Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yuxarı Jinal dağı
Yuxarı Jinal (kab.-çərk. Жэналыщхьэ) — Mərkəzi Qafqazda, dağətəyi zonada yerləşən dağ. Jinal dağı Kabarda-Balkariya Respublikası ilə Stavropol diyarının sərhəddində yerləşir. Jinal silsiləsinin ən yüksək zirvəsidir. Mütləq ündürlüyü 1542 metrdir. Nisbi hündürlüyü isə 350 metrdir. == Coğrafiyası == Dağ zirvəsi Kabarda-Balkariyanın Zolski rayonu ilə Stavropol diyarının Predqornıy rayonlu arasındadır. Zirvəyə ən yaxın yaşayış məntəqəsi Kislovodsk şəhəri və Kiçmalka kəndidir. Kislovodsk dağdan 14 km şimal-qərbdə, Kiçmalka isə 9 km cənub-şərqdə yerləşir. Dağ kuest relyef forması olub mürəkkəb əhəng daşı və qum daşı süxurlarından təşkil olunub.
Aidjal
Aidjal, Aizaul və ya Aizol (hind. आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir.
Finval
Finval (lat. Balaenoptera physalus) — Zolaqlı balinalar fəsiləsinə aid növ. Göy balinanın yaxın qohumu hesab edilir və ondan sonra ölçülərinə görə ikinci canlıdır. Yaxın qohum olmaları bəzən onlardan hibridlərin törəməsinə səbəb olur. == Təsnifat == Finval ilk dəfə Federik Martenson tərəfindən 1675-ci ildə sonradan isə Pol Dadlı tərəfində 1725-ci ildə qeydə alınmışdır. Növün təsnifatını və elmi qeydiyyatını Linnaeus verir (Balaena physalus, 1758). Qraf Laseped XIX əsrin əvvəllərində yendən təsnifatını vermiş və Balaenoptera physalus adlandırmışdır. Finvallar Zolaqlı balinalar (Balaenopteridae) fəsiləsinə, Dişsiz balinalar sinfinə aid növdür. İstər Şimali Atlantika, istərsə Sakit okeanın şimal hissəsində finvallarla Göy balinaların ibridlərinə rast gəlinir. 2006-cı il məlumatına görə finvalların iki yarımnövü vardır.
Jinjer
Xingal
Xəngəl və ya Xingal (azərb. xingal, xəngəl‎, gürc. ხინკალი, türk. hıngel) — xəmir xörəklərinə aid edilən, ətlə, yağda qovrulmuş soğanla, sarımsaqlı qatıqla və ya ələxsusda Azərbaycanın qərbində qurut ilə yeyilən xörək. == Növləri == Xəngəlin növləri hazırlanma qaydasına görə bir-birindən fərqlənir: ətli xəngəl, süzmə xəngəl, sulu xəngəl daha geniş yayılmışdır. Bölgələrə görə də xəngəlın növləri fərqlidir: Bakı xəngəlı (yarpaq xəngəlı), Qazax xəngəlı, Gürcü xəngəlı (xinkali) və s. Fərqli olsalar da, bütün növ xəngəllərın xəmiri eyni cur hazırlanır – ələnmiş una su və duz qatılıb xəmir yoğrulur. Sonra xəmir 1 mm qalınlığında yayılır və kiçik ölçüdə dairə və ya paxlava şəklində kəsilir. Gürcü xəngəlı hazırlanarkən xəmirin içərisinə lazım olan məlzəmələr qoyulduqdan sonra şəkərbura formasında bükülür. Hər xəngəlın ölçüsü təxminən 5–10 sm olur.
Final
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — çoxmənalı termin. Mənası: Final (idman) — idman yarışlarının yekun hissəsi. Final — nəyinsə yekun hissəsi (məsələn filmin finalı). final — 3 və daha çox hissəli prosesin axırıncı hissəsi.
