Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
IFIB
IFIP<ay-fip> (en. International Federation of Information Processing ~ ru. Международная федерация по обработке информации, МФОИ ~ tr. Uluslararası Bilgi İşlem Federasyonu ~ az. İnformasiyanın Emalı üzrə Beynəlxalq Federasiya) – 1960-cı ildə YUNECKO’nun himayəsi ilə yaradılmış beynəlxalq qeyri-hökumət, qeyri-kommersiya federasiyası. İnformasiyanın emalı problemləri ilə məşğul olan milli təşkilatları birləşdirmək məqsədilə yaradılıb. IFIP’in tərkibində müxtəlif istiqamətlər üzrə 10-dan artıq texniki komitə fəaliyyət göstərir və hər komitənin öz işçi qrupları var. Müxtəlif beynəlxalq konfranslar və seminarlarla yanaşı, iki ildən bir ümumdünya kompüter konqresi (IFIP World Computer Congress) də keçirir. Baş ofisi Laxenburq (Avstriya) şəhərində yerləşir. 1960-cı ildə informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən milli cəmiyyətləri birləşdirən İnformasiyanın Emalı üzrə Beynəlxalq Federasiyanın (The International Federation for Information Processing, IFIP) əsası qoyulmuşdur.
ISIN
ISIN (ing. International Securities Identification Number — Qiymətli kağızın beynəlxalq identifikasiya kodu) — maliyyə alətini xarakterizə edən informasiyanı özündə daşımayan, sadəcə qiymətli kağızlarla hesablaşmalar və əqdlərin bağlanması zamanı qiymətli kağızların birmənalı identifikasiyasına xidmət edən 12 işarəli hərfi-rəqəmli kod. İlk iki işarə ölkə kodunu müəyyən edir. Ölkə kodu iki hərfdən ibarət olub qiymətli kağızın qeydiyyata alındığı ölkəni və ya borc qiymətli kağızları istisna olmaqla, emitentin hüquqi yerləşdiyi yeri müəyyən edir. Növbəti doqquz rəqəm qiymətli kağızın buraxıldığı ölkədə qiymətli kağıza verilən dövlət qeydiyyat nömrəsindən (National Securities Identification Number və ya NSIN) götürülür. Sonuncu rəqəm – yoxlayıcı rəqəmdir. 0-dan 9-a qədər olan bir rəqəmlə ifadə olunur. Yoxlayıcı işarənin konkret rəqəmli ifadəsi 10 "ikiqat artır – topla — ikiqat artır" ("Modulus 10 Double Add Double technique") moduluna əsasən hazırlanmış xüsusi alqoritm vasitəsilə hesablanır.
Fin
Fin — İranın Hörmüzgan ostanının Bəndər Abbas şəhristanının Fin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,532 nəfər və 860 ailədən ibarət idi.
İlin Vikimediyaçısı
İlin vikimediaçısı — 2011-ci ildə Vikipediya təsisçisi Cimmi Ueyls tərəfindən yaradılan illik mükafat. Vikimedia hərəkatının ən böyük nailiyyətlərini vurğulamaq üçün Vikimaniyada ənənəvi olaraq təqdim olunur. Mükafatı qazanan vikimediaçılara Rauan Kenzhexanlı, Demmy, Remi Matis, İhor Kostenko, Emily Temple-Vud, Rosi Stephenson-Qudnayt, Feliks Nartey və Fərhad Fatkullin aiddir. Əsas mükafatla yanaşı, yeddi "Fəxri qeyd" mövcuddur.
İlin adamı
İlin adamı: İlin adamı (Time) — Time jurnalının versiyasına görə ""İlin şəxsi" laureatlarının siyahısı. İlin adamı (film) (ing. Man of the Year) — Robin Uilyamsın iştirakı ilə kinokomediya, ABŞ, 2006-ci il. Rejissor — Barri Levinson. Azərbaycanda ilin adamı mükafatı — 2001-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupu tərəfindən təsis edilib.
İlin fəsilləri
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
İlin günləri
Təqvim ili qriqorian və yulian təqvimlərində qısa ildə 365, uzun ildə 366 sutkaya bərabərdir.
