Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dari
Dəri dili (dəri دری) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Darin Zanyar
Darin Zanyar (2 iyun 1987) — İsveç müğənnisi.
Dario Fo
Dario Fo (it. Dario Fo; 24 mart 1926[…], Lecuno, Lombardiya – 13 oktyabr 2016[…], Milan) — İtaliya dramaturqu, rejissor, səhnə sənəti nəzəriyyəçisi, rəssam, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1997), La Sapientsa Roma Universitetinin fəxri doktoru (2006). == Həyatı == İtalyan satirik yazıçısı, dramaturq, rejissor aktyor, bəstəkar və səhnə ifaçısı Dario Fo özünün çoxcəhətli istedadı ilə tanınır. O, İtaliyanın Sancano kommunasında, dəmiryol ustası ailəsində doğulmuşdu. Əqidəcə sosialist olan atası həm də həvəskar artist idi. Anası isə həyatının son illərində istedad nümayiş etdirərək Fo ailəsi haqqında gözəl bir kitab yazmışdı. Amma Darionun sənətçi kimi yetişməsində babasının daha böyük rolu olmuşdu. Babası fermer idi. At arabası ilə kəndləri dolaşıb fermasının məhsullarını satırdı. Həm də bu zaman çox alıcı cəlb etmək üçün əsl aktyorluq məharəti göstərirdi.
Dario Hübner
Dario Hübner (28 aprel 1967) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. == Həyatı == İtaliyalı hücumçu Dario Hübner, İtaliyanın şimalında Mudca şəhərciyində doğulub. Atası alman anası isə italyandır. Orta Məktəbi yarımçıq bitirib və 7-ci sinfi bitirdikdən sonra çörəkçi işləməyə başlayıb. Daha sonra metal yığan, daha sonra isə 4 il pəncərə çərçivəsi ustası işləyib. == Karyerası == Furbolçu karyerasına 1987-ci ildə Trevezio əyalətində çıxış edən "Pievinya" komandasında başlayıb. Burada o futbol oynaya oynaya həm də şüşəçi işləyirdi. Daha sonra o "Perqokrema" klubuna keçir. Burada bir mövsüm ərzində meydanda olduğu 30 oyunda 6 dəfə fərqlənir.
Darth Vader
Ulduz müharibələri obrazı.
Daria Şestakova
Daria Şestakova (rus. Дарья Шестакова; 16 fevral 1996, Ujqorod) — Rusiyalı reqbi oyunçusu, ÇSKA reqbi klubunun oyunçusu. 2016, 2017, 2018, 2019 və 2021-ci illərin Reqbi Yeddiliyi üzrə Avropa Çempionu, 2015-ci il Reqbi-15 Avropa Çempionatının bürünc mükafatçısı. Rusiyanın beynəlxalq dərəcəli idman ustası, Rusiyanın əməkdar idman ustası.) == Bioqrafiya == Daria Şestakova Ujqorodda anadan olub, sonra Çelyabinska köçüb. 138 nömrəli məktəbdə oxuyub, sinif yoldaşlarından biri basketbolçu Kirill Pisklov (3x3 basketbol üzrə 2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı) idi. Daria atletika (dirəklə tullanma) ilə məşğul idi və idman ustalığına namizəd oldu, lakin sonradan reqbi ilə məşğul oldu. 2019-cu ilə qədər RGUTIS-Podmoskovye klubunda oynamağa başladı, daha sonra paytaxtın məşhur ÇSKA-nın reqbi klubunun oyunçusu oldu. O, Reqbi-7 üzrə Ümumdünya Seriyasının mərhələlərinin dəfələrlə iştirakçısı olan Rusiya milli reqbi-7 komandasında oynayır. 2017-ci ilin noyabr-dekabr aylarında Dubayda mərhələnin bürünc medallarını qazanıb iştirakçısı olan Rusiya milli reqbi-7 komandasında oynayır. 2017-ci ilin noyabr-dekabr aylarında Dubayda mərhələnin bürünc medallarını qazanıb.
