Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volna adası
Volna adası — Nordenşeld arxipelaqına daxil olan ada. Ada Kara dənizinin suları ilə yuyulur. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisinə daxildir. == Yerləşməsi == Arxipelaqın şərqində qərarlaşır. Şərq adaları qrupuna daxildir. Rusiyanın materik hissəsindən 50 km məsafədə yerləşir. Sahillərini Kara dənizinin suları yuyur. == Təsviri == Volna adası şimal-qərbdən cənub-şərqə uzanır. Uzunluğu 300 m, eni isə 200 metr təşkil edir. Adada yüksəklik yoxdur.
Aapravasi-Qhat
Aapravasi-Qhat (hind. आप्रवासी घाट – İmmiqrasiya deposu) — Mavrikinin paytaxtı Port-Luizdə yerləşən və Hindistandan məcburi və ya müqaviləli işçi qüvvəsi alan ilk İngilis koloniyası olan bina kompleksidir. 1849-1923-cü illərdə yarım milyon hindistanlı məcburi köçkün Britaniya İmperiyasındakı plantasiyalara aparılmaq üçün İmmiqrasiya deposundan keçdi. İşçilərin genişmiqyaslı miqrasiyası bir çox keçmiş Britaniya koloniyalarının cəmiyyətlərində silinməz iz buraxdı və hindlilər milli əhalinin əsas hissəsini təşkil etdi. Təkcə Mavritaniyada indiki ümumi əhalinin 68 faizi hind mənşəlidir. Beləliklə İmmiqrasiya Anbarı Mavritaniyanın tarixində və mədəni kimliyində əhəmiyyətli bir istinad nöqtəsinə çevrildi. Ərazidəki bütün kompleksdən üç daş binanın yalnız qismən qalığı qalmışdır. Bunlar indi Mavritaniya milli irsi qanunvericiliyinə əsasən milli bir abidə olaraq qorunur. İmmiqrasiya Anbarının sosial tarixdəki rolu 2006-cı ildə UNESCO tərəfindən Ümumdünya irsi elan edilərək tanınıb. Bəzi zəif binaların 1860-cı illərdəki halına qaytarılması üçün mühafizə işləri aparılır.
Onat Kutlar
Onat Kutlar (25 yanvar 1936, Alanya, Antalya ili – 11 yanvar 1995, İstanbul) — türkiyəli şair, yazıçı, düşüncə adamı. 1959-cu ildə nəşr olunan " İshak" ilə 1960-cı ildə Türk Dil Qurumu mükafatını qazandı. Fetih Naciye görə İshak dünya ədəbiyyatında sehrli gerçəklik axınının ilk nümayəndələrindən biri olaraq dəyərləndirilməlidir. İstanbul Universitetində Hüquq fakültəsini sonuncu imtahana girməyərək təhsilini yarımçıq qoydu və fəlsəfə təhsili almaq üçün Parisə getdi. Iki il sonra geri qayıtdı və "Doğan Kardeş" dərgisində işləməyə başladı. 1965-ci ildə Türk Sinamatek Dərnəyini və "Yeni Sinema" dərgisini yaratdı. 1965–1976-cı illərdə Türkiyəyə dünya kinosunun qapılarını açan Türk Sinamatek Dərnəyini idarə etdi. 1985-ci ildə Berlin Film Festivalında münsif oldu. 1994-cü ildə Fransa hökumətinin verdiyi "L'Ordre des Arts et des Lettres" mükafatına layiq görüldü. 30 dekabr 1994-cü ildə Mərmərə hotelində edilən bombalı hücum zamanı ağır yaralandı.
Qant diaqramı
Qant diaqramı (ing. Gantt chart, rus. Диаграмма Ганта) — Sütunlu diaqramın populyar növü. Əsasən layihələrin planını, işlərin qrafikini təsvir etmək üçün istifadə olunur. Layihələrin planlaşdırılması metodlarından biridir. Layihələrin idarəolunması üzrə həm masaüstü sistemlərdə, həm də veb-proqramlarda istifadə olunur. Diaqramın ilk formatı 1910-cu ildə Henri L.Qant (Henry Gantt, 1861–1919) tərəfindən işlənib hazırlanıb. İş planlaması tələb edən bir çox sektorda istifadə olunduğundan aktuallığını hələ də qorumaqdadır. == Qant diaqramının strukturu == Qant diaqramı 2 əsas hissədən ibarətdir: görüləcək işlərin adlarının qeyd olunduğu hissə və görüləcək işlərin başlama ilə bitmə zaman aralığı. Zaman aralığı düzbucaqlı formasında təsvir olunur.
