Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sen-Julyen-de-Rа
Sen-Jülyen-de-Rа (fr. Izeaux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vuaron kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38407. Kommunanın 1999-cu il üçün əhalisi 443 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 470 km cənub-şərqdə, Liondan 80 km cənub-şərqdə, Qrenobldan 19 km şimal-qərbdə yerləşir.
Duma
Duma (ərəb. دوما‎) — Suriyada şəhər, Dəməşq mühafazəsində, eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 110.893 nəfərdir.
A-ba-ba-qa-la-ma-qa
A-ba-ba-qa-la-ma-qa (uk. А-ба-ба-га-ла-ма-га) nəşriyyat evi İvan Malkoviç tərəfindən 1992-ci ildə yaradılmışdır. Ukraynada uşaqlar üçün kitab nəşr edən ilk müstəqil nəşriyyat evi olmuşdur. 2008-ci ildə daha geniş oxucu kütləsi üçün kitab dərc etdirməyə başlamışdır. Ivan Malkoviç nəşriyyat evinin direktoru olub, təsisçi, əsas redaktor, hər bir kitabın əl yazmasının son çap prosesinə çıxarılmasına özü nəzarət edir. Nəşriyyat evinin adı İvan Frankonun "Gritseva məktəb təhsili" (uk.Грицева шкільна наука) hekayəsinə əsaslanır. A-ba-ba-qa-la-ma-qa nəşriyyat evi, 1992-ci ilin iyulunda, ilk dəfə "Ukrayna əlifbası" nı təqdim etdi. İvan Malkoviçin dediyi kimi: "Əvvəldən nəşriyyat evi düşünmürdüm, ancaq hər zaman fikrimdə "Aнгел" (Mələk) sözü ilə başlayan bir əlifba kitabı dərc etmək var idi. Mən bu kitabın Avtobus və ya Akula ilə deyil məhz Aнгел sözü ilə başlayaraq əlifbanın ilk hərfi A hərfini təsvir etmək istəmişəm. Belə ki, bu Sovet dövründə qeyri mümkün idi." A New York nəşriyyat evi, Alfred A. Knopf, 1995-ci ildə, A-ba-ba-qa-la-ma-qa'nın "The Kitten and the Rooster"(Pişik və Xoruz) uşaq kitabının nəşr haqqlarını satın aldı.
.za
.za — CAR üçün internet kodu.
Za
Զ, զ (səslənməsi: za, erm. զա) — erməni əlifbasının altıncı hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
Zoothera dauma
Zoothera dauma (lat. Zoothera dauma) — asiya qaratoyuğu cinsinə aid heyvan növü.
Aleksandr Düma
Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Papa Poku-Dvumo
Aleksandr Düma (ata)
Aleksandr Düma (fr. Alexandre Dumas; 24 iyul 1802[…], Ville-Kotre[d][…] – 5 dekabr 1870[…], Pyuys[d], Dənizkənarı Sena) — tanınmış fransız yazıçısı. Daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Qrafinya de Monsoro", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır. Aleksandr Düma 24 iyul 1802-ci ildə Fransanın Villers-Koterets (Villers-Cotterêts) şəhərciyində anadan olmuşdur. Zənci atası Tomas-Aleksandr Davi-Düma de La Payetri ordu generalı, anası Mari-Lüzi Elizabet Labure isə keçmiş mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayaraq bu, gənc Dümanın kitablara olan sonsuz məhəbbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
Aleksandr Düma (oğul)
Aleksandr Düma (27 iyul 1824[…] – 27 noyabr 1895[…], Marli-le-Rua[d][…]) — Fransız yazıçı. Aleksandr Düma 27 iyul 1824-cü ildə Fransada dünyaya göz açmışdır. Anası Mariya Katerina Labay, atası isə məşhur fransız yazıçı Aleksandr Dümadır. Gənc yaşlarından yazıçılığa yönəldiyi üçün təhsilini yarımçıq buraxmış Düma müxtəlif şeirlər, 15-ə yaxın roman, eyni zamanda bir çox pyeslər qələmə almışdır. Onun ən tanınmış əsəri atasının kef məclislərinin birində tanıdığı Marie Duplessis adlı xanımdan təsirlənərək yazdığı La Dame aux Camelias (Kameliyalı Qadın) adlı romanıdır. 1848-ci ildə nəşr edilən əsər daha sonra yazıçı tərəfindən pyes olaraq da qələmə alınmışdır. Pyesin bir çox yerdə səhnələşdirilməsiylə Düma məşhurluq qazanmışdır. Yazıçı 1895-ci ildə, 71 yaşında vəfat etmişdir.
Fransua Ribado Düma
Fransua Ribado Düma (fr. François Ribadeau Dumas; 14 iyun, 1904 – 27 dekabr, 1998) — fransız yazıçı, tarixçi və publisist. Fransua Ribado Düma 14 iyun 1904-cü ildə Nöyi-sür-Sendə anadan olmuşdur. Gizli ezoterik elmlərlə üzrə mütəxəssis. O, rəsmi Paris-Rive Qaşe bələdçi-direktoru və Qastronomiya Mətbuat Assosiasiyasının (l'Association de la presse gastronomique) qurucu üzvü olmuşdur. Parisin 7-ci dairəsinin (Saint-Tomas-d'Aquin) müşaviri və Senanın baş müşaviri idi. Fransua Ribado Düma 27 dekabr 1998-ci ildə vəfat etmişdir. Histoire de Saint-Germain-des-Prés (1959); Hitler et la sorcellerie (1975). (Azərbaycanca tərcüməsi: Hitler: insan, yoxsa şeytan? Bakı: TEAS-Press, 2021); Spiritualité de la magie (1995); Grandeur et misère des Jésuites (1994); La Magie chez les Jésuites (1989); La Lumière et l'illumination (1984).
Ko La Ça
Ko La Ça (10 may 1976) — Honq Konqu təmsil edən stolüstü tennisçi. Ko La Ça Honq Konqu 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci pillənin, cüt turnirdə isə gümüş medalın sahibi olub. Daha sonra Ko La Ça Honq Konqu 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, Komanda turnirində isə 5-ci pillənin sahibi olub.
Ça Ja-Kyun
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Ça Ja-Kyung
Ça Ja-Kyun (d. 1 noyabr 1971) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Ça Ja-Kyun Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı.
Kimi no Na wa.
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Liu He Ba Fa
Liu He Ba Fa (Çin dili: 六合八法拳, pinyin: liùhébāfǎquán) — çin döyüş sənətidir. Liu He Ba Fa döyüş növü Sun imperiyası dövründə yaşamış Daosizm müdriki Çen Tuan (ing. Chen Tuan) tərəfindən yaradılmışdır. Bu döyüş növündə döyüş fənləri, müxtəlif meditasiyalar, nəfəs formaları, sağlamlıq sistemi öyrədilir.
