Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zabrat
Zabrat — Bakının Sabunçu rayonunda qəsəbə. Abşeron yarımadasının mərkəzində, dəniz səviyyəsindən 20-30 m hündürlükdə yerləşir. == Toponim == Zabrat toponiminin mənasının araşdırmasında AMEA-nın Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d. Abasova Mahirə xanımın tədqiqinə görə yaşlı sakinlərdən topladığı məlumata görə bu kənd qədim -"Zər" kəndinin batdığı yerdə (zəlzələ nəticəsində) salınmışdır. Zər kəndi 5 əsr bundan əvvəl təbii fəlakət nəticəsində dağılmışdır. Həmin kəndin yerində hazırda II Zabrat (ən qədim kənd) və I Zabrat (110-120 il bundan əvvəl salınmışdır) kəndləri yerləşir. Zabrat toponimini İran dillərində "Zab"-qaynaq, çeşmə, bulaq, "at"- çıxarılan yer, bol, çoxlu, yeni neft bulağı" mənasında olmasını qeyd edir. Zabrat toponiminin başqa bir izahı da var: Zər kəndi(Zərkənd)-Zərbat-Zabrat. Zabrat toponiminin digər elmi izahını isə mərhum akademik Məşədi xanım Nemətə görə türk tayfalarından olan sabirlərin adı ilə bağlı olmasıdır. Sabir türklərinin bir qolu Zabrat kəndinin əsasını qoymuşlar.
Zabit
Zabit (alm. Offizier‎) — əsasən hərbçi məmurlara verilən bir vəzifə növü. Polis və başqa xidmət orqanlarında da istifadə olunur. Zabit vəzifəsi rütbələrinə görə iki yerə bölünür: Kiçik zabit heyəti və Ali zabit heyəti.
Zabul
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Zabux
Zabux — Azərbaycan Respublikasının Laçın rayonu Zabux kənd inzibati ərazi dairəsində kənd.18 may 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 30 illik işğaldan sonra 26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının nəzarətinə keçmişdir. == Etimologiyası == Zabux kəndİ Zabux çayının sahilində, Qarabağ yaylasındadır. Keçmiş adı Xut Zabux olmuşdur. Əvəllər bu ərazidə Sus Zabux adlı başqa kənd də var idi. Tədqiqatgilara görə, oykonim kürd dillərindəki zaboq (dongo) sözündəndir. XIX əsrdə Şuşa-Gorus yolunun döngəsində poçt dayanacağı olmuş və mövqeyinə görə Zabox (Zabux) adlanmışdır. Sonralar yaxınlığındakı Baharlı və ona birləşən şadmanlı kəndləri də həmin adla adlanmışdır. XX əsrin əvvəllərinə aid mənbələrdə "Zabıx" adlanırdı. === İşğal dövrü === Kənddə işğal dövründə başçısı Zeylan Öcalan olan "Kürd konqresi" terrorçu qrupu yerləşdirilmişdir.
Marina Zablit
Marina Zablit (d. 4 mart 1987) — Braziliyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Zablit, Braziliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Yeddinci pillə uğrunda görüşdə Çin yığmasına 5:10 hesabı ilə məğlub olan Braziliya yığması, Rio-de-Janeyro Olimpiadasını 8-ci pillədə başa vurdu.
