Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Əzimov
Əzimov — Azərbaycanda daha çox işlədilən soyad. Araz Əzimov — Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini. Cəbrayıl Əzimov — Azərbaycan kino və geyim rəssamı. Nadir Əzimov — Azərbaycan bəstəkar, kino bəstəkarı, dirijor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Rafiq Əzimov — Azərbaycan aktyoru, Azərbaycan Respublikasının Xalq Artisti. Hacıbaba Əzimov — Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri. Əfrasiyab Əzimov — xalq qəhrəmanı Novruz Əzimov — Azərbaycanlı futbol mütəxəssisi. Böyükağa Əzimov — kibernetika və hesablama texnikası sahəsində sovet alimi. Ayzek Əzimov — Amerika yazıçısı. Aleksandr Əzimov — Sovet futbolçusu. Ənvər Əzimov — Rusiya diplomatı Roza Əzimov — Sovet İttifaqı Qəhrəmanı.
Zirvə
Zirvə — dağ, dağ silsiləsi və ya dağ massivinin ən yüksək hissəsi. Tektonik quruluşundan, onu təşkil edən süxurların litoloji tərkibindən, denudasiya proseslərinin xüsusiyyətlərindən və s. asılı olaraq zirvələr pik, platoyabənzər və s. formada ola bilər. Dünyada ən yüksək zirvə Himalay dağlarında Comolunqma (Everest, 8848 m), Azərbaycan Respublikasında isə Bazardüzüdür (4466 m). == Geomorfoloji termin == Dağın, silsilənin, tirənin, təpənin ən yüksək hissəsi. Zirvə forması onu təşkil edən çöküntülərin litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərindən və s. asılı olaraq, yastı, günbəzvari, pik formalarında olur. == Dünyanın müxtəlif hissələrinin ən hündür zirvələri == == Həmçinin bax == Lava brekçiyaları Çalalı relyef Geoloji proseslər == Mənbə == Новая энциклопедия школьника. Москва, "Махаон", 2016, 383 с.
Abbas Əzimov
Abbas Əzim oğlu Əzimov (19 dekabr 1936, Bakı – 31 avqust 2018, Bakı) — idman jurnalisti, AFFA-da futbol muzeyinin direktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (2008). == Həyatı == Abbas Əzimov 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Səkkizinci sinfi bitirəndən sonra Neft texnikumunu, sonra isə Bakı axşam məktəbini bitirib. Bakı neft texnikumunda oxuduğu illərdə 1956–1959-ci illərdə "Dinamo" cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb. Həmin illərdə orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edərək 5000 və 10000 metr məsafələrə qaçanlar arasında mükafata layiq yerləri tutub. Əmək fəaliyyətinə 1962-ci ildə Texnikumu bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almağa başlayıb və eyni zamanda Azərbaycan televiziyasında işləməyə başlayıb. O, ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edib, fəxri fərmanlarla təltif edilib. Uzun sürən xəstəlikdən sonra A.Əzimov 31 avqust 2018-ci il tarixdə vəfat edib. == Fəaliyyəti == Universitetdə olduğu illərdə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-cu ildə isə Ümumittifaq dərəcəli hakim adını qazanmışdır.
Araz Əzimov
Araz Böyükağa oğlu Əzimov (13 iyun 1962, Bakı) — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, diplomat. == Həyatı == Araz Əzimov 1962-ci il iyunun 13-də Bakı şəhərində anadan olmuşdur. Sovet ordusunun tərkibində Əfqanıstanda xidmət etmişdir. 1984-cü ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1984–1989-cu illərdə Azərbaycan Dövlət Teleradio Şirkətində işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin informasiya şöbəsində 2-ci katib, 1990–1991-ci illərdə 1-ci katib, 1991–1992-ci illərdə müdir müavini, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsinin rəisi olmuşdur. 1994-cü ildən indiyə kimi Azərbaycan Xarici İşlər Nazirinin müavinidir. 2019-cu ilin iyul ayında Araz Əzimov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi vardır. İngilis, fars, rus və türk dillərini bilir.