Ninja
Nindza (yap. 忍者, Sinobi — "Gizlənmək") – orta əsrlərdə yaponiyada casus və muzdlu qatil. Qadın nindzaları "Kunoiti" adlanırdılar. Nindzaların öyrəndiyi sənət isə Nincütsu adlanır. == Tarix == Əfsanəyə görə nindzaları uşaqlıqdan çox ağır məşqlərə hazırlaşdırırdılar. İlk əvvəl yeniyetmə nindzalar "Nincütsu" texnikasına yiyələnməliydilər. Nindzaların ilk silahı ox olmuşdur. Onlar hansısa bir informasiyanı öyrənməli və həmin informasiyanı vaxtı-vaxtında öz sahibinə çatdırmalı idi. Artıq nindzalar yetkin yaşa çatdıqda muzd ilə işləyirdilər. Nindzalar heç vaxt xristianları öldürməzdilər.
Yınal
Yınal — Oğuz dövlətində əsilzadə təbəqəsinə verilən titullardan biri. Bəzi mətnlərdə bu ünvan 'inal' şəklindədir.
Fingal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. == Ümumi məlumat == Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Finqal mağarası
Finqal mağarası (ing. Fingal’s Cave) — Məskunlaşma olmayan Staff adasında, dəniz dalğalarının abraziyası nəticəsində meydana gələn mağara. Ada Daxili Hebrid adaları qrupuna daxildir. Mağara həm Şotlandiya Milli qoruğunun ərazisində yerləşir və həm də Şotlandiya Milli Fonduna daxildir. == Ümumi məlumat == Finqal mağarası adanın cənubunda, dəniz sahilində yerləşir. Ərazi lava axınları zamanı formalaşan bazalt sütunlarından təşkil olunub. Xarici görünş baxımdan o Şimali İrlandiyada olan Nəhənglərin döşəməsini xatırladır. Ada bütünlüklə bazalt sütunlarından təşkil olunduğundan Staffa adıda sütun-ada mənası verir. Mağara altıbucaqlı, hündürlüyü 11 metrə çatan bazalt sütunlarından təşkil olunub. Girişi yetərincə böyük olub, tağ formasındadır.
Ginnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Jinnat Ali
Jinnat Ali (1996 – 28 aprel 2020, Çittaqonq) — Banqladeşdəki ən yüksək insan idi. Əli, 1996-cı ildə Banqladeşdə, Coxun Bazar, Ramu Upazila şəhərində anadan olub. Banqladeşdə ən uzun boy olaraq qeyd edilən Əlinin cəsədi on bir yaşında ikən qəfildən qeyri-adi dərəcədə böyüməyə başladı. İnkişafının 23 yaşı olmasına baxmayaraq böyüməyə davam etdi. Boyun həddindən artıq uzanmasının hipofiz bezindəki şiş səbəb olduğu akromegalik gigantizm pozğunluğu səbəb olduğu müəyyən edilmişdir. Nəhayət, uzunluğu 2,49 sm-ə qədər uzadıldı. Ən uzun yaşayan Banqladeş kimi tanınan Jinnat Ali, 28 aprel 2020-ci ildə, 24 yaşında, beyin xərçəngi xəstəliyinə tutulduğu Banqladeşin Chittagong Tibb Kolleci Xəstəxanasında öldü.
Mini Ninjas
Mini Ninjas — 2009-cu ildə Danimarka şirkəti, IO Interactive tərəfindən yaradılan və PlayStation 3, Microsoft Windows, Wii, Nintendo DS, Xbox 360 platformaları üçün buraxılan macəra janrında olan oyun. == Oyun haqda == Mini Ninjas 19 yanvar 2009-cu ildə anons edilir və elə həmin vaxt da oyun üçün rəsmi çarx buraxılır. Oyunun yaradılma səbəbi, hazırlayanların belə demək olarsa "öz uşaqları ilə oyun oynamaq" həvəsindən gəlir. Buna baxmayaraq, oyunda kooperativ rejim yoxdur. == Qiymət == Oyun tənqidçilər tərəfindən isti qəbul olunmuşdur. IGN oyuna 10 baldan 8-ni vermişdir. The Guardian isə 5 mümkün baldan 4-nü verərək qeyd etmişdir: "Mini Ninjas - uşaqlarınla birlikdə ən əyləncəli vaxt keçirmə imkanlarından birini verir. Uşaqlar üçün yaradılan videooyunlar arasında heç biri bu qədər rahatlaşdırmır və həzz vermir." The Times isə 5 baldan 5-ni vermişdir. Oyuna aid əsas tənqid kooperativ rejimin olmamasıdır.
