GƏMİK
GƏNCƏFƏ
OBASTAN VİKİ
Gənc Aqrippina
Kiçik Aqrippina (lat. Agrippina minor; 6 noyabr 15, Köln – 17 mart 59, Mizeno[d], Kampaniya) — Neron Yuli Sezar Germanikin Böyük Aqrippinadan olan qızı, Yulilər-Klavdilər sülalə məsubu, Nero Klavdi Saezar Avqust Germanikin anası, Qay Yuli Sezar Kaliqulanın bacısı, Tiberi Klavdi Neron Germanikin sonuncu arvadı.
Gənc Atsızlar
Gənc Atsızlar (türk. Genç Atsızlar) — 3 may 2005-ci ildə Türkiyənin Bursa şəhərində təsis edilən və Nihal Atsızın ideologiyasına əsaslanan ifrat sağçı təşkilat. == Nəşrlər == Təşkilatın üç nəşri var. Onlar "Genç Atsızlar", "Kömen" və "Ötüken" jurnallarıdır. 2010-cu ilin yanvar ayında elektron jurnal olaraq nəşr olunan "Genç Atsızlar"ın jurnalı onuncu sayından sonra nəşrini dayandırmışdır. Nihal Atsızın eyniadlı şeirindən ilhamlanaraq 25 iyun 2011-ci ildə "Kömen" adlı başqa bir jurnal buraxılmağa başlanmışdır. On doqquz nömrəsinin sonunda "Kömen" jurnalı da nəşrini dayandıraraq "Ötüken" jurnalı ilə əvəz edilmişdir. "Ötüken" jurnalının ilk sayı 1 oktyabr 2013-cü ildə işıq üzü görmüşdür. Təşkilat "Genç Atsızlar"ın Nihal Atsızın eyniadlı jurnalının davamı olduğunu və 143 sayı dərc edildiyini iddia edirlər. Nihal Atsızın oğlu Yağmur Atsız jurnalın qeyri-qanuni nəşr edildiyini, jurnalın ad hüququna qardaşı Buğra Atsızla birlikdə sahib olduqlarını bildirmişdir.
Gənc Kato
Markus Porcius Cato Uticensis (e.ə. 95 - e.ə. 46), romalı siyasətçi. == Həyatı == Kato (Cato) eradan əvvəl 95-ci ildə Markus Porkius Kato və həyat yoldaşı Livia Drusanın oğlu olaraq Romada dünyaya gəlmişdir. Valideynlərini erkən yaşlarında itirən Kato dayısı Markus Livius Drususun evinə köçmüşdür. Drusus, Kato hələ 4 yaşında ikən öldürülmüşdür. Sezarla uzun sürən rəqabətdən sonra məğlub olaraq, özünü öldürmüşdür. == Şəxsiyyəti == Ulu babası siyasətçi və dövlət nümayəndəsi Qoca Kato ilə ad eyniliyinə görə Gənc Kato (Cato Minor) olaraq bilinir. Roma Respublikasının son dövrlərində yaşamış olan Romalı siyasətçi və dövlət xadimi Kato, eyni zamanda əfsanəvi inadçılığı və bildiyindən dönməyən şəxsiyyəti ilə xatırlanır. Dövründə olduqca yayılmış olan rüşvətlə mübarizəsi, əxlaqi dürüstlüyü və xüsusilə də Qay Yuli Sezar ilə olan uzun mübarizəsi ilə tanınır.
Gənc Osman
II Osman və ya Gənc Osman (osman. عثمان ثالث Osman-i sani, divan ədəbiyyatındakı ləqəbi ilə Farisî; 3 noyabr 1604, Konstantinopol – 20 may 1622, Konstantinopol) — 16-cı Osmanlı sultanı və 95-ci İslam xəlifəsi. == Həyatı == === Şahzadəlik illəri === 3 noyabr 1604-cü ildə çərşənbə günü İstanbulda dünyaya gəlmişdir. Atası Osmanlı sultanı I Əhməd, anası Mahfiruzə Sultandır. Sultan Əhmədin dünyaya gələn ilk oğlu olması səbəbilə, şahzadəyə sülalənin banisi Osman Qazinin adı verilmiş, bu münasibətlə paytaxtda yeddi gün yeddi gecə şənliklər keçirilmişdir. Sonrakı illərdə yaşayan tarixçilər tərəfindən Gənc Osman olaraq anılmışdır. Şahzadəlik illəri haqqında yetərli məlumat yoxdur. Sultan Əhməd dövrünün tarixçilərindən Safi Mustafa Əfəndiyə görə, 8 mart 1605-ci ildə dünyaya gələn qardaşı Şahzadə Mehmedlə birlikdə böyümüş, lələ Ömər Əfəndi hər ikisinə sarayda dərs vermişdir. Bəzi mənbələrdə mükəmməl təhsil aldığı, ərəb və fars dilləriylə yanaşı, latın, yunan və italyan dillərini də bildiyi qeyd edilir. Anası Mahfiruzə Sultanın saraydan çıxarılıb Köhnə saraya göndərilməsi ilə, ögey anası Kösəm Sultanın himayəsində böyümüşdür.
Gənc Partiya
Genç Parti (Gənc Partiya), GP Türkiyə Respublikasındakı siyasi partiyalardan biri. Hazırda Cem Uzan partiyanın başındadır. Partiya Cem Uzan tərəfindən 23 avqust 2002 tarixində qurulub. Partiyanın ideologiyası liberal, demokratik, layiq və milliyətçilikdir.
