Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Deko
Deko kimi tanınan Anderson Luis de Souza SHO (27 avqust 1977[…]) — karyerasını bitirmiş peşəkar Portuqaliya futbolçusu; karyerası dövründə o, hücumameyilli və orta yarımmüdafiəçi mövqeyində çıxış edirdi.
Dico
Dico — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 162 nəfərdir. == Toponimiyası == Dico kəndi Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki di (kənd) və colqo (yer) sözlərindən düzəlib, "kənd yeri" mənasındadır.
Diqo
Diqo — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Diqo Astara rayonunun Pəlikəş inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Oykonim Talış dilindəki di (kənd) və qo (yer) sözlərindən düzəlib, "kənd yeri" deməkdir. == Etimologiyası == Coğrafi ad talış dilində di «kənd» və qo «yer» mənasındadır. Diqo Diqoov adından təhrifdir. == İqtisadiyyatı == Kəndə ilk dəfə olaraq 2020-ci ilin may ayında elektrik enerjisi verilməyə başlanıb.
Disko
Disko (ing. Disco - diskoteka) — 1970-ci illərin əvvəllərində yaranmış rəqs musiqinin bir növüdür. Diskonun vətəni ABŞ-dır. Bu janrda ilk ifa edənlər sırasına İsaak Hayes, Barri Vayt və bir çox məşhur ifaçılar daxildirlər.
Ziko
Ziko adıyla tanınan Artur Antunes Koimbra (3 mart 1953, Rio-de-Janeyro) — Braziliyalı keçmiş futbolçu. Peledən sonra Braziliyanın yetişdirdiyi ən yaxşı oyunçu sayılır. Futbol tarixinin ən gözəl yarımmüdafiəçilərindən biri olan Ziko, 80-cı illərin ən yaxşı oyunçusu hesab olunur. 1978, 1982 və 1986-cı illərdə keçirilən futbol üzrə dünya çempionatlarının final oyunlarında Braziliya yığma komandasının heyətində çıxış edib. 88 dəfə Braziliya forması geyən Ziko 66 qola imza atıb, 1983-cü ildə "İlin futbolçusu" seçilib. 1982-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya komandasının heyətində bombardir olub. Məşqçilik karyerasına əvvəllər oynadığı Kashima Antlers komandasında texniki menecer və koordinator (1995, 1996-2002) olaraq başlayan Ziko 1998-ci ildə keçirilən futbol üzrə dünya çempionatında Braziliya yığma komandasına məşqçilik edib. 2006-cı ildə Braziliya yığmasının təşkilat komitəsinin rəhbəri (2000), 2002–2006-cı illərdə isə Yaponiya yığmasının məşqçisi olub. Futbol oynadığı dövrdə "Ağ Pele" ləqəbi alan Ziko, 2006-cı il iyul ayının 4-də Türkiyə klubu Fənərbaxçanın məşqçisi postuna gətirilib.
Abidin Dino
Abidin Dino (d. 23 mart 1913, Konstantinopol, Osmanlı imperiyası – 7 dekabr 1993, Paris) — rəssam, yazıçı və siyasətçi. == Həyatı == Abidin Dino 1913-cü ildə İstanbulda doğulub. Uzun müddət xaricdə yaşayan Abidin paralel olaraq yazıçı və siyasətçi kimi də tanınırdı. Birinci Dünya müharibəsi başlayan zaman Avropada səyahətdə olan Abidinin ailəsi Cenevrə şəhərinə gedir. Sənətsevər bir ailənin və çevrənin içində böyüyən rəssamın sənətə olan həvəsi erkən yaşlarında başlamışdı. Ailəsi ilə bir müddət Fransada yaşadıqdan sonra 1925-ci ildə İstanbula qayıdan Dino Robert Kollecinə qəbul olur. Amma dərs oxumağa o qədər də həvəsli deyildi. Belə ki, rəsm, karikatura çəkməyə dərslərindən daha çox vaxt ayırırdı. Get-gedə oxumağı ataraq karikatura və rəsmlərinin sayını artırır və ədəbiyyatla dərindən məşğul olur.
