Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Canavar
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Bəzi mənbələrə görə, qədim Türk xalqı, canavardan qorxduğu üçün, onun adını (Börü) çəkmək istəmirdilər. Bunun uğursuzluq gətirildiyinə inanırdılar. Bu səbəblə, ona kiçik bir həşəratın, soğulcanın adını — qurd adını qoydular. Beləcə, qorxusuz şəkildə onun adını səsləndirə bilirdilər.
Anamur
Anamur (türk. Anamur) — Mersin ilinin ilçəsi.
Adi canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Boz canavar
Adi canavar (lat. Canis lupus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. Bədənin uzuqluğu 100–140 santimetr, quyruğun 30–50 santimetr, hündürlüyü 80–100 santimetr. Çəkisi 30–80 kiloqram. Başı və sifəti uzunsovdur, dişləri iti, böyük qılıqcıqlıdır. Qulaqları dik və sivridir. Çox itil iybilmə qabiliyyəti vardır, onlar 1,5 kilometr məsafədən iyi hiss edə bilirlər. Tükü boz, qışda yaya nisəbətən daha qalın olur. Erkək canavar dişidən iridir. Azərbaycanın bütün ərazisi boyu canavarların yaşayış məskənləri vardır.
Canavar-adam
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə, bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Canavar (bürc)
Canavar lat. Lupus — göyün cənub yarımkürəsində bürc.
Canavar adam
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə, bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Kürən canavar
Kürən canavar (lat. Canis lupus rufus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinin adi canavar növünə aid heyvan yarımnövü.
Qırmızı canavar
Qırmızı canavar, Dağ canavarı, Himalay canavarı və Buanzu (lat. Cuon alpinus) — Yırtıcılar dəstəsinə, Köpəkkimilər fəsiləsinə daxil olan məməli heyvan növü. Cuon cinsinin yeganə nümayəndədi. Nadir nəsli kəsilmək təhlükəsi altında olan növdür. == Xarici görünüş == Yetkin qırmızı canavarın bədən uzunluğu 55–110 sm, quyruğu 45–50 sm, kütləsi 17–21 kq təşkil edir. Görünüşü bir canavar, tülkü və çaqqalın xüsusiyyətlərini özündə birləşdirir. Adi canavardan (Canis lupus) rəngi, sıx olan xəzi və uzun quyruğu ilə fərqlənir. Quyruğu demək olar ki, yerə çatır. Qısa, uclu bir ağız xarakterikdir. Qulaqlar iri və dikdir.
Vanatur göytikanı
Şarl Aznavur
Şarl Aznavur (erm. Շառլ Ազնավուր; fr. Charles Aznavour; 22 may 1924[…], VI arondisman (Paris) – 1 oktyabr 2018[…], Muryes[…]) — erməni əsilli fransız musiqiçi, aktyor və diplomat. Aznavur daha çox tenor səsi ilə məşhurluq qazanmışdır. Pop, caz və şanson janrlarında ifa etmişdir. Musiqiçi tərəfindən 1.200 dən çox mahnı yazılıb və bu mahnılar səkkiz ayrı dildə ifa olunub. Yazılan və ifa edilən mahnıların günümüzə qədər 180 milyon nüsxə satıldığı bildirilir. Şarl Aznavur Fransanın ən məşhur müğənnilərindən biri hesab olunur. Gənclik illərində ifasına görə Fransanın Frenk Sinatrası adlandırılmışdır. Musiqi fəaliyyəti ilə yanaşı aktiv humanitar və diplomatik fəaliyyətlə də məşğul olan Şarl Aznavur ermənilərlə bağlı bir çox fəaliyyətin Avropada təşkil olunmsında fəal rol oynayıb.
Vanatur zımbırtikanı
Vanatur zımbırtikanı (lat. Eryngium wanaturi) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin zımbırtikan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısna görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1b (i,ii,iii)+ 2ab (i,ii,iii). Azərbaycanın nadir növüdür. == Arealı == Türkiyənin şərqindən İranın şimal-qərbinə qədər ərazilərdə yayılmışdır. == Sinonimləri == Eryngium woronowii Bordz. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir, boyu 40-50 sm-dir. Kökətrafı yarpaqları çox uzundur, dərivaridir, xətlidir, kənarları bütövdür. Çətirlərinin diametri 10-12 mm-dir, təpədə olan çətirləri 2-3 ədəddir. Sarğı yarpaqcıqları çiçəkdən iki dəfə uzundur və sərtdir.
Canavar balası
Canavar balası — 1997-ci il Azərbaycan istehsalı dram, triller, müharibə janrında film. == Məzmun == Tanrı hər kəsə bir ömür verir. Elə bir ömür ki, həyatının kandarından tutmuş sonuna doğru uzanır. Filmin adı rəmzi xarakter daşıyır. Azərbaycanlı ailəsində böyüyüb boya-başa çatan erməni əsilli Nofəl (İftixar Piriyev) hərbi xidməti zamanı vətənə xəyanət edir, hərb planlarını pul xatirinə ermənilərə satır. Nofəlin erməni olduğunu onu övladlığa götürən ata-anası Nofəlin məhkəməsinə qədər gizli saxlayır. Məhkəmə prosesi zamanı Nofəlin dövlətə, vətənə xəyənət etməsi ortaya çıxanda Nofəlin atalığı Yusif kişi (Həsən Məmmədov) onun erməni olduğunu və uşaq ikən onu meşədən tapıb böyütdüyünü açıqlayır… "Doğru deyiblər ayını, pələngi, meymunu əhilləşdirib tərbiyə etmək olur, ancaq canavarı yox." Bunları Yusif kişi məhkəmədəki son nitqində deyir. == Film haqqında == Filmin çəkilişlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin rəhbərliyi hüquq məsləhətində köməklik göstərmişdir.
