Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Gal
Gal (əvvəlki adı: Qal) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Şurud kənd inzibati ərazi dairəsi tərkibindəki Qal kəndi Gal kəndi adlandırılmışdır.
Acı Qal
Acı Qal (ukraynca , rus. Чистенькое, Аджи-Кал) — Krımın Sevastopol rayonunda bir kənddir. Əhalisinin sayı 4115 nəfərdir (2001-ci il).
Gal karvansarası
Gal karvansarası — Culfa rayonunun Gal kəndinin ərazisində orta əsrlərə aid tarixi-memarlıq abidəsi == Coğrafi mövqeyi == Naxçıvan Muxtar Respublikasının Culfa rayonu ərazisində zəmanəmizədək qalıqları gəlib çatan karvansaralardan biri də Gal kəndinin şimal-şərq hissəsində yerləşən "İlandağ" yaşayış məskənində qalan karvansaradır. == Tarixi == Yerli əhali arasında bəzən "Nəbi qalası" da adlandırılan İlandağ yaşayış yerindən əldə olunan yerüstü materiallar onun XI–XVIII əsrlərdə fəaliyyət göstərməsini təsdiq edir. Yaşayış yerinin şərq tərəfindən Culfa-Gal-Şurut-Paradaş-Dərgəmilik-Nürgüt-Sisyan istiqamətində və əksinə uzanan karvan yolu keçir. Buna əsasən demək olar ki, şərti olaraq yaxınlıqdakı kəndin adı ilə Gal karvansarası adlandırdığımız bu karvansara həmin yolla şimala və cənuba doğru hərəkət edən insanlara və karvanlara xidmət etmişdir. == Memarlıq quruluşu == Bu karvansaranın divar qalıqlarının indiki vəziyyətdə hündürlüyü 3,5 metr, uzunluğu 12 metr, eni isə 7 metrdir. Hündür təpənin şərq yamacında inşa edilən karvansaranın divarları möhrədən hörülmüşdür. == "Şah Abbas gölü" == Bu karvansaradan təxminən 2 km şimal-şərq tərəfdə, Şurut kəndinə gedən yolun sağ tərəfində bir gölün və bəndinin qalıqları qalmaqdadır. Göl yerli əhali arasında "Şah Abbas gölü" adlandırılır. Adına əsasən demək olar ki, bu göl Səfəvi hökmdarı I Şah Abbasın dövründə inşa etdirilmişdir. Bu fakta əsasən ehtimal etmək olar ki, Gal karvansarası da I Şah Abbas dövründə (1587–1629-cu illər) inşa etdirilmişdir.
Göy-Qal
Göy-Qal - türk və altay mifologiyasında bir təbiət layı. Eyni zamanda köhnə türk inancında bir ruh kateqoriyası. Kök-Qal (Gök-Kal), Gök-Kalığ və ya Kovak-Kalığ olaraq da deyilər. Əleyhdarı Yer-Sudur. Atmosferi və kosmosu, həmçinin buralarda olan qoruyucu ruhları ehtiva edər. Yakutcada və Dolqancada Qalan göy deməkdir. == Göy == Göy - yer üzünün xaricində qalan və hava kürə ilə kosmosu əhatə edən bölgə. Gök, (Kök, Kük, Göy) olaraq da deyilər. Monqollar "Tenger" deyərlər. Bəzən kosmos mənasında da istifadə edilər.
Qal Qadot
Qal Qadot Varsano (ing. Gal Gadot Varsano; ivr. ‏גל גדות‏‎; 30 aprel 1985, Petah-Tikva, İsrail) — İsrailli aktrisa, istehsalçı və maneken. 30 aprel 1985-ci ildə Petax-Tıkvada anadan olmuşdur. 18 yaşında Miss Israel yarışmasında qələbə qazanmışdır. 2 il müddətində İsrail Silahlı Qüvvələrində məcburi hərbi xidmət keçmişdir. Forsaj film seriyasında canlandırdığı Qisili Yaşar və DC Comics filmlərində canlandırdığı Ecazkar Qadın rolları ilə tanınır. 2004-cü ildə Miss Israel (İsrail Gözəli) seçilərək həmin il Miss Universe-də (Kainat Gözəllik Yarışması) İsraili təmsil etmişdir. Ardınca iki il İsrail Silahlı Qüvvələrində savaş müəllimi olaraq əsgərlik etdi. Modellik və aktrisalıq karyerasına başlamadan əvvəl IDC Herzliya-da universitet təhsilinə başladı.
