Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dəlilik
Dəlilik və ya çılğınlıq yarı qalıcı, ağır bir zehni pozğunluqdur. Ümumiyyətlə bir zehni xəstəlik tipindən törəyir. Dəlilik termini tibbi bir termin olmaqdan çox hüquqi və mədəni bir termindir. Dəlilik Modernizmlə birlikdə inkişaf edən bir anlayışdır. Əvvəllər ruhi çətinliklər Amerikada intellektual bir rəftar kimi qəbul edilib. Dickensin Lord Artur Günahı adlı kitabında buna bənzər təsvir də vardır. Postmodern mədəniyyət isə yaratdığı bütün dəyişənləri yazıdığı kimi dəliliyə də istisna edir. Bu cür xəstəliklər şəxsiyyət pozğunluğundan meydana gələ bilər.
Telişli
Telişli — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Telişli kəndi Məmmədli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Telişli kənd Soveti yaradılmışdır. == Əhalisi == Kənd əhalisinin sayı 856 nəfərdir ki, onun da 403 nəfəri kişi, 453 nəfəri isə qadındır.
Liski
Liski (rus. Лиски) — Rusiya Federasiyasında yerləşən şəhər, Voronej vilayətinə daxildir.
Amaranthus delilei
Geriqatlanan pəncər (lat. Amaranthus retroflexus) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin pəncər cinsinə aid bitki növü. == Sinonimləri == Amaranthus bulgaricus Kov. Amaranthus bullatus Besser ex Spreng. Amaranthus curvifolius Spreng. Amaranthus delilei Richt. & Loret Amaranthus johnstonii Kov. Amaranthus recurvatus Desf. Amaranthus retroflexus var. delilei (Richt.
Belinski rayonu
Belinskiy (rus. Белинский район) — Rusiya Federasiyasında yerləşən rayon Penza vilayətinə daxildir == Tarixi == Rusiyanın Penza vilayətində şəhər. Penza torpaqlarında tarixən tatarlar, mordvalılar yaşamışlar. Kazan xanlığının işğalından sonra tamamən Rusiyaya birləşdirilməsinə başlanılmışdır. Ruslarla bağlı Çembar (Çəmbər) kəndinə aid ilk sənədli məlumat 1723-cü ilə aiddir. Mordva tatarlarının ana yurdu olan Çembar 1700-cü ildən rus şəhəri kimi məskunlaşdırılaraq inkişaf etdirilməyə başlandı. Mərkəzi Hərbi Tarixi Dövlət Arxivində bu şəhərə köçürülmüşlərlə bağlı saxlanılan 1784-cü ilə aid sənəddən məlum olur ki, Çembarda ta qədimdən Mordvalılar yaşamışlar. Lakin 1963-cü ildə şəhər daxilində su boruları xətti çəkilişi zamanı qədim məzarlığa rast gəlindi. Bunlar tatar qəbirləri idi. Ölülər oturmuş vəziyyətdə dəfn olunmuşdular.
Dəlisov (personaj)
Dəlisov (ing. Daredevil) — Marvel Comics nəşriyyatı tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. "Daredevil" adında ilk komiks əslində 1963-cü ilin sentyabrında çıxmalı idi. Lakin gecikmələr üzündən bu müddətə çatmamışdır. Ona görə də onun əvəzində "Qisasçılar" komiksini buraxmalı olmuşdurlar. Daredevil isə düz 7 ay sonra — 1964-cü ilin aprelində nəşr olunmuşdur. == Həyatı == Əsl adı Matt Murdokdur. Atası bir boksçu idi və pulunu bu yolla qazanırdı. Atası oğlunun gələcəkdə sakin həyat tərzi keçirməsini və yaxşı peşə sahibi olmasını istəyirdi. Bir dəfə Matt yoldan keçən bir qoca kişini az qala yük maşını vurarkən itələyərək xilas etmişdir, amma bu zaman həmin yük maşının daşıdığı radioktiv maddə onun gözlərinə saçılmış və o, kor olmuşdur.
