Z
ZABİT
OBASTAN VİKİ
.za
.za — CAR üçün internet kodu.
Za
Զ, զ (səslənməsi: za, erm. զա) — erməni əlifbasının altıncı hərfi. Orta əsrlərdə "yerkatagir", "qraçagir", "notrgir", "şxagir" yazı üslublarında istifadə edilmişdir.
"Azon" zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir.2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub. Hərracın nəticəsinin nə olması barədə məlumat mövcud deyil.
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı
2015 UCI BMX Dünya Çempionatı – Kişilər zaman yarışı — 2015 UCI BMX Dünya Çempionatında təşkil olunan və 25 iyul 2015-ci il tarixində baş tutan yarışdır.
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı
2016 UEC Avropa Trek Çempionatı – Kişilər 1 km zaman yarışı — 2016 UEC Avropa Trek Çempionatında 22 velosipedçinin iştirakı ilə 19 oktyabr 2016-cı il tarixində baş tutan yarışdır.
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu
AMEA Neft-Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye Zavodu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi-tədqiqat təşkilatı. == Tarixi == AMEA Təcrübə-sənaye zavodu 1974-cü ildə Neft Kimya Prosesləri İnstitutunun Əhmədli Eksperimental bazası əsasında yaradılmışdır. AMEA Təcrübə-sənaye zavodu ölkəmizdə bu tipli ilk və yeganə təcrübə sınaq müəssisəsidir. TSZ-nin əsas vəzifəsi elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni texnoloji proseslərin mənimsənilməsi, layihə göstəricilərinin çıxarılması və eyni zamanda neft-kimya və texniki təyinatlı məhsulların istehsalından ibarətdir.AMEA Rəyasət Heyətinin 06 noyabr 2013-cü il tarixli 22/3 №-li Qərarı ilə Neft Kimya Prosesləri İnstitutunun Təcrübə-Sənaye zavodu bilavasitə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin tabeliyinə verilmişdir və bu qərarın icrası Təcrübə-Sənaye Zavodunun respublikanın müxtəlif elmi-tədqiqat və təhsil müəssisələri ilə daha geniş elmi-texniki əlaqələr yaratmasına imkan vermişdir. == Fəaliyyət istiqamətləri == Elmlə istehsalat arasında birbaşa əlaqənin yaradılması, təcrübə və təcrübə-sənaye miqyasında yeni innovasiyalı texnoloji proseslərin cəlb edilməsi, mənimsənilməsi, və bu texnoloji proseslər əsasında neft-kimya və digər texniki təyinatlı məhsulların, təcrübə partiyalarının geniş istehsalı və satışıdır. AMEA İnstitutları və Azərbaycanın digər elm və təhsil müəssisələrindən daxil olmuş sifarişlər əsasında birgə elmi-tədqiqat və elmi-təcrübə işlərinin aparılması, alınmış nəticələr əsasında yeni texniki təyinatlı məhsulların təcrübə partiyalarının istehsalının və satışının təşkilidir. == Elmi nəticələr == Azərbaycan və MDB-nin 20-dən çox elm və təhsil müəssisələri ilə geniş elmi texniki əlaqələr qurulmuş, əməkdaşlıq müqavilələri bağlanmış, çoxlu sayda pilot, təcrübə, təcrübə-sənaye qurğuları və sahələri yaradılmış, onlarla yeni texnologiyalar təcrübə-sənaye miqyasında mənimsənilərək Respublikanın iri sənaye müəssisələrində tətbiq olunmuşdur. Elmi nəticələr barədə çoxlu sayda elmi məqalələr yazılmış və patentlər alınmışdır. Zavodda elmi-təcrübə işləri ilə yanaşı Azərbaycanda profil müəssisələr tərəfindən istehsal olunmayan, lakin böyük təlabat duyulan yağların (M-16B2, M-14B2, M-10Г2, niqrol, ox yağları, KS-19 və s.) istehsalının texnoloji prosesləri zavodda mövcuddur. Son illərdə TSZ-də aparılmış elmi-tədqiqat işlərinin nəticəsində sulfolaşdırılmışmış bitki yağları əsasında dünyada analoqu olmayan texnologiya üzrə yeni nəsil universal kompleks sürtkü materialı alınmışdır.Əsas texniki göstəricilərinə görə bu sürtkü növü öz analoqlarını (solidol, litol-24, ЛЗ-ЦНИИ,ЦИАТИМ-201 və s.) üstələyir.Zavodda elmi-təcrübə işləri ilə yanaşı müxtəlif mühərrik, transmissiya, kompressor, hidravlika yağları, ox yağı, plastik sürtkü materialları, superplastifikatorlar, inhibitorlar, deemulqatorlar, lak-boya maddələri, hidrogen qazı, azot qazı və maye azot, karbon dioksidi qaz şəkilli və bərk halda (quru buz), ferromaqnit əsaslı polimer nanokompozit, müxtəlif ölçülü polietilen borular və s.