İlin mövsümləri
Fəsil, mövsüm ya da sezon — ilin şərti olaraq bölündüyü 4 dövr. Mövsümlərin bölünməsi müxtəlif cür aparılır: Təqvim üzrə mövsümlər – dünyanın əksər ölkəsində ilin hər biri 3 təqvim ayına bərabər olan 4 mövsümə bölünməsi qəbul edilib. Astronomik mövsümlər - gündönümündən (yay və qış) və gecə-gündüzün bərabərləşməsinə uyğun bölünür. Fenologiya - mövsümlərin müddəti təbiət hadisələrinə uyğun olaraq bölünür (təbiətdə iqlimin mövsümi dəyişikliyinə uyğun). Fəsilləri dövrü belədir : qış payız yaz yay .İlin fəsilləri belə dövr edir: Qış Payız Yaz Yay .Orta en dairələrində il formal olaraq təqribən 4 bərabər hissəyə bölünür.
İlya İlin
İlya Aleksandroviç İlin (anadan olub 24 may 1988-ci ildə, Qızılorda, Qazaxıstan SSR) — Qazaxıstan ağır atleti, üç müxtəlif çəki dərəcəsində dördqat dünya çempionu (2005 - 85 kq, 2006 və 2011 - 94 kq-a qədər, 2014 - 105 kq-a qədər), yeniyetmələr arasında iki qat dünya çempionu (2005 - 85 kq-a qədər, 2006 - 94 kq-a qədər) ), 94 kq çəki dərəcəsində (2006 və 2010) iki qat Asiya Oyunlarının çempionu. İki çəki dərəcəsində dörd dünya rekordçusudur (-94 kq; −105 kq). 2008 və 2012-ci illərdə Olimpiya Oyunlarında qızıl medal qazandı, lakin sonra dopinq qəbuluna görə mükafatlarından məhrum olundu. Dörd dəfə dünyanın ən yaxşı ağır atleti kimi tanındı (2005, 2006, 2014, 2015). Qazaxıstan Respublikasının əməkdar idman ustasıdır. Uğurlu çıxışlarına görə "Kurmet" ordeni ilə təltif edildi. İlk məşqçilərindən biri Viloriy Viktoroviç Pak idi. 15 iyun 2016-cı ildə Beynəlxalq Ağır Atletika Federasiyasının qərarı ilə İlyin London Olimpiya Oyunlarında aldığı dopinq testlərinin müsbət nəticələrinə görə müvəqqəti olaraq idman fəaliyyətindən uzaqlaşdırıldı. Nümunədə anabolik steroid preparatlar - stanozolol və dehidroxlormetiltestosteron tapıldı. İyunun 18-də Beynəlxalq Ağır Atletika Federasiyası İlyinin Pekin Olimpiadasındankı dopinq testinin də müsbət olduğunu bildirdi: stanozolol tapıldı.
İçin sopkası
İçin sopkası — Xoaşen, Kamçatkada Aralıq silsilədə ən yüksək və vahid aktiv vulkan. Hündürlüyü 3621 metrdir. Andezit və dasit lavalarından təşkil olunmuşdur. Üç gümbəzli zirvəsi daimi qar və buzlaqlarla örtülüdür. Təqribən 3000 metr yüksəklikdə aktiv qaz çıxışları var.
İşın Karaca
İşın Karaca (7 mart 1973, London, Böyük Britaniya) - türk musiqiçi. Anadilim Aşk (2001) İçinde Aşk Var (2004) Başka 33/3 (2006) Uyanış (2009) Arabesque: Geçmiş, Geçmemiş Hiç...
Hou İfan
Hou İfan (çin. 侯逸凡; 27 fevral 1994[…]) — çinli şahmatçı. O, şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu. O, 6 yaşında şahmat oynamağı öyrənmişdi. 10 yaşı olanda onun ailəsi Pekinə köçdü və o burada şahmatla məşğul olmağa başladı. Onun məşqçisi E Tszyançuan idi. Çinin keçmiş şahmat dahisidir. O, iki dəfə Qadınlar arasında Dünya Çempionu, və eləcə də qrosmeyster titulunu qazanmış ən gənc qadın oyunçudur. 12 yaşındaykən, FİDE Qadınlar arasında Dünya Çempionatında (Yekaterinburq 2006-cı il) və Olimpiadada (Torino 2006-cı il) iştirak edən ən gənc oyunçu oldu. 2007-ci ilin iyulunda Çinin Qadınlar arasında ən gənc çempionu oldu.
İlin vikimediaçısı
İlin vikimediaçısı — 2011-ci ildə Vikipediya təsisçisi Cimmi Ueyls tərəfindən yaradılan illik mükafat. Vikimedia hərəkatının ən böyük nailiyyətlərini vurğulamaq üçün Vikimaniyada ənənəvi olaraq təqdim olunur. Mükafatı qazanan vikimediaçılara Rauan Kenzhexanlı, Demmy, Remi Matis, İhor Kostenko, Emily Temple-Vud, Rosi Stephenson-Qudnayt, Feliks Nartey və Fərhad Fatkullin aiddir. Əsas mükafatla yanaşı, yeddi "Fəxri qeyd" mövcuddur.
