Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yunq Munq Sunq (film, 2017)
"Yunq Munq Sunq" filmi — çəkilişləri 2017-ci ildə başlamış tamildilli Hindistan filmidir. Prabhu Deva Lakşmi Menon Tanqar Baçan RJ Balaci Prabhakar Çxitxra Lakşmanan Aşvin Raca Uma Padmanabxan Prabhu Deva 2017-ci ildə belə bir film çəkmək barədə müqavilə imzaladı. Çəkilişlər həmin il başladı. Deva bu filmdə hind əsilli çinli Kunq-Fu ustası rolunu oynamalı idi. Həmin ilin fevral ayı təqdimatla filmin çəkilişləri başladı və hələ də davam etməkdədir. Bu illər ərzində filmin mahnıları da müəyyənləşməyə başladı. Yunq Munq Sunq filmi Görün kim yenidən birləşdirir!
Cüng
Cünk — XX əsrin əvvəllərinə qədər ədəbiyyat həvəskarları tərəfindən tərtib edilən poeziya antologiyaları — əlyazma kitabları. Cünk sahibinin ədəbiyyata bələdliyi, şəxsi zövqü, savadı, ədəbi mənbələrə bələdliyi, nəhayət, hansı regionda yaşaması onun tərtib etdiyi əlyazma antologiyasının xarakterini və mündəricəsini müəyyənləşdirir. Cünklər həm eyni janrda yazılmış poeziya nümunələrini, həm də müxtəlif janrlı poetik parçaları özündə ehtiva edə bilər. Ədəbiyyat tarixinin öyrənilməsində, habelə mənbəşünaslıq baxımından, cünklərin mühüm əhəmiyyəti var. Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Gunn
Ronald Kempbell Qann (ing. Ronald Campbell Gunn; 4 aprel 1808, Keyptaun – 13 mart 1881) — Avstraliya botaniki. Ronald Kempbell Qann toxumlu bitkilər üzrə ixtisaslaşmışdır.. Observations on the Flora of Geelong. 1842. Gunnia bitki cinsi və bir çox bitki növləri Ronald Kempbell Qannın şərəfinə adlandırılmışdır. T. E. Burns, J. R. Skemp, 'Gunn, Ronald Campbell (1808—1881)', Australian Dictionary of Biography, Volume 1, MUP, 1966, pp. 492–493. Serle, Percival (1949). «Gunn, Ronald Campbell».
Jung
Jung — Koreya adı. Jung So-min — Cənubi Koreya aktrisası. Jung Hye-young — Cənubi Koreya aktrisası. Jung İl-woo — Cənubi Koreya aktyoru. Jung Hoseok — Cənubi Koreyalı rəqqas.
Küng
Küng — Azərbaycan Respublikasının Xocalı rayonunun inzibati ərazi vahidində kənd. 1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. Daşkənd və Yuxarı Quşçular kəndlərinin arasında yerləşir Kənd əhalisi əsasən maldarlıq və bostançılıqla məşğuldur.
Qanq
Qanq və ya Qanqa (hind. गंगा, GaṅgāIAST, ) — Cənubi Asiyada çay. Hinduizm mifologiyasına görə Qanqa — cənnətdən yerə enən çaydır. Hinduistlər bu çayı müqəddəs yer kimi ziyarət edirlər. Onun sahilində kremasiya edib, ondan sonra qalan tozu çaya tökürlər.
Gün
Gün və ya sutka – zaman ölçü vahidi. Bir Yer günü 24 saata bərabərdir.
Aşura günü
Aşura günü — Məhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün. Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər. Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür.
Baksinq Günü
Baksinq Günü (ing. Boxing Day), bir ictimai bayram və tətil gün, xüsusilə MDB ölkələri, Britaniya, Avstraliya, Yeni Zelandiya və Kanada da. Bu gün Milad bayramının sonrakı günü hər il Dekabrın 26-da qeyd olunur. Baxmayaraq ki bu günün adlandırılmasının əsas səbəbi aydın deyil . ancaq kökü "box" (qutu) olduğu inanılır ki,Milad bayramının hədiyyələr qutusuna ışarə edir. Keçmişdə, bu gün yoxsul işçilərə hediyə verilərdi. Britaniya, Kanada ,Yeni Zelandiya və Avstraliyanın bəzi əyalətlərində, Baksinq günü əsasən Amerika Birləşmiş Ştatlarında Şükran sonrakı günü qədər, bir alış-veriş bayramı kimi tanınır.
