Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aspius aspius
Xəşəm (lat. Aspius aspius) — Xəzər dənizində bir növ və bir yarım növ şəklində mövcuddur. Əsas növ əsasən şimali Xəzərdə yaşayır və çoxalmaq üçün Volqa, Ural və Terek çaylarına girir. Yarım növ isə əsasən Xəzərin cənubunda yayılmışdır. Xəşəm keçici balıqdır, dənizdə yaşayır, cinsi yetişkənliyə çatdıqdan sonra (5–6 yaşında) çoxalmaq üçün oktyabrdan başlayaraq fevrala qədər (bəzən mart-aprelə qədər) əsasən Kür çayına, az miqdarda Qızılağac körfəzinə keçir. Kürü verməsi apreldə, suda temperatur 14 °C olduqda baş verir, kürülərini 0,5–1,5 m dərinlikdə xırda daşlar üzərinə tökür. Hər bir dişi balıq 46,8 mindən 342 min ədədədək kürü verir. Kürüdən çıxmış sürfələr bir müddət çayda qalır. Orada qidalanıb böyüyən balıq körpələri sonra dənizə miqrasiya edərək 30–40 m dərinlikdə yaşayır. Xəşəm yırtıcı balıqdır, artıq 6–9 sm uzunluğa çatmış körpələr başqa balıqların körpələri ilə qidalanır.
Kaspilər
Kaspilər (yun. Κάσπιοι Kaspioi, aram. kspy, erm. կասպք Kasp’k’, fars. کاسپین Kāspiān) — eramızdan əvvəl 1-ci minillikdə Xəzər dənizinin cənubunda və cənub-qərbində məskunlaşmış maldarlıqla məşğul olan tayfalarıdır. İlk dəfə V əsrdə Herodot tərəfindən qeyd edilmişdir. e.ə e. XI və XV məhəllələrdən (satrapiyalardan) olan Əhəmənilərin qolları kimi, saklarla yanaşı yaşayan bir qəbilə. Artıq e.ə. 1-ci əsrdə başqa etnik birləşmələrlə qarışdı.
Kaspiysk
Kaspiysk (rus. Каспийск) — Dağıstan Respublikasında şəhər. Xəzər dənizi ilə Qafqaz sıra dağları arasında yerləşir. Kaspiysk şəhəri eyni adlı rayonun inzibati mərkəzidir. Mahaçqala şəhərindən cənub–şərq istiqamətində 14 km uzaqlıqda yerləşir.
Aspius
Xəşəmlər (lat. Aspius) — Çəkikimilər fəsiləsi daxil olan balınq cinsi. Cinsə daxil olan balıqlar əsasən Şimal dənizi, Baltik dənizi, Qara dəniz, Azov dənizi və Xəzər dənizində yayılmışdır. Əsasəndə böyük və orta ölçülü göllərin açıq sularda yaşayırlar. == Növləri == Xəşəmlərə iki növ daxildir: Adi xəşəm, Aspius aspius (Linnaeus, 1758); Önasiya xəşəmi Aspius vorax Heckel, 1843.
Karies
Karies — dişin sümük toxumasının müxtəlif mikroblar tərəfindən zədələnməsidir. Müxtəif səbəblər nəticəsində baş verir. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. == Yaranma səbəbləri == Ən çox yayılmış səbəblər isə aşağıdakılardır: ağız boşluğunun mikroblarla yüksək dərəcədə çirklənməsi; ağız şirəsi suyunun azalması və tərkibinin dəyişməsi; dişin sümük toxumasının möhkəmliyinin azalması. Karies diş ərpi olan yerdə (dişlərin arasında, diş ilə damaq arasında, diş səthindəki yuvacıqlarda) inkişaf edir. Kariesin səbəblərindən biri də ağız şirəsinin çatışmazlığıdır. Ağız şirəsi qida qalıqlarını yuyur və antiseptik təsir edir (ağız şirəsinin tərkibinə xüsusi antimikrob zülal vardır). Əgər hər hansı bir xəstəlik səbəbindən (immunitetin pozulması, bağırsaq xəstəlikləri) uşağın ağız şirəsinin miqdarı və keyfiyyəti aşağı düşərsə, ağız boşluğundakı kariesli dişlərin miqdarı az bir müddətdən sonra artmış olur. Saqqız çeynənməsi ağız şirəsinin artmasına səbəb olur. Məhz buna görə stomatoloqlar gün ərzində yeməkdən sonra 3-4 dəfə olmaqla 5-7 dəqiqə (bundan artıq məsləhət deyil!) ərzində saqqız çeynəməyi məsləhət görürlər.