Zabrat bələdiyyəsi
Bakı bələdiyyələri — Bakı şəhərinin ərazisində yerləşən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. Hal-hazırda Bakıda 53 bələdiyyə var. == Binəqədi rayonu == == Xətai rayonu == == Xəzər rayonu == == Qaradağ rayonu == == Nərimanov rayonu == == Nəsimi rayonu == == Nizami rayonu == == Pirallahı rayonu == == Sabunçu rayonu == == Səbail rayonu == == Suraxanı rayonu == == Yasamal rayonu == == Şəkillər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Asma tabut
Asma tabut — yerdən yüksəkdə, qayalara qoyulmuş tabut şəklində olan dəfn tikililəri. Çin və Filippin də daxil olmaqla bir çox ölkədə rast gəlinir. Cində syuanquan kimi tanınır. == Çin == Tabutları asmaqla dəfn etmək Çindəki bəzi milli azlıqların, xüsusən də Bo xalqının (Ch. 僰 人) qədim dəfn adətidir. Onlar haqqında ilk olaraq Min sülaləsinin salnamələrində bəhs edilmişdir. Nanu ağacının möhkəm parçalarından müxtəlif formalı içi boş tabutlar oyulur. Mərhumun cənazəsinin bu tabutun içərisinə yerləşdirilərək hündür (100 m-ə qədər) qaya çıxıntılarına və mağaralara, çox vaxt qrup şəklində qoyullur. Bo xalqının inancına görə dağlar bu dünya ilə cənnət arasındakı pilləkən yolunu oynayır. Bundan əlavə, insanlar mərhumu düşmənlər və heyvanlar tərəfindən qorumaqdan ötrü etdiklərini bildirirlər.
Danut Koman
Danut Koman (rum. Dănuț Coman) — Rumıniyalı sabiq futbolçu. "Astra" futbol klubunun prezidentidir. == Fəaliyyəti == Sabiq qolkiper olan Danut Koman karyerasına 2015-ci ildə məhz "Astra"da son qoyub. O, karyerasını bitirdikdən sonra da "Astra"da qalaraq, klubun prezidenti olmuşdur.
Jan Kabut
Jan Kabu (fr. Jean Cabut) — fransız karikaturist və jurnalist. "Charlie Hebdo" jurnalının əməkdaşı. 2015-ci il 7 yanvar tarixində "Charlie Hebdo" dərgisinə edilən silahlı hücum zamanı öldürülüb.
Məhəmmədabad (Zabul)
Məhəmmədabad — İranın Sistan və Bəlucistan ostanının Zabul şəhristanının Şibab bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,175 nəfərdən ibarət idi.
Todur Zanet
Todur Zanet (qaq. Todur Zanet, 14 iyun 1958, Konqaz[d], Qaqauziya) — tanınmış qaqauz şairi, dramaturqu və ictimai xadimi == Həyatı == 14 iyun 1958-ci ildə Moldovada – Qaqauziyanın Konqaz kəndində anadan olmuşdur.1965–1975-ci illərdə Konqaz orta məktəbində, 1976–1981-ci illərdə Kişinyov Politexnik İnstitutunda oxumuşdur.1985–1987-ci illərdə Moldovanın KP MK yanında olan Marksizm-Leninizm Universitetində təhsil almışdır. == "Ana sözü" == Uzun müddət mətbuatda çalışmış, hətta ilk qaqauz qəzeti olan "Ana sözü" onun əməyi sayəsində işıq üzü görmüşdür. Belə ki, o, 1986–1990-cı illərdə "Bucağın dalğasında" adlı kanalda redaktor işləmiş, qaqauz dilində TV və radio verilişləri hazırlamışdır. 1988–1994-cü illərdə ilk qaqauz qəzeti "Ana sözü"nü çıxarmışdır. 1999-cu ildən bu günədək həmin qəzetin və "Kırlanğac" (azərb. "Qaranquş"‎) jurnalının baş redaktorudur.1989-cu ildən SSRİ Jurnalistlər İttifaqı və Moldova Jurnalistlər Birliyinin, 1990-cı ildən SSRİ Yazıçılar İttifaqı və Moldova Yazarlar Birliyinin, 1992-ci ildən isə Türk Dünyası Yazarlar Birliyinin üzvüdür.Qaqauziyada latın qrafikasına keçmək sahəsində ilk addımları ataraq əvvəlcə "Ana sözü"nün səhifələrində alışdırma yazıları verib, 1993-cü ilin sentyabr ayının 25-dən etibarən qəzetini bütünlüklə latın qrafikasında çıxarmağa başladı.1991–1993-cü illərdə Todur Zanet Kişinyov İncəsənət İnstitutunda qaqauz aktyorlarına qaqauz dilində dərs deyib. Həmin illərdə Jan Rassinin "Bəyazid" mənzum pyesini, E. Georgitanın "İki gəlinli qaynana", M. Baciyevin "Şənbə axşamı" əsərlərini qaqauz dilinə tərcümə edib. Bu pyeslər onun tələbələri tərəfindən tamaşaya qoyulub. == Qaqauz Milli Himni == Todur Zanet eyni zamanda Qaqauz Milli Himninin müəllifidir.