Qal Xan
Qal Xan - türk, monqol və altay mifologiyasında atəş ilahı adlandırılır. Atəşin və ocağın davamlılığını təmin edir. Al/Hal inancı ilə əlaqəlidir. Monqol mənşəli bir anlayışdır. Türklərdəki Al (Hal) Ananın qarşılığı olaraq düşünülə bilər. Təhlükəli və zaman-zaman hirslənib yanğınlar çıxaran bir varlıqdır. Bu sözdən törəyən və ocaq ilahı mənasını verən Qolomto Xan adlı bir xarakterə yenə monqol mifologiyasında rast gəlmək mümkündür. === Qalçan xan === Qalçan xan - türk, monqol və altay mifologiyasında atəş tanrısıdır. Kalçan/Galçan xan da deyilir. Bəzən Qal xan ilə ekvivalent olaraq görülər.
Qay Vibi Trebonian Qall
Qay Vibi Trebonian Qall (lat. Gaius Vibius Trebonianus Gallus), Roma tarixşünaslığında daha çox Trebonian Qall kimi tanınır (206, Peruca – avqust 253, Terni, Umbriya) — 251–253-cü illərdə hakimiyyətdə olmuş Roma imperatoru. Trebonian Qall qədim etrusk ailəsindən gəlirdi. O, mperator Desi Trayanın hakimiyyətinin sonunda Myoziya vilayətlərindən birinin mirasçısı kimi xidmət etmişdir. Qall bu vəzifədə ikən qotlara qarşı müharibədə iştirak etmişdir. Desi Abritt döyüşündə həlak olduqdan sonra Trebonian ordu tərəfindən imperator elan edilmişdir. O, qotlarla sülh bağlamış, lakin onlar tezliklə bunu pozmuşdular. Bundan əlavə, onun hakimiyyəti şərqdə Sasani dövləti ilə müharibə ilə yadda qalmışdır. 253-cü ildə qotları məğlub edən sərkərdə Mark Emili Emilian özünü imperator elan edərək üsyan qaldırmış, qoşunları ilə birlikdə İnteramnaya çatmışdır. Qallın döyüş üçün böyük bir ordu toplamağa vaxtı yox idi.
Gül-gül
Gül-gül - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Gül Gül
Gül-gül - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. == Oyunun qaydası == İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.
Qam-qam
Qam-qam — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Qamqam oyk., sadə. Quba r-nunun Rustov i.ə.v.-də kənd. Çağacıq çayının sahilində, Baş Qafqaz silsiləsinin ətəyindədir. Rustov kəndinin keçmiş məhəllələrindən birinin adı olmuşdur. Kənd keçmişdə Rustov kəndinə məxsus mal-qara saxlanılan yer əsasında yaranmışdır. Məntəqə yerin adını qəbul etmişdir. Oykonimi fars dilindəki qamə (dayanacaq yeri, məskən) və kam (dərə, çökəklik, keçid, kiçik çay dərəsi) sözlərindən ibarət “kiçik çay dərəsində məskən” kimi izah edirlər. Kənd iki yamacın ətəyində, Qamqam çayının sahilindədir. Əslində kəndin adı çayın adından alınmışdır.
