Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Derbi
Derbi (ing. Derby ) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Tarixi derbi
"Tarixi derbi" — Neftçi və Kəpəz arasında keçirilən Azərbaycan futbol derbisidir. Bu iki komanda arasındakı matç hər zaman Azərbaycan futbol ictimaiyyətinin diqqət mərkəzində olur və daim prinsipiallığı ilə seçilir. Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır.Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir.Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, "Kəpəz"in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir.Klub Gəncə şəhərini təmsil etsə də , Azərbaycanın bütün Qərb bölgəsi, Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi - Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir. Hələ Sovet dövründəykən də "Kəpəz"in tərəfdar kütləsi böyük əksəriyyətlə xalqın işçi təbəqəsindən ibarət idi.Buna görə də Qərblilər hər zaman Azərbaycanda və Qafqazda ən çox tərəfdara sahib futbol klubu olmuşdur. Rəqabətin kökü SSSR zamanlarına dayanır.Beləki Kəpəz azarkeşləri hər zaman bildirirlər ki,"Kəpəz"in SSSR dönəmində "Neftçi" qədər uğurlu olmamasının ən böyük səbəbi məhz Neftçinin paytaxt təmsilçisi olduğu üçün,ölkənin əsas komandası hesab edilərək, Azərbaycanın ən istedadlı futbolçularını ənəlxüsus Gəncə futbolunun yetirmələrini hər zaman Kəpəz'dən "qopararaq" Neftçi'yə aparılmaları olubdurki buda Kəpəzin uğurlarına əngəl olub". Azərbaycan futbol ictimaiyyəti tərəfindən "Tarixi Derbi" olaraq adlandırılan bu rəqabət 20-ci əsrin 90-cı illərində MDB ölkələri arasında ən rəqabətli derbilər sırasında belə adı çəkilmişdir. İlk qarşılaşma 1962-cı il 26 iyunda SSSR kubokunun 1/8 mərhələsinə təsadüf edir.Klubların o zaman ki adları ilə "Dinamo Kirovabad"-"Neftyanik Baku" qarşılaşması 1-0 hesabı ilə qərblilərin qələbəsi ilə nəticələnib.Ümumilikdə isə o zamandan indiyədək bu komandalar 45 dəfə üz-üzə gəliblərki bu görüşlərdə paytaxt təmsilçisinin üstünlüyü nəzərə çarpır.Belə ki,bakılıların aktivində 21,gəncəlilərin aktivində isə 18 qələbə vardır. Azərbaycan futbol tarixinin ən köklü və ən rəqabətli derbisi olaraq bilinən bu derbi Bakı və Gəncə kimi Azərbaycanın ən böyük iki şəhərindən çıxan və ölkənin ən müvəffəqiyyətli və təsirli iki futbol klubu arasında oynanılmaqdadır. Həmçinin bu iki komandanın qarşılaşmaları ölkənin ilk paytaxtı ilə hazırkı paytaxtı olan Bakı və Gəncə şəhərləri arasındakı tarixi rəqabət xüsusiyyətini də özlüyündə əks etdirməktədir. Neftçi'nin tərəfdarları ümumiliktə paytaxt Bakı və Abşeron yarımadasından olan insanlardan ibarətdirsə, "Kəpəz"in tərəfdar kütləsi daha böyük bir xəritəyə sahibdir.Klub Gəncə şəhərini təmsil etsə də , Azərbaycanın bütün Qərb bölgəsi, Aran bölgəsi və bir çox rayon və əyalət şəhərlərindəki insanlarda Neftçi - Kəpəz qarşılaşmalarında Kəpəz'ə tərəfdarlıq edir.
Derri
Derri (irlandiyaca: Doire ya da Doire Cholm Chille Scots : Derrie ya da Lunnonderrie) — Şimali İrlandiyanın Londonderri qraflığında şəhər. 2002-ci ildə Kraliçanın fərmanı ilə "Şəhər" statusunu qazanmışdır. Şəhər Foyle çayının qərbində qurulmuşdur. 2001-ci ildə əhalisi 90.663-ə çatmışdır. Şimali İrlandiyanın ikinci böyük şəhəridir. Derri adı İrlandiya dilində "meşəlik" mənasına gələn "doire" adından gəlməkdədir.