Euphorbia denisii
Euphorbia denisii (lat. Euphorbia denisii) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Feodosi obeliski
Feodosi obeliski (türk. Dikilitaş) — Konstantinopol Hippodromunun ayrılma səddində qurulan firon III Tutmosun (XVIII sülalə) şərəfinə ucaldılan qədim Misir obeliski. Bu gün Türkiyənin İstanbul şəhərində At meydanı ya da Sultanəhməd meydanı olaraq bilinən ərazidə yerləşir. 390-cı ildə Roma İmperatoru Böyük I Feodosi tərəfindən qurulmuşdur. Konstantinopola Misirdən gətirilən obelisklərin ən yaxşı qorunanıdır. Misir porfirindən hazırlanan ikinci obelisk, İstanbul Arxeoloji Muzeyinin həyətindədir. Onun vəziyyəti Feodosi obeliskinə nisbətdə ideal deyildir. == Təsviri == Bu çəhrayı Asuan qranitindən hazırlanmış bir kvadrat monolitdir. Yuxarıya doğru çəkilən hissə adi piramida ilə bitir. Obeliskin dörd üzünün hamısı Misir iyeroqliflərinin məktubları ilə örtülmüşdür.
Konstantin obeliski
Konstantin obeliski (türk. Örme Dikilitaş) — 32 metr hündürlüyə malik olan bizans obeliski. İlk əvvəllər Konstantinopol ippodromunun qarşısında yerləşirdi. Hazırda isə ərazi Sultanəhməd meydanı adlanır. Abidə İstanbul şəhəri, Sultanəhməd meydanı, İlanlı sütunun yaxınlığında yerləşir. X əsrdə VII Konstantinin dönəmində inşa edilməsi ehtimal edilir. İlk inşa zamanı onun hündürlüyü 32 metr olmuşdur. O dövrdə Vasili Makedonyaninin hərbi qələbələri təsvir edən qızıl örtüklü tunc plitələr ilə bəzədilmişdir. Hazırda sütunun hündürlüyü 21 metrdir. Sütunun üzərində olan qızıl lövhələr 1204-cü ildə təkil olunan Dördüncü Xaç yürüşü zamanı xaçlılar tərəfindən oğurlandıqları və əridildiyi bilinir.
Nikolay Zelinski
Nikolay Zelinski (25 yanvar (6 fevral) 1861, Tiraspol, Xerson quberniyası – 31 iyul 1953, Moskva) — SSRİ kimyaçı-alimi, SSRİ Elmlər Akademiyasının akademiki. == Həyatı == Nikolay Zelinski 1861-ci il fevralın 6-da Tiraspol şəhərində dünyaya gəlib. Tiraspol Universitetində, Odessa Universitetində təhsil alıb. Almaniyada Viktor Meyer, Leypsiq, Gottingen Universitetlərində təhsilin davam etdirib. 1893-cü ildən Moskva Universitetində dərs deməyə başlayıb. Zelinski üzvi katalizdə nəzəriyyənin banilərindən biri idi. O dünyada odun kömürü əleyhqazını fəallaşdırılan birinci effektiv filtrləmənin ixtiraçısıdır. Onun əsas tədqiqat ərazisi dövri karbohidrogenlərin kimyası idi. O 1953-ci il 31 iyulda Moskva şəhərində vəfat edib. Onun tələbələri arasında akademik Yusif Məmmədəliyev də var idi.
Selinski rayonu
Selinski rayonu — Rusiya Federasiyası Rostov vilayəti ərazisində yerləşən inzibati rayon. Rayon mərkəzi Selina qəsəbəsidir. Rostov-na-Donu şəhərindən 135 km məsafədə yerləşir. == Tarix == Rayon 1923-cü ildə Zapadno-Konnozavodçeski (inqilabdan əvvəl rayonun ərazisi at yetişdiricilərinə aid idi) adı ilə qurulur, daha sonra Salsk dairəsinin bir hissəsi olur. Rayonun bütün əhalisi (indiki sərhədlər daxilində) əsasən sonradan Sredneeqorlıkski və Lopanski kənd sovetlərininn bir hissəsi olan ərazidə yaşayırdı. 1930-cu ildə adı Qiqantovski olaraq dəyişdirilir (rayon mərkəzi Qiqant kəndində köçürülür), sonra ləğv edilir və ərazisi Salski rayonuna birləşdirilir. RSFSR Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin qərarı və Azov-Qara dəniz Regional İcraiyyə Komitəsinin Rəyasət Heyətinin 28 dekabr 1934-cü il tarixli Azov bölgələrinin bölgüsü haqqında fərmanı əsasında Selinski rayonu qurulur. Rayon mərkəzi Selin kəndi olur. Rayon əsasən keçmiş Qiqantovski (Zapadno-Konnozavodçevski) ərazisi hesabına qurulur. 1963-cü ildə ləğv edilir, ərazisi Yeqorlıkski rayonunun tərkibinə daxil olur.