Frans Cozef Qal
Frans Cozef Qal — 9 mart 1758[…] – 22 avqust 1828[…], Monruj alman nevroanotomist, fizioloq və beyindəki zehni funksiyaların işləmə lokalizasiyasının öyrənilməsinin öncüllərindən biri. Nevropsixoloji sahədəki araşdırmaları dövründə böyük səs-küyə səbəb olmuşdur, indi isə "yalançı elm" olaraq adlanır. == Uşaqlıq illəri == Qalın atası zəngin yun taciri və qatı roma katoliki idi. Əslən Lombardiyadan olan bu ailə 100 il idi ki, Tayfenbronda məskunlaşmışdılar. Qalın atası həm də buranın bələdiyyə başçısı idi. Qalın elmi araşdırmaları gənclik illərində başlamışdır. Hələ uşaqkən özü, bacı-qardaşları və sinif yoldaşlarının arasındakı fərqliliklər onu çox düşündürmüşdür. Ona görə, sinif yoldaşlarından birinin irəli səviyyədəki dil bilgisi onun qəribə formalı başı ilə əlaqədardır. Elə bundan sonra beyinə olan marağı artmışdır. Məktəb vaxtında bitki və heyvan növləri yığaraq onları sinifləndirməyi çox xoşlayırdı.
Qal, sənə qurban!
Qal, sənə qurban! — məşhur Azərbaycan mahnısı. Mahnının bəstəkarı Bəhram Nəsibov, sözlərinin müəllifi isə Miryusif Mirnəsiroğludur. == Yaranma tarixi == Mahnının yaranış tarixi ilə bağlı bir çox versiyalar mövcuddur. === Birinci versiya === 1970-ci ildə Hacıqabul xalq teatrının rejissoru Miryusif Manafov teatr üçün “Süsən-sünbül” adlı pyes işləyir. Həmin pyesdə qadın surətlərin birinin dilindən “Qal, sənə qurban!” adlı bir mahnı ifa olunur. Pyesin müəllifi Miryusif Manafov əsərdəki bu şeirin müəllifi olduğunu dəfələrlə qeyd edib. === İkinci versiya === 1972-ci ildə Təranə Vəlizadənin həyat yoldaşı Eyvaz Həsənovla mübahisəsi, onun inciyərək öz atası evinə getməsi ilə nəticələnir. Bir müddət sonra qaynı və qaynanası Təranə Vəlizadəni, ər evinə geri gətirirlər. Təranə Vəlizadə, əri Eyvaz Həsənovu baxımsız və səsi batmış görür.
Salamat Qal (albom)
Salamat Qal – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın yeddinci studiya albomu.
Ağal
Bal
Bal, bir neçə arı növü tərəfindən hazırlanan şirin və qatı bir maddədir. Bu arı növlərindən ən məşhuru bal arılarıdır. Arı ailələri balı qidalanmaq üçün hazırlayır və saxlayırlar. Arılar bitkilərin şəkərli ifrazatlarını (əsasən çiçək nektarını) toplayıb təmizləyərək bal istehsal edirlər. Bu təmizləmə, həm arı orqanizminin daxilində requrqitasiya və fermentativ proseslərlə, həm də pətəkdə saxlama zamanı suyun buxarlanması nəticəsində baldakı şəkərlərin qatı və özlü olana qədər konsentrasiyasının artması ilə baş verir. Bal arıları balı şanda toplayırlar. Şanın içərisində bal pətəyi adlanan mumdan hazırlanmış bir quruluş var. Pətək yüzlərlə və ya minlərlə altıbucaqlı hüceyrələrdən ibarətdir və arılar onları balı saxlamaq üçün istifadə edirlər. Bal istehsal edən digər arı növləri isə maddəni müxtəlif quruluşlarda, məsələn, iynəsiz arıların istifadə etdiyi kimi mum və qatrandan hazırlanan qablarda saxlayırlar. İnsan istehlakı üçün nəzərdə tutulan bal çeşidləri vəhşi arı koloniyalarından və ya əhliləşdirilmiş arıların pətəklərindən toplanır.