Gənc buxaralılar
Gənc buxarılılar (özb. Yosh buxoroliklar və ya Mladobraxianlar) — 1909-cu ildə ildə Buxarada qurulan gizli cəmiyyət və islahatçı, islamı qərb elmi əsasında modernləşdirməyi məqsəd kimi qəbul edən cədidizm hərəkatının bir hissəsi. == Tarixi == Öz adlarını Gənc türklərdən təsirlənərək qəbul edən Gənc buxaralılar ideologiyalarını güclü inqilab hissləri ilə qarışdırmışdılar. 1918-ci ilin mart ayında onlar Daşkənd Sovetliyinin yardımı ilə Buxarada hakimiyyəti ələ almağa çalışdılar, lakin sonda Əmir Məhəmməd Alim xan tərəfindən məğlub edilərək Daşkəndə qaçmağa məcbur oldular. onlar Buxaraya birdə 1920-ci ilin may ayında geri dönə bildilər: Qızıl Ordu Buxaranı ələ keçirdi və Gənc Buxaralılar şəhərə geri döndülər. Onlar burada Buxara Xalq Sovet Respublikasının ilk hökumətini təşkil etdilər. Gənc buxaralıların əksəriyyəti 1923-cü ildə Özbəkistan Kommunist Partiyasına qoşuldular. Onlar ölkədəki hakim mövqelərini Böyük təmizləmə zamanı repressiyaya məruz qalana qədər saxlaya bilmişdilər. Gənc xivəlilər və Gənc buxaralılar Şərqi Türküstan İslam Cümhuriyyətini yaradanların ilham mənbəyi olmuşdurlar.
Gənc pirat
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Gənc qələmlər
Gənc qələmlər — 1925-1926-ci illərdə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ədəbi dərnək == Haqqında == Dərnəyin təşkilində Vahab Həsənzadə, Əvəz Sadıq, Abbas Gülməmmədov, Əyyub Abbasov, Məşdi Babayev yaxından iştirak etmişdir. Naxçıvan ədəbi gəncliyin inkişafında "Şərq qapısı" qəzeti də mühüm rol oynamışdır. Lətif Hüseynzadə, Məmməd Əkbər, Seyid Səbri, Nemət Hüseynov, Əli Zəbun, Məmmədəli Tarverdiyev, Məmmədhüseyn Təhmasib və başqa gənc şairlərin şeirləri müntəzəm olaraq qəzetdə dərc olunurdu. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 165. ISBN 5-8066-1468-9.
Gənc türklər
Gənc türklər (türk. Jön Türkler) — Osmanlı imperiyasının son dövründə ortaya çıxan məşrutiyyətçi və Sultan II Əbdülhəmid hakimiyyətinə müxalif olan gənc və ziyalı nəsilə verilən addır. == Etimologiyası == İlk dəfə, 1828-ci ildə Carlz MakFarleym tərəfindən dövrün Gənc Osmanlı nəslini nəzərdə tutaraq işlədilmişdir. Daha sonra 1855-ci ildə, Ubiceni II Mahmud dövrü islahat hərəkatına qatılan dövlət məmurlarını, həm də I Əbdülməcid dövrünün qərbliləşmə tərəfdarı Tənzimatçılarını ifadə etmək üçün “jevene turqvie de Mahmut” və “jevene Turqvie d’Abdul Medjid” ifadələrindən istifadə etmişdir. Bu terminləri qavram olaraq ilk istifadə edən Hippolyte Kastille olmuşdur. Gənc türklər qavramı yeni bir qavram deyildir. Bu qavramlardan daha çox Avropada yaranan, hökumətə müxalif şəxslərin yaratdıqları partiyaların bir bənzəri kimi görünmək olduğu üçün istifadə olunmuşdur. Almaniyada Gənc almanlar cərəyanı (bundan əlavə bu cərəyan həm də ədəbi cərəyandır), İtaliyada Gənc italyanlar cərəyanı, Polşada Gənc polyaklar cərəyanı da bunun analoqlarıdır. Bu cərəyanlar siyasi müxalifət cərəyanları olduğu qədər, həm də ədəbi cərəyanlardırlar. Daha sonra Jön türklər cərəyanın da adı keçənlərdən bəhs edərkən ətraflı formada ədəbiyyat mənsubları barədə danışılacaqdır.
Gənc İtaliya
Gənc İtaliya (it. Giovine Italia) — 1831–1834-cü və 1840–1848-ci illərdə fəaliyyət göstərmiş italyan inqilabi təşkilatı. == Tarixi == Fransada 1830-cu il inqilabı İtaliya vilayətlərinə böyük təsir göstərdi. 1831-ci ilin fevralında Parma, Modena və Romada silahlı üsyanlar baş verdi. Bolonyada yaradılmış müvəqqəti hökumət papanın dünyəvi hakimiyyətinin ləğvini və Müəssislər Məclisinin çağırılmasını elan etdi, lakin hakimiyyəti ələ keçirən burjuaziya xarici müdaxilənin qarşısını almaq üçün Parma və Modena üsyançıları ilə əməkdaşlığı dayandırdı. 1831-ci ilin martında Avstriya ordusu Roma vilayətində üsyanı yatırdı. 1831-ci il üsyanlarının məğlubiyyəti nəticəsində ölkədə karbonarilərin və digər qrupların nüfuzu əsaslı şəkildə zəiflədi. İtaliyada azadlıq hərəkatının proqram və metodlarının dəyişilməsi zəruri idi. Bu vəzifənin icrasını Cüzeppe Madzininin başçılığı altında XIX əsrin 30-cu illərinin əvvəlində yaradılmış demokratik cərəyan öz üzərinə götürdü. Karbonarilərlə əlaqələri kəsən C. Madzini 1831-ci ildə Marseldə gizli şəkildə fəaliyyət göstərən "Gənc İtaliya" təşkilatını yaratdı.
Qala Gənc
Qala Gənc — İranın Kirman ostanının şəhərlərindən və Qala Gənc şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,560 nəfər və 2,443 ailədən ibarət idi.
