Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Davil
Davil - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 184 nəfər yaşayır (39 ailə).
Dağlı
Dağlı (Quba) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd Dağlı (Zaqatala) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Dağlı (Türkiyə) — Türkiyədə kənd.
Nağıl
Nağıl — şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və ən çox yayılmış janrıdır. Nağıllar xalq nağılları və müəllif nağılları olmaqla iki qrupa bölünür. Müəllif nağıllarından fərqli olaraq xalq nağıllarının yazıldığı tarix və müəllifi bəlli olmur. Nağıllarda xalqın həyatı və məişəti, dünyagörüşü və inancları, arzu və xəyalları əks olunur. Nağıllar əsasən, qaravəlli adlandırılan girişlə başlayır. Bu girişlər nağılın məzmunu ilə bağlı olmur. Məsələn, "Hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik eylər köhnə hamam içində, hamamçının tası yox, baltaçının baltası yox, orda bir tazı gördüm, onun da xaltası yox. Nağıl-mağıl bilmərəm, bilsəm də söyləmərəm, xandan gəlmiş nökərəm, dinmə böyrünü sökərəm" Nağılın əvvəlində "Biri vardı, biri yox", sonunda isə "Göydən üç alma düşdü: biri mənim, biri özümün, biri də nağıl deyənin" sözləri işlənir. Başlanğıcda və sonluqda verilən həmin epik formullarla yanaşı qəhrəmanlarla, hadisələrlə bağlı formullardan da istifadə olunur. Məsələn, "Qız nə qız, görən bunun camalına heyrandı, qaş qara, gözlər sürməyi, boyu sərv…", "dərələrdən sel kimi, təpələrdən yel kimi, badi-sərsər kimi", "Dağların dabanıynan, yolların qırağıynan, ayaq üzəngidə, diz qabırğada…" və s.
Vagil
Vagil — Rusiyada çay, Sverdlovsk vilayəti ərazisində axır. Çayın mənbəsi Tavda çayının sol sahilindən 650 kilometr məsafədədir. Çayın uzunluğu — 117 kilometr, üst sahəsi — 3830 km²-dir. Ресурсы поверхностных вод СССР: Гидрологическая изученность. Т. 11. Средний Урал и Приуралье. Вып. 2. Тобол/ Под ред. В. В. Николаенко.
Aqil
Aqil — kişi adı. Aqil Məcidov — Aqil Məlikov — Aqil Məmmədov Aqil Məmmədov (hərbçi) — Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. Aqil Məmmədov (siyasətçi) — deputat, sabiq icra başçısı. Aqil Məmmədov (futbolçu, 1972) — Azərbaycan futbolçusu. Aqil Məmmədov (futbolçu, 1989) — Azərbaycan futbolçusu. Aqil Abbas — Aqil Musayev — Aqil Həsənov — Aqil Salyayev — Aqil Mirzəliyev — Aqil Quliyev Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi iştirakçısı. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. Aqil M. Quliyev — Azərbaycan aktyoru, rejissoru, ssenari müəllifi və klipmeykeri.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Abay Dağlı
Abay Dağlı və ya Cəmil Ağayev (1906, Şuşa – 1975) — azərbaycanlı mühacir şair, dramaturq, publisist. == Həyatı == Cəmil İbrahim oğlu Ağayev 1906-cı il yanvarın 27-də Şuşa şəhərində anadan olub. İlk təhsilini Şuşa real məktəbində alıb. 1925–1927-ci illərdə pioner təşkilatçısı vəzifəsində çalışıb, 1927–1929-cu illərdə isə Azərbaycan Mərkəzi Partiya Məktəbinin müdavimi olub. 1929–1932-ci illərdə Şəmkir rayonunun Zəyəm və Anino kənd məktəblərində müəllimlik edib. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Filologiya fakültəsinə daxil olub. 1936-cı ildə buranı bitirdikdən sonra təyinatla Nuxaya göndərilib və burada 1940-cı ilin fevralına qədər Stalin adına pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi fəaliyyət göstərib. Nuxada fəaliyyət göstərdiyi müddətdə "Gənc işçi", "Kommunist", "Gənc pedaqoq" qəzetlərində müxtəlif yazılarla çıxış edir. 1940-cı ildə Bakıya gəlib və burada N. Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kiçik elmi işçi kimi işləməyə başlayıb. 1941-ci il avqustun 15-də ixtisara düşüb və həmin il oktyabrın 25-dən Sumqayıt rayonunda 94 saylı orta məktəbdə dil-ədəbiyyat müəllimi kimi işləyib.
