Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kabaçok dolması
Kabaçok dolması — Avropa mətbəxinə aid yeməklərdən biri. Kabaçok, toyuq əti (sümüksüz), soğan, kök, pendir günəbaxan yağı ilə hazırlanır, paprika, istiot kimi ədviyyatlar və duz əlavə olunur.
Karaok
Karaok - Roketsan tərəfindən inkişaf etidirilən 125 mm daşınabilən qısa məsafəli tank əleyhinə idarəolunan raket (TƏİR) sistemidir. Raketin uzunluğu 110 sm-dir. İnfraqırmızı tuşlama başlığına malik "Karaok"un 2000 metrə yaxın məsafədə hədəfləri məhv etdiyi bildirilir. Kompleks atıcı qurğu ilə birlikdə 25 kq-dan az kütləyə malikdir. "Karaok" raketinin hazırlanmasında daha əvvəl istehsal edilən OMTAS platformasından istifadə edilir. Son zamanlar "Karaok" raketinin seriyalı istehsal prosesi davam edərkən, məhsulun bəzi hissələri embarqolar səbəbiylə yenidən işlənməli olub. Bu səbəblə kütləvi istehsal prosesinə hazırlığın daha bir neçə il davam edəcəyi gözlənilir. ASELSAN bu məqsədlə Konyada yeni bir istehsal xətti də açıb. Müəssisənin 2019-cu ildə istehsala başlayacağı gözlənilir. Modernləşmə proqramı çərçivəsində "Karaok" raketinin atəş məsafəsinin gələcəkdə mərhələli şəkildə əvvəlcə 4, sonra isə 6 km-ə çatdırılması planlaşdırılır.
Kazac
Kazac (fars. كزج‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,047 nəfər yaşayır (278 ailə).
Kazak
Kazaklar (müxtəlif dillərdə: Kozak, Kosak, Cossack, Kossak, Kazak, Rus Kazakları) — Don və Dnepr çayları yaxınlığında XV əsrdən etibarən formalaşmağa başlamış xalq. Bir çox hallarda kazaklar Qazaxıstanda yaşayan yerli qazax xalqı ilə müqayisə olunur. Ancaq hər iki xalq arasında hec bir əlaqə mövcud deyildir. Kazak sözü qədim türk dilində azad insan mənasını verir.
Fərid Kazakov
Fərid Kazakov (tam adı: Fərid Kamil oğlu Kazakov; 24 dekabr 1997, Bakı) — Tatar əsilli Azərbaycan rəqqası, balet artisti, xoreoqraf, baletmeyster. Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunu, xoreoqrafiya üzrə dünya rəqs olimpiadası, beynəlxalq Moskva müsabiqə-festivalının ikiqat qalibi və digər nüfuzlu yarışların laureatıdır. Kazakov həmçinin bir sıra beynəlxalq və Ümumrusiya müsabiqələrinin qalibi, "Rusiyada İtaliya Gecələri" Beynəlxalq müsabiqə-festivalının baş mükafatının sahibi, Azərbaycan, Rusiya və Gürcüstanın çoxqat çempionu, "Zabradance" Bakı gimnastika və rəqs məktəbinin baş məşqçisi və Moskva "Olympus Grace" gimnastika və rəqs məktəbinin yaradıcısı və rəhbəridir. == Yaradıcılığı == Fərid Kazakovun hələ uşaq yaşlarında sirk tamaşasında gördüyü hava gimnastikasından gimnastika və rəqsə həvəsi yaranır. Sonra valideynləri Fərid üçün Bakı Gimnastika Məktəbinə müraciət edir. Orada komissiya dərslər üçün lazım olan təbii məlumatların olmaması səbəbindən onu qəbul etmir. Çox keçmədən yaxşı nəticələr göstərməyə başlayır və sonradan müxtəlif yarışlarda qalib gəlir. O, xoreoqrafiya dərslərində yaxşı nəticələr göstərir. Təlimçilərin məsləhəti ilə valideynləri Fəridi həmin vaxt Bakı Xoreoqrafiya Məktəbinə (indiki Bakı Xoreoqrafiya Akademiyası) göndərir. Qəbul imtahanlarında bədii rəhbər, Azərbaycanın balet artisti, Azərbaycan SSR xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu baletmeysteri Tamilla Şirəliyeva Fəridin istedadını xüsusi qeyd edir.