Avro disko
Avrodisko (ing. Euro disco) – elektron rəqsinin birləşmiş formasıdır. Təxminən Avro disko janrı 1970-ci illərdə formalaşmağa başlamışdır. Bu janrdan ən çox 1980-cı illərdə istifadə edilirdi. 1980-cı illərin əvvəllərində "Secret Service" qrupunun "Oh Susie" mahnısı, "Laid Back" ifaçısının "High society girl" mahnısı, Fransız ifaçısı F. R. Devidin "Pick up the phone" mahnısı, "Yello" qrupunun "Daily disco" mahnısı və digər musiqiçilər tərəfindən ifa edilən mahnılar, Avro disko janrının populyarlaşmasında mühüm rol oynamışdı. Almaniyanın Modern Talking, C.C.Catch, Bad Boys Blue, Silent Circle kimi musiqi qrupları, Sandra Kretu, Sabrina Salerno və digər populyar müğənnilər mahnılır əksər hissəsini məhz bu janrda ifa etmişlər.
Cambattist Viko
Cambattist Viko (it. Giambattista Vico; 23 iyun 1668[…], Neapol, Napoli Krallığı – 23 yanvar 1744[…], Neapol, Napoli Krallığı) — İtalyan filosofu. == Fəlsəfəsi == Onun Millətlərin ümumi təbiəti barədə yeni elmin əsasları (Principi di scienza nuova, 1725) adlanan başlıca əsəri anlaşılmaq üçün çətindir və onun sağlığında az məşhur idi. Lakin bu əsərin əsas ideyası sadədir. Vikoya görə, biz yalnız özümüzün yaratdıqları barədə aydın və etibarlı biliyə malik ola bilərik . Viko hər şeydən öncə cəmiyyəti və tarixi və həmçinin də cəmiyyəti konstruksiya edən bütün institutları və qanunları (ordinances) nəzərdə tutmuşdur. İnsan tərəfindən yaradılan Tanrı tərəfindən yaradılandan, yəni təbiətdən kəskin surətdə fərqlənir. Belə ki, təbiət insanlar tərəfindən deyil, Tanrı tərəfindən yaradılmışdır, onda onu yalnız Tanrı tamamilə və sona qədər anlamaq iqtidarındadır. Biz təbii prosesləri təsvir edə və aydınlaşdıra bilərik ki, fiziki hadisələr eksperimental situasiyalarda özlərini necə aparırlar, amma heç bir zaman o barədə bilik ala bilmərik ki, təbiət özünü başqa cür deyil, nə üçün məhz belə aparır. İnsanlar təbiəti yalnız "kənardan", "müşahidəçi mövqeyindən" dərk edə bilərlər.
Con Dikon
Con Riçard Dikon (19 avqust 1951, Lester) — Rok qrupu Queenin üzvü. Con Dikon dərsləri ilə maraqlanmasına baxmayaraq musiqini də çox sevirdi. On dörd yaşında ilk qrupu olan Opposition'da iştirak etmişdir. 1971-ci ilin fevralında Freddi Merkyuri, Brayan Mey və Rocer Teylor ilə birlikdə Queen qrupunu qurmuşdur.
Dinko Şimunoviç
Dinko Şimunoviç (d. 1873, Knin — ö.1933, Zaqreb) — xorvat yazıçı. == Həyatı == Knində anadan olub. Təxminən 20 il Dalmatin Zaqoryesinə yaşayır və orada məktəb müəllimi kimi işləyir. 1927-ci ildə təqaüdə çıxmış, 1929-cu ildə Zaqrebə gəlmiş və 1933-cü ildə orada vəfat etmişdir. == Yaradıcılığı == Şimunoviç bir neçə hekayələr kitabı, çoxlu sayda oçerk və felyetonlar və iki roman qələmə almışdır. Əsərləri yaşadığı və işlədiyi ərazinin insanlarının həyatına həsr olunub. Müasir şəhər həyatının obrazının qəbul edilməzliyini vurğulayan yazıçı ziyalıların taleyini, kənd sakinlərinin bir çox şeylərdən məhrum edildiyini işıqlandırmaqla cəmiyyətin və təbiətin patriarxal tərzini poetikləşdirirdi. Tədqiqatçılar Dinko Şimunoviçi XX əsr ən tanınmış xorvat novellaçılarından biri adlandırırlar.