Ma la buddə batiniyyə
Ma la buddə batiniyyə - Seyid Yəhya Bakuvinin müəllifi olduğu bu əsər mənbələrdə həm də Əsrarül-Vudu adlandırılır. Seyid Yəhya bu əsəri təsəvvüfi mənada təmizlik, dəstəmaz və namaz kimi dini hökmlərin əhəmiyyətini öyrənmək istəyən tələbələrin suallarına cavab olaraq yazmışdır. Mövzu başlıqları bunlardır: təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbali-qiblə, qiyam, təkbirətül-ehram, fatihətül-kitab, ruku, sücud ,əl-etidal ,ət-təşəhhüd, əs-salatun-nəbiyyi ,əs səlam. Göründüyü kimi bu risalədə dəstəmaz və namazın təsəvvüfi baxımdan məna və mahiyyəti izah olunur. Nəsrlə yazılan bu əsərin son qismində bir sıra tövsiyələr də vardır.
Seç ya da öl
Seç ya da öl (ing. Choose or Die) və ya CURS>R — 2022-ci il istehsalı Birləşmiş Krallıq qorxu və triller filmi. Bu film filmin rejissoru Tobi Meakinsin debüt işidir.
Qoşul ya da öl
Qoşul ya da öl (ing. Join, or Die) — On üç koloniyadakı parçalanmanı göstərən siyasi karikatura. Bencamin Franklinə məxsus original karikatura 9 may 1754-cü ildə "The Pennsylvania Gazette" tərəfindən nəşr olunmuşdur.
Na-Na
Na-Na qrupu — Pop musiqisi qrupudur. 1989-cu ildə yaradılan bu qrup hazırda yeni tərkibdə fəaliyyət göstərən bu qrup beş nəfərdən ibarətdir. Qrupda köhnə heyətdən iki nəfər - Vladimir Politov və Vyaceslav Jerebkin fəaliyyətlərini davam etdirirlər. Qrupdakı üç yeni solist isə Oleq Kurşinov, Yuri Rımarev və Sergey Qriqoryev dir.
Bonasa
Bonazi tetrası (lat. Bonasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan cinsi.
Monasa
Monasa (lat. Monasa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin ağacdələnkimilər dəstəsinin qulələklər fəsiləsinə aid heyvan cinsi.
Montsa
Montsa (it. Monza, Monscia, lat. Modicia, Modoetia, tar. alm. Montsch‎) — İtaliyanın Lombardiya regionunda şəhər. 122 000 əhalisi var. Montsa şəhəri Po çayının bir qolu olan Lambro Çayı üzərində Milano şəhərinin 15 km şimal-şimal-şərqində qurulmuşdur. Montsa Lombardiya regionunun üçüncü böyük şəhəridir və bu regionun bir altbölümü olan Brianzanın inzibati, sənaye və iqtisadi mərkəzidir. Montsada avtomobil yarışması və yan fəaliyyətlərindən başqa tekstil sənaye və çap sənaye də inkişaf etmişdir. Montsa avtodromu — əfsanəvi avtomototrek, uzun müddətdir dünyada ən sürətli hesab edilmişdir; Formula-1 İtaliyanın Qran-prinin keçirildiyi yer.
Sonata
Sonata (it. sonata, sonare) — İtalyan dilindən tərcümədə "səslənmək" mənasını verir. Kamera-instrumental musiqinin əsas janrlarından biri. Müasir anlayışda sonata bir və ya iki alət üçün silsilə sonata formasında yazılmış bir əsərdir.
Kore wa Zombie Desu ka?
Is This a Zombie?, Yaponiyada tanınan adı ilə Kore wa Zombie Desu ka? (これはゾンビですか?, Kore wa Zonbi Desu ka?, azərb. Bu bir zombidir?‎) və ya qısaca Korezom (これゾン, Korezon) — Kobuyçi və Muririnin rəssamlığı ilə Şiniçi Kimura tərəfindən yazılan ranobe seriyası. Fujimi Shobo nəşriyyatı 2009-cu ilin yanvarından 2015-ci ilin iyununa kimi Fujimi Fantasia Bunko imprinti altında ranobenin 19 cildini nəşr etmişdir. Ranobe əsasında 2 manqa adaptasiyası və bir yonkoma adaptasiyası istehsal olunmuşdur. Studio Deen tərəfindən anime serialı adaptasiyası istehsal olunmuş və Yaponiyada 11 yanvar 2011-ci ildən 31 mart 2011-ci ilə kimi yayımlanmışdır. "Is This a Zombie? of the Dead" (これはゾンビですか? オブザデッド, Kore wa Zonbi Desu ka? Obu za Deddo) adlı ikinci mövsüm isə 5 aprel 2012-ci ildən 7 iyun 2012-ci ilə kimi nümayiş etdirilmişdir.
Mü­in Ni­ya­zi
Aza
Aza (Ordubad) Aza (kənd, Ordubad) — Ordubad rayonu ərazisində kənd. Aza (qəsəbə, Ordubad) — Ordubad rayonu ərazisində keçmiş qəsəbə. Aza (hökmdar) — Manna dövlətinin hökmdarı. Aza (qədim şəhər) — Azərbaycanda qədim şəhər. Aza (Türk mifologiyası) — Türk mifologiyası.
Ba
Şanyü Ba (v. 128) — 124-cü ildə taxta çıxmış 33-cü imperatordur. Onun dövrü Hunların zəiflədiyi dövrlərdəndir. Hunların keçmiş vassalları olan Syenbilər Hunlara hücum etməyə başlamışdı. Ba Çinlilərdən yardım aldı və dörd il hakimiyyətdə qaldı. Yerinə isə Süli keçdi.
Ca
Ձ, ձ (Adı: dza, erm. ձա) — erməni əlifbasının 17-ci hərfi. Transkripsiya "j". Tələffüzü "dz". Rəqəm işarəsi "80". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "yerkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Dza
Ձ, ձ (Adı: dza, erm. ձա) — erməni əlifbasının 17-ci hərfi. Transkripsiya "j". Tələffüzü "dz". Rəqəm işarəsi "80". Mesrop Maştots tərəfindən 405-406-cı illərdə yaradılıb. Orta əsrlərdə "yerkatagir", "qrçagir", "notrgir", "şhagir" yazı növləri istifadə olunub.
Donatas Banionis
Donatas Banionis — Litvalı aktyor Donatas Yuozoviç Banionis 28 aprel 1924-cü ildə Kaunas şəhərində anadan olub. Teatr studiyasında, Litva Dövlət Konservatoriyasında (1982–1984) təhsil alıb. Uzun müddət Panevejis Teatrında aktyor, daha sonra rəhbər kimi çalışıb. Səhnədə 100-dən çox obraz canlandırıb. Kinoda 1959-cu ildən çəkilir. Panevejis şəhərinin fəxri sakini (1999), Litva (1973) və SSRİ xalq artistidir (1974). 4 sentyabr 2014-cü ildə Vilnüsdə vəfat etmişdir.
Eleusine gonantha
Hind elevzinəsi (lat. Eleusine indica) — elevzinə cinsinə aid bitki növü.
Melaleuca monatha
Melaleuca monatha (lat. Melaleuca monatha) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Qoritsa qayası
Qoritsa qayası (bolq. скали Горица, ‘Skali Goritsa’ \ska-'li go-'ri-tsa\) — Zed adaları arxipelaq qrupuna daxil olan iki qayadan biridir. Qayalıq Antarktidanın Varna yarımadasının Cənubi Şetland adalarında, Livinqston adasının şimal sahillərində yerləşmişdir. Qayanın uzunluğu şimal-qərbi və cənub-şərqi istiqamətində 330 m, eni 700 m-dir. Qaya 19-cu əsrdə ağ sənayeçilər tərəfindən kəşf olunmuşdur. Qoritsa qayası Bolqarıstanın şimal-şərqi və cənub-şərqində yerləşən Qoritsa şəhərinin adını daşıyır. Qoritsa qayası 62°25′32″ c. e. 60°09′25″ q. u.
