Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gent
Gent — Belçika şəhəri. Bu şəhər orta əsrlərdə paltar ticarət mərkəzi və Parisdən sonra ən böyük Avropa şəhəri olmuşdur. Bu gün bu qədim şəhərin Müqəddəs Bavo Baş Kilsəsi, Qraflıqlar Qəsri daxil olmaqla tarixi binaları mövcuddur.
Genç
Genç (türk. Genç) — Bingöl ilinin ilçəsi.
Gənə
Gənə- tünd qırmızı qəhvəyində yastı oval 8 ayaqlı bir parazitdir. Məməlilər, quşlar və sürünənlərdən qan əmərək yaşayarlar. Bahar və yay mövsümündə yaşıllıq sahələrində vardırlar. Dişləmələri ağrısızdır. Bir neçə gün içində qaşıntı və ya gənənin görülməsiylə fərq edilər. Bir çox bakteriya və virusu heyvanlardan insanlara bulaşdıra bilər. Gənə ilə bulaşan xəstəliklərin çoxu yüksək qızdırmayla seyr edən lyme xəstəliyi, dönmə qızdırma, tularemi kimi və son zamanlarda səslənilən, müalicəsi olmayan, gənələrin bulaşdırdıqları viruslarla yaranan Krım- Kongo qanamalı qızdırma(KKKA) sayıla bilməkdədir. Bu xəstəlik Azərbaycanda son illərdə görülməkdə olsa da ilk olaraq 1944-cü ildə Krımda, 1956-cı ildə də Konqoda görülmüşdür. KKKA xəstəliyi gənə dişləməsindən 1-3 gün içində (ən çox 9 gün ) qızdırma, qırıqlıq, baş ağrısı, halsızlıq, oynaq ağrıları, iştahsızlıq, bəzən qusma, qarın ağrısı və ishalla başlar. Bədənin dəyişik yerlərində özbaşına yaranan göyərmələr, burun qanaması və qan itirməyə davam edər.
Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Qanq
Qanq və ya Qanqa (hind गंगा, GaṅgāIAST, [ˈɡəŋɡaː]) — Cənubi Asiyada çay. Hinduizm mifologiyasına görə Qanqa — cənnətdən yerə enən çaydır. Hinduistlər bu çayı müqəddəs yer kimi ziyarət edirlər. Onun sahilində kremasiya edib, ondan sonra qalan tozu çaya tökürlər.
Qənd
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Rəng
Rəng — optik diapazonda elektromaqnit şüalanmasının keyfiyyətli subyektiv xarakteristikasıdır. Rəng hissetmənin fizioloji görüntüsü əsasında yaranır və bir sıra fiziki, fizioloji və psixoloji faktorlardan asılıdır. Rəngin fərdi qəbul edilməsi onun spektr tərkibindən, əhatə edən işıq mənbəyi ilə rəng və parlaqlıq kontrastından asılıdır. Bu faktor işıqlanmayan obyektlərlə də baş verir. Burada rəngin özündən, insan gözünün xüsusiyyətlərindən və psixikasından da asılılıq vardır. == Mənbə == Berendsen, A. M., & Berendsen, A. M. (1989). Marine painting manual. London: Graham & Trotman. ISBN 1-85333-286-۰ p. 113.
Təng
Təng (Germi) Təng Erəm — İranın Buşehr ostanının Dəştistan şəhristanının Erəm bəxşində şəhər və onun mərkəzi. Təng-i Bələkə (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qışlaq-i Təng (Meşkinşəhr) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd.
Vəng
AzərbaycandaVəng (İsmayıllı) — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Kəlbəcər) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Vəng (Xocavənd) (20 okyabr 2020-ci il, işğaldan azad olunandan sonra: "Çinarlı" adına dəyişdirilmişdi ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd.ErmənistandaVəng (Meğri) — Meğri rayonunun inzibati ərazi vahidində kənd.