Dal
Dal (həmçinin дал, даал; hind दाल, kann. ತೊವ್ವೆ) - hind mətbəxinin milli şorbasıdır. == Etimologiyası == Bu söz (dāl) ilk dəfə Sanskrit regionunda işlənib, mənası ayırmaq deməkdir. == Tərkibi == Hind mətbəxinə məxsus lobyadan ibarət vegetirian şorba-puredir. Şorbanı hazırlayarkən ona toz darçın, kokos südü, limon şirəsi, pomidor, sarımsaq və qızardılmış soğan əlavə edilir. Serviz zamanı onu müxtəlif buğda məhsullarından, o cümlədən qırmızı mərci, xırda lobya, maş, qoyunnoxudu və göyərçin noxudu istifadə edilir. == Qidalanma == Yeməyin 100 qr tərkibində 9% protein, 70% su, 20% karbohidrat (8% lif daxildir) və 1% yağ vardır.
Fal
Fal — gələcəklə bağlı məlumat əldə etmək məqsədilə fövqəltəbii qüvvələrlə təmas qurmağı nəzərdə tutan ritual; Sehrin fərqli növü; Gələcək həqiqətləri və ya sadəcə bilinməyən faktları öyrənməyə imkan verən və bir çox millətlərin mədəniyyətlərində mövcud olan okkultik metodları və ritualları özündə birləşdirir. == Tarixi == Türk xalqlarında falın yaranmasının tarixi çox qədimlərə gedir. Şərqi Türküstanda tapılmış VIII əsrə aid edilən “Irq bitik” faldan bəhs edən ən mükəmməl əlyazma hesab olunur. Zərlə fala baxmanın prinsiplərinin verildiyi bu kitab ilk arifmomantika nümunəsi sayılır. Türk xalqlarında qədimdə nisbətən sadə, bəsit fala baxma üsullarından (məsələn, odla, oxla, heyvan içalatı ilə və s.) istifadə olunmuşdur. İslam dinində falçılıq müsbət qəbul olunmamış, hətta bu işlə məşğul olmaq kafirliyə bərabər tutulmuş, dua yazmaq, cadu etmək, paltarın üstündə dua-pitik gəzdirmək, gələcəkdən xəbər vermək Allahın işinə qarışmaq kimi qəbul olunmuş və belə adamların qırx gecəlik namazının qəbul olunmadığına inanılmışdır. Dünyasını dəyişmiş falçıları torpağın qəbul etməməsi haqqında rəvayətlər bu gün də xalq arasında dolaşmaqdadır. Bu mənfi münsibətlərə baxmayaraq, islam dini falçılığı məişətdən təcrid edə bilməmişdir. Qədimdə xalq məişətində çox güclü mövqeyi olan fal icra vasitələrinə görə aşağıdakı növlərə ayrılır: Piromantiya (odla fala baxma); Hidromantiya (su ilə fala baxma); Nekromantiya (ruhları çağırmaqla fala baxma); Ornitomantiya (quşların uçuşu ilə fala baxma); Xiromantiya (əl çizgilərinə görə fala baxma); Astrologiya (ulduzlarla fala baxma); Arifmomantiya (rəqəmlərlə fala baxma). == Fal Azərbaycanda qeyri-maddi mədəni irs nümunəsi kimi == Azərbaycanda “fala inanma, faldan da qalma” məsəli əslində falçılığın Azərbaycan məişətində nə qədər geniş yayıldığının bir göstəricisidir.