Qinnal ağcaqayını
Qinnal ağcaqayını (lat. Acer tataricum subsp. ginnala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinin tatar ağcaqayını növünə aid bitki yarımnövü. == Arealı == Uzaq Şərqin оrta və cənub hissələrində çay ətrafı ərazilərdə yabani halda bitir. == Botaniki xarakteristikası == Hündürlüyü 3-7 m-ə çatan kоl və ya ağac bitkisidir. Yarpaq ayası оval-uzunsоv, ucu biz, 3 dilimli, kənarı ikiqat mişar dişlidir. Yarpaqlar açıldıqda əvvəlcə çəhrayı-qırmızı, sоnra tünd-yaşıl оlur. Payızda bitkinin yarpaqları al-qırmızı rəng alır. Çiçəkləri ətirli, sarımtıl, оval, uzunsaplaqlı süpürgələrdə yеrləşir. May ayında çiçəkləyir, qanadcıqlı mеyvələri sеntyabr ayında yеtişir.
Sinhal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Sinqal dili
Sinhal dili (සිංහල, ISO 15919: siṁhala) — həmçinin yerli olaraq Helabasa kimi tanınan, Sinhalların ana dilidir ki, Şri-Lankanın ən böyük etnik qrupunu təşkil edirlər və sayıları təxminən 15 milyon nəfərdir.Sinhala həmçinin cəmi 3 milyona yaxın , Şri-Lankanın digər etnik qruplar tərəfindən ikinci dil kimi danışılır. Sinhala dili, Hind-Avropa dillərinin Hind-ari qrupuna aid olan dildir. Sinhal Tamil dili ilə yanaşı, Şri-Lankanın rəsmi və milli dillərindən biridir.
Sulu xingal
Sulu xingal — Azərbaycanın milli xörəklərindən biri. Digər adı xəngəldir. Azərbaycanın qərb hissəsində daha populyardır. == Lazım olan ərzaqlar == Qoyun əti — 163q, 1-ci nö buğda unu — 40q, yumurta — 1/5 əd., noxud — 25q, baş soğan — 25q, şərab sirkəsi — 10q, keşniş və şüyüd — 10q, quru nanə — 10q, duz, istiot. == Hazırlanma qaydası-1 == Xıngalı əvvəldən hazırlamaq olar. Xəmir düşbərə kimi hazırlanır və eləcə də kəsilir. Kvadratlar taxtanın üstünə yığılır və qurudulur. Sonra onları ölastik və ya şüşəli qaba yığıb, ağzını bərk bağlamaq lazımdır. Noxud axşamdan soyuq suda isladılır və səhər yarımçıq bişirilir. Ət balaca hissələrə kəsilir, yuyulur, qazana qoyulub üstünə su tökülür, bir baş soğan salınır.
Süzmə xingal
== Ərzaqlar == Qoyun əti - 165q, buqda unu - 100q, yumurta 1/5 əd., baş soğan - 30q, ərinmiş yağ - 20q, pendir - 15q, qatıq - 50q, sarımsaq - 3q, zəfəran - 0,1q, istiot - 0,1 q, duz. == Hazırlanma qaydası == Qoyun əti 10-15 qramlıq tikələrə doğranır, istiot, duz vurulub soğanla birlikdə qızardılır. Zəfəran şirəsi vurulur və hazır vəziyyətə gətirilir. Xəmiraşı xörəyində olduğu kimi hazırlanmış lavaş 5x5 sm ölçüdə paxlava şəklində doğranır, suda bişirilir, aşsüzəndən süzülür. Süfrəyə verilən zaman süzmə xigalın üstünə yağ tökülür, qoyun ətindən hazırlanmış qiymə qoyulur, yanında sarımsaqlı qatıq və ovulmuş pendir verilir.
Final (idman)
Final (it. finale, lat. finis sözündən — axırıncı, sonuncu) — nəyinsə yekun hissəsi. İdmanda qalibi müəyyənləşdirilən komanda və ya fərdi idman oyunlarında yekun hissə. Olimpiya sistemli idman oyunlarında finaldan əvvəl 32/1, 16/1, 8/1, dörddə bir, yarımfinal və final oyunları olur. Hər mərhələdə iki oyunçu (komanda) olur.
Final Fight
Final Fight (yap. ファイナルファイト, azərb. Final döyüşü‎) - Capcom oyun şirkəti tərəfindən 1989-cu ildə yaradılan, döyüş oyunudur. Oyun "Beat 'em up" (ing. Hamıdan döy) janrındadır. İlk dəfə "Final Fight" oyunu "Street Fighter" oyununun davamı kimi buraxılacaq və adı "Street Fighter '89" olmalı idi. Lakin oyunun janrı və mövzusu fərqli olduğundan, oyuna "Final Fight" adı verildi. == Hekayə == Baş qəhrəman Haqqar "Metro Citi"nin bələdiyyə başçısı olan köhnə bir güləşçidir. Haqqarı öz mənfəətləri istiqamətində istifadə etmək istəyən qanqster Belqer və adamları, qızı Cessikanı qaçırırlar. Haqqar qanqsterlərin istəklərini qəbul etmir və Cessikanın dostu Kodi və Cessikanın qardaşı Geyin köməyiylə qurtarma əməliyyatına girişirlər.
Ninja Scroll
Ninja Scroll (yap. 獣兵衛忍風帖 – Jūbē Ninpūchō; azərb. Nindzanın manuskripti‎) – 1993-cü ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Məzmun == Feodal Yaponiya, XVII əsrin əvvəli. Yamaşiro əyalətində birdən vəba epidemiyası başlayır. Bütün sakinlər xəstəlik olan yeri tərk edir, amma qonşu samuray boylarının lideri Motidzuke, Koqa nindza qrupunu kəşfiyyata göndərir, lakin inanılmaz gücə malik olan qəribə insanlar, dərhal çağırılmamış qonaqları məhv edir. Bütün kəşfiyyatçılar dəstəsində yalnız qadın nindza olan Kaqero sağ qalır. Səyyahlıq eden samuray Cubey, xoşbəxtlikdən oradan keçib, Kaqeronu ölümdən xilas edir və təcavüzkarı şiddətli döyüşdə məğlub edir. Cubey bilməyir ki, onun öldürdüyü adi cin yox, "Səkkiz Kimon Şeytanların"dan biridir.
Teodora İnjaç
Teodora İnjaç (serb. Теодора Ињац) — Serbiyalı qadın şahmatçı, 2021-ci ildən etibarən qadınlar arasında qrosmeyster. == Haqqında == Teodora İnjaç 26 may 2000-ci ildə dünyaya gəlib. == Reytinqi == Klassik şahmatda ən yürsək reytinqi 01.04.2022 ildə 2406 olub. FİDE-nin 2022-ci il may ayı üçün reytinq sıralamasında ən yaxşı 100 qadın şahmatçı arasında 2384 Elo reytinqi ilə 64-cü olub.
İbrahim Yınal
İbrahim Yınal (?-23 iyul , 1059)— Səlcuqlular sülaləsindən Türk bəyi. == Həyatı == Atası Yusif Yınal, Səlcuq bəyin dörd oğlundan biriydi. Səlcuq bəyin böyük oğlu Mikayıl bəy ölüncə, Orta Asiyada yaygın olan levirat adəti uyarınca dul arvadı, qardaşı Yusif bəylə evləndirildi və bu evlilikdən İbrahim Yınal dünyaya gəldi. Dolayısıyla İbrahim Yınal, Toğrul bəy və Çağrı bəyin anabir qardaşı, ata tərəfdən əmisioğludur. Dandanakan savaşından sonra İbrahim Yınal ölkənin qərb ucuna göndərildi. Əmisi oğlu Həsən bəyin gürcülər tərəfindən pusquya düşürülüb öldürülməsi görə, diğər əmisi oğlu Qutalmış bəylə bərabər Bizans torpaqlarına girdi. Gürcü tavadı (knyazı) Liparitin başçılıq etdiyi Bizans-Gürcü ordusunu Pasinlərdə məğlubiyyətə uğratdı (1048). Çox sayda əsir və qənimət ələ keçirdi. (Ərəb tarixçi İbn əl-Əsir, əsir sayını artıraraq 100.000 olaraq göstərir.) Qərb sınırındaki axınları idarə edən İbrahim Yınal, atəş xəttində olub əsgəri yükü daşıdığını düşünərək iqtidar mərkəzini dinləməməyə başladı. 1058-ci ildə yönünü qərbə çevirib Toğrul bəyin üzərine yürüdü.
Qisasçılar: Final
Qisasçılar: Final (ing. Avengers: Endgame) — Marvel Comics tərəfindən nəşr edilmiş Qisasçılar komiksinə əsaslanan və 2019-cu ilin aprel ayında çıxarılmış ABŞ epik superqəhrəman filmi. "Qisasçılar" (2012), "Qisasçılar: Altron dövrü" (2015) və "Qisasçılar: Sonsuzluq savaşı" (2018) filmlərinin sikveli olan "Final" MKK-na daxil olan iyirmi ikinci filmdir. Entoni və Co Russo qardaşları filmi Kristofer Markus və Stefen MakFilinin ssenarisi əsasında çəkiblər. Film ilk dəfə, 2014-cü ilin oktyabrında "Qisasçılar: Sonsuzluq savaşı — 2-ci hissə" adı ilə elan edilmişdir. Russo qardaşlarının 2015-ci ilin aprelindən filmin rejissor kürsüsünə əyləşmişlər, həmin ilin mayından isə Markus və MakFili filmin ssenarisi üzərində işə başlamışlar. 2016-cı ilin iyulunda Marvel filmin adını dəyişərək sadəcə "Adsız Qisasçılar filmi" adlandırmışdır. Filmin çəkilişlərinə 2017-ci ilin avqustunda Corciya ştatının Fayett dairəsindəki "Pinewood Atlanta Studios" studiyalarında başlanılmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmi ilə ard-arda çəkilən filmin çəkilişləri 2018-ci ilin yanvarında tamamlanmışdır. Əlavə çəkilişlər Atlanta şəhərinin mərkəzində aparılmışdır.
Jinvali su anbarı
Jinvali su anbarı (gürc. ჟინვალის წყალსაცავი) — Şərqi Gürcüstanda, Duşeti bələdiyyəsində, Tbilisidən 70 km məsafədə, Jinvali qəsəbəsinin şimalında yerləşən kompleks təyinatlı su anbarıdır. Aragvi çayının ortasında, Alevi, Gudamakari və Kartli silsilələri arasında yerləşir. Ümumi ərazisi 11,5 km². Suyun həcmi 520 mln. m³, faydalı həcmi 370 mln. m³. Maksimal dərinlik 75 m. 1985-ci ildə, Aragvi dərəsində Jinvali su elektrik stansiyasının tikintisi ilə əlaqədar yaradılmışdır. HES-in qazandıran elektrik enerjisi 130 min kilovatdır.