Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Edişa
Edişə (Cəlilabad)
İbiza
İbiza — Aralıq dənizindəki Balear adalarında, İspaniyaya məxsus ada. Adanın üç böyük şəhəri vardır ki, onlardan biri məhz İbiza şəhəridir. Hər nə qədər Balear adalarının ən böyüyü Malyorka hesab olunsa da, son 30 ildir ki, İbiza turizm mərkəzinə çevrilib. İbizanı Avropanın ən böyük əyləncə dünyası hesab etmək olar. İbiza adı ərəbcə Yabisah sözündən gəlmədir. Səbəbi isə uzun müddət müsəlmanların idarəsi altında olmasıdır. Katalonlular isə bura Eivissa deyirlər.
İjiyə
İjiyə — İranın İsfahan ostanının İsfahan şəhristanının Cülgə bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,309 nəfər və 948 ailədən ibarət idi.
İlisu
İlisu — Azərbaycan Respublikasının Qax rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd bir yaşayış məskəni kimi XIII əsrdə yaranmışdır. Ərazidə ilk məskunlaşanlar İlisudan 3 km-lik bir məsafədə vaxtilə mövcud olmuş indi isə Kəndtala (Orta Könə) adlandırılan ərazidə yaşayan insanlar olmuşlar. Daha sonra həm yerli azərbaycanlıların və Dağıstanın Saxur rayonundan köçüb gəlmiş saxurların yerləşməsi nəticəsində formalaşmışdır. Yaşayış məntəqəsi buradakı İlisu bulaqlarının adı ilə adlandırılmışdır. Toponim qıpçaq sözü olan ili (isti) və su sözlərindən düzəlib, "isti su" deməkdir. Türk dillərində "ilisu" həm də "yel suyu" mənasındadır. Kürmük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir. Kəndin nadir flora və faunaya malik olmasını nəzərə alaraq, Azərbaycan hökuməti İlisu dövlət qoruğunun yaradılması haqqında qərar qəbul etmiş (20 fevral, 1987-ci il, № 57), sonra qoruğun sahəsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə daha da genişləndirilmişdir (31 mart, 2003-cü il, № 48). Kəndin şöhrəti bir sıra amillərlə bağlıdır: füsunkar təbiətə malik olması; kənd əhalisinin qədim türk-oğuz dialektinə məxsus olması; 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olması; ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınması; bütün dünyaya səpələnmiş alimləri, ictimai-siyasi, mədəniyyət və s.
İrida
İrida, İris (yun. Ίρις "göyqurşağı") yunan mifologiyasında yerlə göyün əlaqəsini tərənnüm edən, qanadlı göyqurşağı ilahəsi, okeanidalar nəslinə aid olub, Elektra və Tavmantın qazı. Harpiyaların bacısı, Zefirin arvadı. İrida da Hermes kimi tanrı Zevsin sərəncam və göstərişlərini çatdırmaq, yerinə yetirməklə məşqul olarmış. Yelenanın Paris tərəfindən qaçırılması xəbərini Kritdə olan Menalaya məhz İrida çatdırmışdır.
İrisk
İrisk — İranın Cənubi Xorasan ostanının Büşruyə şəhristanının İrisk bəxşində şəhər və onun mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,657 nəfər və 783 ailədən ibarət idi.
İsida
İsida —Qədim Misirdə ilahə. Osirisin arvadı, Qorun anası == Ana himayəçisi == Misirlilər, tarix boyunca , digər xalqlarla ünsiyyətə girərək, bu məbədlərə getdikçə daha çox yeniyeni tanrıları daxil edirdilər. Digər dinin nümayəndələri bəzən bu zəngin məbədə istehza ilə baxırdılar. Yalnız bir qədim ilahə, neçə minilliklər keçsə də, bütün ictimai və siyasi dəyişikliklərə baxmayaraq, bu məbəddə öz hakim mövqeyini saxlamağa nail oldu, öz simasını və funksiyalarını dəyişilməz saxladı (bəlkə daha da saflaşdırdı). Bu – Qorun anası İsidadır. İsida hər bir faraonun anası sayılır. Geniş Misir məbədində Günəş Allahı Ra hakim mövqe saxlayırdı, o, bütün Allahların atası, idarə edən sayılsa da, xalq daha çox Osirisin sadiq arvadını, Qorun mehriban anası, İsidaya daha çox səcdə edirdi. İsida Misir məbədində ən populyar ilahə idi. O, sədaqətli, ölümə baxmayaraq, ərini istəyən arvad, özünü qurban verməyə hazır olan ana idi. Onun xeyirxahlığında, məhəbbət və ümid verməsində özünə dayaq nöqtəsini axtaran tərəfdaşlarının sayı durmadan artırdı.