Abbas Zamanov
Abbas Zamanov (ədəbiyyatşünas) — ədəbiyyatşünas. Abbas Zamanov (general) — Azərbaycan SSR-nin Prokuroru (1976-1986-cı illər).
Abbas Zamanov (general)
Zamanov Abbas Məmmədtağı oğlu (22 mart 1924, Bakı) — Azərbaycan SSR-in baş prokuroru (1976–1986-cı illər). == Həyatı == Abbas Zamanov 1924-cü il martın 22-də Bakı şəhərində anadan olmuş, 1942-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyasına) daxil olmuş, eyni zamanda hərbi zavodda işləmişdir. 1944-cü ildə Azərbaycan SSR Xalq Komissarlığına işə göndərilmiş, 1944–1945-ci illərdə SSRİ Xalq Komissarlığının Bakıdakı məktəbinin kursantı olmuşdur. 1945–1947-ci illərdə respublikanın təhlükəsizlik orqanlarında əməliyyatçı işləmiş, 1947-ci ildə Moskva şəhərinə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi İstintaq işçilərinin məktəbinə göndərilmişdir. 1949-cu ildə təhsilini başa vurduqdan sonra 1949–1955-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində baş müstəntiq, bölmə rəisinin müavini, bölmə rəisi işləməklə yanaşı, Moskva Hüquq İnstitutunda qiyabi təhsil almış və 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) Hüquq fakültəsində ekstern yolu ilə buraxılış imtahanlarını vermişdir. 1955-ci ildə işdə irəli çəkilərək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir. 1959-cu ilə kimi bu vəzifədə çalışmış, 1959–1962-ci illərdə Zaqafqaziya Sərhəd Qoşunları idarəsində işləmişdir. 1962–1969-cu illərdə Naxçıvan MSSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olmuş, 1969-cu ildə yenidən Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir, 1970-ci ildə ona general-mayor rütbəsi verilmişdir. 1976-cı ildə Abbas Zamanova daha məsul vəzifə – Azərbaycan SSR Prokuroru vəzifəsi etibar edilmişdir. O, uzun müddət respublika prokurorluğuna rəhbərlik etmiş, II dərəcəli Dövlət Ədliyyə müşaviri ali rütbəsinə layiq görülmüş, 1986-cı ildə təqaüdə çıxmışdır.
Abbas Zamanov (ədəbiyyatşünas)
Zamanov Abbas Fəttah oğlu (10 oktyabr 1911, Maxta, Şərur-Dərələyəz qəzası – 1 aprel 1993, Bakı) — tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, mətnşünas, 1982-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1968), professor (1971), Azərbaycanın Əməkdar elm xadimi (1980), Azərbaycan EA müxbir üzvü (1983), Türk Dil qurumunun (Türkiyə) müxbir üzvü (1971), Səlcuq Universitetinin (Türkiyə) fəxri doktoru (1988). == Həyatı == Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921–1927). Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmışdır (1929–1937), iki il də "Gənc işçi" qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933–1934). Sonra "Ədəbiyyat qəzeti"ndə məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937–1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirmiş və oraya müəllimliyə dəvət edilmişdir. Opera Teatrının və Filarmoniyanın direktoru (1940–1941) olmuşdur. M. F. Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci Dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948–1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960–1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968–1971), ADU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının müdiri (1971–1979) vəzifələrində çalışmış, daha sonra kafedranın professoru (1979–1993) kimi fəaliyyət göstərmişdir.
Abdul Vahab Zahiri
Abdul Vahab Zahiri (27 may 1992) — Əfqanıstanı təmsil edən atlet. Abdul Vahab Zahiri Əfqanıstanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Abdul Vahab Zahiri birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.56 saniyəlik nəticə ilə 7-ci yeri tutdu və mübarizəni dayandırdı.
