Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Altait
Altait — mineral, PbTe. == Haqqında == Qalenitlə eyni quruluşludur. Kubik. Habitus kubik və kubik-oktaed­rik. Ayrılma{100} üzrə mükəmməl. Rəng qalayı-ağ. Parıltı metallik. Sərtliyi 3. Xüsusi çəkisi 8,19. Au-Ag kvars damarlarında digər tellurid və sulfidlərlə birlikdə.
Datsit
Dasit – narın dələnli, turş tərkibli riolit və orta tərkibli andezitin arasında keçid tipli maqmatik süxur. Adı qədim Roma Dakiyasından (Dacia) götürülüb. Növləri: pürüzlərin tərkibinə görə: avgitli, biotitli, hiperstenli, hornblendli, tridimitli, enstatitli; teksturuna görə: porfir, afir; quruluşuna görə: hioladasit; yaşına görə: neodasit, paleodasit; yaatma şəraitinə görə: intruziv, effuziv; dəyişilməsinə görə: kaynotip, paleotip. == Tapılması == Dasit lava axınlarında, lava gümbəzlərində, daykalarda, sillərdə və piroklastik tullanıtlarda rast gəlinir. O adətən subduksiya zonasından yuxarıda qitə plitəsinin üstündə, nisbətən cavan okean plitəsinin əridiyi yerdə tapılır. == Mineraloji tərkib == Riolit və andezit arasında mövqe tutduğuna görə dasitin andezitə nisbətən daha çox kvarsı, riolitə nisbətən isə daha çox plagioklazı olur.Afir quruşlu, açıq boz, yaşılımtıl boz vulkanik süxurdur. Plagioklaz feldşpatlar tez-tez oliqoklaz, andezin və labradoritlər olur. Dasit qranodioritin narın dənəli effuziv ekvivalenti (analoqu) hesab olunur. Plagioklaz bir çox dasitdə ən bol mineralır. Dasitin tərkibindən bundan başqa kvars, biotit, hornblend, avgit və enstatit də rast gəlinir.
Latit
Latit — möhtəviləri və əsas kütləsi kaliumlu və kaliumlu-natriumlu çöl şpatlarından (ortoklaz, sanidin) və əsasən andezindən və ya bəzən labradordan ibarət olan traxiandezit bazalt süxur tərkibində müəyyən miqdarda rəngli minerallar (avgit, olivin, biotit), bəzən kvars möhtəviləri iştirak edir. Monsonitin effuziv anoloqu. Köhnəlmiş termin. == İstinadlar == == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Zarat
Zarat (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Zarat (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd. Zarat (Dəvəçi) — Azərbaycanın Dəvəçi rayonunda kənd. 30 dekabr 1997-ci ildə ləğv olunub. Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunda kənd. Zaratxeybəri — Azərbaycanın Şamaxı rayonunda kənd. Zarat — Dəvəçi rayonu ərazisində çay.
Batail zona
Marina Zablit
Marina Zablit (d. 4 mart 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Zablit, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Mattyu Zammit
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. == Toponimikası == XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. == Coğrafiyası və iqlimi == Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. == Əhalisi == Əhalisinin sayı 36 nəfərdir.
Fatai Adeyemo
Fatai Adeyemo — Nigeriyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fatai Adeyemo Nigeriyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 29-cu pillənin sahibi olub.
Qramafonçiçək batat
Qramafonçiçək batat (lat. Ipomoea batatas) – i̇pomeya cinsinə aid bitki növü. Batat şirin kartof da adlanır. Kartofa oxşayır, əsasən Çində, Cənubi Amerikada, Yaponiyada, Hindistanda, Yeni Zelandiyada, Türkmənistanda və Şimali Qafqaz bölgəsində yayılmışdır. Batat istisevən çoxillik bitkidir. Uzunsov formalıdır, çəkisi 0,3-dən 1,5 kq-a qədərdir. Tərkibində orta hesabla 72,5% (7-175%) su, 3,75% zülal, 24% karbohidrat, o cümlədən 15-20% nişasta və 1,2-2% şəkər, 0,8-1,5% mineral maddə, 1% sellüloza vardır. 100 qr batat 466 kCoul enerji verir. Tərkibində 397 mq% K, 49 mq% P, 1 mq% Fe, vitaminlərdən mq%-lə: C – 23, B1 – 0,10, B2 – 0,05, P – 0,5 və 0,3 mq% karotin vardır. Batatın ətli hissəsi ağ-qırmızı və ya çəhrayı olur.
