Gül Gül

Gül-gülAzərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaqgənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir.

Oyunun qaydası

[redaktə | mənbəni redaktə et]

İki qrup və ya şəxs arasında oynanılır. Gül adlandırılan xırda bir əşyanı, məsələn noxudu, ovucların içində oynadıb, bir ovucda gizlədirlər. Lakin rəqib qrupdan heç kim Gülün hansı ovucda olduğunu bilməməlidir. Gülü gizlədən qrup ovuclarını yumub rəqib qrupun önünə tutur. Rəqib qrup Gülün hansı ovucda olmasını tapmalıdır. Gülü tapsalar qalib olurlar, tapa bilməsələr, Gülü gizlədən qrup qalib gəlir. Oyunda ovucun boş çıxmasına "puç" deyilir.