Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dedal
Dedal (yun. Δαίδαλος, latın variantı Daedalus) — Qədim Yunan mifologiyası personajı, görkəmli rəssam və mühəndis. O, bir çox alətlərin ixtiraçısı, eləcə də Krit adasındakı labirintin memarıdır (bir sıra dillərdə, xüsusilə də fransız dilində, labirint anlayışı dedal sözü ilə ifadə olunur). Dedal bəzi mənbələrə görə Aresin qızı Alkippanın, digərlərinə görə Meropanın oğludur. Krit hökmdarı Minosun sarayında yaşamış və onun arvadı Pasifayanın ağ öküzlə birləşməsi üçün süni inək düzəltmişdi. Sonralar Minotavr dünyaya gəlmiş, Minos onu Dedalın tikdiyi labirintə salmışdır. Dedal labirintin sirrini açdığına görə həbs edilmişdi. O qaçmağa cəhd etmiş, yolda oğlu İkar ölmüşdü. == İstinadlar == Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Dedal (dəqiqləşdirmə)
Dedal — Qədim Yunan mifologiyası personajı. Dedal (aerobatika eskadronu) — Yunanıstana məxsus aerobatika eskadronu.
Debal
Debal (urdu ديبل‎) — Təxminən müasir Pakistan İslam Respublikasının Kəraçi şəhəri yaxınlığında yerləşən qədim liman şəhəri. == Adımın mənşəyi == Ərəb tarixçilərinin əsərlərində, xüsusilə də VIII əsrin əvvəllərində hind subkontinentində İslam dinin meydana çıxması zamanı hazırlanan hesabatlarda şəhərin adı Daybul (Dīwal ~ Dībal ديبل) kimi qeydə alınmışdır. Bu da Devalaya sözündən yaranıb və sözün mənası sanskrit dilindən tərcümədə "Allahın olduğu məkan" anlamına gəlir. == Tarixi == IX əsr Ərəb coğrafiyaçısı Əbul-Həsən Əhməd bin Yəhya bin Cabir bin Davud əl-Bəlazuri bu şəhər barədə belə yazır ki, "Debal və ya Devale (Daybul) şəhərində "Budda"nın məbədi ucaldılmışdı. Bu məbədin üzərində qırmızı bayraq qoyulan tac var idi".Debalın əsası bizim eradan əvvəl birinci əsrdə qoyulmuşdur. Tezliklə də bu şəhər Sindin ən mühüm ticarət şəhərlərindən birinə çevrildi. Buraya Bavari dəniz quldurları da daxil olmaqla minlərlə Sind dənizçisi sığınmışdı. X əsr ərəb coğrafiyaşünas-səyyahı Əbu-l-Qasim ibn Havqəl ən-Nisibi öz yazılarında Debal şəhərini ticarətlə və balıqçılıqla məşğul olan sakinləri olan şəhər kimi xatırlayırdı. İbn Havqəl yazır ki, Debal şəhəri Mihrandan qərbdə, dəniz sahillərində yerləşirdi. Bu nəinki ebal üçün həm də qonşu bölgələr üçün böyük bazar və limandır.
Medal
Nişan və ya Medal (fr. medaille, lat. metallum) — dövlət, cəmiyyət və ya ictimai təşkilat qarşısında xüsusi xidmətlərin mükafatlandırılması və ya hansısa yubiley münasibətilə insanların təltif edilməsi üçün üstü qabarıq şəkilli və səbəbi göstərilən yazısı olan metallik (çox zaman dairəvi) nişan. Medalın üz (avers) və arxa (revers) tərəfi olur. Bir sıra hallarda arxa tərəfində medalın sıra nömrəsi qeyd edilir. Bir çox hallarda medallar kolodkaya (üzərinə xüsusi rəngli parça sarınmış metal lövhə) bərkidilir. Medalların əksəriyyəti arxasındakı iynə ilə sinədən yuxarı paltara bərkidilir. Medallar aşğıdakı tiplərədə olur : Dövlət medalları Azərbaycan Demokratik Cumhuriyyətinin medalları Azərbaycan medalları SSRİ medalları ABŞ medalları Nazirlik medalları İctimai təşkilatların medalları Xarici ölkə medalları Türkiyə medal və dövlət nişanları Rusiya medallarıHəmçinin: Stolüstü medal Məktəb medalı İdman medalı == Maraqlı faktlar == Böyük Britaniya qanunlarına görə hökumətin razılığı olmadan Britaniya tələbələri xarici ölkələrin dövlət mükafatlarını qəbul edə bilməzlər.
