Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karun
Karun — İranın ən şax-budaqlı və yalnız naviqasiya edilə bilən çayı. İran-İraq müharibəsindən sonra naviqasiya üçün istifadə ola bilmir. Əhvaz şəhərinin içməli suyu bu çaydan təmin olunur.
Valun
Valun (rus. валун, ing. boulder, cobble) — cilalanmış iri (girdə) süxur parçası (sal daş), eninə ölçüsü 10 sm və daha çox olur. Buzlaq, delüvial, prolüvial və allüvial mənşəli olur.
Con Kelhun
Con Kelxun (ing. John Caldwell Calhoun, 18 mart 1782[…] – 31 mart 1850[…]) — Amerika Birləşmiş Ştatlarının 7-ci vitse-prezidenti.
Kvantun yarımadası
Kvantun yarımadası (çin. 關東) — Çinin şimal-qərbində yerləşən yarımada. Lyaodun yarımadasının cənub-qərb qutaracağını təşkil edir. == Tarixi == Sin imperiyası dönəmində Lyaonin vilayəti ərazisinə daxil idi. Çin-yapon müharibəsi sonrası yarımada Simonosek müqaviləsinə əsasən Yaponiyaya verilir. Ancaq Fransa, Rusiya və Almaniyanın təzyiqi ilə ərazi yenidən Çinə qaytarılır. 1897-ci ilin dekabr ayında rus hərbi-dəniz qüvvələri Lyayşunkou limanına daxil olur. Bura rəsmi olaraq Port-Artur adlandırılır. 1898-ci ilin martında Rusiya rəsmi olaraq 25 illiyinə. Admiral Yevgeni Alekseev bölgənin komandanı elan edilir.
Arpa Kavun
Sultan Müizəddünya vəl-Din Mahmud Arpa xan (? - ö. 1336) — Elxanilər dövlətinin 10-cu hökmdarı (1335-1336). == Həyatı == Arpa xan, Arıq Buğanın nəslindən olub, ailəsi 1308-ci ildə Elxanilər dövlətinə gəlmişdi. Əbu Səidin ölümündən sonra vəzir Qiyasəddin Məhəmmədin himayəsi altında elxanlığa yiyələnmişdi. O, 5 dekabr 1335-ci ildə Qarabağda taxta çıxmışdı. == Hakimiyyəti == Sultan Əbu Səidin ölüm xəbərini almış Özbək xan yenidən Azərbaycana soxuldu və Kür çayına qədər irəlilədi. Arpa xan, 45 gün qızılordalılarla vaxtaşırı vuruşaraq düşməni ölkədən qovmağa nail oldu. Hakimiyyətə gəldikdən sonra Sultan Satıbəy xatunla evlənmişdi. Əmir Həsənə əmir-i ulus titulu verilmişdi.
Karun xəzinəsi
Karun Xəzinəsi — çoxu e.ə. 560-546-ci illər arasında Lidiya ölkəsini idarə edən Krezin dövrünə aid olan və Uşakın 25 km qərbində və İzmir Avtomobil Yolu üzərində yerləşən Gur qəsəbəsi yaxınlığındakı arxeoloji qazıqlardan 1960-cı illərdə çıxararaq ABŞ-yə qaçırılan və 1993-ci ildə uzun bir hüquqi proses nəticəsində geri alınan əsərlərin toplu adı. Bəzi mənbələrdə Lidiya Xəzinəsi kimi də qeyd olunur. Xəzinənin ələ keçirilən hissəsində təxminən 450 parça var idi. == Əsərlərin xaricə qaçırılması == Lidiya dövrünün ən görkəmli əsərləri sırasında yer alan bu xəzinə 1965-1966-1968-ci illərdə Türkiyədən qaçırılmışdır. İlk qarət 1965-ci ildə Toptəpə arxeoloji qazığında baş verdi. 5 nəfərlik qrup qazılmış tunelin məzar otağına gələrək, burada tapdıqları əsərləri 65,000 Türk lirəsinə satdılar. Daha sonra, 1966-cı ildə, İkiztəpə arxeoloji qazığı 11 nəfər tərəfindən soyuldu və otaq içərisindəki 150 hissə abidə bir müddət saxlanıb, daha sonra 160,000 Türk lirəsinə satılıb. Karun xəzinələrinin üçüncü qarəti 1968-ci ildə Ağtəpə arxeoloji qazığında keçirilib və olan şəkil və abidələr 40,000 Türk lirəsinə satılıb. Xəzinənin bütün oğurlanmış parçaları Nyu-Yorkdakı Metropoliten Muzeyində 1985-ci ildə bir sərgidə jurnalist Özgən Açır tərəfindən görülüb.
