Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Imair
Imair Airlines (İmeyr Hava Yolları) — Azərbaycanda fəaliyyət göstərmiş (1994—2009) özəl aviaşirkət. Hava nəqliyyatlar üzrə beynəlxalq ittifaqının (IATA) üzvü idi. Qərargahı Bakı şəhərində yerləşirdi. Imair Airlines Avropa və MDB ölkələrinə sərnişin daşınmaları təmin edirdi.
İmir
İmir (Sarvan)
Gavia imber
Qütb qaqarı (lat. Gavia immer) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qaqarkimilər dəstəsinin qaqarlar fəsiləsinin qaqar cinsinə aid heyvan növü.
İmir (Sarvan)
İmir — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd.
İmir (Ərdəbil)
İmir (fars. ايمير‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 90 nəfər yaşayır (15 ailə).
İmir Məmmədli
İmir Məmməd oğlu Məmmədli (7 avqust 1957, Kaloubani[d], Gürcüstan SSR, SSRİ) — şair, nasir, tərcüməçi, dramaturq, ictimai xadim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Maçabeli mükafatı laureatı (1997). == Həyatı == İmir Məmmədli 1957-ci il 17 avqustda Gürcüstanın Kaspi rayonunun Paşiyan kəndində anadan olmuşdur. Qonşuluqda olan Yuxarı Xəndək kənd orta məktəbini bitirdikdən sonra Tbilisi Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1975-1980). İmir Məmmədli 1980-ci illərdə Tbilisiyə köçmüş və 1985-ci ildə Gürcüstan Dövlət Radio və Televiziya Şirkətində, Gürcüstan Yazıçılar İttifaqında, "Sovet Gürcüstanı" qəzeti redaksiyasında çalışmışdır. 1990-cı illərin axırlarında Gürcüstan dövlət başçısı aparatında məsləhətçi, müşavir (1992-1996), Gürcüstan Dövlət Dəftərxanasında millətlərarası münasibətlər üzrə referent (1996-2000) olmuş, Gürcüstan Prezidenti Regional Siyasət və İdarəetmə Xidmətinin rəis müavini vəzifəsinə qədər yüksəlmişdir. Hazırda Azərbaycanda İctimai Televiziya|İctimai Televiziya və Radio Yayımları Şirkətində radionun "Ədəbiyyat və İncəsənət" departamentinin direktorudur. Gürcüstan Yazıçılar İttifaqı nəzdində Azərbaycan Yazıçılar Bölməsinin sədridir. Ədəbi fəaliyyətə orta məktəb illərindən başlamışdır. Azərbaycan və gürcü dillərində yazıb yaradır. Əsərləri dövri mətbuatda dərc olunur.
İmir Əliyev
İmir Əliyev (tam adı:İmir Əliyev İlyas oğlu) — Kimya elmləri doktoru, laboratoriya müdiri Azərbaycan Milli Elmlər Akademiyasının Akademik M.F.Nağıyev adına Kimya Problemləri İnstitutunun Professoru. == Həyatı == İmir İlyas oğlu Əliyev 1949-cu il yanvar ayının 6-da Gürcüstan Respublikas Borçalı rayonunun (Marneuli) Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini 1956-66-cı illərdə Qasımlı kənd orta məktəbində almışdır. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) kimya fakültəsinin axşam şöbəsinə daxil olmuş, burada ali təhsili 1973-cü ildə başa vurmuşdur.Bakı Dövlət Universitetində oxuduğu illərdə o, 1966-1969-cu illərdə Bakı Gön-dəri zavodunda fəhlə,1969-cu ildə Bakı Maşınqayırma zavodunda çilingər, 1970-ci ildə Bakı Mebel fabrikində dəzgahçı işləmişdir. == Elmi fəaliyyəti == • 1971-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya institutunda ( indiki Kataliz və Qeyri-üzvi Kimya institutunda ) laborant , baş laborant, mühəndis və kiçik elmi işçi vəzifəsində işləmişdir. 1973-cü ildə ordu sıralarında xidmət etmişdir. Hərbi xidmətdən tərxis olunandan sonra 1974-cü ildə yenidən Azərbaycan Milli Elmlər Akademiyasının Qeyri-üzvi və fiziki kimya institutunda ,, Yarımkeçiricilər kimyası” laboratoriyasında işə başlamışdır. • 1981-ci ildə Paşa Rüstəmovun rəhbərlyi altında ,, As2X3-CdX(AIIIX) (AIII=In,Tl; X=S,Se,Te) tipli sistemlərdə qarşılıqlı təsirin xarakteri və şüşə əmələgəlmə” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi, alimlik dərəcəsi almışdır. • 1992–ci ildə ,, Arsen xalkogenidləri, kadmium, indium və tallium xalkogenidlərindən ibarət sistemlərdə yeni materialların alınmasının fiziki- kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək kimya elmləri doktoru, alimlik dərəcəsi almışdır. • 2003–ci ildən Kimya Problemləri İnstitutun ,,Nadir elementlər kimyası” laboratoriyasına rəhbərlik edir.
