Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Nalçik
Nalçik (rus. Нальчик) — Rusiyanın cənubunda, Şimali Qafqazda yerləşən Kabardin-Balkar Respublikasının paytaxtı. Nalçik şəhəri Böyük Qafqaz dağlarının ətəyində, 550 metr yüksəklikdə, 150 km² ərazidə yerləşir. Şəhər əhalisi 269 641 (2008) nəfərdir. Kabarda Balkar Muxtar Respublikasının paytaxtı Nalçik şəhəri Elbrus dağ silsiləsinin ən yüksək dağları olan Koştan tau, Xatın tau, Cəngi tau ilə əhatələnmişdir. Tarixən adı Nalcıq olan bu yaşayış məntəqəsi şübhəsiz, öz adını üzərində yerləşdiyi Nalcıq çayının (Terek hövzəsində) adından götürmüşdür. Nalcıq çayı isə həqiqətən dağların ətəyində nal şəklində qıvrılaraq axır. Kabarda-Balkarın hələ faktiki olaraq 1577-ci ildə Rusiyaya qoşulmasına baxmayaraq bu diyar qəti şəkildə istilası XIX əsrin başlanğıc illərində tamamlandı.Qafqaz müharibələrinin birinci mərhələsində Şimal-Qərbi Qafqazda Azov Mozdok xətti boyu hərb qalaların tikilməsi(1768-1780) başa çatdı. 1817-ci ilə Yermolovun süngüsü ilə Böyük Kabarda torpaqlarına yol açıldı. Malka (əvvəl:Balık Su), Baksan, Çegem və b.
Raycin
Raycin (雷神) — ilk növbədə buddizmdə, sonra isə Yaponiya şintoizmində şimşək tanrısı. Bir əfsanədə Raycin Yaponiyanı işğalçı monqollara qarşı müdafiə etdiyi göstərilir. Burada monqollar şiddətli fırtına nəticəsində geri çəkilməli olur, bu zaman Raycin buludların arasında dayanaraq işğalçılara şimşək və oxlar atır. Raycin kabuki pyesi "Narukami"də obrazlardan biridir. Burada o, su hövzəsinin altında həbs edilir və bununla da quraqlığa səbəb olur.
Ziyrik
Ziyrik — Azərbaycan Respublikasının Laçın rayonu Malıbəy kənd inzibati ərazi dairəsində kənd. Ziyrik kəndi Qarabağ yaylasındadır. İnqilabaqədərki ədəbiyyatda Zikrik kimi qeyd olunmuşdur. Yerli məlumata görə, yaşayış məntəqəsini Cənubi Azərbaycanın Ziyrik kəndindən gəlmiş ailələr saldığı üçün belə adlanmışdır. Kənddən 800-900 m aralıda yerləşən və tünc dövrünə aid kurqan arxeoloji abidə kimi qeydiyyata alınmışdır. 1992-ci ildən Ermənistan Respublikası Silahlı Qüvvələrinin işğalı altındadır. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Əsas təsərrüfatı heyvandarlıq idi.
Zəylik
Zəylik — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı: Zəylik — Ağdərə rayonunda kənd. Zəylik — Daşkəsən rayonunda kənd. Zəylik — Kəlbəcər rayonunda kənd.
Çaynik
Dəm çaydanı, Balaca çaydan və ya Çaydanlıq — çay yarpaqların və ya bitki mənşəli qarışığı qaynar və ya qaynara yaxın suda dəmləmək üçün istifadə edilən qab.Bir boyun və yan dəstəyi ilə təchiz olunmuş bütün forma və ölçülərdə olur.Çaynik saxsı, qalayla qurğuşunun qarışığı, çini, şüşə və ya çuqun cinsində ola bilər.
Qayçı
Qayçı — müxtəlif materialları kəsmək üçün alət və ya maşın. E.ə. III əsrdən məlumdur. İlk qayçılar qövsəoxşar, yaylı metal lövhə ilə birləşdirilmiş 2 bıçaqdan ibarət olmuşdur. Qayçının əsas işlək hissəsi materialı kəsən bir cüt (yaxud bir neçə cüt) bıçaqdır. Əl qayçısı ilə parça, kağız və b. materiallar kəsilir. Məişətdə və tibdə işlədilən, həmçinin çilingər, dərzi və s. qayçıları da olur. Müxtəlif materialları kəsmək üçün stasionar və gəzdirilə bilən (diskli və düzxətli bıçaqları olan) quruluşlar tətbiq edilir.