Kazinok kağızağacı
Kazinok kağızağacı (lat. Broussonetia kazinoki) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin tutkimilər fəsiləsinin kağızağac cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Şərqi Çin, Yaponiya, Tayvan və Koreyanı əhatə edir. == Botaniki təsviri == Hündürlüyü 5 m-dək olan, nazik, çılpaq zoğludur. Yarpaqları uzunsov-yumurtavari və ya yumurtavari, uzunluğu 5-20 sm, uzun, ucu biz, bünövrəsi yumru və ya yarımürəkvari, çox vaxt iki-üç pərli, üstü soyulan, alt tərəfi nazik tükcüklü, sonradan çılpaq olur, saplağının uzunluğu 1-2 mm-dir. Erkəkcik sırğaların uzunluğu 1,5 sm-dir. Dişicik başcıqların diametri 1 sm-dir. Çiçəkləri ikievlidir. Erkəkcik çiçəkləri sırğalara yığılmış, çiçək yanlığı dörd bölümlü və dörd erkəkciklidir. Dişicik çiçəkləri şarşəkilli başcıqlardadır, çiçək yanlığı üç-beş dişli və sapvari sütuncuqludur.
Nazif Kayacık
Nazif Kayacık (türk. Nazif Kayacık; d. 1872, İstanbul, Osmanlı İmperiyası – ö. 1951, İstanbul, Türkiyə) — Türk əsgəri. 1888-ci ildə hərbi məktəbə daxil olmuş və 1892-ci ildə oranı bitirmişdir. 1897-ci ildə Osmanlı-Yunan müharibəsində, Balkan müharibələrində və Birinci Dünya müharibəsində iştirak etmişdir. 1921-ci ilin 31 avqustunda Anadoluya gələrək Türkiyə İstiqlaliyyət Müharibəsinə qoşuldu. Müharibədən sonra “İstiqlaliyyət medalı” ilə mükafatlandırıldı. Böyük hücumda və Dumlupınar döyüşündə iştirak etmişdir. 17 sentyabr 1930-cu ildə öz istəyi ilə təqaüdə çıxdı.
Rüstəm Kazakov
Rüstəm Kazakov Abdulla oğlu (krımtat. Rustem Abdulla oğlu Kazakov, Рустем Абдулла огълу Казаков, rus. Русте́м Абдулла́евич Казако́в; 2 yanvar 1947, Daşkənd) — klassik növ Sovet güləşçisi, olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1969), SSRİ-nin əməkdar məşqçisi, olimpiya çempionu olmuş ilk krım tatarı. Rustem Kazakov 1947-ci ildə Daşkənddə Krım tatarları ailəsində anadan olmuşdur. 1959-cu ildə güləşə başladı, 1963-cü ildə Özbəkistan çempionatını, 1963-cü ildə və 1964-cü ildə gənclər arasında SSRİ çempionatını qazandı. 1965-ci ildə Bolqarıstanda karyerasında ilk beynəlxalq turniri qazandı, amma artıq böyüklər arasında. 1967-ci ildə Buxarestdə keçirilən Dünya Çempionatında yeddinci yeri tutdu. 1968-ci ildə Mexiko şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmək üçün olimpiya komandasına daxil edildi, ancaq məşqdə aldığı zədə səbəbiylə yarışamadı. Münhendə keçirilən 1972 Yay Olimpiya Oyunlarında 57 kiloqram (yüngül çəki) çəki dərəcəsində mübarizə apardı. Aşağıdaki döyüşlərdə iştirak etmişdir: ilk turda hakimin qərarı ilə Alam Mir (Əfqanıstan) üzərində qələbə çaldı ikinci turda Xristo Traykova məğlub oldu üçüncü turun 9-cu dəqiqəsində tuşe ilə Yuzef Lipenə (Polşa) qalib gəldi dördüncü turun 5-ci dəqiqəsində tuşe ilə Oton Moskidisə (Yunanıstan) qalib gəldi beşinci turda hakimin qərarı ilə İkui Yamamotonu (Yaponiya) məğlubiyyətə uğratdı altıncı turda iştirak etmədi yeddinci turda hakimin qərarı ilə Yanoş Varqaya (Macarıstan) qalib gəldi final qarşılaşmasının üçüncü dəqiqəsində tuşe ilə Hans-Yürgen Veylə qalib gəldi və Olimpiya Oyunlarının çempionu oldu 1963–1967-ci ildə "Dinamo" (Daşkənd) klubunda çıxış edirdi, 1968–1975-ci illərdə "Silahlı Qüvvələr" (Daşkənd) klubunun üzvü oldu, 1875-ci ildən isə "Silahlı Qüvvələr" (Moskva) klubuna keçdi.