Aydın Əzimov
Aydın Əzim Kərimoğlu (18 fevral 1946, Bakı) — Azərbaycan bəstəkarı. == Həyatı == Aydın Kərim oğlu Əzimov (Aydın Əzim Kərimoğlu) 1946-cı il may ayının 1-də Bakının Əmircan kəndində anadan olmuşdur.1964-cü ildə A.Zeynallı adına Musiqi Texnikumunun (indiki A.Zeynallı adına Musiqi Kolleci) nəzəriyyə fakültəsini bitirmiş, elə həmin il Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinə, bəstəkar Qara Qarayevin sinfinə daxil olmuş, 1972-ci ildə konservatoriyanı bitirmişdir. 1976-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. 1968-1996-cı illərdə Azərbaycan Dövlət Teleradio Komitəsində çalışmış, radionun Musiqi verilişləri baş redaksiyasında kiçik redaktor, böyük redaktor, şöbə müdiri, radionun səsyazma evində səs rejissoru, baş rejissor, Azərbaycan Dövlət Teleradio Komitəsi bədii kollektivlərinin və səsyazma evinin mü- diri, “Azərbaycantelefilm” yaradıcılıq birliyinin baş məsləhətçisi vəzifələrini icra etmişdir.1996-cı ilin sonundan Türkiyə Respublikası Mersin Universiteti Dövlət Konservatoriyasına işləməyə dəvət olunmuş, 2005-ci ilə qədər orada çalış- mış, orada Bəstəkarlıq şöbəsini təşkil etmişdir.2005-ci ildən Bakı Musiqi Akademiyasının Bəstəkarlıq kafedrasının professoru, eyni zamanda BMA-nın elmi laboratoriyasının fəal əməkdaşıdır. Azərbaycan bəstəkarlarının skripka əsərlərindən ibarət skripka və fortepiano üçün “Sonata-poema” əsərini yazmış və bu 11 illik musiqi və incəsənət məktəblərinin tədris proqramlarına salınmışdır. Müstəqilliyimizin ilk dövrlərində Müdafiə Nazirliyinin orkestrinin təşkil olunmasında bəstəkarın da əvəzsiz xidmətləri olmuşdur. Onun təklifi ilə həmin orkestrə milli alətimiz olan on zurnaçı daxil edilmişdir. Həmçinin Üzeyir Hacıbəylinin Azərbaycan Respublikasının Dövlət Himnini bərpa etmiş və işləmişdir. Aydın Kərim oğlu Əzimov “Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi” fəxri adına layiq götülmüşdür. == Əsərləri == Vokal əsərlər Üzeyir Hacıbəyovun "Azərbaycan himni"nin bərpası - klavir və partiturası (1991) Nazim Hikmətin və Vaqif Səmədoğlunun sözlərinə vokal silsilələr (1997) Simfonik, instrumental əsərlər Piano üçün 6 prelüdiya "Həyatın dibində" simfonik lövhələri (1991) Simfonik orkestr üçün "Böyük Romul" süitası (1992) Qoboy və vibrafon üçün 2 pyes (1992) "Ağılar" simfonik quramalar (1994) "Qətl günü" simfonik röyalar (1994) simfonik orkestr üçün 10 əsgər marşı (1996-1998) piano üçün variasiyalar (2001) Müzikllər, operettalar "Əmanət" musiqili komediyası (1993) "Yay gecəsinin yuxusu" müzikli (1995) "Karmen" müzikli (1995) Teatr tamaşalarına musiqilər "Həyatın dibində" (1991) "Böyük Romul" (1992) "Lənkəran xanının vəziri" (1992) "Yayda qartopu oyunu" (1993) "Qətl günü" (1994) == Filmoqrafiya == Daş saat (film, 1975) Üzeyir ömrü (film, 1981) Uşaq və külək (film, 1982) Topal Teymur (film, 1983) Qətl günü (film, 1990) Divar (film, 1991) Anamın kitabı (film, 1994) Şüalə (film, 1994) Ümid (film, 1995) Qobustan (film) Naməlum səs (film, 1997) Bəsdir, ağlama!