Gənc Almaniya
Gənc Almaniya (alm. Junges Deutschland‎) — Almaniyada mütləqiyyətçi hökumətləri devirməyi qarşıya məqsəd qoymuş gizli inqilabi sui-qəsdçi, respublikaçıdemokratik cəmiyyət. 1834-cü ildə İsveçrədə alman mühacirləri tərəfindən yaradılmışdır. İlk vaxtlar "Yeni Almaniya" adlanır və əsasən xırda burjua ziyalılarını birləşdirirdi. Tədricən təşkilatda sənətkarların və fəhlələrin təsiri gücləndi, Almaniyada gizli inqilabi təbliğat aparmaq vəzifəsi ön plana çəkildi. Təşkilat 1836-cı ildə dağılmış, 1845-ci ildə bərpa olunaraq 1848-49-cu illər inqilabı zamanı Cənub-Qərbi Almaniyadakı üsyanlarda iştirak etmişdi. 1850-ci ildə tamamilə dağılmışdır.
Gənc Çexlər
Gənc Çexlər — Çexiyada siyasi partiya. 1874-cü ildə Karel Sladkovski, Yuli Qreqr, Eduard Qreqrın və bir neçə silahdaşının başçılığı ilə Çexiya Milli Partiyasının müxalif qanadının üzvləri tərəfindən yaradılmışdır. Proqramlarında liberal prinsiplərinə sədaqət, parlament quruluşunun islahatı və yerli idarəetmənin genişləndirilməsi əks olunmuşdu. Partiyanın mərkəzi mətbuat orqanı "Narodny listy" qəzeti idi. 1890-cı il Zemstvo seyminə və 1891-ci il reyxsrata seçkilərində inamlı qələbəsi nəticəsində Çexiyada ən nüfuzlu partiyaya çevrilmişdi. 1890-cı illərin ikinci yarısında dil məsələsinin həlli üçün bir sıra uğursuz cəhd göstərdilər. XIX əsrin sonundan yeni partiyaların yaradılması və seçki sistemində islahatın keçirilməsi nəticəsində Çexiyanın aparıcı siyasi qüvvə mövqeyini itirmişdilər. 1907-ci ildə sənaye burjuaziyasının və maliyyə dairələrinin mənafeyi uğrunda çıxış edən ən iri şəhər partiyası kimi qüvvətlənmişdilər. Partiyanın rəhbəri Karel Kramar idi. 1918-ci ildə Çexiya Xalq Partiyası və digər siyasi qruplaşmalarla birgə Karel Kramarın rəhbərliyi ilə "Çexiya dövlət-hüquqi demokratiya" partiyasını yaratmışdılar.
Gənc Orxomen
Orxomen (q.yun. Ὀρχομενός) — qədim yunan mifologiyasında personaj. Bir versiyaya görə, Yaşlı Orxomenin ailəsindən olan Mininin oğludur. Onun hakimiyyəti dövründə Arqoslu Giett onun yanına gəlmiş və torpağın bir hissəsi ona verilmişdir. Orxomenin oğlu Hesiod tərəfindən xatırlanır. Digər versiyalara görə, o, Zevsin oğlu və ya Eteokl və Danayın qızı Hesiona adlanır, bu versiyada o, Mininin atasıdır. Elaranın atası, Kopreyin babasıdıt.
Gənc Astronomlar (1977)
== Məzmun == Televiziya filmi Yuri Qaqarin adına Pionerlər sarayının gənc texniklərindən, A.Sorinin rəhbərliyi altında məktəblilərin astronomiya sahəsində qazandıqları uğurlardan, fəzanı və Günəşi tədqiq etmək üçün teleskop hazırlamalarından bəhs edir.
Gənc Mehmed Paşa
Gənc Mehmed Paşa (ö. 6 iyun 1768) — Osmanlı sultanı III Əhməd dönəmində müxtəlif vəzifələrdə xidmət etmiş dövlət xadimi. Atası Sultan Əhməd dönəmi sədrəzəmlərindən Nevşəhərli İbrahim Paşa idi. Atası Sultan Əhmədin qızlarından Fatma Sultanla evli olsa da, Mehmed Paşa onun öncəki evliliyindən dünyaya gəlmişdir. 18 sentyabr 1720-ci ildə keçirilən möhtəşəm sünnət mərasimiylə Sultan Əhmədin oğulları Süleyman, Mehmed, Mustafa və Bəyazidlə birlikdə sünnət edildi. 21 fevral 1724-cü ildə keçirilən mərasimdə Sultan Əhmədin qızlarından Atikə Sultanla, əmisi oğlu Əli Paşa isə Ümmügülsüm Sultanla nigahlandı. Beləcə, həm özü və əmisi oğlu vəzirlik rütbəsinə yüksəldi, həm də atası Osmanlı sülaləsiylə olan qohumluq əlaqələrini gücləndirdi. Nigahın ardından heç bir dövlət vəzifəsinə gətirilməsə də, Amasiya əyalətinin gəlirləri ona bağlandı. 1730-cu ildə baş tutan Patrona Xəlil üsyanı əsnasında qaçaraq gizləndi və üsyanın yatırılmasının ardından 1732-ci ilin aprelində Saloniki, ardından Bursa əyalətinə təyin olunaraq paytaxtdan uzaqlaşdırıldı. Ancaq bu illərdə ağır xəstəliyə tutulmuş, bu səbəblə vəzifədən istehfa edərək İstanbula dönmüşdür.
