Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karaqin körfəzi
Karaqin körfəzi — Berinq dənizində, Kamçatka yarımadasının şimal-şərqində yerləşir. Ozernoy yarımadası ilə İlpinski yarımadası arasında yerləşir. Materikin daxilinə 117 km məsafədə uzanır. Eni girişdə 239 km, maksimal dərinliyi 60 metrdir. Körfəzin mərkəzində Karaqinski adası vardır. Ada materikdən Litke boğazı ilə ayrılır. Şimalında Verxoturov adası qərarlaşır. Körfəzə tökülən çaylar:Makarov, Kayum, İvaşka, İstık, Naçiki, Uka. Sahillərində yerləşən iri körfəzlər: Anapka körfəzi, Uala körfəzi, Karaqa körfəzi, Kiçiqinski körfəzi, Tımlat buxtası, Ossora buxtası, Kaqara buxtası, Ukinskaya körfəzi. Qabarmanın hündürlüyü 2,4 metrdir.
Karaqin rayonu
Karaqin rayonu (rus. Карагинский район) — Rusiya Federasiyası, Kamçatka diyarı tərkibindəki inzibati ərazi vahidi. Rayon Koryak dairəsi daxilində yerləşir. İnzibati mərkəzi Ossora qəsəbəsidir. == Coğrafiya == Karaqin inzibati rayonu, Kamçatka yarımadasının şimal hissəsində yerləşir. Şimal-qərbdən Oxot dənizinin suları ilə, şərqdə Berinq dənizi ilə yuyulur. Üç ərazi zonasından ibarətdir: şimal, cənub və Karaqinski adası. Rayonun sahəsi 40,6 min km² -dir. == Relyefi == Ərazinin böyük hissəsi Sredinnı silsiləsinin şimal hissəsini tutur. Şimal-qərbdə Parapol vadisi, şimal-şərqdə Koryak dağının ətəkləri geniş ərazini əhatə edir.
Karasun gölü
Karasun — Krasnodar şəhərində yerləşən göllər sistemi.Əvvələr Karasun çay olmuşdur. Sonradan bəndlər vasitəsilə gölə çevrilmişdir Karasun çayının və gölünün adı çərkəz (adıq) mənşəli olub "карапсын" (Кlуэрейпсын) — mənbə, bulaq, yerini dəyişən deməkdir. Yerini, yatağını dəyişən çayları belə adlandırırdılıar. == Ümumi məlumat == Müasir dövrdə Karasun göllər sisteminə 15 göl daxildir: İkisi Pokrovski gölləri ("Kuban" stadionu yaxınlığında), üçü Kalininski gölləri (Selezneva və Stavropol küçələri arasında yerləşir) və on Paşkovski gölləri. Bu ərazidə çay tamamilə bəndlərlə tutularaq göl hövzələrinə çevrilib. Göllərin sahili qamışlıqla örtülüb. Göl dibi qalın çöküntü qatına malikdir. 2000-ci illərdə Paşkovski göllərini genişləndirdilər. Bu məqsədlə 60 milyon rubl ayrılmışdır. Payız aylarında Novosibirsk vilayətindən Afrikaya gedən qağayılar göllər ərazisində dayanırlar.
Vtoroy adası (Karaqin rayonu)
Vtoroy adası — Rusiyanın Kamçatka diyarı ərazisində yerləşən ada. Kiniqa burnundan şimal-qərbdə, Konus və İviniçamandan şimal-qərbə, Podqarenaya çayının mənsəbindən şimal-şərqdə, Oxot dənizinə daxil olan Şelixov körfəzində, Kamçatka yarımadasının qərb sahilinin şimalında yerləşir.
Kalavun
Əbül-Məali əl-Məlikül-Mənsur Seyfəddin Kalavun əl-Əlfi əs-Salihi (d.1222 — ö. 1290)—Məmlük sultanı (1279–1290). == Həyatı == Qıpçaq türklərindən olub, həyatının ilk dönəmləri haqqında bilgi yoxdur. Monqolların 1244-cü ildə Dəşt-i Qıpçaqı istilası sırasında əsir düşdü. Bir kölə tüccarı tarafından Misirə götürülərək Əyyubi sultanı əl-Məlikül-Adilin məmlüklərindən Əmir Əlaəddin Ağsunqur əs-Sakiyə satıldı. Daha sonra Əyyubi sultanı əl-Məliküs-Salih Əyyuba satılan Kalavun (1249), azad edilərək Ravza adasındaki Bəhriyyə məmlükləri adı verilən yeni əsgəri birliyə daxil edildi. Mənsubu olduğu Bəhriyyə məmlüklərinin liderlərindən Farisəddin Aktayın Məmlük dövlətinin ilk sultanı İzzəddin Aybək tərəfindən öldürülməsi üzərinə bir qisim əmirlər, Baybars və diğər arxadaşlarıyla birlikdə Suriyaya qaçdı (1254). Suriya Əyyubi hökmdarı əl-Məlikün-Nasır Yusifin xidmətində gəçirdiyi üç ilin ardından Kərək hakiminin xidmətində çalışmağa başladı. 1259-cu ildə Suriya Elxanlılar dövlətinin hücumlarına uğrayınca arxadaşlarıyla bərabər Misirə dönüb yeni sultan Qotazın xidmətinə girdi. Kalavun daha sonra, Məmlük Sultanı Qotazı ortadan qaldırıb, taxta keçən I Baybars əl-Bundukdarinin yanında yer aldı.