Danil Ankudinov
Danil Ankudinov (qaz. Данил Анкудинов; 31 iyul 2003, Karaqanda) — Qazaxıstan futbolçusu, Moldova Milli Diviziyasında çıxış edən "Şerif" FK-nın hücumçusu. == Karyera == Danil Ankudinov gənc oyunçu kimi İspaniyanın Marset Futbol Akademiyasına qoşulmuşdur. O, 2021-ci ildə Rusiyanın dördüncü dərəcəli çempionatında çıxış edən "Rodina-2" ilə müqavilə imzalamışdır. Ankudinov 2021–22 mövsümünün ikinci yarısından əvvəl Moldovanın "Şerif" klubu ilə müqavilə imzalamışdır. == İstinadlar == == Xarici keçidlər == Danil Ankudinov — "FootballFacts.ru" saytında.
Danil Qalitski
Danil Romanoviç Qalitski (ukr. Данило I Галицький) (1201-1264) — Qalitsiya-Volın knyazı. == Həyatı == 1259-cu ildə monqol-tatar basqınlarından sonra Qaliç-Volın knyazı Danil Qalitski dağıdılmış şəhərləri, qalaları bərpa etmək məqsədilə alman sənətkarlarını, memarlarını, ticarət adamlarını knyazlığa dəvət etdi. Əcnəbi mühacirləri cəlb etmək məqsədilə o, Maqdeburq şəhər hüququna müvafiq olaraq, onlara yerli idarəetmə, məhkəmə sistemində azadlıqlar vermiş, sosial-iqtisadi sahədə bir sıra imtiyazlar bağışlamışdı. Knyaz Danil Qalitskinin apardığı siyasət təcrübəli alman sənətkarlarının, inşaatçılarının, tacirlərinin fəal şəkildə Qərbi Ukraynada məskunlaşması ilə nəticələndi. Knyaz Vladimir Vasilkoviçin dəfn mərasimini təsvir edən Qaliç-Volın salnaməsinin müəllifi yazırdı: «Onun tabutu üstündə bütün vladimirlilər - kişilər, qadınlar və uşaqlar; almanlar, surojlular və novqorodlular» ağlayırdılar. == İstinadlar == == Xarici keçidlər == Генеалогия Михайло Грушевський. ХРОНОЛОГІЯ ПОДІЙ ГАЛИЦЬКО-ВОЛИНСЬКОГО ЛІТОПИСУ Довідник з історії України. За ред. І.Підкови та Р.Шуста.- К.: Генеза, 1993.
Danil Quliyev
Quliyev Danil Piri oğlu (17 sentyabr 1923, Əmircan, Bakı qəzası – 2001, Düsseldorf) — Bakı Ali Partiya Məktəbinin rektoru, Azərbaycan SSR ali və orta ixtisas təhsili naziri (1970–1971), Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Həyatı == Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1941-ci ilin avqustunda sovet ordusu sıralarına çağırılıb. Bakı Hərbi Piyada Məktəbinə daxil olan Danil Quliyev hərbi texnikanın sirlərini mənimsəyib. Hərbi məktəbi bitirib leytenant rütbəsi ilə 416-cı diviziyanın tərkibində tankvuran taqımın komandiri kimi döyüşlərə başlayıb, 402-ci, 216-cı diviziyaların tərkibində 1946-cı ilə kimi ordu sıralarında olub. O, "Qafqazın müdafiəsinə görə", "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalları, "Qırmızı Bayraq" ordeni və digər döyüş medalları ilə təltif olunub.
