Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Püsək
Püsək — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisyan rayonunda kənd. Rayon mərkəzindən 18 km cənub-qərbdə, Sofulu kəndinin yaxınlığında yerləşirdi. 1590-cı il tarixli "İrəvan əyalətinin müfəssəl tarixi"ndə Pisək, 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Püsyak formasında qeyd edilmişdir. Z. Qorqodyanın əsərində kəndin qədim adı Püsyək kimi göstərilmişdir. Toponim qədim türk dilində "gül çələngi" mənasında işlənən püsək (əsli psak) sözündən əmələ gəlmişdir. Relyef əsasında yaranan sadə quruluşlu toponimdir. Kənddə 1886-cı ildə 332 nəfər, 1897-ci ildə 153 nəfər, 1908-ci ildə 260 nəfər, 1914-cü ildə 310 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə ermənilər azərbaycanlılar qırğınlarla deportasiya etmişlər. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalanlar öz kəndlərinə dönmüşdür. Burada 1922-ci ildə 150 nəfər, 1926-cı ildə 149 nəfər, 1931-ci ildə 197 nəfər azərbaycanlı yaşamışdır.
Qişek
Qişek, yaxud Qıçak (rus. Гайчак, qaz. Гижақ, гыджак) — qədim simli musiqi aləti .. Qişek İranın güneyində, Əfqanıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Qazaxıstan, uyğur musiqisində yayılmışdır. Əfqanıstanda "sarında", Hindistanda isə "saragi" kimi tanınır. İran qişeyi quruluşca skripkanı xatırladır. Əfrasiyab Bədəlbəyli qişeyi "çanağı girdə, üzərinə adətən ipəkdən eşilmiş iki sim qoşulmuş qədim simli musiqi aləti" kimi təsvir edib . Orta Asiya qişeyi quruluşca kamançaya bənzəyir. Piyaləşəkilli rezonatora malik olub, dəri membranla örtülmüşdür və taxtadan dairəvi boynu vardır. Kaman – kamonça isə qövsşəklində əyilmiş çubuğa bağlanmış bir dəstə at tükündən ibarətdir.
Qurək
Qurək (soqd Wγrk) — Ərəblərin Mavəraünnəhrə yürüşü zamanı Səmərqənd ixşidi. Qurək 710-cu ildə Səmərqəndin ixşidi Tərxunun müsəlmanlarameylli olduğuna görə şəhər əhalisi tərəfindən devrilməsindən taxta çıxır. Əməvi valisi Quteybə bin Müslüm Səmərqəndə yürüş edir, ancaq axırda Qurəki Səmərqənd hakimi kimi tanıyır. Qurək müsəlmanlar və türgiş türkləri ilə müxtəlif ittifaqlar quraraq hakimiyyətdə qalmağa nail olmuşdur. O, 731-ci ildə baş vermiş Keçid döyüşündən bir müddət sonra Səmərqənd şəhərindəki nəzarətini gücləndirir və 737 və ya 738-ci ildə vəfat edənə qədər yarımmüstəqil şəkildə hakimiyyətdə olur. Gibb, Hamilton Aleksandr Rosskin. The Arab Conquests in Central Asia (ingilis). London: The Royal Asiatic Society. 1923. OCLC 499987512.
Qusev
Qusev (rus. Гусев) — Rusiya Federasiyasında yerləşən şəhər. Kalininqrad vilayətinə daxildir.