Mehmed Konitsa
Mehmed Konitsa (1881, Konitsa[d] – 1948, Roma) — Albaniyanın bütün tarixində mühüm rol oynamış diplomat və siyasətçi idi. Üç dəfə Xarici İşlər Naziri vəzifəsində çalışmış Konitsa Albaniyanın müstəqilliyinin qorunub saxlanması və beynəlxalq aləmdə tanınması üçün böyük səylər göstərmişdir. Həm də yazıçı və pedaqoq olan Konitsa Albaniyanın müasirləşməsinə və mədəni inkişafına da töhfə verib. Albaniyanın müstəqillik mübarizəsində mühüm rol oynamış aparıcı diplomat, yazıçı və maarif xadimi idi. Osmanlı İmperiyasının Yanya vilayətində (indiki Konitsa, Yunanıstan) doğulan Konitsa ilk təhsilini Yanya və İstanbulda almışdır. Daha sonra Parisə Sorbonna Universitetində hüquq və siyasi elmlər üzrə təhsil alıb. Konitsa tələbəlik illərində alban millətçiliyi hərəkatı ilə tanış olmuş və Albaniyanın müstəqillik uğrunda mübarizəsində fəal iştirak etmişdir. 1909-cu ildə Albaniyanın müstəqilliyini elan edən Vlorë Konqresində nümayəndə kimi iştirak etmişdir. O, müstəqillik əldə etdikdən sonra yaradılmış Albaniya Knyazlığında müxtəlif diplomatik vəzifələrdə çalışıb. 1912-ci ildə London səfirlərinin konfransında Albaniyanı təmsil etmiş və 1914-cü ildə Albaniyanın xarici işlər naziri təyin edilmişdir.
Daura
Daura – Mərkəzi Sudanda (indiki Nigeriya və Niger ərazisində) dövlət, hausaların əfsanəvi vətəni. Eramızın 2-ci minilliyinin əvvəllərində meydana gəlmişdir. Ovçuluq ilahəsi və əfsanəvi hökmdar qadın Dauranın adı ilə adlandırılmışdır. “Yeddi hausa” adlı etnogenetik rəvayət Dauranın tarixi ilə bağlıdır. Rəvayətə görə, hausaların yeddi iri şəhər və dövlətlərinin baniləri Daura və Bağdad şahzadəsi Abayacidin (Bəyacid) övladları və nəvələridir. Ehtimal ki, Abayacid Əbu Yezid (10-cu əsrdə Şimali Afrikada yaşayan bərbərlərin Fatimilərə qarşı üsyanının başçısı) adının təhrif edilmiş formasıdır. Daura Böyük Səhranın ticarət mərkəzlərindən biri olsa da, Katsina və Kano kimi siyasi və hərbi nüfuza malik deyildi. 1805-ci ildə Osmandan Fodionun cihadı zamanı fulbelər tərəfindən istila edilmiş Daura dövləti üç hissəyə parçalandı: fulbelər Daurası, zanqolar Daurası və baurelər Daurası 1907-ci ildə Mərkəzi Sudanın İngiltərə və Fransa arasında bölüşdürülməsindən sonra Fransa baurelər Daurası və zanqolar Daurasının bir hissəsini Nigerin tərkibinə qatdı, Dauranın qalan hissəsi isə İngiltərənin nəzarətində olan Şimali Nigeriya protektoratına qatıldı. Britaniya müstəmləkə orqanları orada fulbe sülaləsinin hüquqlarını ləğv edərək zanqoların hakimiyyətini bərpa etdi.
Daxma
Daxma və ya koma — Azərbaycanda qədim xalq yaşayış evi. Həmçinin daxmalar digər ərazilərdə də istifadə edilir. Birgözlü, divarları çiy kərpic və möhrəpalçıqdan hörülən daxmanın memarlıq tərtibatı çox sadə idi. Daxma evlərə işıq divarda açılmış dəlikdən, yaxud damdakı bacadan düşürdü. Qapısı təktaylı, damı balıq-beli formasında olurdu. Bu cür evləri keçmişdə əsasən, yoxsul kəndlilər tikirdilər. Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh.
Dolma
Dolma və ya sarma — Geniş yayılmış xörək növlərindən biri olan dolmanın Azərbaycan mətbəxinə 30-dan çox növü məlumdur. Dolma sözü dilimizdə iki sözdən əmələ gəlib. Birinci dolmaq, doldurmaq felindəndir ki, bu da içərisi doldurulan pomidor, istiot, badımcan, heyva, soğan və s. dolmalardır ki, bu ad onların hazırlanma texnologiyaları ilə üst-üstə düşür. İkinci söz "dolamaq" felindəndir ki, bu da yarpağı içliyə dolamaqdan irəli gəlir. Bunlar kələm, üzüm yarpağı, fıstıq (pip) yarpağı, əvəlik yarpağı və s. bu kimi yarpaqlardan hazırlanan dolmalardır. Bu tip dolmalara Türkiyə türkcəsində "sarma" da deyirlər ki, bu da "dolmaq" feli ilə dilimizdə də eyni məna daşıyan "sarımaq", yəni bükmək felindədir. Qeyd edək ki, Azərbaycanın regionlarında eyni adlı dolmalar müxtəlif üsulla bişirilə bilir. Məsələn, kələm dolması Gəncədə sadə bişirilirsə, Şəkidə ona şəkər, Naxçıvanın bəzi kəndlərdə şabalıd qatılır .
Donma
Donma — dəri, dərialtı və daha dərin toxumaların soyuğun təsirindən yerli zədələnməsi. Donmalar zamanı toxumaların nekrozu soyuğun bilavasitə təsiri ilə deyil, yerli qan dövranının və innervasiyanın pozulması ilə şərtlənir: reaktivliyə qədərki dövrdə kapilyarların və kiçik arteriyaların spazmı, reaktiv dövrdə isə onların parezi, yerli qan dövranının zəifləməsi, qan damarlarında staz, kiçik damarlarda tromboz proseslərinin inkişafı. Sonralar damar divarında morfoloji dəyişikliklər başlayır: endotelin şişməsi, endotelial hüceyrələrin plazmatik hüceyrələr tərəfindən hopulması, nekrozun əmələ gəlməsi və sonra həmin nahiyənin çapıqlaşması və daha sonra damarların tutulması. Beləliklə, donma zamanı toxumaların nekrozu ikincilidir və onun inkişafı donmanın reaktiv fazasında da davam edir. Keçirilmiş donma nəticəsində damarlarda baş verən dəyişikliklər sonralar damarların obliterasiyaedici xəstəlikləri və trofik dəyişikliklər üçün zəmin yaradır. Reaktivliyə qədərki (gizli yaxud hipotermiya) dövrü. Reaktivlik dövrü (toxumaların isidilməyə başladığı andan sonrakı dövr). Reaktivliyə qədərki (gizli) dövrdə toxumalar hipotermiya vəziyyətində olurlar, belə ki, hələ soyuğun təsiri davam edir. Bu dövrdə klinik əlamətlər nəzərəçarpacaq dərəcədə aydın olmur: dəri avazımış, yaxud sianotik olur, əllədikdə soyuqdur və hissiyyat ya azalıb, ya da itmişdir. Bəzi hallarda ilk saatlarda spesifık soyuqluq hissiyyatı, iynəbatırma, göynəmə və paresteziyalar (ağrı hissiyyatının təhrif olunmuş formaları) qeyd edilir.