Vasili Kazakov
Vasili İvanoviç Kazakov (rus. Василий Иванович Казаков; d. 18 iyul 1898, Filipovo — ö. 25 may 1968) — SSRİ artilleriya marşalı, İkinci dünya müharibəsi iştirakçısı və Sovet İttifaqı Qəhrəmanı. 1898-ci ildə Nijni Novqorod quberniyasında Flipovoda kəndli ailəsində anadan olmuşdur. 1915-ci ildə İmperiya ordusuna qatılaraq Birinci dünya müharibəsində iştirak etmişdir. 1917-ci ilin əvvəllərində Riqa yaxınlığında yaralandığından Sankt Peterburqdakı ehtiyat birliyə köçürülmüşdür. Ordu dağılandan və Rusiya vətəndaş müharibəsi başladıqdan sonra ordudan tərxis edilmişdir. Tezliklə o, könüllü şəkildə yeni yaradılmış Qırmızı orduya qatılaraq artilleriya komandanı olmuş, Rusiya vətəndaş müharibəsi və Polşa-Rusiya müharibəsində iştirak etmişdir. 1925-ci ildə Moskva artilleriya Akademiyasını bitirmiş, 1932-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv olmuşdur.
Nerea Kamaço
Nerea Kamaço Ramos (isp. Nerea Camacho Ramos; 15 may 1996, Balanegra[d], Əndəlüs) — İspaniya aktrisası. Debüt işi 2008-ci idə "Camino" filmi olmuşdur.
Kazak Hetmanlığı
Kazak Hetmanlığı (ukr. Гетьманщина; Het’manshchyna, Військо Запорозьке; Viys’ko Zaporoz’ke) - Ukraynanın mərkəzində və şimal-qərbində 1649 - 1764-cü illərdə mövcud olmuş kazak dövləti. Hetmanlığ Ukrayna ərazisində yaşayan kazaklar və Zaparoje Seçində yaşayan yerli xalqın birləməsi nəticəsində yaranmışdır. Kazak Hetmanlığının ilk hetmanı 1648 - 1657-ci illərdə hakimiyyətə olmuş Boqdan Xmelnitskidir. 1648-ci ildə Polşadan alınan müstəqillikdən sonra hetmanlıq, 1654-cü ildə Pereyaslav müqaviləsinə əsasən Rus çarlığının tabeliyinə keçmişdir. 1667-ci ildə imzalanmış Andrusova müqaviləsinə görə Kazak Hetmanlığı Rus çarlığı və Polşa arasında bölünmüşdür. Andrusova müqaviləsinin imzalanmasından sonra Ukraynada yaşayan kazaklar arasında narazılıqlar yaşanmışdır. Qısa müddətdə baş verən narazılıqlar vətəndaş müharibəsinə çevrilmişdir. Vətəndaş müharibəsi XVII əsrin sonlarına qədər davam etmişdir. 1678-ci ildə Osmanlı imperiyası hetmanlığın mərkəzinə Çigirin şəhərinə səfər təşkil etmişdir.
İrçi Kazak
İrçi Qazaq (qum. Йирчы Къазакъ; 1830 - 1879) — qumuq şairi. Qazaq Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Qazaq gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı İrçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır. Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər. Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır.
Manuel Avila Kamaço
Manuel Avila Kamaço (isp. Manuel Ávila Camacho; 24 aprel 1897[…] – 13 oktyabr 1955[…], Mexiko) — 1 dekabr 1940-cı ildən 30 noyabr 1946-cı ilə qədər Meksika Prezidenti. 1937–1939-cu illərdə radikal Lasaro Kardenas hökumətində hərb naziri kimi xidmət etmişdir. Meksikada "Centlmen Prezident" kimi tanınırdı. O, 1938-ci ildə xarici neft şirkətlərinin əmlakının milliləşdirilməsi zamanı yaranan münaqişəni həll etməyə, İkinci Dünya müharibəsi illərində ABŞ və onun müttəfiqləri ilə əməkdaşlıq qurmağa nail olmuşdur. Müharibədən sonra o, Amerika hökuməti ilə əlaqələri gücləndirməyə davam etmişdir. Onun daxili siyasəti Kardenasın islahatlarından uzaqlaşması ilə səciyyələnirdi. == İstinadlar == == Əlavə ədəbiyyat == Camp, Roderic A. Mexican Political Biographies. — Tucson, Arizona: University of Arizona, 1982.