Tacik
Taciklər (tac. Тоҷик, dəri تاجيک) — Tacikistanda, İranda, Əfqanıstanda və Özbəkistanda kompakt halda yaşayan xalq. Tərkibinə 10 etnik qrup daxildir və sayları təxminən 18–25 milyon nəfərdir. 5 iyun — 5 iyul 1979-cu il ümumölkə əhali siyahıyaalınmasına əsasən Əfqanıstan əhalisi 15.6 milyon nəfər olmuş, onun 3.5 milyon nəfərini taciklər təşkil etmişdir. MKİ-nin 2012-ci ilin iyul ayına olan məlumatına əsasən 30.419.928 nəfərlik Əfqanıstan əhalisinin 27 %-i, yəni təxminən 8.213 milyon nəfəri etnik taciklərdən ibarətdir. Britannika Ensiklopediyasına əsasən taciklər Əfqanıstan əhalisinin 20 %-ni təşkil edirlər. Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının məlumatlarına əsasən 2012-ci ilin əvvəlinə ölkə əhalisinin cəmi sayının 25.500.100 nəfər olduğu ehtimal edilir. MKİ-nin və Britannika Ensiklopediyasının Əfqanıstanda taciklərin ümumi əhali içərisindəki nisbətinə dair verdiyi məlumatlar və Əfqanıstan İslam Respublikasının Mərkəzi Statistika Təşkilatının 2012-ci ilin əvvəlinə olan Əfqanıstanın ümumi əhalisi haqqında verdiyi məlumatlar nəzərə alınarsa, bu ölkədə ən az 5.1 milyon nəfər, ən çoxu isə 6.885 milyon nəfər tacik yaşadığı ehtimal olunur. 21–30 sentyabr 2010-cu il ümumtacikistan əhali siyahıyaalınmasına əsasən 7.564.502 nəfər olan ölkə əhalisinin 6.373.834 nəfəri və ya 84,26 %-i etnik taciklərdən ibarətdir. Tacikistan Respublikasının Prezidenti yanında Tacikistan Statistika Agentliyinin təqdim etdiyi rəsmi məlumatlara əsasən Tacikistan əhalisi 1 yanvar 2012-ci il tarixinə 7.800.500, 5 fevral 2013-cü il tarixinə isə 8 milyon nəfərdir.
Xaçik
Xaçik — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonu ərazsində kənd.
Yaycı
Yaycı (Culfa) — Azərbaycannın Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. Yaycı (Gorus) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Gorus rayonunda kənd. Yaycı (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi rayonunda kənd. Yaycı (Dərəçiçək) — Yaycı (Qırxbulaq) — Yaycı stansiyası — Culfa rayonunda dəmiryolu stansiyası. Yaycı — Culfa rayonu ərazisində çay. Araz çayının sol qoludur.
Yayık
Aleksandra Voyçik
Aleksandra Voyçik (d. 5 mart 1985) — Polşanı təmsil edən bədii gimnast. Aleksandra Voyçik 2004-cü ildə Polşanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksandra Voyçik 2004-cü ildə Polşanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Aleksandra Zavistovska, Anna Mrozinska, Malqorzata Lavrinoviç, Martina Dabkovska və Custina Banasiak ilə birgə təsnifat mərhələsində 41.775 xal toplayaraq 10-cu yeri tutdu və mübarizəni dayandırdı.
Nazif Kayacık
Nazif Kayacık (türk. Nazif Kayacık; d. 1872, İstanbul, Osmanlı İmperiyası – ö. 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 31 avqustunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. Böyük hücumda və Dumlupınar döyüşündə iştirak etmişdir. 17 sentyabr 1930-cu ildə öz istəyi ilə təqaüdə çıxdı.