Dərgi
Jurnal (fr. journal — gündəlik, gün qeyd etmək, fr. jour — gün sözündən) — kütləvi informasiya vasitəsi olub, çoxsəhifəli dövri nəşr, yüksək poliqrafik səviyyəsi ilə fərqlənən, mətbuatda reklam vasitələindən biri. Jurnallar əsasən gündəlik baş verən və tez-tez dəyişən hadisələrin işaqılandırılması ilə məşğul olmurlar. Onlar həftə, ay kimi müəyyən bir dövrü əhatə edən zaman ərzində baş vermiş hadisələri dərindən təhlil edirlər. Jurnallar uzun müddətli istifadə üçün nəzərdə tutulur, bu səbəbdən də onlar daha qalın cildə malik olur və daha keyfiyyətli kağızda çap edilir. Jurnallar təyinatına görə fərqlənirlər: elmi jurnallar və populyar jurnallar. == Azərbaycanda jurnal növləri == === Elmi jurnal === Elmi-tədqiqat işlərinin nəticələrinin nəşr olunmasında və elmi ictimaiyyətə çatdırılmasında, eləcə də yeni metodikaların və pedaqoji texnologiyaların yayılmasında təhsil və elm sistemində fəaliyyət göstərən elmi və elmi-metodik nəşr. Azərbaycanda elmi jurnallar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin qərarı ilə dərc olunur. === Populyar jurnal === Bu gün (2008) Azərbaycanda 500-dən çox qəzet və bir neçə jurnal nəşr olunur və bu mətbuat orqanlarında çoxsaylı jurnalist ordusu fəaliyyət göstərir.
Dərzi
Dərzi və ya dərzilik tekstil məhsullarını emal edərək geyim, paltar və ya ev tekstili məhsullarına çevirən insanlara verilən addır. Xüsusi tikiş məharəti tələb edən bu sahə fərdə identik olaraq xüsusi günlərdə nəzərdə tutulmuş sifarişli geyimlər tikən, həmçinin müəyyən standartlara uyğun olmayan, ölçülərə uyğun gəlməyən şəxslərə paltar tikən insana dərzi deyilir. Bu peşə Osmanlıda da çox edilmişdir. Dərzi və ya dərzilik, toxuculuq məhsullarını geyim və ya ev toxuculuq məhsullarına çevirənlərə deyilir. Şəxslərin istəklərinə görə geyim, şalvar, yubka, bluza, köynək, gödəkçə, gəlinlik paltarı, axşam paltarı və palto istehsal edən və/və ya təmir edən şəxsdir.
Hərbi
Ordu — dövlətin silahlı qüvvələrinin əsas hissəsi; məsələn, Azərbaycan Milli Ordusu, müdafiə ordusu, hücum ordusu, ekspedisiya ordusu və s. Ordu, bir dövlətin silahlı qüvvələrinin bütünü ya da hər hansı bir hərbi qüvvənin ən böyük birliyi. Ordular 4 elə 6 korpuslardan meydana gələr. Günümüz orduları əksəriyyətlə ən az general rütbəsinə sahib hərbçilər tərəfindən idarə edilir. Ordunun vəzifəsi dövlətə qarşı gələcək daxili və xarici təhdidlərdən müdafiə etməkdir. Buna qarşı indiki vaxtda və ya keçmişdə müxtəlif ölkələrdə ordunun rəhbərliyə əl qoyması da görülmüşdür. Ordu, üç hissədən meydana gələr: Quru Qüvvələri, Dəniz Qüvvələri və Hava Qüvvələri. Bəzi ölkələrdə bu üç hissəyə əlavə olaraq Sahil Mühafizə, Daxili Qüvvələr, Dəniz Piyadaları, Kosmik Qüvvələri, Dəniz Hava Qüvvələri, Havadan Müdafiə Qüvvələri, Xüsusi Qüvvələr, Hərbi Kəşfiyyat, Topçu Qüvvələri, Raket Qüvvələri, Mərmi Qüvvələri və Hərbi Tibb Xidməti kimi alt hissələr də orduların tabeçiliyində vardır. Bəzi ölkələr isə öz silahlı qüvvələrinə içində Quru Qüvvələri, Hava Qüvvələri, Dəniz Qüvvələri vs. qüvvələr olmasına baxmayaraq "silahlı qüvvələr" adı yerinə "ordu" adını verər (Məs: Çin Xalq Ordusu, Vyetnam Xalq Ordusu kimi).