Dario Argento
Dario Argento (7 sentyabr 1940, Roma, İtaliya krallığı) — İtaliya kinorejissoru, prodüseri, redaktor və ssenari müəllifi.
Daria Timoşenko
Daria Timoşenko 1 avqust 1980-ci ildə anadan olmuşdur. O, Rusiya əsilli keçmiş fiqurlu konkisürəndir və müxtəlif vaxtlarda Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmişdir. O, 1999-cu ildə Rusiyada keçirilən yeniyetmələrarası ölkə çempionatının qalibi olmuşdur. Timoşenko 2000-ci ilə qədər Rusiyanı təmsil edib, daha sonra beynəlxalq arenalarda Azərbaycanı təmsil etməyə başlayıb. Onun məşqçisi İqor Rusakov 2003-cü ilin iyulunda xərçəng xəstəliyindən vəfat edəndə o, Marina Selitskaya tərəfindən yarışlara hazrılaşdırılırdı.
Darin müqaviləsi
Darin müqaviləsi və ya Darin paktı — 1915-ci ildə Birləşmiş Krallıq ilə Nəcd və Həsa əmirliyinin hökmdarı Əbdüləziz Səud arasında bağlanmış müqavilə. Müqavilə Tarut adasında yerləşən Darində 26 dekabr 1915-ci ildə Britaniya hökuməti adından Ser Persi Koks ilə Əbdüləziz Səud tərəfindən imzalanmışdır. == Əhəmiyyəti == Müqavilə yenicə formalaşmaqda olan Səudiyyə dövlətini beynəlxalq səviyyədə tanıyan ilk müqavilə idi. Nəcd tarixində ilk dəfə olaraq danışıqlarlı sərhəd anlayışı ortaya atılmışdı. Bundan əlavə, Britaniyanın məqsədi Fars körfəzindəki protektoratlarını təmin etmək idi, lakin bu müqavilə qonşu ərazilərdə Səudiyyə nəzarətini qanuniləşdirmək kimi gözlənilməz nəticə vermişdir. Müqavilə 1927-ci ildə Ciddə müqaviləsi ilə əvəz olunmuşdur.
Dari dili
Dəri dili (dəri دری) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Darı yarması
Darı yarması – adi darıdan alınır. Yüksək istehlak dəyərinə malikdir. Darı yarması yüksək kalorivermə və mənimsənilmə qabiliyyətinə malikdir. O, qısa müddətə bişir və bu zaman həcmi 6–7 dəfə artır. Darıdan bir növ – cilalanmış darı yarması istehsal edilir. Keyfiyyətindən asılı olaraq darı yarması əla, 1-ci və 2-ci sorta ayrılır. Yüksək keyfiyyətli darı yarması iri ölçülü, şüşəvari, ancaq sarı rəngli olur. Darı yarmasından duru çıyıqlar, içliklər və s. hazırlanır. Darı yarmasında bəzən xoşagəlməyən acılıq hiss olunur.
Zərdüştü dari
Zərdüştü dari - Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dild. Yəzd ostanı və Kirman ostanında yaşayan Zərdüştülər tərəfindən danışılır, Əfqanıstanda danışılan dari dilində fərqlidir.
Mərədərə-darı dağı
Mərədərə-darı dağı — Culfa rayonu ərazisində dağ (hünd. 1093,6 m). Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun cənub istiqamətli Gəvək şaxəsinin qərb yamacında, Qaradərəçayın aşağı axınında, onun sol sahilində zirvə. Dizə kəndindən 1,5 km-dək cənub-şərqdədir. Alt Eosenin İpr mərtəbəsinin orta hissəsinə aid Gilançay lay dəstəsinin terrigen-çökmə süxurlarından təşkil olunmuş, qərb və cənub yamacları sıldırımlı günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahına aid Qarakəmər sinklinalının geniş cənub-qərb qanadında yerləşir.
