Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Dərk
Dərk (kənd) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dərk çayı — Quba rayonu ərazisində çay. Dərketmə — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər. Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Kert
Quzumkənd (kəndin XIX əsrdəki tarixi adı Quzumkənd olub. Sovet hakimiyyəti illərində ermənilər onun adını dəyişib "Kert" qoymuşlar. 1992-ci ilin sonunda kəndin tarixi adı özünə qaytarılmışdır) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Quzumkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Kert kəndi Quzumkənd kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Quzumkənd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb. == Toponimikası == == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil.
Pert
Pert (ing. Perth) — Qərbi Avstraliya ştatının paytaxtı. Memarlığında qədim Viktorian üslubunun qorunub saxlanıldığı mənzərəli şəhərdir. 1911-ci ildən əsasi qoyulmuş qədim ingilis üslubunda tikilmiş universitet fəaliyyət göstərir. == Tarixi == Şəhərin əsasını Kapitan Ceyms Stirlinq 12 iyun 1829-cu ildə qoyub.
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
DECT
DECT (ing. Digital Enhanced Cordless Telecommunications, azərb. Rəqəmsal təkmilləşdirilmiş simsiz telekommunikasiya‎) — əsasən simsiz telefon sistemlərinin yaradılması üçün istifadə edilən standart. O, Avropada yaranıb və 900 MHz CT1 və CT2 kimi əvvəlki simsiz telefon standartlarını əvəz edərək ümumi standart olub. Təkçə Avropada deyil, Avstraliya, Asiya və Cənubi Amerikanın əksər ölkələrində də bu standart qəbul edilib. ABŞ-nin radiotezlik qaydalarına görə Şimali Amerika bu standartı qəbul edə bilmədi. Nəticədə DECT 6.0 adlı bir az fərqli tezlik diapazonundan istifadə edən DECT variasiyası inkişaf etdirilib. Bu, sözügedən qurğuları hətta eyni istehsalçıdan başqa sahələrdə istifadə üçün nəzərdə tutulmuş sistemlərlə uyğunsuz hala salır. DECT, Şimali Amerika xaricində istifadə edildiyi əksər ölkələrdə digər standartları demək olar ki, tamamilə əvəz etdi. DECT standartına əksər istehsalçıların tətbiq etdiyi sadə telefon imkanları üçün ümumi qarşılıqlı fəaliyyət profili olan "generic access profile" (GAP) daxildir.
Dart
Dart — Lars Bak və Kasper Lund tərəfindən hazırlanmış və Google tərəfindən hazırlanmış proqramlaşdırma dili. Veb və mobil proqramlar, həmçinin server və masaüstü proqramlar hazırlamaq üçün istifadə edilə bilər. Dart obyekt yönümlü, sinif əsaslı, C üslublu sintaksisi olan tullantı toplayan dildir. O maşın kodu, JavaScript və ya WebAssembly kompilyasiya edə bilər. O interfeysləri, miksinləri, abstrakt sinifləri, refikasiya olunmuş generikləri və tipləri dəstəkləyir. == Tarixi == Dart 10-12 oktyabr 2011-ci ildə, Danimarkanın Orhus şəhərində keçirilən GOTO konfransında təqdim olundu. Layihənin əsasını Lars Bak və Kasper Lund tərəfindən qoyulub. Dart 1.0 14 noyabr 2013-cü ildə yayımlandı. Dart əvvəlcə qarışıq qəbul edilmişdi. Təşəbbüs Chrome-da Dart VM-ni yaratmaq planlarına görə interneti parçaladığına görə tənqid edilirdi.
Dər
Dər yaşayış yeri — Ordubad rayonunun Azadkənd kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri. 1968-ci ildə qeydə alınmışdır. Geniş bir ərazini əhatə edən yaşayış yeri güclü dağıntıya məruz qalmışdır. Burada rast gəlinən yanmış tikinti, xüsusilə kərpic qalıqları vaxtilə binaların olduğunu göstərir. Yerüstü materiallar çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Mədəni təbəqə saxsı qab qırıqlarından,kərpic qarışıq gil laylarından ibarətdir. Çiy kərpicdən, daş qarışıq torpaqla hörülmüş tikinti qalıqları saxlanmışdır. Tapıntıların əksəriyyəti şirli və şirsiz qab (küpə, kasa, nimçə, badya, qapaq və s.) qırıqlarından ibarətdir. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəllər olmuşdur. Abidə 16-18-ci əsrlərə aid edilir.
