Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Afarar
Afarar — çox nazik yuvarlanmış xəmirdən müəyyən içliklə hazırlanmış məşhur ləzgi milli yeməyi. Afarar ən çox sevilən ləzgi yeməklərindən biridir. Bir çox cəhətlərinə görə çudu və osetin piroqlarına bənzəyir.. == Resepti == Afarlar müxtəlif içliklərlə bişirilir. Afarlar ənənəvi olaraq, ləzgilərin tarixi dağlıq və dağətəyi ərazilərində bitən otlardan hazırlanır (belə otların 50-dən çox növü məlumdur). Afararın içi: çuğundur yarpaqlarından tutmuş gicitkənə qədər müxtəlif otlar ilə doldurula bilər. Balqabaq afarları populyarlıq baxımından bitki tərkibli afarlardan daha az populyardır, bu yəqin, dağlarda əkin sahələrinin az olması ilə əlaqədardır, hansı ki, burada çox geniş sahələrdə tərəvəz yetişdirmək mümkün olardı. Əksinə, dağlarda daha çox ot yetişir. Afarlar turpdan da hazırlanır. Ancaq bütün tərəvəz növlü afarlar arasında kartoflu afararıar daha çox yayılmışıdır.
İsfərah
İsfərə (tac. Исфара) — Tacikistanın şimalında sənaye şəhəri. Suğd vilayətinin İsfərə rayonunun inzibati mərkəzi. İsfərə dağlarla əhatəlidir. Təbiəti müxtəlifdir. Türküstan sıra dağlarının bir hissəsidir. Mərkəzi Asiyanın bir çox böyük və qədim şəhərləri Fərqanə vadisində yerləşir.Bunlardan Xocənd, Əndican, Kokand, Nəməngan, Riştan, Qənibadam, Şorab və İsfərə. Böyük İpək yolu vasitəsilə Çin Avropaya bağlanırdı. Şəhər ilk dəfə Təbərinin "Tarix" kitabında xatırlanır. Abbasilərdən sonra İsfərə Samanilərə tabe oldu.
Ferae
Ferae (hərfi mənası: vəhşi heyvanlar) — heyvanların qranddəstəsi.
Fərah
Fərah vilayəti
Fərat
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Qərar
Qərar — yerli icra hakimiyyətləri, şəhər və kənd nümayəndələri tərəfindən onların səlahiyyətlərinə aid olan, vacib olan məsələlərin həlli üçün qəbul edilir. Qərar həmçinin kollegiyal idarəetmə xüsusiyyətinə malik olan müəssisə və təşkilatların ümumi yığıncaqlarında idarə heyətinin iclasında qəbul edilir. Ali hakimiyyət orqanının - Parlamentin (Deputatların səsçoxluğu ilə) - Parlamentin təşkilati məsələlərinə dair, Hökumətin hesabatına dair, büdcənin icrasının hesabatına dair, eləcə də Hökumətin formalaşdırılması, fəaliyyətinin qənaətbəxş olubolmamasına (votum) dair, yuxarı Məhkəmə orqanlarına hakimlərin seçilməsinə dair və s. aktı; Ali hakimiyyət orqanının- Məhkəmənin (Hakimin, Hakimlər kolegiyasının, Məhkəmə plenumunun və ya Rəyasət heyətinin) baxdığı konkret işlərin yekun nəticəsi xarakterli və ya ümumi göstəriş xarakterlı aktı; Mərkəzi Hakimiyyət orqanının - Hökumətin (Nazirlər Kabinetinin) ən mühüm siyasi və təsərrüfat məsələləri barəsində qəbul etdiyi aktı; dövlət və yaxud qeyri dövlət arbitajında baxılan təsərrüfat mübahisəsinin həllinə dair aktı; dövlət orqanının və yaxud vəzifəli şəxsin konkret məqsədli istiqamətli aktı; Yerli İcra hakimiyyətinin idarəçilik xarakterli aktı; Bələdiyyə orqanlarının yerli əhəmiyyətli aktları; İctimai (siyasi) təşkilatların başçıları və ya kollegial üzvləri tərəfindən (misal: qurultay, kofrans, sessiya) məqsədlərini həyat keçirilməsi naminə qəbul etdikləri aktları.