Zabit Allahverdiyev
Zabit Allahverdiyev Sabir oğlu (1 dekabr 1959, Mirzəcəfərli, Bərdə rayonu) — coğrafiya üzrə fəlsəfə doktoru. == Həyatı == Zabit Sabir oğlu Allahverdiyev 1 dekabr 1959-cu ildə Bərdə rayonunun Mirzəcəfərli kəndində anadan olmuşdur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakülkəsini bitirib.1999–2003-cü illərdə "Okeanologiya" ixtisası üzrə Azərbayjan Milli Elmlər Akademiyasının aspiranturasında təhsil almışdır. == Elmi fəaliyyəti == 1987–1995-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Mexanika-Riyaziyyat İnistitutunun nəzdindəki Xüsusi Konstruktor Bürosunun "Riyazi Modelləşdirmə" laboratoriyasında mühəndis-aparıcı konstruktor vəzifələrində, 1995–2001-ci illərdə isə Azərbaycan Dövlət Hidrometeorologiya Komitəsinin Elmi-Tədqiqat Hidrometeorologiya İnstitutunda laboratoriya müdiri və direktor müavini vəzifələrdə çalışmışdır. 2002-ci ildən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunda "Xəzər dənizinin hidrometeoroloci problemləri" laboratoriyasının müdiri vəzifəsində çalışır. 2004-cü ildə "Cənubi Xəzərdə külək və axınların statistik-spektral üsurlarla tədqiqi" mövzusu üzrə dissertasiyanı müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi almışdır. == Elmi əsərləri == 5 elmi mövzunun, 30-dan artıq elmi məqalənin müəllifi və üç kitabın ("Dəniz hidrometeoroloci proqnoz üsulları", "Neft Daşları rayonunun hidrometeoroloci xüsusiyyətləri" və "Müasir iqlim dəyişmələri və Xəzər dənizinin hidrometeoroloci şəraiti") həmmüəllifidir.
Zabit Məhəmmədşərifov
Zabit Əhmədoviç Məhəmmədşərifov (rus. Забит Ахмедович Магомедшарипов; 1 mart 1970) — Rus qarışıq döyüş sənətkarı, hal-hazırda Ultimate Fight Çempionatının (UFC) yüngül çəki divizionunda yarışır. 30 İyul 2020 tarixinə görə, UFC yarım-yüngül çəki (featherweight) dərəcələrində 3-cü yerdədir. == Həyatı == Dağıstanda Xasavyurt şəhərində anadan olub. Əslən avardır. 10 yaşında sərbəst güləşlə məşğul olmağa başladı. Bir müddət kikboksinq və futbol ilə məşğul oldu. 2003-cü ildən etibarən Uşhu Sanda məşqlərinə başladı. 2012-ci ildən qarışıq döyüş sənətlərində yarışmağa başladı. Ailəli deyil.
