Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kanada iqrası
Mustafa İkrami
Mustafa İkrami (21 iyun 1983, Tehran) — azərbaycanlı əsilli İran futbolçusu, mudafiəçi. İkrami 2008-ci ildən Təbrizin Traktor Sazi klubuna qoşulmuşdur. O Traktor Sazi klubuna gələndən öncə Banki Milli, İstiqlal, Payam, Şirinfəraz və İstiqlal-i Əhvaz futbol klublarında oynamışdır.
Haramı
Birinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 1 №-li Qayıdış adlanır. İkinci Haramı — Füzuli rayonunun qəsəbə inzibati ərazi dairəsi. 19 iyun 2009-cu ildən 6 №-li Qayıdış adlanır. Haramı düzü — Füzuli rayonunda böyük bir sahəni əhatə edən ərazi. "Haramı" yarımstansiyası — Füzuli SES-ə aid elektrik yarımstansiyası. Haramı (İran) — İranda kənd. Haramı dağı — Ordubad rayonu ərazisində dağ. (Hünd. 1316,7 m.) Haramı aşırımı — Ordubad rayonu ərazisində aşırım.
Surami
Surami (gürc. სურამი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində Daba (Şəhər tipli qəsəbə), kiçik bir dağ-iqlim kurortu. Lixi silsiləsinin cənub yamaclarında, dəniz səviyyəsindən 740 metr yüksəklikdə yerləşir. Dəmiryol xəttilə Xaşuri ilə bağlıdır. Qəsəbə statusu 1926-cı ildə verilmişdir. Əhalisi 7,492 nəfərdir (2014). == Ədəbiyyat == Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
İmralı
İmralı — (türk. İmralı Adası; yun. Βέσβικος; Καλώνυμος; Καλόλιμνος) və ya Kalonilos — Mərmərə dənizində yerləşən ada. Adanın şimaldan cənuba uzunluğu 8 km, eni isə 3 km təşkil edir. Sahəsi 9,98 km² təşkil edir. Ada dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilindən isə 20 kilometrlik boğaz ayırır (Boz boğaz). İstanbulla arasında məsafə 65 km-dir. Makdimal hündürlüyü 217 metrdir (Türk-təpəsi). Adadan şərqdə Qəmlik körfəzi yerləşir. == Tarixi == Antik dönəmlərdə adada yuban əhalisi yaşamış və onlar üzümçülük və Balıqçılıq ilə məşğul olurdular.
İqrand
İqrand (fr. Ygrande) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Burbon-l’Arşambo kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03320. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 759 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 238 nəfərdən (15-64 yaş) 154 nəfəri iqtisadi cəhətdən fəal, 84 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 64,7%, 1999-cu ildə bu 58.9%). 154 aktivistdən 134 nəfər (72 kişi və 62 qadın), 20 nəfər işsiz (8 kişi və 12 qadın) idi. Aktiv olmayan 84 nəfər arasında şagird və ya tələbə, 43 nəfər təqaüdçü, 34 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Oqami
Oqami (yap. 来間島 — Miyako qrupuna Sakişima adalarına Ryukyu adalarına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Miyako dairəsi, Miyako qəzası və Okinava prefekturası ərazisinə daxildir. == Coğrafiyası == Adanın sahəsi 0,24 km² təşkil edir. Miyakocima adasından şimal-şərqdə yerləşir. Adanın relyefi dayalıqdır. Ən hündür nöqtəsi 75 metr təşkil edir. Adanın əhalisi cəmi 50 nəfər təşkil edir. Əhali əsasən elədə böyük olmayan Oqami qəsəbəsində yerləşmişlər.
Qremi
Kaxetiya çarlığı - Kaxetiya ərazisində 1465-ci ildə yaradılmış feodal dövlət olmuşdur. XV əsirdən Qremi Kaxetiya krallığnın mərkəzi idi. Qremi məbədi 1565-ci ildə Kaxeti kralı tərəfindən inşa edilmişdir. Məbədin ətrafındakı hasarlar eyni zamanda qala idi. Təhlükə zamanı krallar daşlarla düzəldilmiş gizli çıxışdan istifadə edirdilər. Burda üç mərtəbəli saray və ətrafında qülləli hasarlar var idi. Məbədin yanında kral rezidensiyası var. Kral rezidensiyasında isə kral sarayları, fantan, qüllə hamam və s. tikililər yerləşirdi. Qremidə ticarət küçəsi fəaliyyət göstərmişdir.