Sfera
Sfera və ya kürə — Fəzanın verilmiş nöqtəsindən (sferanın mərkəzi) müsbət r məsafədə olan nöqtələr çoxluğuna deyilir. Sfera həmçinin yarımçevrənin öz diametri ətrafında fırlanmasından alınan fiqurdur. Üçölçülü Evklid fəzasında verilmiş nöqtədən verilmiş müsbət məsafədə olan nöqtələr çoxluğu. Verilmiş nöqtə sferanın mərkəzi adlanır. Əgər nöqtəsi sfera mərkəzi, onun ixtiyari nöqtəsidirsə, parçası və ya onun uzunluğu sfera radiusu adlanır. Sfera iki ixtiyari nöqtəsini birləşdirən parçaya (yaxud onun uzunluğuna) sfera vətəri deyilir. Sfera mərkəzindən keçən vətərə onun diametri deyilir. Sferanın sahəsi (S) aşağıdakı düsturlarla hesablanır: S = 4 π r 2 {\displaystyle S=4\pi r^{2}} S = π d 2 {\displaystyle S=\pi d^{2}} , burada r sferanın radiusu, d isə diametridir. Sferanın tənliyi ( x − x 0 ) 2 + ( y − y 0 ) 2 + ( z − z 0 ) 2 = R 2 {\displaystyle (x-x_{0})^{2}+(y-y_{0})^{2}+(z-z_{0})^{2}=R^{2}} burada ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} — sferanın mərkəzinin koordinatı, R {\displaystyle R} — onun radiusudur. Mərkəzi ( x 0 , y 0 , z 0 ) {\displaystyle (x_{0},y_{0},z_{0})} nöqtəsində olan sferanın parametrik tənliyi aşağıdakı kimidir: { x = x 0 + R ⋅ sin ⁡ θ ⋅ cos ⁡ ϕ , y = y 0 + R ⋅ sin ⁡ θ ⋅ sin ⁡ ϕ , z = z 0 + R ⋅ cos ⁡ θ , {\displaystyle {\begin{cases}x=x_{0}+R\cdot \sin \theta \cdot \cos \phi ,\\y=y_{0}+R\cdot \sin \theta \cdot \sin \phi ,\\z=z_{0}+R\cdot \cos \theta ,\\\end{cases}}} burada ϕ ∈ [ 0 , 2 π ) {\displaystyle \phi \in [0,2\pi )} , θ ∈ [ 0 , π ] .
İftar
İftar - Ramazan ayında oruc tutan müsəlmanların gün batandan sonra yemək yemələridir. İftar əsasən iftar süfrəsi arxasında açılır. İftar süfrəsinə ilk olaraq su gətirilir. Daha sonra qatıq, doğramac və ayran verilə bilər. Isti, uzun günlü avqust ayında oruc tutmaq bir az çətindir. Oruc tutmaq istəyən bəzi adamları isə ən çox qoxrudan da məhz isti və uzun gündür. Bütün oruc tutanlar iftar sonrası səhərə qədər 2 litrə qədər su içməlidirlər. Ən azından 2 stəkan bitki çayı, ayran, qatıq və albalı kompotu içmək vacibdir. Iftar süfrəsi həddən artıq zəngin olmamalıdır. Acqarına, bütün günü dincələn orqanizmi qəfil ağır, yüksək kalorili qidalarla yükləmək düzgün deyil.
Adrar-İforas
Adrar-İforas (fr. Adrar des Ifoghas; ərəb. أدرار إيفوغاس‎) — Əlcəzair və Mali Respublikasında, Böyük Səhra cənubundakı səhra yaylası. 890 metrə qədər yüksəkliyi var. 2013-cü ildə bölgə Fransanın Malidə vətəndaş müharibəsinə müdaxiləsindən qaçan islamçı döyüşçülərin sığınacağına çevrilmişdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Karpoff, R.; Chavaillon, N.; Alimen, H., "Nouveaux gisements paléolithiques dans l'Adrar des Iforas (Sahara)", Bulletin de la Société préhistorique de France (French), 60 (5–6), 1963: 352–363. == Xarici keçidlər == Vikianbarda Adrar-İforas ilə əlaqəli mediafayllar var.
