1. sif. Aşağıdan yuxarıya doğru şaquli (düz) vəziyyətdə duran. Dik ağac. Dik nərdivan. Dik divar.
2. sif. Çox yüksək, uca, hündür; sarp.
3. zərf Aşağıdan yuxarıya; dikinə, əmudi. Dik çıxmaq. Ağacı dik qoy.
□ Dik atılmaq (qalxmaq, durmaq) – qorxu və ya başqa bir səbəb üzündən hövlnak ayağa qalxmaq, yerindən sıçramaq.
Dik durmaq – belini əymədən düz durmaq.
4. İs. mənasında. Təpə, hündür yer, yoxuşluq, təpəlik. Dikə çıxmaq. Dikdən enmək.
5. sif. Düz, tam.
◊ Dik baxmaq – 1) gözlərini birinin gözlərinə dikərək diqqətlə baxmaq, gərgin bir baxışla baxmaq;
2) qürurla, cəsarətlə baxmaq.
Gözünün içinə, yaxud gözünə dik baxa bilməmək – birinin yanında qüsuru, günahı olmaq, xəcalətli olmaq, xəcalət çəkmək.
Gözünün içinə, yaxud üzünə dik baxmaq məc. – birinin yanında heç bir qüsuru, günahı, utanılacaq işi olmadığına görə özünü onun yanında tam sərbəst hiss etmək;