Tərbi
Tərbi — dördləmə, iki misralı şeiri dörd misralı etmək deməkdir. Yaxın və Orta Şərq xalqları poeziyasında şeir yaradıcılığı üsullarından biridir. Şair başqa müəllifin qəzəlini götürüb onun hər beytinin əvvəlinə özünün yeni yazdığı beyti əlavə etməklə tərbi (dördləmə) yaradır. Bəzən şair özünün əvvəl yazmış olduğu qəzəl əsasında tərbi yaradır. Tərbi formasında yazılan şeirin əsas xüsusiyyətlərindən biri qəzəlindən istifadə olunmuş şairin təxəllüsünün yad edilməsidir. Azərbaycan klassik şeirində Q. Zakir, S. Ə. Şirvani, M. Hadi və başqaları müraciət etmişdir.
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
E-dərgi
E-dərgi – İnternetdə, yaxud başqa onlayn xidmətdə yerləşdirilmiş və çox zaman havayı olan nəşr məhsuludur. E-dərgi müstəqil nəşr, həmçinin çap dərgisinin onlayn-versiyası ola bilər. Məqalələr , bir qayda olaraq, müntəzəm: hər həftə və ya hər ay dərc edilirlər və bununla da bloqlara oxşayırlar. Lakin əsas səhifədə adətən məqalələrin tam mətni yox, ancaq mövzuların başlıqları verilir. Adətən müəyyən mövzu seçilir: iqtisadiyyat, biznes, tikinti, dizayn, dekor, floristika, ev və ailə, sağlımlıq, elm, kənd təsərrüfatı və s. E-dərgilər veb-saytlarda mövcud olmaqla yanaşı elektron ünvanlar və CD-disklər vasitəsilə göndərilə bilər. Bəzi nəşrlər müəyyən vaxt keçdikdə məqalələri CD-disklər yazıb ənənəvi poçt vasitəsilə göndərirlər. Hesab olunur ki, ilk belə jurnal Cult of the Dead Cow xakerlar təşkilatı tərəfindən buraxılmışdır. Onlar tərəfindən 1984-cü ildən buraxılan jurnal hal-hazırdada nəçr olunur. 1985-ci ildə tanınmış jurnal Phrack yarınmışdır.
Eritreya gerbi
Eritreya gerbi — Eritreyanın işlətdiyi rəsmi dövlət gerbidir. Gerbdə dairə içərisində qum üzərində dayanan sarı dəvə şəkli var. Dairəni hər iki tərəfində də gerbi əhatələyəcək şəkildə zeytun ağacı budaqlarından əmələ gətirilən sarı rəngli çələng vardır. Gerbin aşağısında şüar hissəsində isə kənarları qızılı tikməli, mavi rəngli lent üzərin ölkənin adı, dövlətin üç rəsmi dilində heraldik cəhətdən solda ərəbcə, ortada ingiliscə, sağda isə yerli tigrinya dilinde verilmişdir.
Ermənistan gerbi
Ermənistan gerbi — Ermənistanın rəsmi gerbi. 19 aprel 1992-ci il tarixində təsdiq edilmişdir. Üstündə sola baxan bir qartal və sağa baxan bir aslan fiquru vardır. Gerbin ortasındakı narıncı qalxanın içindəki dağ isə Ağrı dağıdır. Ermənistan gerbi Ermənistanın hədəfləri və məqsədləri haqqında məlumat verir.