İhram
İhram (ərəb. إحرام‎‎ — həsr etmək) — həcc ziyarətini həyata keçirən zəvvarın xüsusi mənəvi paklıq vəziyyətidir. Bunun üçün qüsl almaq (bədəni tamamilə yumaq), xüsusi geyim geyinmək və ihramın qaydalarına riayət etmək tələb olunur. == Mümkün hərəkətlər == İhram vəziyyətində ticarətlə və digər dünyəvi işlər məşğul olmaq; cinsi əlaqəyə girmək, kəbinə girmək, əzəblərşək və kimisə incitmək; canlılara ziyan vurmaq (heyvanları və həşəratları öldürmək, otu və ya yarpaqları qopartmaq və s.) üz qırmaq, baş qırxdırmaq, dırnaq kəsmək, ətirdən istifadə etmək, zinət əşyaları taxmaq və siqaret çəkmək qadağandır. Qadınlar qüsl aldıqdan sonra enli ağ paltar geyinir, başlarını ötrürlər (yalnız sifət, əl və ayağın daban hissəsi görünə bilər). Kişilər iki sadə ağ örtük geyinirlər: biri baldırdan qıça qədər olan hissəni ötrür, digəri isə sağ çiyinin üzərinə atılır. Bu geyimlər zəvvarların niyyətlərinin paklığını və onların allah qarşısında bərabər olmasına işarədir. Zəvvarlar ihram geyimlərini Kəbədən 4 kilometr aralıda yerləşən mikat adlı yerdə geyinirlər. Müasir dövrümüzdə zəvvarların əksəriyyti ihram geyimini artıq təyyarə enişə başlayanda geyinirlər. == Ədəbiyyat == Али-заде, А. А. Ихрам Arxivləşdirilib 2014-08-13 at the Wayback Machine // Исламский энциклопедический словарь.
İqamə
İqamə nin forması: Əhli-sünnədə azandan və ilk sünnət namazından sonra, fərz namazından isə əvvəl oxunulur. Şiələrdə vacibi namazın vaxtı daxil olandan sonra həmin namazdan qabaq iqamə oxunması müstəhəbdir və iqamə oxuyanda yaxşı olar ki, "Əşhədu ənnə Muhəmmədən rasulullah!"-dan sonra 2 dəfə "Əşhədu ənnə Əliyyən vəliyullah!" (Şəhadət verirəm ki, Əli Allahın vəlisidir) deyilsin.
İtami
İtami (yap. 伊丹市) — Yaponiyanın Hyöqo prefekturada yerləşən şəhər.
Alabamanın iqlimi
Alabama ştatı Keppenin iqlimlər təsnifatına görə rütubətli subtropik (Cfa) kimi təsnif edilir. Ştatın orta illik temperaturu 64 °F (18 °C) dərəcədir. Temperatur ştatın cənub hissəsində Meksika körfəzinə yaxınlığı ilə əlaqədar daha istiyə meyillidir, şimal hissələrində, xüsusən şimal-şərqdəki Appalaç dağlarında bir qədər soyuğa meyillidir. Ümumiyyətlə Alabamanın il boyu çoxlu yağıntıya malik çox isti yayları və mülayim qışları var. Ştata hər il orta hesabla 56 düym (1,400 mm) yağıntı düşür və cənub hissəsində 300 günə qədər uzun bir yetişmə mövsümü keçməkdədir. Burada yaz və yay dövründə ara sıra dolu fırtınaları meydana gəlir, lakin onlar nadir hallarda dağıdıcı olurlar. Sıx dumanlar nadirdir və onlar əsasən sahil boyunca yerləşirlər. Həmçinin il boyunca tufanlar meydana gəlir. Onlar əsasən yayda çox olurlar, lakin yazda (mart və may arasında) və payızın sonlarında (noyabrda) daha da şiddətlənirlər. Məhz bu vaxt dağıdıcı küləklər və leysan yağışları, xüsusən də şimal və mərkəzi hissələrdə tez-tez baş verir.