Bazar günü
Bazar – dünyanın bir çox ölkələrində həftənin sayca yeddinci ( bəzilərində birinci ) günü. Bazar günü həftədə şənbə günü ilə bazar ertəsi günü arasında yerləşir. ISO 8601 beynəlxalq standartına görə yeddi günlük həftənin yeddinci günüdür. Rəsmi sənədlərdə cümə bəzən qısaldılmış şəkildə b.- da yazılır. Beşgünlük iş həftəsi qəbul edilmiş ölkələrdə bazar günü ikinci istirahət günüdür. Günün adı qədimdən məhz bu gün kənd bazarlarının keçirilməsi ilə yaranıb. İslam dinin rəsmi din edildiyi ölkələrdə və İsraildə bazar gene adı iş günüdür. Yəhudi xalqının inancına görə yeni il bazar günüdən başlaya bilməz, çünki, bu halda yanvar ayının 13-ü cümə gününə düşür ki, bu isə çox uğursuz hal sayılır. Bu gün azərbaycan dilində həm rəsmi, həm qeyri-rəsmi şəkildə bazar günü adlanır. Bəzi konservativ xristian Avropa dövlətlərində bazar günü işləmək və mal almaq günah sayılır.
Betmen Günü
Betmen Günü (ing. Batman Day) — Betmen irsinin qeyd edilməsi üçün DC Entertainment tərəfindən hər il təşkil olunan beynəlxalq bayram. İlk Betmen Günü 23 iyul 2014-cü ildə qeyd edilmişdir. Həmin tarix, "Detective Comics" səhifələrində ilk dəfə 1939-cu ildə peyda olan Betmenin 75 illik yubileyinin qeyd edilməsi məqsədilə seçilmişdi. Həm də həmin tarix San-Diyeqo Komik-Konu ilə üst-üstə düşürdü.
Bilik Günü
Bilik Günü — Azərbaycanda və bir sıra ölkələrdə məktəblərdə dərslərin başladığı gün qeyd edilir. 2004-cü ilə qədər həmin gün sentyabrın 1-nə təsadüf edirdi. Lakin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanı ilə Azərbaycanın bütün təhsil müəssisələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınmış, beləliklə, həmin gün Bilik Günü elan edilmiş oldu.
Bəndər Kung
Bəndər Kung — İranın Hörmüzgan ostanının şəhərlərindən biri, Minab şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14 881 nəfər və 2 908 ailədən ibarət olmuşdur.
Dağlar Günü
Dağlar Günü — beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırmaq məqsədi ilə keçirilən tədbir. BMT-nin qərarına əsasən 2002-ci il dünyada Beynəlxalq Dağlar ili adlandırılmışdır. Buna uyğun olaraq növbəti illərdə beynəlxalq səviyyədə dağlarla əlaqədar problemlərin həllinə diqqət artırılmışdır. BMT-nin Baş Assambleyasının təşəbbüsünə əsasən 2003-cü ildən başlayaraq dünyada 11 dekabr Beynəlxalq "Dağlar Günü" kimi qeyd olunur. Dünyada hər il belə adlı günün keçirilməsinin məqsədi başlıca olaraq dağ sistemlərinin qlobal miqyaslı əhəmiyyətinin cəmiyyət qarşısında bir daha qaldırılmasıdır. "Dağlar Günü" hər il bir başlıq altında qeyd olunur. 2007-2008-ci illərdə keçirilən dağlar günü dağlarda iqlim dəyişikliyinə və ərzaq təhlükəsizliyinə həsr olunmuşdur. 2009-cu il dekabrın 11-i "Dağlar fəlakət təhlükəsinin idarəedilməsi" adlandırılmışdır. Dağlarda kənd təsərrüfatı üçün yararlı otlaqların mövcudluğu və təbii fəlakət təhlükələrinin olması burada insan fəaliyyətinin tənzimlənməsini tələb edir. Təbii ki, bunu həyata keçirmək üçün milli səviyyədə müvafiq inkişaf strategiyası hazırlanmalıdır və ona əsasən mərhələlər üzrə tədbirlər planı tərtib olunmalıdır.