Dedal (aerobatika eskadronu)
Dedal aerobatika eskadronu (ing. Demo Team “Daedalus”) Yunanıstan Hərbi Hava Qüvvələrinə məxsus aerobatika komandasıdır. 2005-ci ildə qurulmuşdur. Uçuşlar üçün T-6 Texan II təyyarəsi istifadə olunur.
Bürünc medal
Bürünc medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. Hər hansı yarış müsabiqəsində yarış iştirakçıları arasında üçüncü yeri tutan iştirakçıya bürünc medalı təqdim edilir. Ənənəvi olaraq birinci və ikinci yeri tutan qaliblər müvafiq olaraq qızıl və gümüş medallarla mükafatlandırılır. == Tarix == Belə fərqli bir rozetin anlayışı ilk növbədə orta əsrlərdə hərbi işdə döyüşçülərin fərqləndirilməsi zamanı yaranmışdı, lakin vaxt keçdikcə qeyri-döyüş əvəzi bürünc medalı kimi adlandırıldı. Orta əsrlərdə bürünc medalı "Şöhrət sahəsinə layiq" və "Hərbi şücaət" adı kimi təqdim edilirdi. Bir sıra turnirlərdə, boks, cüdo, taekvondo və güləş kimi bəzi idman növlərində iki bürünc medal qazanmaq mümkündür. Birinci bürünc medalının sahibi açıqlandıqdan sonra hər yarım finalistə artıq bir bürünc medalının sahibi olmaq üçün yenidən şans verilir. == Olimpiya oyunları == Qədim Olimpiya Oyunlarının müsabiqələrində əsas Olimpiya mükafatı medal yox idi. 1896-cı ildə mükafatlandırma qaydası təsis edildi və yerindən asli olmayaraq yalnız, gümüş medal təqdim olunurdu. 1904-cü ildə isə Olimpiya Oyunlarında keçirilən yarış müsabiqəsinin təşkilatçıları tərəfindən ilk üç yerin qalibinə qızıl, gümüş və bürünc medalları təşkil olundu.
Bədii detal
Bədii detal, bədii təfərrüat — bədii yaradıcılıqda istifadə olunan real ifadə və təsvir vasitəsi. Təkcə təsviri xarakter daşımır, həm də bədii obrazın ideya və məzmununun açılmasına xidmət edir. Mənzərə və portret yaradılmasında, hadisə, hərəkət və nitqin təqdimində əsas ünsürdür. Yerinə görə bədii ümumiləşdirmə, tamamlama, dolğunlaşdırma, aşkarlama mahiyyəti daşıya bilir. Bəzən bədii detalın həddən artıq şişirdilməsi onun mövzu və məzmunla əlaqəsini zəiflədir. Mövzunun bədii həlli bədii detalın seçilməsindən və işlədilməsindən, ifadə sərrastlığından, təfərrüatların dəqiqliyindən və tutumluluğundan çox asılıdır. Realist bədii nəsrdə bədii detal xüsusi əhəmiyyət kəsb edir. Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Əbdürrəhim Bəy Haqverdiyev, Cəfər Cabbarlı və başqalarının əsərlərində orijinal bədii detallar çoxdur. Məsələn, Cəlil Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" povestində Xudayar bəyin burnunun əyriliyinin təsviri portret səciyyəli bədii detaldır. == Ədəbiyyat == Vəliyev K. Sözün sehri.
Gümüş medal
Gümüş medal — mükafat olaraq istifadə edilən medal növlərindən biri. İdmanda gümüş medal, adətən yarışda ikinci yeri qazanan iştirakçıya təqdim edilir. Birinci və üçüncü yeri tutan qaliblər müvafiq olaraq qızıl medal və bürünc medallarla mükafatlandırılır. == Olimpiya oyunları == 2004-ci ildən başlayaraq və Afina Olimpiya oyunlarının, ənənələrindən uzaqlaşdılar və medal hər iki tərəfin təşkilatçılarının unikal dizaynına əsasən hazırlandı.