Anapanın iqlimi
Anapa ərazisində aralıq dənizi iqlimi hakimdir. Qara dənizin 44-cü paralelə qədər olan bütün bölgələri kimi, Anapanın iqlimi yayda rütubət çatışmazlığı ilə xarakterizə olunur. Orta illik yağıntının az olması (450 mm) səbəbindən quru subarid xüsusiyyətləri özünü göstərir. Ancaq yağıntılar il boyu demək olar ki bərabər paylaşılıb. Anapada maksimum yağıntı qışda düşür. Subtropiklərin şimal sərhədində yerləşdiyinə görə, təxminən on ildə bir dəfə Anapada şiddətli şaxtalar və qar yağışları baş verir. İl əslində iki iqlim fəslinə (isti — apreldən oktyabra qədər) və sərin (noyabrdan mart ayına qədər) bölünür. Dəniz kənarında yerləşdiyinə görə burada payız həmişə yazdan daha quru və isti olur. == Günəş radiasiyası == Anapa ildə aydın günəşli günlərin sayına görə Rusiyada rekord göstəriciyə malikdir. Aydın, günəşli havaların sayı burada 286-ya çatır.
Antarktika iqlimi
Antarktika iqlimi — Cənub qütbünün Antarktida və ətraf okean sahələri üçün səciyəvi olan iqlimtipi. Bu yer kürəsinin ən sərt, soyuq və quru iqlimidir. Antarktika iqlimini formalaşdıran əsas amillər günəş radiasiyasının azlığı, materikin qar örtüyü, dəniz səviyyəsindən yüksəkliyi (orta yüksəkliyi 2350 m) və Antarktika antiklonunun hakim olmasıdır. Qar örtüyü hətta yay ayları belə günəş enerjisini effektivsizləşdirir. Günəş radiasiyasının 90% qar örtüyü tərəfindən əks olunur. Cəmi 10% bölgənin qızdırılmasına sərf olunur. "Vostok" stansiyasında orta illik radiasiyanın miqdarı 120 kkal, yayda isə 30 kkal olur. Orta illik temperatur Cənub Qütb dairəsində -10 °C, daxili hissələrdə isə -50 °C təşkil edir. Antarktika iqlimi öz növbəsində Daxili plato iqlimi, buzlaq yamacı iqlimi, dəniz antarktika iqlimi və sahil iqlimi. == Daxili plato iqlimi == Daxili rayonlarda yerləşən "Amundsen-Skott" və "Vostok" stansiyalarınada daim meteoloji müşahidələr aparılır.
Antonio Qramşi
Antonio Qramşi (it. Antonio Gramsci; 22 yanvar 1891[…] – 27 aprel 1937[…], Roma[…]) — italyan filosof, jurnalist və siyasi xadim; İtaliya Kommunist Partiyasının qurucusu və lideri, marksizm nəzəriyyəçisi. Neomarksizmin qurucularından biri hesab olunur; həm yeni sol, həm də Avropa kommunizminin tərəfdarları onun fikirlərinə müraciət edirlər. Müasir ideoloji kommunitarizmin və bir çox kontinental yeni sağçılarının nümayəndələri də onu liberalizm və faşizmi tənqid etməkdə və özlərinin müsbət proqramlarında özlərindən qabaqcıl hesab edirlər. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Arktika iqlimi
Arktika iqlimi — Yer kürəsinin şimal qütbü ətrafınıda, Arktika ərazisində hakim olan iqlim. Arktik iqlim uzun, soyuq qışı və qısa sərin yayı ilə xarakterizə olunur. Bu ərazidə kəskin iqlim göstəriciləri müşahidə olunsada, ancaq bütün bölgədə həm yay da, həm də qışda ekstremal günəş radiasiyası qeydə alınır. == Radiasiya balansı == Qütb gündüzləri və gecələri il ərzində qeyri-bərabər günəş radiasiyasının düşməsinə şərait yaradır. Bölgənin cənub rayonlarında radiasiya balansı müsbətdir: 10-15 kkal/(sm²·il), yəni mülayim qurşaq ərazisindən 2-3 dəfə az. Mərkəzi hissələrdə isə 2-3 kkal/(sm²·il)-dir. == Temperatur rejimi == İl ərzində temperaturun alçaq olmasının səbəbi ərazinin yayda az qızması, qışda isə intensiv soyumasıdır. Qışda Arktikanın çox hissəsi intensiv siklon təsirinə məruz qalır; Atlantik okeanının şmimalından və qismən Sakit okeandan gələn siklonlar havanın temperaturunu nisbətən qaldırır (–2-dən –10˚C-yədək), buludluluğu, yağıntıların miqdarını maksimuma çatdırır, havanı kəskin dəyişdirir və tez-tez güclü küləklərin əsməsinə səbəb olur. Antisiklonlar qış da, əsasən, Arktikanın Sibir regyonunda güclənir, Arktika hövzəsinin Sakit okean boyu hissəsində (Kanada və Qrenlandiya) isə nisbətən zəif inkişaf edir. Burada Arktik iqlim, demək olar ki, tamamilə isti Şimali Atlantika axınının təsiri altındadır.
