Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Cia Karanci
Cia Karanci (29 yanvar 1960, Filadelfiya, Pensilvaniya ABŞ) — 1970-ci illərin sonu və 1980-ci illərin əvvəllərində Amerikanın ilk supermodeli. Onun üzü bir cox jurnalların üz qabığında dərc etdirilmişdir. O model olmaq üçün Amerikaya 17 yaşı olanda gəlmişdir. Tezliklə bir çox əlçatmaz fotoqrafların sevimlisinə çevrildi. Çox gözəl bədənə və sinəyə malik olan Cia Karanci, hər kəsin sevimlisinə çevrildi. Kris von Vangenheim, Françesko Skavullo, Artur Elqort, Riçard Avedon kimi fotoqroflarla işləmişdi. Bodi Basiks, Kristian Dior, Kutex, Diane von Fürstenberq, Giorgio Armani, Lanketti, Levi's, Maybelline, Perry Ellis, Versace, Vidal Sassoon, Yves Saint Laurent kimi məşhur adlarla çalışmışdı. Onunla işləyən hər bir insan Cia-nin həddindən artıq enerjili və sadə olduğunu söyləyir. O yaşadığı müddətdə hər bir şeyə nail ola bilmişdi, yalniz bir şeydən başqa. Onun həmişə diqqətə və sevgiyə ehtiyacı olmuşdu.
Dəvə karvanı
Dəvə karvanı - Dəvələrdən istifadə olunmaqla əmtəənin bir nöqtədən digərinə aparılması ilə baş tutan nəqiliyyat vasitəsi. Heyvanlar vasitəsilə təşkil edilən karvanlar arasında ən çox üstünlük veriləni dəvə karvanları olmuşdur. Belə ki, dəvələr açıq səhra şəraitində 5 km/saat sürətlə gündəlik 10 saat məsafə qət edə bilirlər. İri və güclü bir dəvə özü ilə birlikdə 300 kiloqrama yaxın yükü də aparmağa qadiridir. Dəvələrin sərt hava şəraitinə və susuzluğa davamlı olmaları səbəbindən orta əsrlərdə Şimali Afrika və Ərəbistan yarımadasında insanların əsas əlaqə və ticarət vasitələri kimi istifadə olunmuşdur. XX əsrdə motorlu avtomobillərin kütləvi istehsalı səbəbindən dəvə karvanlarından istifadə azalmışdır. Buna baxmayaraq Şimali Afrikanın bir çox bölgələrində XX əsrin sonlarına qədər dəvə karvanlarından geniş istifadə olunmuşdur.
Qəm Karvanı (1990)
Film-reportaj İran İslam Respublikasında baş vermiş təbii fəlakət-zəlzələ haqqındadır. Kinolentdə Rəşt, Gilan, Həmədan və başqa yerlərdə zəlzələnin acı nəticələri əks olunmuşdur. Filmin əsas qayəsi xalqlarımızın dar gündə birliyini təcəssüm etdirməkdir. Rejissor: Nizami Abbas Ssenari müəllifi: İmran İsmayıl, Nemət Rzayev Operator: Nizami Abbas Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Qəm karvanı (film, 1990)

Kalgançı
Kurmanci
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar. Kurmanc dili Türkiyənin cənub-şərqində, Suriyanın şimalında, şimal-şərqdə, İranın şimal-qərbində və tarixi araşdırmalara görə Xorasan və Zaqafqaziyada yayılmışdır. 1958-ci ildən Suriyada Kurmancinin istifadəsi qadağan edildi. 1924-cü ildən 2013-cü ilə qədər Türkiyədə isə qadağan edildi. Həmin dildə danışan, oxuyan, yazan adamlarla bağlı ciddi tədbirlər görülürdü. == Danışanların sayı == Kurmanc dilində danışanların sayının 2021-ci ilə kimi 19,6 milyon olduğu təxmin edilir, lakin onların sayı getdikcə azalmaqdadır. Bu kürd dilinin ən çox yayılmış formasıdır və eyni zamanda Kürdüstandakı bəzi kürd olmayan azlıqların, o cümlədən assurilərin, çeçenlərin, çərkəzlərin və bolqarların ana dilidir.
Karvuni
Karvuni (yun. Καρβούνης), əvvəllər Ampel (q.yun. Ἄμπελος) — Yunanıstanda dağ. Egey dənizində Samos adasının mərkəzi hissəsini tutur. Hündürlüyü dəniz səviyyəsindən 1153 metr yüksəklikdədir.
Arançı
Arançı (Germi) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Arançı (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Karaçi
Kəraçi — Pakistanda şəhər.