Gülək boğazı
Kilikiya qapıları və ya Gülək boğazı (türk. Gülek Boğazı; bəzi mənbələrdə Külək boğazı, türk. Külek Boğazı) —Türkiyənin cənubunda, Tavr dağlarında Bolkar və Aladağlar silsilələri arasında, Anadolu yaylasında aşırım. Bu, ölkənin daxili hissələrini Aralıq dənizi sahilində Çukurova sahilyanı ovalığı ilə birləşdirir. Qədim dövrlərdən bəri Kiçik Asiyadan Suriyaya ən əlverişli yol olaraq bilir. Makedoniyalı İsgəndərin qoşunları, 1096–1099-cu illərin Birinci Səlib yürüşü zamanı səlibçilərin birləşmiş qüvvələri tərəfindən istifadə edildiyinə dair sübutlar var.. == Nəqliyyat infrastrukturu == Keçid boyu İstanbulu Bağdadla birləşdirən avtomobil yolları və dəmiryolu xətləri var. Dəmiryolu relsləri kanyonun dibində və dar çəpərlərində yerləşir, çoxsaylı tunellərdən keçir və sayca 80-ə yaxındır. Asfaltlanmış avtomobil yolu "E5" Avropa magistral sisteminin bir hissəsidir və yolun hərəkət hissəsinin eni təxminən 7–9 metrdir. "Kilikiya qapıları"nın şimal hissəsində yol Pozantı yaşayış məntəqəsinə qədər dəmiryolu xəttinin yanında çəkilirdi, lakin cənubda Külək dərəsi boyunca Gülək aşırımından (1275 metr) keçir və dəmir yolundan qərbə doğru təxminən 15 km kənara çıxır.
Qusev (Əbyəlil)
Qusev (başq. Гусев) - Rusiyanın Başqırdıstan Respublikası Əbyəlil rayonu Qusev kənd sovetliyinə daxil olan kənd. 2002-ci il ümumrusiya siyahıya alınmasına görə Başqırdıstan Respublikası Qusev kəndinin milli tərkibi: başqırdlar (69 %), ruslar (27 %). Məsafələr: rayon mərkəzindən (Askorovo): 21 km., ən yaxın dəmiryol stansiyasından (Maqnitaqorsk stansiyası): 45 km. Совет муниципальных образований Республики Башкортостан.
Qusey Hüseyn
Qusey Səddam Hüseyn Əl-Tikriti (17 may 1966 , Bağdad — 22 iyul 2003 , Mosul) Səddam Hüseynin kiçik oğludur. Keçmiş kəşfiyyat rəisi və Respublika Qvardiyasının komandiri. O və qardaşı Udey Hüseyn 2003-cü ildə ABŞ hərbçilərinin keçirdiyi əməliyyat zamanı öldürülüb. Kusey Hüseyn 1966-cı il mayın 17-də Bağdadın əl-Kərç rayonunda İraqın gələcək prezidenti Səddam Hüseynin ailəsində anadan olub. 16 yaşında Kusey general Maher Abdel-Rəşidin qızı Səhərlə evləndi. O, Bağdad Universitetinin hüquq fakültəsinə daxil olmuş,1987-ci ildə onu fərqlənmə diplomu ilə ixtisasını bitirmişdi. Kuseynin cəmi 22 yaşı olanda Səddam onu ​​1988-ci ilin əvvəllərində Rumıniya Sekuritatı kimi yaradılmış Amn əl-Has xüsusi təhlükəsizlik xidmətinin direktor müavini təyin etdi . Güman edilir ki, 1991-ci ildə ölkənin cənubunda şiə üsyanlarının yatırılmasına məhz Kusey rəhbərlik edib və ölkənin cənubundakı bataqlıqların qurudulması ideyasını ortaya atıb . " Bataqlıq ərəbləri " etnik qrupu min ilə yaxın yaşadı — ümumi meliorasiya bu xalqı tamamilə məhv etdi. Qusay böyük qardaşından daha sakit xasiyyəti ilə fərqlənirdi, bunun sayəsində o, atasının sirdaşı və ehtimal olunan varisi hesab olunurdu: yalnız o və İraq prezidentinin şəxsi katibi Abed Həmid Mahmud Səddamın yerini həmişə bilirdi.