Qızıl medal
Qızıl medal — ümumilikdə ən yüksək uğuru təmsil edir. İlk olaraq hərbi rütbənin aşkarlanması kimi bəsit bir məqsədlə Hərbi-məqsədli istifadə edilmişdir. 18-ci əsrdən qızıl medallar mükafatlandırma məqsədi ilə cəmiyyət içərisində də istifadə edilməkdədir. İndiki dövürdə UNESCO və müxtəlif akademik cəmiyyətlər kimi bir çox təşkilat qızıl medalları illik olaraq ya da nadir vəziyyətlərdə təqdim edir. == Olimpiya Oyunları == Qızıl medal müasir Olimpiya oyunlarında qələbə qazananın mükafatını təmsil edir (medallar tarixi olimpiyadalarda verilmirdi). 1896-cı ildə də qələbə qazananların medalları gümüşdən idi. İlk üç sıra üçün qızıl-gümüş-bürünc proqramı 1904-cü il oyunlarında istifadə edilmişdir və günümüzdə bir çox idman təşkilatları tərəfindən mənimsənilmişdir. Medalların hazırlanması ev sahibi olan şəhərin məsuliyyəti altındadır. 1928-1968-ci illər arasında dizayn adətən eyni idi: ön tərəfində ev sahibi şəhər haqqında bir yazını təmsil edən dizayn Fiorentinalı sənətçi Giuseppe Cassioli tərəfindən dizayn edilmişdi; arxa tərəfində bir Olimpiya çempionu dizaynı var idi. 1972-2000-ci illər arasında, Cassiolinin dizaynı ön tərəfdə saxlanılıb arxa tərəfdə ev sahibi şəhərin öz dizaynı təsvir olundu.
Kartlis Deda
Kartlis Deda (gürcücə: ქართლის დედა; "Gürcüstanın Anası") — Gürcüstan paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəl. Tiflisin yaradılmasının 1500 illiyi münasibətilə, 1958-ci ildə Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 metrdir. Heykəl əynində gürcü milli geyimi olan qadın fiqurudur. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.
Altın Ay (medal)
"Altın Ay" medalı (və ya Qızıl Aypara) — Türkmənistan Qəhrəmanı adı alan şəxslərə verilən Türkmənistanın dövlət mükafatı.
Medal of Honor: Underground
Medal of Honor: Underground (azərb. Şərəf Medalı: Yeraltı‎) — DreamWorks Interactive tərəfindən hazırlanmış və Electronic Arts tərəfindən ilk olaraq PlayStation, daha sonra isə Game Boy Advance oyun konsolu üçün nəşr olunan birinci şəxs atıcı videooyunu. İlk dəfə 23 oktyabr 2000 tarixində satışa çıxarılan oyun, Medal of Honor videooyun ardıcıllığının ikinci epizodudur və Medal of Honor videooyununun prikvelidir. Oyun 2002-ci ildə Medal of Honor/Medal of Honor: Underground kompilyasıyasının bir parçası olaraq yenidən satışa çıxarılmışdır. Oyun 11 iyun 2009 tarixində Şimali Amerikada PlayStation 3 və PlayStation Portable oyun konsolları üçün ikinci dəfə yenidən satışa çıxarılmışdır. == Məzmun == Oyunun baş qəhrəmanı Manon Batist adlı gənc bir qızdır. Personaj Fransa Müqavimət Hərəkatında iştirak edən Elen Deşam Adamsdan ilhamlanaraq yaradılmışdır. ilk "Medal of Honor" oyununda, Manon Batist Ceyms Pattersonun koordinatoru idi. Oyun faşist Almaniya ordusunun Fransaya girməsindən və Fransa hökumətinin təslim olmasından sonra, yəni 1940-cı ildə başlayır. Manon Batist müharibənin ilk illərində müqavimətə qoşulmur.
