi hallarda 30 m-ə çatırdı. Divarların qalınlığı hündürlüyünün 1/3 hissəsini təşkil edirdi. Divarlarda mazğallar düzəldilir, yuxarısı dişvarı şəkildə hörülürdü. Qala bürcləri çoxmərtəbəli tikili şəklində olub mustəqil müdafiə üçün ucaldılırdı.
Ağdam Qalal
Ağdam Qalal — Azərbaycan Respublikasının Zaqatala rayonunun Gözbaraq kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Zaqatala rayonunun Gözbaraq kənd inzibati-ərazi vahidi tərkibindəki Ağdam Qalal kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Boris Balaz
Boris Balaz (20 noyabr 1997) — Slovakiyalı oxatan. Boris Balaz Slovakiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Boris Balaz birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Cənubi Koreyanın nümayəndəsi Ku Bon-Çan ilə üz-üzə gəldi. Həmin görüşdə Boris Balaz rəqibinə 0:6 hesabı ilə uduzdu.
Gəlaz (Üşnəviyyə)
Gəlaz (fars. گلاز‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 935 nəfər yaşayır (207 ailə).
Qalan Erilix
Qalan Erilix — müasir Şotlandiya ərazisində V əsrin əvvəlləri - 843-cü illərdə hakimiyyətdə olmuş Piktlər sülaləsinin kralı. Piktlərin xronikasına əsasən Qalan Erilix Pikt kralları Drust Qurdinmoxla Fudrusun oğlu Drust arasında on beş il hakimiyyətdə olmuşdur. Хендерсон Изабель. Пикты. Таинственные воины древней Шотландии / Перевод с англ. Н. Ю. Чехонадской. — М.: ЗАО Центрополиграф, 2004 Anderson A.O. Early Sources of Scottish History, Vol. I. — 1922. Anderson M.O. Kings & Kingship in Early Scotland. — 1973.
Qalaq (yığın)
Qalaq (heap) – qabaqcadan həcmi məlum olmayan verilənləri yerləşdirmək üçün proqrama ayrılmış yaddaş sahəsidir. Proqram belə verilənləri saxlamaq üçün qalaqdan boş sahə istəyə bilər, bu yaddaşı öz bildiyi kimi istifadə edə, sonra isə boşalda bilər. C və Pascal proqramlaşdırma dillərində qalaqda işləmək üçün funksiyalar və prosedurlar nəzərdə tutulub. Ehtiyat üçün ayrılan digər yaddaş sahəsi stekdən (STACK) fərqli olaraq, proqramın tələbinə uyğun olaraq, müxtəlif ölçülü bloklarla bölüşdürülür; münasib ölçülü blok qalagın hansı yerində tapılırsa, o yer ayrılır. Nəticədə proqram işlədikcə qalağın fraqmentasiyası artır və onun sıxlaşdırılmasına zərurət yaranır; sıxlaşdırmada kiçik bloklar daha iri sahələrdə birləşirlər ki, bu da yaddaşın daha səmərəli istifadəsinə imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qalaq nizamlama
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalaq sıralaması
Qalaq sıralama alqoritmi (ing. heapsort) - massivin elementlərini qalağa yığmaqla həyata keçirilən sıralama qaydasıdır. İlk mərhələdə verilənlər ikilik qalaq qaydasında birincilik növbəsinə yığılır. İkinci addımda isə elementlər bir-bir növbədən götürülərək massivdə bunun nəticəsində boşalmış yerə yerləşdirilir.
Qalat (Qəzvin)
Qalat (Qəzvin) (fars. قلات‎) iranın Qəzvin ostanının Takistan şəhristanının Mərkəzi bəxşinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 344 nəfər yaşayır (113 ailə). Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Kəndin yaxınlığında İmamzadə Zeynalabdin türbəsi yerləşir.
Qalat (Soyuqbulaq)
Qalat (fars. قلات‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 33 nəfər yaşayır (5 ailə).
Qalat (Tarım)
Qalat (az-əbcəd. قالات‎, fars. قلات‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Dəstgirdə qəsəbəsinin ərazisinə daxil olan kənd. 2016-cı ilin məlumatına görə kənddə 607 nəfər yaşayır (184 ailə).