İrina
İrina — ad.
Raisa
Raisa — qadın adı. Raisa Atambayeva — Qırğızıstan Respublikasının birinci xanımı. Raisa Kudaşeva — Sovet şairi və yazıçısı. Raisa İsmayılova — Azərbaycan balerinası, Azərbaycan SSR əməkdar artisti (1967). Raisa Əhmədova — çeçen xalq şairəsi. Raisa Nedaşkovskaya — Ukrayna aktrisası. Raisa Sarbi – çuvaş şairi.Çuvaşıstanın əməkdar incəsənət xadimi.
Alisa (Alisa möcüzələr ölkəsində)
Alisa və ya Elis – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanıdır. Personajın prototipi Alisa Plezens Liddell (ing. Alice Pleasance Liddell) adlı şəxsdir.
EISA
EISA (Extended Industry Standard Architecture - genişləndirilmiş sənaye standartı arxitekturası) – IBM-uyumlu kompüterlər üçün şin; 1988-ci ildə hesablama texnikası istehsalı sahəsində 9 aparıcı şirkət (“Doqquzlar qrupu”): AST Research, Compaq, Epson, Hewlett-Packard, NEC, Olivetti, Tandy, Wyse və Zenith şirkəti tərəfindən IBM şirkətinin MCA (Micro Channel Architecture) şininə cavab olaraq işlənib hazırlanıb. EISA şini ISA (Industry Standard Architecture) şininin imkanlarını 32 mərtəbəyədək genişləndirir və şinə birdən artıq CPU qoşmağa imkan verir. ISA ilə müqayisədə ünvan fəzası 4 Gb-dək artırılıb. EISA şini ISA şininin üstçoxluğu olduğundan ona, MCA-dan fərqli olaraq, ISA-nın 8- və 16-mərtəbəli versiyaları ilə işləmək üçün nəzərdə tutulmuş əski lövhələr qoşmaq olar. MCA şini EISA şinindən daha mükəmməl olmasına baxmayaraq, bir çox istehsalçılar EISA-nı qəbul etdilər, çünki MCA şini qapalıdır və onun bütün hüquqları IBM şirkətinə məxsus idi. Sonda IBM özü də EISA şinindən istifadə edən bir neçə maşın istehsal etdi. EISA baha olduğundan fərdi kompüterlərdə geniş yayıla bilmədi, ancaq serverlərdə geniş tətbiq olundu. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 257 s.
ITIS
== Həmçinin bax ==
Iris
Süsən (lat. Iris) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinə aid bitki cinsi. Müxtəli formalı və rəng çalarları olan 800-ə yaxın növü məlumdur. Bu xüsusiyyətinə görə süsən yunanca ἶρῐς — göy qurşağı adlandırılmışdır. == Ümumi məlumatlar == Süsənin (Iris L.) dünya florasının tərkibində 200-ə qədər növü yayılmışdır. Bunlara ən çox Orta Aralıq dənizi ölkələrinin dağlıq ərazisində, Şimal yarımkürəsinin mülayim iqlimli zonalarında rast gəlmək olar. Qafqazda 33, Azərbaycanda 26 növü yayılmışdır. Süsənin xalq təsərrüfatında ancaq bir neçə növündən: sarı süsən — Iris pseudacorus L., Florensiya süsəni — I. florentina L., Almaniya süsəni — I. germanica L., solğun süsən — I. pallida Lam. və s. növlərindən istifadə olunur.
Jiça
Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir. Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi. == Tarix == 1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur. Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.
İbis
İbis (lat. Threskiornis) — i̇bislər fəsiləsinə aid heyvan cinsi.. == Təsnifatı == Azərbaycanda İbis cinsinə 1 növ daxildir: Müqəddəs ibis (Threskiornis aethiopicus Lath., 1790) == Həmçinin bax == Müqəddəs ibis Kiçik ağnaz Böyük ağnaz Sarı pırtlaşıqlələk Adi qarıldaq == Xarici keçidlər == Threskiornis == Ədəbiyyat == 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
İdiş
İdiş dili — Hind-Avropa dillərinin german dilləri qrupuna məxsus dil. İbri əlifbası ilə yazılır və aşkenazi yəhudiləri arasında yaranmış və yayılmışdır. Bu dildə danışanların ümumi sayı 3 milyon nəfərə yaxındır.
