Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dari
Dəri dili (dəri دری ) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Dario Fo
Dario Fo (it. Dario Fo; 24 mart 1926[…] – 13 oktyabr 2016[…]) — İtaliya dramaturqu, rejissor, səhnə sənəti nəzəriyyəçisi, rəssam, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1997), La Sapientsa Roma Universitetinin fəxri doktoru (2006). == Həyatı == İtalyan satirik yazıçısı, dramaturq, rejissor aktyor, bəstəkar və səhnə ifaçısı Dario Fo özünün çoxcəhətli istedadı ilə tanınır. O, İtaliyanın Sancano kommunasında, dəmiryol ustası ailəsində doğulmuşdu. Əqidəcə sosialist olan atası həm də həvəskar artist idi. Anası isə həyatının son illərində istedad nümayiş etdirərək Fo ailəsi haqqında gözəl bir kitab yazmışdı. Amma Darionun sənətçi kimi yetişməsində babasının daha böyük rolu olmuşdu. Babası fermer idi. At arabası ilə kəndləri dolaşıb fermasının məhsullarını satırdı. Həm də bu zaman çox alıcı cəlb etmək üçün əsl aktyorluq məharəti göstərirdi.
Dario Hübner
Dario Hübner (28 aprel 1967) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. == Həyatı == İtaliyalı hücumçu Dario Hübner, İtaliyanın şimalında Mudca şəhərciyində doğulub. Atası alman anası isə italyandır. Orta Məktəbi yarımçıq bitirib və 7-ci sinfi bitirdikdən sonra çörəkçi işləməyə başlayıb. Daha sonra metal yığan, daha sonra isə 4 il pəncərə çərçivəsi ustası işləyib. == Karyerası == Furbolçu karyerasına 1987-ci ildə Trevezio əyalətində çıxış edən "Pievinya" komandasında başlayıb. Burada o futbol oynaya oynaya həm də şüşəçi işləyirdi. Daha sonra o "Perqokrema" klubuna keçir. Burada bir mövsüm ərzində meydanda olduğu 30 oyunda 6 dəfə fərqlənir.
Darth Vader
Ulduz müharibələri obrazı.
Daria Şestakova
Daria Şestakova (rus. Дарья Шестакова; 16 fevral 1996, Ujqorod) — Rusiyalı reqbi oyunçusu, ÇSKA reqbi klubunun oyunçusu. 2016, 2017, 2018, 2019 və 2021-ci illərin Reqbi Yeddiliyi üzrə Avropa Çempionu, 2015-ci il Reqbi-15 Avropa Çempionatının bürünc mükafatçısı. Rusiyanın beynəlxalq dərəcəli idman ustası, Rusiyanın əməkdar idman ustası.) == Bioqrafiya == Daria Şestakova Ujqorodda anadan olub, sonra Çelyabinska köçüb. 138 nömrəli məktəbdə oxuyub, sinif yoldaşlarından biri basketbolçu Kirill Pisklov (3x3 basketbol üzrə 2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı) idi. Daria atletika (dirəklə tullanma) ilə məşğul idi və idman ustalığına namizəd oldu, lakin sonradan reqbi ilə məşğul oldu. 2019-cu ilə qədər RGUTIS-Podmoskovye klubunda oynamağa başladı, daha sonra paytaxtın məşhur ÇSKA-nın reqbi klubunun oyunçusu oldu. O, Reqbi-7 üzrə Ümumdünya Seriyasının mərhələlərinin dəfələrlə iştirakçısı olan Rusiya milli reqbi-7 komandasında oynayır. 2017-ci ilin noyabr-dekabr aylarında Dubayda mərhələnin bürünc medallarını qazanıb iştirakçısı olan Rusiya milli reqbi-7 komandasında oynayır. 2017-ci ilin noyabr-dekabr aylarında Dubayda mərhələnin bürünc medallarını qazanıb.
Dario Argento
Dario Argento (7 sentyabr 1940, Roma, İtaliya krallığı) — İtaliya kinorejissoru, prodüseri, redaktor və ssenari müəllifi.
Daria Timoşenko
Daria Timoşenko 1 avqust 1980-ci ildə anadan olmuşdur. O, Rusiya əsilli keçmiş fiqurlu konkisürəndir və müxtəlif vaxtlarda Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmişdir. O, 1999-cu ildə Rusiyada keçirilən yeniyetmələrarası ölkə çempionatının qalibi olmuşdur. Timoşenko 2000-ci ilə qədər Rusiyanı təmsil edib, daha sonra beynəlxalq arenalarda Azərbaycanı təmsil etməyə başlayıb. Onun məşqçisi İqor Rusakov 2003-cü ilin iyulunda xərçəng xəstəliyindən vəfat edəndə o, Marina Selitskaya tərəfindən yarışlara hazrılaşdırılırdı.
Dari dili
Dəri dili (dəri دری ) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Darı yarması
Darı yarması – adi darıdan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6–7 dəfə artır. Darıdan bir növ – cilalanmış darı yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq darı yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli darı yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Darı yarmasından duru çıyıqlar, içliklər və s. hazırlanır. Darı yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur.