Kaspi
Kaspi (şəhər) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. Kaspi bələdiyyəsinin inzibati mərkəzidir. Kaspi bələdiyyəsi — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir. Kaspi (qəzet) — qəzet Kaspi (kurslar) — Bakıda hazırlıq kursları Kaspi vilayəti – Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 1840–1846–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. Kaspilər – Kaspianada yaşamış qədim etnoslardan biridir.
Asparagus caspius
Dərman qulançarı (lat. Asparagus officinalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin qulançar cinsinə aid bitki növü. == Təbii yayılması == Atlantik okeanı hövzəsində və Mərkəzi Avropada, Qafqazda, Qərbi Sibirdə, Orta Asiyada, Afrikada və Asiyada yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 50-150sm-ə çatan çoxillik bitkidir. Gövdəsi düz dayanan, hamar budaqlıdır. Yan budaqları yastılaşmışdır. Əsas yarpaqları pulçuqlara qədər reduksiyaya uğramış yarpaqlar əvəz edir. Onların qoltuqlarında nazik, düz,uzunluğu 1-3 sm olan, 3-6 ədəd oturan filokladodiləri vardır. Bitki ikievlidir. Çiçəkləri yan budaqların qoltuqlarında yerləşir.
Kaspars Kokins
Kaspars Kokins (26 aprel 2000-ci ildə Latviyada anadan olub) — Latviya Yüksək Liqası təmsilçilərindən olan Dauqavpils klubunda hücumçu kimi çıxış edən peşəkar Latviyalı futbolçudur. == Klub karyerası == === Dauqavpils === Kokins Dauqavpils akademiyası vasitəsilə inkişaf etmişdir. Kokins öz peşəkar karyerasında debütünü 13 mart 2016-cı ildə Metta klubuna qarşı oyunda etmişdir. O, 82-ci dəqiqədə Marks Derujinskisi əvəz etmişdir. Həmin görüşdə Dauqavpils liqa görüşündə rəqibinə 2-1 hesabı ilə məğlub olmuşdur. == Karyera statistikası == === Klub === 19 İyul 2017 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Latviya Superkuboku görüşləri daxildir.
Neogobius caspius
Xəzər xulu (lat. Neogobius caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xulkimilər dəstəsinin xullar fəsiləsinin xul cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov olub, quyruğa getdikcə çox nazikləşir. Başının hündürlüyü eninə bərabərdir, başı aşağı əyilmiş şəklindədir, aşağı vəziyyətdə olub, qarın tərəfinin səthi səviyyəsində yerləşir. Ön burun dəlikləri üst dodağa yaxındır. Quyruq üzgəcinin qurtaracağı kəsik şəklindədir. Birinci bel üzgəcində uzunsov ləkə olur. Alnının eni gözünün diametrindən azdır. Daldakı burun dəlikləri gözün ön kənarından uzaqda yerləşir. == Yayılması == Xəzər xulu Azərbaycan sahillərinin şimal hissəsində - Yalama, Xudat, Xaçmaz və Siyəzən rayonlarında yayılmışdır.
Roberto Kasares
Roberto Kasares (14 iyul 1964) — İspaniyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Roberto Kasares İspaniyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Tetraogallus caspius
Xəzər uları (lat. Tetraogallus caspius) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinin ular cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. == Təsviri == Başının üstünün və boynunun lələkləri bozdur, boğazı qabaqdan ağdır. Belinin qalan hissəsi boz olub, pas rənginə çalır. Çalma lələkləri ağ, ucları tünd-qonur rəngdədir. Çinədanı, döşünün ön hissəsi maviyə çalan boz rəngdədir, bədəninin yanları kürən tünd rəngdə olub, uzununa zolaqlıdır. Qanadının üst örtük lələkləri dalğavar pas rənglidir. Dimdiyi mavi rəngə çalır. Ayaqları sarımtıl-narıncı, qüzehcəsi tünd-qəhvəyi rəngdədir.