Təmim əd-Dari
Təmim əd-Dari (Fələstin – ən tezi 660 və ən geci 661, ərəb. تميم الداري‎) — İslam peyğəmbəri Məhəmmədin səhabələrindən biridir. Qəhtanilərə mənsub bir tayfadandır. O, Fələstində anadan olmuşdur. Mənbələrdə onun müsəlman olması ilə bağlı müxtəlif rəvayətlər olsa da, ən etibarlısı onun bir rahibin sözü ilə Mədinəyə gəlib müsəlman olmasıdır. İkinci dəfə Mədinəyə gələndə geri qayıtmamış, ona və dostlarına Xeybərin gəlirindən maaş Təmim əd-Dari verilmişdir. Təmim əd-Dari Dəməşqdən gətirdiyi çıraqlar hesabına Məscidül-Nəbini işıqlandırılır. O, Xəlifə Ömər ibn Xəttabın dövründə Peyğəmbər məscidində xətib olmuş, Osmanın dövründə də bu vəzifəni davam etdirmişdir.
Dario Frederiko da Silva
Dario Frederiko da Silva (11 sentyabr 1991-ci ildə anadan olub) — Dario və ya Dario Jr kimi də tanınan, Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Neftçi klubunda hücumçu kimi çıxış edən Braziliyalı peşəkar futbolçudur. == Karyerası == 2014-cü ilin iyul ayında Dario Sequnda Liqa təmsilçilərindən olan Trofense klubu ilə iki illik müqavilə imzalamışdır. Bir il sonra o, Azərbaycan Premyer Liqası təmsilçilərindən olan Kəpəz klubuna transfer olmuşdur. 26 yanvar 2018-ci ildə Dario yenidən Kəpəzə qayıtmış və klub ilə bir illik müqavilə imzalamışdır. 11 iyun 2018-ci ildə Dario Neftçi klubu ilə bir illik müqavilə imzalamışdır.
Dari (Mərkəzi İran dialekti)
Zərdüştü dari - Hind-Avropa dil ailəsinin Şimal-qərbi İran dillərinin Mərkəzi İran qrupuna aid olan dild. Yəzd ostanı və Kirman ostanında yaşayan Zərdüştülər tərəfindən danışılır, Əfqanıstanda danışılan dari dilində fərqlidir.
Barit
Barit (ağır şpat) – Ba [SO4] — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Barit ümumiyyətlə ağ və ya rəngsizdir və barium elementinin əsas mənbəyidir. Barit qrupu barit, selestin (stronsium sulfat), bucaqsit (qurğuşun sulfat) və anhidritdən (kalsium sulfat) ibarətdir. Barit və selestin bərk məhlul əmələ gətirir (Ba,Sr)SO4. == Növ müxtəliflikləri == Selestinobarit (bəzən 28,3%-ə qədər SrO), xokutolit (17-22% PbO), radiobarit (Ra–n·10-7 q/t-dək). == Xassələri == Rəng – rəngsiz, qar kimi ağ, sarı, cəhrayı, yaşılımtıl, maviyə çalan, az hallarda qəhvəyi, qırmızı; rəngi çox vaxt zonal olur; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə parıltısından sədəfiyədək; Şəffaflıq – su kimi şəffafdan yarımşəffafadək; Sıxlıq – 4,3-4,7; Sərtlik – 3,0-3,5; Kövrəkdir; Ayrılma – {001} üzrə mükəmməl, {210} üzrə orta; Sınıqlar – qeyri-hamar; Lüminessensiya – bəzən flüoressensiya, fosforessensiya, termolüminessensiya; Morfologiya – kristallar: yastı, nazik- və qalınlövhəvari; İkiləşmə: nadir rast gəlir, adətən polisintetik; Mineral aqreqatları: dənəvər, sıx, lövhə-, yelpik-, iri vərəq- və torpaqvari ("barit səpələnməsi") kütlələr, kollomorf - zonal əmələgəlmələr, stalaktitlər, druzalar, konkresiyalar, jelvaklar, "qızıl güllər", püruzlar, viterit və kalsit üzrə psevdomorfozalar. == Mənşəyi və yayılması == Mineralın yataqlarının əksəriyyəti orta- və aşağıtemperaturlu hidrotermal əmələgəlmələrə aid olub, adətən, barit-polimetal, barit-flüorit, barit-kalsit, qızıl-barit, barit-viterit, bəzən, demək olar ki, monomineral barit və s. damarları ilə təmsil olunur. Bəzi əsasi vulkanitlərin badamvari boşluqlarında, sualtı eksqalyasion sulfid əmələgəlmələrində, termal bulaqların çöküntülərində qeyd edilir.
