Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
David Davis malikanəsi
Həmçinin "Clover Lawn" olaraq da tanınan David Davis malikanəsi David Davisə, ABŞ Ali Məhkəməsinə və İllinoys senatoruna məxsus Bluminqtondakı Viktorian stilli evdir. Malikanə 1960-cı ildən bəri dövlət muzeyidir. 1972-ci ildə tarixi yerlərin milli reyestrinə əlavə edildi və 1975-ci ildə isə Milli Tarixi yer təyin edildi. Bluminqtonun cənub-qərb tərəfindəki bir yaşayış məhəlləsində yerləşən üç mərtəbəli kərpic malikanə, İtalyan villa üslubunda tikilmiş və 36 otaqdan ibarətdir. Sarayın ərazisinə 1872-ci ildən bir taxta ev, anbar və tövlələr, xüsusi əşyalar, çiçəklər və bitkiləri üçün bağ daxildir. Çoxillik bitkiləri olan Viktoriyanın kəsilmiş çiçəklərdən ibarət bir bağçası olan "Sarah's Garden" 2001-ci ildə bərpa olunmağa başlandı. == Tarixi == "Clover Lawn" 1870-1872-ci illər arasında qurulmuş və 1886-cı il hakim Davisin ölümünə qədər yaşadığı yer olmuşdur. Devis italyan və ikinci imperiya memarlıq xüsusiyyətlərini özündə cəmləşdirən və orta Viktorian stildə olan malikanənin dizaynını fransız əsilli memar Alfred H. Piquenarda tapşırmışdır. Ev, Davisin arvadı Saranın iqamətgahı kimi nəzərdə tutulmuşdu. David Devis 1883-cü ildə ABŞ Senatından ayrıldıqdan sonra vaxtının çox hissəsini orada keçirirdi.
Davit Volkov
Davit Volkov (3 iyun 1995, Tbilisi) — Azərbaycan Premyer Liqasında çıxış edən Sabahın gürcüstanlı futbolçusu.
Davit İşxanyan
Davit İşxanyan (27 dekabr 1958, Heşan, DQMV) — Qondarma Dağlıq Qarabağ Respublikası siyasətçisi. Erməni İnqilabi Federasiyasının üzvü, 2023-cü ilin avqustundan separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının Milli Assambleyasının prezidentidir. O, 2023-cü ilin sentyabrında qısa müddətə Qondarma Dağlıq Qarabağ Respublikası prezidentinin səlahiyyətlərini icra edib. == Həyatı == 2023-cü il avqustun 7-də İşxanyan Milli Assambleyanın prezidenti seçilib. Sentyabrın 1-də o, həm də sələfi Arayik Harutyunyanın istefasından sonra prezident səlahiyyətlərini icra etdi və bu vəzifəni 2023-cü ildə keçiriləcək prezident seçkilərinə qədər saxladı. Bu postda İşxanyandan sonra Samvel Şahramanyan keçəcəkdi.
Dalit
Dalit (hind. दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Dasit
Dasit – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur. Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb. Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip. == Tapılması == Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır. == Mineraloji tərkib == Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur. Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur. Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir.
David
David — kişi adı və təxəllüs David (Mikelancelo) - italyan rəssam, heykəltaraş və memarı David Rikardo — ingilis iqtisadçısı. David Vudord - Amerikan yazıçısı və dirijoru David Vendetta - fransız DJ və prodüser. David Vilya - ispan futbolçu David Alaba — Avstriya futbolçusu, David Neres - peşəkar Braziliya futbolçusu David Faupala - Fransalı futbolçu David Məmmədov — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti. David Foenkinos — fransız yazıçısı və ssenaristi. Jak-Lui David - fransız rəssam və pedaqoqu. David Silva - Mançester Sitinin və İspaniya milli futbol komandasının yarımmüdafiəçisi David de Xea — ispan futbolçu, David Miller — amerikali tenor David Production — Yaponiya animasiya studiyası. David (Bernini) - Covanni Lorenso Bernini tərəfindən işlənmiş həyat ölçülü mərmər heykəl David Luiz - "Çelsi"nin və Braziliya milli futbol komandasının müdafiəçisi. David Livinqston — şotland əslli missioner, Afrikanın görkəmli cöğrafi tədqiqatçısı. II David — Kaxeti çarı. David Hilbert — alman riyaziyyatçısı, David Qrossman —yəhudi yazıçı.