Doqma
Doqma, və ya doqmat (q.yun. δόγμα, δόγματος "rəy, qərar, hökm") — kilsənin təsdiqlədiyi doktrinanın mövqeyi, tənqidə (şübhəyə) məruz qalmayan məcburi və dəyişməz bir həqiqəti elan etmə ifadəsi. Tarixdə "doqma" ifadəsinin bu terminin müasir anlayışından fərqli olaraq müxtəlif mənalarda işlədildiyi dövrlər olmuşdur. Qədim ədəbiyyatda, Siseron tərəfindən, doqma sözü, ümumiyyətlə məlum olduğu üçün inkaredilməz bir həqiqət mənasına sahib olan belə təlimləri ifadə edirdi. Origen və St. Isidore, Sokratın bəzi nəticələrini adlandırdı. Platon və Stoiklərin təlimlərinə "dqma" da deyilirdi. Ksenofona görə, "doqma" həm komandirlərin, həm də adi əsgərlərin hamının mübahisəsiz itaət etməli olduğu bir əmrdir. Herodianın "doqma" sında Senatın tərifi yer alır və bütün Roma xalqı sorğu-sualsız itaət etməlidir. Bu məna 70 tərcüməçinin yunan dilində tərcüməsində bu mənanı qoruyub saxladı, burada Daniel peyğəmbər, Ester, Makkabi peyğəmbərinin kitablarında δόγμα kəlməsi dərhal icra edilməli olan bir kral fərmanından və hər mövzu üçün qeyd-şərtsiz məcburi olan bir kral və ya dövlət qanunundan bəhs edir.
Duman
Duman, çən və ya sis — havada xırda su buxarı hissəciklərinin kondensasiya məhsullarının toplanması, daha doğrusu su buxarının Yer səthinə yaxın hava qatında kondensasiya və ya sublimasiyaya uğraması ilə meydana çıxan atmosfer hadisəsi. Atmosferin Yer səthinə yaxın hava qatında mikroskopik su damlalarının və ya buz kristallarının toplanması ilə müşayiət olunur. Havanın temperaturu −10°-dən yüksək olduqda xırda su damlaları, −10…-15°-də su damlalarının və buz kristallarının qarışığı, −15°-dən aşağı temperaturda işıq şüaları altında parlayan buz kristalları şəklində müşahidə olunur. İlıq və rütubətli havanın soyumuş Yer səthi üzərində hərəkəti nəticəsində əmələ gələn dumana advektiv duman deyilir. Advektiv duman okeanlarda isti cərəyanın soyuq cərəyanla qarşılaşdığı yerlərdə daha çox müşahidə olunur..
Vurma
Vurma — hasil almaq üçün bir ədədin digər ədədə, yaxud öz-özünə vurulmasına deyilir.
Diuca
Diuka (lat. Diuca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinə aid heyvan cinsi.
Diuka
Diuka (lat. Diuca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin thraupidae fəsiləsinə aid heyvan cinsi.
Drama
Drama (yun. Δράμα) — Yunanıstanda şəhər. Dəniz səviyyəsindən 115 metr yüksəklikdə, Kavalanın 32 kilometr şimal-qərbində, Seredən 51 kilometr şərqdə, Salonikidən 116 kilometr şimal-şərqdə və Afinadan 354 kilometr şimalda yerləşir. Şərqi Makedoniya və Frakiyanın periferiyasında eyniadlı icmanın (dima) inzibati mərkəzi və eyniadlı periferik vahidi. 2011-ci il siyahıyaalınmasına görə şəhərdə 44,823 nəfər yaşayır. 12 saylı milli avtomagistral Dramanı Sere və Kavala ilə birləşdirir. 14 saylı milli yol Dram ilə Xantini əlaqələndirir. 57 saylı milli yol Dram ilə Kato-Neurocopionu birləşdirir. Şəhərdə Selanik - Aleksandrupolis dəmir yoluna aid "Dram" dəmir yolu stansiyası var. Şəhərə qədim tarixə və çoxlu memarlıq abidələrinə malikdi.
Azerspace-1/Africasat-1a
Azerspace/Africasat-1A Rabitə Peyki (ing. Azerspace/Africasat-1A Satellite) — Azərbaycanın ilk rabitə peyki, Amerikanın "Orbital Sciences Corporation" şirkəti tərəfindən inşa olunmuşdur. Azerspace-1 peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılmışdır. Çəkisi: 6521 kq. Ölçüləri: Tam açılmış halda peykin ölçüləri: 23,6 m x 8,9 m x 5,6 m-dir. "Azerspace-1" peyki teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir. Telekommunikasiya peyki olan Azerspace-1-dən səs, məlumat bazası, internet, TV və radio yayım xidmətləri məqsədilə istifadə edilə bilər. Peykin verəcəyi bir neçə qiqabitlik İnternet alternativ kimi fors-major situasiyalarda faydalı ola bilər.
Azərbaycan SSR-nin 15 illiyi (film, 1935)
Azərbaycan SSR-nin 15 illiyi filmi rejissor Rza Təhmasib tərəfindən 1935-ci ildə çəkilmişdir. Azərfilmdə istehsal edilmişdir. Film Azərbaycanın, sovetləşəndən sonrakı 15 ili ərzində, sənaye, kənd təsərrüfatı, iqtisadiyyat və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərdən, əmək adamlarından, elm, ədəbiyyat və incəsənət xadimlərindən söhbət açır. Film Azərbaycanın, sovetləşəndən sonrakı 15 ili ərzində, sənaye, kənd təsərrüfatı, iqtisadiyyat və mədəniyyət sahəsində əldə etdiyi nailiyyətlərdən, əmək adamlarından, elm, ədəbiyyat və incəsənət xadimlərindən söhbət açır.
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası
Azərbaycan U-17 qızlardan ibarət milli futbol komandası — 17 yaşadək qız futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 2007/2008 mövsümündə qitə arenasına çıxmışdır.
Azərbaycan U-18 milli futbol komandası
Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41. Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb. 4 dəfə iştirak etmişdir.
Azərbaycan U-19 milli futbol komandası
Azərbaycan U-19 milli futbol komandası — 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası İlk dəfə 1994/95 mövsümündə qitə arenasına çıxan yığma 7 il U-18 kimi, 2001/02 mövsümündən sonra isə U-19 kimi yarışlara qatılıb. Komanda 18 yaşlılar arasında 16 oyunda 3 qələbə və 13 məğlubiyyət qarşılığında top fərqində çox geridədir – 8:41. Tarixində 17 dəfə qitə birinciliklərinə qatılan milli özünün yubiley – 50-ci görüşünü 13 oktyabr 2010-cu ildə Portuqaliyada Yunanıstana qarşı keçirmişdir. Həmin görüş də daxil olmaqla baş tutan 50 qarşılaşmada Azərbaycan futbolçuları 10 qələbə qazanıb, 7 heç-heçə edib və 33 dəfə meydanı xalsız tərk ediblər. Bu görüşlərdə azərbaycanlılar 40 qol vurub, 117 dəfə qapısında top görüb. 4 dəfə iştirak etmişdir.