Fransa gerbi
Müasir gerb rəsmi simvolu kimi heç bir hüquqi statusa malik olmasa da, 1953-cü ildən sonra Fransanın simvoluna çevrildi. Gerb ibarətdir: pelta, "République Française" (Fransa Respublikası) mənasını verən "RF" monoqramı ilə bir tərəfdə bir aslanın başı, digər tərəfində bir qartal ilə bitir; zeytun budağı dünyanı simvollaşdırır; palıd budağı hikməti simvolizə edir; fastsiya ədalətin rəmzi.
Gürcüstan gerbi
Gürcüstan gerbi (gürc. საქართველოს სახელმწიფო გერბი) — Gürcüstanın rəsmi dövlət simvollarından biridir. 1 oktyabr 2004-cü ildə qəbul edilmiş və üç heraldik versiyası vardır: böyük (əsas), orta və kiçik gerblər. Keçmiş gerb 14 noyabr 1990-cı ildən mövcuddur. == Təsviri == Gürcüstanın müasir gerbi üzərində gürcü torpaqlarının himayədarı hesab edilən Müqəddəs Georginin at üzərində nizə ilə əjdahanı vurma səhnəsi təsvir edilən qırmızı qalxandır. Qalxan iki qızıl aslan tərəfindən tutulan Gürcüstanın Baqrationi çar ailəsinin qızıl tacı ilə taclanır. Qalxanın altında "Güc birlikdədir" devizi olan lent var. Bu gerb qismən Gürcüstan çarlığının Baqrationi evinin orta əsr gerbinə əsaslanır.
Herbi Henkok
Herbi Henkok (12 aprel 1940[…], Çikaqo, İllinoys) — "Həyatın ritmi" Fondunun təsiscisi və gözəl klassik musiqi təhsili almış sənətçi. == Həyatı == Herbi Henkok 1940-cı ildə anadan olmuşdur. Çikaqo simfonik orkestri ilə birgə konsertlərdə çıxış etməyə başlayanda onun cəmi 11 yaşı vardı. Bu "möcüzə-uşaq" artıq o vaxt Motsartın əsərlərini fortepianoda ifa edirdi. Hələ orta məktəbdə oxuduğu dövrdə Oskar Petersonun və Bil Evansın musiqisinin təsiri altında o da caz çalmağa başlamışdı. Bu dövrdə elektronika elmləri ilə də maraqlanmağa və bu sahədə biliklərini təkmilləşdirməyə başlamış Henkok son nəticədə, Qrinnel kollecini iki ixtisas üzrə bitirdi: həm musiqiçi, həm də elektronika üzrə mühəndis kimi. 1960-cı ildə Herbinin 20 yaşı olanda trubaçı Donald Veda onu öz qrupuna qoşulmağa dəvət etdi. Bundan əlavə, Ved Henkoku "Blue Note Records" qrupundan olan Alfred Lionla da tanış etdi və Herbi iki il bu qrupla işləyəndən sonra əfsanəvi solo artist kimi məşhurlaşdı. Henkokun 1963-cü ildə işıq üzü görmüş debüt albomu dərhal populyarlaşdı və bundan sonra "Qarpız-adam" adlı yeni albom üzərində iş başlandı. Bu albomda caz əlamətləri nəzərə çarpırdı.
Hindistan gerbi
Hindistanın rəsmi gerbidir. Gerbdə məşhur olan Hind şirləri təsvir edilmişdir. Rəsmi olaraq 26 yanvar 1950-ci ildə qəbul edilmişdir. == Tarixi və təsviri == Sarnathdakı Aşoka sütununa yapışdırılan (taçlandırılan) "aslanlar paytaxtı (Aşokanın şir kapitalı"nın bir təsviridir. Eramızdan əvvəl III əsrin ortalarında İmperator Aşoka, Budda Qautamanın ilk öncə dharma öyrətdiyi və böyük bir Buddist sanghasının qurulduğu yeri qeyd etmək üçün, kapitallı bir sütun qurdurdu. Bir-birinə yaxın duran dörd şir, kənarlığı olan bir abakusa quraşdırılmışdır. Buddizmə rəğbət bəsləyən Cəvahirləl Nehrunun təkidi ilə, bu özəl heykəlin təsviri 26 yanvar 1950-ci ildə (Hindistanda respublikanın qurulduğu gün) Hindistanın dövlət gerbi elan edildi. Gerbdə dəyirmi abakus üzərində dörd Hindistan şiri təsvir edilmişdir. Dördüncü aslan arxada yerləşir və buna görə də görünüşdən gizlənir. Emblem "cəsarətli, bədəni güclü, məsləhətlərdə ehtiyatlı və müxalifləri qorxudan" bir milləti simvollaşdırır.