2015 Avropa Oyunları medal sıralanması
2015 Avropa Oyunları və ya rəsmi adı ilə I Avropa Oyunları — yay idman növləri üzrə avropa qitəsində yerləşən, habelə Avropa Olimpiya Komitələrinin üzvü olan dövlətlər arasında iyunun 12-dən 28-nə qədər Azərbaycannın paytaxtı Baкı şəhərində baş tutan idman oyunları. Ümumi olaraq, 50 dövlətin 5 898 idmançısı, 27 müxtəlif idman növü üzrə 30 yarışda mübarizə apardı. Tarixdə birinci dəfə baş tutan Avropa Oyunlarında Rusiya yığması 79-u qızıl, 40-ı gümüş, 45-i bürünc medal olmağla, cəmi 164 medal qazandı. Ev sahibi Azərbaycan yığması isə, 21-si qızıl, 15-i gümüş, 20-si bürünc olmağıa, cəmi 56 medalla iкinci yeri tutdu. Üçüncü yeri isə 66 medal qazanan Almaniya yığması tutdu. I Avropa Oyunlarında Rusiyalı üzgüçü Marina Kameneva hamıdan çox 9 medal (6 qızıl, 1 gümüş və 2 bürünc) qazandı. Digər Rusiyalı üzgüçü Arina Openışeva isə 7 qızıl və 1 gümüş medal qazandı. == Medal sıralanması == Medal sıralanması Avropa Olimpiya Komitəsinin məlumatına əsasən hazırlanıb. Komitənin standartlarına görə medal sıralanmasında ən əsas qızıl medalların sayı üstün tutulur. Daha sonra diqqətə gümüş medalların sayı, sonda isə bürünc medalların sayı diqqətə alınır.
Medal of Honor (oyun, 1999)
Medal of Honor (azərb. Şərəf Medalı‎) — DreamWorks Interactive tərəfindən hazırlanmış və Electronic Arts tərəfindən yalnız PlayStation oyun konsolu üçün nəşr olunan birinci şəxs atıcı videooyunu. 31 oktyabr 1999 tarixində satışa çıxarılan oyun, Medal of Honor videooyun ardıcıllığının ilk epizodudur. Oyunun hekayəsi rejissor və prodüser olan Stiven Spilberq tərəfindən yazılmışdır. Oyunun bəstəkarı Maykl Cakkinodur. == Məzmun == Oyunun hekayəsi 12 iyun 1944 ilə 25 mart 1945 tarixləri arasında, İkinci Dünya müharibəsinin son mərhələlərində keçir. Oyunun baş qəhrəmanı hərbi nəqliyyat korpusunun pilotu olan Ceyms Patterson, akademiyada bir kursu tamamlaya bilməmiş və cəbhəyə çağırılmışdır. 6 iyun 1944-cü il gecəsi, Antihitler Komandanlığı Normandiyada eniş etmək üçün müharibə tarixinin ən iddialı aviasiya əməliyyatlarından birini etdi. Ancaq əməliyyatın nəticəsi faciəvi idi. Çoxlu sayda təyyarə vuruldu və əsgərlər alman ordusunun mərkəzinə düşdü.
Medal of Honor (oyun seriyası)
Medal of Honor (azərb. Şərəf medalı‎) — birinci şəxs atıcı janrında olan videooyun seriyası. Seriyanın ilk epizodu "DreamWorks Interactive" tərəfindən hazırlanmış və "Electronic Arts" tərəfindən nəşr edilmişdir. Oyun PlayStation konsolu üçün 31 oktyabr 1999-cu ildə satışa çıxarılmışdır. Müxtəlif konsol platformaları və fərdi kompüterlər üçün çoxlu davam oyun satışa çıxarılmışdır. Seriyanın ilk on iki epizodunun süjeti İkinci Dünya müharibəsində cərəyan edir. Bu oyunların protaqonistləri adətən Strateji Xidmətlər Ofisinin (OSS) əməkdaşları olurdu. Seriyanın son iki epizodu müasir hərb mövzusunda olub. İlk üç epizod film rejissoru və prodüseri olan Stiven Spilberq tərəfindən yaradılmışdır. Franşizanın musiqisi Maykl Cakkino, Kristofer Lennerts və Ramin Cavadi tərəfindən bəstələnmişdir.