Yaroslav Qaşek
Yaroslav Haşek (çex. Jaroslav Hašek; 30 aprel 1883[…], Praqa, Bohemiya krallığı, Avstriya-Macarıstan[…] – 3 yanvar 1923[…]) —Çex yazıçısı. Məşhur çex yazıçısı Yaroslav Haşek (1883 – 1923) Praqada müəllim ailəsində dünyaya göz açıb. Nümayişdə iştirakına görə gimnaziyadan xaric olunan Haşek 18 yaşından çap olunmağa başlayır. Yazıçının dünyagörüşünün formalaşmasında onun Avstriya-Macarıstanın tərkibində olan Çexiya, Macarıstan, Qalitsiya kimi ölkələrə səfəri, həmçinin sonradan ayrıldığı anarxistlərlə görüşləri əsas rol oynamışdır. Birinci Dünya müharibəsi onun həyatında kəskin dönüş yaradır. Rus ordusuna əsir düşən Haşek Rusiyada yaradılan Çexoslovakiya legionuna daxil olub, inqilabi hərəkata kömək etmək üçün partiya tərəfindən 1920-ci ildə Praqaya göndərilir, lakin o zaman inqilab dalğası artıq zəifləmişdi və burjua mətbuatının tənqidlərinə tuş gələn yazıçı Praqadan getməyə məcbur olub, Qavliçkov Brod şəhərində romanı üzərində işləməyə başlayır. Haşekin ədəbi irsi satirik və yumoristik hekayələrdən ibarətdir. 1921–1923-cü ildə çap olunan "Cəsur əsgər Şveykin majəraları" romanı onun ən məşhur əsəri sayılır. Şveyk bu gün dünya ədəbiyyatı qəhrəmanları arasında özünəməxsus yer tutur.
Tayyibə Gülək
Tayyibə Gülek Domac (1968, Adana) — türk siyasətçisi, Türkiyə siyasi tarixinin önəmli adlarından biri olan Qasım Güləyin qızı. Tayyibə Gülək 1991-ci ildə Harvard Universitetinin, İqtisadiyyat fakültəsini (ABŞ) fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə London Universiteti, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (İngiltərə) magistratura pilləsini bitirmişdir. 1996-cı ildə Brüggedəki College d'Europe (Belçika)-un Avropa İttifaqı kursunu bitirmişdir. Tayyibə Gülək 1994-cü ildə Baş Nazirlikdə məsləhətçi kimi fəaliyyətə başlayıb. 1999-cu ilə qədər işlədiyi müddətdə Bakı-Tbilisi-Ceyhan neft kəməri, iqtisadiyyatın koordinasiyası, Avropa İttifaqının koordinasiyası, Cənub-Şərqi Anadolu layihəsi və hökumətdə ümumi keyfiyyət menecmentinin həyata keçirilməsi sahələrində çalışıb. 18 aprel 1999-cu il seçkilərində Demokratik Sol Partiyası siyahısından ən gənc qadın deputat kimi Türkiyə Böyük Millət Məclisinin XXI çağırış millət vəkili olaraq seçildi. O, Rəhşan Amnistiyasını (Rahşan Amnistiyası və ya Şərti Azad və Təxirə salınma Qanunu Rahşan Ecevitin təklifi ilə 22 dekabr 2000-ci ildə qüvvəyə minmiş bir amnistiya qanunudur) dəstəklədi və 21 dekabr 2000-ci ildə parlamentdə keçirilən səsvermədə lehinə səs verdi. 12 iyul 2002-ci ildə Baş nazir Bülənd Ecevit tərəfindən Kipr və Xaricdə Yaşayan Vətəndaşlar üzrə Dövlət naziri vəzifəsinə təyin edilmişdir. Məclisdəki fəaliyyəti dövründə Avropa Şurası Parlament Assambleyasında Türkiyə Nümayəndəliyinin və Qərbi Avropa İttifaqının Türkiyə Nümayəndəliyinin üzvü olan Gülək Hüquq və İnsan Hüquqları Komissiyasının sədr müavini olmaqla yanaşı, Gender Bərabərliyi Komissiyasının da üzvü olub.
Köhnə Qusev (Bakalı)
Köhnə Qusev (başq. Иҫке Гусев, rus. Старогусево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Quruçev kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Bakalı): 28 km, ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 206 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (64%) üstünlük təşkil edir.
Yeni Qusev (Bakalı)
Yeni Qusev (başq. Яңы Гусев, rus. Новогусево) — Başqırdıstan Respublikasının Bakalı rayonunda yerləşən kənd. Kənd Köhnə Quruçev kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Bakalı): 31 km, kənd sovetliyindən (Köhnə Qusev): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 103 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (80%) üstünlük təşkil edir.