Zərdüştü dari
Zərdüştü dari - Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dild. Yəzd ostanı və Kirman ostanında yaşayan Zərdüştülər tərəfindən danışılır, Əfqanıstanda danışılan dari dilində fərqlidir.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Təmim əd-Dari
Təmim əd-Dari (Fələstin – ən tezi 660 və ən geci 661, ərəb. تميم الداري‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biridir. Qəhtanilərə mənsub bir tayfadandır. O, Fələstində anadan olmuşdur. Mənbələrdə onun müsəlman olması ilə bağlı müxtəlif rəvayətlər olsa da, ən etibarlısı onun bir rahibin sözü ilə Mədinəyə gəlib müsəlman olmasıdır. İkinci dəfə Mədinəyə gələndə geri qayıtmamış, ona və dostlarına Xeybərin gəlirindən maaş Təmim əd-Dari verilmişdir. Təmim əd-Dari Dəməşqdən gətirdiyi çıraqlar hesabına Məscidül-Nəbini işıqlandırılır. O, Xəlifə Ömər ibn Xəttabın dövründə Peyğəmbər məscidində xətib olmuş, Osmanın dövründə də bu vəzifəni davam etdirmişdir.
Dario Frederiko da Silva
Dario Frederiko da Silva (11 sentyabr 1991-ci ildə anadan olub) — Dario və ya Dario Jr kimi də tanınan, Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubunda hücumçu kimi çıxış edən Braziliyalı peşəkar futbolçudur. == Karyerası == 2014-cü ilin iyul ayında Dario Sequnda Liqa təmsilçilərindən olan Trofense klubu ilə iki illik müqavilə imzalamışdır. Bir il sonra o, Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubuna transfer olmuşdur. 26 yanvar 2018-ci ildə Dario yenidən Kəpəzə qayıtmış və klub ilə bir illik müqavilə imzalamışdır. 11 iyun 2018-ci ildə Dario Neftçi klubu ilə bir illik müqavilə imzalamışdır.
Dari (Mərkəzi İran dialekti)
Zərdüştü dari - Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dild. Yəzd ostanı və Kirman ostanında yaşayan Zərdüştülər tərəfindən danışılır, Əfqanıstanda danışılan dari dilində fərqlidir.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıq
Barıq (Qoşaçay)
Barıs
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Cariz
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Carız
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Dacia
Dacia —1966-ci ildə Rumıniya hökumətinin açmış olduğu tender nəticəsində qurulmuş, adını Rumıniya torpaqlarının köhnə adı olan Daçyadan alan, 1999-ci ildə Renaultun tərkibinə keçən Rumıniyalı avtomobil istehsalçısı. Bundan başqa Renaultun Rumıniyadakı markasıdır.
Dairə
Dairə — müstəvinin çevrə ilə əhatə olunmuş hissəsidir. Radius mərkəzi ilə onun çevrəsinin hər hansı nöqtəsi ilə birləşdirən parçadır. Dairənin mərkəzindən keçən düz xətt onu diametri boyunca kəsir. Dairənin iki radiusu arasında qalan hissəsinə sektor deyilir. Dairənin qövsü ilə bu qövsün uc nöqtələrini dairənin mərkəzilə birləşdirən radiuslarla əhatə olunan hissəsinə sektor deyilir. Dairənin qövsü ilə bu qövsə söykənən vətər ilə əhatə olunan hissəsinə seqment deyilir. == Xassələri == Dairənin müstəvi üzərində mərkəzi ətrafında fırlanması həmin dairənin özüdür. Dairə qabarıq fiqurdur. Radiusu r {\displaystyle r} , diametri d {\displaystyle d} olan dairənin sahəsi: S = π R 2 {\displaystyle S=\pi R^{2}} yaxud S = π d 2 4 {\displaystyle S={\frac {\pi d^{2}}{4}}} -dür. Burada π {\displaystyle \pi } = 3.141592… — sabitdir.
Dalit
Dalit (hind. दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Darab
Darab — İranın Fars ostanınında şəhərlər və Darab şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 54,513 nəfər və ya 13,279 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti baharlı və inanlı ellərindən ibarətdir, fars dilində danışırlar və şiə müsəlmandırlar.
Daran
Daran — İranın İsfahan ostanının şəhərlərindən və Fəridən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 18,930 nəfər və 4,763 ailədən ibarət idi. Əhalisi ustaclılar, qaşqaylar, bəxtiyarilər, gürcülər və ermənilərdən ibarətdir, fars dili, azərbaycan dili, gürcü dili, erməni dili, qaşqay dili və bəxtiyari dialekti bu şəhərdə danışılır. Əhalisinin əksəriyyəti şiə müsəlmandır,ermənilər xristiandırlar.
Darçın
Darçın — ədviyyat. Həmişəyaşıl tropik darçın ağacının cavan budaqlarının soyulub qurudulmuş qabığından alınır. == Tarixi == Darçının elmi adındakı növ adı olan "cinnamomum", yunancada "kinnamomon" sözündən yaranıb. Bəşər tarixinin ən qədim ədviyyatlarından biridir. Eramızdan əvvəl 3000 –ci ildə çinlilər tərəfindən istifadə olunurdu. Avropada XVI-XVIII əsrdə ən dəyərli və bahalı ədviyyatlardan biri hesab olunurdu. Məşhur tacir Anton Fugger 1530 –cu ildə imparator V. Karlın borc sənətlərini onun gözləri qarşısında darçın ədviyyat çubuqlarından yaranan bir odla yandırmış, beləcə öz zənginliyini sübut eləmişdir.