Gənc Osman Dastanı
Gənc Osman Dastanı — XVII əsrdə Qayıqçı Qul Mustafa tərəfindən yazılan və Türk xalq ədəbiyyatının ən vacib epik əsərlərindən biridir. Əsərdə Osman adındakı gənc bir yeniçərinin igidlikləri və ölümündən bəhs edilir. == Əsərin Türk ədəbiyyatındakı əhəmiyyəti == Osmanlı ənənələrinə görə müharibədən sonra yeniçəri olan ozanlar tərəfindən qələbə haqqında şeirlər deyildiyi bilinməkdədir. Gənc Osman Dastanı da bu şəkildə yaranmış Türk xalq ədəbiyyatı məhsuludur. Bu epik şeir Bağdad səfərindən sonra yazılmışdır; yenə eyni səfərdən sonra Dəmirçioğlu kimi zamanının vacib xalq ozanlarıda müxtəlif şeirlər yazmışdır. Hətta Türk xalq ədəbiyyatının ən vacib ozanlarından biri kimi göstərilən Qaracaoğlanda bir Gənc Osman Dastanı yazmış, ancaq bu dastanların heç biri Qayıqçı Qul Mustafanın yazmış olduğu Gənc Osman Dastanı qədər tanınmamışdır. Qaracaoğlanın şeiri ancaq 1970. ildə ortaya çıxmışdır. Gənc Osman Dastanı yazıldığı zamandan etibarən xəlq tərəfindən böyük rəğbət görmüş və xalq rəvayətinə çevrilmişdir. Bu dastanın mahnı halına gətirildiyi də bilinməkdədir.
Gənc Pirat Partiyası
Gənc Pirat (isv. Ung Pirat) - İsveçdə fəaliyyət göstərən Pirat partiyasının gənclər qanadıdır. 22 mindən çox üzvə malik qurum İsçevin ən böyük gənclər təşkilatıdır.
Gənc Qaşqar Partiyası
Gənc Qaşqar Partiyası — uyğurların türk millətçiliyini müdafiə edən partiyası. == Haqqında == Gənc Qaşqar Partiyası 1933-1934-cü illərdə mövcud olmuş və türk millətçiliyini müdafiə etmişdir. O, Şərqi Türkistan İslam Respublikasının yaradılmasında mühüm rol oynamışdır. Partiya mahiyyət etibarilə anti-Çin, anti-Çin müsəlmanları olmuşdur. Uyğur hərbi komandanı olan Timur Bəy və Xotan əmirləri Məhəmməd Əmin Buğra, Abdulla Buğra və Nur Əhməd Can Buğra Gənc Qaşqar Partiyası ilə ittifaq qurmuşdular. Partiya 40 nəfərdən ibarət parlament quraraq, Birinci Şərqi Türkistan Respublikasının prezidenti Niyazi Xocaya iki nəfərlik nümayəndə heyəti göndərmişdi. Partiya bir digər türk millətçisi təşkilat olan Milli İnqilab Komitəsi ilə yaxın əlaqələrə sahib idi.
Gənc Tamaşaçılar Teatrı
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı — XX əsrin 20-ci illərində yaranmış Azərbaycan teatrı. == Tarixi == GTT özfəaliyyət uşaq dram dərnəklərinin əsasında yaranmışdır. Xəzər dənizçiliyi klubunun nəzdindəki 40 saylı pioner dəstəsinin dərnəyinin fəaliyyətini genişləndimək məqsədilə şəhər komsomol komitəsi yanında uşaqlardan ibarət dram dərnəyi təşkil olundu. 14 yaşlı Ağadadaş Qurbanov dərnəyə rejissor təyin olundu. 1927-ci il mart ayının 15-də Bakıda Lətif Kərimlinin "Fırtına" tamaşası 14 yaşlı Ağadadaş Qurbanovun quruluşunda göstərildi. Bu tamaşa 1927-ci il mayın 31-də Əli Bayramov adına qadınlar klubunda keçirilən Azərbaycan LKGİ-nin VIII qurultayı nümayəndələrinə göstərildi. Nümayəndələr Bakıda Uşaq teatrı yaratmaq haqqında Azərbaycan Xalq Maarif Komissarlığı qarşısında məsələ qaldırdı. 1928-ci il oktyabrın 5-də Azərbaycan XMK-nın qərarı ilə Bakı Uşaq Teatrı rəsmi fəaliyyətə başladı. 1928-ci il noyabr ayının 6-da N. Smirnov və S. Şerbakovun "Beş nəfər" adlı tamaşası ilə rus bölməsi, 1930-cu il yanvar ayının 30-da N. İvanterin "Qırmızı qalstuk əleyhinə" tamaşası ilə Azərbaycan bölməsi fəaliyyətə başladı. Ilk milli uşaq dramaturgiyası – A. Şaiqin "Xasay", "Eloğlu", "Fitnə", Mirmehdi Seyidzadənin "Qızılquş", "Nərgiz", Əyyub Abbasovun "Azad", "Məlikməmməd" tamaşaları ilə yaranmışdır.
Gənc Verterin iztirabları
Gənc Verterin iztirabları (alm. Die Leiden des jungen Werthers) İohann Volfqanq Göte 1774-cü ildə məktublar formasında yazdığı sentimental romandır. Romanda alman reallığının fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Bu roman Hötenin "Qöts fon Berlihinqen" dramından sonra ədədbiyyatda ikinci uğuru idi. Dram kimi məktublar formasında yazılan roman da "Fırtına və gərginlik" cərəyanına aid edilir. "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə - Maksimilane fon Laroşa məxsusdur. Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimayyətə təqdim edilmişdi.