Ayzek Azimov
Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur. "Kimyanın qısa tarixi" əsərinin müəllifidir. Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.
Ayzek Əzimov
Ayzek Azimov (ing. Isaac Asimov; ilk adı İsaak Yudoviç Ozimov, rus. Исаак Юдович Озимов; 2 yanvar 1920, Petroviçi, Klimoviç qəzası, Qomel quberniyası, RSFSR — 6 aprel 1992, Nyu-York, ABŞ) — amerikalı yazıçı-fantast. 500-ə yaxın bədii və elmi-populyar əsərin müəllifi. Elmin kütləviləşməsi üçün çalışmış, ixtisasca biokimyaçı olmuşdur. "Kimyanın qısa tarixi" əsərinin müəllifidir. Fantastik əsər müəlliflərinə verilən Hyuqo və Nebyula mükafatlarının laureatıdır. Onun əsərlərindəki bəzi yeni söz və ifadələr bir çox dillərə daxil olmuşdur. Məsələn, robotics (robotexnika, robotika), positronic (pozitron), psychohistory (psixotarix) və s. İngilisdilli ədəbiyyatda Artur Klark və Robert Haynlaynla birlikdə yazıçı-fantastların "Böyük üçlüyünə" daxil edilir.
Azimov qanunları
Robototexnikanın üç qanunu və ya Azimov qanunları – elmi fantastika yazıçısı Ayzek Azimov tərəfindən irəli sürülmüş qanunlar toplusu. Bu qanunlar robotların icbari davranışlarını müəyyənləşdirmək üçün nəzərdə tutulmuşdur. == Üç qanun == Robotexnikanın üç qanunu ilk dəfə Ayzek Azimovun 1942-ci ildə yazdığı "Dövrə" əsərində öz əksini tapmışdır. Bu qanunlar aşağıdakılardır: Bir robot bir insanı incidə bilməz və ya bir insanın incinməsinə qarşı laqeyd qala bilməz. Birinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot bir insanın verdiyi bütün əmrləri yerinə yetirməlidir. Birinci və ikinci qanunla ziddiyət təşkil etmədiyi hallarda, bir robot öz mövcudluğunu qorumalıdır. Robototexnikanın üç qanunu Azimovun robototexnika hekayələrinin əsas prinsipi olmuş, əsərlərində bir çox formada tətbiq olunmuşdur. Buna baxmayaraq, bu qanunlar başqa elmi fantastik müəlliflər tərəfindən də modifikasiya olunaraq istifadə olunmuş, elmi fantastikanın mövzularından birinə çevrilmişdir. == Sıfırıncı qanun == Azimovun Üç qanunda etdiyi ən böyük modifikasiya sıfırıncı qanunu əlavə etməsi olmuşdur. Bu qanun digər üç qanunu qabaqlayır: 0.
Böyükağa Əzimov
Böyükağa Əliqulu oğlu (16 yanvar 1924, Bakı- 31 avqust 1986, Bakı)— kibernetika və hesablama texnikası sahəsində sovet alimi. == Həyatı == Böyükağa Əliqulu oğlu Əzimov 1924-cü il yanvarın 16-da Bakı şəhərində anadan olmuşdur. Böyükağa Əzimov kibernetika və hesablama texnikası sahəsində sovet alimi, texnika elmlər doktoru (1963), professor (1964), Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü (1967) olmuşdur. 1946-cı ildən Sov.İKP üzvü, 1951-ci ildən respublikada hesablayan elektron maşınların (HEM) neftçıxarmada tətbiqi laboratoriyasına rəhbərlik etmişdir. Azərbaycan SSR Nazirlər Soveti Elm və Texnika Komitəsi sədrinin müavini (1957–60), Azərbaycan SSR Nazirlər Soveti Elmi-Tədqiqat İşlərini Əlaqələndirmə Komitəsi sədrinin birinci müavini və sədri (1961–1965), Azərbaycan SSR Nazirlər Soveti elm və texnika şöbəsinin müdiri (1966–1972) olmuşdur. 1966-cı ildən Azərbaycan Dövlət Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda HEM laboratoriyası əsasında yaradılmış hesablama texnikası şöbəsinin müdiri olmuşdur. 1961-ci ildə "Texniki tərəqqi uğrunda" elmi-texniki jurnalın baş redaktoru olmuşdur. Tədqiqatları əsasən kibernetika üsullarına, avtomatlaşdırılmış idarə etmə sistemlərinə, neft mədənlərinin elektrik enerjisi ilə təchizinə və s. aiddir. Elmi kadrların hazırlanmasında xidmətləri olmuşdur.