Honkonq gerbi
Çin Xalq Respublikasının Honq-Konq Xüsusi İnzibati Bölgəsinin Regional Emblemi 1 iyul 1997-ci ildə Honq-Konqun suverenliyinin Böyük Britaniyadan Çin Xalq Respublikasına verilməsindən sonra istifadəyə verilmişdir. Emblem dairəvi şəkildə Honq-Konqun regional bayrağı ilə eyni dizayn elementlərinə malikdir. Xarici ağ üzük Ənənəvi Çin və İngilis qısa formasında ərazinin rəsmi adı olan "Hong Kong" başlığı ilə göstərilir. == Tarix == === Müstəmləkə nişanı === Müstəmləkə nişanı 1843-cü ildən bu və ya digər versiyada 1959-cu ildə verilmiş gerblə əvəz olunana qədər istifadə olunurdu. Bir neçə düzəliş zamanı nişan ideyası qaldı. Ön planda sol tərəfdəki iskeledə üç tacir və bir yığın yük təsvir edilmişdir. Arxa planda, konik təpələrlə dəstəklənən limanda kvadrat formalı bir gəmi və Çin tullantıları var idi. Yuxarıda Böyük Britaniyanın kral silahları var idi.
Hərbi And
Hərbi Lisey
Hərbi lisey hərbi təlim və Məktəb dərsləri verərək Hərbi Akademiyalalara Kursant hazırlayan bir elm ocağıdır. Azərbaycanda isə Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Heydər Əliyev adına Hərbi Lisey var.
Hərbi Nəşriyyat
Hərbi Nəşriyyat
Hərbi baza
Hərbi baza — hər hansı bir hərbi hissənin avadanlığının və şəxsi heyətinin yerləşdirildiyi, həmçinin şəxsi heyətinin hazırlandığı və əməliyyatların aparıldığı bir obyektdir. Hərbi bazalara giriş qanunla məhdudlaşdırılmışdır.
Hərbi bilet
Hərbi bilet — Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qaydada onların şəxsiyyət vəsiqələrini alır və iltizam almaqla onlara hərbi bilet verirlər. Silahlı qüvvələrə və hərbi xidmətə çağırış vaxtı vətəndaşa verilən sənəddir. == Haqqında == === İtirilməsi === Vətəndaş ilk öncə şəhər və rayon polis idarələrinin nəzdində fəaliyyət göstərən Tapıntı Bürosundan hərbi biletinin itirməsi ilə bağlı arayış almalıdır: "Vətəndaş əgər işləmirsə məşğulluq idarəsindən arayış gətirməlidir. Eyni halda yerli MİS-dən arayış, şəxsiyyət vəsiqəsinin sürəti və 2 şəkil tələb edilir." Hərbi biletin itirilməsinə görə isə vətəndaş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi 355 maddəsinə görə cərimə edilir. İnzibati Xətalar Məcəlləsinə hərbi uçot sənədlərinin (hərbi biletlərin və ya çağırış məntəqələrinə təhkim edilmə haqqında vəsiqələrin) qəsdən korlanmasına və ya etinasız saxlanılması nəticəsində itirilməsinə görə — xəbərdarlıq edilir və ya on manatdan on beş manatadək miqdarda cərimə tətbiq edilir.