Adam Zamenhof
Adam Zamenhof (pol. Adam Zamenhof; 11 iyun 1888, Varşava, Polşa çarlığı, Rusiya imperiyası – 29 yanvar 1940) — oftalmologiya sahəsində fəaliyyətinə görə ad qazanmış yəhudi-polyak əsilli həkim, esperanto dilinin yaradıcısı Lüdviq Lazar Zamenhofun oğlu. == Həyatı == Holokostdan əvvəl Adam Zamenhof görmə sahəsində korluğu müəyyən edən cihaz icad etmişdi. İkinci Dünya müharibəsi zamanı 6 sentyabr 1939-cu ildə o, Varşavada Starozakonniç Xəstəxanasının rəhbəri və direktoru idi. Həmin il 1 oktyabrda Zamenhof tutulmuş və Palmiridəki düşərgəyə göndərilmişdi, daha sonra isə güllələnmişdi.Adam və həyat yoldaşı Vanda Lui-Kristof Zaleski Zamenhofun valideynləridirlər.
Ageratina zapalinama
Ageratina zapalinama (lat. Ageratina zapalinama) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin ageratina cinsinə aid bitki növü.
Ageratina zaragozana
Aldo Zadrima
Aldo Zadrima (alb. Aldo Zadrima; 15 yanvar 1948, Tirana) — Albaniya şahmatçısı, milli ustad. 1994 Albaniya çempionu.Albaniya komandasının tərkibində altı şahmat olimpiadasında (1972, 1980, 1982, 1984, 1994, 2002) və iki Balkan ölkələri çempionatında (1979 və 1994) iştirak etmişdir.1995-ci ildə zona turnirində Albaniyanı təmsil edirdi. Beynəlxalq arenada 1972-ci ildən 2003-cü ilə qədər çıxış edirdi. Maksimal reytinqinə (2270 bal) 1995-ci ilin yanvarında çatdı. 2015-ci ilin oktyabr ayında onun reytinqi 2255 bal idi.
Aleksandr Zarxi
Aleksandr Qriqoryeviç Zarxi (5 (18) fevral 1908 və ya 5 fevral 1908, Sankt-Peterburq, Rusiya imperiyası – 27 yanvar 1997, Moskva, Rusiya) — rejissor, SSRİ xalq artisti (1969), sosialist əməyi qəhrəmanı (1978), SSRİ dövlət mükafatları laureatı (1941, 1946) == Həyatı == Aleksandr Qriqoryeviç Zarxi 18 fevral 1908-ci ildə Peterburqda anadan olub. Leninqrad Ekran Sənətləri Texnikumunda (1925–1927) təhsil alıb. Lenfilmdə çalışıb (1920–1940). Rusiyada "Baltik deputatı", "Hökumət üzvü", "Onun adı Suxe Batordur", "Malaxov kurqanı", "Hündürlük", "Anna Karenina" kimi filmlər çəkib. SSRİ xalq artisti (1969), sosialist əməyi qəhrəmanı (1978), SSRİ dövlət mükafatları laureatı (1941, 1946) Aleksandr Zarxi 27 yanvar 1997-ci ildə vəfat edib.
Aleksandr Zasepin
Aleksandr Sergeyeviç Zasepin (rus. Александр Сергеевич Зацепин; 10 mart 1926, Novosibirsk, Sibir diyarı[d]) — tanınmış rus və sovet kino bəstəkarı, Rusiyanın xalq artisti (2003). Bir çox məşhur filmlərə bəstələdiyi musiqilərlə şöhrət qazanmışdır. == Həyatı == Aleksandr Sergeyeviç Zasepin 10 mart 1926-cı ildə Novosibirskdə dünyaya gəlmişdir. Atası Sergey Dmitriyeviç Zasepin, anası isə Valentina Oksentoviç Boleslavovna olmuşdur. O, məktəbi bitirdikdən sonra Novosibirsk dəmiryol nəqliyyatı mühəndisliyi institutuna daxil olur. 1945-ci ilin martında onu ali məktəbdən çıxarıb ordu sıralarına aparırlar. Hərbi xidmətdə olarkən Zasepin təkbaşına bir neçə musiqi alətində ifa etməyi öyrənir və buna görə də Novosibirsk qoşunlarındakı mahnı və rəqs ansamblına gedir. 1947-ci ildə Aleksandr ordudan tərxis olunandan sonra Novosibirsk filarmoniyasına dəvət alır. Hələ Alma-Atada olarkən A. Zasepin qərara alır ki, öz sənədlərini musiqi məktəbinə versin, lakin ona birbaşa konservatoriyaya daxil olması barədə zəmanət verirlər.