Qayaz İshaki
Ayaz İshaki (tatar. Ğayaz İsxaqıy, Гаяз Исхакый; 10 (22) fevral 1878, Yauşirmə[d], Kazan quberniyası, Rusiya imperiyası – 22 iyul 1954, Ankara, Türkiyə) — tatar yazıçı-publisisti, ictimai xadimi. Rusiya müsəlmanlarının liderlərindən olub, çarizmin süqutundan sonra tatar milli dövlətçiliyi uğrunda mübarizə aparıb. Sovetləşmədən sonra Almaniya və Türkiyədə yaşayıb, orada vəfat edib.
Köhnəqala (qala)
Köhnəqala, Yezidabad qalası və ya Naxçıvanqala— Naxçıvan şəhərinin cənubunda yerləşən erkən orta əsrlərə aid qala. Bu qala eyni zamanda orta əsrlər Naxçıvan şəhərinin Narınqala hissəsi kimi də bilinməkdədir. Qalanın sonuncu Sasani hökmdarı III Yezdəgird (632 – 651/52-ci illər) tərəfindən inşa edildiyi ehtimal olunur. Hazırda Naxçıvanın qədim tarixi-mədəni irsinin mühafizəsini təmin etmək məqsədilə Tarix-Memarlıq Muzey Kompleksi kimi fəaliyyət göstərir. == Tarixi == Qalanın tikilmə tarixi dəqiq məlum deyil. 1957–1959-cu illərdə qalanın ərazisində aparılan tədqiqatlar zamanı zəngin arxeoloji materiallar, xüsusilə, saxsı qab fraqmentləri, daş gürzülər aşkar olunmuşdur. Arxeoloji tədqiqatlardan belə daş gürzlərin Tunc dövründə (е.ə. III–II minilliklər) duz mədənlərində istifadə olunduğu məlumdur. Sasanilər hökmdarı III Yezdəgird (632–51/52) tərəfindən inşa olunduğu ehtimal olunur. Türk səyyahı Övliya Çələbinin verdiyi məlumata görə, monqollar qalanı dağıtmışlar.
Lena Qlaz
Lena Qlaz (ivr. ‏אילנה דוד‏‎; 23 may 1961, Bakı) — əvvəllər SSRİ-ni, 1979-cu ildən bu yana isə İsraili təmsil edən şahmatçı, qadınlar arasında beynəlxalq usta (1982). == Həyatı == 1977-ci ildə qadınlar arasında Azərbaycan SSR çempionatının qalibi olub. 1979-cu ildən İsraili təmsil etməyə başlayıb. 1980-ci ildə qadınlar arasında İsrail çempionatının qalibi olub. 1987-ci ildə Jeleznovodskda keçirilmiş qadınlar arasında şahmat üzrə dünya çempionatında iştirak etmiş və yekunda çilili Covanna Arbuniç Kastro ilə 10–11-ci yerləri bölüşdürmüşdür. Lena Qlaz qadınlardan ibarət şahmat üzrə İsrail yığmasının heyətində 1980, 1982, 1988 və 2014-cü illərdə Şahmat Olimpiadasının iştirakçısı olub. Lena Qlaz Yerusəlim Yəhudi Universitetini və Yerusəlim Musiqi və Rəqs Akademiyasını bitirib. O, hazırda Beer-Şeva Şahmat Məktəbinin direktoru və uşaq məşqçisi işləyir. == İstinadlar == == Xarici keçidlər == FIDE Chess profili Lena Glaz.
Murtuz qala
Murtuz qala — Balakən rayonunun Mahamalar kəndi ərazisində XVIII-XIX əsrə aid tarixi abidə. El arasında “Murtuz qala” adlandırılan tarixi abidə Balakən rayonunun Mahamalar kəndi ərazisindədir. Balakən çayın sağ sahilində, çox hündür olmayan sərt süxurlu qaya üzərində tikilən qala-ev hündür qala divarları ilə əhatə olunmuşdur. Ətraf ərazidən hündür olması ilə seçilən bu yer strateji cəhətdən çox əlverişli mövqeyə malikdir. Mühasirə zamanı bu qalada uzun müddət qorunmaq mümkün idi. “Murtuz qala”nın əhəmiyyətini daha aydın təsəvvür etmək üçün, qalanın sahibi və onun tikildiyi dövrlə bağlı qısa tarixi icmala ehtiyac vardır. XIX yüzilliyin ortalarında Qafqazda uzun müddət (əsrin 20-60-cı illərində) rus işğalçılarına qarşı müqavimət göstərmiş müsəlman əhalisinə təzyiq daha da artırılmışdır, bu isə yeni həyəcanlara və üsyanlara səbəb olmuşdu. Rusiya hakim dairələrinin Qafqaz əhalisini zorla xristianlaşdırma siyasəti vəziyyəti xeyli gərginləşdirmişdi. Azərbaycanın şimal-qərb bölgəsində mübariz insanlar silahlı dəstələr yaradır və çar məmurlarına qarşı uğurlu döyüşlər aparırdılar. Zorla xristianlaşdırmaya məruz qalmış insanlar yenidən islama qayıdırdılar.