Asiya iqlimi
Asiya iqlimi — Asiya qitəsindəki iqlim vəziyyətinə verilən ad. Asiyada rütubətli ekvatorial iqlimdən soyuq qütb səhrası iqliminə qədər, demək olar ki, bütün iqlim qurşaqları mövcuddur. Buna səbəb qitənin böyüklüyü, ərazisinin qərbdən şərqə doğru uzun məsafəsi, daxili rayonlarının relyefi, şimaldan dağ səddinin olmaması kimi amillərdir. Asiyanın şimal sahillərində, Taymır yarımadasında Severnaya Zemlya, Novosibir, Vrangel adalarında Arktika iqlimi, bir qədər cənubda, şimal-şərqi Sibirə doğru genişlənən sahədə subarktika iqlimi hakimdir. Mülayim qurşaqda kontinental (Qərbi Sibir), sərt kontinental (Şərqi Sibir, Qazaxıstan, Monqolustan, Orta Asiya), musson (Uzaq Şərq, Saxalin adası) və dəniz (Kamçatka yarımadası, Kuril adaları) iqlim sahələri ayrılır. Yağıntının illik miqdarı Sibirdə 500–600 mm, Cənubi Sibir dağlarında, o cümlədən Sayan dağlarında 1500 mm.-dən çox, Orta Asiya səhralarında 150–200 mm.-dir. Subtropik iqlim qurşağı daxilində bir neçə iqlim tipi ayrılır: qərbdə Aralıq dənizi iqlimi, Ön Asiyanın yaylalarında kontinental iqlim, qitənin şərqində isə musson iqlimi. Yağıntının orta illik miqdarı qərbdən (Aralıq dənizi sahilləri, 700 mm) şərqə (İran yaylası 200 mm) doğru azalır. Tibet yaylası üçün yüksək dağlıq səhra iqlimi səciyyəvidir; qışı soyuq və az qarlı, yayı nisbətən sərindir. Şərqi Çinin, Yapon adalarının və Koreya yarımadasının subtropiklərində musson iqlimi (yağıntının illik miqdarı 1000–1500 mm) üstünlük təşkil edir.
Asiya irqası
Asiya irqası (lat. Amelanchier asiatica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇rqa cinsinə aid bitki növü.