Nizami Gəncəvi adına Qızıl medal
Nizami Gəncəvi adına Qızıl medal — Azərbaycan vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə sağlığında təltif ediləcək medal. == Təsviri == Medal diametri 30 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş dairəvi lövhədən ibarətdir. Medalın ön tərəfində üç dairə əks olunmuşdur. Birinci dairədə yuxarı qövs boyunca “AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI”, aşağı qövs boyunca “NİZAMİ GƏNCƏVİ” sözləri yazılmışdır. İkinci dairənin üzəri şəbəkəvari naxışlarla haşiyələnmiş, üçüncü dairənin mərkəzində Nizami Gəncəvinin təsviri həkk olunmuşdur. Medalın ön tərəfindəki yazılar və təsvirlər qabarıqdır. Medalın arxa tərəfində iki dairə əks olunmuşdur. İkinci dairənin üzərində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun orta hissəsində “NİZAMİ GƏNCƏVİ” sözləri, ondan aşağıda “1141-1209” rəqəmləri yazılmışdır. Medalın arxa tərəfindəki yazılar və təsvirlər qabarıqdır. == Təltifin şərt və tələbləri == Nizami Gəncəvi adına Qızıl medalı ilə Azərbaycan Respublikasının vətəndaşları və əcnəbilər ildə bir dəfə mühüm fundamental və tətbiqi elmi nəticələrə, əsərlərə, kəşflərə, ixtiralara, habelə elmin inkişafında xüsusi xidmətlərə görə təltif edilirlər.
Olimpiya oyunlarının ümumi medal hesabı
Olimpiya oyunlarının ümumi medal hesabı — olimpiya oyunlarında bu və ya digər Milli olimpiya komitəsi tərəfindən qazanılmış medalların ümumi sayının qeyri-rəsmi hesablamasıdır. Hal-hazırda mövcud olan Milli Olimpiya Komitələri cədvəldə kursivlə əks etdirilməmişdir. Milli Olimpiya Komitələrinin məlumatları onların sələflərinin və varislərin məlumatlarıyla cəmlənmir. cədvəldə Milli Olimpiya Komitələri əlifba sırası ilə yerləşdirilmişdir, amma istənilən sütun üzrə çeşidlənmiş ola bilərlər. Cədvəldə verilən məlumatlar 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Yay Olimpiya Oyunlarının nəticələri nəzərə alınmaqla verilir. == Olimpiya oyunlarında medal qazanmış ölkələrin cədvəli, (22 avqust 2016) == == Olimpiya oyunlarında medal qazanmış hal-hazırda mövcud olmayan ölkələrin cədvəli == == Olimpiadalarda medal qazana bilməyən ölkələrin cədvəli == Rio-de-Janeyrodakı 2016-cı il Yay Olimpiya Oyunlarında təmsil olunn 207 milli olimpiya komitəsindən 74-ü və hal hazırda mövcud olmayan 6 milli olimpiya komitəsi heç bir medal qazana bilməmişlər.
Türkiyə medal və dövlət nişanları
Türkiyə Cumhuriyyətinin medal və dövlət nişanları - Türkiyə Cumhuriyyətinin Nazirlər Kabinetinin və Türkiyə Cumhurbaşqanının qərarı ilə verilən qızıl ali dövlət mükafatları.
1896 Yay Olimpiya Oyunları medal sıralanması
1896 Yay Olimpiya Oyunları - 1896-cı ildə Yunanıstanın paytaxtı Afinada keçirilmişdir.
1960 Yay Paralimpiya Oyunlarının medal sıralanması
Aşağıdakı siyahıda 1960-cı il Roma Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
1964 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 1964-cü il Tokio Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
1968 Yay Paralimpiya Oyunları medal sıralanması
Aşağıdakı siyahıda 1968-cı il Tel-Əviv Yay Paralimpiya Oyunlarında ölkələrin qazandığı medalların siyahısı verilmişdir: == Medal sıralanması == Ev sahibi ölkə tünd fonda göstərilmişdir.