Bəxtiyar Əzimov
Cavanşir Əzimov
Cavanşir Calal oğlu Əzimov (23 may 1997, Birinci Şahsevən, Beyləqan rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavanşir Əzimov 1997-ci il mayın 23-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Cavanşir Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Cavanşir Əzimov oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əzimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Cavanşir Əzimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Cəbrayıl Əzimov
Cəbrayıl Əlimuxtar oğlu Əzimov (7 may 1926 – 10 iyul 1969) — Azərbaycanın kino rəssamı, Azərbaycan SSR Əməkdar rəssamı (1964). == Həyatı == Cəbrayıl Əzimov 7 may 1926-cı ildə Bakıda anadan olub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini (1946), ÜDKİ-nun Rəssamlıq fakültəsini (1953) bitirib. 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında quruluşçu rəssam işləyib. Qızmar günəş altında filminin çəkilişləri zamanı tanış olduğu Töhfə Əzimova ilə 1958-ci ildə ailə həyatı qurub. 10 iyul 1969-cu ildə vəfat edib. Aktyor, Xalq artisti Rafiq Əzimovun əmisi olub. == Mükafatları == Azərbaycan SSR Əməkdar rəssamı fəxri adı — 29 iyun 1964 == Filmoqrafiya == == İstinadlar == == Mənbə == “"Uzaq sahillərdə" ekranda” [Filmin quruluşçu rejissoru Tofiq Tağızadə yoldaşla müxbirimizin müsahibəsi] //Kommunist.- 1958.- 13 avqust. Ağamirov, A. “Uzaq sahillərdə” //Kommunist.- 1958.- 19 avqust. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.
Hacıbaba Əzimov
Hacıbaba Sadıq oğlu Əzimov (1 avqust 1938, Lənkəran) — Azərbaycan tarixşünası, ictimai-siyasi xadimi, tarix elmləri doktoru (1981), professor (1982), Azərbaycan Respublikasının xalq deputatı (1990); Azərbaycan Respublikası Ali Sovetinin üzvü, Vahid Azərbaycan Milli Birlik Partiyasının ilk və son sədri (1992-2023). Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının əsas müəllifi. == Həyatı == 1938-ci il avqustun 1-də Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbini bitirmişdir. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (BDU) tarix fakültəsini, 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Tarix İnstitunun aspiranturasını bitirmişdir. == Əmək və ictimai-siyasi fəaliyyəti == 1960–1961-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Arxivlər İdarəsinin baş elmi işçisi — baş inspektoru vəzifəsində işləmişdir. 1961–1963-cü illərdə Azərbaycan EA Tarix İnstitunun elmi işçisi və 1963–1966-cı illərdə aspirantı olmuşdur. 1966-cı ildə tarix elmləri namizədi elmi adını almışdır. 1966–1970-ci illərdə Azərbaycan EA Tarix İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. 1970–1984-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunun (APİ) baş müəllimi, baş elmi işçisi-doktorantı (1974–1976), dosenti (1976–1981) olmuşdur.