Karvan
Karvan — tarixən quru nəqliyyatı həyata keçirdən donanma. Nəqliyyat at, qatır, eşşək və daha çox dəvələrlə edilərdi. Karvanlarda olan dəvələrin daşıdıqları yüklərə görə ağır və ya yüngül karvan adları verilərdi. Ağır karvandakı dəvələr 300–350, yüngül karvanda isə 170 kq yük daşıyardılar. İndiki vaxtda bir çox motorlu quru, dəniz və ya hava vasitəsindən meydana gələn nəqliyyat qruplarına donanma və.s kimi adlar verilir == Tarixi == Ağır karvanlardan ən böyükləri ildə bir dəfə Şam və Misirdən Hicaza gedən həcc karvanlarıydı. Ayrı-ayrı gedən bu karvanlardan Şamdan hərəkət edənlər mal və əşya xaricində 60–70.000, Misirdən gedənlər isə 40–50.000 adamı tapardı. Karvanların gedişləri qış və yaza görə dəyişik olardı.Qışda gündüz gedərlər gecə istirahət edərdilər. Yayda istinin təsirindən günəş doğulduqdan iki saat sonra gedişi kəsər istirahətə çəkilirlər, gecə gedərdilər. Şamdan çıxan karvan normal olaraq altmış bir gündə Məkkəyə çatır, həcc mövsümü keçincə mal alaraq sərnişinlərlə birlikdə qayıdardılar. Gediş və dönüş zamanı karvanlar təmiz, düzənlik yerlərdə, su kənarlarında, karvansaraylar olduğu mövqelərdə dayanardılar.
Kurmanci dili
Kurmanc dili və ya kurmanci dili (kürd. Kurmancî) — Kürd dilinin ən çox danışılan dialekti. Ümumiyyətlə qərb və ya şimal-qərbi İran dillərindən hesab olunur, bu dildə danışanlar kurmanclar adlanır. Azərbaycan kürdləri bu dialektdə danışırlar. Kurmanc dili Türkiyənin cənub-şərqində, Suriyanın şimalında, şimal-şərqdə, İranın şimal-qərbində və tarixi araşdırmalara görə Xorasan və Zaqafqaziyada yayılmışdır. 1958-ci ildən Suriyada Kurmancinin istifadəsi qadağan edildi. 1924-cü ildən 2013-cü ilə qədər Türkiyədə isə qadağan edildi. Həmin dildə danışan, oxuyan, yazan adamlarla bağlı ciddi tədbirlər görülürdü. == Danışanların sayı == Kurmanc dilində danışanların sayının 2021-ci ilə kimi 19,6 milyon olduğu təxmin edilir, lakin onların sayı getdikcə azalmaqdadır. Bu kürd dilinin ən çox yayılmış formasıdır və eyni zamanda Kürdüstandakı bəzi kürd olmayan azlıqların, o cümlədən assurilərin, çeçenlərin, çərkəzlərin və bolqarların ana dilidir.
Mehmet Harmancı
Mehmet Harmancı (1977, Nikosiya) — əslən Kipr türkü olan siyasətçi; Lefkoşa Türk Bələdiyyəsinin başçısı. == Həyatı == Mehmet Harmancı 28 dekabr 1977-ci ildə Lefkoşada anadan olmuşdur. Mehmet Harmancı Türk Maarif Kollecinin məzunudur. Şərqi Aralıq dənizi Universitetini beynəlxalq münasibətlər ixtisası üzrə bitirmişdir. Daha sonra Liverpul Con Murs Universitetində Avropa Birliyi və siyasət ixtisası üzrə magistr təhsili almışdır. 13 iyun 2013-cü ildən 30 avqust 2013-cü ilə qədər Şimali Kiprin turizm, ətraf mühit və mədəniyyət naziri vəzifəsində çalışmışdır. 30 iyun 2014-cü ildən Lefkoşa Türk Bələdiyyəsinə rəhbərlik edir.
Mərvə Kavakcı
Mərvə Kavakcı(19 avqust 1968, Ankara) — Türk akademiki, siyasətçisi və diplomatı. Mərvə Kavakcı 18 aprel 1999-cu il seçkilərində Fəzilət Partiyasından İstanbul millət vəkili seçilib. 1999-cu il mayın 2-də Türkiyə Böyük Millət Məclisində andiçmə mərasiminə qadağan olunsa da, hicablı qatıldığı üçün parlamentdən xaric edilib. O, Nazirlər Şurasının qərarı ilə ABŞ vətəndaşı olduğunu bəyan etmədiyi üçün vətəndaşlıqdan çıxarılıb. O, 1999-cu ildə ABŞ-yə köçüb. Vaşinqtonda Corc Vaşinqton Universitetinin Beynəlxalq Münasibətlər məktəbində müəllim vəzifəsində çalışıb. Üsküdar Universitetinin Humanitar və Sosial Elmlər fakültəsində müəllim vəzifəsində çalışıb və eyni universitetin Postkolonial Araşdırmalar Tətbiq və Araşdırma Mərkəzinin (PAMER) direktoru olub. Daxili İşlər Nazirliyinin 12 may 2017-ci il tarixli məktubu ilə Nazirlər Şurasının 3 iyul 2017-ci il tarixli “Resmi Gazete”də dərc olunmuş qərarına əsasən, Nazirlər Kabinetinin 13 may 1999-cu il tarixli qərarı ilə Kavakcının Türkiyə vətəndaşlığını itirməsi ilə bağlı qərarı Nazirlər Kabinetinin 26 may tarixli qərarı ilə ləğv edilib. O, Xarici İşlər Nazirliyinin yay müddətli fərmanı ilə Kuala-Lumpura səfir təyin edilib və vəzifə müddəti 2 iyun 2022-ci ildə başa çatıb. O, 12 avqust 2022-ci il tarixində Prezident tərəfindən Xarici İşlər Nazirliyinin Xarici Siyasət Məsləhət Şurasının üzvü təyin edilib.
