Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Digital Trends
"Digital Trends" — ABŞ xəbər saytı. Saytın məzmunu texnologiya və istehlak elektronikası məhsulları haqqında xəbərlər, resenziyalar, bələdçilər, təsviri videolar və podkastlar dərc etməkdən ibarətdir. Saytın mərkəzi Oreqon ştatının Portlend şəhərində yerləşir. Portlend, Nyu-York, Çikaqo və digər yerlərdə ofisləri olan "Digital Trends" ispandilli auditoriya üçün nəzərdə tutulmuş yetirən "Digital Trends Español" saytını da idarə edən "Digital Trends Media Group"un mülkiyyətindədir.Sayt texnologiya ilə formalaşmış geniş çeşidli məhsullar haqqında resenziyalar və məlumatlar təklif edir. Bura smartfonlar, video oyunlar, noutbuklar, fərdi kompüterlər, periferiya qurğuları, televizorlar, rəqəmsal kameralar, video kameralar, planşetlər və s. kimi istehlakçı elektronikası məhsulları daxildir. Üçüncü tərəf veb-analitika provayderi "SimilarWeb"ə görə, sayt iyun 2018 (2018-June) tarixinə olan məlumata əsasən, ayda 40 milyondan çox ziyarətçi cəlb etmişdir. 2014-cü ildən 2021-ci ilə qədər "Digital Trends"in redaktor heyətinə baş redaktor Ceremi Kaplan rəhbərlik etmişdir.
Azerbaijan Digital Hub
Azerbaijan Digital Hub (Azərbaycan Rəqəmsal Mərkəzi) – Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən proqramdır. == Proqram haqqında == "Azerbaijan Digital Hub" proqramı (Azərbaycan Rəqəmsal Məkəzi) Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi məqsədilə AzerTelecom şirkəti tərəfindən icra olunur. Poqramın icrasına 2018-ci ildə başlanılıb. "Azerbaijan Digital Hub" proqramının əsas hədəfi Azərbaycanda "Rəqəmsal Mərkəz" yaratmaq, ölkəni Qafqaz,MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionalar üçün "Made in Azerbaijan" brendi altında müxtəlif rəqəmsal xidmətlərin istehsalçısı və ixracatçısına çevirmək, dünyanın İnternet xəritəsinə Frankfurt, Moskva, Sofiya, Amsterdam, London və s. kimi şəhərlərlə yanaşı Bakı şəhərini də yeni İnternet Mübadilə Mərkəzi olaraq əlavə etməkdir. "Azerbaijan Digital Hub" proqramı çərçivəsində yaradılacaq Rəqəmsal Mərkəz dünya əhalisinin dörddə birini (1.8 milyard) müxtəlif rəqəmsal xidmətlərlə təmin edəcək. Bu isə özlüyündə Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə təminat yaradacaq. Proqramın reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. == Proqramın icra mərhələləri == Proqram 3 mərhələdən ibarətdir: Birinci mərhələ ölkə daxilində və xaricində infrastruktur quruculuğunu nəzərədə tutur. Bu mərhələ Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə "Rəqəmsal İpək Yolu"nun (Digital Silk Way) formalaşmasını, Xəzər dənizinin dibi ilə Azərbaycanla Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsini (Transxəzər Fiber-Optik Kabel Xətti), ölkə daxilində magistral fiber-optik kabel xətlərinin çəkilməsini nəzərdə tutur..
Digital Illusions HB
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. == Tarix == "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər.Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür. Onlar 2005-ci ilə qədər burada yerləşmişdilər.
Digital object identifier
Rəqəmsal obyektin identifikatoru (həmçinin "obyektin rəqəmsal identifikatoru" (ORİ) kimi də işlədilir digital object identifier, DOI) — şəbəkədə obyekt haqqında informasiyanın standart işarələməsi (adətən, elektron sənədlər və ya rəqəmsal obyektlər üçün zəruri deyil). Elektron sənədin DOI-də saxlanılan məlumatı onun yerləşdiyi yeri və digər məlumatları əks etdirir (məsələn, URL), onun adı, obyektin digər identifikatorları (məsələn, kitabın elektron variantı üçün ISBN ) == Istinadlar == International DOI Foundation. CrossRef, the official DOI® link registration agency for scholarly and professional publications. Norman Paskin. "Digital Object Identifier (DOI®) system" (PDF). Encyclopedia of Library and Information Sciences. Taylor & Francis Group. 2010. doi:10.1081/E-ELIS3-120044418.
Hot Digital Songs
Hot Digital Songs - ABŞ - da Billboard jurnalı tərəfindən tərtib edilən və dijital satış statistikasına əsaslanan hit parad.