Hümay Əzimova
Kazım Əzimov
Kazım Əzimov (tam adı: Kazım Ağamirzə oğlu Əzimov; 10 fevral 1951, Astara) – Filosof, sosioloq, şərqşünas, qədim və orta əsr Yaxın Şərq və Azərbaycan fəlsəfəsi, mədəniyyəti sahəsində mütəxəssis; Fəlsəfə elmləri doktoru (1989), professor (1991). == Həyatı == Kazım Əzimov 1951-ci il fevralın 10-da Azərbaycan Respublikasının Astara şəhərində müəllim ailəsində anadan olmuşdur. Atası Ağamirzə Əzimov Azərbaycan SSR-nin ictimai xadimi və Əməkdar Müəllimi idi. Onun ana tərəfdən babası xeyriyyəçilik fəaliyyəti ilə məşğul olurdu, ata tərəfdən babası dövrünün təhsilli ziyalısı kimi Quranın və İslam elmlərinin bilicisi olmuşdur. K. Əzimov 1968-ci ildə orta məktəbi bitirdikdən sonra Xarici dillər İnstitutunda (indiki Azərbaycan Dillər Universiteti – ADU) İngilis və Azərbaycan dilləri üzrə təhsil almışdır. 1973-cü ildə Xarici Dillər İnstitutunu (XDİ) fərqlənmə diplomu – Lenin təqaüdü ilə bitirmişdir. Həmin il Təhsil Nazirliyinin sərəncamı ilə Xarici Dillər İnstitutuna İngilis dili müəllimi təyin edilmişdir. 1974-cü ildə Sovet ordusunda xidmət etmişdir. == Elmi-pedaqoji fəaliyyəti == 1979-cu ildən başlayaraq elmi-tədqiqat fəaliyyətini pedaqoji fəaliyyəti ilə birləşdirir. 1975–1978-ci illərdə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) fəlsəfə fakültəsinin əyani aspiranturasında təhsilini davam etdirmişdir.
Marko Simone
Marko Simone (it. Marco Simone ; 7 yanvar 1969, Castellanza, İtaliya) — İtaliyalı keçmiş futbolçu. Əsasən hücumçu və yarımmüdafiəçi kimi çıxış edib. Hal hazırda məşqçi kimi fəaliyyət gödtərir. "Milan", "PSJ" və "Monako" klublarında oynaması ilə tanınır. Futbolçu İtaliya millisində 4 oyun keçirib. İtaliya (1992, 1993, 1994 və 1996-cı illərdə "Milan"ın heyətində) və Fransa çempionu (2000-ci ildə "Monako"nun heyətində), Çempionlar Kubokunun (1990 və 1994), Avropa Superkubokunun (1989 və 1994), Qitələrarası Kubokun (1989) qalibi olub. Həmçinin Fransa Kuboku və Fransa Liqa Kubokunu (1998) qazanıb. == Bioqrafiya == Marko İtaliya A Seriyasında 11 yanvar 1987-ci ildə "Komo" klubunun heyətində debürt edib. A seriyasında bir neçə oyundan sonra o, C1 seriyasında çıxış edən "Alzano" klubuna icarəyə verilib.
Nina Simone
Eunice Kathleen Waymon (Yuunis Kətlin Veymn), səhnə adı ilə Nina Simone (d. 21 fevral 1933, Tryon, Şimali Koralina — ö. 21 aprel 2003 Carry-le-Rouet, Bouches-du-Rhône) — ABŞ müğənnisi, bəstəkar, ictimai fəal, antirasist. == Həyat və yaradıcılığı == Caz, Blues, R&B (ritm və blues), Folk musiqi tərzlərində unudulmaz və əfsənələşən Simone, musiqi ilə iç-içə olan bir ailədə dünyaya gəldi. İlkin musiqi təhsilini anasının dəstəyilə mənimsəyən sənətçi, uşaq yaşlarında kilsə xorlarında mahnılar oxuyarkən, yardımsevər birinin köməyilə piano dərsləri aldı. 10 yaşında New York Juilliard musiqi məktəbində təhsilinə davam etməyə başladı. O zamanların gərgin irqçi basqıları ilə bərabər maddi sıxıntılar səbəbilə Philadelphia`ya köçdülər. 1954-cü illər müxtəlif barlarda musiqi istedadını göstərməyə başladı. 1958-ci ildə ilk albomu yayımlandı. Elə həmin il adını ispan dilində "qız" anlamına gələn Nina və pərəstişkarı olduğu aktrisa Simone Signoretin adından götürərək bildiyimiz Nina Simone təxəllüsünə keçdi.