Azərbaycan U-21 milli futbol komandası
Azərbaycan U-21 milli futbol komandası — Azərbaycanı beynəlxalq futbol arenasında təmsil edir və AFFA tərəfindən idarə olunur. Azərbaycan U-21 milli futbol komandası əsasən iki peşəkar futbol turnirində iştirak etmək üçün mübarizə aparır: FİFA Dünya Kuboku və UEFA Avropa Çempionatı.
Ağbuğda-13
Ağbuğda-13 — payızlıq bərk buğda sortu. Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik İnstitutunun Mirbəşir Zona Təcrübə stansiyasında Apulikum 82/1 və Xoranka sortlarının çarpazlaşdırılmasından alınmışdır. Ağbuğda-13-ün sünbülü, dəni və qılçığı ağdır; ağ dənləri iri, şəffaf, uzunsov olur. 1000 dənin çəkisi 49–59 qram gəlir. Su və gübrəyə tələbkardır. Yerə yatmır, quraqlığa davamlıdır. Suvarılan sahələrdə 1 hektardan 30–35 sentner məhsul yığılır. Ağbuğda-13 oktyabrın birinci yarısında səpilir. Vegetasiya dövrü 210–220 gündür. Dağətəyi və suvarılan düzən zonalar üçün rayonlaşdırılmış buğda sortu olmuşdur.
BM-21 Qrad
Qrad (indeski 9K51) — Sovet istehsalı 122 mm reaktiv yaylış atəş sistemidir. "Katyuşa" sisteminin bazasında yaradılmış bu sistem "Ural-375" və ya "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" (9K55) sistemi 9P138 əsasında mövcud olan "Qrad"-ın təkmilləşdirilmiş formasıdır. NATO ölkələrində sistem M1964 adı ilə tanınır. Orduda istifadəyə 1963-cü ildən götürülmüşdür. Hədəfi vurma məsafəsi 30 km-dir. Bir dəfəyə 40 ədəd mərmi atır. Çapı 122 mm-dir. Qrad sistemi növündən asılı olaraq "Ural-375" və "Ural-4320" avtomobillərinin üzərində quraşdırılır. "Qrad-1" modifikasiyası üçün ZİL-131 avtomobili tətbiq olunur.
BM-27 Uraqan
BM-27 "Uraqan" — 220 millimetr çaplı sovet reaktiv yaylım atəş sistemi. Bu kompleks 1975-ci ildə istifadəyə verilmişdir. Sistemin baş konstruktoru Aleksandr Nikitoviç Qaniçevdir. Döyüş maşınının baş konstruktoru isə Yu. N. Kalachnikovdur. İstehsalçı ölkə: SSRİ İstehsalçı firma: Splav (Tula) silah hazırlama zavodu Tip: Reaktiv Yaylım Atəş Sistemi İstehsal tarixi: 1975 – 1991 Xidmətə giriş ili: 1975 – günümüzə Lülə diametri: 220 mm Lülə sayı: 16 ədəd Doldurulma: 14 dəqiqə Döyüşə hazır vəziyyətə gətirilmə: 3 dəqiqə Yerdəyişmə vaxtı: 1.5 dəqiqə Şaquli qalxma bucağı: +6º… +55º Məhvetmə radiusu: 426.000 m² Hədəfdən yayınma: 125/170 m Salvo Atış müddəti: 8.8 – 20 saniyə Raketin çəkisi: 256 – 280 kq Döyüş başlığının çəkisi: 90 – 143.5 kq Minimal atəş məsafəsi: 5 km Maksimal atəş məsafəsi: 35.8 km Şassi: ZİL–135LM Heyət üzvü: 4 nəfər Ağırlıq: 20 ton Uzunluğu: 9.63 m Eni: 2.80 m Hündürlüyü: 3.22 m Klirens: 0.475 m Təkər formulası: 8x8 Mühərrik: 2 ədəd Zil–375 V8 benzin Güc: 2 x 180 (360) at gücü Sürətlər qutusu: 10 pilləli mexaniki Maksimal sürət: 65 km/saat Döyüş radiusu: 570 km Yanacaq çəninin tutumu: 520 litr Ermənistan — 2011-ci ildə silahlanmasında göstərib.
Bayer 04 FK
Bayer 04 - Almaniya bundesliqasında oynayan Leverkuzen şəhərini təmsil edən futbol klubu Əsası 1904-cü ildə Bayer kimya şirkəti tərəfindən qoyulub. 1 iyul 1904: TuS Friedrich Bayer & Co 1904 Leverkusen kimi yaradılıb. 31 may 1907: Futbol komandası yaranıb. 1923: FV 1904 Leverkusen adlanıb. 1928: Box-Verein Wiesdorf və SV 04 Leverkusen qarışıb. 1935: SV Bayer 04 Leverkusen adlanıb. 1938: TuS Friedrich Bayer & Co 1904 Leverkusen BSG 04 Leverkusen qarışıb. 1943: SV Bayer 04 Leverkusen adlanıb. 1945: SV 04 Leverkusen adlanıb. 1948: SV Bayer 04 Leverkusen adlanıb.
Bicol bölgəsində COVID-19 pandemiyası
Bizim 10 yaşımız var (film, 1966)
Bizim 10 yaşımız var qısametrajlı sənədli televiziya filmi 1966-cı ildə Bakı Televiziya Studiyasında istehsal edilmişdir. Film Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəaliyyətinə həsr olunmuşdur. Film Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin fəaliyyətinə həsr olunmuşdur.
Bizim 29-cu ordenli (film, 1970)
Boeing B-17 Flying Fortress
Boeing B-17 Flying Fortress (“Uçan Qala”), ABŞ Ordusu Hava Korpusu (US Army Air Corps - USAAC) üçün İkinci Dünya Müharibəsindən əvvəl inkişaf etdirilmiş dörd mühərrikli ağır bombardmançı təyyarəsidir. B-17-nin əsas vəzifəsi Almaniyanın sənaye və mülki hədəflərinə qarşı strateji gündüz nöqtə bombardmanı idi. Normandiya əməliyyatından əvvəl Əməliyyat nöqtəsində (Operation Pointblank) ABŞ-nin İngiltərədəki 8-ci Hava filosu və mərkəzi İtaliyada yerləşən 15-ci Hava Donanması, RAF Bombardman Komandanlığının gecə bombardmanında bir əlavə olaraq xidmət etmişdir. Bundan əlavə, B-17-lər aşağı səviyyədə də olsa Sakit okeandakı döyüşlərdə də istifadə edilmişdirlər. B-17-lər hər küncündə və yuxarı və aşağı qüllələrində olan 50 kalibrlik pulemyotları sayəsində Flying Fortress (“Uçan Qala”) adlandırılmışdırlar. USAAC B-17-ni müharibədən əvvəlki dizaynına uyğun olaraq strateji bir silah olaraq istifadə etdi: yüksəkdən uçan, uzun mənzilli, yüksək bombardmançı, lakin vurulması asan olmayan bir təyyarə. Müharibə zamanı aldığı ağır xəsarətlərinə baxmayaraq, bazasına geriyə qayıda bilməsi və gövdə enişləri qabiliyyəti ilə B-17-ni bir ikona çevirmişdi. B-24 Liberator ilə müqayisədə daha aşağı mənzilinə və bomba daşıma qabiliyyətinə baxmayaraq, tədqiqatlar pilotların B-17-dən daha çox məmnun olduqlarını göstərmişdi . B-17 İkinci Dünya Müharibəsi illərində ABŞ-nin digər təyyarələrindən daha çox bomba daşıyırdı. Məsələn, Almaniyaya atılan 1,5 milyon ton bombanın 500 min tonu B-17 ilə atılmışdır.