Zəng
Zəng (film, 1995)
Çəng
Çəng – simli musiqi aləti. Çağdaş arfanın sələfidir. Arfanın ən qədim növüdür. Bir sıra Şərq xalqlarının çəngi olsa da, Azərbaycanda olan alət onlardan ən böyük diapozonlusu olub. Azərbaycan cənginin 31-32 simi olub. Qərb alimləri bu aləti böyüdüb, təkmiləşdirilib arfa formasına salıblar. Amma İranda yenə də bu alətə çəng deyirlər. == Söz açımı == Çəng sözünün "tutmaq", "yapışmaq" mənasını verdiyini güman etmək olar. Çində, İranda belə alətlərə "çəng" deyilib, uyğurlar onu "kunkau", ərəblər isə "cunk" adlandırıblar . == Tarixçə == Çağdaş arfa musiqi alətinin ibtidaisi sayılan çəngin yaranma tarixi çox qədimlərə gedib çıxır.
Gen
Gen — canlılarda nəsildən nəslə bioloji xassələrin ötürülməsi prosesinin yəni irsi genetikanın əsas vahidi. Nuklein turşularının (DNT, RNT) müəyyən bir hissəsi olub nukleotid ardıcıllğındaki informasiya vasitəsilə müəyyən zülal yaxud funksional RNT əmələ gətirir. Genlər fenotipik xassələrin ata-anadan oğul-qıza ötürülməsinin, fərdlər arasındakı bənzərliklərin əsasını təşkil edir. == Tarix == İrsi vahidlər ideyasını ilk dəfə Qreqor Mendel ortaya atmışdır. 1857 ilə 1864 illəri arasında noxud bitkisinin ayrı-ayrı xassələri üzərində işləyərək onların nəsildən nəslə ötürülməsini izləmişdir. == DNT == DNT-nin ən əsas rolu hüceyrədə uzun müddətli informasiyanın saxlanılmasıdır. DNT ən önəmlisi gen olan bir sıra vahidlərə bölünür. Kimyəvi cəhətdən DNT nukleotid deyilən vahidlərdən əmələ gələn uzun polimerdir. Hər bir nukletoid azotlu əsas, şəkər (dezoksiriboza) və fosfat qrupundan meydana gəlir. DNT zəncirinin özəyini fosfat və şəkər qrupları əmələ gətirir, əsaslar isə ikili zəncirin iç qismində digər tərəfdəki əsasla qarşı-qarşıya duran şəkildədir.
BenQ Mobile
BenQ-Siemens == Haqqında == BenQ-Siemens, 2005-ci ildə BenQ Siemens Mobil Qrupunu alarkən təsis edilmişdir. Məqsəd BenQ-in həyat tərzi təcrübəsini, dizayn qrupunu və Siemens-in mühəndis imkanlarını bir araya gətirmək idi. Mobil rabitədə yeni bir lider yaratmaq. Yeni qurulan şirkət 2006-cı ildə ən çox iF məhsul dizayn mükafatlarını qazandı və Almaniyanın qırmızı nöqtə yarışmasında bir neçə dizayn mükafatını aldı. 2006-cı ilin oktyabrında Münhen məhkəməsində iflas iddiası qaldırdı. Bu, BenQ-nin Siemens mobil bölməsini yalnız bütün patentlər və əqli mülkiyyət üçün alıb Almaniyada mobil telefon istehsal etmək niyyətində olmadığı ilə əlaqədar Almaniyada mübahisəyə səbəb oldu. BenQ, Asiyadan mobil ticarəti bərpa etməyi planlaşdırdığını söylədi. 30 yanvar 2007-ci ildə Alman bölməsində investor tapılmadan Kamp-Lintfortdakı BenQ Mobile zavodu bağlandı. Həmkarlar ittifaqı nümayəndələri IG ll, son 165 işçi ilə vidalaşır. Lakin şirkət bağlandıqdan sonra ana şirkət BenQ 2007-ci ildə BenQ-Siemens markası altında beş yeni telefon açdı.
Bora Zeng
Bora Van (9 aprel 1987) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Bora Van Türkiyəni 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin sahibi olub.
Boz rəng
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir.Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır. Ayın bu adda olması da səbəbsiz deyil.