Arxalı canavar (roman)
"Arxalı canavar" — Elxan Elatlı tərəfindən yazılmış roman. Roman 2010-cu ildə iyun-sentyabr aylarında qələmə alınmışdır. == Məzmun == Roman bir-birini sevən iki gəncin qısa dialoqu ilə başlayır. Sonda onlar qərarlaşdırırlar ki, Cavid əsgərliyə getməmişdən öncə rayona gedəcək və onlar son dəfə orada görüşəcəklər. Hər şey onların oradakı görüşündən sonra başlayır. Selcanın evdən çıxaraq qayıtmaması və eyni gündə Cavidin dənizdə boğulması bəzi suallar doğurur. Selcanın babası polkovnik Baratov çox sevdiyi nəvəsinin tapılması üçün ən yaxşı agenti Leopardı və cinayət axtarış eksperti Qanbay Qasımlını məsələdən agah edərək xahiş edir ki, qızın adının çox çəkilməməsi şərtilə onun tapılmasına kömək etsinlər. Müəllifin əvvəlki əsərlərindən oxucuların rəğbətini qazanmış qəhrəmanları - Qanbay Qasımlı ilə Leopard ilk və son dəfə görüşürlər. Xəbərdarlığın sonu == Obrazlar == Ələmdar Məlikov və ya Leopard — Məxfi Şöbənin "X" bölməsinin rəisi, mayor, gizli agent. "Döyüş" idman klubunun sahibi.
Vanatur göytikanı (Zımbırtikan)
Janar Duqalova
Canar Asılbəy qızı Duğalova (qaz. Жанар Дұғалова; a.o. 18 yanvar 1987, Qızılorda) — Qazaxıstan pop müğənnisi və aktrisası. 2015-ci ildən Qazaxıstanın əməkdar artistidir. 2014 Türkviziya Mahnı Müsabiqəsinin qalibi olmuşdur. KeşYou qazax qadın pop-qrupunun keçmiş ifaçısı olmuşdur. == Bioqrafiyası == Canar Duğalova 18 yanvar 1987-ci ildə Qazaxıstanın Qızılorda şəhərində anadan olmuşdur. 3 il Tallində yaşamış, sonra isə yenidən vətənə qayıtmışdır. Yaşlı anasının təkidi ilə Canar 5 il pionerlərin yerli Saray estrada studiyasında fəailiyyət göstərmişdir. 6 yaşı olarkən Canar "Ənşi balaban" vilayət vokal müsabiqəsini qalibi olmuşdur.
Canavar balası (film, 1997)
Gecə Canavar-adamı (xüsusi buraxılış)
Gecə Canavar-adamı (ing. Werewolf by Night) — Hezer Kuinn və Piter Kemeron tərəfindən yazılmış ssenari əsasında Maykl Cakkino tərəfindən Disney+ strim-servisi üçün çəkilmiş Marvel Comicsin eyni adlı personajına həsr edilmiş TV xüsusi buraxılışı.
Romul, Rem və dişi canavar
Romul, Rem və dişi canavar (lat. Romulus et Remus) falamand rəssamı Piter Paul Rubens tərəfindən 1666-ci ildə çəkilib. Rubensin yaradıcılığı üçün xarakter olan mifoloji süjet: Faustul (sağda) dişi canavarın əmizdirdiyi Romulu və Remi, həm də ağacdələni tapır. Onların anası Reya Silviya və çay allahı Tiberin yaxınlığındadır. Romalıların ilk çarı Romul (Romulus) və onun qardaşı (Remus) barədə salnamədə rəvayət olunur; Vesta kahinəsi Reya Silviya bir dəfə Mars allahına rast gəlir və bunun da nəticəsində onun bir cüt əkiz oğlu doğulur. Bəkarətini itirən vestalkanı (kahinəni) övladları ilə birlikdə suda batırıb öldürmək əmr olunur. Lakin çay allahı Tibrin Reyaya rəhmi gəlir və onu özünə zövcə edir. Uşaqların olduğu çanağı su ağzına alıb aparır və çanaq sahilə yan alır. Bu zaman su içmək üçün çaya yaxınlaşan dişi canavar uşaqların ağladığını eşidir, taleyin ümidinə atılmış uşaqları mağaraya gətirir və onları öz südü ilə əmizdirir. Onların ilk uşaqlıq günləri mağarada keçir: dişi canavar onlara analıq edir, ağacdələn və çökükburun onlar üçün qida gətirir və uşaqları hər cür bəladan hifz edirlər.
Canavar və yeddi çəpiş (cizgi filmi, 1957)
Canavar və yeddi çəpiş — 1957-ci ildə çəkilmiş sovet cizgi filmi. == Cizgi filmi haqqında == Cizgi filmi rus xalq nağılının motivləri əsasında çəkilmişdir. Cizgi filmi Soyuzmultfilm istehsalıdır. == Maraqlı faktlar == Aktyorların adı, cizgi filmini səsləndirənlər titrlərdə göstərilməyib.