Rafiq Əzimov
Rafiq Əliəşrəf oğlu Əzimov (6 fevral 1938, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının xalq artisti (2000), "Şöhrət" ordenli (2018). == Həyatı == Rafiq Əzimov 6 fevral 1938-ci ildə Bakıda anadan olub. 1964-cü ildə ailə həyatı qurub. 10 sentyabr 1962-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, dövrdən fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır. Azərbaycan Dövlət Televiziyasında hazırlanan "Dibdat bəy" (Dibdat bəy), "Göz həkimi" (İvanov), "Ordan-burdan" (İsmayıl) teletamaşalarında oynayıb. Prezident təqaüdçüsüdür. 2013-cü ildə rejissor Sənan Sultanovun quruluşunda Azərbaycan Televiziyasında Rafiq Əzimovun həyat və yaradıcılığına həsr olunmuş "Sənət sevgisi" filmi çəkilmişdir. == Adlar və mükafatlar == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1 dekabr 1982 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 28 oktyabr 2000 Cəfər Cabbarlı mükafatı — 2010 "Sənətkar" medalı "Şöhrət" ordeni — 2 fevral 2018 == Teatr səhnəsindəki rolları == == Filmoqrafiya == === Aktyor kimi === === Səsləndirdiyi filmlər === == İstinadlar == == Mənbə == Təranə. "Yeddi oğuldan biri" //Odlar yurdu.- London, 2009, aprel.- səh.
Rubail Azimov
Rubail Əzimov
Rəfiqə Əzimova
Əzimova Rəfiqə Cəlil qızı (17 iyul 1938, Bakı) — tədqiqatçı alim, fəlsəfə araşdırmaçısı, sosioloq. == Elmi fəaliyyəti == 1958-ci ildə Azərbaycan Dövlət Universitetinin "Tarix" fakültəsinə daxil olmuş və 1964-cü ildə tarixçi, tarix müəllimi və ictimaiyyətçi ixtisası üzrə bitirmişdir. 1967–1970-ci illərdə AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aspiranturasını bitirəndən sonra 1971-ci ildə namizədlik, 1989-cu ildə isə Moskva şəhərində doktorluq dissertasiyasını müdafiə etmişdir. 1971-ci ildən başlayaraq Fəlsəfə və Hüquq institutunda çalışmış, elmi işçidən baş elmi işçiyə qədər yüksəlmişdir. 2002-ci ildən "Sosiologiya" şöbəsinin müdiri seçilmiş və hazırda bu vəzifəni icra edir. Əsas tədqiqat obyekti "Müasir cəmiyyətin sosioloji problemləridir". Beynəlxalq, regional və ölkədaxili elmi konfranslarda məruzələrlə çıxış edir. 1999–2005-ci illərdə MDB ölkələrində "Regionumuzdakı yeni münaqişələrdən çıxış yolları" ilə bağlı regional konfranslarda iştirak etmişdir. Elmi fəaliyyəti müddətində çoxlu sayda aspirant və dissertantın elmi rəhbəri olmuşdur. 7 monoqrafiya və 150-dən çox məqalə müəllifidir.
Saatmirzə Əzimov
Saatmirzə Feyruz oğlu Əzimov (16 oktyabr 1997, Siyəzən – 17 dekabr 2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Saatmirzə Əzimov 16 oktyabr 1997-ci ildə Siyəzən şəhərində anadan olmuşdur. 2003-2014-cü illərdə Siyəzən şəhər 6 saylı orta məktəbdə təhsil almışdır. Orta təhsil aldığı zaman 2006-2010-cu illərdə Siyəzən şəhər musiqi məktəbində qarmon üzrə kurs keçmişdir. == Hərbi xidməti == Saatmirzə Əzimov 2015-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Döyüşlər zamanı 2016-cı ilin aprelin 2-dən 5-nə qədər davam edən Aprel döyüşlərində yaxından vuruşmuş, fərqlənmişdir. 2020-ci ilin iyul-sentyabr aylarında səfərbər olunan Saatmirzə Əzimov, sentyabr ayında hərbi xidmətə çağırılmışdır. Azərbaycan Ordusunun əsgəri olan Saatmirzə Əzimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində könüllü olaraq iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 17 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Tuğ kəndində döyüş tapşırığının yerinə yetirilməsi zamanı beyni zədələnərək ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir.