Azov kazak alayı
Azov piyada kazak alayı (rus. Азовский пеший казачий полк) — 1696-cı ildə Rusiya Azov qalasını fəth etdikdən sonra Don deltasındakı digər istehkamlar kimi onun qarnizonunun kazak hissəsi. == Tarixi == 1711-ci ildə Prut müqaviləsi bağlandıqdan və Azov qalası Osmanlıya qaytarıldıqdan sonra Çerkessk şəhəri yaxınlığında "Tranjement" qalası tikilmişdir. Qala qarnizonunun tərkibində Azov piyada kazak alayı da var idi. 1730-cu ildə "Tranjement" qalası Donun yuxarı axınına köçürülmüş və ona Müqəddəs Anna qalası adı verilmişdir. 9 yanvar 1737-ci ildə Müqəddəs Anna qalasının qarnizonundakı kazaklar Azov kazakları adı ilə Don kazaklarından ayrılmışdır. 1761-ci ildə Müqəddəs Anna qalası Don çayı ilə Rostov və Naxçıvan-na-Donu arasındakı əraziyə köçürülmüş və Rostovlu Müqəddəs Dimitri qalası (indiki Rostov-na-Donu) adlandırılmışdır. 9 sentyabr 1769-cu ildə Azov qalasında Don kazaklarından beş yüz Azov kazak süvari alayı yenidən yaradılmışdır. 22 iyun 1770-ci ildə Azovda piyada kazak alayı da təyin olunmuş, lakin bu həyata keçirilməmişdir. 25 iyun 1775-ci ildə Azov kazak süvari alayı ləğv edilmişdir.
Azov kazak qoşunu
Azov kazak qoşunu (ukr. Азовське козацьке військо, rus. Азовское Казачье Войско) — XIX əsrdə kazak qoşunları şurası. == Tarixi == 1828-ci ildə Zaporojya Seçinin dağıdılmasından sonra Osmanlı Türkiyəsinə köçən Zaporojye kazaklarının törəmələri burada Dunayyanı Seçini qurmuşdular. Onlar 1828–1829-cu illər Rusiya–Osmanlı müharibəsinin əvvəlində ataman Osip Qladkinin başçılığı ilə Dunayyanı Seçindən Rusiya boyunduruğuna qayıtmış və Osmanlı qüvvələrinə qarşı döyüşlərdə fəal iştirak etmişdilər. Dunayyanı kazaklarından 1831-ci ildə Azov kazak qoşunu olaraq adlandırılan Zaporijya qoşunu yaradılmışdır. Onlar Azov dənizinin şimal sahilində, Yekaterinoslav vilayətində dəniz ilə Berdey və Obitoçnaya çayları arasında məskunlaşmışdılar. 1830-cu illərin sonlarında Azov kazaklarının sayı ailələri ilə birlikdə təxminən altı min nəfər idi. Kazaklara 29 kiçik gəmidən ibarət silahlı flotiliyanın, habelə yüzlərlə 1,000 süvarinin köməyi ilə Qara dənizin şərq sahillərinə nəzarət etmək tapşırılmışdı. Ordu Novorossiya general-qubernatoruna tabe idi, daxili idarə Petrovskaya kəndində, sonra Mariupolda yerləşən ataman və hərbi idarənin əlində idi.
Zabaykal Kazak Respublikası
Zabaykal Ağ Respublikası (bəzi mənbələrdə Zabaykal Respublikası, Zabaykal Kazak Respublikası)— Rusiya vətəndaş müharibəsi dönəmində Zabaykal ərazisində Ağların təşkil etdikləri və 1918 ildən 1920 ilə qədər idarə etdikləri dövlət. 25 avqust 1918-ci ildə Çita Sovet hakimiyəti mövcudluğunu itirir. Burada menşevik İ. A. Baksberq, eser S. О. Volodoqski, kadet N. L. Ananin, sosialist K. S. Şreyer və başqaları olmaqla yeni hakimiyyət orqanı olan Müvvəqqəti Sibir hökuməti qurulur. Burada sovetlərin həyata keçirdiyi bütün tədbirlər ləğv edilir. 14 sentyabr 1918 ildə ataman Qriqori Mixayloviç Semyonov Çitaya gəlir. Yaponların dəstəyi ilə onun vahid hakimiyyətə can atması yüksəlir. O, ayrılmış Şərqi Sibir ordusunun komandanı təyin edilir. Ordu atamanı vəzifəsini alır. 9 iyun 1919-cu ildə Aleksandr Kolçakın nümayədəsi və bölgədə sakit-sabitliyin təminatçısı vəzifəsi ilə şərəfləndirilir. Semyonov şəxsi baxımından digər patiyalara müsbət yanaşmasada çox partiyalığa imkan verməli olur.