Dino Bussati
Dino Bussati (it. Dino Buzzati Traverso, Dino Bursati Traverso; 16 oktyabr 1906, San-Pelleqrino di Belluno, Veneto — 28 yanvar 1972, Milan) — İtaliya yazıçısı, jurnalisti, rəssamı. == Həyatı == Dino Butsati 1906-cı ildə Belluno kommunasının San-Pelleqrino məhəlləsində dünyaya gəlib. Milanda təhsil alıb hüquq diplomuna yiyələnir, 22 yaşında ən nüfuzlu İtalyan qəzetində - Milanın “Korryere della Sera” qəzetində işə düzəlir. 30-cu illərin əvvəllərində Butsatinin “kafkasayağı” tərzdə qələmə aldığı ilk romanları meydana gəlir. İkinci dünya müharibəsi illərində İtaliya Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində Afrikada jurnalist kimi fəaliyyət göstərir. 1943-cü ilin sentyabrında Milana qayıdır və qəzetdə redaktor işləyir. Dino Butsatinin “Sevgi” romanı 1963-cü ildə işıq üzü görür. Daha çox romançı və dramaturq kimi nüfuz qazanmışdır. Butsati nəsri fantastikaya meyil edir, bu mənada onu çox zaman Edqar Allan Po və Frans Kafka ilə müqayisə edirlər.
Dino Butsati
Dino Bussati (it. Dino Buzzati Traverso, Dino Bursati Traverso; 16 oktyabr 1906, San-Pelleqrino di Belluno, Veneto — 28 yanvar 1972, Milan) — İtaliya yazıçısı, jurnalisti, rəssamı. == Həyatı == Dino Butsati 1906-cı ildə Belluno kommunasının San-Pelleqrino məhəlləsində dünyaya gəlib. Milanda təhsil alıb hüquq diplomuna yiyələnir, 22 yaşında ən nüfuzlu İtalyan qəzetində - Milanın “Korryere della Sera” qəzetində işə düzəlir. 30-cu illərin əvvəllərində Butsatinin “kafkasayağı” tərzdə qələmə aldığı ilk romanları meydana gəlir. İkinci dünya müharibəsi illərində İtaliya Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində Afrikada jurnalist kimi fəaliyyət göstərir. 1943-cü ilin sentyabrında Milana qayıdır və qəzetdə redaktor işləyir. Dino Butsatinin “Sevgi” romanı 1963-cü ildə işıq üzü görür. Daha çox romançı və dramaturq kimi nüfuz qazanmışdır. Butsati nəsri fantastikaya meyil edir, bu mənada onu çox zaman Edqar Allan Po və Frans Kafka ilə müqayisə edirlər.
Dino Jelusic
Dino Jelusic (4 İyun 1992) - Xorvatiya müğənnisi. İlk dəfə keçirilən Avroviziya Uşaq Mahnı Müsabiqəsində Xorvatiyanı "Ti si moja prva ljubav" mahnısı ilə təmsil etmiş qalibi olmuşdur.
Dino Merlin
Dino Merlin (12 sentyabr 1962) — Bosniya və Herseqovina müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Bosniya və Herseqovinanın təmsilçisi. == Həyatı == 12 sentyabr 1962-ci ildə anadan olmuşdur.