Gənc Verterin əzabları
Gənc Verterin iztirabları (alm. Die Leiden des jungen Werthers) İohann Volfqanq Göte 1774-cü ildə məktublar formasında yazdığı sentimental romandır. Romanda alman reallığının fonunda intihar edən qəhrəmanın faciəli həyatı təsvir edilir. Bu roman Hötenin "Qöts fon Berlihinqen" dramından sonra ədədbiyyatda ikinci uğuru idi. Dram kimi məktublar formasında yazılan roman da "Fırtına və gərginlik" cərəyanına aid edilir. "Gənc Verterin iztirabları" müəyyən dərəcədə avtiobiqrafik xaraketer daşıyır, bu romanda Höte özünün Şarlotta Buffa olan platonik məhəbətini təsvir etmişdi. Höte onunla 1772-ci ildə Vetslar məhkəməsində praktika keçdiyi zaman tanış olmuşdu. Əsərin faciəli sonu, Verterin intiharı ilə bitməsi Hötenin dostu, evli qadına aşiq olub, məhəbətindən əziyyət çəkən Karl Vilhelm Yerusalemin intiharı ilə bağlı olmuşdur. Lottenin ədəbi obrazı Hötenin o dövrdə başqa rəfiqəsinə - Maksimilane fon Laroşa məxsusdur. Romanın birinci nəşri 1774-cü ilin payızında Leypsiq kitab sərgisində ictimayyətə təqdim edilmişdi.
Gənc fəhlə (jurnal)
"Sənətkar" jurnalı — Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi-pedaqoji və metodik jurnalı == Tarixi == "Sənətkar" jurnalı XX əsrin ortalarında ölkədə mövcud olan peşə təhsili müəssisələrini bir mərkəzdən idarə etmək, onları lazımi metodik materiallarla təmin etmək, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən peşə tədrisi müəssisələrinin işi ilə tanış etmək üçün informasiya ötürücüsü funksiyasını yerinə yetirən mətbu orqana olan ehtiyacdan yaranmışdır. 1969-cu ildə fəaliyyətə başlamışdır. Lakin XX əsrin 80-ci illərinin sonunda ölkədə yaranmış çətin vəziyyətlə əlaqədar bir çox nəşrlər kimi bu jurnalın da öz fəaliyyətini dayandırmağa məcbur olmuşdur. 10 illik fasilədən sonra jurnal Təhsil Nazirliyinin əmri ilə 2000-ci ildə yenidən nəşri bərpa olunmuşdur. Nəşrə başladığı 1969-cu ildən 1988-ci ilədək "Gənc fəhlə" adı ilə işıq üzü görən jurnal 2000-ci ildən "Sənətkar" adı ilə öz fəaliyyətini davam etdirmişdir. == 40 illik yubileyi == 2010-cu il avqustun 30-da 7 nömrəli Bakı Peşə Liseyinin akt zalında Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Sənətkar" elmi-pedaqoji və metodik jurnalının 40 illik yubileyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir. İclasda Təhsil Nazirliyinin rəhbər işçiləri, tanınmış pedaqoq alimlər, ilk peşə-ixtisas təhsili müəssisələrindən və KİV-dən nümayəndələr iştirak etmişdirlər. Jurnalın redaksiyası 40 illik ilə əlaqədar ilk peşə-ixtisas təhsili müəssisələri işçiləri arasında "İlk peşə-ixtisas təhsilinin ictimai statusu yüksəlməlidir" mövzusunda müsabiqə keçirmişdir. Müsabiqəyə 59 ilk peşə-ixtisas təhsili müəssisəsi və 2 məktəbdənkənar təhsil müəssisəsindən 3 nominasiya üzrə 123 yazı təqdim olunmuş və onlar tələbkar münsiflər heyəti tərəfindən dəyərləndirilmişdir. Müsabiqədə 9 nəfər I, 9 nəfər II, 9 nəfər isə III yerə layiq görülmüş, daha 15 nəfər 4-cü, həvəsləndirici yeri tutmuşdur.
Gənc həkimin qeydləri
Gənc həkimin qeydləri (rus. Записки юного врача; »Manzhetah yunogo vracha, sözün də A Country doktorluq Notebook kimi tanınan" A Young doktorluq Notes "), a qısa hekayə dövrü rus yazıçısı Mixail Bulgakov . 1925–1926-cı illərdə yazılmış və Bulqakovun 1916-18-ci illərdə yeni məzun olmuş gənc həkim kimi təcrübələrindən ilham alan, inqilabi Rusiyada Smolensk Qubernatorluğunda kiçik bir kənd xəstəxanasında təcrübə keçən hekayələr. Hekayələr əvvəlcə dövrün Rus tibb jurnallarında yer aldı və daha sonra alimlər tərəfindən kitab şəklində tərtib edildi. İlk İngilis tərcüməsi Michael Glenny tərəfindən edildi və 1975-ci ildə Harvill Press tərəfindən nəşr olundu. Daha yeni bir tərcümə (2011), Oneworld Classics damgası altında Hugh Aplin tərəfindən edilmişdir. Aplin tərcüməsinin adı Gənc həkim dəftəri . Fransızca tərcüməni 1994-cü ildə Paul Lequesne etmişdir. == Hekayələr == "Bir beçə Motif ilə Dəsmal" ( rus. Полотенце с петухом , Michael Glenny tərəfindən "Nakışlı Dəsmal" olaraq tərcümə edildi) "Vəftiz Version" ( rus.
Gənc istedadlar liseyi
Gənc İstedadlar liseyi — Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən liseydir. == Haqqında == Bakı Dövlət Universitetinin nəzdində 2007-ci ildən fəaliyyət göstərir. "Ümumi Təhsil Mərkəzi-XXI əsr" və Nərimanov rayonundakı Bağça-Məktəb-Lisey Kompleksi ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. == Nailiyyətləri == 2013 — "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi.