Dominion Günü
Dominion Günü bəzi Commonwealth üzvü ölkələrində milli bayram olaraq qeyd olunan günlərə verilən addır. Bu günlər dominionluq qazanıldığı və ya qismən müstəqillik qazanıldığı günlərdən ibarətdir. Kanadada 1 iyul 1982-ci ilə qədər Dominion Günü olaraq qəbul edilmişdi. Bunun səbəbi, 1 iyul 1867-ci ildə Britaniya İmperiyası İngilis Şimali Amerika Qanununa əsasən bugünkü Kanadanın mənşəyi olan dörd əyalətdən ibarət federasiyaya yerli özünüidarəetmə hüququnu verməsidir. 27 oktyabr 1982-ci ildə qəbul edilmiş qərarla bu tətbiqə son verildi və 1 iyul Kanada Günü olaraq dəyişdirildi. Yeni Zelandiyada 26 sentyabr Dominion Günü hesab olunur. Buna səbəb Dominion statusunun 1907-ci ildə Yeni Zelandiyaya həmin gün verilməsi idi.
Doğum günü
Doğum günü və ya Ad günü — insanın anadan olduğu tarix. Bir çox mədəniyyətərdə insanlar doğum günlərini təmtəraqlı qeyd edirlər. İnsanların ad günləri bir çox mədəniyyətlərdə, çox vaxt ad günü hədiyyələri, ad günü kartları, ad günü partiyası və ya keçid mərasimi ilə qeyd olunur. Dinindən və mədəniyyətindən asılı olaraq müxtəlif ölkələrdə tanınmış tarixi şəxsiyyətlərin doğum günlərini keçirirlər: Məhəmməd Peyğəmbərin doğum günü, İsa Peyğəmbərin doğum günü. Azərbaycanda adətən uşaqlar üçün doğum günlərinin keçirilməsi bir çox ailələrdə vacib sayılır. Doğum günündə süfrəyə üzərinə şamlar düzülmüş tort gətirilir. Son zamanlar, Azərbaycan da daxil olmaqla, bir çox ölkələrdə partiyaların, şirkətlərin və müxtəlif təşkilatların da doğum günlərinin keçirilməsi dəb halını almışdır.
Dənizçi Günü
Dənizçi Günü — 25 iyun dənizçilərin peşə bayramı. “Dənizçi Günü” peşə bayramı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 iyun 2014-cü il tarixli 565 nömrəli sərəncamı ilə təsis edilmişdir. Həmçinin Beynəlxalq Dəniz Təşkilatının 20 dekabr 2011-ci il tarixli qətnaməsi ilə də hər il dünyada 25 iyun tarixində “Dənizçilər günü”nün qeyd olunması barədə qərar qəbul edilib.
Elm günü
Elm günü — Hər il 27 mart tarixində Azərbaycanda qeyd olunur. Bu tədbir elmlə məşğul olar hər kəsin, bütövlükdə Azərbaycan elmi ictimaiyyətinin bayramıdır. 2018-ci il aprelin 9-da Prezident İlham Əliyev cəmiyyətin inkişafında elmin əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasında “Elm günü”nün təsis edilməsi haqqında sərəncam imzalayıb. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır. Respublika həyatının müxtəlif sahələrinin inkişaf etdirilməsində, ictimai fikrin formalaşdırılması və möhkəmləndirilməsində, dövlət müstəqilliyi uğrunda mübarizə yollarında AMEA-nın böyük xidmətləri var. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması və fəaliyyəti ilə elm sahəsində daha böyük uğurlar əldə etməyə nail olub. Azərbaycanda elmin inkişafı istiqamətində həyata keçirilən islahatlar Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elm də inkişafın yeni mərhələsinə qədəm qoyub. Azərbaycan elminin inkişaf etdirilməsinə dövlət səviyyəsində böyük qayğı göstərilib, ölkədə alimin və elmin nüfuzu yüksəlib. 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına Azərbaycan Milli Elmlər Akademiyası adı verilib. Heydər Əliyev AMEA-nın keçdiyi yolu Azərbaycan xalqının tarixində böyük səhifə kimi dəyərləndirib: Müstəqillik illərində Azərbaycanda elmin inkişafı istiqamətində ardıcıl olaraq islahatlar həyata keçirilir.