İqnat daşı
Daşlı adası və ya İqnat daşı — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus vulkanik mənşəli ada. İqnat latın sözü olub od deməkdir. Adsız adasından 13,9 km cənub-şərqdə yerləşir. Bəndovan burnundan 32,2 km məsafə ayırır. Canlı məşkunlaşması yoxdur. == Toponim == Xəzər dənizində, Bakı arxipelaqında yerləşən ada. Səngi Muğan adasından cənub-şərqdədir. XVIII əsrin birinci yarısında I Pyotrun Xəzərsahili əyalətlərə hərbi səfəri zamanı rusların tərtib etdiyi xəritədə ada Kamen Svyatoqo İqnatiya (Müqəddəs İqnati dağı) adlandırılmışdı. Ada müqəddəs İqnati günündə tədqiq edildiyindən həmin adla adlandırılmışdır. Sonralar oronimin tərkibindəki "müqəddəs" sözü düşmüşdür.
Cənubi Koreya vonu
Cənubi Koreya vonu (Koreya dilində: 대한민국 원; işarəsi: ₩; ISO 4217: KRW) - Cənubi Koreyada istifadə edilən rəsmi pul vahididir. Koreya Bankı tərəfindən dövriyyəyə buraxılır. 1 Koreya vonu 100 jeona bərabər olsa da, jeon artıq gündəlik həyatda deyil, yalnız mühasibatda istifadə edilir. 1902–1910-cu illər arasında valyuta “von” adı altında dövriyyəyə buraxılmışdı. Koreya Respublikasının rəsmi pul vahidi kimi istifadə edilməyə başlanması isə 1945~1953 illərə təsadüf edir. Hazırkı valyuta ictimaiyyətə 1962-ci ildə təqdim olunmuşdur. 1953-cü il valyuta islahatından əvvəl pulların üzərindəki von yazısı hanca (çin loqoqramları) ilə qeyd edilsə də, islahatlardan sonra əvvəlkilərdən fərqləndirmək üçün yalnız Koreya əlifbası ilə qeyd edilməyə başlanmışdır. Koreyada sikkə olaraq 10, 50, 100, 500 vondan, əskinaz olaraq isə 1000, 5000, 10000, 50000 vondan istifadə olunur.
Şimali Koreya vonu
Şimali Koreya vonu (koreyaca: 조선민주주의인민공화국 원; işarəsi: ₩; ISO 4217: KPW), ya da sadəcə olaraq von. Şimali Koreyada istifadə edilən valyuta növüdür. Koreya Xalq Demokratik Respublikası Bankı tərəfindən tədavülə buraxılır. Şimali Koreyada daha kiçik valyuta vahidi çon adlanır və bir von 100 çona bərabərdir. Hal-hazırda da dövrüyyədə olan əsginaslar bunlardır: ₩ 10, ₩ 50, ₩ 100, ₩ 200, ₩ 500, ₩ 1000, ₩ 2000, ₩ 5000 Nadir hallarda istifadə olunan ₩ 5 Hal-hazırda dövrüyyədə olan sikkələr bunlardır: 10, 50 çon, ₩ 1 Nadir hallarda istifadə olunan: 1, 5 çon == Etimologiyası == Von Şimali Koreyanın pul vahididir. Çinin pul vahidi olan Yuan-dan meydana gəlmişdir. Bir Von 100 çona bölünür. Von sözü də Çin sözü olan Yuandan əmələ gəlmişdir. 1945-ci ildə Şimali və Cənubi Koreyanın bölünməsindən sonra Von ilk dəfə tədavülə buraxılmışdır.
