Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Gunnm
Battle Angel Alita (azərb. Döyüş mələyi Alita‎) və ya Yaponiyada tanınan adı ilə Gunnm (銃夢, Ganmu, azərb. Silah yuxusu‎) – Yukito Kişiro tərəfindən 1990-cı ildə yaradılmış və Shueisha nəşriyyatının "Business Jump" jurnalında nəşr olunmuş manqa seriyası. Yaponiyada 9 cildi buraxılmışdır. İki cildi əsasında iki seriyalıq OVA adaptasiyası çəkilmiş və Şimali Amerikada ADV Films, Avstraliya və Yeni Zelandiyada isə Manga Entertainment tərəfindən buraxılmışdır. Manga Entertainment animeni ingilis dilinə dublaj da etmişdir. "Alita: Döyüş mələyi" adlı ABŞ bədii film adaptasiyasının 21 dekabr 2018-ci ildə buraxılması planlaşdırılır. Manqa seriyasında hadisələr postapokaliptik dünyada baş verir və kibernetika həkimi tərəfindən tullantıların arasında yaddaşı itmiş halda tapılan və təmir edilən Alita adlı kiborqdan bəhs edilir. Alita tezliklə fərqinə varır ki, hər şeyi unutsa da, Panzer Kunst adlı döyüş texnikasını unutmayıb. Bunun sayəsində Alita ovçu-döyüşçüyə çevrilir.
Günah
Günah — dinlərdə insanın Tanrı tərəfindən qadağan edilmiş bir sıra hərəkətləri icra etməsidir. Demək olar ki, hər bir dini görüşdə insanın günah etməsinə görə müəyyən cəza çəkəcəyinə dair görüşlər mövcuddur. == Dəlillər ilə açıqlanması == İnsan yaradılış etibarilə günah işləməyə meyillidir. Həzrət Adəmin Cənnətdə olarkən Allah-Təalanın əmrini unudaraq zəlləyə düşməsi, sonra da tövbə edib bağışlanma diləməsi bizə günahlardan arınma yolunu göstərir. Günah mənəvi boşluq, bir təzad və yaradılışın ziddinə getməkdir. Günah işləyən bir insan özünü vicdan əzabının və qəlb sıxıntısının qoynuna atmış bir bədbəxt, bütün ruhi-mənəvi qabiliyyətlərini şeytana satmış bir zavallıdır. Üstəlik insan həmin günahı işləməkdən əl çəkməzsə, ixtiyarı tamam əldən verər, nə günahlara müqavimət göstərməyə iradəsi, nə də özünü toparlamağa gücü qalar. Günahlar insanın ruhuna bulaşan mənəvi kirlərdir. Vücudumuzun kirini su ilə təmizlədiyimiz kimi, günahlarla kirlənmiş mənəviyyatımızı da tövbə ilə təmizləyirik. Tövbə arınma və təmizlənmə yoludur.
Günay
Günay — Azərbaycanda geniş yayılmış qız adı. Günay Malikqızı — jurnalist. Günay Ağakişiyeva — Avropa Çempionatının bürünc mükafatçısı. Günay Qaraağac — Türk dil alimi Günay Məmmədzadə — Azərbaycan şahmatçısı. Digər Günay (qəzet) — Orxan Fikrətoğlunun qəzeti.
Günel
Günel — Qadın adı.
Güney
Güney — Şimal (Quzey) səmtinə əks olan coğrafi səmt. Kəndlər Güney Qışlaq — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd. Güney (Qaraqoyunlu) — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Güney — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Sevan rayonu ərazisində kənd. Güney — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Gorus rayonu ərazisində qışlaq. Güney — Qars quberniyasının Qars qəzasında, indi Amasiya rayonunda dağ. Güney — Göyçə mahalında dağ silsiləsi. Adı dəyişdirilib Sevan qoyulmuşdur. Güney (Xudabəndə) Şəxslər Yılmaz Güney — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı.
Günotu
Günotu (lat. Hemerocallis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Cameraria Boehm. Lilioasphodelus Fabr.