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Avit
Mark Mesili Flavi Eparxi Avit (rus. Marcus Maecilius Flavius Eparchius Avitus), Roma tarixşünaslığında daha çox Avit kimi tanınır (395 və ya 400, Klermon-Feran – 18 avqust 457, Qalliya) — 455–456-cı illərdə Qərbi Roma imperatoru. 455-ci ildə Petroni Maksim vəfat etdikdən sonra Şimali Afrikada məskunlaşan vandallara qarşı mübarizəyə rəhbərlik etmək üçün vestqotlar tərəfindən imperator seçilmişdir. Şərqi Roma imperiyasından kömək ala bilmədiyi üçün 456-cı ildə vestqotlar tərəfindən taxtdan salınmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Sidonius Apollinaris, Panegyric for Avitus Hydatius, Chronicle John of Antioch, Chronicle Jones, Arnold Hugh Martin, John Robert Martindale, John Morris, "Eparchius Avitus 5", Prosopography of the Later Roman Empire, Volume 2, Cambridge University Press, 1992, ISBN 0-521-20159-4, pp. 196–198. Mathisen, Ralph W., "Avitus (9/10 July 455 – 17/18 October 456)", De Imperatoribus Romanis Max, Gerald E., Political Intrigue During the Reigns of the Western Roman Emperors Avitus and Majorian, Historia, 1979, pp. 225–237. Randers-Pehrson, Justine Davis. "Barbarians and Romans: The Birth Struggle of Europe, A.D. 400–700".
II David
II David və ya İmamqulu xan (1678, İsfahan – 2 noyabr 1722) — Kaxeti çarı. II David İslamı qəbul etmişdi. İmamqulu xan kimi tanınırdı. == Həyatı == I İrakli Baqrationi və Anna Çolokaşvilinin oğlu olaraq 1678-ci ildə anadan olmuşdu. 1703-cü ildə vali, 1709-cu ildə çar olmuşdu. Dağıstan xalqlarına qarşı mübarizədə Balakən və Qaxı itirmişdi. Əvvəlcə Kartli çarı I Yese, 1719-cu ildən sonra VI Vaxtanq ilə müttəfiq olan çar yenə də qalib ola bilmirdi. 1722-ci ildə vəfat etdi və Qum şəhərində basdırıldı. == Ailəsi == Çar II David Tarki şamxalının qızı Cahan bəyim ilə evlənmişdi. 3 övladı olmuşdu.
IV David
IV David və ya Qurucu David (gürc. დავით აღმაშენებელი, Davit Ağmaşenebeli; 1073, Kutaisi – 8 fevral 1125, Tiflis) — 1089–1125-ci illərdə hakimiyyətdə olmuş, Baqationlar sülaləsindən Gürcüstan çarı. Gürcüstanı vahid dövlətdə birləşdirmişdi. Səlcuqilər dövləti 1097-ci ildə parçalandıqdan sonra xərac verməmiş və ölkənin müstəqilliyini bərpa etmişdir. O, Ermənistan torpaqları hesabına dövlətin ərazisini genişləndirmişdi. 1118–1120 illərdə hərbi islahat keçirərək əsas qüvvəsi qıpçaq süvariləri olan ordu yaratmışdı. 1121-ci ildə Didqori döyüşündən sonra azad olunmuş Tiflisi çarlığın paytaxtı etmişdir. Azərbaycan Şirvanşahlar dövləti ilə müttəfiqlik və qohumluq əlaqələri var idi. Ümumiyyətlə, IV David müsəlman dövlətləri ilə sıx əlaqə saxlamışdır. Şəhərlər, yollar, körpülər salınmasına, karvansaralar və s.
David Anaxt
David Anaxt və ya Məğlubedilməz David (erm. Դավիթ Անհաղթ; VI əsr – VI əsr) — erməni neoplatonist filosofu, antik fəlsəfədə İsgəndəriyyə məktəbinin nümayəndəsi. == Həyatı == David Anaxt İsgəndəriyyədə və Afinada təhsil almışdır. O, "Fəlsəfənin tərifləri", "Porfirinin "Müqəddimə"sinin təhlili" və başqa əsərlərində platonizmi Aristotel və Pifaqor təliminin ünsürləri ilə əlaqələndirmişdir. David Anaxt skeptisizmə, relyativizmə qarşı çıxmış, fəlsəfi idrakın kəsərliliyi ideyasını müdafiə etmişdir. David Anaxta görə, fəlsəfənin məqsədi şərdən azad olmaq və əxlaqi kamillik yolunu göstərməkdir. Bilik özünəməqsəd olmayıb, insanın əxlaqca yüksəlməsinə xidmət etməlidir. Onun məntiqi mühakimələrində dialektik ideyalar var. David Anaxt orta əsr erməni fəlsəfəsinə rasionalizm prinsipləri gətirmişdir. == İrsi == 1980-ci ildə YUNESKO-nun qərarı ilə David Anaxtın 1,500-ci yubileyi qeyd edilmişdir.