Bazalt qat
Bazalt — normal cərgəli effuziv dağ süxuru, ən çox yayılan kaynotip süxurları. == Haqqında == Bazaltlar püskürmə suxurların əsas kütləsini təşkil edir. Onlar müasir okeanların diblərini təşkil etməklə yanaşı, quru sahələrdə də geniş əraziləri tutur. Məsələn, Mərkəzi Sibirdə çox böyük ərazi qalın bazalt layları ilə örtülmüşdür."Bazalt" həbəş dilində "bazal" (dəmirsaxlayan daş) sözündən törəmişdir və ilk dəfə Böyük Plini tərəfindən işlədilmişdir. Liparitlərdən fərqli olaraq bazaltlar qara rəngdə olur. Bazalt maqması daha duru olduğuna görə nazik axınlar yaradır və bu səbəbdən də daha tez soyuyur. Ona görə də bazaltların petroqrafik tərkibində vulkan şüşəsi çox olur. Maqmadan ayrılan qazların hesabına bazalt suxurları, adətən məsaməli olur. Bazalt maqması soyuyarkən çox vaxt bazalt suxurlarının içərisində seolit və kalsit kristallarının yelpikvari formaları əmələ gəlir. Bazalt suxurlarının içərisindəki boşluqlarda bəzən aqat mineralının nazik zolaqlım kristallarına rast gəlinir.
Qərbi Qat
Qərbi Qat (hind. पश्चिमी घाट), Saxyadri (hind. सह्याद्रि) — Hindustanın qərbində yerləşən dağ silsiləsi. Dəkkən yaylasının qərbi ilə şimaldan cənuba doğru uzaır. Dəkkən yaylası enziz sahil xətti ilə Ərəbistan yarımadasından ayrılır. Dağ silsiləsi Qucarat və Maxaraştra ştatlarının sərgəddindən başlayır və 1600 km məsafədə Maharaşta, Qoa, Karnataka, Tamilnad və Kerala şatatları ərazisi boyunca uzanır. Hindistanın cənubuna qədər uzanan dağların 60 % Karnatakedə yerləşir. Dağlar 60 000 km² sahəni əhatə edir. Onların orta hündürlüyü 1200 m, maksimal hündürlüyü isə 2695 metrdir (Anay-Mudi). == Geologiyası == Qərbi Qat dağları ayrıca bir sistem deyildir.
Anat yençi çuvaşlar
Anat yençi çuvaşlar — çuvaş subetnosu. Əsas məskunlaşma sahəsi Çuvaşıstanın şimal-şərqidir. Miqrasiya nəticəsində anat yençi çuvaşların nümayəndələri də Volqaboyu və Uralın bir çox bölgələrində məskunlaşıblar. Anat yençi çuvaşlar 3 alt qrupa malikdirlər: Anat-Sivilskaya, Nijnetsivilskaya və Kozlovskaya. == Mənşəyi və yayılma arealı == Anat yençi çuvaşlar Çuvaşiyanın şimalında və şimal-şərqində məskunlaşıb. Onlara Başqırdıstan Respublikasında və Tatarıstan Respublikasında, Ulyanovsk, Orenburq vilayətlərində rast gəlinir. Lakin anat yençi çuvaşlar ən çox Penza, Samara və Saratov vilayətlərində yaşayır. Çuvaşların (anat yençi) əcdadları VII-VIII əsrlərdə Şimali Qafqaz və Azov çöllərindən gəlmiş bulqar tayfalarıdır. == Dialekt == Anat yençi çuvaşların dialektlərinin tədqiqi problemli olaraq qalır. Bəziləri anat yençi çuvaşların dialektlərinin müstəqil bir dil təşkil etdiyin hesab edir.