Naftali Herts İmber
Naftali Herts İmber və ya Naftali Zvi İmber (ivr. ‏נפתלי הרץ אימבר‏‎, id. נפתלי הערץ אימבער, ukr. Нафталі Герць Імбер; 27 dekabr 1856 – 8 oktyabr 1909, Manhetten, Nyu-York ştatı) — İsrailin rəsmi dövlət himni olan Hatikvanın sözlərini yazan ukrayna yəhudisi sionist şair. == Həyatı == Naftali 1856-cı ildə Avstriya imperiyasının Qalisiya bölgəsinin Zlokjov şəhərində (Ukraynanın indiki Zoloçiv şəhərində) anadan olmuşdur. 10 yaşından şeir yazmağa başlayan Naftali Bukovina bölgəsinin imperiyaya qatılmasının 100 illiyi münasibəti ilə yazdığı şeirinə imparator Frans Jozef tərəfindən mükafatlandırılmışdır. Gəncliyində Macarıstan, Serbiya və Rumıniya kimi ölkələri ziyarət etmişdir. 1882-ci ildə məşhur ingilis yazıçısı Lorens Olifantın katibi kim Fələstinə köçmüşdür. Yerusəlimdə ilk genişhəcmli əsəri olan "Səhər ulduzu"nu (ivr. ‏ברקאי‏‎, Barkay) nəşr olunmuşdur.
İmair Hava Yolları
Imair Airlines (İmeyr Hava Yolları) — Azərbaycanda fəaliyyət göstərmiş (1994—2009) özəl aviaşirkət. Hava nəqliyyatlar üzrə beynəlxalq ittifaqının (IATA) üzvü idi. Qərargahı Bakı şəhərində yerləşirdi. Imair Airlines Avropa və MDB ölkələrinə sərnişin daşınmaları təmin edirdi.