David Soslan
David Soslan (gürc. დავით სოსლანი, Davit Soslani; oset. Сослан-Дауыт / Soslan-Dawyt) — Alaniya şahzadəsi, Gürcüstan çariçası Tamaranın əri və həmkarı, feodal Gürcüstanın ən yüksək çiçəklənməsi dövründə qoşunların baş komandanı. == Həyatı == Tamar birinci əri, Rus knyazı Yuri Boqolyubskidən boşanmış, 1187–1189-cu illərdə Tiflis yaxınlığındakı Didube sarayında David Soslanla evlənmişdir. Erməni salnaməçisi Mxitar Qoşun yazdığına görə, Tamar "Alan çarlığından olan, onun ana tərəfdən qohumu, adı Soslan və Gürcüstan taxtına çıxanda David adını alan adamla evlənmişdir". David Soslanın Tamarın əri statusu, eləcə də incsənətdə, nizamnamələrdə və sikkələrdə adının hallanması çarlığa hakimiyyətdə kişi aspektlərinin zəruriliyi ilə ciddi şəkildə diktə edilmişdi. Buna baxmayaraq, o, Tamarla taxtı paylaşsa da, müstəqil bir hökmdar deyildi və Tamara tabe qalmışdı. David Tamarın ekspansionist siyasətini enerjili şəkildə dəstəkləmiş, həmin illər ərzində bir sıra münaqişələrdə Gürcüstanın hərbi uğurlarına cavabdeh olmuşdur. Orta əsr gürcü mənbələri onun yaraşıqlılığını, hərbi istedadını, şücaətini və Tamara sədaqətini yüksək qiymətləndirirdilər. 1190-cı illərdə David Soslan gürcülərin Bərdə, Ərzurum, Geğarkunik, Beyləqan və Gəncəyə basqınlarına başçılıq etmişdir.
David itburnusu
David itburnusu (lat. Rosa davidii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Məğlubedilməz David
David Anaxt və ya Məğlubedilməz David (erm. Դավիթ Անհաղթ; VI əsr – VI əsr) — erməni neoplatonist filosofu, antik fəlsəfədə İsgəndəriyyə məktəbinin nümayəndəsi. David Anaxt İsgəndəriyyədə və Afinada təhsil almışdır. O, "Fəlsəfənin tərifləri", "Porfirinin "Müqəddimə"sinin təhlili" və başqa əsərlərində platonizmi Aristotel və Pifaqor təliminin ünsürləri ilə əlaqələndirmişdir. David Anaxt skeptisizmə, relyativizmə qarşı çıxmış, fəlsəfi idrakın kəsərliliyi ideyasını müdafiə etmişdir. David Anaxta görə, fəlsəfənin məqsədi şərdən azad olmaq və əxlaqi kamillik yolunu göstərməkdir. Bilik özünəməqsəd olmayıb, insanın əxlaqca yüksəlməsinə xidmət etməlidir. Onun məntiqi mühakimələrində dialektik ideyalar var. David Anaxt orta əsr erməni fəlsəfəsinə rasionalizm prinsipləri gətirmişdir. 1980-ci ildə YUNESKO-nun qərarı ilə David Anaxtın 1,500-ci yubileyi qeyd edilmişdir.
David Baazov
David Menaxemoviç Baazov (ivr. ‏דוד באזוב‏‎, 1883, Sxinval, Tiflis quberniyası – 1947) — ravvin, ictimai xadim, XX əsrin I rübündə Gürcüstan dini sionistlərinin lideri. == Həyatı == David Baazov 1883-cü ildə (digər mənbələrə görə - 1881-ci ildə) Gürcüstanın Tsxinvali şəhərində Tora Menaxem və Tsipora Baazovların ailəsində anadan olub. Litvadan Tsxinvaliyə gələn ravvin Avram Xvolesin tövsiyəsi ilə 13 yaşında təhsil almaq üçün Slutsk Yeşivaya daxil olur. Daha sonra Vilnüsdəki yeşivada təhsil alıb. Yeşivada oxuyarkən sionist hərəkatı ilə maraqlanır. 1901-ci ildə Kutaisidə Gürcüstanda ilk sionist dərnəklərdən birini təsis edir. 1901-ci il avqustun 20-də Qafqaz sionistlərinin birinci qurultayında Kareli kəndindən nümayəndə kimi iştirak edir. 1903-cü ildə Kutaisi əyalətinin Oni şəhərinin dövlət ravvini kimi xidmət etməyə başlayan David, burada Gürcüstanda ilk ümumi yəhudi məktəbi və yeşivasını açır. Həmin il Frankfurtda yəhudi gənclərinin və tələbələrinin konfransında da iştirak edir.