Stepan Zelinski
Stepan Pavloviç Zelinski (rus. Степана Павловича Зелински == Həyatı == İrəvan progimnaziyasının hazırlıq sinfinin müəllimi olmuşdur. 1881-ci ildə «Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar» (SMOMPK) məcmuəsinin birinci sayında çap olunmuş «İrəvan şəhəri» (54 səhifə), «Dərəçiçək» (14 səhifə), «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə) adlı məqalələrində İrəvan şəhərinə və çevrəsinə dair əhəmiyyətli məsələlər yer almışdır. S.P.Zelinskinin qeyd olunan məcmuənin 1882-ci ilə aid ikinci sayında verilmiş «İrandan köçürülüb İrəvan quberniyasının Naxçıvan qəzasında yerləşdirilmiş ermənilərin məişətindən etnoqrafik oçerklər» adlı zəngin informasiya tutumuna malik məqaləsi də qayəsi etibarilə İrəvan şəhəri və çevrəsi haqqında yazılanların davamı təsiri bağışlayır. «Гoрод Эривань» məqaləsi. (54 səhifə) 1881 «Dərəçiçək» (14 səhifə), «Tatar atalar sözləri, məsəlləri, tapmacaları və qadın adları» (19 səhifə) Экономический быт. гос.
Telişli bələdiyyəsi
İmişli bələdiyyələri — İmişli rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Vissarion Belinski
Vissarion Qriqoryeviç Belinski (rus. Виссарио́н Григо́рьевич Бели́нский, 11 iyun 1811–7 iyun 1848) – rus inqilabçı demokratı, ədəbi tənqidçi, publisist. == Həyatı == Vissarion Qriqoryeviç Belinski 11 iyun 1811-ci ildə anadan olmuşdu. Qərbə meyilli rus ədəbiyyat tənqidçisi olmuşdur. Aleksandr Herzen, Mixail Bakunin və digər intellektuallarla yaxından dost olmuşdur. Şair və naşir Nikolay Nekrasovun karyerasında və "Sovremennik" adlı populyar jurnalda əhəmiyyətli rol oynamışdır. Vissarion Belinski 7 iyun 1848-ci ildə vəfat edib. == İstinadlar == == Xarici keçidlər == Биография В. Г. Белинского на сайте "Peoples.ru" Биография В. Г. Белинского на сайте "Foxdesign.ru" Фонд помощи В. Г. Белинскому.
Vulkan obeliski
Vulkan obeliski (rus. вулканический обелиск, ing. volcanic spine) — adətən turş tərkibli, qatı lavanın vulkan boğazından sıxılıb çıxması nəticəsində yaranmış, sivri vulkan çıxıntısı (Martinika adasında Montan- Pele vulk.).
Zelinski reaksiyaları
Zelinsky reaksiyası –dönməyən kataliz- ilə asetilenin katalitik trimerizasiyası, qızdırıldığı zaman benzol əmələ gəlməsi reaksiyasıdır. == Tarixi == 1866-cı ildə Fransız kimyaçısı M. Berzelot asetileni isti borulardan keçirərək (550–6000C), az məhsul verən benzol əldə etdi. Daha sonra 1927-ci ildə N.D. Zelinski və B.A. Kazanski, asetilenin 600–6500C-yə qədər qızdırılan aktivləşdirilmiş reaksiyanın çox yaxşı getdiyini göstərdi. 1948-ci ildə Alman kimyaçısı W. Reppe daha təsirli bir katalizator — kompleks nikel qarışığı tapdı. Reaksiyanın 600–700-də benzol mühitində aparılmasına imkan verir, lakin artan təzyiq tələb edir. Benzol çıxımı 88% -ə çatır. Stiren (vinil benzol) aralıq məhsul kimi əmələ gəlir. 6000C-də asetilenin trimerləşməsi ilə benzol istehsalı Zelinski və ya Berzelot-Zelinski reaksiyasıdır. Berzelot-Zelinski reaksiyasını Zelinski-Kazanski reaksiyası ilə qarışdırmaq olmaz. Hər iki vəziyyətdə də benzol alınır yalnız birincisində — asetilendən, ikincisində — tsikloheksandan əldə edilir.