Barıq
Barıq (Qoşaçay)
Barıs
Barıt
Barıt — çoxkomponentli partlayıcı maddə olub, xaricdən oksigen daxil olmadan daxildən yanma və bununla böyük daxili enerjili qaz yaratmaq qabiliyyətinə malikdir. Barıt mərmilərin atılmasında, raketlərin hərəkət etdirilməsində və başqa məqsədlər üçün istifadə edilir. Paralel laylarla yanma zamanı istilik bir laydan başqasına ötürülür. Bununla yanma zamanı qaz əmələ gəlməsini tənzimləmək olur. Bu barıt dənəciyinin ölçüsündən və yanma sürətindən asılı olur. Dənəciyin ölçüsü onun forması, həndəsi ölçüləri ilə təyin olunur. Yanma zamanı bu ölçülər kiçilə və ya böyüyə bilər. Belə yanmaya deqressiv və ya proqressiv deyilir. Qaz əmələgəlməsində müəyyən qanunauyğunluq əldə etmək üçün dənəciklər əlavə yanmayan materialla örtülürlər. Barıtın yanma sürətinə onun tərkibi, başlanğıc temperaturu və təzyiq təsir edir.
Cariz
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Carız
Cariz (ərəb. جارز‎) — Suriyada, Hələb mühafəzəsində, Əzaz məntəqəsinin Əzaz nahiyəsində kənd. 2004–cü il siyahıyaalınmasına əsasən kəndin əhalisi 162 ailədə 495 nəfəri kişilər və 450 nəfəri qadınlar olmaqla cəmi 945 nəfərdir. Kəndin əhalisini türkmanlar təşkil edir. Kənd Hələb şəhərindən 53 km şimal–şərqdə, Əzaz şəhərindən isə 10 km cənub–şərqdə, dəniz səviyyəsindən təqribən 490–500 metr hündürlükdə yerləşir. == Şərhlər == == İstinadlar == == Xarici keçidlər == Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində (1953–cü il). Miqyas 1 sm–də 1 km (1: 100 000) (rus.) Cariz kəndi SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahının ümumdünya topoqrafik xəritəsində.
Dalit
Dalit (hind. दलित) - Hindistanda ən aşağı silkin nümayəndəsi, bütün ictimai və dini hüquqlarda məhrum edilmiş sinif. Dalitlər bəzi mənbələrdə pariya olaraq adlandırılır. Dalit sözü hind dilində olan toxunulmazlar sözündən yaranmışdır. Aşağı sinifə mənsub olduqlarından və ən natəmiz işlərin dalitlərə həvalə olunması səbəbindən inanca görə onlara toxunmaq belə arzu edilmir. 1997-2002-ci illərdə Hindistan prezidenti olmuş Koçeril Raman Narayanan ölkə tarixində ilk dalit prezidentdir. 2017-ci ildə Hindistan prezidenti seçilmiş Ram Nath Kovind də dalitdir.
Danio
Danio (lat. Danio) — çəkilər fəsiləsinə aid balıq cinsi.
Danis
Ayı (lat. Ursus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin ayıkimilər fəsiləsinə aid heyvan cinsi. Ayılar Şimali Amerika, Cənubi Amerika, Avropanın şimalı və Asiyada yayılmışdır. == Bədən quruluşu == Böyük gövdələri, qısa ətrafları, uzun burunları, yumru qulaqları, qısa quyruğu var. Hər pəncədə (arxa və ön) 5 barmaq var. Hər barmağın ucunda uzun və iti dırnaq yerləşir. Arxa ayaqları üzərində duraraq insan kimi yeriyə bilirlər. Əksər ayıların rəngləri ağ, qara, qəhvəyi biri birrənglidir. Bu mənada sadəcə panda fərqlənir. Onun rəngi ağ-qara qarışıqdır.