Zabit Nəbizadə
Zabit Nəbizadə (1 may 1965, Şıxzahırlı, Şamaxı rayonu) — Azərbaycan Respublikasının Xalq Artisti == Həyatı == Zabit Nəbizadə 1965-ci ildə Şamaxı rayonunun Şıxzahırlı kəndində doğulub. Zabit Nəbizadə 1991-1995-ci illərdə A.Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumunun "Solo oxuma" (xanəndəlik) şöbəsində, 1996-2000-ci illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Teatr kollektivinin rejissoru" fakültəsində təhsil almışdır. 2000-ci ildən Bakı Musiqi Kollecində müəllim kimi fəaliyyət göstərən Zabit Nəbizadə, 2003-cü ildən Azərbaycan Milli Konservatoriyasının muğam şöbəsində pedaqoq kimi çalışır. Sənətçi dəfələrlə xarici ölkələrdə qastrol səfərlərində Azərbaycanı layiqincə təmsil etmişdir. 2005-ci ildə Əməkdar Artist fəxri adına layiq görülmüşdür. 2011-ci ildə isə Xalq artisti fəxri adına layiq görülmüşdür. 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür.
Zabit Quliyev
Zabit Adil oğlu Quliyev (6 iyun 1975, Ərəbxana, Kürdəmir rayonu) — Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 6 iyun 1975-ci il Kürdəmir rayonunun Ərəbxana kəndində anadan olmuşdur. 1992-ci il Ərəbxana kənd orta məktəbini bitirdikdən sonra rayonda təsərrüfat işlərində çalışır. 1993-cü ildə isə Milli Orduya çağırılıb. == Döyüşlərdə iştirakı == Zabit Quliyev cəbhə bölgəsində xidmətə başlayır. Füzuli, Ağdam, Ağdərə, Tərtər cəbhələrində fərqlənir.Dəfələrlə düşmənin zirehli texnikalarını sıradan çıxarır. Təkcə Seysulan kəndində gedən döyüşlər zamanı ermənilərin dörd tankını məhv edib. == Ailəsi == Ailəlidir, bir övladı var. == Mükafatları == Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Quliyev Zabit Adil oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Vüqar Əsgərov.
Zabit Səmədov
Zabit Mübariz oğlu Səmədov (belar. Забіт Самедаў; 21 iyun 1984, Candar, Qardabani rayonu) — Gürcüstanda azərbaycanlı ailəsində anadan olmuş, Azərbaycan idmançısıdır. == Həyatı və karyerası == Zabit Səmədov Gürcüstanda azərbaycanlı ailəsində anadan olub və 10 yaşında Minskə köçmüşdür. O, 9 yaşından idmanla məşğul olmağa başlamışdır. Əvvəllər o, Əziz Dursunovun təlimi altında 6 ay karate ilə məşğul olmuşdur. Sonra o Muay tay idman növü ilə məşğul olmağa başlayır. 1998-ci ildən etibarən o, Minskdə məşhur klub olan Chinuk GYM-də idmanını davam etdirir. O (en:Alexey Ignashov) və (en:Sergei Gur) ilə birlikdə məşqçi Dmitry Pioçeski təlimi altında məşqini sürdürür. Zabit Səmədov həvəskar karyerasında bir neçə dəfə dünya və avropa çempionu olmuşdur. Sonradan Zabit Səmədov peşakar döyüşlərə üz tutmuşdur.
Zabit Xəlilov
Zabit Cəmşid oğlu Xəlilov — 1-ci dərəcəli dövlət qulluqçusu, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "H. Zərdabi" mukafatçısı. == Həyatı == Zabit (Dolğun) Xəlilov 30 mart 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Pedoqoji İnstitutunu, 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan KP MK-nin yanında Ali Partiya məktəbinin "partiya quruculuğu" fakultəsini "FƏRQLƏNMƏ" diplomları ilə bitirmişdir. 1981-1982-ci illərdə Daşkəsən Partiya Komitəsinin orqanı olan "Daşkəsən" qəzetinin nəzdində iki illik "Gənc muxbirlər" məktəbini bitirmişdir. 1981-1991-ci illərdə Daşkəsən Rayon Komsomol Komitəsində, Gəncə Şəhər Komsomol Komitəsində, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Beynəlxalq Gənclər Turizm bürosunda şöbə müdiri işləmişdir. 1991-1995-ci illərdə Gəncə İqtisadiyyat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır. 1995-2013-ci illərdə Gəncə Şəhəri, Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləmişdir. Birinci dərəcəli dövlət qulluqçusudur. İşlədiyi müddətdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional şöbəsinin "Fəxri Fərman"ları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. 07 yanvar 2013-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Respublika" qəzeti redaksiyasının bölgə müxbiridir.