Dünya Azərbaycanlı Gənclər Birliyi
"Dünya Azərbaycanlı Gənclər Birliyi" (ing. “World Union of Azerbaijanis Youth”) — Azərbaycan Respublikasında ictimai birlik. == Tarixi == "Dünya Azərbaycanlı Gənclər Birliyi"nin təsis qurultayı 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilmişdir. Qurultayda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən beynəlxalq təşkilatların və xaricdə yaşayan azərbaycanlı gənclər birliklərinin nümayəndələri iştirak etmiş və bu təşkilatın yaranmasını müsbət hal kimi qiymətləndirmişlər. Sözü gedən Birlik, öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir. Bu da gələcəkdə Dünya Azərbaycanlı Gənclər Birliyinin səmərəli fəaliyyət göstərməsinə zəmin yaradır. == Birliyin məqsəd və vəzifələri == Dünya Azərbaycan Gənclər Birliyinin başlıca məqsədi Azərbaycan Rеspublikasında və xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin hərtərəfli inkişafının təmini, elm, təhsil, mədəniyyət, sahibkarlıq, idman, könüllülük işinin inkişafı və vətənpərvərlik sahəsində fəaliyyətin qurulması istiqamətində işlərin aparılması dünya azərbaycanlılarının milli-mənəvi dəyərlər əsasında səfərbər olmasıdır. Bundan əlavə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gənclərin Azərbaycan Rеspublikasının milli maraqlarının qorunması, xalqımızın zəngin mədəni irsinin təbliği, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi işinə cəlb olunması və beynəlxalq səviyyədə əməkdaşlığın təmin olunmasıdır. Ölkədən kənarda təhsil almış vətəndaşlarımızın uyğun fəaliyyətlərini təşkil etmək, gənc kadrlar bazasının təşkili, ölkədən kənarda yaşayan azərbaycanlı gənclərin şəbəkələşmə işinin təşkil edilməsində fəal rol oynamaq. Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin yaşadıqları cəmiyyətə intеqrasiyası, ictimai-siyasi həyatda daha fəal iştirakının təmin olunması məqsədilə layihələr həyata kеçirmək, habеlə bu cür layihələrin həyata kеçirilməsinə dəstək vеrmək.
Dünya Gənc Türk Yazarlar Birliyi
Dünya Gənc Türk Yazarlar Birliyi — uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən türk dünyasında yaşayan gənc türk yazarların birləşdiyi qurum. == Tarixi == Dünya Gənc Türk Yazarlar Birliyi 1998-ci ildə təsis olunub. 1999-cu il dövlət qeydiyyatından keçərək ictimai fəaliyyətlə məşğuldur. Təşkilatın təsisçisi Əkbər Mehdi oğlu Yolçuyevdir. Təşkilat Uluslararası hüquqi şəxs olaraq fəaliyyət göstərən, onlarla kitab nəşr edən, saytlar quran, layihələr gerçəkləşdirən, konfrans, festival, görüşlər düzənləyən Dünya Gənc Türk Yazarlar Birliyi, mövzu ilə bağlı yetərli təcrübəyə, bilgilərə, əlaqələrə malikdir. Birlik indiyədək Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və s. donor qurumların dəstəyi ilə bu sahədə onlarla layihə həyata keçirib. Təşkilata 1998–2013-cü illər tanınmış şair-publisist Əkbər Qoşalı, 2013–2014-cü illər yazıçı-dramaturq Rəvan Tohidoğlu, 2014–2016-cı illərdə isə yazar Əfsanə Ələsgərli rəhbərlik edib. 2019-cu ildə Cavanşir İntiqam Yaşar oğlu Dünya Gənc Türk Yazarlar Birliyinin İdarə Heyətinin sədri seçilmişdir. == Fəaliyyəti == DGTYB həmçinin ayrı-ayrı türk ölkə və topluluğunda düzənlənən onlarla konfrans, simpozium və festivalda Azərbaycanı təmsil edib.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Zərrabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib. Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır. == Tarixi == Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir. 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır.
Fəridəddin Gəncşəkər
Fəridəddin Gəncşəkər və ya Baba Fərid (fars. حضرت بابا فرید الدّین مسعود گنج شکر‎; pənc. حضرت بابا فرید الدّین مسعود گنج شکر; Şərqi pəncab dilində: ਫ਼ਰੀਦ-ਉਦ-ਦੀਨ ਗੰਜਸ਼ਕਰ) (1173–1266) və ya (1188 (584 Hicri) – 7 may, 1280 (679 Hicri)) — Pakistan və Hindistanın görkəmli din xadimi, şair, filosof, alim. == Həyatı == Baba Fərid adı ilə tanınmış Fəridəddin Məsud Şəkərgənc 1173-cü ildə Hindistanın Pəncab əyalətində nüfuzlu ailədə dünyaya göz açmışdır. Onun nəsil şəcərəsi bir versiyaya əsasən, Həzrət Əliyə (ə), digərinə görə isə, Həzrət Ömərə (r.a.) çəkir. Kiçik yaşlarından etibarən ailəsi tərəfindən dini qanunlara uyğun tərbiyə edilmişdir. "Şəkərgənc" təxəllüsü almasının səbəbi haqqında xalq arasında rəvayətlər mövcuddur. Onlardan birində qeyd edilir ki, anası Məryəm Bibi ona namaz qılmağı öyrədərkən, səccadənin altına bir qədər şəkər qoyur və namaz bitdikdən sonra şəkəri ona mükafat verirmiş. Lakin bir gün "şəkər qoymaq" ananın yadından çıxsa da, orada şəkər peyda olur. Məhz bu hadisədən sonra ona "Şəkərgənc" (şəkər xəzinəsi) adı verilmişdir.
Fətəli bəy Hali-Gəncəvi
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı == Həyatı == Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı. == Yaradıcılığı == Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb.
Fətəli bəy Xali-Gəncəvi
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı == Həyatı == Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı. == Yaradıcılığı == Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb.