Dağlı (Quba)
Dağlı — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dağlı-Qələdüz bələdiyyəsinin tərkibindədir. == Tarixi == Dağlı kəndi Qubanın yeni, müasir, şəhər mərkəzinə ən yaxın kəndlərindən sayılır. Yerli sakinlər hər hansı xüsusi nəqliyyat vasitəsindən istifadə etmədən, 10-12 dəqiqəyə şəhərin mərkəzinə çox rahatlıqla çata bilirlər. Kənd müasir dövrdə salınsa da, yaxın, ətraf ərazilərdə yaşayış məskənlərinin tarixi azı 5000 il əvvələ gedib çıxır. Dağlı kəndi Quba şəhəri, Qırmızı Qəsəbə, Mirzəməmmədkənd, Qələdüz, Digah, Alpan kəndləri hüdudlarında yerləşir. Kəndin bir hissəsi Qudyal çayı sahilindəki qayalıq üzərində yerləşdiyindən nisbi sürüşmə zonası sayılır. Burada xüsusən Qudyal çayının orta axarında sahil zolağının bərkidilməsinə ehtiyac duyulur. Çayda su axını elə güclü olmadığından bunu həm betonlama, həm də sahil boyunca ağac zolağının salınması vasitəsilə həyata keçirmək mümkündür. Kənd Dağlı-Qələdüz bələdiyyəsinə daxildir.
Dağlı (Zaqatala)
Dağlı (əvvəlki adı:Əli Bayramlı) — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd; Dağlı bələdiyyəsinin mərkəzi. Əzgilli, Qalal və Qarqay, Qass kəndləri ilə birlikdə Dağlı bələdiyyəsinin tərkibindədir. == Tarixi == 29 may 2015-ci ildə Əli Bayramlı kənd inzibati ərazi dairəsi tərkibindəki Əli Bayramlı kəndi Dağlı kəndi adlandırılmış və Əli Bayramlı kənd inzibati ərazi dairəsi Dağlı kənd inzibati ərazi dairəsi hesab edilmişdir. == Coğrafiyası və iqlimi == Kənd Gürcüstanla sərhəddə yerləşir. Ərazisinin tam hissəsi düzən ərazidə yerləşir. Qismən düzən meşəliklə əhatə olunub. Yay aylarında havanın temperaturu 40–50 C-ə qədər artır. == Əhalisi == Əhalisi 3001 nəfərdir (2012) Kənd əhalisini əsasən saxurlar və digər millətlər təşkil edir. Əhalisinin əsas məşğuliyyəti maldarlıq və taxılçılıqdır. Bundan başqa arıçılıq və tütünçülük sahələri də qismən inkişaf edib.
Dağlı Cavanşir
Cavanşir Əmirşah oğlu Ağayev (18 dekabr 1967, Bakı – 22 mart 1995, Bakı) — kriminal avtoritet, qanuni oğru. == Həyatı == Cavanşir Ağayev 18 dekabr 1967-ci ildə Bakıda anadan olmuşdur. Əslən Xızıdan olduğuna görə kriminal çevrələrdə "Dağlı Cavanşir" kimi tanınmışdır. Yasamalda 21 saylı orta məktəbdə təhsil almışdır. Cavanşir Ağayev 1978-ci ilin aprel ayında ilk məhkumluğunu yaşayıb, 6 il müddətində azadlıqdan məhrum edilib. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki uşaq islah əmək müəssisəsində, həddi-buluğa çatandan sonra isə ciddi rejimli kolonda çəkib. İkinci dəfə 1985-ci ildə həbs olunub. Üzərindən Makarov və APS tapançaları tapılıb. Cavanşir Ağayev 22 mart 1995-ci ildə Bakıda Yasamal ərazisində MTN əməkdaşları ilə atışma zamanı güllə yarasından həlak olub. Atışma zamanı Cavanşirə silahı yerə qoyub təslim olmaq əmri verilsədə onun cavabı belə olur: Mən son axan damla qanımacan siz Mentlərlə vuruşacam.