Zabul (şəhər)
Zabul- İranın Sistan və Bəlucistan ostanının şəhərlərindən və Zabul şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 130,642 nəfər və 27,867 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti sistanilərdən ibarətdir və dari dilində danışırlar.Sistanilərdən əlavə bu şəhərdə bəluclar, brahuilər və puştunlarda yaşayırlar.
Zabul Qasım
Qasım İbrahim oğlu Abdullayev və ya Zabul Qasım (1873, Şuşa – 1927, Şuşa, DQMV) — xanəndə. == Həyatı == Abdullayev Qasım İbrahim oğlu 1873-cü ildə Şuşada anadan olmuşdur.O, ömrünün son illərində Şuşa musiqi məktəbində muğamatdan dərs demiş, incəsənət işçilərinin respublika həmkarlar ittifaqı şurasının sədri vəzifəsində çalışmışdır. Qasım Abdullayev 1927-ci ildə Şuşada vəfat etmişdir. == Fəaliyyəti == "Zabul" muğamını xüsusilə yaxşı ifa etdiyinə görə tanınan Qasım Abdullayev xalq arasında "Zabul Qasım" adı ilə məşhurlaşmışdı.O dövrdə, Azərbaycan xalqının məclislərində ”Segah" muğamı daha populyar idi. Lakin XIX əsrin son illərində xanəndələr “Zabul-segah”a daha çox meyl edirdilər. Bu populyarlığın əsas səbəbi tarzən Sadıqcanın tarın qoluna "Zabul" pərdəsini əlavə etməsi idi.XX əsrin əvvəllərində Zabul Qasım Bakıda bir neçə dəfə konsert vermiş və tamaşaçıların sonsuz rəğbətini qazanmışdır. Zabul Qasım ilk dəfə Bakı tamaşaçıları qarşısında 1903-cü ilin yanvar ayının 27-də H.Z.Tağıyevin teatr binasında verilən “Şərq konserti”ndə Cabbar Qaryağdıoğlu, Şəkili Ələsgər və Seyid Mirbabayevlə birlikdə çıxış etmişdir.Zabul Qasım təkcə peşəkar xanəndə deyildi, o, eyni zamanda bir opera artisti kimi də tanınmışdı. Onu səhnəyə ilk dəfə dəvət edən və sənətkarlığına yüksək qiymət verən görkəmli bəstəkar Zülfüqar Hacıbəyov olmuşdur. O, görkəmli bəstəkarın xahişi ilə 1913-cü il avqust ayının 7-də Şuşa yay klubunda tamaşaya qoyulmuş “Leyli və Məcnun” operasında Məcnunun atası rolunu ifa etmişdi.Zabul Qasım 1914-cü ildə “Sport-Rekord” şirkətinin dəvəti ilə Tiflis şəhərinə gedərək səsini vala yazdırmışdır. Həmin vaxt Zabul Qasım “Zabul-segah”, “Bayatı-Şiraz”, “Hümayun”, “Şur”, “Mahur–Hindi” və bir neçə təsnif oxumuşdur.
Zabul vilayəti
Zabul vilayəti (puşt. زابل, dəri زابل) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri. Vilayətin sahəsi 17.343 km², 2009-cu ilin əvvəlinə olan rəsmi təxminlərə əsasən əhalisi 275.1 min nəfər, inzibati mərkəzi Qalat şəhəridir . Əhalisi əsasən puştunlardan ibarətdir. Vilayətdə yaşayan ən iri puştun tayfaları – puştunların Qılzay yarımqrupuna aid Toxi və Hotaki tayfası, Dürrani yarımqrupuna aid Nurzayi və Pəncabi tayfaları.