Fragaria bifera
Yaşıl çiyələk (lat. Fragaria viridis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin çiyələk cinsinə aid bitki növü. == Arealı == Avropadan Sibir və Türkiyəyə qədər yayılmışdır.
Olea bifera
Avropa zeytunu (lat. Olea europaea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid bitki növü. Hündürlüyü 12 m-ə çatan, geniş çətirli, həmişəyaşıl ağac bitkisidir. Yarpaqları qısa saplaqlı və tam kənarlı olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər. Yarpaq ayası uzunsov formalı, yaxud lansetşəkilli bəzən də tərsinə, yumurtavari olub, uzunluğu 5-8 sm-ə çatır. Yarpaqlarının alt səthində gümüşü rəngli pulcuqlar yerləşir. Xırda və ağımtıl rəngli çiçəkləri salxımşəkilli çiçək qrupu əmələ gətirirlər. Dişiçiyi qısa sütuncuqlu, iki yuvalı və üst yumurtalıqlıdır. Tac borucuğunun divarlarına birləşmiş iki erkəkciyi vardır. Meyvəsi uzunsov, yaxud girdə formalı ətli çəyirdək meyvədir.
Fərab (Ərdəbil)
Fərab (fars. فاراب‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 650 nəfər yaşayır (138 ailə).
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fərah vilayəti
Fərah vilayəti (dəri فراه) — Əfqanıstan İslam Respublikasının 34 vilayətindən biri.Mərkəzi Fərah şəhəridir Vilayətin sahəsi 48,471 km² , 2009-cu ilin əvvəlinə olan məlumata əsasən əhalisi 458,5 min nəfər, inzibati mərkəzi isə Fərah şəhəridir. Əhalisinin təxminən 50%-ni puştunlar, 45%-ni taciklər, qalanlarını isə az saylı şiə həzaralar, aymaqlar, bəluclar və Qızılbaş-Əfşarlar təşkil edir. == Rayonları == Vilayətdəki rayonlarda əhalinin etnik tərkibi: Anar Dara (2002-ci ilə olan rəsmi məlumata əsasən əhalisi 30 000 nəfərdir) - 100% tacik. Bakwa - 100% puştun. Bala Buluq - 95% puştun, 5% tacik. Farah City - 50% puştun, 50% tacik. Gulistan - 80% puştun, 20% tacik. Khaki Safed - 70% puştun, 30% tacik. Lash wa Juwayn - 99% tacik, 1% puştun. Pur Chaman - 99% tacik, 1% puştun Pusht Rod - 99% tacik, 1% puştun.
Fərap etrapı
Fərap etrapı (türkm. Farap etrapy) — Türkmənistan Respublikasının Lebap vilayətində inzibati-ərazi vahidi. Etrapın inzibati mərkəzi şəhər tipli Fərap qəsəbəsidir.
Fərat Qalxanı
Fərat Qalxanı Əməliyatı və ya Cerablus döyüşü - İraq Şam İslam Dövlətinə qarşı Türkiyə Silahlı Qüvvələri, Azad Suriya Ordusu və Türkman hərbi birləşmələrinin başlatdığı hərbi əməliyyat. Türkiyə qüvvələri əməliyyatda İŞİD və YPG düşərgələrinin vurulduğunu bəyan etdi. == Öncəki vəziyyət == 22 avqust 2016-ci ildə İraq Şam İslam Dövləti tərəfindən həyata keçirilməsi düşünülən Qaziantep terror aktına cavab olaraq Türkiyə Hava Qüvvələri Cerablus və Mənbici bombardımana tutmuşdur.. Üstəlik Qarqamışa iki mərmi atılmışdır. Türkiyə Qarqamış sakinlərini şəhəri imkan daxilində boşaltmasını həyata keçirilmişdir. Qısa müddətdə şəhər boşaldılmışdır. Köçürülmə könüllülük əsasında həyata keçirilmişdir. 25 avqustda Türkiyə Silahlı Qüvvələrnini rəsmiləri ələ keçirilmiş ərazilərin ilhaq edilməyəcəyini və Azad Suriya Ordusuna təhvil veriləcəyinin açıqlamasını vermişdir. == Əməliyyat == 24 avqust 2016 04.00 radələrində Türkiyə Cümhuriyəti rəhbərliyindən, Türkiyə Silahlı Qüvvələrinin koalisiya hava qüvvələri ilə birlikdə Suriyanın Hələb bölgəsinə bağlı Cerablus şəhərinin IŞİD-dən təmizlənməsi məqsədi ilə hərbi əməliyyat başlatdığının açıqlamasını vermişdir. Bu açıqlamadan sonra Türkiyə Silahlı Qüvvələrinin Cerablusu ağır bombardman atəşinə tutarkən, Türk Hava Qüvvələri 11 hədəfi bombaladığını bəyan etmişdir.