David Seliverstov
David şaftalısı
David şaftalısı (lat. Prunus davidiana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü.
David Melkumyan
David Melkumyan (29 oktyabr 1980, Stepanakert) — siyasətçi, deputat. == Həyatı == Davit Melkumyan 29 oktyabr 1980-ci ildə Stepanakert şəhərində anadan olub. 2004-cü ildə İrəvan "Mesrop Maştots" Universitetinin Tarix və Beynəlxalq Münasibətlər fakültəsini bitirib. 2006-cı ildə həmin universitetin hüquq fakültəsini bitirib, eyni zamanda universitetin tələbə şurasının prezidenti olub. 1998–2000-ci illərdə Qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusunda müddətli həqiqi hərbi xidmətə daxil olub, artilleriya kəşfiyyatçısı olub. 2004-cü ildən Beynəlxalq Gənc Xristianlar Assosiasiyasının Artsax bölməsinin təşəbbüskarı və fəaliyyətini koordinasiya etmişdir. Qarabağın bir sıra yerlərində gənclər üçün müxtəlif tədbirlər təşkil edib. 2008-ci ildən Artsax qeyri-hökumət təşkilatlarının üzvüdür, 2010-cu ilin sentyabrından CMI (Böhran İdarəetmə Təşəbbüsü) beynəlxalq təşkilatının məsləhətçisidir. O, Qarabağ münaqişəsinin həllinə yönəlmiş sivil proqramların koordinasiyası ilə məşğuldur. == Siyasi faliyyəti == 2010-cu ildə "Rusiya Erməniləri İttifaqı" təşkilatının Artsax bölməsinin direktoru təyin edilib.
David Babayan
David Klimoviç Babayan (erm. Դավիթ Բաբայան; 5 aprel 1973, Stepanakert, DQMV) — Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Xarici işlər naziri, prezidentin müşaviri, tarix elmləri doktoru. David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. 2023-cü il sentyabrın 29-da Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib. == Həyatı == David Babayan 1973-cü ildə Xankəndində anadan olub. 1989-cu ildə Xankəndi 8 saylı rus orta məktəbini bitirib. Babayan 1989-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olmuş və 1994-cü ildə bitirmişdir. O, 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1998-ci ildə Mərkəzi Avropa Universitetinin (Budapeşt) Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. Babayan 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.
David Arnold
David Arnold (23 yanvar 1962, Luton) — İngilis film bəstəkarı. İşlərinə beş Ceyms Bond filmi, həmçinin Ulduz Qapısı (1994), Müstəqillik Günü (1996), Qodzilla (1998) filmləri və Kiçik Britaniya və Şerlok televiziya serialları daxildir.
David Copperfield
Devid Kopperfild bu mənaları ifadə edə bilər:
David Jung
Dawid Jung (17 yanvar 1980) — polşa opera müğənnisi, şair, yazıçı, ədəbi və teatr kritiki, nəşriyyatçı, tədqiqatçı və mədəniyyət yaradanı, tarixçi, muzey işçisi, mədəni yol xəritələri dizayneri. == Həyatı == Polşa Elektron Orqanları Muzeyinin direktoru və "Poetik Qalereyalar" adlı ümummilli mədəni jurnalının baş redaktoru. Hərəkət etdiyi ədəbi, elmi və mədəni sahədə çoxsaylı dövlət mükafatları və fəxri ordenlər qazanmışdır: Júliusz Słowacki medalı (2009), Gənclər Sənəti Medalı (1997-ci ildə ilk mükafatlı şair Stanisław Barańczak olmuşdur), Millennium Gniezno Konqresi Medalı (2014), Gənclər Jurnalistləri Mükafatı (2016), Magellan Mükafatı (2016), Bolesław Leśmian ın adına mükafat (2017), "Polşa mədəniyyəti üçün xidmətlər" fəxri nişanı (2018), Identitas Ədəbiyyat və Tarix Mükafatı (2019), Gənclik Mükafatı (2019), "Milli Yaddaş Məkanları Qoruyucusu" medalı (2020), Şt. John Paul II qüsürlüsü (2021), Polşa Qara Krucu ordeninin ofiseri (1-ci dərəcə) (2021), Ələ keçirilmiş Müstəqillik