GAZ
Gəncə Avtomobil Zavodu — Azərbaycanın Gəncə şəhərində fəaliyyət göstərən maşınqayırma müəssisəsi. == Tarixi == 1986-cı ildə əsası qoyulmuş Gəncə Avtomobil Zavodunun istehsal gücü layihəyə əsasən 30 000 ədəd ortatonnajlı avtomobillərin istehsalı üçün hesablanmışdır. Müəssisənin tikintisi layihəyə görə 1989-cü illin sonlarına qədər başa çatdırmalı idi. Lakin Sovetlər Birliyinin dağılması nəticəsində zavodun tikintisini yarımcıq qalır. Yalnız 2004-cü ilin dekabırında Gəncə avtomobil zavodu işə düşüb və müəssisədə yığımdan keçən ilk avtomobil işıq üzü görüb. 2006-cı ilin oktyabrında Minsk traktor və avtomobil zavodları ilə Gəncə avtomobil zavodu arasında əməkdaşlığın yaradılması barədə razılığa gəlinib. 2007-ci iln mart ayının 27-də isə Gəncə avtomobil zavodunda yığımdan keçən ilk «Belarus» markalı traktor konveyerdən düşüb. Paralel olaraq müəssisədə Belarusun “MAZ” yük avtomobillərinin yığımı da təşkil olunub. Həmin ilin aprelin 30-da müəssisədə yığılan «GƏNCƏ» və «PƏHLƏVAN» adları daşıyan ilk MAZ-lar işıq üzü görüb. == İstehsal == Zavodun istehsal gücü ildə 1 700-2 000 ədəd traktor və 950-1 000 ədəd yük avtomobilin istehsalına bərabərdir.Zavodda 2008-ci ildə 600-ə yaxın traktor və avtomobil istehsal olunmuşdur.
GTL
GTL texnologiya (ing. Gaz-To-Liquid, qazdan - maye) – təbii qazdan yüksək keyfiyyətli, kükürdsüz karbohidrogen məhsullarının alınması prosesidir. == Yaranma tarixi == GTL texnologiyasının təməli alman kimyaçıları Frans Fişer və Hans Tropş tərəfindən qoyulmuşdur. Onların kömürün tədqiqi üzrə “Adi təzyiq altında neft karbohidrogenlərin birbaşa sintezi haqqında” adlı işi 1926-cı ildə işıq üzü gordü. Sonralar bu proses Fişer-Tropş prosesi adlandırıldı. Alman alimləri yanacaq mənbəyi olan maye karbohidrogenləri - daş kömürünü qızdırılmaqla, su buxarının keçirilməsi ilə almışlar. Beləliklə , GTL texnologiyası yaradıldı, yəni təbii qazın yüksək keyfiyyətli kükürdsüz karbohidrogen məhsullarına çevrilməsi prosesi. Bu proses üç mərhələdən ibarətdir: Təbii qazın kükürddən təmizlənməsi (oksigenin karbonla birləşməsi yolu ilə) nəticəsində sintez –qazın (H2+CO)istehsalı . Sintez-qazın sintetik xammal neftinə çevrilməsi. Sintetik motor yanacaqlarının və başqa məhsulların təmizlənməsi.Shell firması bu texnologiyaya 1973-cü ildə qayıtdı.
Gil
Gil — üzvi maddəsiz bərk lil == Daşvari gillər == Daşvari gillər suda islanmayan daşabənzər kaolinit gilləridir (argillitlər). Əsasən müxtəlif çalarlı ağ və boz, bəzən zəif çəhrayı və bənövşəyi rəngli, qabığvari sınması olan qeyri-plastik və bəzən zəif plastik sıx süxurdur. Kollomorf quruluş (oolit, porfiroblast, lopavari, şırnaqlı, torlu və b.) və teksturla (məsaməli, bütöv, pulvari və b.) səciyyələnir, əsas kütləsi, demək olar ki, tam izotropdur. Qarışıqları kvars, mika və b. terrigen minerallardır. Daşvari gillər odadavamlı (1750-1790° C-yə qədər) olub, mərmər və müxtəlif saxsı məmulatı istehsalında işlədilir. Daşvari gillər müxtəlif ölkələrin karbon (bəzən təbaşir və b.) çöküntülərində geniş yayılmışdır. Daşvari gillər həm də elüvial əmələgəlmələrdə rast gəlir. == Çökmə gillər == Çökmə gillər aşınma qabığının gilli və başqa məhsullarının yuyulub, daşınması və su hövzələrində çökdü­rülməsi nəticəsində əmə­lə gəlir. Bu hövzələrdə dəniz suyu elektrolitlərinin və kontinental hövzələrin humin birləşmələrinin təsiri altında gilli hissəciklərin koaqulyasiyası baş verə bilər.