İmir İlyas oğlu Əliyev
Əliyev Özbək Misirxan oğlu — kimyaçı, kimya elmləri doktoru, professor. == Həyatı == Özbək Əliyev 25 mart 1941-ci ildə Yardımlı rayonunun Kürəkçi kəndində anadan olmuşdur. O, 1959-cu ildə Kürəkçi orta məktəbini bitirdikdən sonra, 1959-1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) kimya-biologiya fakültəsində təhsil almışdır. Özbək Əliyev İnstitutu fərqlənmə diplomu ilə bitirmiş, 1964-1965-ci illərdə Ordu sıralarında xidmət keçmiş və 1965-1968-ci illərdə Quba rayonunda kimya-biologiya müəllimi işləmişdir. 1968-1971-ci illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA) Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) institutunun əyani aspiranturasında oxumuşdur. O, Bakıda 1972-ci ilə 02.00.01-“Qeyri-üzvi kimya” ixtisası üzrə “Cu3LnX3 (Ln-lantanoid, X-S,Se,Te) tipli yarımkeçirici birləşmələrin sintezi və tədqiqi” mövzusunda namizədlik, 1986-cı ildə isə SSRİ EA-nın Ural bölməsinin Bərk Cisimlərin kimyası İnstitutunda “Yb3S4 və Y5S7 quruluş tipləri əsasında nadir torpaq elementlərinin üçlü yarımkeçirici birləşmələrinin alınmasının fiziki-kimyəvi əsasları” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Özbək Əliyev 1972-1986-cı illərdə AEA-nın Qeyri-üzvi və Fiziki-kimya (indiki akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya) İnstitutunda elmi işçi, böyük elmi işçi, 1987-2000-ci illərdə əvvəlcə “Xüsusi təmiz maddələr” sonra isə “Nadir elementlərin kimyası” laboratoriyasının müdiri işləmişdir. 1991-ci ildə professor elmi adının almışdır. 2000-2005-ci illərdə ADPU-nun “Ümumi kimya və KTM” kafedrasının professoru, 2005-ci ildən hal-hazıra kimi AMEA-nın akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisidir. == Elmi fəaliyyəti == Professor Özbək Əliyev məqsədli sintezin əsaslarını təşkil edən mürəkkəb tərkibli yarımkeçirici birləşmələrin proqnozu və reallaşdırılmasının praktiki aspektlərinin əsaslarını hazırlayan mütəxəssisdir.
Əmir Kəbir
Mirzə Tağı xan Kərbəlayı Qurban oğlu Əmir Kəbir (təq. 1807 və ya 9 yanvar 1807 – 9 yanvar 1852 və ya 10 yanvar 1852, Kaşan, İsfahan ostanı) — Nəsrəddin şah Qacarın (1848–1896) dövründə İranın baş naziri (1847–1851), dövlət xadimi == Həyatı == O adlı-sanlı nəsildən deyildi. Atası, Kərbəlayı Mahmud Qurban, İraq Əcəmin hakimi Mirzə İsa xan Fərəhaninin ailəsinin aşpazı, Mirzə İsa xan Fərəhaninin vəliəhd Abbas mirzənin yanında qayem-məqam vəzifəsinə təyin olunması ilə əlaqədar Təbrizə köçür. Sonralar Mahmud Qurban Fərəhaninin evində inzibatçı olur. Məhəmməd Tağının doğum tarixi naməlumdur. Onun 1795–1800-cü illər arasında doğulduğu ehtimal edilir, bəzi tətqiqatçılar isə, məsələn A. Bağban bir şeirin mətnini deşifrə edərək bu tarixi 1807/08-ci il hesab edir.Məhəmməd Tağı qayemməqamın uşaqları ilə birlikdə tərbiyə alırdı. Uşaqlıqdan Abbas mirzənin və Fərəhani kimi, dövlətin istənilən məsələsini ən yuxarı səviyədə müzakirə edən adamların evində böyüməsi, onun savadına və siyasi səriştəsinə çox böyük təsir etmişdir. Çox guman ki Məhəmməd Tağı, Xosrov-Mirzənin Peterburqa, Qriboyedovun öldürülməsi üzrhahlığı məqsədi ilə göndərilən, səfirliyində də iştirak etmişdir.1829-cu ildə Rusiyaya göndərilən diplomatik missiyada iştirak etmişdi. Mirzə Tağı xan Təbrizdə hərbi-siyasi fəaliyyəti illərində (1829–1848) dəqiq elmlərə aid tərcümə və nəşrə təşəbbüs göstərmişdir. Mirzə Tağı baş nazir olduğu illərdə yeni elmlərə aid müxtəlif kitabların çap olunub, yayılmasına böyük rəğbət göstərmiş, bir çox kitablar onun fərmanı ilə yazılıb çap edilmişdi.