Fərat çapağanı
Fərat çapağanı (lat. Megacephala euphratica) — Sərtqanadlılar dəstəsinə, karabidlər fəsiləsinə aid növ. == Təsviri == Böcəyin bədəninin uzunluğu 19 – 32 mm, rəngi göymtül yaşıldır, qanadüstlüklərinin ucunda sarı ləkə vardır, ətrafları sarıdır. Başı böyükdür, gözləri qabarıq, çənələri güclüdür, ətrafları uzun, nazik və sarı rənglidir. == Həyat tərzi == Şoran torpaq sahələri. Böcəklərə yaz və yayın başlanğıcnda rast gəlinir, gecə yırtıcısıdır, kiçik cücülər, qurdlar və ilbizlərlə qidalanır. Sürfələri dərin və geniş yuvalarda yaşayır və həmçinin kiçik cücülərlə qidalanır. Xəstəlikləri məlum deyildir.Təbii düşmənləri pişiklər, kirpiləri göstərmək olar. Böcəklərin bir qismi isə avtomobil təkərləri altında qalıb məhv olurlar. == Yayılması == Qərbi Türkmənistan, Cənubi Dağıstan, Azərbaycan (Abşeron, Muğan düzü).
Fərat çayı
Fərat (türk. Fırat, ərəb. الفرات‎‎‎ əl-Furat) — Qərbi Asiyada ən böyük çay. Başlanğıcını Türkiyə ərazisində, Murad və Qarasu çaylarından götürür və İraqın Bəsrə şəhəri yaxınlığında Dəclə ilə qovuşaraq, Şəttül-Ərəb çayını əmələ gətirir. Türkiyə, Suriya və İraq ərazisindən keçir. Uzunluğu — Murad çayının mənsəbindən 3 065 km, Murad və Qarasu çaylarının qovuşmasından 2 780 km.
Fəraz Kəmalvənd
Fəraz Kəmalvənd (26 dekabr 1976, Xurrəmabad, Luristan, İran) — Təbrizin Traktor Sazi futbol klubunun keçmiş (2008-2011) baş məşqçisi. Fəraz Kəmalvənd İranda peşəkar futbol məşqçilərindən sayılır və İran yüksək futbol liqasında ən gənc baş məşqçidir. Fəraz Kəmalvənd Traktor Sazi futbol klubunu 7 ildən sonra bir daha İran Futbol üstün liqasına qaytarmağa görə, Güney azərbaycanlılar arasında dərin hörmətə sahib olmuşdur.
Jerar Debre
Jerar Debrö (ing. Gérard Debreu; 4 iyul 1921[…], Kale – 31 dekabr 2004[…], Paris, Fransa) — fransız əsilli 1975-ci ildən ABŞ vətəndaşlığına keçmiş riyaziyyatçı və iqtisadçı. 1962-ci ildə Berkli Kaliforniya Universitetində iqtisadiyyat üzrə professorluğa yüksələrək məşhurlaşmışdır. 1983-cü ildə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həyatı == Jerar Debrö Fransanın Atlantik okeanı sahilində yerləşən Kale şəhərində anadan olub. Ailəsi klassik naxışlı tül parça istehsalı şirkətinin sahibi idi. Bakalavr diplomunu II Dünya müharibəsi başlamamış almışdı. Nasist Almaniyası tərəfindən Fransa işğal olunduqdan sonra sərbəst bölgədə yerləşən Qrönobldakı universitetə daxil olmaq üçün hazırlaşdı. 1941-ci ildə Nasist Almaniyasının işğalı altında olan Parisdə yerləşən Yüksək Təhsil Məktəbində (fr. École Normale Supérieure) klassik riyaziyyat təhsili aldı.