Pyotr Jelinski
Pyotr Jelinski (Polyakca tələffüz: [ˈpjɔtr ʑɛˈlij̃skʲi] ( dinlə), 20 may 1994) — Polşalı peşəkar futbolçu. İtaliyanın "Napoli" və Polşa milli futbol komandasının yarımmüdafiəçisi.
Daşlıq dələsi
Daşlıq dələsi (lat. Martes foina) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. == Qısa təsviri == Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər. == Yayılması == Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.
Dəlili (Ərdəbil)
Dəlili (fars. دليلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 335 nəfər yaşayır (63 ailə).
Elisli Gippi
Hippias (yun. Ἱππίας m. ö.460 — 400) — qədim yunan filosofu, sofistlər məktəbinin nümayəndəsi, Sokratın çağdaşı. Riyazi əyrinin (quadratrix) yaradıcısı. Yunanıstanın bütün şəhərlərində, xüsusən Afinada dərs deyən Hippias fenomenal yaddaşa sahib idi və dövrünün bütün elmlərini dərindən bilirdi. Bu səbəbdən Poliqistor ləqəbini qazanmışdı. O dövrdə məlum olan bütün ədəbiyyat növlərində qələmini sınamış, ilk dialoq yazmağa da cəhd etmişdir. Platonun iki dialoqu ("Hippias Major" (Dahi Hippias) və "Hippias Minor" (Kiçik Hippias)) onun adını daşıyır. Həmçinin Platonun "Protaqor" dialoqunda aparıcı obrazlardan biridir. Universal biliyə malik Hippias poeziya, qrammatika, tarix, siyasət, arxeologiya, riyaziyyat və astronomiya üzrə mühazirələr demişdir.
Meşə dələsi
Meşə dələsi (lat. Martes martes) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin dələ cinsinə aid heyvan növü. Azərbaycanda nəsli kəsilmək üzrə olan növdür. == Təsviri == Daşlıq dələsindən fərqli olaraq bir birinə yaxınlaşmış və iri qulaqlı yumru başa malikdir. Kütləsi 0.5 - 2 kq, bədənin uzunluğu 36 - 58, quyruğu 17 - 26 sm-dir (erkəklər dişilərdən iridir). Xəzin rəngi kürəni çalarlarla tutqun qəhvəyidir. Boğazındakı xal qollarının arasına kimi paz şəklində uzanmış sarı rəngdədir. == Yayılması == Arealı Avropa, Qərbi Sibir və Ön Asiyanı əhatə edir. Təsvir olunmuş 7 yarımnövdən Qafqazda və Kiçik Asiyada ən iri forma (Qafqaz meşə dələsi) yayılmışdır. Dəniz səviyyəsindən 2700 m-dək olan meşə landşaftları ilə sıx əlaqədardır.
Ozon dəliyi
Yer üzərində həyat minillərlə, atmosferdə olan mühafizə qatı sayəsində qərar tutmuşdur. Ozondan ibarət olan bu qat Yeri günəşin zərərli ultrabənövşəyi şüalanmasından mühafizə edir. Lakin antropogen və texnogen təsirlər altında 20 ildən artıq bir müddətdə ozon qatının aramsız nazikləşməsi qlobal miqyasda təhlükə mənbəyinə çevrilmişdir. Ozon tərkibində üç ədəd oksigen atomu olan qazdır. O, ilk dəfə 1839-cu ildə K.F.Şonbeyn tərəfindən elektrik boşalmalarının müşahidəsi zamanı kəşf edilmişdir. Lakin ozonun atmosferin bir hissəsinin olduğu faktı yalnız 1850-ci ildən sonra məlum olmuşdur. Ozon – yunan sözü olub, mənası "kəskin iy" deməkdir. Ozon günəşin işıqlandırdığı insan və digər canlıların yayıldığı müstəsna əhəmiyyətə malikdir, çünki o, atmosferin temperaturunun lay-lay olmasını müəyyən edir və eyni zamanda intensiv ultrabənövşəyi şüalanmadan qoruyur. Ozon əsasən atmosferin troposfer və stratosfer qatlarında yerləşir. Troposferdə ozonun miqdarı çox azdır.