Günəş
Günəş (simvoluəöö2ııeııe: ) – Günəş sisteminin mərkəzində yerləşən ulduzdur. Günəş orta ölçülü ulduz olmaqla Günəş sisteminin kütləsinin 99,8%-ni təşkil edir. Günəş radiasiyası formasında Günəşdən yayılan enerji Yerdəki həyatın var olmasına və iqlimə əsaslı təsir göstərir. Bizim Qalaktikanın məlum olan təqribən 200 milyard ulduzundan biri olan Günəşin kütləsinin mütləq əksəriyyəti isti qazlardan ibarətdir. Günəş ətrafına istilik və işıq şəklində radiasiya yayır. Yerlə müqayisədə Günəşin diametri 109 dəfə, həcmi 1,3 milyon dəfə, kütləsi isə 333000 dəfə daha çoxdur. Günəşin sıxlığı Yerin sıxlığının 1/4-ü qədərdir. Günəş öz oxu ətrafında saatda 70000 km sürətlə hərəkət edir və bir dövrəsini təqribən 25 gündə tamamlayır. Günəşin səthinin istiliyi 5500 °C, nüvəsinin istiliyi isə 15,6 milyon °C-dir. Günəşdən ayrılan enerjinin 2,2 milyardda biri Yerə çatır.
Kunth
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Qrunt
Qunki
Qunki — Yaponiyada Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərlərin yazıldığı janr. == Haqqında == «Qunki» hərfi mənada «hərbi təsvir» deməkdir. Bu janrı Kamakura dövrünün hərbi hadisələrini təsvir edən əsərləri belə adlandırırdılar. «Qunkilərin» bir hissəsi O zamankı Heyyan dövründəkinə uyğun olaraq əsərin predmetinə, mövzusuna görə seçilir. (məs. Horen dövrünün povesti – Horen-monoqatari: Meyci dövrünün povesti, «Heyke-monoqatari», «tayra nəsli haqqında povesti) Deməli, «Qunki» ilə monoqatari arasında genetik əlaqə vardır. Bununla belə «Qunki»nin özünə məxsus fərqləndirici cəhəti vardır. Qunki ədəbi dilin yeni tipi ilə səciyyəvidir. Kitaizm burada yalnız leksik simada özünü göstərir, lakin elə sintaktik mənada da əsərin quruluşuna azca təsir göstərmişdir. «Qunki»də Heyyan ədəbiyyatının dil elementlərini görə bilinir və burada bir sıra xalq sözlərinin də şahidi olunur.
Qunut
Qunut — əlləri qoşalaşdırıb üz bərabərinə qaldırmaq vəziyyətidir. Şiə məzhəbində cümə namazında birinci rukudan əvvəl və ikinci rukudan sonra, eləcə də digər namazlarda ikinci rukudan əvvəl qunut tutulması müstəhəbdir. Fitr və Qurban bayramı namazlarında 9 qunut tutulur. Fitr və Qurban bayramı namazlarında yaxşı olar ki, birinci rəkətdə beş təkbir deyilsin və hər iki təkbirin arasında bir qunut oxuyar və beşinci təkbirdən sonra başqa bir təkbir də deyib, rukuya gedər, iki səcdə etdikdən sonra təkrarən ayağa qalxar, ikinci rəkətdə isə dörd təkbir deyər və hər iki təkbirin arasında bir qunut oxuyar və dördüncü təkbirdən sonra, başqa bir təkbir də deyərək rukuya gedər, rukudan sonra iki səcdə edib təşəhhüdü oxuyar və namazın salamını verər. Vitr namazında qunut axrıncı rukuya getməzdən əvvəl sünnətdir (yaxud müstəhəbdir). Qeyd: Camaat namazına ikinci rəkətdə qoşulan kəs ikinci rəkətdə (özünün birinci rəkəti) camaat namazının tərtibini pozmamaq üçün qunutu rəca niyyəti (savab ümidi) ilə tutur.
Xunta
Xunta (isp. junta, tərcümədə "toplantı", "komitə") - İspaniyada və ispandilli ölkələrdə dövlət idarəetmə orqanlarını bildirən söz. Lakin, bu söz digər dillərə də keçmiş və beynəlxalq aləmdə dövlət çevrilişi yolu ilə hakimiyyətə gəlmiş hərbi diktaturaları bildirmək üçün istifadə olunur. Məsələn, Pinoçet xuntası, yunan hərbi xuntası ("Qara polkovniklər"), Myanma xuntası və s.
Günən
Günən — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 33 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində «cənub, gün düşən yer» mənasında işlənən «güney» sözü əsasında əmələ gəlmişdir. Relyeflə bağlı yaranan sadə toponimdir. Ermənistan SSR AS RH-nin 3. I. 1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Getaşen (Çaykənd), 25.V.1967-cı il fərmanı ilə yenidən dəyişdirilərək Kirants adlandırılmışdır.