Əmir Kəbir Texniki Universiteti
Əmir Kəbir Texniki Universiteti -
Ambar
Ambar Kutaisi quberniyasının Raçin qəzasında (indi Qudauta rayonunda) kənd adı. == Toponimkası == Gürcücə yazılışı Ambari.Yerli tələffüz forması Əmbərli.Azərbaycanın Ayrum mahalında (indiki Gədəbəy rayonunda) Ambar və indi Salyan rayonunda Abadkəndin qədim adı Ambar(Yurd Bazar Ambarçı) kənd adları ilə mənşəcə eynidir.Azərbaycanda bir dağ Ambardağ adlanır.XIX əsrin əvvəllərində kənddə Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir.Həmin əsrin 70-ci illərində Borçalı qəzasının Trialeti kənd icmasına mənsub məntəqələrdən idi.XIX əsrdə Dağıstan əyalətinin Kürə nahiyəsində Ambartəpə,Azərbaycanda Zaqatala dairəsində Ambarçay (digər adı Qanlıqobu),Lənkəran qəzasında Amburdərə,Qars əyalətinin Ərdahan dairəsində Ampur toponimləri ilə mənaca eynidir.Ehtimal ki,Ambar tayfa adıdır.Çin Türküstanında Kaşqar şəhərinin bir hissəsi mənbələrdə Anbarçi adlanır.Orta əsrlərdə Fərat çayı üzərində Anbar mahal adı ilə əlaqələndirilə bilər.Bəzi tədqiqatçılara görə türk dillərində ambar,ampar"su anbarı","məhsuldar torpaq" və s.mənalardadır.
Amber
Amber (Fransızca tələffüz: [ɑ̃bɛʁ]; Auvergnat: Embèrt, fr. Ambert) — Fransanın mərkəzində yerləşən Overn regionun Püi-de-Dom departamentinin kommunası (əsas şəhəri). == Coğrafiyası == Amber Alye çayının bir qolu olan Dore çayın kənarında yerləşir.
Ampir
Ampir (fr. Empire) — XIX əsrin birinci otuz illiyində, klassisizmin inkişafının sonunda memarlıq və dekorativ incəsənətdə üslub. Massivliyi ilə, qabarıq monumental formaları və zəngin dekoru ilə xarakterizə olunur. Öz inkişafında Qədim Romanın, Qədim Misirin və s. bədii irsinə arxalanırdı. Fransada I Napoleonun imperiyası dövründə yaranmışdır; o, memorial memarlığı və saray interyerlərinin parad möhtəşəmliyi ilə fərqlənirdi. == Tarixi == Ampir üslubunda Qədim Yunanıstan və Roma imperiyası dövrü bədii nümunələri təqlid edilmiş, həmçinin Qədim Misir incəsənəti motivlərindən istifadə edilmişdir. Klassizm zəmində yaranmış Ampir üslubunda forma və dekorların sadəliyi, zərifliyi tədricən onların yığcamlığı və monumental ifadəliyi ilə əvəz olunmuşdur. I Napoleon imperiyası dövründə ampir üslubunda əsas diqqət hakimiyyətin əzəmətini, hərbi möhtəşəmliyni, qüdrətini daha da dolğun ifadə edən memarlıq üsulları və detallarına verilirdi. Fransız memarlarından Ş.Persiye, P.Fonten və J.F.Şalqren ampir üslubunun görkəmli nümayəndələrindən hesab olunurlar.
Babir
Babir — İranın Qərbi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Maku şəhristanının Poldəşt bölgəsinin Sarı Subasar kəndistanında, Poldəşt qəsəbəsindən 29,5 km qərbdədir.
Bəbir
Bəbir və ya Qaplan (lat. Panthera pardus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır.
Cibir
Cibir — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Cibir oyk, sadə. Qusar r-nunun Piral i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Dağıstanın Axtı r-nundakı Çeper kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kəndin sakinləri yeni yaşıyış məntəqəsinə öz köhnə adlarını vermişlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 1125 nəfər əhali yaşayır.