Crocus caspius
Xəzər zəfəranı (lat. Crocus caspius) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. == Arealı == Transqafqazdan İrana qədər ərazilərdə yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür. Bitki 12-17 sm hündürlükdə; yarpaqlar çiçəklərlə birlikdə görünür. 5-7 ədəddir, bəzən çiçəklərdən hündür, çılpaq xətvari, 1,5-2 mm enində itidir. Çiçəklər ağ, əsnək narıncı, şırımısızdır. Çiçəkyanlığının kənarları uzunsov-ellipsivari, kütdür.
Aspius alburnoides
Adi şəmayı (lat. Alburnus alburnus) — Çəkiyəbənzərlər dəstəsinə, Şəmayılar cinsinə daxil olan növ. == Təsviri == Qarışıq rəngə sahibdir — beli tünd, boz-mavidən zeytuni yaşıla qədər, qarnı və ətrafları gümüşü. Bel və quyruq üzgəcləri tünd, digərləri isə sarı və ya qırmızımtıl olur. 20 sm uzunluğa (ortalama 12–15 sm, ən böyüyü 25 sm) və 60 q çəkiyə sahib olur. Bununla belə 80–100 çəkiyə sahib nümunələrinə də rast gəlinir. Ən sevimli qidası milçək tırtıllarıdır. == Yayılması == Adi şəmayılar Azov, Baltik, Qara, Xəzər (şimal hissəsinə aid hövzədə) və Ağ dəniz (qərb avkatoriyasında) sularında müşahidə edilirlər. == Həyat tərzi == Çaylarda, göllərdə, su anbarlarında və nisbətən duzlu olan çay mənsəblərində yayılırlar. Sürü halında yaşayırlar və əsasən suyun üst hissələrini üstün tuturlar.
Adolfo Bioy Kasares
Adolfo Bioy Kasares (15.9.1914, Buenos-Ayres – 8.3.1999, Buenos-Ayres) — Argentina yazıçısı. == Fəaliyyəti == 1933–34-cü illərdə Buenos-Ayres Universitetində fəlsəfə və filologiyanı öyrənmişdir. Latın Amerikasında psixoloji fantastikanın banisidir. “Morelin kəşfi” (1940) adlı ilk romanında reallıqla axirət dünyası arasındakı antiutopiya ruhlu virtual qarşılıqlı əlaqəni təsvir etmişdir. “Qaçış planı” (1945), “Qəhrəmanların yuxusu” (1954), “Donuzlarla müharibə gündəliyi” (1969), “La-Platada fotoqrafın macəraları” (1985) və s. romanların müəllifidir. “Qəribə əhvalat” (1956), “Böyük serafim” (1967) və s. hekayə topluları var. X.L. Borxeslə birlikdə parodiyalı detektivlər, çoxsaylı antologiyalar yaratmışdır.
Cyrtopodion caspius insularis
Daş ada gekkonu (lat. Cyrtopodion caspius insularis) — Gekkonlar fəsiləsinə aid Xəzər gekkonunun yarımnövü. == Yayılması == Bu yarımnöv ilk dəfə 1978-ci ildə Əhmədov və Şerbak tərəfindən aşkarlanır və tətqiq edilir. Daş Zirə adasında, Abşeron yarımadasından 12 km aralıda yayılmışdır. Böyük ehtimal ki dənizin qalxması nəticəsində əsas növdən ayrılmış və ada şəraitinə uyğunlaşmışdır. Azərbaycanın endemik canlısıdır. Tam tətqiq edilməmişdir. == Ədəbiyyat == Akhmedov, M. I., and N. N. Shcherbak, 1978: Gymnodactylus caspius insularis ssp. n. (Reptilia, Sauria), A new subspecies of Gymnodactylus caspius EICHW. f rom the Vulf Island in the Caspian Sea [in Russian].
Salmo trutta caspius
Xəzər qızılbalığı (lat. Salmo caspius) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinin qızılbalıq cinsinə aid heyvan növü. Nəsli kəsilmək üzrədir, pərakəndə yayılmış yarımnövdür. == Morfoloji əlamətləri == Bədənləri qara bozdur və bədənlərinin ön qisimi və başlarının üstündə olan tünd ləkələr göy rəngə çalan halqalarla sarılmışdır. Yan xəttləri boyunca və alt tərəflərində qırmızı xalları və qəlsəmə qapaqlarının ön tərəfi üzərində bir ləkə və kürək üzgəclərindədə ləkələr vardır. Yüngül girintili bir quyruq üzgəcləri vardır. Kür qızılbalığı qızılbalıqkimilərin ən irisidir. Əvvəllər onun bədəninin uzunluğu 133 sm-ə, kütləsi 51 kq-a çatırdı. İndi isə ovun 86.7%-ni 70-96 sm uzunluğunda fərdlər təşkil edir. == Yayılması == Kür-Terek və Samur çaylarında, habelə Cənubi və Orta Xəzərin əsaən qərb və cənub sahillərinin kiçik çaylarında çoxalır.