AZ-CERT
Antesedent dərə
Asılı dərə
Açıq dərs
Bert Lankaster
Berton Stiven "Bert" Lankaster (ing. Burton Stephen "Burt" Lancaster; 2 noyabr 1913[…], Nyu-York, Nyu-York ştatı – 20 oktyabr 1994[…], Los-Anceles, Kaliforniya) — Amerika kino tarixinin ən müvəffəqiyyətli aktyorlarından biri. Oskar və Qızıl Qlobus (1961) mükafatları laureatı. == Filmoqrafiya == Bağışlanmamış (film, 1960) / ing.
Bert Trautmann
Bernhard "Bert" Karl Trautmann (22 oktyabr 1923, Bremen – 19 iyul 2013) — alman futbolçu. Bert Trautmann 1949–1964-cü illərdə İngiltərənin Mançester Siti futbol klubunun qapısını qoruyub. Trautmann alman olsa da, Almaniya millisində heç vaxt oynamayıb. Amma Mançesterdə, o bu günə gədər ən populyar futbolçulardan sayılır. Bert Trautmann 1923-cü il oktyabrın 22-də doğulub. 10 yaşından futbol oynamağa başlayıb. 18 yaşında Faşist Almaniyasında hərbi xidmətə yollanıb, paraşütçü olub. Əvvəl sovet, sonra isə ingilis əsgərləri tərəfindən həbs edilib. Azadlıqa çıxdıqdan sonra Trautmann Böyük Britaniyanı tərk etməyib və bu ölkədə qalaraq peşəkar futbolla məşğul olub. Əvvəllər ingilis futbol azarkeşləri "nasist oğlana" nifrət edirdilər.
DART layihəsi
NASA`nın Asteroid təhdidini ortadan qaldıracaq layihəsi: DART NASA`nın DART layihəsi,ehtimal bir asteroid toqquşmasını əvvəlcədən təsbit edib orbitini dəyişdirməyi hədəfləyir.DART`ın bu ana qədərki NASA layihələrindən fərqi,asteroidi parçalamaq əvəzinə asteroidə göndərilən bir kosmik cihaz ilə orbitini dəyişdirməkdir. DART layihəsi bu aralar konseptdən hazırlanma mərhələsinə keçir. Avadanlıq testinin isə 2024-cü ildə gerçəkləşməsi gözlənilir.Bu nöqtədə DART kosmik cihazı, Dünyaya təhdid olmayan bir asteroidə göndəriləcək. DART testdə uğurlu olduğu təqdirdə 7-8 il kimi bir müddət içində asteroid təhdidi tamamı ilə tarixə qovuşacaq.
Dart Vayder
Ulduz müharibələri obrazı.
Dart Veyder
Ulduz müharibələri obrazı.
Dera Buqti
Dera Buqti — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əsası 1998-ci ildə qoyulub.Əhalisi 15 min nəfərdir.
Dera mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. == Coğrafiyası == Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. == Əhalisi == 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dero dorsalis
Dero dorsalis - Həlqəvi qurdlar tipinə aid dero. == Morfoloji quruluşu == Qəlsəmə yatağı arxaya doğru yanlarda dairəvi və ya kələ-kötür çıxıntılıdır. Üzərində adətən 5 cüt qəlsəmə çıxıntısı mövcutdur: I cüt – qısa və enli çıxıntılı bel qəlsəməsi, II cüt – nazik və silindrik, III cüt – lateral, IV və V cütlər – dəyişkən formalı qarın qəlsəmələridir. II – V buğumların qarın dəstəcikləri 5 – 7 ikidişli qılcıq daşıyır, distal dişcik proksimal dişcikdən uzundur və ortasında düyünü var. Sonrakı buğumlarda qılcıq dəstələrinin sayı azalır, dişciklər bərabər uzunluqda və ya distal dişcik proksimal dişcikdən qısa olur, düyün isə distal istiqamətdə yerini dəyişir. İkinci buğumun qılcıqlarının uzunluğu 135 μ, V – 100 – 126 μ, VI – 102 – 115 μ. Arxaya doğru qılcıqların uzunluğu azalır. Bel dəstəcikləri IV buğumdan başlayır. Onlar 1 tükşəkilli və 1 uzunluğu 85 – 108 μ və distal dişciyi proksimal dişcikdən daha uzun olan ikidişcikli qılcıq daşıyır. Penial qılcıqları mövcud deyil.
Dəri ağacı
Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü. == Təbii yayılması == Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir. == Botaniki təsviri == Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3-5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5-3,0 sm, 4-6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5-8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır.
Dəri dili
Dəri dili (dəri دری ) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.