Klod Kahen
Klod Kahen (fr. Claude Cahen; 26 fevral 1909[…], VI arondisman, Paris, İl de Frans, Fransa – 18 noyabr 1991[…]) — Fransız şərqşünası. == Həyatı == Klod Kahen 26 fevral 1909-cu ildə Parisdə doğulmuşdu. Yüksək təhsilinə École Normale Supérieuredə başladı; 1931-ci ildə École Nationale des Langues Orientalesin Türkcə-Ərəbcə bölümündən məzun oldu. 1932-ci ildə tarix müəllimliyi imtihanını qazanaraq Amiens, Rouen və Parisdə çalışdı və araşdırma fəaliyətləri ilə məşğul oldu. 1936–1937-ci illərni Türkiyədə keçirdi. 1940-cı ildə "La Syrie du Nord K lZpoque des Croisades" adlı dissertasiyası ilə doktor ünvanını aldı. II Dünya Savaşı müddətində beş il dustaq qaldı. 1945–1959-cu illərdə Strasburq Universitetində, daha sonra da kariyerini tamamladığı Sorbonne Universitetində (1959–1979) dosent vəzifəsində çalışdı. 1973-cü ildən etibarən Académie des Inscriptions et Belles-Lettresin üzvü və Société Asiatiquein başçısı olan Kahen, Légion dHonneur nişanı sahibi idi.
Vahan Mkhitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan Mxitaryan
Vahan Mxitaryan (16 avqust 1996) — Ermənistanlı üzgüçü. Vahan Mxitaryan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Vahan Mxitaryan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 23.50 saniyəlik nəticəsi ilə 47-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Mxitaryan Ölkələrin Paradında Ermənistanın bayraqdarı idi.
Vahan dəhlizi
Vahan dəhlizi (fars. واخان‎) — Əfqanıstanın şimal-şərqindəki, uzun, ensiz ərazi. Dəhliz ölkəni Çinlə həmsərhəd, Pakistanı isə Tacikistandan ayırır. Vahan dəhlizinin şimal hissəsi Pamir dağlarına, cənub -qərb hissəsi Hinduquş dağlarına aiddir. Ərazi Əfqanıstanın Bədəxşan vilayətinin tərkibinə daxildir == Ümumi məlumat == Bu dəhlizin uzunluğu 220 km, eni isə 16–64 km arasında dəyişir. Bu ərazi ölkənin ən hüdür bölgəsi hesab olunur. Orta hündürlük 1700 m-dir. Dəhliz şərqdən Şərqi Türküstan, şimaldan Tacikistanın Dağlıq Bədaxşan Muxtar Vilayəti, cənubdan isə Pakistanın Hayber-Paxtunxva və Hilgit-Baltistan əyaləti ilə həmsərhəddir. Dəhlizin şərqində, Doğu Türküstanla hüdudda Cənub Vahcirdavan aşırımı var (4923 m). Bu aşırım dünyanın ən hündür sınır keçid birimlərindən biri sayılır.
Valun sahəsi
Valun sahəsi (rus. поле валунное, ing. boulder field) — sal daşlarla başdan başa və ya sıx örtülmüş sahə, tərkibində moren valunu, çay, prolüvi və b. Çöküntülər olan süxurların yuyulması, külək vasitəsilə sovrulması və xırda dənəli materialların çıxarılması sayəsində əmələ gəlir.