The Pet Goat
The Pet Goat — Amerikan yazıçısı Siegfred Engelmanın ibtidailər üçün yazdığı qısa hekayə. Bəzən "Mənim ev Keçim" deyə tərcümə edilsədə bu əslində səhvdir. == Haqqında == Hekayəni 2004-cü ilə qədər 1970-ci ildən bəri yazdığı 1000+ arasında xatırlamayan Siegfried "Zig" Engelmann yazmışdır. 2001-ci ildə "Heyvan Keçi" Sinif Oxu Ustası: Rainbow Edition, Səviyyə 2, Hekayə kitabı 1; tələbələri E hərfi ilə bitən sözlər haqqında öyrətmək üçün hazırlanmışdır. Hekayə hər şeyi yediyi üçün gələcəyi qeyri-müəyyən olan bir qızın keçi haqqında danışır, ancaq qəsd edəni döyərək soyğunu pozduqdan sonra qızın valideynləri keçinin qalmasına icazə verir . Hekayə və iş dəftəri Maykl Murun "Fahrenheit 9/11" sənədli filmi yayımlandıqdan sonra diqqəti cəlb etdi. 2004-cü ilə qədər təqaüdə çıxan professor Engelmann filmi görməmişdi və hekayəsinin aldığı diqqətə təəccübləndi: "Bu mənə heç bir şöhrət gətirmədi, Hər kəsin belə bir şeylə maraqlanacağı heyrətamizdir." == 11 sentyabr 2001 == 11 sentyabr 2001-ci ildə ABŞ Prezidenti George W. Buş tələbələr və işçilərlə görüşmək və təhsil islahatları planlarına diqqəti cəlb etmək üçün Emma E. Booker İbtidai məktəbinə getdi. Sarasota, Florida məktəbinə gəldikdə, prezidentə Bir Dünya Ticarət Mərkəzinə ilk təyyarə qəzası barədə məlumat verildi, baxmayaraq ki, bəlkə də bu yalnız kiçik bir pervanel təyyarəsi olması barədə məlumat verildi. Prezident Buş Kay Danielsin sinif otağında oturarkən və tələbələri "Heyvan Keçi" ni oxuyarkən, Ağ Evin Baş Qərargah rəisi Endryu Kard prezidentin qulağına pıçıldamaq üçün dedi: "İkinci bir təyyarə ikinci qülləyə dəydi. Amerika hücum altındadır.
Qanat-i Bağırbəy (Çaypara)
Qanat-i Bağırbəy (fars. قنات باقربيك‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 442 nəfər yaşayır (104 ailə).
Məhsuldar qat (alt pliosen)
Qanat-i Mirzə Cəlil (Çaypara)
Qanat-i Mirzə Cəlil (fars. قناتميرزاجليل‎‎‎) və Kəhriz — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 602 nəfər yaşayır (144 ailə).
Nat Geo Kids Abu Dhabi
«Nat Geo Kids Abu Dhabi» — «Milli Coğrafiya Cəmiyyəti» və «Abu Dhabi Media Company» şirkətlərinin sahibləndiyi və uşaqlar üçün yayımlanan BƏƏ telekanalı. Telekanal 20 noyabr 2017-ci ildən Nilesat peyki vasitəsilə sərbəst şəkildə yayımlanır. Kanalın verilişləri həmçinin elm, coğrafiya və təbiət elmlərinə aid olan sənədli filmləri də əhatə edir. == Verilişləri == Doki DIY Science Animal Atlas Are we There Yet? Born to Explore Bear Nomad Super Genius Snapshots Cesar to the Rescue Majid Block Earth Tripping Vitaminix Weird but True!
Göllü
Göllü — qədim Azərbaycan (türk) torpağı, qədim adı Ağbaba olan Azərbaycan torpaqlarının indiki adı Amasiya (Hamasa) rayonunda yerləşir. Hal-hazırda Ermənistan ərazisindədir. == Tarix == Göllü kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-1989-cu illərdə Ermənistanda yaşayan azərbaycanlıları qədim torpaqlarından deportasiya edilərək bu və digər kəndlərin adları dəyişdirmişdir. Hazırda Göllü kəndinin adı dəyişdirilərək Ardenis adı verilmışdır. == Dağıdılmış abidələri == == Əhalisi == Kənddə 1886-cı ildə 204 nəfər, 1897-ci ildə 284 nəfər, 1908-ci ildə 313 nəfər, 1914 - cü ildə 403 nəfər azərbaycanlı yaşamışdır. 1916-cı ildə azərbaycanlılar kənddən qovulmuşdur. 1920-ci ildən sonra indiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar doğma kəndlərinə qayıda bilmişdir. 1922-ci ildə kənddə 242 nəfər, 1926-cı ildə 306 nəfər, 1931-ci ildə 334 nəfər, 1959 - cu ildə 470 nəfər, 1970-ci ildə 698 nəfər, 1979 - cu ildə 757 nəfər, 1987-ci ildə 760 nəfər azərbaycanlı yaşamışdır.
Kollu
Kollu (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Kollu (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd.