Boeing B-29 Superfortress
Boeing B-29 Superfortress və ya qısaca B-29 — İkinci dünya müharibəsi ərzində ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunan 4 motorlu ağır bombardman təyyarəsi. İkinci dünya müharibəsindən sonra Koreya müharibəsində də istifadə olunmuşdur. B-29 İkinci dünya müharibəsində istifadə olunan ən böyük bombardman təyyarələrdən biridir. Təsirli bombalama gücünə, mərkəzi atəşləmə sisteminə, uzaqdan idarə olunan silahlara malik olması başlıca üstünlüklərindən biri olmuşdur. Həm gecə, həm gündüz yüksək bombalama qabiliyyətinə sahibdir. B-29 təyyarələri Naqasaki və Hiroşimaya atom bombası dayışan təyyarələrdir. 1960-cı ilin 20 iyununda istismardan qaldırana qədər 3.970 ədəd B-29 istehsal edilmişdir. B-29-lar İkinci dünya müharibəsində ancaq Sakit okean cəbhəsində istifadə olunmuşdur. "Enola Gay" adlı B-29 "Little Boy" atom bombasını 6 avqust 1945-ci ildə Hiroşimaya, "Bocksar" adlı B-29 isə "Fat Man" atom bombasını 9 avqust 1945-ci ildə Naqasakiyə atmışdır.
Boeing X-32
Boeing X-32 — ABŞ Dövlət Departamentinin tenderi - Ortaq Hücum Döyüşçüsü proqramının finalistidir. Həmin tenderdə Lockheed Martinin sonradan F-35 Lightning II təyyarəsinə təkmilləşdiriləcək olan X-35 təyyarəsinə uduzmuşdur. 1993-cü ildə Təkmil Müdafiə Araşdırmaları Layihələri Agentliyi (DARPA) Ümumi Münasib Yüngül Döyüşçü (CALF) proqramına start verdi. Bu proqramın məqsədi Amerika Müdafiə Departamentinin sərəncamında olan bütün müxtəlif növ yüngül təyyarələri – F-16, F/A-18 Hornet, AV-8B Harrier-i bir növ təyyarə ilə yeniləmək idi. Elə eyni dövrdə də ABŞ HHQ və ABŞ Donanması birlikdə Ortaq Təkmil Hücum Texnologiyası (JAST) proqramına start verilmişdi. 1994-cü ildə ABŞ Konqresi hər iki proqramı birləşdirərək Ortaq Hücum Döyüşçüsü proqramına start verdi. OHD proqramının ilkin fazalarında, konsept mərhələlərində bir çox kompaniyalar iştirak edirdi. 1996-cı il 16 Noyabrda Müdafiə Departamenti Boeing və Lockheed Martin kompaniyasına öz təyyarələrini yaratmaq göstərişi verdi. Müqaviləyə əsasən yeni təyyarə normal şəkildə enib qalxma, gəmidən qalxma və enmə, qısa qalxma və şaquli enməyi bacarmalı idilər. Bundan əlavə onlar təyyarənin silah sistemlərinin yerüstü təqdimatını da etməli idilər.
Bolhovitinov 11 Dekabr 1915 Tarixli Rəsmi Erməni Hesabatı (kitab)
Hüquqşünas Məmməd Pərinçəyin rus-Sovet dövlət arxivlərində etdiyi uzun işləri nəticəsində hazırladığı, dünyada ilk dəfə Türkcə olaraq nəşr olunan bu kitab, I Dünya Müharibəsi illərində Rusiyanın Qafqaz Orduları Qərargah Başçısı olan Tuğgeneral L. M. Bolhovitinovun hesabatının tərcüməsidir. Türk tezisinə yaxın dayanan bu hesabat tərcüməsinin əhəmiyyəti, üst səviyyə vəzifəli Rus komandirinin qaynaqlıq və bəzən şahidlik etməsi, daha əhəmiyyətlisi hesabat ən üst səviyyə Çar mövqelərinə istiqamətli yazılmış olduğundan etibarlı tapılmasıdır. Osmanlı ilə döyüş halında olan Rusiyanın bir generalının, həm Türk cəbhə gerisindəki, həm Rus Ordusu yanında iştirak edən Ermənilər əleyhinə bu qədər məlumat təqdim etməsi hesabatı diqqət çəkici edir. 1. Erməni məsələsi 19. əsrdə çıxarılmışdır və Ermənilərin həyat şərtləri Türklər və Kürdlərə görə çox daha yaxşıdır. 2. Erməni məsələsi, süni olaraq İngilislər tərəfindən çıxarılmışdır. Beləcə Türkiyə ilə Rusiyanın axtarsının açılaraq rus-Türk ittifaqı önlənmək istənmişdir. Osmanlının zəifləməsindən sonra isə müstəqil bir Ermənistan ilə Türkiyə və Rusiya arasında bir tampon ölkə hədəflənmişdir.
Braziliyada COVID-19 pandemiyası
Braziliyada COVID-19 pandemiyası ağır kəskin tənəffüs sindromu coronavirus 2-nin (SARS-CoV-2) səbəb olduğu 2019-cu il (COVID-19) koronavirus xəstəliyinin davam edən pandemiyasının bir hissəsidir. Virusun Braziliyaya yayıldığı 2020-ci il fevralın 25-də San-Pauludan İtaliyaya səyahət edən bir şəxsin virusa yoluxması ilə təsdiqləndi. Xəstəlik martın 21-dək Braziliyanın bütün federativ vahidlərinə yayıldı. 19 iyun 2020-ci ildə ölkə bir milyonuncu halı qeydə aldı və təxminən 49,000 ölüm faktı bildirdi. Pandemiya siyasət, təhsil, ətraf mühit və iqtisadiyyata təsir göstərən federal, əyalət və yerli hökumətlərin müxtəlif tədbirlərinə gətirib çıxardı. 27 mart 2020-ci ildə Braziliya xarici hava səyahətçilərinə müvəqqəti qadağa elan etdi və əksər əyalət qubernatorları virusun yayılmasının qarşısını almaq üçün karantin tətbiq etdi. 17 noyabr 2021-ci il tarixinə 21,965,684 təsdiqlənmiş hadisə və 611,478 ölümlə Braziliya, dünyada təsdiqlənmiş yoluxmaların sayına görə üçüncü və COVID-19-dan ölənlərin sayına görə isə ABŞ və Hindistandan sonra ikinci yerdədir. Ölkədə ilk yoluxma halının qeydə alındığı gün olan 26 fevral tarixindən etibarən COVID-19-dan ölüm hallarının tendensiyası.