2014 Qış Olimpiya Oyunları medal sıralanması
2014 Qış Olimpiya Oyunları və ya rəsmi adı ilə XXII Qış Olimpiya Oyunları qış idman növləri üzrə fevralın 7-dən 23-nə gədər Rusiya Federasiyasının Soçi şəhərində baş tutdu. Ümumi olaraq 88 dövlətin 2 873 idmançısı 7 müxtəlif idman növü üzrə 15 yarışda mübarizə apardı. Soçi Olimpiadasında Niderland konkisürmə idman növü üzrə dörd yarışda podiuma qalxdı (bütün üç əyarlı medalı Niderland qazandı) və yeni rekord müəyyənləşdirdi; kişilərin 500 metr, 5 000 metr, 10 000 metr və qadınların 1 500 metr məsafəyə yarışlarda.Soçi Olimpiadasında Sloveniya tarixində birinci dəfə Qış Olimpiya Oyunlarının qızıl medalını qazandı. Həmdə bu uğuru qazanan dağ xizəkçisi Tina Maze Soçi Olimpiadasını iki qızıl medalla baş vurdu. İtaliyalı sanoçsu Armini Zöggeler isə Soçi Olimpiadasında da medal qazanmağ ilə ardıcıl 6 Olimpiya Oyunlarında , həmdə bir yarışda medal qazanan birinci idmançı oldu.Soçi Olimpiadasında Niderlandlı konkisürən İreen Vüst hamıdan çox, 5 medal (2 qızıl və 3 gümüş) qazandı. Rusiyalı şort-trekçi Viktor An, Norveçli xizəkçi Marit Bjorgen və Belaruslu biatlonçu Darya Domraçeva isə hərəyə üç qızıl medal qazandı. == Medal sıralanması == Medal sıralanması Beynəlxalq Olimpiya Komitəsinin (BOK) məlumatına əsasən hazırlanıb. BOK-un standartlarına görə medal sıralanmasında ən əsas qızıl medalların sayı üstün tutulur. Daha sonra diqqətə gümüş medalların sayı, sonda isə bürünc medalların sayı diqqətə alınır. XXII Qış Olimpiya Oyunlarında 98 qızıl, 98 gümüş və 98 bürünc medalın təqdim edilməsi nəzərdə tutuldu.
2016 Yay Olimpiya Oyunları medal sıralanması
== Medal sıralanması ==
2017 İslam Həmrəyliyi Oyunlarının medal sıralaması
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdur. Yarışda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur. Buraya Albaniya. Bruney, Burkina-Faso, Çad, Qəmər adaları, Qabon, Qvineya, Maldiv adaları, Mavritaniya, Niger, Syerra-Leone, Toqo, Somali və Fələstin yığma komandaları daxildir.
Abdal
Qafqaz Albaniyasında hələ eradan əvvəl yaşaması ehtimal olunan abdalıların (heftal/heptal/eftal) adına qazax, qaraqalpaq, türkmən və türk toponimiyasında da rast gəlmək mümkündür. Abdal dağı — Ordubad rayonu ərazisində dağ. Abdalçay — Tovuz rayonu ərazisində çay. Abdal tayfası — qədim türk tayfası. Abdal (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Abdalı — Əfqanıstanda puştun tayfalarından biri.
Avdal
Avdalar — İrəvan quberniyasının İrəvan qəzasında kənd, türk mənşəli toponim. Avdal (Tovuz) — Tovuz rayonunda kənd.
Daday
Daday — Kastamonu ilinin şimal-qərbində iştirak edən bir ilçə.
Dadaş
Dadaş və ya Qardaş, bir ata-anadan, yaxud yalnız bir atadan və ya bir anadan olan oğulların bir-birinə, yaxud bacısına nisbətən hər biri. Bir və ya daha çox valideynləri digərləri ilə bölüşən kişi və ya oğlan.