Mollu
Aşağı Mollu
Valun
Valun (rus. валун, ing. boulder, cobble) — cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Vernu
Vernu (fr. Vesancy) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Sen-Trivye-de-Kurt kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01433. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 285 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 197 yaşda (15-64 yaş arasında) 164 nəfər İqtisadi cəhətdən fəal, 33 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 83.2%, 1999-cu ildə 71.6%). Aktiv 164 sakindən 150 nəfər (80 kişi və 70 qadın), 14 nəfər işsizdir (5 kişi və 9 qadın). 33 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 12 nəfər təqaüdçü, 13 digər səbəblərə görə hərəkətsizdir..
Vilmü
Vilmü (fr. Villemus, oks. Vilamurs) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azür regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Reyan kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04241. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 157 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 94 yaşda (15-64 yaş arasında) 67 nəfər iqtisadi cəhətdən fəal, 27 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 71,3%, 1999-cu ildə 69.9%). Fəaliyyət göstərən 67 nəfərdən 58 nəfər (32 kişi və 26 qadın), 9 nəfər işsizdir (5 kişi və 4 qadın).
Vilnus
Vilnüs (lit. Vilnius, pol. Wilno) − Litvanın paytaxtı. == İdman == ==== Futbol ==== Jalqiris FK futbol klubu. Vilnüs FK futbol klubu.
Vişnu
Vişnu (sanskr. विष्णु, viṣṇuIAST) — vişnuizmdə ali tanrı. Hinduizm mifologiyasında kainatın qoruycusu funkasiyasını yetirən və Brahma və Şiva ilə birlikdə trimurtiyə daxil olan əsas tanrı. Hinduizmin müxtəlif istiqamətlərində Vişnuya ya birbaşa, ya da ən məşhurları Krişna və Rama olmaqla, onun avatarları vasitəsilə ibadət olunur. Smarta ənənəsinin davamçıları Vişnuya Tanrının beş əsas formasından biri kimi ibadət edirlər.
Vodno
Vodno—(mak. ) Makedoniya ərazisində, Skopye vadisində yerləşən dağ. Vodno ölkənin şimalında, paytaxt Skopyenin isə cənub-qərbində yerləşir. Vodnonun ən yüksək zirvəsi Krstovar pikidir(1066 m). Orta Vodnonun hündürlüyü 557 m, dağ ətəyinin hündürlüyü 337 metrdir. 2002-ci ildə Krstovar pikində "Millenium Xaçı" abidəsi ucaldılıb. Bu mövcud xaç heykəllərindən ən böyüklərindən biri hesab olunur. == Coğrafiyası == Bir çox mənbələrdə Vodnonun hündürlüyü 1066 m göstərilir. Əslində bu rəqəm Adriatik dənizi səviyyəsindən ölçmə sisteminə əsasən göstərilib. Baltik dənizi ölçmə sisteminə əsasən isə Vodnonun hündürlüyü 1135 metrdir.
Volks
Volks (fr. Volx, oks. Vòus) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Şimali Manosk kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04245. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 2887 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 1815 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 1283 nəfər iqtisadi cəhətdən fəal, 532 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 70.7%, 1999-cu ildə 69.6%). Fəal olan 1283 nəfərdən 1116 nəfər (632 kişi və 535 qadın), 116 nəfər işsiz (50 kişi və 66 qadın) idi.
Volos
Veles və ya Volos (q.rus Велесъ, Волосъ) — slavyan mifologiyasının yüksək səviyyəsinə aid edilən, qədim slavyan tanrılarının adı. == Mifologiyası == Qədim Slavyan allahı Veles (Volos, vlas və s.) Perun kimi böyük əhəmiyyət daşısa da knyaz Vladimirin allahlar panteonuna daxil edilməmişdir. Lakin bütün hallarda Velesin bütü Kiyevdə olmuşdur. O knyaz şəhərində Poçaynı çayı yaxınlığında durudu. Bu fərq müəyyən sosial-siyasi məna daşıyırdı, Veles bütün rusiyanın (həmi dövrdəki Rusiya nəzərdə tutulur), Perun isə ancaq knyaz drujinası allahı hesab olunurdu. V.N.Toporov və V.V.İvanov "vol", "vel" sözünün məna əhəmiyyətini (semantikasını) öyrənərək belə bir qənaətə gəlmişlər ki, bu söz hind mifologiyasındakı iblis Valu adına yaxındır. İudaist və xristian mifologiyalarında Velial- iblis və şeytanı ifadə edir. O, iblisvari varlığı qeyri-varlıq yalan və dağıdıcılıq ruhu kimi məlumdur. "Zülmət övladları" İusus Xristosun rəqibi, İblisə (satan) bərabər, yunanca "dyavolos", rusca "çert" sözləri insan nəslinin düşmanı cəhənnəm padişahı, şeytanların hakim kimi nəzərə çatdırılır. Baltik mifologiyasında Veles (Velnyas) iblisi və şeytan kimi göstərilir.