Gol
Qol (idman) — idman oyunlarında topun və ya şaybanın rəqibin qapısından keçirilməsi. Qol (ölçü vahidi) — əkinləri suvararkən axıdılan suyun miqdarını olcmək ucun istifadə edilən ölçü vahidi. Qol (mahnı) Qol (anatomiya) — canlılarda cüt qabaq ətraflardan biri. Qol (coğrafiya) — çayın qolu. Qol (imza) — hər hansı sənədin altından öz dəti-xətti ilə imza etmək (qol çəkmək).
Gül
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.
HAL
Hindustan Aeronautics Limited, Hindistan mərkəzli bir aviasiya və müdafiə şirkətidir. Şirkət 23 dekabr 1940-cı ildə Hindustan Aircraft olaraq yaradılmış və 1 oktyabr 1964-cü ildə indiki adını almışdır. Şirkətin mərkəzi ofisi Bangaloreda yerləşir. HAL bir dövlət təşkilatıdır və əsasən aviasiya sənayesi fəaliyyətləri ilə məşğul olur. Bu gün təyyarələrin, reaktiv mühərriklərin, helikopterlərin və onların ehtiyat hissələrinin dizaynı, istehsalı və montajında ​​iştirak edir.
MAL
MyAnimeList (azərb. Mənim anime siyahım‎) və ya qısaca MAL — istifadəçilərə animanqa siyahıları yaratmaq və animanqa forumlarında iştirak etmək kimi imkanlar təklif edən sosial şəbəkə və məlumat bazası. 2004-cü ildə Qarret Qissler tərəfindən şəxsi sayt kimi yaradılmış, 2006-cı ildə ictimai sayta çevrilmişdir. Sayt 2019-cu ildə satılana qədər mobil tətbiq istehsalçısı DeNA-nın budaq şirkəti olan MyAnimeList LLC tərəfindən idarə olunmuşdur.Saytda 4,4 milyon anime başlığı və 775.000 manqa başlığı var. 2015-ci ildə saytı ayda 125 milyon nəfər ziyarət etmişdir. == Tarix == Qarret Qissler tərəfindən (istifadəçi adı Xinil) AnimeList adı ilə 2004-cü ildə şəxsi sayt kimi yaradılmışdır. O daha sonra Myspace sosial şəbəkəsindən ilhamlanaraq saytın adını MyAnimeList olaraq dəyişdirmiş və 2006-cı ildə saytın indiki domen adını əldə etmişdir. Qisslerin dediyinə görə sayt qurulanda cəmi 228 istifadəçisi var idi.Əvvəlcə saytda ancaq anime başlıqlarının məlumat bazası vardı. 2007-ci ildə Qissler manqa başlıqlarının da məlumat bazasına əldə edilməsini zəruri hesab etmiş və bir neçə ay sonra bu xüsusiyyət sayta əlavə edilmişdir. 2007-ci ilin fevralında personaj məlumat bazası da əlavə edilmişdir.
Nal
Nal — at, eşşək, öküz və bənzəri heyvanların ayaqlarını zədələnmədən qorumaq üçün istifadə olunan, əksər hallarda metaldan, bəzən də qismən, yaxud tamamilə müasir sintetik materialdan düzəldilən əşya. Az da olsa, bəzi hallarda nalların yapışdırılan formalarına rast gəlinir. Heyvanların ayaqlarına nal vuran şəxsə nalbənd deyilir. == Mədəniyyətlərdə yeri == === Xənədanlıq simvollarında === İngiltərənin ən balaca tarixi əyaləti olan Rutlandın bayrağında meşə palamutları səpələnmiş sahəyə qoyulmuş qızıl nal təsvir olunmuşdur.