World Digital Library
Dünya Rəqəmsal Kitabxanası — 21 aprel 2009-cu ildə Dünya Elektron Kitabxanası saytının rəsmi açılışı olub. Bu kitabxanada pulsuz olaraq dünyanın hər yerindən nadir kitabları, əlyazmalarını oxumaq olar; filmlərə, şəkillərə baxmaq olar. Veb-saytın ünvanı: wdl.org. Saytdakı mətnlər dünyanın 7 əsas dilindədir − ərəb, çin, ingilis, fransız, portuqal,rus və ispan dili. UNESCO-nun və dünyanın 32 kitabxanasının birgə yaratdığı yeni kitabxananın məqsədi qiyməti olmayan nadir materialları hamı üçün əl çatan etməkdir. Dünya Elektron Kitabxanası yaratmağı 2005-ci ildə Amerika Konqresi Kitabxanasının rəhbəri Ceyms Billinqton təklif edib.
Rene İgita
Rene İquita — Kolumbiyalı futbolçu == Karyerası == Oyunlar zamanı tez-tez qoruduğu qapını tərk edərək, rəqib qapısında qol arayan Rene İquita müxtəlif klubların heyətində 235 matçda 30, yığmada isə 68 görüşdə 8 qol vurub. O, Kolumbiyanın 8 klubundan əlavə, "Valyadolid" (İspaniya), "Verakruz" (Meksika), "Aukas" (Ekvador) və Quaros" (Venesuela) komandalarının da formasını geyinib. Qabarıq qıvrım saçları və cəsur qurtarışları ilə tanınan Rene İquita daha çox 1990-cı il dünya çempionatında məşhurlaşıb. İquita həmin Mundialın ¼ final matçında cərimə meydançasından təqribən 20 metr irəlidə topla oynarkən, kamerunlu Roje Millanı da keçməyə çalışıb. Lakin bu vaxt Milla topu ələ keçirərək, boş qapıdan keçirib. Nəticədə 1:2 hesabı ilə uduzan Kolumbiya mübarizəni dayandırıb. Sonra da İquita "Uembli" stadionunda İngiltərə yığması ilə yoldaşlıq görüşündə şou göstərib. O, üstünə gələn və əlləri ilə rahatca tuta biləcəyi topu qapı xətti üzərində gövdəsini irəli verərək, topuqları ilə uzaqlaşdırıb. Bu vaxt bədəninin aldığı fiqurla əlaqədar bu hərəkəti futbol dünyasında "Əqrəb zərbəsi" adlandırılıb. David Ospina bu barədə belə demişdir: "Onun bu hərəkəti illər keçsə də unudulmayacaq.
Azerbaijan Digital Hub Proqramı
Azerbaijan Digital Hub (Azərbaycan Rəqəmsal Mərkəzi) – Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi üçün icra edilən proqramdır. == Proqram haqqında == "Azerbaijan Digital Hub" proqramı (Azərbaycan Rəqəmsal Məkəzi) Azərbaycanın regional rəqəmsal mərkəzə çevrilməsi məqsədilə AzerTelecom şirkəti tərəfindən icra olunur. Poqramın icrasına 2018-ci ildə başlanılıb. "Azerbaijan Digital Hub" proqramının əsas hədəfi Azərbaycanda "Rəqəmsal Mərkəz" yaratmaq, ölkəni Qafqaz,MDB, Orta və Cənubi Asiya, Yaxın Şərq və ətraf regionalar üçün "Made in Azerbaijan" brendi altında müxtəlif rəqəmsal xidmətlərin istehsalçısı və ixracatçısına çevirmək, dünyanın İnternet xəritəsinə Frankfurt, Moskva, Sofiya, Amsterdam, London və s. kimi şəhərlərlə yanaşı Bakı şəhərini də yeni İnternet Mübadilə Mərkəzi olaraq əlavə etməkdir. "Azerbaijan Digital Hub" proqramı çərçivəsində yaradılacaq Rəqəmsal Mərkəz dünya əhalisinin dörddə birini (1.8 milyard) müxtəlif rəqəmsal xidmətlərlə təmin edəcək. Bu isə özlüyündə Rəqəmsal Mərkəzdə dünya brendlərinin (Apple, Google, Amazon, Alibaba, Facebook, Netflix və s.) cəmləşməsinə təminat yaradacaq. Proqramın reallaşması nəticəsində Şimal-Cənub, Şərq-Qərb istiqamətlərində olan böyük magistral fiber-optik şəbəkələr Azərbaycanda birləşəcək. == Proqramın icra mərhələləri == Proqram 3 mərhələdən ibarətdir: Birinci mərhələ ölkə daxilində və xaricində infrastruktur quruculuğunu nəzərədə tutur. Bu mərhələ Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə "Rəqəmsal İpək Yolu"nun (Digital Silk Way) formalaşmasını, Xəzər dənizinin dibi ilə Azərbaycanla Qazaxıstan və Türkmənistan arasında fiber-optik kabel xəttinin çəkilməsini (Transxəzər Fiber-Optik Kabel Xətti), ölkə daxilində magistral fiber-optik kabel xətlərinin çəkilməsini nəzərdə tutur..