Volqa
Volqa (rus. Волга, q.slav. Вльга, alm. Wolga‎) ya da Edil (köhn. azərb. عديل Edil və ya آطل Atil, tatar. Идел, İdel, çuvaş Атӑл, qaz. Едiл, Edil, kalm. Иджил-гол, İcıl-göl) — Rusiyanın Avropa hissəsində çay. Volqa çayı uzunluğuna görə Avropanın ən böyük çayıdır.
Volsk
Volsk — Rusiya Federasiyasında yerləşən şəhər. Saratov vilayətinə daxildir.
Volvo
Volvo dünyanın qabaqcıl TİR, avtobus, avtomobil, iş maşını, dəniz mühərriki və sənaye mühərriklər istehsalı edən firmasıdır. Bunun xaricində Volvo Group olaraq təyyarə sənayesindən maliyyə sektoruna qədər geniş sahədə fəaliyyət göstərən holdinqdir. 1927-ci ildə Yaponiya Göteborgda SKF markasının istehsalçı olaraq quruldu. Volvo Groupa bağlı minik avtomobil istehsalçısı Volvo Cars şirkəti, 1999-dan bəri Ford Motor Company-yə bağlı olaraq fəaliyyət göstərir. Dəniz mühərrikləri istehsal edən hissə isə Volvo Penta olaraq adlandırılmaqdadır. Bunun xaricində Mack tırları da Volvo Groupa bağlıdır. Volvo bir isveç markasıdır. Almanların Audisi, Mercedesi, BMWsi qədər güclü bir markadır. Dünyada təhlükəsizlik baxımından ən qiymətli avtomobillərin arasındadır.
Cornu
Cornu (lat. Cornu) — heyvanlar aləminin molyusklar tipinin i̇lbizlər sinfinin stylommatophora dəstəsinin helicidae fəsiləsinə aid heyvan cinsi.
VoLTE
Voice over LTE (VoLTE)— mobil telefonlar və məlumat terminallarından istifadə edərək səsli zənglər üçün yüksək sürətli simsiz rabitə LTE standartı. VoLTE köhnə 3G UMTS-dən üç dəfəyə qədər və 2G GSM-dən altı dəfəyə qədər daha çox səs və məlumat tutumuna malikdir. VoLTE-nin paket başlıqları optimallaşdırılmamış VoIP/LTE-dən daha kiçik olduğu üçün daha az buraxılış zolağı enindən istifadə edir. VoLTE zəngləri adətən digər zənglər kimi eyni tariflə ödənilir. VoLTE zəngi edə bilmək üçün cihaz, onun bərkidilmiş proqramı (ing. firmware) və hər iki ucdakı mobil telefon provayderləri, eləcə də operatorlararası əlaqə bütün bu sahədə xidməti həyata keçirməli və birlikdə işləməyi bacarmalıdır. VoLTE bəzi operatorlar tərəfindən "HD Voice" kimi satışa çıxarılıb, lakin bu daha geniş anlayışdır. Bundan əlavə, HD+ (EVS) yalnız LTE-də istifadə olunur. HD Voice 3G-də də mövcud idi. == İcmal == VoLTE IP Multimedia Subsystem (IMS) memarlıq platformasına əsaslanır, nəzarət və media müstəviləri üçün xüsusi profillərə malikdir.
Boldu
Beilschmiedia (lat. Beilschmiedia) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinə aid bitki cinsi.