Bişək
Bişək (Vərzəqan) — İranın Şərqi Azərbaycan ostanında kənd. Bişək (Əhər) — İranın Şərqi Azərbaycan ostanında kənd.
Eşşək
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Dünyada 40 milyondan çox uzunqulaq yaşayır və onların əksəriyyəti inkişaf etməmiş ölkələrdədir. Onlar tez-tez ağır yüklərin daşınması və ya arabaların çəkilməsi kimi işlərdə istifadə olunur və gücü və dözümlülüyü ilə tanınır. Uzunqulaqların ömrü təxminən 30 ilə yaxındır. Uzunqulaqlar ən çox istismara və pis rəftara məruz qalan heyvanlar sırasındadır. Uzunqularların hündürlükləri 1–1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar.
Gilək
Gilanlılar və ya Giləklər (gil. گیلک, fars. گیلک‎, rus. Гилянцы) — İranda yaşayan irandilli xalq. Gilan dilinə ən yaxın dil mazandaran və talış dilidir. qalışların tərkibinə daxil olduğu gilək xalqı əsasən Gilan ostanında, az sayda Tehran ostanında və Mazandaran ostanında da yaşayırlar. == İqtisadiyyat == Gilaklar həm Alborz dağlarında, həm də bitişik düzənliklərdə yaşayırlar. Nəticə olaraq Alborz dağlarının şimal tərəfində yaşayanlar heyvandarlığa meylli olurlar, düzənlik təsərrüfatlarında yaşayanlar. Gilaklar vilayət və milli iqtisadiyyatda mühüm rol oynayaraq bölgənin əsas düyü, taxıl, tütün və çay kimi kənd təsərrüfatı məhsullarının əsas hissəsini təmin edir. Digər əsas sənaye sahələrinə balıqçılıq və kürü ixracatı və ipək istehsalı daxildir.
Gugəd
Gugəd — İranın İsfahan ostanının Gülpaygan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,686 nəfər və 2,031 ailədən ibarət idi.
Gözək
Gözək – müxtəlif əşyaları bağlamaq üçün istifadə edilən ip, nazik kəndir, qaytan.. Gözək alaçıq çubuqlarını bir-birinə bənd etmək, çuvalın, xurcunun, məfrəşin və s. ağzını bağlamaq üçün toxunardı. == Toxunma qaydası == Toxunma qaydası aşağıdakı kimidir: Müəyyən uzunluqdakı ipləri iki, üç qat edib bir ucunu bir yerə (dirəyə) bağlayır. İp tağlarını bir halda sağ tərəf üstə digər halda isə sol tərəf üstə bir-birinin üstündən keçirib bərkitməklə toxuyur, sonda isə uclarına qotaz toxuyurlar.
Güləh
Güləh — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Güləh kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Güləh kəndi Ağbaş kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Çaraq kəndi olmaqla, Çaraq kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Quba rayonunun Xaltan kəndindən çıxmış ailələrin Güləh adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. Güləh "yoncalıq" deməkdir. Kəndin ərazisində eyniadlı göl və mineral bulaq da vardır. Toponimi "gilli yer" kimi izah edənlər də var. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir.
Queen
Queen – İngiltərə rok qrupu. 1970-ci ildə "Smile" qrupunun dağılması ilə Brayan Mey, Rocer Teylor və Freddi Merkuri Londonda "Queen" qrupunu yaradırlar. Bir il sonra Con Dikonun qrupa daxil olması ilə qrup tamamlanır. Qrup ilk vaxtlar proqressiv rok, hard rok, qlem rok və hevi metal tərzlərini mənimsələr də, daha sonra radio yayım formatlı pop rok və arena rok kimi tərzlərin inkişafına da böyük təsir göstərmişlər. 1999-cu ildə Channel 4 tərəfindən keçirilən `Music of the Millenium sorğusunda ən yaxşı ikinci qrup seçilmişdir. Queen qrupunun 18 albom, 18 sinql və 8 DVD-i dünya üzrə məşhurluq qazanmış və ən çox albom satan qruplar arasında yerini almışdır. Dünya üzrə 300 milyon albom satmışdır. Bunun 35,5 milyonu ABŞ-də satılmışdır. Freddi Merkyuri – solist və pianoçu. Qrupun səsi və simvolu olması onun digər bacarıqlarını kölgədə qoymasına səbəb olmuşdur.