İlis
Qarakötük (əvvəlki adı: İlis) — Azərbaycan Respublikasının Xocalı rayonunun Almalı kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun İlis kəndi Qarakötük kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Qarakötük kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi XIX əsrdə Cənubi Azərbaycanın Qaradağ mahalından köçüb gəlmiş erməni ailələrinin İlis adlı yerdə məskunlaşması nəticəsində yaranmışdır. İlis Qarqar çayı hövzəsindəki iki çayın qovuşduğu yerin adıdır. Bu yerdən başlanan çay da eyni adı daşıyır. 1992-ci ildən kəndin adı Qarakotuk kimi rəsmiləşdirilmişdir. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsində yerləşir.
Alisa (personaj)
Alisa və ya Elis – Luis Kerrollun Alisa möcüzələr ölkəsində və Alisa güzgü arxasında əsərlərinin baş qəhrəmanıdır. Personajın prototipi Alisa Plezens Liddell (ing. Alice Pleasance Liddell) adlı şəxsdir.
Alisa Battenberq
Viktoriya Alisa Yelizaveta Yuliya Mariya fon Battenberq (alm. Victoria Alice Elizabeth Julia Marie von Battenberg‎; 25 fevral 1885[…], Vindzor sarayı, Vindzor[d] – 5 dekabr 1969[…], Vestminster borosu, London) — Battenberq sülaləsindən olan Almaniya şahzadəsi, Yunanıstan və Danimarka şahzadəsi Andreyin həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filipin anası, Birləşmiş Krallıq kraliçası II Yelizavetanın qayınanası, Kral III Çarlzın ata tərəfdən nənəsi, Kraliça Viktoriyanın nəvəsinin qızı olan Alisa Vindzor qəsrində anadan olmuş və Birləşmiş Krallıq, Almaniya və Maltada böyümüşdür. Mənşəcə Hessen şahzadəsi olan Alisa Hessen-Darmştadt sülaləsinin morqanatik qolu olan Battenberq ailəsinin üzvü idi. O, anadangəlmə kar idi. Alisa 1903-cü ildə Yunanıstan və Danimarka şahzadəsi Andrey ilə evləndikdən sonra ərinin tərzini mənimsəyərək Yunanıstan və Danimarka prinsesi Andrey olmuşdur. O, 1917-ci ildə Yunanıstan kral ailəsinin əksəriyyətinin sürgün edilməsinə qədər Yunanıstanda yaşamışdır. Alisa bir neçə ildən sonra Yunanıstana qayıtmış, lakin sonra əri Türkiyə–Yunanıstan müharibəsi (1919–1922) zamanı ölkənin məğlubiyyətində qismən günahlandırılmış və ailə 1935-ci ildə Yunanıstan monarxiyasının bərpa edilməsinə qədər yenidən ölkəni tərk etmək məcburiyyətində qalmışdır. 1930-cu ildə prinses Andrey şizofreniya diaqnozu qoyulmuşdur və o, İsveçrədəki sanatoriyaya göndərilmiş, ərindən ayrı yaşamışdır. Prinses Andrey sağaldıqdan sonra ömrünün qalan hissəsinin böyük bir qismini Yunanıstanda xeyriyyəçilik işlərinə həsr etmişdir. O, İkinci Dünya müharibəsi illərində Afinada qalmış, burada yəhudi qaçqınlarına sığınacaq vermişdir.
Alisa Freyndlix
Alisa Brunovna Freyndlix (rus. Алиса Бруновна Фрейндлих; d. 8 dekabr 1934, Leninqrad) — Sovet və Rusiya teatr və kino aktrisası, müğənni. SSRİ xalq artisti (1981). K.S. Stanislavski adına RSFSR Dövlət mükafatı laureatı (1976), Rusiya Federasiyasının üçqat Dövlət mükafatı laureatı (1996, 2001, 2008), Rusiya Hökumət mükafatı lauretı (2010), Sankt-Peterburq şəhərinin fəxri vətəndaşı (2001). == Həyatı == Alisa Freyndlix 8 dekabr 1934-cü ildə Leninqradda anadan olmuşdur. Onun atası alman mənşəli Bruno Freyndlix aktyor olmuşdur. Buna görə də Alisanın teatrla maraqlanması o qədər də təəccüblü deyildi. Məktəbdə oxuduğu dövrlərdə Alisa Freyndlix dram dərnəyinə getmişdir. 1953-cü ildə 239 nömrəli Leninqrad məktəbini bitirdikdən sonra Alisa Freyndlix Leninqrad teatr institutuna daxil olur.