Arançı (Germi)
Arançı (fars. ارانچي‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 604 nəfər yaşayır (123 ailə).
Arançı (Üskü)
Arançı (fars. ايرنچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 7 nəfər yaşayır (4 ailə).
Edinson Kavani
Edinson Kavani (isp. Edinson Roberto Cavani Gómez) — Uruqvaylı futbolçu. İspaniyanın Valensiya klubunun və Uruqvay Milli futbol komandasının oyunçusu. == Həyatı == Edinson Roberto Kavani Qomez 2 fevral 1987-ci ildə Uruqvayın Salto şəhərində anadan olmuşdur. Qardaşları Kristian Kavani və Azərbaycan Premyer Liqasının bombardiri olmuş Valter Quqlemon da futbolçu olublar. Yaşca qardaşlarından kiçik olan Kavaninin karyerası daha uğurlu alınıb. Uşaqlıqdan həyatında çətinlik çəkən Kavani həmin günləri belə yada salır: "Ailəmin mənə "Cola" ala biləcək qədər pulu yox idi. Gündəlik xərclərə, qida və paltara olan tələbatımızı güclə ödəyirdik". Erkən yaşlarından futbola olan marağı və həvəsi atası tərəfindən diqqətsiz qalmır. Ailə başçısı şəxsi münasibətləri hesabına oğlunu "Danubio"nun uşaq futbol məktəbinə yazdırır.
Karvan (1995)
== Məzmun == Kinolent üç novelladan ibarətdir: Birinci novellada qədim insan məskəni olan Qobustandan söhbət gedir. İkinci novellada Şərq və qadın mövzusuna toxunulmuşdur. Üçüncü novella 1990-cı il 20 yanvar və Xocalı faciələri barədə danışır. == Film haqqında == Film bəstəkar Soltan Hacıbəyovun məşhur "Karvan" əsəri əsasında çəkilmişdir. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Əsərin müəllifi: Soltan Hacıbəyov Ssenari müəllifi: Vaqif Səmədoğlu Quruluşçu rejissor: Nazim Məmmədov Quruluşçu rəssam: Nazim Məmmədov, Əli Əliyev Quruluşçu operator: Vyaçeslav Jestkov Səs operatoru: Teymur Abdullayev Cizgi rəssamı: Arifə Hatəmi Musiqi tərtibatçısı: İsmayıl Dadaşov Rəssam assistenti: Məlahət Hümbətova, Arifə Hatəmi, Fərhad Rzayev Montaj edən: Nisə Hacıyeva Redaktor: Həsən Merac Filmin direktoru: Əliağa İbrahimov == Sponsor == "Azərkinovideo" İB == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Karvan (dəqiqləşdirmə)
Karvan Karvan (simfonik lövhə) — Soltan Hacıbəyovun 1945-ci ildə bəstələdiyi simfonik lövhə. Karvan — Yevlax şəhərinin futbol klubu. Karvan (film, 1995) — Qısametrajlı Cizgi Filmi.
Karvan (nəqliyyat)
Konvoy və ya karvan qarşılıqlı dəstək və müdafiə üçün birlikdə səyahət edən bir qrup nəqliyyat vasitəsidir. Onlar adətən motorlu nəqliyyat vasitələri və ya gəmilərdən ibarət olurlar. Konvoy adətən silahlı müdafiə dəstəyi ilə təşkil edilir. O, həm də qeyri-hərbi mənada, məsələn, ucqar ərazilərdən keçərkən də istifadə oluna bilər.