Gülüş günü
Ümumdünya gülüş günü — Avropada və bir sıra Asiya ölkələrində aprelin 1-i gülüş, zarafat günü kimi qeyd olunur. Böyük Britaniyada 1 apreli "Səfehlər günü", Fransada isə "Aprel balığı günü" adlandırırlar. 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqda müxtəlif versiyalar var. Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər. Daha geniş yayılmış versiyalardan biri isə Roma papası Qriqori tərəfindən hazırlanmış 1582-ci ilin Qriqoryan təqvimi ilə əlaqədardır. Həmin vaxtadək yeni il həftəsi martın 25-dən başlayar, aprelin 1-də başa çatırdı.
Güns buzlaşması
Günəş günü
Günəş günü (kor. 태양절, theyancol) — Şimali Koreyada dövlət bayramı. Bayram Şimali Koreyada "Xalqın Günəşi" tituluna layiq görülən keçmiş prezident Kim İr Senin doğum günü münasibətilə 15 aprel tarixində qeyd olunur. Günəş günü ölkədəki ən əhəmiyyətli bayramdır və Şimali Koreyada Milad bayramıyla bərabər sayılır. Kim İr Senin 1968-ci ildən bəri rəsmi bayram olduğu doğum günü, ölümündən üç il sonra, 1997-ci ildə Günəş günü adlandırıldı. Hökumət öz vətəndaşlarına daha çox ərzaq və elektrik ilə təmin etməyə çalışır, lakin müvəffəqiyyət həmişə tam qarantiyalı deyil. Xüsusilə uşaqlar, rəhbərləri tərəfindən göstərilən sevgini simvolikləşdirmək üçün konfet və digər hədiyyələr alırlar. Şənliklər tarixi ilə məhdudlaşmır. Anmalar Kim Çen İrin ad günündə, 16 fevral tarixindən başlayır. Bu bayram Sadiqlik Festivalı adlanır.
Gənclər Günü
Gənclər günü — Azərbaycanda 2 fevral tarixində qeyd edilən gün. Bu gün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunub.. Bu, Heydər Əliyevin gəncilyə göstərdiyi diqqət və qayğının bir nümunəsi idi. Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. 1996-cı ildən başlayaraq Azərbaycanda Gənclər günü qeyd olunandan sonra digər MDB ölkələrində və Şərqi Avropa dövlətlərində də bu gün qeyd olunmağa başladı. Azərbaycanda hər il Gənclər günündə bütün istiqamətlər üzrə fəaliyyət göstərən gənclər yekun hesabat verirlər. Dünyada yalnız 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda keçirilən Konfransda BMT-nin qərarı ilə avqustun 12-si gənclər günü elan edilmişdir.
Hanqıl günü
Hanqıl günü (ing. Hangeul Day, Korean Alphabet Day) və ya Coson Yazı Günü — Hanqılın mükəmməlliyini təbliğ etmək və Kral Secongun Hunmincongımı tanıtmasını anma günüdür. Koreyada 9 oktyabr Kral Secongun Hunmincongımı elan etdiyi gün Hangıl Günü olaraq təyin olunmuşdur və milli bayram kimi qeyd olunmaqdadır. Koreya Xalq Demokratik Respublikasında isə 15 Yanvar Böyük kral Secongun Hunmincongımı yaratdığı gün Coson Yazı Günü olaraq qeyd edilir. Kral Seconqla bağlı qeydlərdə kralın 1446-cı il ildə ay təqvimi ilə sentyabr ayında Hunminceongımı elan etdiyi yazılır. Buna əsaslanaraq 1926-cı ildə Koreya dili cəmiyyətinin əvvəlki forması olan Coson dili tədqiqatları dərnəyi həmin vaxt ay təqvimi ilə sentyabrın 29-da(günəş təqvimi ilə 4 noyabr) Hunmincongımın elan olunmasının 480 illik yubiley tədbirini keçirib həmin günü Hangılın o dövrdəki adına əsasən “1-ci Qagya günü” olaraq elan etdi. Koreyalı alim Cu Şigyonqun “Hangıl” adını verməsindən sonra 1928-ci ildə “Hanqıl günü” olaraq dəyişdirildi. 1931 yaxud 1932 ildən başlayaraq günəş təqvimi ilə 29 oktyabrda qeyd olunmağa başladı. Koreya Dili Assosiasiyasının Koreya Dili Tədqiqat Qrupunun üzvü olan İ Hisıng və İ Gıkno 1932-ci ildən etibarən günəş təqviminə əsasən qeyd olunduğunu desələr də, 1931-ci ildən bəri olduğunu qeyd edən qəzet məqalələri də var. Bəzi mütəxəssislər 1582-ci ildən öncəki dövrdə də Qriqorian təqvimindən istifadə edildiyini qeyd edib 1934-cü ildən etibarən bu təqvimə uyğun olaraq hesablanmağı məqsədəuyğun gördülər və buna əsasən həmin gün okyabrın 28-ə keçirildi.