Seyfulla Əzimov
Seyfulla Səttar oğlu Əzimov (1970, Yuxarı Daşarx, İliç rayonu) — polis general-leytenantı, Daxili işlər nazirinin birinci müavini, Milli koordinator. == Həyatı == Seyfulla Əzimov 1970-ci ildə anadan olmuşdur. Daxili İşlər Nazirliyinin Azərbaycan Polis Akademiyasını bitirib. == Fəaliyyəti == Nəsimi Rayon 22-ci Polis Bölməsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəis müavini, Quba Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləmişdir. 2014-cü ilin noyabrın 4-dən DİN-in ən mühüm baş idarələrindən birinin – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifəsini tutmuşdur. Seyfulla Əzimov 5 iyul 2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Simone Petersano
Simone Petersano (it. Simone Peterzano, təq. 1540, Berqamo – təq. 1596, Milan)— italyan rəssam, Manyerizm dövrünün nümayəndəsi. O, Mikelancelo Merisi de Karavacconun ilk müəllimi olaraq tanınır. == Haqqında == Simone Petersano haqqında məlumat olduqca azdır. O, Venesiyada Tisian Veçellionun şagirdi olmuşdur. 1578-1582-ci illərdə Petersano, ona şöhrət qazandıran işlərindən biri sayılan Qareqnano kilsəsinin freskalarını işləmişdir. Petersano 1583-1592-ci illər ərzində aktiv fəaliyyət göstərmişdir. Onun emalatxanası Milan şəhərində yerləşirdi.
Səbinə Əzimova
Səbinə Əzimova (2 noyabr 2000, Lənkəran) — Azərbaycanlı ağır atlet. Yeniyetmələr arasında Avropa Çempionatının 3 qat qalibi, 2-cisi və 3-cüsü; yaşı 15-ə qədər olan qızların 53 kq çəkidə rekordçusu. == Həyatı == Səbinə Əzimova 2 noyabr 2000-ci ildə Lənkəran şəhərində anadan olub. == Karyerası == 25 sentyabr 2017-ci ildə Kosovonun paytaxtı Priştina şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmə ağır atletlər arasında Avropa Çempionatında birdən qaldırma hərəkətində hər 3 yanaşmasını uğurla yerinə yetirib və 78 kq-la bu hərəkətdə 2-ci olub. Təkanla qaldırmada isə 96 kq qaldıraraq bu hərəkətdə də 2-ci yeri tutub. Ümumilikdə 174 kq (78+96) nəticə göstərən idmançı 53 kq çəki dərəcəsində 17 yaşa qədər olan qadın atletlər arasında Avropa çempionu olub. Bu, onun üçüncü Avropa çempionluğu olub. 2018-ci ildə Polşanın Zamots şəhərində keçirilən gənclər arasında Avropa Çempionatında 100 kq nəticə ilə təkanla qaldırma hərəkətində gümüş medal qazanıb. 2018-ci il noyabrın 29-da Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında ağır atletika üzrə Azərbaycan Kubokunda sinkleyr cədvəli üzrə mütləq qalibin müəyyən edilməsi uğrunda ümumilikdə 172 kiloqram (75+97) nəticə və 253,22 Sinkleyr xalı ilə 1-ci yer olub. 7 fevral 2019-cu ildə Şüvəlandakı AA akademiyasında Azərbaycan Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi Azərbaycan Çempionatında, qaliblərin Sinkleyr cədvəlinə əsasən müəyyən edildiyi yarışda, ümumilikdə 154 kq (67+87) nəticə və 231.6 xalla qızıl medal qazanıb.