Kraun efirləri
Kraun efirlər (ingilis sözü crown – korona) – bir-birinin ardınca gələn etilen körpüləri -CH2-CH2- və oksigen atomlarından ibarət olan böyük tsiklik molekullardır (makrotsikllər). Bəzi hallarda O atomlarının bir hissəsi N və S atomları ilə əvəz edilib. Belə molekulların forması taca ("korona"ya) oxşayır ki, onların adı da buradan götürülüb (ingiliscə crown – korona). Kraun efirlərin makroheterotsiklində 11-dən çox atom olur ki, bunlardan ən azı 4-ü heteroatomdur. Kraun efirlərinin nomenklaturası: formula I — 12-kraun-4; (1,4,7,10-tetraoksatsiklododekan) formula II — 1,10-diaza-18-kraun-6; (4,7,13,16-tetraoksa-1,10-diazasikloоktadekan) formula III — 1,7-ditia-15-kraun-5 formula IV — dibenzo-18-kraun-6 formula V — tsikloheksano-15-kraun-5 == Kraun efirlərin xassələri == Formal olaraq bütün kraun efirləri heterotsiklik birləşmələr sinfinə aid etmək olar, lakin bu birləşmələrin qeyri-adi xassələri onların müstəqil sinfə ayrılmasına imkan verdi və bununla əlaqədar olaraq onların adılandırılması üçün xüsusi qaydalar təklif edildi. Addakı "kraun" sözün qarşısındakı rəqəm tsikldə olan atomların sayını, adın sonundakı rəqəm heteroatomların O, N və S sayını göstərir (şəkil 1). Adda tsikldə O atomlarının olması göstərilmir bu başa düşülür (nəzərdə tutulur), əgər tsikldə digər heteroatomlar (oksigendən başqa), məsələn azot yaxud kükürd varsa, onların sayı adın əvvəlinə di-, yaxud tri- söz önlüyü əlavə edilməklə, tsikldəki vəziyyəti rəqəm indeksləri ilə göstərilir, əvvəlcədən tsikldəki bütün atomlar nömrələnir. Kraun efirlərin tərkibində sadə efirlərə xas olan C-O-C fraqmenti olur, həmçinin onların tərkibində amin fraqmenti C-NH-C, yaxud tioefir frqmenti C-S-C ola bilir. == Kraun efirlərin qələvi metal kationları ilə kompleksləri == Bu sinif maddələrin xarakterik xüsusiyyəti tərkibindəki oksigen, azot və kükürdün bölünməmiş elektron cütünün hesabına kompleks əmələ gətirmək qabiliyyətidir. Bu xüsusiyyət kraun efirlərində tsikldə çox sayda heteroatomların olması hesabına dəfələrlə güclüdür.
Uilyam Morton Kahan
Vilyam Morton Kahan (ing. William Morton Kahan; 5 iyun 1933, Toronto) — Kanadalı alim, 1989-cu ildə Türinq mükafatına layiq görülən riyaziyyatçı. == Həyatı == Vilyam Morton Kahan 5 iynu 1933-cü ildə Kanadada (Toronto, Ontario) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim Vilyam Morton Kahan hal-hazırda Kaliforniyanın Berkli Universitetinin riyaziyyat, informatika və elektrotexnika üzrə professoru olan Kahan 1989-cu ildə ədədi analiz sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Vilyam Morton Kahan
Vilyam Morton Kahan (ing. William Morton Kahan; 5 iyun 1933, Toronto) — Kanadalı alim, 1989-cu ildə Türinq mükafatına layiq görülən riyaziyyatçı. == Həyatı == Vilyam Morton Kahan 5 iynu 1933-cü ildə Kanadada (Toronto, Ontario) anadan olmuşdur. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış kanadalı alim Vilyam Morton Kahan hal-hazırda Kaliforniyanın Berkli Universitetinin riyaziyyat, informatika və elektrotexnika üzrə professoru olan Kahan 1989-cu ildə ədədi analiz sahəsinə verdiyi töhfələrə görə Türinq mükafatına layiq görülmüşdür. == Ədəbiyyat == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Vahan (Bizans komandiri)