Nijni Tagil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Nijniy Taqil
Nijniy Taqil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Raqil İsmayılov
Rəşad Dağlı
Rəşad Dağlı (Rəşad Vaqif oğlu Əmirov; 21 aprel 1984, Oktyabr rayonu) — azərbaycanlı meyxanaçı. Rəşad Dağlı 1984-cü il aprelin 21-də Azərbaycanın Bakı şəhərinin Yasamal rayonunda anadan olub. Ustadı Nizami Rəmzi olub. O, 2001-ci və 2011-ci ildə Azərbaycan telekanallarında yayımlanan "De gəlsin" meyxana yarışmasında iştirak edib və populyarlıq qazanıb. 2010-cu ildə Nailə Süleymanzadə ilə ailə qurub. Onun bu cütlükdən Yusif adlı oğlu və Bətül adlı qızı var. 2019-cu ilin avqust ayında Nailə Süleymanzadə Xətai Rayon Məhkəməsinə verdiyi ərizədə Rəşad Dağlıdan ailədaxili münaqişələrdən bezdiyi üçün boşanmaq istədiyini bildirərək, bununla bağlı məhkəməyə müraciət edib. 2015-ci ildə ANS TV-də yayımlanan "Maşın Şou" realiti verilişində iştirak edib. 2016-cı ilin iyun ayında Rəşad Dağlı Bakı-Qaza yolunun Hacıqabul şəhəri ərazisində baş verən yol qəzasında xəsarət alıb. Onun idarə etdiyi, Pərviz Bülbüləyə məxsus olan"Toyota Prado" markalı 10 KC 011 dövlət nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.
Seyfəddin Dağlı
Abbasov Seyfəddin Əliağa oğlu (Seyfəddin Dağlı) (27 avqust 1921, Xızı, Quba qəzası – 18 yanvar 1983) — Azərbaycan yazıçısı, şair, dramaturq, jurnalist. Seyfəddin Dağlı 1921-ci avqustun 27-də Xızıda doğulub. Bir müddət "Kommunist" və "Ordu" qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Radio Komitəsində baş redaktor (1956–1959), sonra Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət "Kirpi" jurnalının baş redaktoru olub. "Azərbaycanfilm" kinostudiyasında ssenari redkollegiyasının üzvü, "Yazıçı" nəşriyyatında redaktor vəzifəsində çalışıb. 1948-ci ildə "Dəniz kəşfiyyatçısı" adlı kitabı nəşr edilib. "Adı sənin, dadı mənim", "Aydınlığa doğru", "Mənziliniz mübarək", "Təzə gəlin", "Kölgələr pıçıldaşır" pyesləri, "Bahar oğlu", "Məşəl", "Kəcil qapısı", "Sabiqlər" və sair kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. Yazıçı Seyfəddin Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib. Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı — 26.08.1981 Onun bəlalı sevgisi (film, 1980) Qayınana (film, 1978) Adı sənin, dadı mənim (film, 1980) (tammetrajlı televiziya tamaşası) (Aztv) Gecəniz xeyrə qalsın (film, 1977) Kommunist (film, 1969) Solmaz bir bahar kimi (film, 1979) Bakı şəhərinin Yasamal rayonunda adına küçə var.
Taqil burnu
Taqil burnu (ukr. Такиль, krımtat. Taqıl, Такъыл) — Kerç yarımadasının cənub-şərq qutaracağı. Öz növbəsində bir platodur və çölə dağru yüksəklik azalır. Onun mərkəzi hissəsində hündür qayalar vardır. Mütəxəsislərin fikirinə görə sarmat dövrünün əhəngdaşı süxürlarından təşkil olunmuşdur. 1772-ci ildə burun yaxınlığında Osmanlı ordusu ilə Rusiya imperiyasının ordusu arasında dəniz döyüşü baş vermişdir. Döyüş nəticəsində türklər bior necə iri gəmilərini itirmişdir. 1832-ci ildə burunda yerləşən yüksəklikdə Taqil mayakı inşa edilmişdir. Mayak Kerç boğazına cənubdan nəzarəty etməyə imkan verir.
Verxniy Taqil
Verxniy Taqil (rus. Ве́рхний Таги́л) — Rusiya Federasiyasının Sverdlovsk vilayətində şəhər.