Fin (Füzuli)
Fin — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində qəsəbə. Fin oyk. Füzuli r-nun eyniadlı i.ə.v-də qəsəbə. Düzənlik ərazidədir. 1 ədəd poçt məntəqəsi, 1 ədəd xəstəxana, 1 ədəd aptek, 1ədəd orta məktəb və digər obyektlər yerləşir Əhali arıçılıq, heyvandarlıq və əkinçilik ilə məşğul olur.
Fin Tuqvel
Fin Tuqvel (18 mart 1976, Orhus) — Danimarkanı təmsil edən stolüstü tennisçi. Fin Tuqvel Danimarkanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Daha sonra Fin Tuqvel Danimarkanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub.
Fin bağı
Fin bağı (Fars dili: باغ فین) İranın Kaşan şəhərində yerləşən bağdır. Məşhur Fin hamamı da bu bağda yerləşir. İddialara görə, Nasirəddin şah Qacar öz dövlətinin baş naziri olan Əmir Kəbiri 1852-ci ildə bu bağda öldürüb. Ərazisi 22 min kvadrat metrdən artıq olan bağ Azərbaycan Səfəvilər dövləti dövründə salınmışdır. Mərkəzi hissədə divarlar, istehkam tikililəri və silindirşəkilli qalalarla əhatə olunan həyət xüsusi diqqət çəkir. Bu bağ İranın İsfahan vilayətində yerləşən ən çox turist cəlb edən tarixi məkan hesab olunur. Belə ki, 2018-ci il novruz bayramında Fin bağı ən çox turist cəlb edən tarixi məkan olmuşdur. Fin bağı 23 noyabr 1935-ci ildə 238 saylı qeydiyyat nömrəsi ilə İranın yerli əhəmiyyətli tarixi memarlıq abidəsi kimi qeydiyyata alınmışdır. Eləcə də bir neçə il öncə Yuneskonun ümümdünya mədəni irs siyahısına salınmışdır. Bəzi mənbələrdə bağı tarixi Buveyhilər sülaləsinin hakimiyyəti dövründən başladığını qeyd edirlər.
Fin dili
Fin dili, (fin suomi, suomen kieli) — fin-uqor dilləri qrupunun baltikyanı-fin budağına aiddir və aqqlyuativ dil kimi xarakterizə edilir. Fin-uqor dilləri və samodiy dilləri (enes dili, nenes dili, nqanasan dili, selkup dili) ural dilləri ailəsini təşkil edirlər. Yazısı latın əlifbası əsasındadır.
Fin körfəzi
Fin körfəzi (fin Suomenlahti, est. Soome laht, isv. Finska viken) — Baltik dənizinin şərq hissəsində yerləşən körfəz, sahillərində Finlandiya, Rusiya və Estoniya yerləşir. Qərb sərhəddi kimi Xanko yarımadası ilə Pıızaspea burnu arasındakı şərti sərhəd götürülür. Fin körfəzinin sahəsi 29,5 min кm², uzunluğu 420 кm, eni 70 кm-dən 130 кm-yə qədərdir. Orta dərinliyi 38 m, maksimal dərinliyi 121 metrdir. Neva çayının mənsəbində yerləşən Tallin, Helsinki və Sankt-Peterburq körfəzin sahilindəki əsas şəhərlərdir. Финский залив Балтийского моря Рыболовные страницы Arxivləşdirilib 2009-08-28 at the Wayback Machine Природа, острова, животный мир Финского залива Arxivləşdirilib 2012-04-12 at the Wayback Machine Спутниковое фото Финского залива Arxivləşdirilib 2003-10-13 at the Wayback Machine Фотографии берегов Финского залива Arxivləşdirilib 2009-06-02 at the Wayback Machine Финский залив Зелёный мир. Финский залив Arxivləşdirilib 2011-07-26 at the Wayback Machine Природа России. Финский залив Несколько растровых карт глубин Финского залива Карта глубин Финского залива Прогноз ледовых условий на Финском заливе и Ладожском озере Тайны затонувших кораблей.