Vahan (erm. Վահան) — erməniəsilli Bizans hərbi rəhbəri. Onun 636-cı ildə Yərmuq döyüşündən az sonra öldürüldüyü güman edilir. == Həyatı == Emesa qarnizon komandiri olmuş və 602–628-ci illər Bizans–Sasani müharibəsi zamanı hərbi magistr vəzifəsində çalışmış erməniəsilli Vahan Yərmuqda ümumi səhra komandiri idi. Vahan və onun qüvvələrinin bir hissəsi döyüşün özündə məhv olmaqdan qaçmışdır, lakin sonradan Dəməşqə geri çəkilərkən ərəb mobil mühafizəçiləri tərəfindən təqib edilmiş və öldürülmüşdür. Buna baxmayaraq, digər mənbələrdə rüsvay olmuş Vahanın Sinaydakı monastıra təqaüdə çıxa biləcəyi bildirilmişdir. Ərəb mənbələri digər Roma sərkərdələri ilə müqayisədə Vahanın "nəcib və saleh davranışını" vurğulayır. Vahanın və ya onun əsgərlərinin Yərmuqdan əvvəl imperator İrakliyə qarşı üsyan etdiyinə dair iddialar məğlubiyyətin günahını onun üzərinə yıxmaq üçün hazırlanmış qarayaxma olduğu ehtimal edilir.
Qreys Vahu
Qreys Wahu Kenyatta (1907, Keniya – aprel 2007) — Keniyanın ilk prezidenti Jomo Kenyatta'nın ilk həyat yoldaşı idi. Qeydlər göstərir ki, Vahu, daha sonra Johnstone Kamau kimi tanınan Kenyatta ilə 1917 və ya 1919-cu illərdə evləndi. Jomo Kenyatta ilə iki övladı var: Peter Muigai Kenyatta (1922-1979) və Margaret Wambui Kenyatta (1928–2017). Grace Wahu Keniyada 2007-ci ilin aprelində 110 yaşında vəfat etdi.
Katun Dövlət Təbiət Qoruğu
Katun biosfer qoruğu — Rusiyanın dövlət təbiət qoruğu. 2000-ci ilin yanvarından biosfer statusunu almışdır. Qoruq 25 iyun 1991-ci ildə yaradılımış və Mərkəzi Altayın yüksək dağlıq ərazisində yerləşir. Sahəsi — 151 664 hektardır. Qoruğun idarə mərkəzi Ust-Koksa kəndindədir. Kutan və Alyat qoruqlarının ərazisi «Altayın Qızıl Dağları» adı altında UNESCO Ümumdünya irsinə daxil edilmişdir (1998). 2000-ci ildə qoruq UNESCO-un Ümumdünya biosfer ehtiyatları şəbəkəsinin «İnsan və biosfer» proqramına əlavə olunmuşdur. Altay-Sayan milli parkının və qoruqlar assosiasının tərkibə daxildir. == Fiziki-coğrafi xüsusiyyətləri == Katun qoruğu Mərkəzi Altay fiziki-coğrafi vilayətə aiddir. Qoruq özündə Katun silsiləsinin cənub, qismən şimal və Listvyaqa silsiləsini birləşdirir.
Kraun-Prins-Federik adası
Kraun-Prins-Federik adası (ing. Crown Prince Frederik Island) — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Kraun-Prins-Federik adası Butiya körfəzinin cənub-şərqində, Baffin Torpağının qərb hissəsinin cənub sahilinin yaxınlığında yerləşir. Adanın şimal sahili Aqu körfəzinin cənub sahilini təşkil edir. Ada materik Kanadanın Melvil yarımadasını və Baffin Torpaq adasını ayıran Fari və Hekla boğazının qərb girişinin yaxınlığında yerləşir. Adanın sahəsi 401 km²-dir. Sahil xəttinin uzunluğu 108 km-dir.