Əsrinin medalı (2022), "Polşa Yazıçılar Assosiasiyası üçün xidmətlər" nişanı (2023) və s. 2023-cü ildə Poznan Polşa Yazıçılar Assosiasiyasının vitse-prezidenti olmuşdur. Polşa Respublikası Senatının Medalı (Senatın marşalı Małgorzata Kidawa-Błońska və sədr müavini Rafał Grupiński tərəfindən təqdim edilmişdir) == Əsərləri == === Polyak dilində === 312685 səbəb ('312685 powodów 2006) 1590–1623 illəri Kłeck ədəbiyyat mühərrikləri. Qədim Polşa mədəniyyəti tarixinə töhfələr (Wierszopisowie Kłecka w latach 1590–1623. Przyczynki do historii kultury staropolskiej 2012) Yakub Gembickinin Gdansk himnləri ('Gdańskie hymny Jakuba Gembickiego 2014) Doğru söhbət haqqında poem (Poemat o mówieniu prawdy 2014) Glosy (2017) Polşa, Avropaın sevimli maçoşisti ('Polska, ulubiona masochistka Europy 2017) Karaoke (2018) Bir şəhər xəyalinin qralının əfsanələri. Yerli vəzifələrdən məlumatlar cəlb etdi və tərtib etdi Dawid Jung (Legendy królewskiego miasta. Z przekazów ustnych zebrał i opracował Dawid Jung 2018) #SPAM (2020) Son Polş dilləri balığıçısı.
David Maqradze
David Maqradze (28 iyun 1962, Tbilisi) — şair, Gürcüstanın dövlət himninin müəllifi, Gürcüstanın Mədəniyyət naziri (1992-1995), Nobel mükafatı nominantı (2011).
David Ryazanov
David Ryazanov (rusca: Дави́д Бори́сович Ряза́нов), əsl soyadı Goldentach (rusca: Гольдендах) (10 mart 1870, Odessa, Xerson quberniyası – 21 yanvar 1938, Saratov), rus marksist və eyni zamanda da marksist nəzəriyyəçidir.O, Odessada yəhudi ailəsində anadan olmuşdur. 15 yaşında Narodnik inqilabçılarına qoşulmuş və tutularaq həbs edilmişdir. 1887-ci ildə sosializm istiqamətində irəliləməyə başlamışdır. Ryazanov 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması ilə müharibədə iştirak etmişdir. 1915-ci ildə isəİkinci İnternasionalın dağılmasından sonra çağırılan Zimmervald konfransında iştirak etmişdir. 1917-ci ildəki fevral inqilabından sonra o, mövcud hakimiyyətə qarşı sovetləri dəstəkləyən bolşeviklərə qoşulmuşdur. Ryazanov daha sonra isə Oktyabr İnqilabının iştirakçısı olmuşdur. Marks-Engels İnstitutunun əsasını qoyan Ryazanov sovet fəlsəfə dünyasının aparıcı nəzəriyyəçilərindən biri olmuşdur.
David Vinkbuns
David Vinkbuns, David Vinkbons, Vinkbons, Vinkbums (nid. David Vinckboons və ya Vinkebums; 13 avqust 1576 – 1629, Amsterdam, Hollandiya qraflığı) — Holland qızıl dövrün rəssamı və qravüraçısı. Cənubi Hollandiyadan olan böyük bir sənətçi ailəsinin ən böyük üzvü. == Həyatı == David Vinkbuns Antverpen əyalətində Flamandın Meheln şəhərindən gəlmiş akvarel rəssamı Filip Vinkbuns Elderin oğlu idi. Təxminən 1580-ci ildə ailə Antverpenə, sonra isə 1585-ci ildə İspaniyanın şəhəri işğal etməsindən sonra Middelburqa köçdü. 1602-ci ildə David Vinkbuns notariusun qızı Agnet van Lun ilə evlənib və ondan ən azı on övladı olub. Onlardan biri kartoqraf Yohanes Vinkbuns, digərləri isə memarlar Filips və Yustus Vinkbunsdur. == Yaradıcılığı == David Vinkbuns Hollandiyanın ən məhsuldar və populyar rəssam və qravüraçılarından biri olub. Böyük Piter Breygeldən təsirlənərək, o, Hans Bol və Roelant Saverey ilə birlikdə şimali Hollandiyada məişət janrı rəssamlığının inkişafında mühüm rol oynayıblar. Vinkbuns "kənd bayramlarının səhnələrini çox vaxt satirik və ya fəlsəfi çalarlar ilə, qroteskləri, fantastik personajları olan, öz əsərində flamand və holland üslublarının xüsusiyyətlərini özündə birləşdirən mənzərələr çəkirdi".