Jerar Depardye
Jerar Depardye (fr. Gérard Xavier Marcel Depardieu, 27 dekabr 1948[…], Şatoru, Endr, Fransa) — Oskar mükafatına namizəd göstərilmiş, Qızıl Qlobus mükafatı sahibi fransız aktor, Fransanın tanınmış kinoaktorlarından biri. Fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə "Bizim ümummilli Depardyemüz" adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinematoqrafının inciləri sırasına daxil olub. Depardye həm də aktiv komersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir. 2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri — onun davamçısı və gözəl aktor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar.
Jerar Dezarq
Jerar Dezarq (fr. Gérard Desargues; 21 fevral 1591[…], Lion, Fransa krallığı – 9 oktyabr 1661, Lion, Fransa krallığı) — Fransa riyaziyyatçısı, memarı, mühəndisi; proyektiv həndəsənin yaradıcılarından biri. == Həyatı == == Fəaliyyəti == Jerar Dezarq öz dövründə daha çox mühəndis, arxitektor və yeni perspektiv nəzəriyyəsinin yaradıcısı kimi tanınıb. Onun riyazi əsərləri öz dövründə o qədər də diqqət cəlb etməmişdir, hətta bir müddət onu tamamilə unudulmuş hesab etmək olardı. Daha sonralar təsadüfən, onun "Qaralama layihə" adlı kitabı Paris kitabxanasında tapılmışdır. Müasirlərindən onun riyazi işlərini davam etdirən yalnız şagirdi Blez Paskal olmuşdur.
Jerar Dədəyan
Jerar Dədəyan (fr. Gérard Dédéyan; 4 fevral 1942[…], Nant, Fransa metropoliyası) — erməni əsilli Fransa tarixçisi. O, Monpelye Pol Valeri Universitetinin orta əsrlər tarixi üzrə professoru, Ermənistan Milli Elmlər Akademiyasının üzvü və Kollec de Fransın müxbir üzvüdür. Dədəyan Frederik-Arman Feydit ilə klassik erməni dilini öyrənmişdir. 1983-cü ildə Dədəyan "Ermənilərin tarixi" əsərinə görə Fransa Akademiyasının "Biget" mükafatını almıştır. Atası professor Çarlz Dədəyan idi. == Əsərləri == Les pouvoirs arméniens dans le Proche-Orient Méditerranéen (1068–1144) 5 vol., doctoral thesis, Paris 1, 1990 OCLC 490070319. Smbat le Connétable, introduction, translation and notes by Gérard Dédéyan, La Chronique attribuée au connétable Smbat, Geuthner, Paris, 1980 OCLC 9944662. Les Arméniens, histoire d'une chrétienté, Privat, Toulouse, 1990 ISBN 978-2708953567. et al., Arménie : 3000 ans d'histoire, Éditions Faton, coll.
Jerar Filip
Jerar Filip (fr. Gérard Philipe; 4 dekabr 1922[…], Kann, Dənizkənarı Alplar – 25 noyabr 1959[…], VI arondisman) — Fransanın görkəmli teatr və kino aktyoru. == Həyatı == Jerar Filip 4 dekabr 1922-ci ildə Kann şəhərində anadan olmuşdur. O, ilk dəfə teatr səhnəsinə 1942-ci ildə aktyorluq kursunu bitirdikdən sonra çıxmışdır. Onun teatr səhnəsində ifa etdiyi ən uğurlu rollardan biri 1953-cü ildə Uilyam Şekspirin "II Riçard" əsərində oynadığı Riçard obrazı olmuşdur . Bu – Jan Viların teatrında olmuşdur. Jerar Filip 1943-cü ildə kinoda debütünü etmişdir. Jerar Filip 25 noyabr 1959-cu ildə Parisdə qaraciyərində xərçəng xəstəliyindən vəfat etmişdir.
Jerar Pike
Jerar Pike (2 fevral 1987[…], Barselona) — İspaniyanın "Barselona" klubunun, sabiq müdafiəçisi.