Narın-Qala
Narınqala və ya İçqala — Dərbənd qalasının mərkəzini təşkil edən islamdan əvvəlki dövrə aid qədim qəsrdir. Sasanilər imperiyasının Kaspi qapısını bağlayan qoşa qala divarları vasitəsilə Xəzər dənizi ilə əlaqələndirilmişdir. Abidə UNESCO Ümumdünya irsi siyahısına daxil edilmişdir. Qalanın adının mümkün tərcümələrindən biri "Günəşli qala" kimi qeyd edilir. Digər məlumata görə, qala Sasani şahının qızının şərəfinə "Narın" – "incə", "gözəl" adlandırılmışdır. Dərbənd, Böyük Qafqaz dağlarının Xəzər dənizinə yaxınlaşaraq 3 km-lik ensiz düzən formalaşdırdığı Böyük Qafqaz keçidinin ən zəif müdafiə olunan ərazisində yerləşir. Dərbənd qalası Cənubi Qafqaz (xüsusilə Qafqaz Albaniyası) və Ön Asiya xalqlarınıköçəri türk xalqlarının hücumlarından qoruyan nəhəng müdafiə sisteminin bir hissəsidir. Müdafiə sisteminə Narınqala ilə yanaşı Dərbənd qala divarları, Dağ barısı, Gilgilçay səddi, Beşbarmaq səddi və Çıraqqala da daxildir. Qərb tərəfdən Dərbənd divarları Narınqala qəsrinə birləşir, qəsrin inşa edilməsinə kimi, həmin hündür təpə ərazisində düşmənin yaxınlaşmasını bildirən tonqallar qalanırdı. Dərbənd qalasının inşasına VI əsrdə Sasani şahı I Xosrov Ənuşirəvanın göstərişi ilə Calqan vadisində başlanılmışdır.
Qala-Arı
Qala-Arı — Anabar çayınin yatağında yerləşən elədə böyük olmayan ada. İnzibati cəhətdən Yakutiya ərazisində yerləşir. Ada çayın aşağı axarında yerləşir. Ovalvari formaya malik olan ada, qərbədən şərqə doğru uzanır. Səthi hamardır. Qərbində yerləşən dil su altında qalmışdır.
Qala-Köreyş
Qala-Köreyş — orta əsrlərdə böyük feodal mülkünün Kaytaq üsmiliyinin paytaxtı. Qala-Köreyş kəndinin əsas görməli yerləri arasında məscid (XI əsrə aid), şeyxlərin məqbərəsi və karvansara var. XVIII-XIX əsrlərdə Dağıstan ovalığının inkişafı ilə Qala-Köreyşin əhəmiyyəti azalmağa başladı və 1930-cu illərdə Sovet hakimiyyəti altında olan ərazidən sakinləri çıxarılmağa başlandı. Ziyarətgaha çevrilmiş bir qəbiristanlığı var. XII-XIX əsrlərdə hökmdarları bu qəbiristanlıqda dəfn edirdilər. İndi Qala-Köreyş, dağın zirvəsindən enən terrasları olan qədim binaların labirintidir, burada bərpa edilmiş bir muzey və Kaytaq üsmiliyi türbəsi də var. Ərəblərin gəlişindən əvvəl kənd Üsmülüy adlanırdı, sığınacaqlı ərazidə yerləşirdi və güclü möhkəmləndirilmişdi. Əfsanəyə görə, yalnız kənd tərəfindən hər il seçilən ağsaqqallar məclisinə tabe olan azadlığı sevən camaat- dağlılar yaşayırdı. İslamlaşma və Köreyşlilərin bu kəndə köçürülməsindən sonra kənd Köreylilərin qalası kimi tərcümə olunan "Qala-Köreyş" adını daşımağa başladı. Qala-Köreyşdə bir qala və müdafiə qüllələri var idi.