Karabin
Karabin — (frans. carabine, ərəb. carab-yarağ, silah)- tüfəngə və ya muşketə oxşar ancaq daha qısa və daha gücsüz atəşli silah. Əvvəllər adətən suvarilərin və topçuların istifadəsində olurdu. Daha qısa lüləsi ilə səciyələnir. Buna görə də güllənin başlanğın sürəti və başqa ballistik xüsusiyyətləri eyni kalibrdə olan vintli tüfəngdən aşağıdır. Bəzi ölkələrdə karabin adi, ancaq bəzi dəyişikliklərlə(kürəkdə rahat daşımaq üçün antabcıqların yanda yerləşməsi və daha kopmpakt olması üçün çəkimin dəstəyinin aşağı əyilməsi və b.) ilə vintli tüfəng hesab olunur. Yivsiz və yivli, qeyri-avtomatik(tək açılan və maqazinli)özü doldurulan və avtomatik növləri olur. == Mənbə == Voyennaya ensiklopediya v 8 tomax."D" Kvartiryer.
Karabük
Karabük — Türkiyənin Karabük ilinin inzibati mərkəzi.
Karaman
Karaman — Türkiyənin Karaman ilinin inzibati mərkəzi.
Karavon
Karavon (tatar. Каравон) — yerli ənənə, ansambl, Ümumrusiya rus folkloru festivalı, Tatarıstan Respublikasında rus xalq bayramı. == Tarixi == 2003-cü ildən bəri, Tatarıstan Respublikası Prezidentinin Fərmanı ilə bu, tətil günüdür və hər il Laişevski rayonunun Nikolskoye kəndində eyni adlı respublika rus folklor festivalı ilə birlikdə keçirilir. 1993-cü ildən bəri Tatarıstan Respublikası Mədəniyyət Nazirliyinin himayəsindədir. Yerli folklorşünaslara görə, tətilin üç yüz ildən çox yaşı var və kökləri XVI əsrdə, üç gün ərzində may ayında “Müqəddəs Nicholas Wonderworker Günü” adlı bir patron ziyafəti olaraq qeyd edildiyi zaman. Rusiyanın Tatarıstan, Udmurtiya, Mari El və digər bölgələrindən folklor qrupları (bir neçə min nəfər) Laishevsky rayonunun Russkoye Nikolskoye kəndinə gəlir. Əksəriyyəti rus milli geyimlərini geyinirlər. Festival iştirakçıları festival qonaqlarına Volqa Pravoslav inancının ənənələri əsasında etno-teatrlaşdırılmış tamaşalar, mahnı və rəqslər təqdim edəcəklər. Antik dövrlərdən bəri əl sənətləri emalatxanaları nümayiş olunur. Yarmarka kəndin mərkəzi küçəsi oldu.
Karfagen
Karfagen və ya Qartac[mənbə göstərin] (az.-əski. قرطاج‎, tələffüzü Qartaj; puni. 𐤒𐤓𐤕𐤇𐤃𐤔𐤕, tələffüzü Qart-hadaşt — "yeni şəhər"; q.yun. Καρχηδόνα; lat. Carthago) — müasir Tunis şəhərinin yaxınlığında dağınıq şəhər, eyniadlı qədim imperiyanın paytaxtı. Karfagen əsası e.ə 825-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. E.ə VI-cı əsrdə öz metropoliyası — Tirdən — ayrılmış və müstəqil dövlət olmuşdur. Karfagenin yerləşdiyi əlverişli yarımada coğrafi vəziyyəti onu qurudan əlçatmaz edirdi və Aralıq dənizi sahili ölkələri ilə ticarəti üçün yaxşı imkanlar yaradırdı. E.ə VIII–VII əsrlərdə Karfagen Şimali Afrika, Cənubi İspaniya, Qərbi Siciliyada bir sıra koloniyaların əsasını qoydu. E.ə V əsrdən Karfagendə respublika idarə üsulu mövcuddur.
Karfaqen
Karfagen və ya Qartac[mənbə göstərin] (az.-əski. قرطاج‎, tələffüzü Qartaj; puni. 𐤒𐤓𐤕𐤇𐤃𐤔𐤕, tələffüzü Qart-hadaşt — "yeni şəhər"; q.yun. Καρχηδόνα; lat. Carthago) — müasir Tunis şəhərinin yaxınlığında dağınıq şəhər, eyniadlı qədim imperiyanın paytaxtı. Karfagen əsası e.ə 825-ci ildə finikiyalılar tərəfindən qoyumuşdur. E.ə VI-cı əsrdə öz metropoliyası — Tirdən — ayrılmış və müstəqil dövlət olmuşdur. Karfagenin yerləşdiyi əlverişli yarımada coğrafi vəziyyəti onu qurudan əlçatmaz edirdi və Aralıq dənizi sahili ölkələri ilə ticarəti üçün yaxşı imkanlar yaradırdı. E.ə VIII–VII əsrlərdə Karfagen Şimali Afrika, Cənubi İspaniya, Qərbi Siciliyada bir sıra koloniyaların əsasını qoydu. E.ə V əsrdən Karfagendə respublika idarə üsulu mövcuddur.