Bəndər Kəng
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Bənövşəyi rəng
Bənövşəyi – rəng çaları. Qırmızı + Mavi = Bənövşəyi Bənövşəyi rəngin dünyaya hakim kəsilməsi Oxford küçələrini işıqlandıran gaz lampalarının City of London School da oxuyan bir şagirdin diqqətini çəkməsi ilə başlamışdı. Kimya dərslərinə böyük həvəs göstərən 13 yaşlı William Perk bu lampalara sərf edilən qazın kömürdən əldə edildiyini bilirdi. Buna görə kömürün daha hansı bilinməyən sirlərinin olması onu çox maraqlandırırdı. 1851-ci ildə apardığı təcrübələr nəticəsində o, daş kömür qətranından «anilin» maddəsini əldə etmiş, onu oksidləşdirmiş, nəticədə bənövşə rəngində bir boya maddəsi ortaya çıxarmışdı. Perk bənövşəyi və onun çalarları olan rəngləri bir qrupda birləşdirərək, qrupu «movein» adlandırmışdır. Wassily Kandinsky'ye görə, bu rəng xəstəlik və üzüntünün göstəricisidir. Rənglər haqqında yazıları olan Johann Wolfgang von Goethe, bu rəngi yaşlılıqla əlaqələndirmişdi. 1989-cu ildə, 14-83 yaşlı insanlar arasında aparılan sorğu nəticəsində bənövşəyi rəng sevilməyən rənglər sırasında 3-cü yeri tutmuşdu. Çılğın kişi rəngi qırmızı ilə sakit qadın rəngi mavinin birləşməsi olan bu rəng orta dövrlərdə «zidliklərin birləşmə nöqtəsi» adlandırılırdı.
Cem Zeng
Cem Zeng (21 oktyabr 1985) — Türkiyəni təmsil edən stolüstü tennisçi. == Karyerası == Cem Zeng Türkiyəni 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 49-cu pillənin sahibi olub.
Dəli bəng
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. == Haqqında == Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Elşən Qəni
Fenq Şui
Fenq Şui (Hava və Külək) – təbiətdə olan enerjini, yaşadığımız ətrafda hərəkətə çevirmə texnologiyasını göstərən köhnə bir Çin təlimi. Fenq Şui köhnə bir Çin yaşayış tətbiqi olub, ətrafla uyğunlaşmasını təmin etməyə istiqamətli, kosmosda məkanın nizamını etməyə istiqamətli bir tətbiqdir. Bu terminin qaynağının "küləklərin vəhşi / Günəş ilıq / Su ay / Ağaclar gur" şeirindən gəldiyinə inanılır. Beş min illik keçmişi olan Fenq Şui təliminin, insanın yaranma xüsusiyyətlərinə uyğun həyat sahələrini tənzimləmə üsulu olduğuna və beləcə daha sağlam yaşanılıb, xoşbəxt əlaqələr qurulacağına, fərdi inkişafdan kariyeramızı inkişaf etdirib qazanc artımına yaxşı təsir etməsinə inanılır. Fenq Şui coğrafi, dini, fəlsəfi, riyazi və ideoloji fikirlərin bir qarışığını ehtiva edən ayrı bir Çin inanc sistemidir. Ancaq bir din ya da təriqət deyil. Bir yerin "yaxşı bir fenq şui" yə sahib olması oranın təbiətlə harmoniya içində olması, "pis bir fenq şui" yə sahib olması isə oranın təbiətlə uyğunlaşmasız olmasıdır. Fenq Şui bir dekorasiya stili deyil. Daha çox ana xəttləri bir çox dekorasiya stili ilə uyğun bir intizamdır. İnsanlar ümumiyyətlə yaxşı bir fenq şuiyə sahib və ya sahib deyil deyə açəqlamazlar.
Genk FK
Genk – Belçikanın futbol klubu.