Fin mətbəxi
Finlandiya mətbəxi — Avropanın şimalında yaşayan fin xalqının mətbəxi. Fin mətbəxi özündə bu xalqın keçmiş adət — ənənəsini yaşadır. Qədim finlər balıqçı və ocçu olduqlarında milli mətbəxlərinin də əsasını balıq və vəhşi heyvan ətləri təşkil edir. Bura maral, sığır və hətta ayı əti də daxildir. Burada həmçinin, giləmeyvə reseptləri də üstünlük təşkil edir. Finlər piroq və şirniyyatları, adətən, çovdar unundan hazırlayırlar. Kələm, kartof kimi tərəvəzlər isə qarnir reseptlərinin tərkibində olur. Bu ölkənin ət yeməkləri özünəməxsusluğu ilə fərqlənir. Fin mətbəxində ət yeməyi hazırlanan zaman, bir neçə heyvanın ətindən istifadə olunur ki, bu da xörəklərə xüsusi dad verir. Finlər qızartma yeməklərdən demək olar ki, istifadə etmirlər.
Fin Argus
Steffan Fin Argus (1 sentyabr 1998) — amerikalı aktyor, musiqiçi və modeldir. Arqus 1 sentyabr 1998-ci ildə İllinoys ştatında anadan olub. Onların Sadi adlı böyük bacısı və Leysi adlı kiçik bacısı var. Argus geydir və onlar əvəzliklərindən istifadə edir. O, gender qəribədir.
Almaniyada ilin futbolçusu
Bu, illər üzrə Almaniyada ilin futbolçu siyahısıdır. Qalib "Alman Futbol Jurnalistləri Assossasiyası" tərəfindən seçilir və ölkənin idman dərgisi sayılan "Kiker" jurnalında dərc edilir. Buraya həmçinin ölkə xaricində oynayan alman futbolçularda aid edilir. 1960-cı ildən bəri Almaniyada ilin futbolçusu seçilir. 2004-cü ildə braziliyalı Aylton seçilməklə bu adı qazanan ilk əcnəbi futbolçusu kimi tarixə düşmüşdür.
Avropada ilin futbolçusu
FİFA Qızıl topu (fr. FIFA Ballon d'Or) — hər il əvvəlki sezonda liqalar və qitə kuboklarında ən yaxşı nəticələr göstərən futbolçuya verilən mükafat. Mükafat 2010-cu ildə Qızıl top və FİFA İlin futbolçusu mükafatlarının birləşdirilməsi ilə yaranmışdır.
Quan İnin Metodu
Quan İnin Metodu — Cənub-Şərqi Asiyada, xüsusilə də Tayvanda qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri. Bu dini hərəkat əslən Vyetnamdan olan və özü özünü Ali Usta adlandıran Çinq Hay tərəfindən təsis edilmişdir. Quan İnin davamçıları Tanrının varlığını dərk etmək üçün daxili işığa və daxili səsə əsaslanan meditasiyaları təcrübədən keçirirlər. Onlar öz fəaliyyətlərini dünyada ən böyük vegetarian biznesi sayılan “Loving Hut” beynəlxalq restoranlar şəbəkəsi ilə pərdələyirlər. Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13.
Sosial işin tarixi
Sosial işin yaranma tarixi 4 mərhələyə ayrılır. I mərhələ — qədim dövrdən başlayır. Qarşılıqlı yardım və dəstək formasında sosial işin arxaik formaları yaranmışdır. Sədəqə, mərhəmət, filantropiya və xeyriyyəçilk bu dövrdə formalaşmışdır. II mərhələ — XIX əsrin sonu və XX əsrin əvvələrində sosial iş ayrıca peşə kimi formalaşmışdır. III mərhələ — 80-ci illərdə sosial işin insan hüquqlarının müdafiəsi kimi dərk edilməsi formalaşır. Bununla bağlı 1948-ci ildə qəbul edilmiş Ümumidünya İnsan Hüquqları Bəyannaməsi və digər insan hüquqları sənədlərində əks olunmuş hüquqlar sosial işin fəaliyyət sahəsində xüsusi yer tutmağa başlayır. IV — mərhələ 80-ci illərin sonu və 90-cı illərin əvvələrində sosial işin nəzəriyyəsi tam formalaşır. Və bununla dünya eliminə daha bir elm sahəsi əlavə olunur. Hələ eramızdan əvvəl 1750-ci ildə qədim Babilistan hakimi Hammurapi Ədalət Kodeksini tərtib etmişdir.
Uelsdə ilin futbolçusu
Uelsdə ilin futbolçusu mükafatı hər il Uels Futbol Assossasiyası tərəfindən tərtib edilir. İlk dəfə seçim 1993-cü ildə aparılmışdır.