İran Kazak diviziyası
İran Kazak diviziyası —Qacarlar dövlətində ruslar, mühacir qafqazlılar tərəfindən yaradılmış hərbi birləşmə. 1879-cu ildən 1916-cı ilədək briqada. 1916-cı ildən 1920-ci ilədək diviziya. Nasirəddin şah Qacar hakimiyyəti dövründə xarici dövlətlərə, o cümlədən Rusiyaya verilmis imtiyazlardan biri də İranda Kazak diviziyasının təskili barədə olan imtiyaz idi. Bu divizyanın təskili ideyası sahın 1878-ci il Avropaya 2-ci səfəri zamanı aparılmıs danısıqlar nəticəsində yaranmıs, 1921-ci ilədək fəaliyyət gostərmisdir. 1879-cu ildə rus polkovniki Aleksey Domantovicin bascılığı ilə zabitlərdən ibarət olan bir heyət Tehrana gəldi və beləliklə tərkibi əsasən İranda muhacirətdə olan insanlardan ibarət 850 nəfərlik atlı rus kazak diviziyası yaradıldı. Bu muhacirlər kimlər idi? II Rusiya-İran muharibəsi 1828-ci ildə bağlanmıs Türkmənçay müqaviləsi ilə basa catdıqda Rusiya tərəfindən zəbt olunmus Guzey Azərbaycanı səhərlərinin sakinləri arasında dini birliyi əsas amil hesab edərək, həm də İran ordusunda Rusiyaya qarşı vuruşduqlarını düşünərək İran torpağında qalmağı münasib hesab edənlər burada mühacir olmağı qərara aldılar. 1879–1882 — polkovnik Aleksey Domontoviç 1883–1885 — polkovnik Pyotr Çarkovski 1885–1891 — polkovnik Dmitri Dmitriyeviç Kuzmin-Karavayev 1891–1894 — polkovnik Nikolay Yakovleviç Şneur 1894–1903 — polkovnik Vladimir Andreyeviç Kosoqovski 1903–1906 — polkovnik Fyodor Qriqoryeviç Çernozubov 1906–1909 — polkovnik Vladimir Lyaxov 1909–1914 — polkovnik knyaz Nikolay Petroviç Vadbolski 1914–1915 — polkovnik Prozorkeviç 1915–1917 — general baron fon Maydell 1917–1918 — polkovnik Georgi İosifoviç Klerje 1918–1920 — polkovnik Vsevolod Dmitriyeviç Staroselski Rza xan Savadkuhi Xudayar xan Xudayari Qasım xan Vali Əsədulla xan Əbülfətzadə İbrahim xan Münşizadə Həmzə xan Püsyan Hacı Musa xan Həkimi Teymur xan Ayrım Mahmud xan Ayrım Məhəmmədhüseyn xan Ayrım Məhəmməd xan Naxçıvani Əhməd xan Naxçıvani Cəfərqulu xan Əmir Bəyləri Rzaqulu xan Əmir Xosrovi Canməhəmməd xan Dəvəli-Qacar Mahmud xan Əmir Vəziri Musa xan Vəziri Məhəmməd xan Şahbəxti Colonel Mamonov İsmayıl xan Əmir Fəzli Hüseyn ağa Xuzai Mahmud ağa Ənsari İsmayıl xan Şafaei Mürtəza xan Yəzdanpənah Əmir Abdulla xan Təhmasibi Kərim xan Buzarcomehri Əmənulla mirzə Cahahanbani Əhməd Əmir-Əhmədi Fəzlulla Zahidi Əsədulla xan Hüseynpur Гоков О.А. Российские офицеры и персидская казачья бригада (1877–1894 гг.) // Canadian American Slavic Studies. – 2003.
Kazak Jdanovun binası (Novoçerkassk)
Kazak Jdanovun binası — Rostov vilayəti Novoçekassk şəhəri ərazisində iki mərtəbəli bina. Bina XX əsrin əvvəllərində inşa edilmişdir. Bina Novoçekassk şəhəri Prosveşeniya küçəsi, ev 120 ünvanında yerləşir. Bina Rusiya Federasiyasının regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. == Tarixi == Bina Novoçerkassk şəhərində 1910-cu ildə inşa edilmişdir. Prosveşeniya küçəsi ev 120 ünvanında yerləşən binanın əvvəlki ünvanı Yamskaya küçəsi, ev 16 olmuşdur. İlk əvvəllər burada XIX əsrin sonları XX əsrin əvvəlləri taxtadan inşa edilmiş bir bina vardı. Binanın həyətində tövlə vartı. 1897-ci il məlimstına görə mülkin sahibi kazak Pavel Stepanoviç Jidkov olmuşdur. XX əsrin əvvəllərində binanın sahibi kazak Jdanov Vasileviç Vasileviç olmuşdur.