Hərbi blokada
Hərbi blokada — hərbi əməliyyat, müəyyən obyektin, qoşun qrupunun, şəhərin və ya dövlətin təcrid olunması, mühasirəsi; qurudan, havadan və dənizdən onun ətraf aləmlə əlaqələrini kəsmək yolu ilə həyata keçirilir. Hərbi blokada blokadaya alınan qruplaşanı təslim olmağa vadar etmək, düşmən dövlətin hərbi-iqtisadi qüdrətini sarsıtmaq v s. məqsədlər daşıyır. Aşağıdakılar hərbi blokada obyekti ola bilər: dövlətlər; şəhərlər, müdafiə olunan rayonlar, hərbi qarnizonlar üçün strateji və operativ əhəmiyyəti olan mövqelər; böyük ordu qruplaşmaları hərbi əməlliyyat teatrında və ya bütün hərbi qüvvələr; iqtisadi rayonlar; adalar; boğazlar, körfəzlər; hərbi-dəniz bazaları, limanlar. Şəhərlərin, yaxud qalaların ələ keçirililəsi məqsədilə blokada edilməsi isə hərbi blokadanın mühasirə formasıdır. == Həmçinin bax == Kobani blokadası; Leninqradın mühasirəsi. == Mənbələr == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев.
Hərbi cinayətlər
Müharibə cinayəti — sülh və bəşəriyyətin təhlükəsizliyi əleyhinə olan beynəlxalq cinayət; silahlı münaqişə zamanı tətbiq olunan humanitar hüquq normalarının və ya müharibə adət və qanunlarının pozuntularını bildirir. Beynəlxalq ümumi hüquqa görə barələrində müharibə cinayəti törətdiklərinə görə öz ölkələrində təqib olunan şəxslər sığınacaq hüququndan istifadə edə bilməzlər və onlara qaçqın statusu verilmir. Müharibə cinayətlərinin «beynəlxalq cinayət» statusu və bütün dövlətlər tərəfindən cəzalandırılmalı olması məhz hüquqi adət kimi tanınmışdır. == Müharibə cinayətlərinin siyahısı == Müharibə cinayətlərinə aşağıdakı əməllər aiddir: Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: qəsdən adamöldürmə; işgəncə və ya qeyri-insani rəftar, o cümlədən bioloji eksperimentlər; ağır əzab-əziyyətin və ya ciddi xəsarətin törədilməsi; hərbi zərurətlə bəraət qazandırılmayan və qanunsuz və böyük miqyasda törədilən dağıntılar və əmlakın ələ keçirilməsi; hərbi əsirin və ya mülki şəxsin düşmən dövlətin silahlı qüvvələrində qulluq etməyə məcbur edilməsi; hərbi əsirin və ya mülki şəxsin qərəzsiz və ədalətli məhkəmə araşdırmasına olan hüququndan qəsdən məhrum edilməsi; girov götürülməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş və ölümlə nəticələnən, yaxud səhhətə ciddi zərər yetirən aşağıdakı əməllərdən hər hansı biri: mülki əhalinin və ya ayn-ayn mülki şəxslərin hücum obyekti edilməsi; şəxsin kombatant olmadığını və ya artıq sıradan çıxdığını ("hors de combat") bilərək, onun hücum obyekti edilməsi; qızıl xaç, qızıl aypara və ya digər tanınmış fərqləndirmə emblemlərindən sui-istifadə edilməsi; Beynəlxalq humanitar hüququn pozulması ilə qəsdən törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: işğal edən dövlət tərəfindən öz əhalisinin bir hissəsinin işğal etdiyi əraziyə köçürülməsi; hərbi əsirlərin və ya mülki şəxslərin geri qaytarılmasının (repatriasiyasının) əsas olmadan yubandırılması; Beynəlxalq humanitar hüququn pozulması ilə şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən insan ləyaqətini alçaldan rəftar, zorlama və məcburi