I Pet Goat,II (cizgi film,2012)
I Pet Goat, II — Kanadanın məşhur film istehsalçısı Heliofantın 12 yaş və üstündə olan insanlar üçün yazmış filmi. == Məzmun == Əsərdə dünyanın başına gələcək hadisələrdən bəhs edilir.Başlanğıcda 1 keçi qabağa çıxır.Arxa fonda isə 11 sentyabr terror aktlarına aid bir şəkil göz önünə gətirilir... Daha sonra bir şəxsin kukla ilə oynadığını göstərirlər.Sonra bu şəxs göstərilir:Oğul Buş.Buş çox qəribə hərəkətlər edirdi.Əslində bu hadisə olmuşdu:Corc Buş 11 senyabr hadisələri baş verəndə Florida ştatındakı bir məktəbdə təhsil alan şagirdlərlə tanışmağa getmişdi.Müəllim isə şagirdlərə 2 şeyi dalbadal təkrarladırdı:Əsa və Çərpələng.Bunu belə yozurdular:Əsa qüllələr,Çərpələng isə təyyarələrdir... Döşəmə ağ qara kafellərlə düzəlmişdişYuxarıda təkamülün inkuşaf etdiyini göstərən şəkil və bayquş rəsmi var. Buş öz yerində fırlanır,prezidentə yaraşmaz hərəkətlər edirdi.Birdən Buş arxasını çevirir və o bir anda Obamaya çevrilir.Obama hər yerə gülüş saçmağa, hər şeyə gülməyə başlayır.Sonra bir qız göstərilir:Alissa.O çox xoşbəxt olsa da,ətrafındakı insan fiqurları üzgün olur. Digər səhnədə amerika bayrağının cırıldığı, yəni ştatların gələcək zamanda parçalanacağına əsas gətirir.Obamanın qorxduğu səhnə belə göz önünə gətirilir. Sonra CIA nın vəhhabi başçısı göstərilir.Terrorist başçı namaz qılırmış kimi göstərilsə də əlini tam açması onun illumunatilərə xidmət etdiyini göstərir.Neft çay kimi axır,Azadlıq heykəlini üzərinə sionizm ulduzunun kölgəsi çökür.Bu isə bir zaman dost olan ABŞ ilə İsrailin dostluğunun bitəcəyinə istbatdır.Çünki ABŞ Səudiyyə Ərəbistanına neft göndərir və İsrail də bundan yararlanmaq istəyir.Kommunizm artıq çökməyə başlayır,ona inananlar isə bataqlıqda boğulurlar. Sonra müsəlman başı bağlı qadının ölü körpəsini əlinə alıb ağladığı,Məscidlərin partladıqları göstərilir.Uşaqların narkotikə aludə olduqlarını,ana bətnində olan körpənin hər tərəfdən izlənməsi tək bir şeyi açıqlayır:21 əsrin ən pis narkotiki Elektron cihazlardır.Daha sonra Məsih gəlir.Alnında dəccalın simvolu,və yanan qəlbi onun qəddarlaşdığını göstərir.Barmağına qonan ümid rəmzi olan kəpənəyi yandırıb külə çevirir.Qayığına dolan balıq bərəkəti simvolizə edir.Onun gəlməsi ilə bərabər zəngin təbəqə dağılır.Uşaqlar "narkotikdən" ayrılırlar.Müharibəni dayandırmaq istəyən qız isə bunun heç vaxt olmayacağını anlayır.Məsih isə günəşin batdığı tərəfə gedir.Onun arxasında Notredam kafedralı yanır.2012 də çəkilməsinə baxmayaraq bu hadisə 2019-cu il 6 apreldə baş vermişdi... Bununla birgə film də başa çatır.