Debat
Debat — özündə mübahisə, müzakirə, ziddiyyət, xüsusilə də Parlamentdə və ya hər hansı bir toplantıda ictimai mövzularla bağlı müzakirəni birləşdirən çəkişmə fəaliyyətidir.Debat interaktiv və müxtəlif əks tərəflərin təmsilçilərindən ibarət müzakirə metodudur. Debat yalnız nəticəni analiz edən deduktiv əsaslandırmadan, yalnız nəyinsə doğru olub olmadığını müəyyən edən faktual mübahisədən və yalnız inandırma taktikalarından ibarət ritorikadan fərqli olaraq, daha geniş anlayışı özündə əks etdirir. Debatda məntiqi davamlılıq, faktların dəqiqliyi və auditoriyaya emosional müraciət inandırma üçün mühüm rol oynayır və məsələni daha üstün kontekstdə və çərçivədə, daha mahircəsinə əsaslandıra bilən tərəf digərini üstələyir. Debatda faktlardan daha çox tərəflərin öz aralarında gəldiyi konsensus və ya birgə formal nəticəyə gəlmə əsas rol oynayır. Formal debat yarışlarında, tərəflərin hər biri üçün keçərli müəyən qaydalar və çərçivə mövcud olur. Debatlar həm siyasi mövzularda rəsmi orqanlarda, parlamentlərdə, həm də elmi və yaradıcılıq məqsədləri ilə keçirilir. Bir incəsənət metodu kimi debatın əsas məqsədi istənilən mövqedə opponentlə bərabər şərtlər altında rasional şəkildə müzakirə aparmaq bacarığının aşılanmasıdır. Debatın müxtəlif formalarının tarixi qədim Yunanıstana gedib çıxsa da, müasir formada debat cəmiyyətlərinin yaranması XVIII əsrdə baş vermişdir. Debat Cəmiyyətləri XVIII əsrin əvvəllərində Londonda yaranmış və tezliklə milli həyatın məşhur armaturuna çevrilmişdir. Bu cəmiyyətlərin necə yaranması haqqında dəqiq məlumat olmasa da, XVIII əsrin ortalarında Londonda artıq aktiv debat cəmiyyəti mədəniyyəti formalaşmışdı.
Decay
Half-Life: Decay (azərb. Parçalanma‎) — Gearbox Software studiyası tərəfindən yaradılan və xüsusilə videooyun oyun konsolu PlayStation 2 üçün hazırlanılan Half-Life-a üçüncü əlavə. Add-on Sierra Entertainment tərəfindən 14 noyabr 2001-ci ildə buraxılıb. Seriyanın digər oyunlarından fərqli olaraq, Half-Life: Decay iki oyunçu üçün hesablanıb və kooperativ rejimi dəstəkləyir. Oyunçu yenə "Qara Meza" tədqiqat mərkəzində insidentin şahidi olur. Ancaq bu dəfə Qordon Frimanın həmkarları – Cina Kros və Kolet Qrin rolunda. Cina Kros Half-Life-ın təlim mərhələsi "Hazard Course"-da olan oyunçu ilə holoqram formasında artıq görüşüb. Həmçinin bu model şəbəkə oyununda da mövcuddur. Kolet Qrin isə ilk dəfə Decay-da yaranan və tamamilə yeni personajdır. Gearbox tərəfindən Decay-ın PC versiyası da hazırlanmışdı.
Dedpul
Dedpul (ing. Deadpool) — Marvel Comics nəşriyyatının işçiləri Fabian Nikieza və Rob Lifild tərəfindən yaradılmış və ilk olaraq "Yeni Mutantlar" komiksinin 98-ci sayında görünən personaj. DC Comics tərəfindən yaradılmış Dezstrouk personajının parodiyasıdır. İlk olaraq antiqəhrəman kimi görünmüşdür, lakin daha sonra İks-adamlara qatılmışdır. Yaradıcılarından Rob Lifild bir Teen Titans pərəstişkarı idi, oradakı Dedstork personajının parodiyası kimi Dedpulu yaratmaq qərarına gəlmişdir. Dedstrokun əsl adı Sleyd Vilson, Dedpulun əsl adı Ueyd Vilsondur. Çox danışan bir personajdır. Hətta bir dəfə çox danışdığından bir nfərin intihar etməsinə səbəb olmuşdur. Dedpulun digər personajlardan əsas fərqli cəhəti özünün komiks qəhrəmanı olduğunu bilməsi, oxucu ilə ünsiyyətə keçə bilməsi, oxucunu güldürə bilməsidir. Ən sevdiyi yeməklər tako və çimçanqadır.
Dekan
Dekan — təhsil və təlim fəaliyyətləri ilə məşğul olan hər bir fakültənin rəhbərliyindən məsul olan ən yüksək vəzifəli şəxsdir. == Səlahiyyətləri == Dekan, fakültənin və ona bağlı olan bölmələrin tədris qabiliyyətinin rasional istifadəsi və inkişaf etdirilməsindən, lazım olduqda təhlükəsizlik tədbirlərinin görülməsindən, tələbələrə lazımi sosial xidmətlərin göstərilməsindən, müntəzəm olaraq təhsil, təlim, elmi tədqiqat və nəşr fəaliyyətlərindən məsuldur. Bir-başa rektora tabedir.