Iğdır
İğdır – İğdır ilinin inzibati mərkəzi olan şəhər və dörd ilçəsindən biri. İğdır Türkiyənin əkinçilik və heyvandarlıq baxımından əhəmiyyətli şəhərlərindən biridir. == Coğrafiya == İlçənin ərazisi 1431.17 km²–dir. == Əhali == 2011-ci ilə olan rəsmi təxminə əsasən ilçənin 127.609 nəfər əhalisi var . Onun 81.162 nəfəri (41.561 nəfər kişi, 39.601 nəfər qadın) ilçənin və eyni zamanda ilinin inzibati mərkəzi olan İğdır şəhərində, 46.447 nəfəri (24.238 nəfər kişi, 22.209 nəfər qadın) isə ilçənin kəndlərində yaşayır . İlçənin bələdiyyələrinin sayı dörddür - İğdır şəhər bələdiyyəsi və 3 kənd bələdiyyəsi : Xəlfəli, Xoşxəbər, Mələkli . Kənd bələdiyyələri eyniadlı kəndlərin ərazisini və əhalisini əhatə edir. === Milli tərkib === İğdır şəhəri : şəhərdə əhalinin yarıdan çoxunu azərbaycanlılar təşkil edir. Qalan əhalinin çox hissəsi kürdlərdən və az bir qismi Axısqa türklərindən ibarətdir. 2004-cü ilə olan rəsmi məlumata əsasən İğdır şəhərində 717 nəfər (371 nəfər kişi, 346 nəfər qadın) Axısqa türkü yaşamaqdadır.
Lobir
Lobir — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Siyaku çayının sahilində, dağətəyi ərazi yerləşir. Kəndin adı Lubər sözünün təhrif olunmuş forması hesab olunur. Oykonim talış dilindəki lu (kiçik çay) və bər (sahil, kənar) sözlərindən düzəlib, “kiçik çay sahilində kənd” mənasındadır. Bəzi tədqiqatçılar kəndin adını talış, “kəsik sahə, kəsilən yer” kimi də izah edirlər.
Misir
Misir (ərəb. مصر‎‎ [misˤr]; Misir dialektinin tələffüzü: [masˤr]) və ya rəsmi adı Misir Ərəb Respublikası (ərəb. جمهوریّة مصر العربیّة‎‎) — əsas hissəsi Afrikada yerləşən qitələrarası ölkə. Misirin şimal-şərq hissəsi Asiya qitəsində olan Sinay yarımadasında yerləşir. Sərhədin şərq hissəsini Fələstin, İsrail və Qəzza zolağı ilə Misir, cənubda Sudan və qərbdə Liviya ilə əhatə edir. Şimaldan Aralıq dənizinə, şərqdən isə Akaba körfəzinə və Qırmızı dənizə çıxışı var. Aqaba körfəzi şimal-şərqdə Misiri İordaniya və Səudiyyə Ərəbistanından ayırır. Qahirə ölkənin paytaxtı və ən böyük şəhəri, ikinci ən böyük şəhəri olan İsgəndəriyyə isə Aralıq dənizi sahilində iri sənaye və turizm mərkəzidir. Təxminən 100 milyon əhalisi olan Misir dünyanın ən çox əhalisi olan 14-cü ölkəsidir. E.ə.
Qımır
Qımır (Zaqatala) — Zaqatala rayonunda kənd. Qımırlı — Qax rayonunda kənd.
Qəbir
Məzar, Qəbir — İnsanların ölərkən basdırıldığı yer. Məzarların toplu olaraq olduğu yer isə məzarlıq adlanır. == Qəbrin növləri == Kurqan Küp qəbir == Dinlərdə qəbir və dəfn == Bir çox dinlərdə qəbir ölən insanın axirətə keçidi üçün mühüm mərhələ hesab olunur.
Sabir
Sabir — kişi adı və təxəllüs. Sabir Abdulla — Azərbaycan şairi. Sabir Ələsgərov — Azərbaycan diktoru. Sabir Hüseynov Sabir Həbibov —Sabir Hüseynov (idmançı) — Azərbaycan çempionu, Əməkdar məşqçi, hakim. Sabir Hüseynov (əsgər) — Vətən müharibəsi şəhidiSabir Məmmədli — Sabir Məmmədov — Azərbaycanın xalq artisti, aktyor. Sabir MirzəyevSabir Mirzəyev (xanəndə) — Əməkdar artist (2007), Azərbaycanın görkəmli xanəndəsi.