Gənclər Fondu
Azərbaycan Gənclər Fondu — Avrasiya Fondu Azərbaycan Nümayəndəliyi, Şimali İrlandiya İcma Fondu (ŞİİF), Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi və birlikdə Azərbaycanın beş rayonunda yeni Gəncler Fondu proqramını həyata keçirməyə başlamış, gənclər tərəfindən idarə olunmuş layihə təşəbbüsü. Azərbaycan Respublikasının Gənclər Fondu — Azərbaycanda gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirilməsini təmin edən qurum.
Gənclər Günü
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Gənclər Günü (Azərbaycan)
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Gənclər festivalı (film, 1969)
Gənclər qəsəbəsi
Gənclər — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Hacıhüseynli bələdiyyəsinin tərkibindədir. == Tarixi == Gənclər Quba rayonunun Hacıhüseynli inzibati ərazi vahidində qəsəbə. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsi 1965-ci ildə Samur-Dəvəçi kanalının 2-ci məntəqəsi yanında, orada çalıŞan fəhlə və qulluqcular üçün salınmışdır. Qəsəbə kanalın çəkiliŞində əmək fəallığı göstərmış Azərbaycan gənclərinin Şərəfinə belə adlandırılmışdır.
Gənclər və İdman Nazirliyi
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Gənclər və İdman Nazirliyi (Azərbaycan)
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı. == Tarixi == Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır. Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.
Gənclər yurdu
"Gənclər yurdu" jurnalı — Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan ictimai-siyasi jurnal. "Müsavat" partiyasının nəzdində yaradılmış "Gənclər cəmiyyəti"nin orqanı idi. 1918-ci ilin iyunundan noyabrın 15-dək (əvvəlcə həftəlik, sonra isə ayda 2 dəfə) Bakıda Azərbaycan dilində nəşr olunmuş, cəmi 35 nömrəsi çıxmışdır. Redaktorları T.F.Hacızadə və Mirzəbala Məmmədzadə idilər. Jurnalda gənc ədəbi qüvvələrin milli istiqlalın, müstəqilliyin qorunmasına çağırış ruhlu şeirləri, ictimai həyatın müxtəlif məsələləri, xüsusilə gəncliyin problemləri ilə bağlı yazıları çap edilirdi. == Mənbə == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. İki cildə. I cild. "Lider nəşriyyatı", 2004, səh. 426.
Gənclər üçün Prezident Mükafatı
Gənclər üçün Prezident Mükafatı — Azərbaycan Respublikası Prezidenti 2019-cu il 28 iyun tarixli Fərmanı ilə təsis edilmiş mükafat. Mükafat elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq fəaliyyəti sahələrində xüsusi fərqlənən istedadlı gənclərə verilir və mükafat 10 000 Azərbaycan manatı məbləğində pul mükafatından, diplomdan, döş nişanından və həmin döş nişanının vəsiqəsindən ibarətdir. Mükafata layiq görülmüş şəxs Gənclər üçün Prezident Mükafatı laureatı hesab olunur. Mükafatın verilməsi, o cümlədən Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin hazırlanması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir. Mükafatın diplomunun, döş nişanının və həmin döş nişanının vəsiqəsinin təsvirini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Mükafat ildə bir dəfə, fevralın 2-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə verilir və Azərbaycan Respublikasının Prezidenti və ya onun vəkil etdiyi şəxs tərəfindən təntənəli surətdə təqdim edilir. Gənclər üçün Prezident Mükafatı laureatı vəfat etdikdə, habelə Mükafat şəxsə ölümündən sonra verildikdə, Mükafat onun ailəsinə təqdim olunur. Bu halda təqdim olunan pul mükafatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vərəsəlik üzrə keçir. == Mükafatın sahələri və sayı == Elm və təhsil sahələri üzrə – 2 mükafat Mədəniyyət sahəsi üzrə – 2 mükafat İctimai və sosialyönümlü fəaliyyət sahəsi üzrə – 2 mükafat Gənclər siyasəti və gənclərlə iş sahəsi üzrə – 2 mükafat İnnovasiya və sahibkarlıq fəaliyyəti sahəsi üzrə – 2 mükafat == Təltif edilənlər == Mükafat birgə fəaliyyətə görə iki və daha artıq şəxsdən ibarət qrupa verilə bilər. Bu halda, pul mükafatı həmin şəxslər arasında bərabər bölünür, diplom, döş nişanı və həmin döş nişanının vəsiqəsi isə hər bir şəxsə ayrılıqda təqdim olunur.
Gənclər üçün Prezident mükafatı laureatlarının siyahısı
== 2014 ==
Gənclərbirliyi Sumqayıt FK
Gənclərbirliyi futbol klubu — 2003-cü ildə Sumqayıt şəhərində yaradılmış futbol klubu. Klub 2008-ci ildə fəaliyyətini dayandırıb. Müxtəlif vaxtlarda 4 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Gənclərbirliyi İK
Gənclərbirliyi İdman Klubu (türk. Gençlerbirliği Spor Kulübü) — Türkiyənin Ankara şəhərini 1-ci Liqada təmsil edən idman klubu. == Tarixi == Ankara Furbol Birliyinin 1921-də Ankara Liqasının yaradılması ilə, Ankarada ilk rəsmi futbol müsabiqəsi 26 noyabr 1922-də "Anadolu Sənətkargücü" və "Təlimgahgücü" arasında oynanmışdır. Ankaranın ilk komandalarından biri isə Ankara Sultanisi (digər adıyla Ankara Oğlanlar Kolleci) komandasıdır. Futbola marağı olan Münif Kamalın təşviqi ilə Ankara Sultanisi Fiziki Tərbiyə müəllimi Əkrəm bəyin idarəçiliyində iddialı bir futbol komandası yaratmışdır. Ancaq Əkrəm bəyin bəzi bacarıqlı futbolçuları komandaya götürməməsi Gənclərbirliyi klubunun kurulmasında axsamalar yaratmışdır. Komandaya alınamyan şagirdlərin ayrı bir klub qurma istəyi, 14 mart 1923-də "Gənclərbirliyi Futbol Klubu" adı qoyularaq tamamlanıb. Gənclərbirliyi ilk konqresini 1925-in mart ayında gerçəkləşdirdilər. Bu konqresfən bir müddət sonra, Gənclərbirliyinə daxil olab Sultani şagirdləri Ankara Sultanisi köhnə müdiri Münif Kamalı ziyarət edərək könlünü alır və klubun direktorluğunu təklif edirlər. Münif Kamal bəy bu fikri qəbul edir və 9 il boyunca davam edəcək direktorluğun başlanması ilə birliktə Sultani ilə klub arasındakı gərginlik sona çatır.