Gent FK
KAA Gent (Koninklijke Atletiek Associatie Gent) – Şərqi Flandriyanın Gent şəhərində yerləşən Belçikanın futbol klubudur. Gent futbol komandası idman klubu daxilində ən tanınmış bölmədir və 1989-90 mövsümündən bəri Belçikanın Birinci A Diviziyasında oynayır. Dörd Belçika Kuboku qələbəsinə əlavə olaraq, 2014-15-ci illərdə klub bir dəfə milli liqanın qalibi oldu. Gent, 1920-ci ildən 2013-cü ildə Gelamko Arenaya köçənə kimi ev oyunlarını Gentbraq şəhərindəki Jül Ottenstadionda keçirib. Onların komanda rəngləri mavi və ağdır. Baş sponsor VDK Bank maliyyə təşkilatıdır. Klubun futbol bölməsi 1900-cü ildə açıldı. Klubun ləqəbi “De Buffalo”-dur, bu termin ilk dəfə 20-ci əsrin əvvəllərində Buffalo Bill və onun Vəhşi Qərb sirkinin şəhərə səfərindən sonra meydana çıxmışdır.Gent 1913-14 və 1928-29-cu illər arasında Belçika futbolunda ən yüksək səviyyədə olan ilk uğurunu, 1936-37-dən 1966-67-ci ilə qədər isə ikinci uğurlarını qazandı. 1970 və 1980-ci illərdə klub 1989-cu ildə ən yüksək səviyyəyə qayıdışa qədər birinci və ikinci bölmələr arasında bir neçə yüksəliş və aşağı liqalara enmə halları yaşadı. Klub 1991-92 UEFA Kubokunda 1/4 finala yüksəldi ki, bu da klubun Avropa yarışlarında indiyə qədərki ən yaxşı nailiyyətidir.
Gent Universiteti
Gent Universiteti (nid. Universiteit Gent – UGent) — Belçikanın Gent şəhərində yerləşən ali təhsil müəssisəsi; == Tarixi == Universitetin əsası 1817-ci ildə Kral Villiam tərəfindən qoyulmuşdur. == Kontingenti == Gent Universitetinin 41 000 tələbəsi və 9000 işçisi var. == Fakültələri == Hazırda universitetdə 11 fakültə və 117 fakültə şöbəsi fəaliyyət göstərir: İncəsənət və Fəlsəfə fakültəsi; Hüquq fakültəsi; Elmi fakültə; Tibb və Sağlamlıq Elmləri fakültəsi; Mühəndislik və Memarlıq fakültəsi; İqtisadiyyat və Biznesin İdarəsi fakültəsi; Baytarlıq fakültəsi; Psixologiya və Təhsil Elmləri fakültəsi; Bioloji elmlərin idarə edilməsi Fakültəsi; Əczaçılıq fakültəsi; Sosial və Siyasi Elmlər fakültəsi.Bundan başqa 117 fakültə şöbəsi fəaliyyət göstərir ki, onlar elmi sahələrin hər birində 230-dan artıq yüksək keyfiyyətli kurslar təklif edir. == Məşhur məzunları == Universitet bir çox görkəmli alimlər yetişdirib ki, onlardan da Kornille Heymans, Leo Bikeland, Josef Guislain, Valter Feirs, Marc Van Montaq, Peter Piot və digərləri Nobel mükafatına layiq görülmüşdür.
Göy (rəng)
Göy – rənglərdən biri. == Ümumi məlumat == Göy rəng çox-çox hallarda nəinki mavi, hətta bəzi hallarda yaşıl rənglə eyni mənalı, eyni funksiyalı olur. Göylə mavini bir-birindən fərqləndirən başlıca əlamət mavinin açıq, göyün isə tünd olmasıdır. Amma bu o demək deyil ki, göylə mavi həmişə bir-birinin eyni ola bilir. Misal üçün, yetişməmiş, kal anlamına gələn göy meyvə – göy alça, göy gavalı, göy alma, göy ərik, yaxud göy (yaşıl) meşə, göy (yaşıl) ot, göy (yaşıl) çəmən və s. deyilə bildiyi halda, mavi alça, mavi gavalı, mavi alma, mavi ərik, mavi ot, mavi meşə, mavi çəmən və s. deyilmir. Eləcə də göy rəng həmişə mavi rəngi əvəz eləyə bilmir. Belə ki, "göy" rəng yox, substantivləşəndə əlamət olaraq mütləq "mavi" tələb edir. Misal üçün, səma, asiman adları daşıyan Göy qübbəsinin – göyün rəngini bildirmək üçün "göy Göy" yox, "mavi Göy" deyilir.