fahişəlik; Müharibə qanun və adətlərinin pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: zəhərli silahlann və ya lüzumsuz əzab-əziyyət törətmək üçün nəzərdə tutulmuş digər silahlann tətbiq edilməsi; şəhər, qəsəbə və ya kəndlərin mənasız dağıdılması və yaxud hərbi zərurətlə əsaslandırılmayan soyğunçuluq; müdafiə olunmayan şəhərlərin, kəndlərin, binalann və ya yaşayış evlərinin və yaxud hərbsizləşdirilmiş zonaların istənilən vasitələrlə bombardman edilməsi; dini, təhsil, incəsənət və elm idarələrinin, tarixi abidələrin, incəsənət və elm əsərlərinin qəsb edilməsi, dağıdılması və ya onlara qəsdən ziyan vurulması; ictimai və ya xüsusi əmlakın talan edilməsi; Beynəlxalq xarakter daşımayan silahlı münaqişə zamanı tətbiq olunan beynəlxalq humanitar hüququn pozulması ilə törədilmiş aşağıdakı əməllərdən hər hansı biri: adamların həyatına, səhhətinə və fiziki və ya psixi durumuna qarşı zorakı hərəkətlər, o cümlədən qəsdən adamöldürmə və habelə işgəncə, şikəstetmə kimi qəddar rəftar və yaxud bədən cəzasının istənilən forması; kollektiv cəzalandırma; girov götürülmə; terror aktları; şəxsi ləyaqətin təhqir edilməsi, o cümlədən ləyaqəti alçaldan rəftar, zorlama və məcburi fahişəlik; hərbi soyğunçuluq; məhkəmə tərəfindən bundan qabaq elan olunmuş qərar olmadan hökm çıxarılması və hökmün yerinə yetirilməsi; silahlı münaqişə zamanı, ətraf təbii mühitə genişmiqyaslı, uzunmüddətli və ağır ziyan vurulması niyyəti ilə hərbi zərurətlə əsaslandırılmayan müharibə üsul və vasitələrinin tətbiq edilməsi.
Korpus (hərbi)
Korpus — 3-4 diviziyadan ibarət olan hərbi vahiddir. Korpuslar birləşərək ordunu yaradırlar və general-leytenant və Vitse-admiral tərəfindən idarə olunurlar. Tabeçiliyində ən az 40.000 əsgər saxlayar. Bölgəni müdafiə etməsində təsirlidir, korpus olaraq çox seyrək əməliyyat edərlər. Ümumiyyətlə ordu qərargahından gələn əmrlə diviziyaları vəzifə yerinə yetirər.
Hərbi demokratiya
Hərbi demokratiya — Hərbi demokratiyanın mahiyyəti hakimiyyətin ancaq müharibə vaxtı üçün təşkil olunmasındadır. Başçılar krallar, basilevslər, xaqanlar adətən müharibə vaxtı üçün seçilirdilər, dinc vaxtı isə ağsaqqallar idarə edirdi. Hərbi demokratiya nümunəsini məsələn türklərdə atdan düşmədən adlanan quruluşda görmək olar. Müharibə vaxtı hakimiyyətə yiyələnən başçılar dinc vaxtı hakimiyyəti əldən verməmək üçün, daimi müharibələrdə maraqlı idilər. Hərbi demokratiya terminini elmə L. Morqan gətirmişdir. Hərbi demokratiya Homer dövründə (e.ə. 12–9-cu əsrlərdə) yunanlarda və çarlıq dövründə romalılarda (e.ə. 8–6-cı əsrlər) skiflərdə, keltlərdə, qədim germanlarda, normanlarda mövcud olmuşdur. Homerin İlliadasında baş verən Axilleslə Aqamemnon arasındakı mübahisə hərbi demokratiyanın daxili inkişafı nəticəsində müvəqqədi hakimiyyətdən daimi hakimiyyətə keçid əsnasını göstərir. Aqamemnon müvəqqəti başçıdır, lakin o hakimiyyəti əldən vermək istəmir, buna görə də müharibənin qızışdırılmasında maraqlıdır.
Çerri-Hill (Nyu-Cersi)
Çerri-Hill (ing. Cherry Hill) — ABŞ-nin Nyu-Cersi ştatındakı Kamden dairəsində yerləşən şəhər.