Apies çayı
Apies — Cənubi Afrikanın Pretoriya şəhərindən axan bir çaydır. Onun mənbəyi şəhərin cənubunda yerləşir (Erasmus parkının cənubu) və Pienars Çayına tökülənən qədər şimala doğru uzanır. Çay Afrikada Apiesrivier olaraq tanınır ("Apies" in "kiçik meymunlar" mənasına gəlir). Bu, ərazidəki Vervet meymunlarının çoxluğundan irəli gəlir. Ndenble adlı Nguni dilində danışa yerlilərin buranı ilk tanıyan şəxlər olduğu deyilir. Onlar bura yerləşən zaman Aba Taşvane adlandırdığı (göz ardı edilən insanlar) Xoisanlara rast gəlmiş və buraya AbaTaşvanenin yeri mənasına gələn "Taşvane" kimi müraciət etmişdirlər. Həmçinin buranı "meymun"a uyğun gələn "Tşvene" kəliməsi ilə də adlandırırlar. Bununla belə hələ də çay kolonistlərin adlandırdığı kimi Apies olaraq tanınır.
Kaspi (Gürcüstan)
Kaspi ( gürc. კასპი ) — Gürcüstanda şəhər, Kaspi bələdiyyəsinin inzibati mərkəzi, Kartli tarixi-coğrafi bölgəsinin ən qədim yaşayış məskənlərindən biridir. == Coğrafiyası == Kür çayının sol sahilində, Lehura çayının Kürlə birləşdiyi yerdə yerləşir. Kaspi ərazisində Tbilisi-Samtredia xəttində dəmiryolu stansiyası var. Tbilisidən 48 km şimal-qərbdə və Cənubi Osetiya ilə sərhəddən 10 km cənubda yerləşir. Şəhərin adının qədim Albaniya qəbiləsinin Kaspilərin adından irəli gəldiyinə dair bir fikir var . == Tarix == Rəvayətə görə, Kaspi Yafəsin böyük nəvəsinin sərəncamı ilə Uplos Mukhetos oğlu tərəfindən e.ə 24 əsrdə tikildi . Şəhərin ərazisində eramızdan əvvəl V əsrə aid arxeoloji tapıntılar aşkar edilmişdir . 1492-1762-ci illərdə Kartli Krallığının bir hissəsi idi. 1930-cu illərdə Zaqafqaziyada o dövrdə ən böyük sement zavodu qəsəbənin ərazisində qurulmuşdur, bu da onu Gürcüstanın sement sənayesinin mərkəzinə çevirmişdir (sement, şifer istehsalı və s.).
Kaspi (qəzet)
Kaspi (Каспий) – Azərbaycanda nəşr olunan ən qədim qəzetlərdən biridir. Rusiya İmperiyası dövründə — 1881–1918-ci illərdə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı – 1919-cu ildə nəşr edilib. 1990-cı illərin sonunda qəzetin fəaliyyəti yenidən bərpa olunub. Hazırda rus və Azərbaycan dillərində nəşr olunur. == Tarixi == "Kaspi" qəzeti 1881-ci ilin yanvarında Bakıda təsis edilib. 1881-ci ildən 1919-cu ilə qədər qəzetin 10.065 nömrəsi nəşr olunub. İlk 28 nömrə 1881-ci ilin iyuluna qədər həftədə 2 dəfə, sonrakı nömrələr həftədə 3 dəfə olmaqla çap edilib. 1884-cü ilin yanvarından qəzet gündəlik nəşr olunmağa başlayıb. Qəzetin ilk tirajı 420 nüsxə idi. 1887-ci ildə tiraj 1000, 1897-ci ildə isə, qəzetin tirajı 2400 nüsxə olub.