Bədii Gimnastika üzrə 23-cü Avropa çempionatı
Bədii gimnastika üzrə 23-cü Avropa çempionatı — 28 iyun 2007-ci ildə Azərbaycan respublikası Bakı şəhərindəki Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. Yarışda 33 ölkənin 200-dən artıq idmançısı mübarizə aparıb. Fərdi mübarizəyə 31 ölkənin 80 gimnastı qatılıb. Yeniyetmələrin komanda yarışında isə 25 kollektivin iştirak edib. Bu gimnastlar 6 dəst medal uğrunda mübarizə aparıblar Qitə birinciliyinin ilk günündə daha aşağı reytinqə malik gimnastların yer aldığı C və B qruplarında fərdi yarışlar olub. Avstriya Azərbaycan Belçika Belarus Boliviya Xorvatiya Kipr Çexiya Estoniya Finlandiya Fransa Quam Almaniya Birləşmiş Krallıq Yunanıstan Macarıstan İsrail İtaliya Latviya Moldova Norveç Polşa Portuqaliya Rumıniya Rusiya Litva Slovakiya Sloveniya İspaniya İsveç İsveçrə Türkiyə Ukrayna Azərbaycan Böyüklər: GİMATOVA Dinarə, QURBANOVA Anna, QARAYEVA Aliyə, CAVADLI Zeynəb Yeniyetmələrdən ibarət qrup komandası: MİRZƏYEVA Nigar, QULIYEVA Ceyla, ORUCOVA Esmira, SƏLIMBƏYOVA Əzizə, HÜSEYNOVA Cəmilə, XƏLƏFOVA Aelita Avstriya Böyüklər: VEBER Karolina, PÖSTINGER Selina, RAYTGRUBER Katarina Yeniyetmələr: ELLEBERQER Nina, QASSLER Liza, LANTSER Barbara, RUPEXT Nicol, VERTANÇİK Lena Ehtiyat: VEQŞNAYDER Nataşa Belçika Böyüklər: MASSET Manon, QERONTITIS Katerina Belarus Böyüklər: ÇERKAŞİNA Lyubov, RUDALOVA Svetlana, YÜŞKEVIÇ Mariya Yeniyetmələr: BIÇUN Yuliya, XARİTONOVA Anastasiya, STANİUTA Melitina, ARLOVSKAYA Xana, XLADKAYA Anqelina Ehtiyat: OSİPOVA Alesiya Bolqarıstan Böyüklər: PEYÇHEVA Simona, MİNÇEVA Monika, SIDEROVA Filipa Yeniyetmələr: BOJİLOVA Romina, TRAYANOVA Stefaniya, İLİYEVA Kristina, DİMİTROVA Maqika, KIROVA Qabriela Ehtiyat: TODOROVA Elena Xorvatiya Böyüklər: MAKAROVA Aleksandra, ZELİMORSKİ Anamarij, STOYAKOVIÇ Mateya Kipr Böyüklər: PANAQİYOTU Rayisa-Sula, TRİKOMİTİ Luçiya Çexiya Böyüklər: MENDLİKOVA İva, MİÇKOVA Monika, RADİMERSKA Nelya Yeniyetmələr: MARKOVA Nikol, DOSTALOVA Xana, DOPPLEROVA Barbara, KUMPREXTOVA Lüsi, ZAMORSKA Vendula, Ehtiyat: ZEMANOVA Monika İspaniya Böyüklər: SİD Almudena, RODRIQES Karolina Yeniyetmələr: REDONDO Lidiya, QONSALES Silviya, QARSIYA Rebeka, QARVIN Sara, AQİLER Sandra Ehtiyat: VAN RAVESTAYN Barbara Estoniya Böyüklər: KİKKAS İrina, LUKYANOVA Jana Yeniyetmələr: KUKK Karina, MAKUSİNA Yuliya, PUÇKİNA Tatyana, MOTSMEES Ariyel, BOQOMOLOVA Anna Ehtiyat: AKULINITSEVA Liza Finlandiya Böyüklər: RINQINEN Mariya, XUUXTANEN Yuliya, SARESVİRTA Marlena Yeniyetmələr: KİİXKİNEN Xaydi, XIYETAPAKKA Diana, ROMANJUK Yuliya, PURONLİNNA Emiliya, RİSTİKANGAS Rebekka Ehtiyat: RİSTIKANGAS Viktoriya Fransa Böyüklər: LEDU Delfin Birləşmiş Krallıq Böyüklər: CONS Françeska, MANN Xizer Gürcüstan Böyüklər: SAMLİKAŞVİLİ Mzevinari, XATİAŞVİLİ Ketevan, DONADZE Tatiya Yeniyetmələr: KURDADZE Nino, NAVAİDZE Natia, YANTETS Miriam, BALAXAŞVİLİ Meqi, TVİLDİANİ Tamara Ehtiyat:ÇARQEYŞVİLİ Tekla Almaniya Böyüklər: İNGİLDEYEVA Liza, VİTMAN Klaudiya, STOLBİN Darya Yeniyetmələr: QRAF Kristina, MANSUR Janin, MARKS Laura-Tabeya, NIKEL Yuliya, ULBRİX Liza Ehtiyat: DİTRİX Daniyela Yunanıstan Böyüklər: ANDRİYOLA Eleni, GKOUNTROUMPI Evangeliya, Yeniyetmələr: TAMPAKİ Eleni, PAPAİOANNU Antoniya, KONSTANTINU Mariya, MANIU Vasiliki, QEORQOVASILI Aleksandra Ehtiyat: BOTSİ Qeorqiya Macarıstan Böyüklər: VASS Dora, BENYO Frujina Yeniyetmələr: MİJER Aleksa, BOLDİJAR Ester, XORÇER Noemi, MARTON Fransiska, DUDİNSKY Mariya Ehtiyat: JOKE Kinqa İsrail Böyüklər: RIZENSON İrina, RİVKİN Neta Yeniyetmələr: BUZOVSKI Moran, KADOŞ Noa, KREMER Koral, SLUSER Elena, ZAKALUZKY Polina Ehtiyat: LEVIN Aleksandra İtaliya Böyüklər: LAURİTO Romina, ZANKANARO Beatris, KANTALUPPI Cülyetta Yeniyetmələr: ANTİNUÇÇİ Federika, FRANTSİNİ Paola, QALLİ Alisa, PLOTSER Valentina, ZUKKA Marqarita Ehtiyat: KOLOMBO Karlotta Latviya Böyüklər: KİSLUXİNA Marina, MEYERSONE Yelena, İSAKOVA Yana Yeniyetmələr: ROMANOVA Veronika, NAXİMOVA Nataliya, BEBRE Valda, MİÇULE Alina,YEFREMOVA Anna Ehtiyat: NESKROMNAYA Anna Litva Böyüklər: PAPARTİTE Lina, ABROMAVIÇUTE Qiedre Yeniyetmələr: LİONQİNAVİÇYUTE Yurqita, SILEYKİTE Eqle, LIEPAYTE Aqne, MARKEVIÇYUTE Uqne, PAPARTİTE Rasa Ehtiyat: KONÇEVIÇYUTE Qoda Moldova Böyüklər: TANURKOVA Anastasiya, ÇEBAN Karina, LEVKO Yelena Norveç Böyüklər: BOQETVEYT Xanna Kristina, QRAM Marte Yeniyetmələr:TORKILDSEN Mari, TORKILDSEN Tea, SANDVOLD Rikke, ÇHUDİ Daniela, TUYE Sara Bronnum Ehtiyat: QRAVDAL Tea Polşa Böyüklər: MİTROŞ Coanna, JDUN Anna Yeniyetmələr: JAMALEK Marta, ZUXLİNSKA Katarjina, KLAJMAN Süzanna, NAROLSKA Coanna, KOJİRA