Dino Qrandi
Dino Qrandi ingiliscə oxunuş: "Dino Grandi " (4 iyun 1895 – 21 may 1988, Boloniya, İtaliya), 1-ci Konte di Mordano, İtalyan faşist siyasətçisi, ədliyyə naziri, xarici işlər naziri və parlamentin prezidenti idi. Hüquqşünas kimi təhsil alan Qrandi Birinci Dünya Müharibəsində (1914-18) vuruşdu, bundan sonra faşist eskadristilərinə (kənddə terror törədən silahlı dəstələrə) qoşuldu. Faşistlərin milli konqresində (7 noyabr 1921) Qrandi Benito Mussoliniyə uduzaraq, liderlik üçün uğursuz bir təklif etdi. Qrandi Mussolinini hökumətin başçısı təyin edən Romaya yürüşdə iştirak etdi (1922-ci il oktyabr). 1924-cü ildə daxili işlər nazirinin müavini təyin edildi, 1929-cu ilin sentyabrında isə xarici işlər nazirliyinin rəisi oldu. Böyük Britaniyada səfir təyin edildi (iyul 1932) və İtaliyaya ədliyyə naziri və Fasces və Korporasiyalar Palatasının prezidenti olmaq üçün geri çağırılmadan əvvəl İngiltərə-İtaliya müqaviləsi (1938) bağladı. O, İtaliyanın İkinci Dünya Müharibəsində iştirakına qarşı idi. Qrandi 1943-cü ilin fevralında Nazirlər Kabinetində əvəz olundu, lakin Faşizm Böyük Şurasının sədri olaraq qaldı. Məhz 1943-cü il iyulun 24-dən 25-nə keçən gecə bu qurumun iclasında Qrandi Mussoliniyə hücum etdi və ona etimadsızlıq təklifi irəli sürdü; Şuranın bu qətnaməni qəbul etməsi Mussolinini faktiki olaraq devirdi. Tezliklə Qrandi Lissabona qaçdı və 1944-cü ildə Veronadakı faşist tribunalı tərəfindən qiyabi ölümə məhkum edildi.
Disko adası
Disko adası və ya Kekettarsuak (qren. Qeqertarsuaq, dan. Disko øer) — tərçümədə Böyük ada mənasını verirdi. Qrenlandiyanın qərbində Baffin dənizi akvatoriyasında yerləşir. Ada Danimarkaya məxsusdur. == Ümumi məlumat == Ada özlüyündə bazal düzənlikdən ibarətdir. Bir hissəsi isə buzlaqlarla örtülüdür. Adanın sahəsi — 8578 km²}} təşkil edir və bu göstərici ilə Adaların dünyada sahəsinə görə sıralamasında 85-ci yeri tutur. Maksimal eni — 160, orta dünsürlük — 975 metr, ən hündür nöqtəsi — 1919 metr təşkil edir. Əhalisi — 1100 nəfərdir (2005).
Il Divo
Il Divo - pop və digər janrları ilə opera və klassik musiqi birləşdirən bir musiqi qrupu, qrup kişi müğənnilər vokal kvartet ibarətdir clásico.1 beynəlxalq krossover kimi tanınan stili: Swiss Urs Büler, İspan Karlos Marin, Amerika Devid Miller və fransız Sebastyen İzambar. == Tarix == Saymon Il Divo qrupu üçün 2001-ci ildən 2003-cü ilin dekabrına kimi dünyada gənc müğənnilər arasında seçimlər keçirdi. İki ildən sonra, son olaraq amerikalı tenor David Millerlə müqavilə bağlandıqdan sonra seçimlər dayandırıldı və beləliklə, dörd kişi müğənnidən ibarət Il Divo qrupu yaranmışdır. Qrup ispan, italyan, ingilis, fransız və latın dillərində mahnılar oxuyur. ABŞ, Avstraliya və Avropada altı aylıq turlarını tamamladıqdan sonra 2006-ci Barbra Streyzandın Şimali Amerika turunda baş tutan iyirmi konsertin hamısında onun xüsusi qonaqları kimi çıxış etdilər. 20 dekabr 2011-ci ildə Paraqvayda baş tutmuş konsertdə 33 min 900 tamaşaçı vardı, bu nəticə onların ən böyük tamaşaçı yığını olan konserti idi.