Qunib
Qunib (avar. Гъуниб) — Dağıstanda kənd, Qunib rayonunun inzibati mərkəzi. Tərkibində yeganə yaşayış məntəqəsi Qunib kəndi olan Qunib kənd inzibati ərazi dairəsini təşkil edir. == Coğrafi mövqeyi == Qunib Mahaçqaladan 172 km cənub-qərbdə, təxminən 1500 m yüksəklikdə, Qunib yaylasında yerləşir. == Tarixi == Kənd 1862-ci ildə rus hərbi istehkamının tikintisi ilə əlaqədar yaranmışdır. İstehkam yaylanın zirvəsində yerləşən və 1859-cu ildə dağıdılmış keçmiş Qunib kəndinin (avarca Quni-meer — daş yığını) adı ilə adlandırılmışdır. İstehkam Qunib rayonunun mərkəzi idi. 1895-ci ildə burada Samur alayının və Terek-Dağıstan qalası artilleriyaçılarının kazarmaları, habelə dövlət qulluqçuları, tacirlər və istefada olan hərbçilərin 29 evi, pravoslav kilsəsi və poçt məntəqəsi yerləşirdi. Keçmiş Qunib kəndi Şeyx Şamilin alınmaz qalası idi və 25 avqust 1859-cu ildə ruslar tərəfindən ələ keçirilmişdi. 1928–1937-ci illərdə və 1963-cü ildən eyniadlı rayonun inzibati mərkəzidir.
Gent
Gent — Belçika şəhəri. Bu şəhər orta əsrlərdə paltar ticarət mərkəzi və Parisdən sonra ən böyük Avropa şəhəri olmuşdur. Bu gün bu qədim şəhərin Müqəddəs Bavo Baş Kilsəsi, Qraflıqlar Qəsri daxil olmaqla tarixi binaları mövcuddur.
Keyt Qunter
Keyt Qunter (5 iyul 1982, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Qunter, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Keyt Qunter, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Keyt Qunter, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Keyt Qunter, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Kiçik günotu
Kiçik günotu (lat. Hemerocallis minor) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin günotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hemerocallis flava var. minor (Mill.) M.Hotta Hemerocallis lilioasphodelus var. minor (Mill.) M.N.Tamura === Heterotipik sinonimləri === Hemerocallis graminea Andrews Hemerocallis graminifolia Schltdl. Hemerocallis pumila Salisb.
Kürən günotu
Kürən günotu (lat. Hemerocallis fulva) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin asfodelinakimilər fəsiləsinin günotu cinsinə aid bitki növü. == Sinonimləri == === Homotipik sinonimləri === Hemerocallis crocea Lam. Hemerocallis lilioasphodelus var.
Livan funtu
Livan funtu və ya livr (ərəb. ليرة لبنانية‎, fr. livre libanaise, ing. lebanese pound) — Livanın pul vahididir. Livanda pul vahidini Livan lirası adı altında istifadə edirlər.. Daha əvvəl bir Livan funtu 100 piastra bərabər idi, amma belə bölgüdən sonra ölkədə inflyasiya yarandığından ölkə bu sistemdən imtina etdi. ISO 4217 beynəlxalq standartına uyğun olaraq Livan funtunun beynəlxalq işarəsi — LBP-dir. == Sikkələr == Pul dövriyyəsində 25, 50, 100, 250 və 500 Livan funtu nominallı sikkələrə rast gəlmək mümkündür. == Əsginaslar == Pul dövriyyəsində 1000, 5000, 10000, 20000, 50000 və 100000 Livan funtu nominallı əsginaslara rast gəlmək mümkündür. Əsginaslar Qəznədə çap edilir.
Lyuis funtu
Lyuis funtu — Böyük Britaniyanın Lyuis şəhərində istifadə edilən regional valyuta. Digər regional valyutaların istifadəsi təcrübəsindən istifadə edərək şəhər şurası onun 2008-ci ilin sentyabrından dövriyyyəyə buraxılmasına razılıq verdi. Qərarın iqlimin dəyişməsi və neftin qiymətinin artmasından yaranan problemlərin aradan qaldırılması məqsədilə qəbul edildiyi bildirilirdi. == Tarixi == Lyuis ilk dəfə öz valyutasını 1789-cu ildə buraxıb, ancaq 1895-ci ildə digər regional valyutalarla birgə buraxılışı dayandırılıb. Onun buraxılışı kütləvi informasiya vasitələrində uzun müddət müzakirələrdən sonra 2008-ci ilin sentyabrında bərpa edilib. 3 iyul 2009-cu ildə elan edildi ki, onun buraxılışı davam etdiriləcək. £ 5, £ 10 və £ 21 dəyərli funtların buraxılışı üzərində iş gedir. == Dəyəri == 1 Lyuis funtu 1 funt sterlinqə bərabərdir və Lyuisin 130 mağazasında qəbul edilir (dövriyyəyə buraxılanda onların sayı 70 idi).