Zabit Allahverdiyev
Zabit Məhəmmədşərifov
Zabit Əhmədoviç Məhəmmədşərifov (rus. Забит Ахмедович Магомедшарипов; 1 mart 1970) — Avar əsilli Rusiya qarışıq döyüş sənətkarı, hal-hazırda Ultimate Fight Çempionatının (UFC) yüngül çəki divizionunda yarışır. 30 İyul 2020 tarixinə görə, UFC yarım-yüngül çəki (featherweight) dərəcələrində 3-cü yerdədir. == Həyatı == Dağıstanda Xasavyurt şəhərində anadan olub. Əslən avardır. 10 yaşında sərbəst güləşlə məşğul olmağa başladı. Bir müddət kikboksinq və futbol ilə məşğul oldu. 2003-cü ildən etibarən Uşhu Sanda məşqlərinə başladı. 2012-ci ildən qarışıq döyüş sənətlərində yarışmağa başladı. Ailəli deyil.
Zabit Nəbizadə
Zabit Nəbizadə (1 may 1965, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Xalq Artisti == Həyatı == Zabit Nəbizadə 1965-ci ildə Şamaxı rayonunun Şıxzahırlı kəndində doğulub. Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil almışdır. 2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır. Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Zabit Quliyev
Zabit Adil oğlu Quliyev (6 iyun 1975, Ərəbxana, Kürdəmir rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb. == Döyüşlərdə iştirakı == Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir.Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib. == Ailəsi == Ailəlidir, bir övladı var. == Mükafatları == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Vüqar Əsgərov.
Zabit Səmədov
Zabit Mübariz oğlu Səmədov (belar. Забіт Самедаў; 21 iyun 1984, Candar, Qardabani rayonu) — Gürcüstanda azərbaycanlı ailəsində anadan olmuş, Azərbaycan idmançısıdır. == Həyatı və karyerası == Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçmüşdür. O, 9 yaşından idmanla məşğul olmağa başlamışdır. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olmuşdur. Sonra o Muay tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM-də idmanını davam etdirir. O (en:Alexey Ignashov) və (en:Sergei Gur) ilə birlikdə məşqçi Dmitry Pioçeski təlimi altında məşqini sürdürür. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olmuşdur. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutmuşdur.
Zabit Xəlilov
Zabit Cəmşid oğlu Xəlilov — 1-ci dərəcəli dövlət qulluqçusu, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "H. Zərdabi" mukafatçısı. == Həyatı == Zabit (Dolğun) Xəlilov 30 mart 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Pedoqoji İnstitutunu, 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan KP MK-nin yanında Ali Partiya məktəbinin "partiya quruculuğu" fakultəsini "FƏRQLƏNMƏ" diplomları ilə bitirmişdir. 1981-1982-ci illərdə Daşkəsən Partiya Komitəsinin orqanı olan "Daşkəsən" qəzetinin nəzdində iki illik "Gənc muxbirlər" məktəbini bitirmişdir. 1981-1991-ci illərdə Daşkəsən Rayon Komsomol Komitəsində, Gəncə Şəhər Komsomol Komitəsində, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Beynəlxalq Gənclər Turizm bürosunda şöbə müdiri işləmişdir. 1991-1995-ci illərdə Gəncə İqtisadiyyat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır. 1995-2013-ci illərdə Gəncə Şəhəri, Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləmişdir. Birinci dərəcəli dövlət qulluqçusudur. İşlədiyi müddətdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional şöbəsinin "Fəxri Fərman"ları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. 07 yanvar 2013-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Respublika" qəzeti redaksiyasının bölgə müxbiridir.