Yan Bagil
Yan Bagil (slovak. Ján Bahýľ; 25 may 1856 — 3 mart 1916) — Slovakiya ixtiraçısı və mühəndis. O, hərb elmində, hərbi qurulmada və mühəndislikdə ixtisaslaşmış və bu sahədə çalışmışdır. Onun xüsusi marağı uçuş aparatlarına idi. 1895-ci ildə Bagil vertolyotun patentini almışdır. Yan Bagil Avstriya imperiyası, Macarıstan krallığının Zvolensk-Slatina rayonunda anadan olmuşdur. 1869-cu ildə o Bansko-Ştyavnitsada dağlıq akademiyasını bitirmiş və texniki rəsm çəkmə üzrə diplom almışdır. Bundan sonra Bagil Macarıstanın Silahlı Qüvvələrində hərbi xidmətə daxil olmuşdur. Onun texniki qabiliyyətləri böyük zabitlər tərəfindən izlənilirdi. Bundan sonra onu texnik vəzifəsinə gətirdilər.
Əlihüseyn Dağlı
Həmidov Əlihüseyn Həmid oğlu (Əlihüseyn Dağlı) (1898, Xızı, Quba qəzası – 28 yanvar 1981) — Mikayıl Müşfiqin dayısı oğlu Əlihüseyn Dağlı 1898-ci ildə Xızıda kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından ailəsi ilə Bakıya köçürlər. Atası Həmid kişi qəbirstanlıqda qəbir daşları hörməklə məşğul olur. Anası Göhər xanım qatı dindar idi. Əlihüseyn rus-tatar məktəbində 3 sinifi bitirib. Ailə vəziyyəti ağır olduğundan şəhər məktəbində də yalnız 3 sinif bitirir və 1917-ci ildən Bakı şəhər dəmiryol idarəsində, son vaxtlar isə dəmiryolunda konduktor (nəzarətçi) işləyir. Həmin illərdə sol-eser partiyasına daxil olur. 1918-ci ildə tif xəstəliyinə tutulur. Sağalandan sonra Müsavat ordusunda sıravi əsgər kimi qulluq edir. ÜİK(b) partiyasının üzvi olmağa can atır.
Dağlı Yunus
Yunis Dağlı və ya tam və rəsmi adı ilə Yunus Əbdülcavad oğlu İsmayılov — azərbaycanlı şair-qəzəlxan. Yunus İsmayılov "Dağlı" təxəllüsü ilə əsasən Azərbaycanca, həmçinin rus və tatca şeirlər, əsasən qəzəllər yazıb. Sürgün edilən vaxt Yunis təzə yazmağa başlayan həvəskar şair idi. On bir il həbs və sürgündən sonra Azərbaycana qayıdır. Şeirləri indi də Xızıda və Bakıətrafı kəndlərdə dillər əzbəridir. == Həyatı == Əslən Xızıdan İsmayılzadələrdəndir. 1922-ci ildə Bakıda Dağlı məhəlləsində doğulub. Atası Əbdülcavad Molla İsmayıl oğlu bənna işləyib. İlk təhsilini Bakıda, Çəmbərəkənddəki II şura məktəbində almışdır. Məktəbdə qabiliyyəti, biliyi və hazırcavablığı ilə seçilən şagirdlərdən olub.
Yunis Dağlı
Yunis Dağlı və ya tam və rəsmi adı ilə Yunus Əbdülcavad oğlu İsmayılov — azərbaycanlı şair-qəzəlxan. Yunus İsmayılov "Dağlı" təxəllüsü ilə əsasən Azərbaycanca, həmçinin rus və tatca şeirlər, əsasən qəzəllər yazıb. Sürgün edilən vaxt Yunis təzə yazmağa başlayan həvəskar şair idi. On bir il həbs və sürgündən sonra Azərbaycana qayıdır. Şeirləri indi də Xızıda və Bakıətrafı kəndlərdə dillər əzbəridir. Əslən Xızıdan İsmayılzadələrdəndir. 1922-ci ildə Bakıda Dağlı məhəlləsində doğulub. Atası Əbdülcavad Molla İsmayıl oğlu bənna işləyib. İlk təhsilini Bakıda, Çəmbərəkənddəki II şura məktəbində almışdır. Məktəbdə qabiliyyəti, biliyi və hazırcavablığı ilə seçilən şagirdlərdən olub.
Çağıl (Cizrə)
Çağıl — Türkiyənin Şırnak vilayətinin Cizrə rayonunda kənd. == Tarix == Kənd uzun müddət eyni addadır.