Gənclərbirliyi İdman Klubu
Gənclərbirliyi İdman Klubu (türk. Gençlerbirliği Spor Kulübü) — Türkiyənin Ankara şəhərini 1-ci Liqada təmsil edən idman klubu. == Tarixi == Ankara Furbol Birliyinin 1921-də Ankara Liqasının yaradılması ilə, Ankarada ilk rəsmi futbol müsabiqəsi 26 noyabr 1922-də "Anadolu Sənətkargücü" və "Təlimgahgücü" arasında oynanmışdır. Ankaranın ilk komandalarından biri isə Ankara Sultanisi (digər adıyla Ankara Oğlanlar Kolleci) komandasıdır. Futbola marağı olan Münif Kamalın təşviqi ilə Ankara Sultanisi Fiziki Tərbiyə müəllimi Əkrəm bəyin idarəçiliyində iddialı bir futbol komandası yaratmışdır. Ancaq Əkrəm bəyin bəzi bacarıqlı futbolçuları komandaya götürməməsi Gənclərbirliyi klubunun kurulmasında axsamalar yaratmışdır. Komandaya alınamyan şagirdlərin ayrı bir klub qurma istəyi, 14 mart 1923-də "Gənclərbirliyi Futbol Klubu" adı qoyularaq tamamlanıb. Gənclərbirliyi ilk konqresini 1925-in mart ayında gerçəkləşdirdilər. Bu konqresfən bir müddət sonra, Gənclərbirliyinə daxil olab Sultani şagirdləri Ankara Sultanisi köhnə müdiri Münif Kamalı ziyarət edərək könlünü alır və klubun direktorluğunu təklif edirlər. Münif Kamal bəy bu fikri qəbul edir və 9 il boyunca davam edəcək direktorluğun başlanması ilə birliktə Sultani ilə klub arasındakı gərginlik sona çatır.
Gənclərin 50 yaşlı teatrı (film, 1979)
Gənclərin sahil filmi
Yeniyetmələrin çimərlik filmi — 2013-cü ildə çəkilən Disney Channel orijinal filmidir.
Gənclərin İnkişaf və Karyera Mərkəzi
== Haqqında == Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) 2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli Sərəncamına əsasən, Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarında Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. 14 aprel 2023-cü ildə isə Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının iclasında “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 7 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq, Fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlikləri və bölmələrinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, qurumun strukturu optimallaşdırılıb. GİKM-in regional nümayəndəlikləri və bölmələri tərəfindən gənclərin hərtərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunur. Qurumun fəaliyyəti vasitəsilə regionda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak etmək imkanı qazanırlar. Hazırda respublika üzrə Gənclərin İnkişaf və Karyera Mərkəzinin 11 regional nümayəndəliyi və 44 bölməsi fəaliyyət göstərir. == Sərəncam == Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 01 oktyabr 2019-cu il Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması, habelə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verilməsi məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 4.0 (dörd) milyon manat ayrılsın. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
Gəncüm ağa Xandəmirov
Gəncə
Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına görə ikinci, sənaye məhsulları istehsalına görə Bakı və Sumqayıtdan sonra üçüncü şəhəridir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir. == Tarixi == === Etimologiya === Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "Gānj" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır. Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı". Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" (azərb. xəzinə‎) sözündən törədiyini iddia edir.
Gəncə-Daşkəsən iqtisadi rayonu
Gəncə-Daşkəsən iqtisadi rayonu — Azərbaycanın 14 iqtisadi rayonlarından biri. Tərkibinə Daşkəsən, Goranboy, Göygöl, Samux inzibati rayonları və Gəncə, Naftalan şəhərləri daxildir. Sahəsi - 5808 km² . Əhalisi - 611,3 min nəfər.Rayonun iqtisadi və siyasi cəhətdən mərkəzi şəhəri Gəncə dir. == Tarix == 7 iyul 2021-ci ilə qədər rayon Gəncə-Qazax iqtisadi rayonu adlanırdı. Ərazisinə Gəncə və Naftalan şəhərləri, həmçinin Ağstafa, Qazax, Daşkəsən, Gədəbəy, Tovuz, Goranboy, Göygöl, Samux, Şəmkir inzibati rayonları daxil idi. Gəncə-Daşkəsən iqtisadi rayonu, Azərbaycan Prezidentinin 7 iyul 2021-ci il tarixli "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında" fərmanı ilə qurulmuşdur. == İqtisadiyyat == İqtisadiyyat Bölgənin əsas yeraltı sərvətləri neft, təbii qaz, pirit, kobalt, barit, dəmir filizi, alunit, əhəng daşı, mərmər, gips, seolit, bentonit, sement xammalıdır. Daşkəsən dəmir filizi, Zəyilik alunit, qızıl və mis, Xaşbulaq isə əhəng-daşı kimi zəngin yataqlara sahibdir. Elektrik enerjisi sənayesi Gəncə və Yenikənd SES-ləri ilə təmsil olunur.

Значение слова в других словарях