Karyagin
Karyagin — Rus soyadı. Bu soyadı olan məşhurlar İvan Karyagin — AMEA-nın müxbir üzvü. İvan Karyagin (kapitan) — kapitan. Nikita Karyagin — kapitan. Pavel Karyagin — polkovnik.
Maregun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Qaraqan
Elxan Aqşın oğlu Zeynallı, (3 aprel 1987, Bakı) və ya səhnə adı ilə Qaraqan, — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Qaraqum
Qaraqum səhrası — Qaraqum səhrası. Cənub-şərqi Qaraqum — Orta Asiyanın cənubunda və Türkmənistanın cənub-şərqində yerləşən səhra. Qaraqum (Alma-ata dairəsinin cənubunda səhra) — Alma-ata dairəsinin cənubunda səhra. Qaraqum (Alma-ata dairəsinin şimalında səhra) — Alma-ata dairəsinin şimalında səhra.
Qaraquç
Qaraquç (Xudafərin) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Qaraquç Minbaşı — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. Qaraquç (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd.
Qaraquş
Qaraquş (lat. Pandion Sav., 1809) — cinsi Quşlar (Aves) sinfinin Qaraquşlar (Pandionidae) fəsiləsinə, Qızılquşkimilər (Falconiformes) dəstəsinə aiddir. Azərbaycanda Qaraquş cinsinə 1 növ daxildir: Balıqcıl qaraquş (Pandion haliaetus Linn., 1758) Müqəddəs ibis Adi göydimdik Adi ağqaz Balıqcıl qaraquş Adi qarıldaq An osprey fishing in spectacular super slow motion | Highlands — Scotland's Wild Heart 1. Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar. Bakı: "Elm", 2004.-620 səh.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir.
Zarağan
Zarağan — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənd keçmişdə Qəbələ şəhərinin 3 km.-liyindəki Şıx Taci qəbristanlığının yanında yerləşirdi. Çökək yerdə, həm də çay ağzında olduğuna görə əhali indiki yerə köçüb, burada məskunlaşmışdır. Kəndin adı ərazidəki sarağan (vəlgə də adlanır) ağacının bolluğu ilə əlaqədardır. Həmin ağacın yarpağından keçmişdə dəri aşılamaq, özəyindən isə sarı boya almaq üçün istifadə olunurdu. Ərazidə Sarağan meşəsi də var. Zarağan kəndi rayon mərkəzindən 7 kilometr cənub qərbdə, Dəmiraparançayın sahilində, Alazan-Həftəran vadisində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2804 nəfər əhali yaşayır. Elman Məmmədov — kimya elmləri doktoru, professor. Kəndin üç yolun ayrıcında (Qəbələ-Bakı, Qəbələ-Ağdaş və Qəbələ-Oğuz) yerləşməsi, şəhərə yaxınlığı səbəbindən burada iri ticarət obyektləri mövcuddur.
Araqon
Araqon — Şimali İspaniyada avtonom bölgə. Rəsmi adı Comunidad Autónoma də Aragóndur. Sahəsi 47,719 km², əhalisi isə 1,277,471 nəfərdir (2005).
Draqun
Draqun (fr. Dragon — əjdaha, lat. Draco — ilk dövrlərdə bayraqlarında olan əjdaha təsvirindən gəlir) — bəzi Avropa ölkələrində həm atlı, həm də piyada sırada vuruşmağı bacaran süvarilər. Əvvəlini Makedoniyalı İskəndərin həm piyada, həm də atlı vurulan dimaxoslarından (yunan — ikili döyüşçülər) götürürlər. İlk dəfə draqunlar XVI-cı əsrdə Fransa, atlarda vuruşan piyadalar kimi yaradılıblar. Onların bayraqlarında əjdaha təsviri olurdu. Həm piyada, həm də süvari qoşun kimi vuruşmaq üçün nəzərdə tutulurdular. XVII-ci əsrin birinci yarısında suvarilər kimi də istifadə olunublar. İstifadələrindən asılı olaraq, müxtəlif mərhələlərdə müxtəlif soyuq və odlu silahlarla, eləcə də alətlərlə təmin olunurdular. Daha təkmil odlu silahın yaranması ilə atlı atıcılara çevrildilər.
Margun
Maregun (fars. مارگون‎) (Markan, Marcan, və ya Margun) — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının şəhərlərindən və Boyer-Əhməd şəhristanının Maregun bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı ildə əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,538 nəfər və 497 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti bəxtiyarilərdən ibarətdir, bəxtiyari dialektində danışırlar və şiə müsəlmandırlar.
Şarğun
Şarğun (özb. Shargʻun) — Özbəkistanın Surxandərya vilayətində şəhər.
Arqun
Arqun (çay, Asiya)
Karan
Karan (Sayınqala)