Karolina Ehtiyat:TRJONKOVSKA Karolina Portuqaliya Böyüklər: QOMEŞ İnes, KAETANO Sara, QERALDES Katarina Yeniyetmələr: SARAYVA Coana, DİAS Coana, JARDİM Cessika, ROSA Daniela, RORITS Vanessa Ehtiyat: MAÇADO Diana Rumıniya Yeniyetmələr: FAUR Kristina Teodora, MOLDOVAN Malina Florina, MARSİUS İonela,TOÇU Alis Viviyana, ÇAYA Monika Florina Ehtiyat: MARGINEYAN İoanna Aleksandra Rusiya Böyüklər: SESINA Vera, KAPRANOVA Olga, KANAYEVA Evqeniya Ehtiyat: STRUÇKOVA Olqa Yeniyetmələr: ANDRONOVA Darya, XAYRETDINOVA Karina, DONSKOVA Ulyana, ELYUTINA Aleksandra, NEXOJINA Nataliya Ehtiyat: YAKIMENKO Mariya Sloveniya Böyüklər: RODE Moyça, SEME Tyaşa İsveçrə Yeniyetmələr: ROXATÇ Karol, FRİDRİX Janin, ŞMİD Lara, STUÇKI Nadin, YAKOUB Suxeliya Ehtiyat: BÜSSER Rebekka Slovakiya Böyüklər: MIÇİKOVA Mixala, VARQOVA Katarina, MAÇALOVA Petra Yeniyetmələr: KOMPELOVA Jujana, QUBRIKOVA Darina, BARANOVA Yaroslava, PODLUÇKA Marianna, POKORNA Aleksandra Ehtiyat: DERMEKOVA İvana İsveç Böyüklər: LARSON Tereza Türkiyə Böyüklər: SÜTCÜ Berfin Serdil, ÖYLÜMLÜ Qizem Yeniyetmələr: AKILVEREN Pinar, DEVEÇİ Nevin Sevinc, AKILVEREN Pelin, ÇELEP Elif Zeynep, TAŞ Asya Nur Ehtiyat: AKALIN Yağmur Ukrayna Böyüklər: BESSONOVA Anna, QODUNKO Nataliya, Ehtiyat: KOVALÇUK İrina Yeniyetmələr: ŞURXAL Valeriya, BELKİNA Irina, SLOBODYAN Yuliya, YESKOVA Svetlana, RIZƏTDİNOVA Anna Ehtiyat: SUBBOTİNA Anna Şəxsi birincilikdə Aliyə Qarayeva iplə hərəkətlərdə 18,150 xal toplayaraq, Avropa çempionu tituluna sahib çıxmışdır. Rusiyalı gimnastlar Vera Sessina (18,050) gümüş, Olqa Kapranova (17,750) isə bürünc medala layiq görülmüşdür. Halqa ilə hərəkətlərdə isə Olqa Kapranova (18,325) ukraynalı Anna Bessonova (18,050) və Vera Sessina (17,600) ilk üç yeri tutmuşlar. Gürzlə hərəkətlərdə Vera Sessina (18,000) daha güclü çıxış edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Olqa Kapranova onunla eyni xalı yığsa da, cərimə xalı onun ikinci yeri tutmasına səbəb olmuşdur.
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı
Bədii gimnastika üzrə 25-ci Avropa çempionatı — 2009-cu ildə Bakıdakı Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilmişdir. Yarışa 32 ölkədən 186 gimnast qatımışdır. Fərdi yarışların qəhrəmanı rusiyalı Yevgeniya Kanayeva olub. O, hər 4 növdə qızıl medal qazanıb. Komanda hesabında da Rusiyanın birinci yer tutduğunu nəzərə alsaq, Kanayeva Bakıdan 5 qızıl medal apardı. Yeniyetmələrdən ibarət milli komandalar arasında da Rusiya yığması ilk pilləyə sahib çıxıb. Azərbaycan yığması qitə birinciliyində 3 medal qazanıb. Aliyə Qarayeva və Anna Qurbanovanın çıxış etdiyi komanda 2-ci yeri tutub. Fərdi yarışlarda isə Qurbanova fəxri kürsüyə yüksəlməyi bacarıb. O, topla çıxışında 27.850 bal toplayaraq, bürünc medala yiyələnib.
Bəhaullahın 19 həvarisi
Bəhaullahın 19 həvarisi (fars. نخستین پیروان بهاءالله‎) — Bəhaullah tərəfindən yayılmış təlimin ilk 19 ardıcılı və dinin 19 həvarisi olaraq qəbul edilən şəxslər.
Canal 13
Canal 13 Çilinin pulsuz yayımlanan bir televiziya kanalıdır. 21 avqust 1959-cu ildə Santyaqonun 2-ci analog kanalında Çili Papa Katolik Universitetinin bir qrup mühəndisinin rəhbərliyi ilə yayımlandı. Daha sonra televiziya stansiyası tezliyini VHF kanal 13-ə köçürdü və bu da indiki adının yaranmasına səbəb oldu. Başlanğıcda ən mühüm mərhələlərdən biri, Çilidə təşkil edilən 1962 FIFA Dünya Kubokunun yayımı idi. Luksic Group-a məxsus olan Canal 13, Çilinin ikinci ən köhnə televiziya stansiyasıdır. 2010-cu ilə qədər Şili Korporasiyası de Televisión de la Pontificia Universidad Católica de Chile (Çili Papa Katolik Universitetinin Televiziya Korporasiyası) olaraq adlandırıldı. Bununla birlikdə, stansiya Çili’də qurulduğu gündən bu yana El 13 (on üçüncü) olaraq bilinir.
Clicked Singles Best 13
Clicked Singles Best 13 — L'Arc~en~Ciel qrupunun kompilyasiya albomudur.
Convair B-36 Peacemaker
Convair B-36, USAF üçün Convair tərəfindən istehsal edilən bir strateji bombardmançıdır. Bu təyyarə, qitələrarası missiyaları icra edə biləcək ilk əməliyyat bombardmançısıdır. Qeyri-rəsmi ləqəb olaraq təyyarəyə “Peacemaker” (Sülhməramlı) ləqəbi seçilmişdir. B-36 ilk termonüvə bombası daşıyıcısıdır. Kütləvi istehsala cəlb edilmiş olan ən böyük porşen mühərrikli təyyarədir. Bundan əlavə, B-36 daha böyük yük təyyarələrinin mövcud olmasına baxmayaraq indiyə qədər inşa edilmiş olan ən böyük döyüş təyyarəsidir. 10.000 km-dən çox əməliyyat mənzilinə və 32 tondan çox bomba daşıya bilmək qabiliyyəti ilə Boeing B-52 Stratofortress və Rockwell B-1 Lancer kimi müasir uzun məsafəli bombardmançıların əcdadıdır.