Maykl Gunter
Maykl Gunter — Tennessi ştatının Kukvilldə yerləşən Tennessi Texnologiya Universitetində siyasi elmlər üzrə professordur. Onun əsas araşdırma mövzusu Türkiyə, İraq, Suriya və İran da yaşayan kürdlərdir. Brendan O'Liari Gunter barədə "Amerika Birləşmiş Ştatlarındakı kürd siyasi məsələləri üzrə öndə gələnlərdən" biri kimi bəhs etmiş, Martin van Bruinessen isə onun haqqında "bu sahədəki ən məhsuldar şəxs " adlandırmışdır. Gunter kürdlər barədə 15 kitab yazmaqla birlikdə, erməni soyqırımının olmadığı barədə 2 kitab da nəşr etdirmişdir. O, "Yaxın Şərq", "Cənubi Asiya və Yaxın Şərq Araşdırmaları", "Beynəlxalq Türk Araşdırmaları" və s. kimi jurnallarınməşləhətçi redaktorlarndan biridir. == Təhsili == Bakalavr dərəcəsini 1964-cü ildə Kolumbiya Universitetindən Amerika tarixi üzrə almışdır. Həmin universitetin Beynəlxalq və İctimai Məsələlər Məktəbindən magistr dərəcəsini alan Gunter beynəlxalq münasibətlər sahəsində olan doktorluq dərəcəsini 1972-ci ildə Kent Universitetindən əldə etmişdir. == Pedaqoqluq təcrübəsi == 1967-ci ildən 1971-ci ilə qədər Kent Universitetində müəllimlik etmişdir. Həmçinin, Tennesi Texnologiya Universitetində siyasi elmləri tədris etmişdir.
Məstan Günər
Məstan Günər (tam adı: Əliyev Məstan Rəsul oğlu) — şair, publisist, 1959-cu ildən Azərbaycan Yazıçılar Birliyinin, Jurnalistlər Birliyinin üzvü (1976), Azərbaycan komsomolu mükafatı laureatı (1976), Azərbaycan Dövlət mükafatı laureatı (1980). == Həyatı == Məstan Günər 1935-ci il iyulun 25-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində anadan olmuşdur. Tovuz şəhərində orta məktəbi bitirdikdən sonra APİ-nin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil almışdır (1953-1957). İlk şerləri "Sosializm kəndi" rayon qəzetində dərc olunmuşdur. Lakin respublika mətbuatına 1955-ci ildə "Ədəbiyyat və incəsənət" qəzetində çap etdirdiyi "İsti köynək", "Körpü" şerləri ilə çıxmışdır. Həmin vaxtdan ciddi bədii yaradıcılığa başlamışdır. Publisistik və tənqidi məqalələrlə də çıxış edir. Onun ilk qələm təcrübələri, bir sıra lirik şerləri "Məstan Dəmirçioğlu", "Məstan Əsrikli", "Məstan Məsum" təxəllüsü ilə çap edilmişdir. İlk kitabları "Qartal", "Məsum Əliyev", "Məstan Əliyev", "Məstan" imzaları ilə dərc olunmuşdur. Son üç kitabı "Məstan Günər" təxəllüsü ilə nəşr edilmişdir.
Olderni funtu
Olderni funtu (ing. Alderney pound) — Gernsi beylivikasının tərkibinə daxil olan Olderni adasının pul vahididir. Olderni Hökuməti haqqında qanuna uyğun olaraq ada pul nişanlarının buraxılışı hüququna malikdir. Həmin valyuta adanın funtundan və Böyük Britaniyanın funt-sterlinq valyutasından ibarətdir. Sikkələrin buraxılışı 1989-cu ildən başlanmışdır. Mis-nikel ərintisindən sikkələr kəsilir, həmçinin gümüşdən və qızıldan qəpiklər hazırlanır. Olderni sikkələri yalnız kolleksiya sikkələri kimi buraxılır və mübadilədə faktiki olaraq istifadə olunmur. Bir funt çox nadir əsginas kimi 1810-cu ildə Olderni Kommersiya Bankı tərəfindən buraxılmışdı. O nadir valyuta kimi dünya kağız pulunun standart kataloquna daxil edilmişdi. — "PS181.
Qenta Miura
Qenta Miura (1 mart 1995, Toyohaşi, Ayçi prefekturası) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 7 oyun keçirib.