Həmrəylik günü
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — 31 dekabr Dünya azərbaycanlılarının həmrəylik və birlik günü. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyuldu. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. 1989-cu ilin noyabrında keçirilən Məclisi xalqın iradəsini bir daha ifadə edərək Cənubi və Şimali Azərbaycan arasında humanitar, mədəni, iqtisadi və qohumluq əlaqələrini bərpa etmək məqsədilə sərhəd çəpərlərinin götürülməsi və mühəndis-texniki qurğuların sökülməsi haqqında qərar qəbul etmişdir. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin Naxçıvan Vilayət şöbəsi ardıcıl olaraq "Sərhəd hərəkatı" adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Genişlənən demokratik hərəkatın nəticəsində SSRİ-nin dövlət sərhədi boyunca çəkilən sərhəd çəpərləri elliklə söküldü. İlk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi. 1989-cu il dekabrın 31-i Dünya azərbaycanlılarının həmrəylik bayramına çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi. Naxçıvan Muxtar Respublikasından başlanıb, Azərbaycanın digər sərhəd rayonlarına da keçən bu ümumxalq hərəkatına imperiya mövqeyindən yanaşan SSRİ-nin və Azərbaycanın kommunist rəhbərliyi, hərbi dairələr ona qara yaxmağa başladılar. Onlar bunu bir qrup ekstremist və cinayətkar ünsürlərin əməli kimi qiymətləndirib, dünya ictimaiyyətinin gözündən salmağa çalışdılar.
I Xunq
I Xunq — Müasir Vyetnamın şimalında yaranmış ən qədim dövlət qurumu olan Vanlanqın adı dövrümüzə qədər gəlib çatan ilk hökmdarıdır. O, e.ə. VII əsrdə hakimiyyətdə olmuşdur. Son on illiklərdə aparılan arxeoloji qazıntılar ölkədə insanın yaranmasını sübut edən çoxlu tapıntıları üzə çıxarmışdır. Lanqşon və Txanxoa əyalətlərində, o cümlədən Şərqi Çin dənizinin sahillərində Paleolit dövrünə aid insan qalıqları tapılmışdır. Yenbay və Nipbin əyalətlərində qəbilələrdə yaşayan insanların sümükləri və daş əmək alətləri əldə olunmuşdur. Üst Paleolit və Mezolit dövrlərinə aid Şonvi və Xoabin mədəni abidələri dünya mədəniyyətinin nümunələri sırasındadır. Sonrakı minilliklərdə Vyetnamda insanların daha geniş ərazilərə yayılması əlverişli iqlimlə əlaqədardır. E.ə. IV minillikdə Vyetnamda tuncun kəşf olunması ilə əhali daha da çoxaldı və iri tayfalar meydana çıxdı.
Canq Çonq
Canq Çonq (d. 3 may 1990) — Çini təmsil edən su poloçusu. Canq Çonq, Çin yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Braziliya yığmasını 10:5 hesabı ilə məğlub edən Çin yığması, Rio-de-Janeyro Olimpiadasını yeddinci pillədə başa vurdu.