Quqəd
Gugəd — İranın İsfahan ostanının Gülpaygan şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 6,686 nəfər və 2,031 ailədən ibarət idi.
Qəşəd
Qəşəd — Azərbaycan Respublikasının Ağsu rayonunun Qəşəd kənd inzibati ərazi dairəsində kənd.
Ərşək
Ərşək — türk və altay mifologiyasında əfsanəvi varlıq. Bars və ayının cütləşməsinden doğan əfsanə canlısı. Yarı ayı yarı bars olaraq da düşünülər. Gövdəsi bars, başı ayı şəklindədir. Pəncələri də ayı pəncələri kimidir. (Ər/Er) kökündən törəmişdir. Güclülük mənası ehtiva edər. Monqolcada "Ers" sözü itilik ifadə edər və bu canlıların pəncələrinin itiliyi ilə əlaqədardır. Türk Əfsanə Sözlüyü, Dəniz Qaraqurd, Türkiyə, 2011, (OTRS: CC BY-SA 3.0) (türk.) Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Gülən
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Ağusəm
Ağusəm — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Cəngan kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Burovar silsiləsinin ətəyindədir. Oykonimi iki cür izah etmək olar: Türk dillərində ağı/aqu (acı, zəhər) və sam (isti külək) sözlərindən düzəlib, "acı, isti küləkli yer" deməkdir; Türk dillərində aqus/ağuj (ağız sudu, yeni bala vermış heyvanın ilk sudu) və sən/san (sağım) sözlərindən düzəlib, "yeni bala vermış heyvanların saxlandığı, sağıldığı yer" deməkdir. Toponimiyada Aqusəm kənd adını Aqusəm çayının adı ilə də bağlayırlar. Bu baxımdan həmin hidronim Ağüzən (ağ çay) adının təhrif olunmuş forması kimi qəbul olunur. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 563 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Fətullah Gülən
Məhəmməd Fətullah Gülən (türk. Muhammed Fethullah Gülen, (27 aprel 1941[…], Pasinlər, Ərzurum ili – 20 oktyabr 2024, Pensilvaniya) — Gülən hərəkatının banisi olan Türkiyə filantropu, yazıçısı, şairi, keçmiş vaizi və din adamı idi. O, 30-dan çox kitab və bir çox məqalənin müəllifi idi. O, həmçinin Türk, ərəb, fars və osmanlı dillərini bilirdi. 1999-cu ildən öldüyü tarixə qədər ABŞ-nin Pensilvaniya ştatının Saylorsburq şəhərində yaşayırdı. == Həyatı == Gülən 1941-ci ildə Türkiyənin Ərzurum bölgəsinin Qorucuq kəndində anadan olub. Gülən 1959-cu ildə Türkiyə Respublikası Diyanət İşləri üzrə Dövlət Komitəsinin nəzdində rəsmi işə başlayan Gülən təqribən 30 il Türkiyənin Ədirnə, Kırklareli, İzmir, Edremit, Manisa, Çanaqqala və s. bölgələrində müxtəlif vəzifələrdə çalışmışdır. Bu illər ərzində həyəcanlı və səmimi söhbətləri, verdiyi xütbə, vəz və konfranslar sayəsində Türkiyədə özünə çoxsaylı tərəfdarlar tapmışdır. Gülənin təşfiqi ilə 80-ci illərdən etibarən Türkiyənin iri şəhərləri başda olmaq üzrə tələbə yataqxanaları açılmış, daha sonra Gülənin tərəfdarlarından ibarət müəllim və idarəçilərin olduğu liseylər fəaliyyətə başlamışdır.
Goşen (Vayominq)
Goşen Rayonu (ing. Goshen County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 12 538 nəfər olmuşdur. Rayonun paytaxtı Torrinqton şəhəridir.