Alisa Kano
Alisa Kano (7 noyabr 1994) — Birləşmiş Ştatları təmsil edən bədii gimnast. Alisa Kano, 2016-cı ildə Birləşmiş Ştatları XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. Kano həm də 2015-ci ildə Pan Amerika Oyunlarında bir qızıl və iki gümüş medal qazanıb. == Karyerası == Alisa Kano 2016-cı ildə Birləşmiş Ştatların bayrağı altında Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Kiana Eide, Natalie McQiffert, Monika Roxman və Kristen Şaldibin ilə birgə təsnifat mərhələsində 30.244 xal topladı və 14-cü yeri tutaraq mübarizəni dayandırdı.
Alisa Merton
Alisa Merton — (13 sentyabr 1993, Frankfurt-Mayn, Hessen) - alman əsilli ingilis müğənni. == Həyatı == 13 sentyabr 1993-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olmuşdur. Anası alman, atası irlandiyalıdır. Uşaq ikən atasının işi ilə əlaqədar olaraq, Kanadaya köçüblər və ilk addımlarını Kanadada atmışıdır. == Karyerası == 2017-ci ildə çıxatdığı "No Roots" mahnısı ilə dünyada məşhurlaşmışdır.
Alisa Paqani
Alisa Paqani (it. Alice Pagani; 19 fevral 1998, Askoli Piçeno, Marke) — İtaliya aktrisası, fotomodeli və yazıçısı. Əsasən Netflix serialı "Baby"də Ludovika Storti rolu ilə tanınır.
Alisa Qallyamova
Alisa Qallyamova (tatar. Ğällämeva Alisä Mixail qızı, Алисә Михаил кызы Галләмева; 18 yanvar 1972[…], Kazan) — sovet, ukraynalı və rusiyalı şaxmatçı, beynəlxalq qrosmeyster, Rusiyanın bir neçə qat çempionu. Rus komandasında 2010-cu il Şahmat Olimpiadasının qalibi. == Bioqrafiyası == Kazanda, tatar ailəsində anadan olmuşdur. O, 10 saylı Uşaq İdman Məktəbində, daha sonra Moskva İdman internatında təhsil almışdır. İlk məşqçisi Rusiyanın əməkdar məşqçisi Oleq İlyasoviç İqlamovdur. Sonradan isə beynəlxalq qrosmeyster, Rusiyanın əməkdar məşqçisi Aleksandr Nikolaeviç Pançenko onun baş məşqçisi olur. 1983-1984-cü illərdə iki dəfə qadınlar arasında Tatarıstan çempionatının gümüş medalçısı və 1985-1986-cı illərdə isə çempionu olmuşdur. 1987-ci ildə 16 yaşınadək qızlar arasında SSRİ çempionatında gümüş medal qazanır (Çelyabinsk). 1988-ci ildə Rumıniya (Timisoara) çempionatında uğur əldə edir və 20 yaşa qədər (Avstraliya, Adelaida) yaş kateqoriyasında çempion olur.
Alisa Uolton
Alisa Louise Volton (2 oktyabr 1949) — Walmart Inc sərvətinin Amerikalı varisidir. O, Walmart-ın qurucusu Sem Volton və Helen Voltonun yeganə qızı və S. Robson Volton, Cim Volton və Con T. Voltonun bacısıdır. 2016-cı ilin sentyabr ayında Walmartın 11 milyon dollardan çox səhmlərinə sahib oldu. 2020-ci ilin may ayına olan məlumata görə, dəyəri 56 milyard dollar olan 9-cu və dünyanın ən varlı qadını olaraq yer aldı. Forbes-in məlumatına görə, 2020-ci ilin iyul ayına görə Alice Walton, 62.9 milyard dollar dəyərində xalis dəyəri ilə Forbes 400’də 11-ci yerdədir. == Həyatı və təhsili == Volton Arkanzas ştatının Newport şəhərində anadan olub. 3 qardaşı ilə birlikdə Bentonville, Arkanzasda böyüdü və 1966-cı ildə Bentonville HS-ni bitirdi. Texas ştatının San Antonio şəhərindəki Trinity Universitetini iqtisadiyyat üzrə bakalavr dərəcəsini bitirib. == Karyerası == O, karyerasına First Commerce Corporation'da kapital analitiki və pul meneceri kimi başlayıb və Arvest Bank investisiya fəaliyyətinə başçılıq edib. Uolton, eyni zamanda EF Huttonda broker kimi çalışıb.