Pavel Velski
Pavel Velski Azərbaycan kinosunda əsasən rejissor, ssenarist kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. == Həyatı == Pavel Velski Azərbaycan kinosunda rejissor, ssenarist və bədii rəhbər kimi 1924-1925-ci illərdə fəaliyyət göstərmişdir. O, rejissor kimi "1 may 1925-ci il" və "Azərbaycan Mədən Fəhlələri Həmkarlar İttifaqının IX qurultayı" sənədli filmlərini çəkmiş, "Mədənçi-neftçi istirahətdə və müalicədə" və "Əvəz-əvəzə" bədii filmlərinin ssenarisini yazmışdır. Həmçinin, ssenarisini yazdığı 2 filmdə aktyor kimi də çıxış etmişdir.
Soxulcan dəliyi
Soxulcan dəliyi və ya Eynşteyn-Rozen körpüsü, Natan Rozen və Albert Eynşteyn tərəfindən irəli sürülmüşdür. Soxulcan dəliyi əslində kosmos zamanın nöqtə dizaynı və zamanda bir qısa yol olan nəzəri topolojik bir xüsusiyyətidir. Ümumi olaraq ağ dəliklər və qara dəliklər arasındakı keçidə soxulcan dəliyi deyilməkdədir. Bir soxulcan dəliyinin bir boğaza bağlı ən az iki çıxışı vardır. Əgər soxulcan dəliyindən keçmək mümkündürsə, maddə soxulcan dəliyinin girişindən keçib çıxışından çıxa bilər. Soxulcan dəliyi adı fenomeni açıqlamaqda istifadə olunan analogiyadan gəlir. Əgər bir soxulcan bir almanın üzərində səyahət edirsə, bütün almanın ətrafını gəzmək yerinə içindən keçərək bir kəsə yol tapmış olur. Soxulcan dəliyinin mərkəzi (ortası) dayanacaq nöqtəsidir, yəni oraya keçərkən spagettiləşmə deyilən bir hadisədən sonra ilişərsəniz və ulduzların bir ömrü bitirməsini 10 saniyə içində görə bilərsiniz. Oradan çıxmaq üçün işıqdan sürətli olmalısınız. Çıxa bilməsəniz qara dəlik yox olarkən enerji və ya qaz kütləsinə çevrilərsiniz.
Tibb zəlisi
Zəlilər və ya Sülüklər (lat. Hirudinea)— Həlqəvi qurdlar (lat. Annelida) tipinə, Kəmərlilər (lat. Clitellata) yarım tipinə aid olan heyvan sinfi. Onlar bu tipin mühüm siniflərindən biri olan Azqıllı qurdların (lat. Oligochaeta) kəskin dəyişilmiş nəsli və ya onun bir şaxəsi hesab olunurlar. == Ümumi xarakteristika == Azqıllı qurdlar sinfinin xarakterik əlaməti hesab olunan seyrək "qıl" örtüyü bunların ən primitiv qədim nümayəndələrində az da olsa rast gəlinir. Bədən seqmentlidir və ya ayrı –ayrı həlqələrdən (tipə xas olan əlamət) ibarətdir. Azqıllı qurdlardan fərqli olaraq bunlarda iki cür seqmentləşmə ayır edilir: xarici (və ya yalançı) və daxili (və ya əsl) seqmentləşmə. Azqıllı qurdlardan fərqli olaraq bütün zəlilərdə əsl seqmentlərin sayı sabitdir – ibtidai zəlilərdə (lat.