Çarıq
Çarıq — ayaq üçün nəzərdə tutulan geyim növü. Ayağı fiziki zədələnmələrdən və soyuqdan qoruyur. Yüngül və ucuz başa gəlməsi, çöl-təsərrüfat işləri zamanı əlverişli olması çarığı əhalinin böyük əksəriyyətinin ayaq geyiminə çevirmişdir. Çarıq həm aşılanmış həm də xam göndən tikildiyinə görə, onu satın almaqla və ya hər kəs özü tikməklə əldə edirdi. Hər kəsin gündəlik geydiyi çarıqdan başqa, peşəkar çarıqçılar tərəfindən tikilən və rəngli bağları olan 1–2 cüt çarığı da olurdu ki, onu adətən bayram və məişət şənlikləri zamanı, eləcə də şəhərə-bazara gedərkən geyirdilər. İl ərzində 6–12 –yə qədər çarığa ehtiyac olurdu. Bəzən imkansız adamlar çarıq dağılan zaman onun altına göndən və ya qalın parçadan "döşəmə" salıb geyirdilər. Azərbaycanda kişi çarıqlarının "kotuğu", "quşburnu", "qızqaytaran", "kalmanı", "xəlbirqırağı", "quşgözü", "təkburun" əcəmi, "üçburun", "qarabağı" və s. kiçik biçim tərzinə və tikiş texnikasına görə fərqlənən müxtəlif növləri olmuşdur. Bəzi etnoqrafik bölgələrdə (Naxçıvan Lənkəran-Astara və s.) qismən də olsa həsirdən hazırlanan "həsir çarıq"lara da təsadüf olunurdu.
Daraq
Maqazin — tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Baria
Baria (vyet. Bà Rịa, tı-nom 巴地) — Vyetnamın cənubunda şəhər, Baria-Vunqtau vilayətində hökumət şəhəri. == Əhalisi == Şəhərdə 153,862 nəfər yaşayır, onlardan 120,705 nəfəri şəhərin urbanizasiya hissəsində yaşayır. Adambaşına düşən orta gəlir ildə 48 milyon donq təşkil edir. 2012-ci ildə orta sakinə 18,5-19 m2 mənzil düşürdü. Bir neçə xəstəxana və tibb məktəbi var. Hər 10,000 nəfərə 107,69 xəstəxana çarpayısı düşür. == İstinadlar == == Xarici keçidlər == Ban Biên Tập Cổng thông tin điện tử Thành phố Bà Rịa. "giới thiệu tổng quan về thành phố Bà Rịa" (vyetnam). 2014-07-16 tarixində arxivləşdirilib.
Dariya
Dariya — Glenn Eichler və Susie Lewis Lynn tərəfindən yaradılmış böyüklər üçün cizgi serialı. Seriyalar 3 mart 1997-ci ildən 21 yanvar 2002-ci ilədək MTV kanalında yayımlanmışdır. Serial ağıllı və hayasız məktəbli qız olan Daria Morgendorffer-dən bəhs edir. "Dariya" Mayk Cadcın yaratdığı "Beavis and Butt-Head" serialının spin-off seriyasıdır, Dariya həmin serialda köməkçi personajlarından biri idi. Cadc yaratdığı bu personaj əsasında serial çəkilməyi ilə razılaşdı, lakin onun özü serialın hazırlanmasında iştirak etmədi çünki "King of the Hill" üzərində işləyirdi. MTV 2019-cu ildə "Dariya"nın personajlarından biri olan Codi (ing. Jodie) haqqında spin-off serialı çəkmək planları olduğunu bildirdi. 2022-ci ilin may ayında serial əvəzində cizgi film çəkiləcəyi məlum oldu. == Məzmun == Serial bir qədər kinli və hayasız yeniyetmə qız olan Daria Morgendorffer və onun ən yaxşı dostu Ceyn Leyndən bəhs edir. Hadisələr Texasın uydurma bölgəsi olan Lawndale-də cərəyan edir.