Asiyanın iqlimi
Asiya iqlimi — Asiya qitəsindəki iqlim vəziyyətinə verilən ad. Asiyada rütubətli ekvatorial iqlimdən soyuq qütb səhrası iqliminə qədər, demək olar ki, bütün iqlim qurşaqları mövcuddur. Buna səbəb qitənin böyüklüyü, ərazisinin qərbdən şərqə doğru uzun məsafəsi, daxili rayonlarının relyefi, şimaldan dağ səddinin olmaması kimi amillərdir. Asiyanın şimal sahillərində, Taymır yarımadasında Severnaya Zemlya, Novosibir, Vrangel adalarında Arktika iqlimi, bir qədər cənubda, şimal-şərqi Sibirə doğru genişlənən sahədə subarktika iqlimi hakimdir. Mülayim qurşaqda kontinental (Qərbi Sibir), sərt kontinental (Şərqi Sibir, Qazaxıstan, Monqolustan, Orta Asiya), musson (Uzaq Şərq, Saxalin adası) və dəniz (Kamçatka yarımadası, Kuril adaları) iqlim sahələri ayrılır. Yağıntının illik miqdarı Sibirdə 500–600 mm, Cənubi Sibir dağlarında, o cümlədən Sayan dağlarında 1500 mm.-dən çox, Orta Asiya səhralarında 150–200 mm.-dir. Subtropik iqlim qurşağı daxilində bir neçə iqlim tipi ayrılır: qərbdə Aralıq dənizi iqlimi, Ön Asiyanın yaylalarında kontinental iqlim, qitənin şərqində isə musson iqlimi. Yağıntının orta illik miqdarı qərbdən (Aralıq dənizi sahilləri, 700 mm) şərqə (İran yaylası 200 mm) doğru azalır. Tibet yaylası üçün yüksək dağlıq səhra iqlimi səciyyəvidir; qışı soyuq və az qarlı, yayı nisbətən sərindir. Şərqi Çinin, Yapon adalarının və Koreya yarımadasının subtropiklərində musson iqlimi (yağıntının illik miqdarı 1000–1500 mm) üstünlük təşkil edir.
Avqust qiyamı
Avqust qiyamı (gürc. აგვისტოს აჯანყება, agvistos adjanq’eba) - Gürcüstan Demokratik Respublikasının Qızıl Ordu tərəfindən işğal edilməsindən sonra, ölkədəki ant-sovet rejiminə qarşı 1924-cü ilin 28 avqust - 5 sentyabr aralığında baş tutmuş qiyam. Hadisələr nəticəsində Kakutsa Çolokaşvili və Mixeil Cavaxişvili rəhbərliyi altında bolşeviklərə qarşı döyüşən gürcü birlikləri bir həftə ərzində məğlub olmuş və döyüşlər zamanı azı 3.500 nəfərə yaxın qiyamçı öldürülmüşdür. SSRİ xüsusi xidmət orqanlarının axtarışlarından sonra qiyamın təşkil olunmasında və iştirakda günahlandırılan daha 10 min nəfərə yaxın şəxs edam edilmişdir. == Arxa plan == == Hazırlıq == == Reaksiya == == Nəticə == == Qiymətləndirilməsi == == İstinadlar == == Ədəbiyyat == ვალერი ბენიძე (Valeri Benidze) (1991), 1924 წლის აჯანყება საქართველოში (1924 Uprising in Georgia). Tbilisi: სამშობლო ("Samshoblo") (in Georgian) ლევან ზ. ურუშაძე (Levan Z. Urushadze) (2006), ქაიხოსრო (ქაქუცა) ჩოლოყაშვილის ბიოგრაფიისათვის (For the biography of Kaikhosro (Kakutsa) Cholokashvili).- "ამირანი" ("Amirani"), XIV-XV, მონრეალი-თბილისი (Montreal-Tbilisi), pages 147–166, ISSN 1512-0449 (in Georgian, English summary). Ariel Cohen (1998), Russian Imperialism: Development and Crisis. Praeger/Greenwood, ISBN 978-0-275-96481-8. Raymond Duguet (1927), Moscou et la Géorgie martyre.
Avstraliya iqlimi
Avstraliya iqlimi — Avstraliyanın hüdudları daxilində mövcud olan iqlim komponentləri. Avstraliyanın bir çox hissəsi tropik, şimalında subekvatorial, cənubu subtropik iqlim qurşağındadır. Düzənliklərdə az hündürlüklü düzənliklərin olması bütün materikdə daim yüksək tempraturun yaranmasına səbəb olur. Tempraturun mövsümi tərəddüdü, əsasən, tropik və subtropik qurşaqların daxili rayonlarında müşahidə edilir. Mütləq maksimum tempratur (53,1 °C) Klonkarridə (Kvinslend) müşahidə olunur. Mütləq minimum tempratur Avstraliyanın daxili rayonlarında – 4 °C-dən 6 °C-yə çatır. Avstraliyanın çox hissəsinin tropik qurşağın kontinental hissəsində yerləşməsi, materikin qərbdən şərqə böyük məsafədə uzanmada, sahillərinin az parçalanması, Böyük Suayırıcı Silsilənin okeandan gələn rütubətli küləklərin qarşısını saxlaması iqlimin quraqlığına səbəb olur. Avstraliya Cənub yarımkürəsinin ən isti və quru sahəsidir. Avstraliya sahilinin 38%-nə ildə 250 mm-dən az yağıntı düşür. Yayda (dekabr–fevral) materik 30 °C və daha artıq (Böyük Qumlu səhra) qızır.