Kaspi (şəhər)
Kaspi ( gürc. კასპი ) — Gürcüstanda şəhər, Kaspi bələdiyyəsinin inzibati mərkəzi, Kartli tarixi-coğrafi bölgəsinin ən qədim yaşayış məskənlərindən biridir. == Coğrafiyası == Kür çayının sol sahilində, Lehura çayının Kürlə birləşdiyi yerdə yerləşir. Kaspi ərazisində Tbilisi-Samtredia xəttində dəmiryolu stansiyası var. Tbilisidən 48 km şimal-qərbdə və Cənubi Osetiya ilə sərhəddən 10 km cənubda yerləşir. Şəhərin adının qədim Albaniya qəbiləsinin Kaspilərin adından irəli gəldiyinə dair bir fikir var . == Tarix == Rəvayətə görə, Kaspi Yafəsin böyük nəvəsinin sərəncamı ilə Uplos Mukhetos oğlu tərəfindən e.ə 24 əsrdə tikildi . Şəhərin ərazisində eramızdan əvvəl V əsrə aid arxeoloji tapıntılar aşkar edilmişdir . 1492-1762-ci illərdə Kartli Krallığının bir hissəsi idi. 1930-cu illərdə Zaqafqaziyada o dövrdə ən böyük sement zavodu qəsəbənin ərazisində qurulmuşdur, bu da onu Gürcüstanın sement sənayesinin mərkəzinə çevirmişdir (sement, şifer istehsalı və s.).
Kaspi Global
Kaspi Global — 2011-ci ildə yaradılan istehsalçı Azərbaycan şirkəti. == Tarixi == Kaspi Global şirkəti 2011-ci ilin mart ayında yaradılıb. Şirkət əsas reklam, televiziya proqramları, film, serial çəkilişləri üzrə ixtisaslaşıb. Qısa müddət ərzində "Son hədd", "Çaqqal nəfəsi", "Aydın" adlı seriallar istehsal edib. Hər üç serialda çalışan yaradıcı heyət, dünyanın müxtəlif ölkərindən dəvət edilmiş peşəkar komandalardan ibarətdir. "Son hədd" serialı Azərbaycan, "Çaqqal nəfəsi" İran, "Aydın" serial isə alman və gürcü kino əməkdaşlarından təşkil edilib. Şirkətdə çəkiliş və istehsal üçün yalnız müasir, yüksək səviyyəli texniki avadanlıqdan istifadə edilir. Çəkilən məhsulların montaj prosesi, qrafika işləri və səs efektləri “Adobe Premiere”, “Avid”, ”Final Cut Pro X”, “3Ds Max”, “Adobe After Effects”, “DaVinci Resolve”, “Pro Tools HD” proqramlarında aparılır. Bundan başqa şirkətin 626 kv/m² və 825kv/m² sahəli studiyalar var. Ayrıca 33 kv/m², 63 kv/m² sahəli pavilyonlar, 6 studiya, 1 xromokey otağı, qrim və kostyum otaqlarıda şirkətin nəzdindədir.
Kaspi andızı
Kaspi bələdiyyəsi
Kaspi bələdiyyəsi (gürc. კასპის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir.
Kaspi qəzeti
Kaspi (Каспий) – Azərbaycanda nəşr olunan ən qədim qəzetlərdən biridir. Rusiya İmperiyası dövründə — 1881–1918-ci illərdə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı – 1919-cu ildə nəşr edilib. 1990-cı illərin sonunda qəzetin fəaliyyəti yenidən bərpa olunub. Hazırda rus və Azərbaycan dillərində nəşr olunur. == Tarixi == "Kaspi" qəzeti 1881-ci ilin yanvarında Bakıda təsis edilib. 1881-ci ildən 1919-cu ilə qədər qəzetin 10.065 nömrəsi nəşr olunub. İlk 28 nömrə 1881-ci ilin iyuluna qədər həftədə 2 dəfə, sonrakı nömrələr həftədə 3 dəfə olmaqla çap edilib. 1884-cü ilin yanvarından qəzet gündəlik nəşr olunmağa başlayıb. Qəzetin ilk tirajı 420 nüsxə idi. 1887-ci ildə tiraj 1000, 1897-ci ildə isə, qəzetin tirajı 2400 nüsxə olub.
Kaspi rayonu
Kaspi bələdiyyəsi (gürc. კასპის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir.