Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zəhlə
Zəhlə (ərəb. زحلة‎) — Livanda Biqa mühafəzəsinin inzibati mərkəzi olan şəhərdir. Şəhərin əhalisi təxminən 100 000 nəfər təşkil edir. (2006). 2013-cü ildə əhali 56000 nəfərə qədər azalmışdır. Əhalisinin sayına görə şəhər Beyrutdan və Tərabülüs əş-Şamdan sonra Livanda üçüncü şəhərdir. Əhalisi əsasən xristianlardan təşkil olunub. Livan Melkit Yunan Katolik kilsəninin mərkəzidir. Zəhlə şəhəri Biqa vadisinin mirvarisi hesab edilir. O təmiz havası ilə, kurortlar ilə və orijinal mətbəxi ilə məşhurdur.
Reyçel Zegler
Reyçel Zegler (3 may 2001, Hakensak, Nyu-Cersi) — Amerikalı aktrisa və müğənnidir. == Həyatı == Reyçel Zegler 3 may 2001-ci ildə Nyu-Cersinin Hakensak şəhərində dünyaya göz açmışdır. 2018-ci ilin yanvar ayında rejissor Stiven Spilberq çəkəcəyi Qərb tərəfin hekayəsi adlı yeni bir filmi üçün Twitter vasitəsilə aktrisa seçimi elan edir. 2021-ci ildə Stiven Spilberqin rejissoru olduğu Qərb tərəfin hekayəsi adlı filmdə Maria Vasquez obrazı ilə kino karyerasına başlamışdır.
Eqle Qabrenayte
Eqle Qabrenayte (24 sentyabr 1950, Moskva, RSFSR, SSRİ) — Litva altrisası. == Həyatı == Eqle Qabrenayte 24 sentyabr 1950-ci ildə Moskvada anadan olmuşdur. 1972-ci ildə Litva konservatoriysının "Aktyorluq" fakültəsini bitirmişdir. 1972-1990-cı illərdə Litava Dövlət Dram Teatrında işləmişdir. 1990-cı ildə Vilnüs Kiçik Teatrının aktrisasıdır.
Suilanları kraliçası Eqle
"Suilanları kraliçası Eqle" (lit. Eglė žalčių karalienė) — ən məşhur və nadir Litva xalq nağıllarından biridir. Bu nağılın 100-dən artıq fərqli variantları mövcuddur. "Suilanları kraliçası Eqle" nağılı əfsanəyə dönmüş ən qədim Litva nağıllardan biri olaraq Litva xalqının duyum və təsvir dünyasının təşəkkül tapmasında həlledici rol oynamışdır. Bu nağıl Litva şifahi xalq ədəbiyyatının xristianlığa qədərki dövrünə aiddir və onun əsasında duran mifologemotik arxaiklik, həmçinin litvalıların baltik mənşəli etiqadları və mərasimləri ilə qarşılıqlı əlaqələri bir sıra tədqiqatçılara belə bir fikri yürütməyə əsas yaratmışdır ki, onlar dəfələrlə "Suilanları kraliçası Eqle" nağılını millətin soykökünü üzə çıxaran və milli şüurun inkişafını açıb göstərən Litva milli dastanı kimi təqdim etmişlər. Ona görə də təsadüfi deyildir ki, sənətkarlar bu nağıldan və yaxud onun motivlərindən milli özgünlük göstəricisi, milli identikliyin istinad nöqtəsi kimi yararlanaraq dəfələrlə Litva yazılı ədəbiyyatında, musiqi və incəsənətdə istifadə etmişlər. Nağılın süjeti mürəkkəb deyildir, lakin çoxlu surətdə arxetip motivlərlə zəngindir. Yerin üstündə yaşayan torpaq qızı Eqle göldə bacıları ilə birgə çimərkən, sürünüb onun köynəyinin qoluna girmiş suilanına — dənizin dibindəki yeraltı dünyada yaşayan xtonik varlığa ərə getməyə söz verir. Atası onu ər evinə köçürdür və Eqle yeraltı dünyada peyda olur. Bu hadisənin üstündən düz doqquz il ötüb keçir.
Bəqli (Beqli)
Bəqli (Beqli) — Arsakda məntəqə adı. == Toponim == Kutaisi quberniyasının Şorapan qəzasında (indiki Zestafoni rayonunda) Beqlevi kənd adı . Cənub-şərqi Avropada yaşamış qıpçaqların Burcabo tayfa üç qoldan ibarət idi. Aklan, Osoluk və Beqlik. Bu kənd Beqlik qolunun adını əks etdirir. Gürcüstanda Beqlevi, Beqleti və Beqli. Ermənistanda Biqli kənd adlarında da əksini tapmışdır. Albaniyada erkən orta əsrlərdə Tatev monastırının (Zəngəzurda) adında da eb sözü iştirak edir. Qafqazın toponimiyasında Beqle, Beqli formalarındadır. XIX əsrdə İrəvan quberniyasının Novobayazid qəzasında Beqludağ, Şimali Qafqazda Dağıstan əyalətinin Dargin dairəsində Beqala-Moxi (Beqlidağ deməkdir), Batumi dairəsində Beqleti, Borcalı qəzasında Böyük Beqler və Kicik Beqler, Azərbaycanda Şamaxı rayonunda Bəklə.
Dəclə
Dəclə (türk. Dicle, ərəb. دجلة‎ — Dijla) — Asiyada çay, uzunluğu 1900 km. Başlanğıcını Türkiyədə yerləşən Xəzər gölündən götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Fəratla qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Çayın 1 418 km-lik hissəsi İraq ərazisindən, təxminən 400 km-i Türkiyə ərazisindən, cəmi 44 km-i isə Suriyadan keçir. Ən böyük qolları Böyük və Kiçik Zəb, Diyalə, Kərhə və Əl-Üzəym çaylarıdır. Qısamüddətli qış zamanı burada leysan yağışlar yağır, torpaq keçilməz palçığa çevrilir. Yazda dağlarda qar əridikdən sonra çay daşaraq geniş sahələri basır və bataqlıq yaranır. Çayların lili ilə gübrələnmiş torpaq suvarıldıqda son dərəcə münbit olur.
Eagle
Eagle — 1990-cı illərdə Chrysler və Mitsubishi-nin ortaq olaraq hazırladığı Mitsubishi əsaslı marka. 1999-cu ildə istehsalı dayandırılmışdır. Həmçinin 1966–1969-cu illər arasında Formula 1-də yarışmış markadır.
Eqlie
Eqlie (fr. Eygliers, oks. Aigliers) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Brianson. Qiyestr kantonuna daxildir. INSEE kodu — 05052. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 749 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 488 nəfər (15-64 yaş) arasında 342 nəfər iqtisadi cəhətdən, 146 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.1%, 1999-cu ildə 69.4%) idi. Fəal olan 342 nəfərdən 330 nəfəri (175 kişi və 155 qadın), 12 nəfəri işsizdir (5 kişi və 7 qadın).
Ezqele
Ezqele — İranın Kirmanşah ostanının Səlas Babacani şəhristanının Ezqele bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 939 nəfər və 198 ailədən ibarət idi.
Gefle
Gefle IF — 1882-ci ildə yaradılan İsveç futbol klubu. 2004-cü ildə birinci divizionda ikinci olan 130 yaşlı komanda 2005-ci ildən yüksək liqada çıxış edir. "Gefle"nin ölkə miqyasında ən böyük uğuru 2006-cı ildə İsveç kubokunun finalına yüksəlməsidir. Ev oyunlarını "Strömvallen" stadionunda keçirən klub əsasən göy və ağ rəngli formalardan istifadə edir. Stadion 7,302 min tamaşaçı tutumuna malikdir. == Avrokuboklar == "Gefle" Avrokuboklarda ilk dəfə 2006/2007 mövsümündə iştirak edib. Avroliqanın I təsnifat mərhələsində Uelsin "Llanelli" klubu ilə qarşılaşan "Gefle" ümumi hesabda rəqibinə 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmışdı. 2010/2011 mövsümündə Farer adalarının "Runavik" klubunu 2:1, 2:0 hesabları ilə keçən İsveç təmsilçisi II təsnifat mərhələdə Gürcüstanın Dinamo Tbilisi klubu ilə bacarmır. Hər iki oyunda 1:2 hesabı ilə məğlub olan "Gefle" mübarizəni dayandırır. Bu mövsüm ilk duelində "Trans Narva" klubu ilə qarşılaşan "Gefle" rəqibini çox rahatlıqla keçir.
Hegel
Georq Vilhelm Fridrix Hegel (alm. Georg Wilhelm Friedrich Hegel‎; 27 avqust 1770[…], Ştutqart, Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası – 14 noyabr 1831[…], Berlin, Prussiya, Almaniya ittifaqı) — alman filosofu, obyektiv idealist, klassik alman fəlsəfəsinin nümayəndəsi. Gəncliyində radikal təfəkkür tərzi ilə fərqlənmişdir. Klassik alman fəlsəfəsi Hegelin simasında öz zirvəsinə çatır. Hegel intellektual intuisiyanı fəlsəfi biliyin ən yüksək forması olduğu haqqında Şellinqin təlimini qəbul etməmişdir. O, əksinə sübut etməyə çalışmışdır ki, vahiddən çoxluğun yaranması rasional idrakın predmeti ola bilər. Bu idrakın instrumenti məntiqi təfəkkür, əsas forması isə anlayışdır. Lakin Hegel göstərirdi ki, bu xüsusi növ məntiqi idrakdır. Onun əsasında formal məntiq deyil, dialektik məntiq durur. Hərəkətverici qüvvəsini isə ziddiyyət təşkil edir.
Keşlə
Keşlə — Bakıda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Bakı şəhərinin Nizami rayonunun Keşlə yaşayış massivində yerləşən qəsəbə — Keşlə qəsəbəsi adlandırılmış, şəhər tipli qəsəbələr kateqoriyasına aid edilmiş və rayonun yaşayış məntəqələri siyahısına daxil edilmişdir. Şəhər tipli Keşlə qəsəbəsi mərkəz olmaqla Keşlə qəsəbə Soveti yaradılmışdır. == Tarixi == Bakının Nizami rayonunda yerləşən qəsəbə 1936-cı ildə yaranmış, 1939-cu ildən Bakının tərkibində əvvəlcə şəhər massivi, 1991-ci ildən isə müstəqil qəsəbə kimi fəaliyyət göstərir. Əhalisi 100 min nəfəri keçmişdir. Əhalinin iş yerlərinin çox hissəsini sənaye sahələri və ticarət obyektləri təşkil edir. Maşınqayırma zavodu və sosial obyektləri var. Toponimin mənası “düzən”, “geniş vadi” kimi izah edilir. Vəli Həbiboğlu Məcidovun yazdığı “Keşlə və Keşləlilər” adlı kitabda ətraflı araşdırılmışdır. Qəsəbədən Şirvanşah sarayına çıxış olmuşdur.
Kəllə
Kəllə (lat. cranium) — onurğalı heyvanlarda və insanda başın skeleti. Onurğalılarda kəllə ox və ya beyin kəlləsi, visseral, yaxud üz kəlləsinə bölünür. Ox kəlləsi gövdənin ox skeletinin önə doğru davamı olub beyinin, qoxu orqanının və daxili qulağın ətrafında inkişaf edir. Visseral kəllə bağırsaq borusunun ön şöbəsinin (udlağın) skeletidir. İlk dəfə qəlsəmə yarıqlarını bir-birindən ayıran visseral qövslərdən təşkil edilmişdir. == Heyvanların kəlləsi == Kəllənin təkamül prosesiidə dəyişilməsi beyinin və duyğu orqanlarının mütərəqqi inkişafı, qəlsəmə tənəffüsünün ağciyər tənəffüsü ilə əvəz edilməsi və orqanizmin su mühitindən quru mühitinə keçməsi ilə əlaqədar müxtəlif qidalanma üsullarının dəyişilməsi nəticəsində olmuşdur. İbtidai balıqlarda ilk dəfə qığırdaq kəllə meydana çıxır. Ali balıqlarda və quru onurğalılarında isə qığırdaq kəllə ancaq embrional dövrdə olur. Suda-quruda yaşayanlarda qığırdaq kəllə sümüklə daha çox əvəz edilir və kəllə sümüklərinin miqdarı sümüklü balıqlara nisbətən az olur.
Leylə
Nilaq (fars. نیلق‎ / Neyləq ) — İran İslam Respublikasının Ərdəbil ostanında kənd. Nilaq Kosar şəhristanının Mərkəzi bəxşinin Qərbi Səncəbəd kəndistanında yerləşir. 2006-cı ildə aparılmış əhalinin siyahıya alınmasının nəticələrinə görə kəndin əhalisi 709 nəfər (kişilər: 358 nəfər - qadınlar: 351 nəfər) olmuşdur. Kənddə 143 ailə yaşayır.Kəndin əhalisi Azərbaycan türkləri dir və Azərbaycan türkçəsində danışırlar. == Coğrafiyası == Ərdəbildən 85 km cənub-qərbdə, Givi şəhərindən 17 km qərbdə, 37° 42' 10.18" şimal enində və 48° 11' 57.10" şərq uzunluğunda, dəniz səviyyəsindən 1395 m yüksəklikdə yerləşir. Şimaldan Nəsrava, Şimal-şərqdən Gəncah, Şimal-qərbdən Təbrizək, cənub-şərqdən Hiris, qərbdən isə Üçbulaq, Bağçacıq, Pirbidağ və Pərdəsti kəndləri ilə əhatə olunub. == Əhali == Kəndin əhalisi azərbaycanlılardır və azərbaycanca danışırlar. == İqtisadiyyatı == Kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıq olmuşdur. == Təhsilin vəziyyəti == Kənddə ibtidai və orta məktəb fəaliyyət göstərir.
Məqalə
Məqalənin şəkillərindən biri də essedir. Esse əsasən bədii dillə, emosional təhkiyə formasında yaradılan ədəbi-tənqidi bir formadır. Esselər təhkiyə baxımında bədii üsluba yaxın olur və bəzi hallarda ifrat akademizmə istehza nişanələrinə malik olur. Elmi məqalələrdə mənbələrin göstərilməsi tələb edilir, lakin bəzən dissertasiya müdafiəsi ilə bağlı olmadıqda buna əməl edilmir. Məqalələrin elmi mövzusu onları buraxan jurnalların bu istiqamətdəki mövqeyi ilə bağlı olur. Nüfuzlu elmi jurnallarda buraxılan məqalələr ciddi elmi mənbə kimi qəbul olunur. Məqalə jurnalistikanın əsas janrlarından biridir. Məqalənin məğzini konkret faktdan daha çox geniş problemli situasiya təşkil edir. Məqalə çox vaxt problemin ümumi qoyuluşundan başlayır, ardınca mövzunun inkişafı ilə davam edir. Jurnalistin məharəti oxucuya hansısa məsələni çatdıra bilməyindədir.
Məqtə
Məqtə — klassik poeziyada qəzəlin və qəsidənin son beyti. Məqtənin səciyyəvi xüsusiyyəti burada müəllifin adının, yaxud təxəllüsünün verilməsidir: Qəzəl Qəsidə Beyt Mətlə Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Mətlə
Mətlə — klassik poeziyada qəzəlin, yaxud qəsidənin ilk beyti. Başqa beytlərdən fərqli olaraq mətlənin hər iki misrası qafiyələnir. Mətlənin qafiyəsi sonrakı beytlərdə də təkrarlanır. Cahanşah Həqiqinin qəzəllərindən birinin mətləsi: Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Nəqne
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəqnə
Nəqnə — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Bürucin şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,086 nəfər və 1,994 ailədən ibarət idi.
Nəğmə
Mahnı — musiqi ilə müşayiət olunan şeir, mətn. Azərbaycan musiqisinin, eləcə də digər xalq musiqiləri arasında ən çox işlənən və ən çox sevilən musiqi növü mahnıdır. Yəqin ki, mahnıların yaşı insanın, bəşər övladının yaşı ilə eynidir. Mahnının insanın danışmağa başlamasından əvvəl yaranması şübhə doğurmamalıdır: bu, sözsüz mahnılar, melodiyalar dövrü idi. Dilin, danışığın, sözün yaranmasından sonra isə sözlü mahnı, yəni şeiri müsiqi ilə ifa etməkdən yaranan söz-musiqi vəhdəti yarandı. Bu mahnıların müəllifləri həssas və istedadlı insanlar idilər. Musiqi alətləri meydana çıxdıqdan sonra mahnı üç ölçüyə malik oldu – səs, söz və çalğı (müşayiət). Bu dövrdə mahnı müəllifləri ya müğənnilər, ya çalğıçılar, ya da bu məclislərin istedadlı, musiqi duyumlu iştirakçıları arasından çıxırdı. Mahnılar ifa oluna-oluna cilalanır, yadda qalır, sevilir, nəsildən nəsilə yol gedirdi. Azərbaycan xalq mahnıları adlanan mahnıların müəllifi sözsüz ki "xalq" deyildi, bu mahnını ilk dəfə meydana çıxaran konkret adamlar idi.
Pəhlə
Pəhlə (fars. پهله‎) — İranın İlam ostanının Dehluran şəhristanının Zərrinabad bəxşində şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 4 341 nəfər və 840 ailədən ibarət idi.
Rəqqə
Rəqqə (ərəb. الرقة‎) — Suriyanın şimalında Fərat çayı üzərində yerləşən bir şəhər. Rəqqə mühafəzəsi və Rəqqə şəhristanının paytaxtı və ən böyük şəhəridir. Qəebində yerləşən Hələbdən 160 km uzaqlıqdadır. 2005-ci il rəsmi əhali hesablamasına görə şəhərin əhalisi 300.000-dən çoxdur. Şəhər Avisa al-Qarni məscidini ehtiva edir. Xəlifə Harun ər-Rəşidin hökmdarlığı müddətində 796-809 illəri arası Abbasi xəlifəliyinin paytaxtı oldu. 639-cu ildə müsəlmanlar tərəfindən xristianlardan alınan şəhərin adı Kallinikosdan Rəqqə olaraq dəyişdirildi. Abbasi xəlifəsi Harun ər-Rəşid Rəqqəni paytaxt olaraq istifadə etmişdir. Şəhər o vaxt önəmli bir mədəniyyət və elm mərkəzi olmuşdur.
Əzələ
Əzələ — insan və heyvanların bədənində hərəkəti təmin edən strukturlar. İnsan skeletinin ətrafı elastik əzələlərlə əhatələnib. Skelet və əzələlər bədənin formasını müəyyənləşdirir. Hərəkəti təmin edən əzələlər skeletə bağlıdır. Əzələlər lifli quruluşdadır. Əzələ lifləri birləşib əzələ dəstələrini yaradır. Üzəri pərdəylə örtülmüş əzələ dəstələri də sümüklərə və oynaqlara bağlıdır. Əzələlər, lifli quruluşu sayəsində sıxılıb boşalaraq sümükləri hərəkətə gətirir. İnsanın təkcə üzündə 40-dan artıq əzələ var. Bu əzələlər sayəsində insan sifətində müxtəlif mimikalar yaranır.
Leqlər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər. Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". == Toponimlər == İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов.
Omegle
Omegle (/oʊˈmɛɡəl/) — istifadəçilərə qeydiyyatdan keçmədən başqaları ilə ünsiyyət qurmağa imkan verən pulsuz onlayn çat xidməti. Xidmət təsadüfi olaraq istifadəçiləri "You" və "Stranger" adlarından istifadə edərək anonim söhbət edəcəkləri təkbətək söhbət seanslarında cütləşdirirdi. 25 mart 2009-cu ildən 8 noyabr 2023-cü il tarixinədək fəaliyyət göstərmişdir. Sayt Vermont ştatının Bratlboro şəhərindən olan və o zamanlar 18 yaşı olan Leyf K-Bruks tərəfindən yaradılmış və 2009-cu ilin martında istifadəyə verilmişdir. İstifadəyə verilməsindən bir ay keçməmiş Omegle-nin gündəlik ziyarətçi sayı 150.000-i keçmişdi. 2010-cu ilin mart ayında sayt videotelefoniya funksiyasını təqdim etdi. Omegle Honkonq etirazları zamanı Çin Kommunist Partiyasını tənqid edib və etirazları dəstəklədiyini bildirib, həmçinin saytın ana səhifəsinə ABŞ bayrağının şəklini əlavə edib üzərinə "Si Tsinpin şübhəsiz ki Vinni-Puxa bənzəyir" (ing. Xi Jinping sure looks like Winnie-the-Pooh) sözlərini yazıb. COVID-19 pandemiyası zamanı sayt, xüsusən də yeniyetmələr arasında populyarlıq qazandı. Əvvəlcə 13 yaşlı uşaqlar valideynin və ya qəyyumun icazəsi ilə veb-saytdan istifadə edə bilirdilər.
Məhlə
Məhəllə — qəsəbə və şəhər daxilində formalaşmış yaşayış kvartalı. Bəzi ölkələrdə məhəllələrdə məhəllə komitələri olur və yaşayış yeri üzrə sakinlərin təşəbbüsü ilə yaratdıqları könüllü birliklərdir.