Digital Illusions CE AB
EA Digital Illusions CE AB (EA DICE; əvvəllər Digital Illusions HB və Digital Illusions CE AB) — Stokholm-əsaslı İsveç videooyun istehsalı şirkəti. "DICE" 1992-ci ildə təsis edilmişdir və 2006-cı ildən bəri "Electronic Arts" şirkətinin filialıdır. İstehsal etdiyi videooyunlar arasında "Battlefield" seriyası, "Mirror's Edge", "Star Wars Battlefront" və "Star Wars Battlefront II" var. Buna əlavə olaraq, şirkət "Frostbite" mühərrikinin yaradıcıdır. == Tarix == "DICE" şirkəti "Digital Illusions" adıyla 1992-ci ilin may ayında İsveçin Vekşö şəhərində dörd nəfər – Ulf Mandorf, Olaf Qustavson, Fredrik Liliqren və Andreas Akselson tərəfindən təsis edilmişdir. Onlar The Silents (azərb. Səssizlər‎) adlı bir demoqrupun keçmiş üzvləri idilər.Şirkətin işçiləri Vekşö Universitetinin tələbələri olduğu dövrdə şirkətin qərargahı və ofisi kiçik bir yataqxanada yerləşirdi. Onlar Amiga kompüterləri üçün "Pinball Dreams", "Pinball Fantasies" və "Pinball Illusions" kimi məşhur pinbol oyunları hazırlayırdılar. 1994-cü ildə şirkət Göteborq şəhərinə köçmüşdür. Onlar 2005-ci ilə qədər burada yerləşmişdilər.
Digital enhanced cordless telecommunications
DECT (ing. Digital Enhanced Cordless Telecommunications, azərb. Rəqəmsal təkmilləşdirilmiş simsiz telekommunikasiya‎) — əsasən simsiz telefon sistemlərinin yaradılması üçün istifadə edilən standart. O, Avropada yaranıb və 900 MHz CT1 və CT2 kimi əvvəlki simsiz telefon standartlarını əvəz edərək ümumi standart olub.Təkçə Avropada deyil, Avstraliya, Asiya və Cənubi Amerikanın əksər ölkələrində də bu standart qəbul edilib. ABŞ-nin radiotezlik qaydalarına görə Şimali Amerika bu standartı qəbul edə bilmədi. Nəticədə DECT 6.0 adlı bir az fərqli tezlik diapazonundan istifadə edən DECT variasiyası inkişaf etdirilib. Bu, sözügedən qurğuları hətta eyni istehsalçıdan başqa sahələrdə istifadə üçün nəzərdə tutulmuş sistemlərlə uyğunsuz hala salır. DECT, Şimali Amerika xaricində istifadə edildiyi əksər ölkələrdə digər standartları demək olar ki, tamamilə əvəz etdi. DECT standartına əksər istehsalçıların tətbiq etdiyi sadə telefon imkanları üçün ümumi qarşılıqlı fəaliyyət profili olan "generic access profile" (GAP) daxildir. GAP uyğunluğu müxtəlif istehsalçıların DECT telefonları və bazalarına ən sadə funksional səviyyədə, yəni zəng etmək və qəbul etməkdə qarşılıqlı fəaliyyət göstərməyə imkan verir.
Integrated Services Digital Network
İnteqrasiya edilmiş rəqəmsal şəbəkə (ing. Integrated Services Digital Network, qısaca ing. ISDN) — mövcud telefon şəbəkələri əsasında inkişaf etdirilən ümumdünya rəqəmsal kommunikasiya şəbəkəsi. ISDN-də məqsəd informasiyanın rəqəm analoq çevrilməsini tələb edən mövcud telefon xətlərini ən çeşidli informasiyaları (adi danışıqdan tutmuş kompüter verilənləri, musiqi və videoyadək) ötürmə bacarığına malik olan rəqəmli veriliş vasitələri ilə əvəzləməkdən ibarətdir. ISDN iki başlıca rabitə kanalı üzərində qurulub: verlənləri 64 kbit/san sürətilə ötürən B kanalı və idarəedici informasiyanı ya 16, ya da 64 kbit/san sürətilə ötürən D kanalı. Kompüterlər və digər qurğular ISDN ilə sadə standart interfeyslərlə birləşirlər. ISDN istifadəçilərə daha sürətli və çeşidli rabitə xidmətləri verir. Qoşulma universal qurğu, telefon xəttindən istifadə etməklə müxtəlif cür – telefon, telefaks, internet və digər elektron-rabitə növlərindən eyni vaxtda istifadəyə imkan verən komplekt qoşulma hesab olunur. Evinizə bir İSDN xətt çəkdirdiyinizdə iki xəttiniz olar. Bir xətti səs, digərini məlumat transferi üçün istifadə edə bilərsiniz.
EA Digital Illusions CE AB