Aydın İmrani
Aydın İmrani "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, inzibatçı və film direktoru. == Həyatı == Aydın İmrani 1979-cu ildən inzibatçı və film direktoru olaraq Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsində çalışmışdır. 80-ci illər Azərbaycan kinosunda bir neçə uğurlu filmin direktoru kimi fəaliyyət göstərmişdir. Hazırda Minsk şəhərində yaşayır.
Azərbaycan iqlimi
Azərbaycanın iqlimi ― Azərbaycanın hüdudları daxilində mövcud olan iqlim komponentləri. Azərbaycan mülayim və subtropik iqlim qurşaqlarının qovuşduğu sahədə yerləşir. İqlim əmələ gətirən amillərə günəş radiasiyası və atmosfer sirkulyasiyası daxildir. Bunlarla bərabər, coğrafi enlik, relyef xüsusiyyətləri, dəniz və okean cərəyanları və s. amillər də iqlim əmələ gəlməsinə böyük təsir göstərir. İqlim qurşağının ünsürlərini – temperatur, rütubət, külək və s.-in paylanmasını müəyyən edir. Azərbaycan Respublikasının əksər ərazisi subtropik iqlim qurşağında, yalnız Böyük Qafqaz dağlarının şimal-şərqi mülayim iqlim qurşağında yerləşir. Böyük Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz dağları isə cənubdan gələn isti quru tropik hava axınlarının qarşısını kəsir, onların təsirini zəiflədir. Xəzər dənizi respublikamızın iqliminin mülayimləşməsinə təsir göstərir. Orta illik temperatur Kür-Arazda 14,5 °C; yüksək dağlıqda isə 0 °C-dən aşağıdır.
Baqrami rayonu
Baqrami rayonu — Əfqanıstanda Kabil vilayətinin mərkəzində yerləşən rayon. == Haqqında == Əfqanıstanda Kabil vilayətinin mərkəzində yerləşən Baqrami rayonunun mərkəzi Baqrami şəhəridir. Əfqanıstanın paytaxtı Kabil şəhərindən cənub şərqdə yerləşir. == Coğrafiyası == Rayon qərbdə Kabillə, şimalda Deh Səbzlə, şərqdə Surobi və cənubda isə Xaki Cabbar, Musayi və Çəhar Asyab rayonları ilə hüdudlanır. İcmaların bir-birinə yaxın olmasına görə əhalinin əksəriyyəti Kabildə işləyir.
Başqırdıstan iqlimi
Başqırdıstan iqlimi — Başqırdıstan Respublikasının iqlimi. == Ümumi xüsusiyyətlər == Başqlrdıstan iqliminə təsir göstərən əsas amillər bölgəyə daxil olan hava kütlələri və günəş radiasiyadır. Əsas küləklər cənub və qərb-şərq istiqamətlidir. Ölkə Avrasiyanın daxilində, subtropik və mülayim hava kütlələri ilə Arktika hava kütlələrinin yerdəyişməsi baş tutur. Burada tropik, arktik və mülayim hava kütlələri üstünlük təşkil edir. Atlantik okean üzərində formalaşan hava kütlələri Başqırdıstan ərazisinə catdıqda artıq quru və kontinental forma alır. Qışda Asiya antisiklonu hökm sürür. Bu zaman küləyin sürəti 3,4-5,2 m/s saniyəyə çatır. Güçlü küləklərin güçü 15 m/s və çox əsasən dekabr, yanvar və martda müşahidə edilir. Qış ayları güçlü küləklər həm də güçlü qarla müşahidə edilir.