Zabul şəhristanı
Zabul şəhristanı- — İranın Sistan və Bəlucistan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Zabul şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 244,103 nəfər və 53,101 ailədən ibarət idi.
Zabux döyüşü
Zabux çayı
Zabuxçay — Həkəriçayın sağ qoludur. Laçın rayonu ərazisindən axır. == Ümumi məlumat == Uzunluğu 51 km, hövzəsinin sahəsi 527 km²-dir. Mənbəyi "Kiçik Qafqazın Qızıltəpə dağından (3036 m) başlayır. Yuxarı axımında Ağoğlan, orta axımında isə Minkəndçay adlanır. Axımı qar, yağış və yeraltı sularından əmələ gəlir. Yaz-yay aylarında qarın əriməsi nəticəsində çayda daşqınlar yaranır. Aprel — iyun aylarında illik axımının 60–65%-i keçir. Axımında yeraltı suların miqdarı çox (50–55%) olduğundan yay aylarında nisbətən sulu olur. Çayın orta illik su sərfi 4,37 kub m/san-dir.
Zabrat Hava Limanı
Zabrat hava limanı (IATA: ZXT, ICAO: UBTT) – Bakı şəhərinin 18 kilometr şimal-şərqində, Maştağa qəsəbəsinin cənub-qərbindən 5 km kənarda yerləşən ictimai hava limanı. III sinif hava limanıdır. Limanın aerodromu E sinifdəndir. == Tarixi == Hava limanı 2008-ci ilə qədər Azərbaycan Hava Yolları Dövlət Konserninə məxsus olub. Həmin il AZAL Qapalı Səhmdar Cəmiyyətə çevrilib, Zabrat hava limanı isə özəlləşdirilərək Silk Way Holding-ə daxil olan Silk Way Helicopter Services-in tabeliyinə keçib. == Xüsusiyyətlər == Təhlükəsizliyin təminatı məqsədilə ərazinin sərhədi boyu İsrailin RB Tech şirkətinin istehsalı olan xüsusi elektron hasarlarla əhatə edilmiş və xüsusi işıqlandırma sistemi ilə təchiz edilmişdir.Sərnişinlərin uçuşa yola salınması buraxılış qabiliyyəti saatda 240 nəfər olan sərnişin və yük terminalı vasitəsilə həyata keçirilir. Terminal gəlmə və getmə zallarından, VİP, brifinq otaqlarından, yük anbarı hissəsindən, qeydiyyat duracaqları bölməsindən, 120 oturacaqlı monitorlarla təchiz edilmiş kafe hissəsi olan gözləmə zalından ibarətdir.Uçuş-eniş zolağı 40 ton yükə hesablanmışdır. Həmçinin gecə uçuşlarının həyata keçirilməsi üçün səviyyədə işiqlandırma sistemi təchiz olunmuşdur. Vertolyotların qəbulunu təşkil etmək məqsədilə 12 vertolyot dayanacağı inşa edilmişdir.Zabrat hava limanında Almaniyanın BAN-2000 şirkəti tərəfindən, həm gecə vaxtı, həmçinin mürəkkəb meteo şəraitlərdə vertolyotların qəbulu və buraxılışı üçün nəzərdə tutulmuş ACAMS işıqlandırma kompleksi quraşdırılmışdır.Hava limanında aşağıdakı işıq-siqnal və radio-texnika avadanlıqları quraşdırılmışdır: Baklan-RN, Sirut-1, R-414 Bereza, ATSP-438 Sineva, işıq fanarları ZOV, ARP-80, PAR-10. == Həmçinin bax == Azərbaycan hava limanları == İstinadlar == == Xarici keçidlər == Landings.com saytında hesabat.
Songs About Jane
Songs About Jane (azərb. Ceyn Haqqında Mahnılar‎) — Maroon 5 adlı qrupunun debüt albomudur.