Zakit Əliyev
Zarat (Dəvəçi)
Zarat — Azərbaycan Respublikasının Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidinin tərkibində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Dəvəçi rayonunun Çuxurəzəmi kənd inzibati ərazi vahidi tərkibindəki Zarat kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Haqqında == Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. == Əhalisi == Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). == Toponimikası == Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Zarat (İsmayıllı)
Zarat — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında, Girdimançayın sol sahilində yerləşir. Kəndə yay mövsümündə avtomobillə, qış mövsümündə isə Lahıc qəsəbəsindən sonra 10 km yolu piyada və ya atla getmək olar. İsmayıllı-Lahıc- Quba turist marşrutları kəndin yaxınlığından keçir. Kənddən Şamaxının Zarat-Xeybəri kəndinə piyada yol vardır. == Əhalisi == 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Zarat kəndində 54 evdə etnik tatlardan ibarət 416 nəfər (244 nəfəri kişilər, 172 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı. Əhalisi 31 nəfərdir ki onunda 17 nəfəri kişi, 14 nəfəri qadındır. Kənd əhalisi heyvandarlıq, bostançılıq və arıçılıqla məşğul olur. Kənd elektrik enercisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
Zarat Xeybəri
Zarat Xeybəri – Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Şamaxı r-nu Dəmirçi i.ə.d.-də kənd. Pirsaat çayının sahilində, dağətəyi ərazidədir. Əhalisi 233 nəfərdir (2009), 40 təsərrüfatı var. Keçən əsrin əvvəllərində Şamaxı qəzasında Zarat sözü ilə bağlı Zarat Bahadərəsi, Birinci Zarat (Zarat Xeybəri), İkinci Zarat adlı üç kənd qeydə alınmışdır. Xeybəri komponenti Zarat adlı bu kəndləri bir-birindən fərqləndirmək üçün artırılmışdır. 1933-cü ildə kəndin adı Zarat Xeybərli kimi qeyd edilmişdir. Xeybəri mənşəcə ərəb tayfalarından birinin adıdır. Tarixi mənbələrin məlumatına görə, Xəlifə Ömər dövründə (634-644) xeybərlər öz doğma yerlərindən qovulmuşdular. Görünür, Azərbaycanda məskunlaşmış ərəblərin tərkibində xeybərlər də olmuşdur.
Dataşit (məlumat vərəqi)
Texniki spesifikasiya, məlumat kartı, məlumat vərəqi (ing. datasheet) — məhsulun, materialın, komponentin (məsələn, elektron) və ya alt sistemin texniki xüsusiyyətlərini özündə birləşdirən və layihə mühəndisi tərəfindən istifadə üçün nəzərdə tutulmuş sənəd. İstehsalçı şirkət tərəfindən yaradılır. Xüsusi xüsusiyyətlərin siyahıları verilir. Mənbə kodu varsa, o, sənədin sonunda və ya ayrıca faylda yerləşir.
Sənan Axundov (zabit)
Tofiq Kərimov (zabit)
Tofiq Dadaş oğlu Kərimov (7 iyul 1973; Qaradağ rayonu Azərbaycan SSR — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Tofiq Kərimov 7 iyul 1973-cü ildə Qaradağ rayonunun Sahil qəsəbəsində anadan olub. 253 nömrəli məktəbin birinci sinifinə daxil olub və həmin məktəbdə 8-ci sinifə qədər təhsil almış ardınca Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsilini davam etdirmişdir. Ardınca Sovet İttifaqı Marşalı S.S.Biryuzov adına Riqa Ali Hərbi-Siyasi Məktəbində təhsil almışdır. Həmçinin Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinin müdavimi olmuşdur. Şəhidin 3 oğlu yadigar qalıb. == Hərbi xidməti == Birinci Qarabağ müharibəsi zamanı cəbhənin Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Tofiq Kərimov 1998-2004 cü illərdə Xüsusi Təyinatlı Qüvvələrdə, 2004-2010-cu illərdə isə kəşfiyyat bölüyündə xidmət etmişdir. 2010-cu ildə öz istəyi ilə silahlı qüvvələrdən ehtiyata buraxılmışdır. === İkinci Qarabağ müharibəsində iştirakı === Azərbaycan Ordusunun mayoru olan Tofiq Kərimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Tofiq Kərimov noyabrın 8-də Şuşanın azad edilməsi zamanı qəhrəmancasına şəhid olub.