Deman
Deman — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Yardımlı rayonunun faktiki mövcud olan Deman kəndi Avaş kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. == Toponimikası == Kənd coğrafi ədəbiyyatlarda daha çox "Deman düzü", "Deman yaylası" kimi tanınır. Yerli əhalinin dilində Deman sözü "dəmyə yerlər", "suvarılmayan əkin sahələri" kimi yozulur. Bu fikir yanlışdır. M.Həsənov yazır ki, yaşı antik çağlardan hesablanan Moran, Pankü, Deman, Avaraq, Ərvərəz, Şişnavar kimi qədim toponimlər Azərbaycan Respublikasında mövcud olan ən ulu coğrafi adlarla bir sırada durmaqdadır. Bu adlar içərisində dəniz səviyyəsindən 1600-1800 metr hündürlükdə olan məşhur Deman düzünün adı ən ulu toponimlərdən olub, hun xaqanı, şöhrətli sərkərdə Metenin babası Teomanın adı ilə yaxından səsləşir. Bəzi mənbələrdə Teoman hətta Duman kimi də qeyd olunmuşdur... Mənbəyini Deman düzündən götürən Viləşçayın sol sahilindəki coğrafi adların, demək olar ki, əksəriyyəti təmiz türk mənşəli olub, yurdun qədim çağlarından xəbər verir. İlicur, Cərcəbil, Avaraq, Gilar, Bolqarçay, Moran belə toponimlərdəndir.
Dəbdab
Dəbdab (ərəb. دبداب‎) — Əlcəzairin şərqində, İllizi vilayətində şəhər və kommuna. İn-Amenas rayonuna daxildir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal-şərqində, Böyük Səhranın şimal hissəsində, Liviya ilə dövlət sərhədi yaxınlığında, ölkənin paytaxtı Əlcəzairdən təxminən 947 kilometr (588 mil) cənub-şərqdə yerləşir. Debdeb kommunası Bürc-Ömər-Driss və İn-Amenas kommunaları, həmçinin Uarqla vilayəti, Liviya və Tunis əraziləri ilə həmsərhəddir. Sahəsi 31,537 km2-dir. == İqlimi == Şəhərin iqlimi quraq isti kimi xarakterizə olunur. İl ərzində yağıntı demək olar ki, yoxdur (orta illik miqdarı – 30 mm). Orta illik temperatur 22,3 °C-dir. Ən soyuq ayın (yanvarda) orta temperaturu 10,4 °C, ən isti ayda (iyulda) 32,5°C-dir. .
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Dəccal
Dəccal — İslam dininə görə Qiyamət gününə, Mehdinin zühuruna yaxın çox nəhəng uzunqulağa minib zühur edərək insanları dindən uzaqlaşdıracaq əfsanəvi şəxs. Xristian dinində İsa peyğəmbərin düşməni.1.Məhəmməd peyğəmbər demişdir:O kök, qırmızı üz olacaqdır 2.İmam Əli buyurur:o ağ eşşəyin üzərində gələcək.Və hamını özünə çəkəcək və elə bir fəryad edəcək ki şərdə və qərbdə olan cinlər bu fəryada gələcəklər.O insanları dindən uzaqlaşdıracaq və özünü Tanrı kimi tanıdacaq.
Dədəli
Dədəli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Dədəli (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. Dədəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Dədəli (Talin) — Qərbi Azərbaycanın Talin mahalında kənd. Dədəli (körpü) — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda körpü.
Dəjəl
Dəjəl — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 4 oktyabr 2020-ci ildə Qarabağ döyüşlərində kənd erməni işğalından azad edilmişdir. == Toponimikası == Dəcəl oyk, sadə. Cəbrayıl r-nunun Şükürbəyli i.ə.v.-də kənd. Düzənlikdədir. Yerli əhalinin verdiyi məlumata görə, kəndi şıxalıağanın qardaşı Əhmədxan salmışdır. Kəndin adı 1917-ci ildə Dejaq variantında qeydə alınmışdır. Dəjək sözü dialektlərimizdə "nişangah" mənasında işlənir. == İqtisadiyyatı == Əsas təsərrüfatı heyvandarlıq idi.
Dəram
Dəram (az.-əbcəd درام‎, fars. درام‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Mərkəzi bəxşinin Dəram qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 1,701 nəfər yaşayır (520 ailə).