Aleksandr Zaxarçenko
Aleksandr Vladimiroviç Zaxarçeno (rus. Алекса́ндр Влади́мирович Заха́рченко, ukr. Олекса́ндр Володи́мирович Заха́рченко;26 iyun 1976, Donetsk – 31 avqust 2018), Ukraynalı separatçı və hərbi lider.Zaxarçenko, Ukraynada müstəqillik elan edən Donetsk Xalq Respublikasının qurucu dövlət başçısı və baş naziri kimi 11 may 2014-cü ildən 2018-ci ilə, yəni ölümünə qədər vəzifədə qalmışdı. Sələfi Aleksandr Borodainin istefa etməsilə, 2014-cü ilin avqustunda baş nazir seçildi. 2014-cü ilin noyabrındakı seçkilərdə qalib gəldi.Aleksandr Zaxarçenko 31 avqust 2018-ci Donetsk şəhərində baş vermiş partlayış nəticəsində 42 yaşında həlak olub.
Aleksandra Zavistovska
Aleksandra Zavistovska (d. 19 noyabr 1983) — Polşanı təmsil edən bədii gimnast. Aleksandra Zavistovska 2004-cü ildə Polşanı XXVIII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aleksandra Zavistovska 2004-cü ildə Polşanın bayrağı altında Yunanıstanın Afina şəhərində XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Aleksandra Voyçik, Anna Mrozinska, Malqorzata Lavrinoviç, Martina Dabkovska və Custina Banasiak ilə birgə təsnifat mərhələsində 41.775 xal toplayaraq 10-cu yeri tutdu və mübarizəni dayandırdı.
Aleksandra Zaxarova
Aleksandra Zaxarova (rus. Алекса́ндра Ма́рковна Заха́рова; d. 17 iyun 1962, Moskva, RSFSR, SSRİ) — Rusiyanın əməkdar artisti (1995); Rusiyanın Xalq artisti (2001), iki dəfə Dövlət mükafatı laureatı. == Həyatı və fəaliyyəti == Aleksandra Zaxarova 17 iyun 1962-ci ildə Moskva şəhərində məşhur teatr və kino rejissoru, professor, ssenarist Mark Zaxarov və aktrisa Nina Lapşinin ailəsində anadan olmuşdur.Uşaqlıq illərində anası onu tez-tez özü ilə teatra aparırdı. Beləliklə yaradıcı mühit onda erkən yaşlarından sənətə həvəs oyatmışdır. İncəsənət mühitində böyüyən Aleksandra arfa musiqi alətində ifa etməyi öyrənmişdir. Əsas arzusu isə anası kimi aktrisa olmaq idi, lakin orta məktəbdə dərsə davamiyyəti ilə valideynlərini razı salmamışdır. Onların danlağını eşitməmək üçün cürbəcür çıxış yolu da tapıb. Məktəbə getmək istəməyən balaca ata və anasını inandırmaq üçün məharətlə rol oynayır. Valideynləri məşqlərdən, çəkilişlərdən gec gəldikləri üçün günorta yuxudan oyanır, bundan istifadə edən balaca Aleksandra isə dərsə getməyərək məktəbli formasını geyinib, əlində çantası ilə onları oyadaraq deyir: "Mən artıq dərsdən qayıtmışam, siz isə hələ də yatırsınız?" Hətta ustalıqla gündəliyinə atasının imzasını belə qoyub.
Alov zavodu
Alov zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "İskra" zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır. 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "İskra" zavodu Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən "İskra" zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2008-ci ildən "Alov" zavodu adı altında fəaliyyət göstərir.
Andreas Zampa
Andreas Zampa (13 avqust 1993 Kejmarok, Slovakiya) — Slovakiyalı dağ-xizək idmançısı. Andreas Zampa Slovakiyanı 2014-cü ildə Soçidə təşkil edilən XXII Qış Olimpiya Oyunlarında təmsil etdi. O, slalom və böyük slalom yarışları üzrə iştirak etmişdir. == Karyerası == Andreas Zampa birinci dəfə Olimpiya Oyunlarına 2014-cü ildə qatıldı. O, Soçidə baş tutan XXII Qış Olimpiya Oyunlarında kişilər böyük slalom yarışlarında iştirak etdi. Zampa 2:51.62 saniyəlik nəticəsi ilə 109 atlet arasında 32-ci yeri tutdu.