Kiko Kasilla
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Kiko Kasilya
Kiko Kasiliya İspaniyalı Futbolçu . Kiko Kasiliya La Liqada "Real Madrid"də oynayır . Kiko Kasiliya 2 oktyabr 1986-cı ildə İsbaniyanın Alkover şəhərində Doğulub. "Real Madrid"in ehtiyat qapıçısıdır. 2015-ci ildən bu komandanın ərəfini qoruyur. İndiyə qədər bu klubda 15 oyun keçirib.
Kiko Mizuhara
Kiko Mizuhara (yap. 水原 希子; 15 oktyabr, 1990, Dallas) — yaponiyalı fotomodel və aktrisa. ViVi və Seventeen glamur moda jurnallarının eksklüziv modelidir. == Həyatı və yaradıcılığı == Kiko Dallasda (Texas ştatı) anadan olmuşdur. Onun anası koreya əsilli Yaponiya vətəndaşıdır, atası isə amerikalıdır. Ashley (Yuka) adlı kiçik bacısı var. Kikonun 1 yaşı olanda o valideynləri ilə Tokioya, sonradan isə Kobeyə köçür. 2003-cü ildə, Kikonun 13 yaşı olanda valideynləri boşanır. Atası ABŞ-yə qayıdır, Kiko isə anası ilə Kobe də qalır. == Karyera == 2001-ci ildə Kikonun model karyerası başlayır.
Kiko Yokota
Kiko Yokota (d. 11 may 1997) — Yaponiyanı təmsil edən bədii gimnast. Kiko Yokota 2016-cı ildə Yaponiyanı Olimpiya Oyunlarında təmsil etdi. Yokota həmdə 2015-ci ilin Dünya Çempionatının bürünc medalını qazanıb. == Karyerası == Kiko Yokota 2016-cı ildə Yaponiya bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Airi Hatakeyama, Rie Matsubara, Sakura Noşitani və Sayuri Sugimoto ilə birgə final yarışlarında 34.200 xal topladı və 8-ci yeri tutdu.
Mayo Doko
Mayo Doko (d. 3 may 1996) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Metaseiulus eiko
Metaseiulus eiko (lat. Metaseiulus eiko) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin metaseiulus cinsinə aid heyvan növü.
Miko Halyas
Miko Halyas — Estoniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2012-ci ildən)
Otto Diks
Vilhelm Henrix Otto Diks (alm. Wilhelm Heinrich Otto Dix‎; 2 dekabr 1891[…] – 25 iyul 1969[…]) — Alman rəssamı və estampçısı. == Haqqında == === Erkən həyatı və təhsili === Otto Diks Almaniyanın indiki Gera şəhərinin bir hissəsi olan Untermhaus şəhərində anadan olmuşdur. Franz and Luiz Diksin ən böyük oğlu olmuşdur. Dəmir tökmə sənətində işləyərkən şeir yazmağa başlamışdır. Rəssam olan Fritz Amannın əmisi oğlunun studiyasında keçirdiyi saatlar gənc Otto-nun bir sənətkar olma ehtirasının formalaşmasında həlledici idi. İlk ibtidai sinif müəllimindəndə əlavə təşviq almışdır. 1906 və 1910-cu illər arasında rəssam Karl Şenffə şagirdlik etdiyi zaman ilk şəkillərini çəkməyə başladı. 1910-cu ildə Drezdendəki Kunstgewerbeschule-ə girdi, Drezden Gözəl Sənətlər Akademiyasında, Riçard Qur onun müəllimləri arasında idi. O dövrdə məktəb gözəl incəsənət üçün deyil, əksinə, tətbiqi sənət və sənətkarlığa həsr olunmuş bir akademiya idi.Diksin əsərlərinin əksəriyyəti daha sonra ekspresyonizmə keçdikləri stilizə edilmiş bir realizmdə görülən landşaft və portretlərə yoğunlaşıb.