Karvan (qrup)
Karvan — 1984–1993-cü illərdə fəaliyyət göstərmiş Azərbaycan pop musiqi qrupu. == Tarixi == Qrup 1984-cü ildə Sevinc Kərimova tərəfindən Bakıda yaradılmışdır. S. Kərimova qrupun direktoru, eyni zamanda rejissoru idi. O, həm də Azərbaycan Televiziyasında ilk klip çəkən rejissor kimi tanınmışdır. Lakin bir sıra maliyyə və texniki çətinliklərə görə Karvan qrupu dağılır. Həmin vaxtlarda isə Yevgeni Baxtin və Tamilla Ağamiyeva da qrupun üzvləri idilər. Bakı Payızı-88 müsabiqəsindən sonra Karvan qrupu bərpa edilir. Müsabiqədən sonra qrupa yeni üzvlər dəvət edilir — İlqar Xəyal və Firuz İsmayılov. Qrup bərpa olunandan sonra ilk konsertini Türkiyənin İzmir şəhərində uğurla reallaşdırır. Daha sonra Bakıda Lenin Sarayında 5 gün ərzində konsert verir.
Karvan FK
Karvan İK (Karvan İdman Klubu) — 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmiş, UEFA Kubokunda ilk təsnifat mərhələsini keçən Azərbaycan klubudur. == Tarixi == "Karvan" İdman Klubu 11 iyun 2004-cü ildə Yevlax şəhəridə təsis edilmişdir. Yevlax şəhər stadionunda əsaslı yenidənqurma işləri aparılmış, 6000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infastrukturlarla təchiz olunmuşdur. === İlklər === "Karvan"ın Avropa miqyaslı yarışlarında ilk qoluna Yuri Muzıka imza atdıb. Klub futbol ictimaiyyətinin yaddaşında "ilk"ləri ilə də yadda qaldı. Azərbaycanda ilk dəfə olaraq klubun rəsmi internet səhifəsindən milli çempionatın oyunları canlı yayımlanmışdır. UEFA Kubokunda ilk dəfə tur keçən Azərbaycan klubunun daha bir ilki isə komandaya dəvət olunan yeni oyunçuların imza mərasimləridir. XIII Azərbaycan çempionatı ərzində komandamını tanıtmağa yardım edən klub broşürləri, oyun bukletləri, oyunçuların şəkilləri ilə olan illik təqvimlər də ilklərindəndir. == UEFA macərası == Klub XIII Milli Çempionatda üçüncü yeri tutaraq UEFA İntetoto kuboku uğrunda yarışa qatılmış, Polşanın "Lex" klubu ilə qarşılaşmışdır. İntetoto kuboku komandanın hazırlıq planına mane olduğu üçün və eyni zamanda ölkəmizin fubol reytinqinə heç bir təsir göstərmədiyinə görə komanda bu yarışda ikinci heyətlə təmsil olunmuşdur.
Karvan İK

Karvansara (karvan)
Karvanasara — karvanların dayanacaq yeri. Karvansaraylar Asiya, Şimali Afrika və Cənub-Şərqi Avropanı, xüsusilə də İpək Yolu ərazisini əhatə edən ticarət yolları şəbəkəsi üzrə ticarət, məlumat və insanların hərəkətini təmin edən infrastruktur idi. Çox vaxt kənd yerlərində kənd yolları boyunca yerləşən karvansarayların şəhər variantları da tarixən İslam dünyasının bütün şəhərlərində yayılmışdır və tez-tez xanagah, qonaq evi başqa adlar ilə də adlandırılırdı. == Ümumi məlumat == Böyük ipək yolunun magistralı boyunca Azərbaycanın ticarət əhəmiyyətli şəhərlərində və karvan yolları üzərində karvanasaralar mövcud olmuşdur. Karvansaralarda karvanların dayanacaq yeri, mehmanxana tipli istirahət otaqları, minik və yük heyvanları üçün ayrıca yer (tövlə) və axurlar, ticarət mallarının saxlanması üçün anbarlar, müxtəlif dükanlar, yeməkxana və s. olurdu. Karvansaralar həmçinin müxtəlif ticarət əməliyyatlarını kecirilməsi üçün ən sərfəli obyektlər idi. Ona görə də karvansaralar, bir qayda olaraq, şəhərin qızğın ticarət gedən "qaynar nöqtələrində" tikilirdi. Etnoqrafik materiallardan aydın olur ki, iri karvansarlarda onun daimi xidmətçilərindən başqa, çoxlu çarvadar və hamballar da olmuşdur. Orta əsrlərdə və XIX əsrdə Təbriz, Şamaxı, Gəncə, Şuşa, Bakı, Naxçıvan, Ordubad, Marağa, Şəki və digər şəhərlərdə xeyli karvansara tikilmişdi.
Katsuyuki Kavaçi
Katsuyuki Kavaçi (27 aprel 1955, Hiroşima) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Cahid Sidqi Tarançı
Cahid Sidqi Tarançı (türk. Cahit Sıtkı Tarancı) — Türkiyə şairi.