Anna Zaborskaya
‘’’Anna Zaborska’’’ (7 İyun 1948) Slovak siyasətçi və Slovakianın Xristian Demokratik Hərəkat partiyasının (Christian Democtratic Movement, Kresťanskodemokratické hnutie, KDH) üzvüdür. Əsas yaşayış məntəgəsi Boynice şəhəridir. 2004-cü ildən etibarən, Anna Zaborska Avropa Parlamentində (AP) Avropa Xalq Partiyası Grupu partiyasının (Group of the European People’s Party, EPP) üzvüdür. Avropa Parlamentinin yeddi partyasından ən böyuqü olan EPP eyni zamanda pan-Avropalı Avropa Xalq partiyası ilə bağlantılıdır (EPP). == Təhsili == Anna Zaborska 1966-cı ildən 1972-ci ilə qədər Slovakiyanin Martin (Turčiansky Svätý Martin) şəhərində yerləşən Comenius universitetində (Univerzita Komenského) tibb təhsili almışdır. Çex, İngilis, Fransız, Alman, İtalyan, Rus, və Slovak dillərini bilir. == Ailəsi == 10 İyul 1972-ci ildə, Anna Zaborska memar Vladimir Zaborski ilə ailə həyati qurmuşdur. Bu ailə həyatindan onların iki uşaqı var; Veronika (*1973, Roma şəhərində yaşayır) və Eva (*1976, Boynice şəhərində yaşayır). == Tibbi Fəaliyəti == 1972-ci ildən 1998-ci ilə qədər, Anna Zaborska Jilina, Bejaia (Cezayir), Prievidza şəhərlərində həkim olaraq çalışmışdır. == Siyasi Fəaliyəti == Anna Zaborska-nn siyasasətə olan maraqı həkim olan atasından qaynaqlanır.
Anna Zak
Anna Kuzenkova (ivr. ‏אנה קוזנקוב‏‎, rus. Анна Кузенкова 12 mart 2001, Soçi, Krasnodar diyarı, Rusiya) — əsasən Anna Zak adı ilə tanınan Rusiyada doğulmuş İsrail fotomodeli və müğənnisi.
Anna Zarjiskaya
Anna Zarjiskaya (12 dekabr 1907, Odessa, Xerson quberniyası[d] – 3 oktyabr 1994, Moskva) — Aktrisa. == Həyatı == Anna Yakovlevna Zarjiskaya 1907-ci ildə anadan olub. 1994-cü ildə dünyasını dəyişib.
Anna Zarjitskaya
Anna Zarjiskaya (12 dekabr 1907, Odessa, Xerson quberniyası[d] – 3 oktyabr 1994, Moskva) — Aktrisa. == Həyatı == Anna Yakovlevna Zarjiskaya 1907-ci ildə anadan olub. 1994-cü ildə dünyasını dəyişib.
Anna Zayler fəvvarəsi
Anna Zayler fəvvarəsi (alm. Anna-Seiler-Brunnen‎) İsveçrənin Bern şəhərinin Marktqasse döngəsində yerləşir. XVI əsrə aid məşhur Bern fəvvarələrindən biri sayılır və 1983-cü ildə Bern Köhnə şəhərinin tərkib hissəsi olaraq UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmişdi. == Tarix == XIV əsrdə taxta materiallardan inşa edilmiş fəvvarə 1545-1546-cı illərdə yenisi ilə əvəz edilmişdir. Fəvvarənin heykəli heykəltaraş Hans Ginq tərəfindən hazırlanmış və əsas fəzilət rəmzlərindən sayılır. Fəvvarə bir əlində fincan tutan, digər əli ilə isə küpədən su tökən qadını ifadə edir. Qadının üzərində o dövrə aid mülki qeyim var. Onun qeyimi uzun qırçınlı ətək, kvadrat dekolte, kəmər və lifdən ibarətdir. Fəvvarə əvvəllər həbsxana olan qüllənin yanında yerləşir. Bu səbəbdən o əvvəllər Kefibrunnen adlanırdı (alm.
выли́зывать действи́тельно катафа́лк щёточка встрепену́ться играть первую скри́пку изучи́ть нескла́дно протя́гиваться хвале́бно common measure if mesentery rube unmoneyed weak-minded авоська возмущённый наплевать очный потенциальный промышленник проходимый рикша трогаться