Sibir
Sibir (rus. Сибирь) — Avrasiyanın şimal-şərq hissəsində böyük coğrafi ərazi. Qərbdən Ural dağları, şərqdən Sakit okean, şimaldan Şimal Buzlu okean, cənubdan Qazaxıstan, Monqolustan, Çin əhatə edir. Sibir dedikdə Rusiya Federasiyasının tərkibidə olan ərazi başa düşülür. Ancaq coğrafi Sibirə Qazaxıstanın şimalı və Uzaq Şərq də daxildir. Sibir Qərbi Sibirə və Şərqi Sibirə bölünür. Həmçinin Cənubi Sibir, Şimal-Şərqi Sibir və Orta Sibir anlayışı da vardır. == Qərbi Sibir == Ural və Yenisey çayı arasında yerləşən Qərbi Sibir ilk yaşayış məntəqəsidir. Əhalinin əksəriyyətinin yaşadığı Sibir torpaqlarının ən inkişaf etmiş hissəsidir. === Tarixi === === İqlimi === === Təbii qaynaqlar === === İqtisadiyyatı === == Şərqi Sibir == Sibirin şərq hissəsi, Asiyanın şimal-şərqini əhatə edir.
Səbir
Səbir - xoşagəlməz hallar qarşısında onların keçib getməsinə dözmə. == İslamda səbir == İslamda səbir 3 növdür: İbadətdə səbir; günah qarşısında səbir; bəla və müsibətlər qarşısında səbir.
İlbiz
İlbiz — (Gastropod) dəstəsindan bir Molyusk növü. Onların bədənləri 3 əsas hissədən: baş, gövdə və ayaqdan ibarətdir. Əzələli ayaqları qarın hissədə yerləşir. İlbizlər şirin sularda, okeanlarda və bütün ətrafda görüləbilən heyvanlardır. Nəmli yerlərdə, yağışın bol olduğu və havanın tam soyumadığı payız aylarında tez-tez görünərlər. Bədənlərində bol miqdarda su olduğu üçün çox soyuq havalarda donarlar. Çox isti havalarda isə su itirərək quruyabilərlər. Keçdikləri yerdə iz buraxmalarının səbəbi parlaq rəngdə sümüksü bir maye istehsal etmələridir. Qabıqlarıyla gövdələrinin arasındakı qurumuş sümüksü maye, bədənlərindəki nəmi itirməmələrini etməyə imkan verir. Qışda torpaq altına ya da ağac gövdələrinə sığınaraq aktivliklərini sürdürürlər.
İmari
İmari (伊万里, Imari) — Yaponiyanın Kyuşu bölgəsində, Saqa prefekturasında yerləşən şəhər. 2018-ci ilin martının məlumatına görə şəhərin əhalisi 54,386 nəfərdir. Şəhərin sahəsi 254,99 km²-dir. == Tarix == Edo dövründə şəhər dulusçuluq sahəsində inkişaf etmişdir. Meyci dövründən 1955-ci ilə kimi kömür ixrac etmişdir. Şəhər müasir inzibati statusunu 1 aprel 1889-cu ildə əldə etmişdir. 1 aprel 1954-cü ildə İmari, Yamaşiro şəhərləri, Higaşiyamashiro, Kurokava, Hatatsu, Minamihata, Okava, Matsura və Niri qəsəbələri birləşərək vahid İmari şəhərini əmələ gətirmişdirlər. == Coğrafiya == Şəhər Yaponiyanın Kyuşu adasında, Saqa prefekturasının qərbində, İmari çayının mənsəbində yerləşir. Yaxınlıqdakı dağlar: Haçiman, Eboşi, Seyra. Çaylar: Matsura, İmari, Hara, Kurotake, Arita.