Nəycik (Əbhər)
Nəycik (fars. نايجوك‎) — İranın Zəncan ostanı Əbhər şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 333 nəfər yaşayır (89 ailə).
Qapçik burnu
Qapçıq burnu (ukr. Капчик, krımtat. Qapçıq, Къапчыкъ) — Krım yarımadasında, Novıy Svet şəhəri ərazisində yerləşən burun. Qoba-Qaya və Karaul Oba dağları arasında yerləşir. Qapçik burnu səmadan daşlaşmış nəhəng bir kərtənkələ kimi görünür. Burada İdman lotosu-82 filminin bir səhnəsi çəkilmişdir.
Robert Qaydik
Robert "Slavko" Qaydik (çex. Robert "Slavko" Gajdík, mak. Роберт "Славко" Гајдик; 1923, Zlin – 14 yanvar 1942) ― çexoslovak mənşəli yuqoslav Makedoniya partizanı, Yuqoslaviya Xalq Qurtuluş Müharibəsinin partizanı. Robert Qaydik Zlin şəhərində anadan olmuşdur. Onun atası Yuqoslaviya Krallığının cənubunda yerləşən Matka Kanyonunda su elektrik stansiyası inşa edən Çexoslovakiya şirkətində işləyirdi. Zlíndə "Bata" ayaqqabı fabrikində işləyirdi, almanlar Çexoslovakiyanı işğal etdikdən sonra Yuqoslaviyaya köçdü. Velosipedlə çoxlu səyahət etmişdir. Məktəbdə oxuduğu müddətdə Robert sol hərəkatının nümayəndələri ilə tanış oldu; o, inşaat texnikumunu bitirmiş və 1939-cu ildən Yuqoslaviya Kommunist Gənclər Birliyinin üzvü olmuşdur. 1941-ci ilin birinci yarısında Yuqoslaviya Kommunist Partiyasının Skopye şəhər Komitəsinin əmri ilə Robert "Raduşa" mədənində baş anbardar kimi işə düzəldi, həmçinin bir qrup gənclərlə antifaşist təşviqatına qatıldı. Ölkəsinin işğal atlında düşəndən sonra gizli partizan fəaliyyətinə başladı; 1 mayda isə Skopye mərkəzində "divizion binası" adlanan tikilinin üzərində qırmızı bayraq qaldırdı, iyun ayının əvvəlində isə Skopye aerodromunda yanğın çıxartdı və nəticədə "Junkers Ju 52" nəqliyyat təyyarəsi partladı və yandı.
Taycin kyofuşo
Taycin kyofuşo (対人恐怖症, Taijin kyōfushō) və ya TKS – Yaponiya mədəniyyətinə xas olan sindrom. Azərbaycan dilinə "şəxslərarası münasibətdən qorxu" kimi tərcümə olunur. Bu sindroma malik şəxslər öz hərəkətləri və görünüşləri ilə digərlərini narahat etməkdən çox qorxurlar. Mövcudluqları ilə digərlərinə narahatlıq törətmək istəmirlər. Bu sindrom qorxuya əsaslanan sosial fobiyadır. Sindromun simptonları bunlardır: sosial gəzintilərdən və ya fəaliyyətlərdən qaçınmaq, sürətli ürək döyüntüsü, nəfəs alma çətinliyi, panik hücum, titrəmə, insanlar arasında olanda qorxu və narahatlıq hiss etmə. Sindromun mənbəyi emosional travma və ya psixoloji müdafiə mexanizmləri ola bilər. Qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir. Bir fərdin həyatındakı davamlılıq müddəti 3-13 % təşkil edir. Taycin kyofuşo fərdin sosial münasibətlərdən qaçmasını və qorxu hissi keçirməsini ehtiva edən şinkeyşitsunun bir altnövü olaraq sosial fobiyanın bir növüdür.
Zəylik (Ağdərə)
Zəylik — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Zəylik kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zəylik kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Zəylik kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. 2005-ci ildə əhalisi 200 nəfər idi. 2015-ci ildə əhalisi 235 nəfər olub, hamısı ermənilərdən ibarət idi.
Zəylik (Daşkəsən)
Zəylik — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Oykonim "zəy olan yer" mənasındadır. Kəndin keçmiş adı Pip olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağətəyi ərazidə yerləşir. Ərazisində Zəylik alunit yatağı var. Zəy yatağı kimi orta əsrlərdən məlumdur. Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə Zəylik kənd kitabxana filialı, Zəylik kənd Mədəniyyət Evi fəaliyyət göstərir. Kənddə Daşkəsən rayon Zəylik kənd tam orta məktəbi fəaliyyət göstərir.
Zəylik (Kəlbəcər)
Zəylik — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Zəylik kənd inzibati ərazi dairəsində kənd. Hopurlu və Şeyinli kəndləri ilə birlikdə Zəylik kənd inzibati ərazi dairəsini təşkil edirlər. Yaşayış məntəqəsi adını Zəylik çayının adından almışdır. Bu kəndin yerləşdiyi ərazidə kristal şəklində «Zəy» adlanan kimyəvi maddə çıxır. Zəy bəzi mikrobları məhv edir. Zəylik sözü buradan götürülmüşdür. Zəylik kəndinin əsası XVII əsrin sonlarına doğru Şimali İraqın Kərkük və Molsul vilayətlərində yaşayan türkmanların Farukhanlılar (Faruxkanlılar) nəslindən olan Alıpənah (Alpana) və Həsən (boyu və barmaqları uzun olduğundan el arasında Şana ləqəbi ilə çağırılırmış) adlı iki qardaşın törəmələri tərəfindən qoyulmuşdur. Onlar bir müddət Zar kəndində yaşasalar da, axırda burada su olmadığından Zəylik çayının sahilinə köçüb orada məskunlaşmışdılar. 28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra, 1923-cü ilin iyulunda ermənilərin təzyiqi ilə Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsindən qondarma Kürdüstan mahalı (sonradan qəza) təsis edilmişdir. Zəylik kəndi mahalın bir hissəsi olmuşdur.
Zəylik (Tərtər)
Zəylik — Azərbaycan Respublikasının Ağdərə rayonunun Umudlu kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Zəylik kəndi Tərtər rayonunun inzibati tərkibinə verilmişdir. Zəylik kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Zəylik kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatı nəticəsində Zəylik kəndi Azərbaycanın nəzarətinə qayıtmışdır. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. 2005-ci ildə əhalisi 200 nəfər idi. 2015-ci ildə əhalisi 235 nəfər olub, hamısı ermənilərdən ibarət idi.
Zəylik bələdiyyəsi
Daşkəsən bələdiyyələri — Daşkəsən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yozef Qabçik
Yozef Qabçik (slovak. Jozef Gabčík; 7 aprel 1912, Poluvsie[d], Macarıstan krallığı[d], Avstriya-Macarıstan – 18 iyun 1942[…]) — İkinci Dünya müharibəsi illərində Çexoslovakiya ordusunun rotmistrı, Antropoid əməliyyatının iştirakçısı. Əməliyyat zamanı Bohemiya və Moraviyanın nasist rəhbəri Reynhard Heydrix məhv edilib. Çexoslovakiya Sosialist Respublikasının Milli Qəhrəmanı. Milliyyəti slovak idi. Yozef Qabçik 1918-ci ildə yaranmış Çexoslovakiyanın tərkibinə daxil olan Avstriya-Macarıstan imperiyasının Slovakiya hissəsində anadan olub. Atası Frantişek işləmək üçün ABŞ və Argentinaya gedən fəhlə, anası Mariya (qız soyadı Barankova) isə evdar qadın idi. Yosefin 2 qardaşı və bir bacısı var idi. Raetsk-Teplice şəhərində məktəbi bitirdikdən sonra o, Çexiyanın Vltavou üzərində Kosteleç kəndində yerli dəmirçi Y.Kunikin ailəsində yaşamış, 1932-ci ilə qədər burada dəmirçilik və metal işləmə ixtisasları üzrə təhsil almışdır. 1927-ci il məktəb məlumatlarına görə, o, həm də qonşu Kovarjov kəndində ikiillik ticarət məktəbində oxuyub.
Emanuela Zançi
Emanuela Zançi (17 oktyabr 1977, Milan) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Emanuela Zançi İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu. Daha sonra Emanuela Zançi, İtaliya yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Çin yığmasına 8:10 hesabı ilə məğlub olan İtaliya yığması, XXIX Yay Olimpiya Oyunlarını altıncı pillədə başa vurdu. İdman xidmətlərinə görə mühüm mükafatlara layiq görülüb.
Cəmil Bayık
Cəmil Bayık (kürd. Cemîl Bayik; 1951) — kürd hərbi xadimi. O, Kürdüstan Fəhlə Partiyasının (PKK) beş qurucusundan biridir və təşkilatın yüksək səviyyəli liderləri arasındadır. O, 12 nəfərdən ibarət Kürdüstan İcmalar İttifaqının (KCK) idarə şurasının üzvüdür. O, həmçinin özünün, PKK lideri vəzifəsini icra edən Murad Karayılan və Rojavadan olan PKK komandiri Fəhman Hüseynin də daxil olduğu, təşkilatın rəhbər orqanı olan PKK-nın üç nəfərdən ibarət İcraiyyə Komitəsinin üzvüdür. == Narkotik ticarəti == 20 aprel 2011-ci ildə Türkiyənin tələbi ilə ABŞ Maliyyə Departamenti PKK-nın qurucuları Cəmil Bayık, Duran Qalxanın və digər yüksək rütbəli üzvlərin Xarici Narkotiklərin Kinqpin Təyinatı Qanununa uyğun olaraq Xüsusi Təyin olunmuş Narkotik Alverçiləri kimi təyin olunduğunu elan etmişdir. Qanuna uyğun olaraq, təyinat təyin edilmiş şəxslərin ABŞ yurisdiksiyasında ola biləcək hər hansı aktivlərini dondurur və ABŞ şəxslərinin bu şəxslərlə maliyyə və ya kommersiya əməliyyatları aparmasını qadağan edir. Buna baxmayaraq, illər sonra Almaniya Konstitusiyanı Müdafiə Federal İdarəsi bildirmişdir ki, PKK-nın təşkilati strukturlarının Almaniyada narkotik ticarəti ilə birbaşa məşğul olduğuna dair heç bir sübut yoxdur.
Tayçi Yamada
Tayçi Yamada (山田 太一, Yamada Tayçi, 6 iyun 1934, Asakusa[d] – 29 noyabr 2023, Kavasaki[d], Kanaqava prefekturası) – Yaponiya ssenaristi və romançısı. Yamada 1934-cü ildə Tokio şəhərində doğulmuşdur. O, Vaseda Universitetindən məzun olduqdan sonra 1958-ci ildə "Shochiku" studiyasına daxil olmuş və köməkçi rejissor kimi işləməyə başlamışdır. Rejissor Keysuke Kinoşitanın rəhbərliyi altında fəaliyyət göstərmişdir. Yamada 1965-ci ildə studiyadan ayrılmış və frilanser ssenarist kimi bir çox teleserialın istehsalında iştirak etmişdir. Yamada "Qəribə almalar" (ふぞろいの林檎たち, Fuzoroy no Rinqotaçi) və "Kişilərin səyahəti" (男たちの旅路, Otokotaçi no Tabiçi) kimi Yaponiya seriallarının ssenaristliyinə görə tanınır. 1976-cı ildə yayımlanmağa başlayan "Kişilərin səyahəti" Yaponiya ordusunun kamikadze korpusunun keçmiş üzvü haqqındadır. 1983-cü ildə yayımlanmağa başlayan "Qəribə almalar" isə kollec tələbələrindən bəhs edir. Yamadanın digər əsas işlərinə bir ailənin dağılmasından və dirçəlməsindən bəhs edən "Kişibenin albomu" (岸辺のアルバム, Kişibe no arubamu) (1977) və 2011-ci ildə baş vermiş Senday zəlzələsindən zərər görmüş ailələrdən bəhs edən "Zaman dayanmır" (時は立ちどまらない, Toki va Taçidomaranay) (2014) daxildir. Yamada filmlərə və tamaşalara ssenarilər yazmaqla yanaşı romançı da olmuşdur.