I Pet Goat, II (cizgi film, 2012)
I Pet Goat, II — Kanadanın məşhur film istehsalçısı Heliofantın 12 yaş və üstündə olan insanlar üçün yazmış filmi. == Məzmun == Əsərdə dünyanın başına gələcək hadisələrdən bəhs edilir.Başlanğıcda 1 keçi qabağa çıxır.Arxa fonda isə 11 sentyabr terror aktlarına aid bir şəkil göz önünə gətirilir... Daha sonra bir şəxsin kukla ilə oynadığını göstərirlər.Sonra bu şəxs göstərilir:Oğul Buş.Buş çox qəribə hərəkətlər edirdi.Əslində bu hadisə olmuşdu:Corc Buş 11 senyabr hadisələri baş verəndə Florida ştatındakı bir məktəbdə təhsil alan şagirdlərlə tanışmağa getmişdi.Müəllim isə şagirdlərə 2 şeyi dalbadal təkrarladırdı:Əsa və Çərpələng.Bunu belə yozurdular:Əsa qüllələr,Çərpələng isə təyyarələrdir... Döşəmə ağ qara kafellərlə düzəlmişdişYuxarıda təkamülün inkuşaf etdiyini göstərən şəkil və bayquş rəsmi var. Buş öz yerində fırlanır,prezidentə yaraşmaz hərəkətlər edirdi.Birdən Buş arxasını çevirir və o bir anda Obamaya çevrilir.Obama hər yerə gülüş saçmağa, hər şeyə gülməyə başlayır.Sonra bir qız göstərilir:Alissa.O çox xoşbəxt olsa da,ətrafındakı insan fiqurları üzgün olur. Digər səhnədə amerika bayrağının cırıldığı, yəni ştatların gələcək zamanda parçalanacağına əsas gətirir.Obamanın qorxduğu səhnə belə göz önünə gətirilir. Sonra CIA nın vəhhabi başçısı göstərilir.Terrorist başçı namaz qılırmış kimi göstərilsə də əlini tam açması onun illumunatilərə xidmət etdiyini göstərir.Neft çay kimi axır,Azadlıq heykəlini üzərinə sionizm ulduzunun kölgəsi çökür.Bu isə bir zaman dost olan ABŞ ilə İsrailin dostluğunun bitəcəyinə istbatdır.Çünki ABŞ Səudiyyə Ərəbistanına neft göndərir və İsrail də bundan yararlanmaq istəyir.Kommunizm artıq çökməyə başlayır,ona inananlar isə bataqlıqda boğulurlar. Sonra müsəlman başı bağlı qadının ölü körpəsini əlinə alıb ağladığı,Məscidlərin partladıqları göstərilir.Uşaqların narkotikə aludə olduqlarını,ana bətnində olan körpənin hər tərəfdən izlənməsi tək bir şeyi açıqlayır:21 əsrin ən pis narkotiki Elektron cihazlardır.Daha sonra Məsih gəlir.Alnında dəccalın simvolu,və yanan qəlbi onun qəddarlaşdığını göstərir.Barmağına qonan ümid rəmzi olan kəpənəyi yandırıb külə çevirir.Qayığına dolan balıq bərəkəti simvolizə edir.Onun gəlməsi ilə bərabər zəngin təbəqə dağılır.Uşaqlar "narkotikdən" ayrılırlar.Müharibəni dayandırmaq istəyən qız isə bunun heç vaxt olmayacağını anlayır.Məsih isə günəşin batdığı tərəfə gedir.Onun arxasında Notredam kafedralı yanır.2012 də çəkilməsinə baxmayaraq bu hadisə 2019-cu il 6 apreldə baş vermişdi... Bununla birgə film də başa çatır.
Təzəabad-i Sərab-i Qat (Qürvə)
Təzəabad-i Sərab-i Qat (fars. تازه آباد سراب قحط‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 56 nəfər yaşayır (15 ailə). Əhalisini kürdlər təşkil edir.
Alessandro Volta
Alessandro Volta (italiyanca tam adı: Alessandro Giuseppe Antonio Anastasio Graf von Volta; 18 fevral 1745[…], Komo, Milan hersoqluğu, Habsburq monarxiyası – 5 mart 1827[…], Komo, Lombardiya-Venesiya krallığı, Avstriya imperiyası) — batareyanın ixtiraçısı kimi tanınan məşhur italyan fizikidir. O, Qalvani ilə birlikdə elektrik dövrünün yaradıcısı sayılır. Volt isveçrənin yaxınlığında yerləşən Komo şəhərində varlı bir ailədə dünyaya gəlmişdir. Onun 8 bacı qardaşından 5-i bəzi əmiləri kimi keşiş olur. Voltun valideynləri Filippo Volt və Maria Maddalena Volt əslində övladları Alessandro üçün tamam başqa bir yol seçmişdilər. Volt hüquqçu olmalı idi və buna görə də 1758–1760-cı illərdə o Yezuitlər məktəbinə göndərilir. Boş vaxtlarında kitablardan elektrik haqqında məlumat alan Volt həmçinin bu sahənin alimləri ilə də söhbətlərlə biliyini dərinləşdirirdi. 1769-cu ildə Volt öz ilk əsərini çap etdirir. 1774-cü ildə o Komoda məktəb direktoru təyin olunur. Bu zaman o həm də ixtira etdiyi Elektrofor ilə daha məşhurlaşır.