Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kesar kəsiyi
Sezar kəsiyi (lat. caesarea "hökmdar", "imperator" və lat. sectio "kəsik") hamiləliyi bitirmək üçün tətbiq edilən cərrahi müdaxilə, qarın boşluğuna müdaxilə edilərək, uşaqlığın yarılması ilə dölün azad edilməsi – "doğulması" əməliyyatının adıdır. Adətən tibbi göstəriş əsasında icra edilməsinə baxmayaraq, müasir dövrdə hamilənin arzusu ilə də müdaxilə icra edilir. Firdovsi nin "Şahnamə"sinin qəhrəmanı Rüstəm məhz sezar kəsiyi ilə dünyaya gəlmişdir. == Tarixçəsi == Müdaxilnin adının mənşəyi haqqında üç fərziyə mövcuddur. Pliniy hesab edir ki, sezarların sələflərindən birinin (güman ki, bi Yuli Sezar olmuşdur) bu müdaxilə yolu ilə dünyaya gəldiyindən belə adlandırılmışdır. Roma imperator qanunlarına görə (lat. Lex Caesarea sezar qnunu) ölən hamilə qadının uşağını xilas etmək üçün tətbiq edildiyindən. lat.
Keşan
Keşan — Naxçıvan Muxtar Respublikası Ordubad rayonununda yerləşən arxeoloji abidə. == Haqqında == Ordubad rayonunun Düylün kəndinin şimalında, Düylünçayın sağ sahilində arxeoloji abidə. Yaşayış evləri dördkünc formalıdır. Divarların aşağısı qaya parçaları və çay daşlarından, yuxarısı isə möhrədən inşa olunmuşdur. Bəzi evlərin tikintisində kvadrat formalı çiy kərpiclərdən istifadə edilmişdir. Yaşayış yerinin şimal və cənub tərəfində su kanalı vardır. Onun ətrafında olan ərazilər indi də əkin sahəsi kimi istifadə olunur. Axtarışlar zamanı yaşayış yerinin ərazisindən Orta əsrlərə aid şirli və şirsiz keramika məmulatı aşkar olunmuşdur. Aşkar olunan arxeoloji materiallara əsasən yaşayış yerini 9-18 əsrlərə aid etmək olar. Abidənin cənubunda onunla həmdövr olan qəbiristanlıq vardır.
Kəvar
Kəvar — İranın Fars ostanının şəhərlərindən və Kəvar şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 22,158 nəfər və 4,753 ailədən ibarət idi.
Lesar
Lesar (fr. Monthieux) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. == Coğrafiyası == Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Keşa
Keşa (kimi üsullu Ke$ha; əsl adı: Kesha Rosi Seberti ing. Kesha Rose Sebert, 1 mart 1987, Los-Anceles, Kaliforniya) — ABŞ-lı müğənni və bəstəkar. 2005-ci ildə, on səkkiz yaşındaykən, Dr. Luke'un val və nəşriyyat şirkəti ilə saziş imzalamışdır. O zamandan bəri təsirli bir musiqiçi olmasına baxmayaraq, başqa sənətçilər üçün mahnı sözü yazdı (The Veronicas'ın "This Love" adlı mahnısının sözlərini yazmışdır) və arxa vokallarda yer aldı, 2008-ci ildə Britney Spearsın Circus albomunda olan "Lace and Leather "mahnısında arxa vokalda iştirak edən Kesha, yenə eyni il içində Katy Perrynin siyahı başı mahnısı" I Kissed a Girl "ün video klipində iştirak etmişdir. Kesha'nın atılımı isə 2009-cu ilin əvvəlində Flo Rida'nın təklisi "Right Round" mahnısı ilə birlikdə oldu. Amerikalı rap müğənnisi Flo Rida ilə 2009-cu ildə etdiyi "Right Round" adlı düet, Amerikada bir həftə içində 630.000 dəfə endirilərək, Amerikan musiqi tarixində bir həftə içində rəqəmsal olaraq ən çox endirilən mahnısı oldu.
Ksar
Ksar və ya qsar, cəmdə ksour və ya qsour — ərəb dilindəki qaṣar (قَصَر) (bu sözün özünün latın dilindəki castrum (qala) sözündən törəndiyi düşünülür) sözündən götürülüb, Şimali Afrikada "istehkam tipli yaşayış məskəni və ya kənd" mənasında işlədilən termindir. Bu termin ümumilikdə bərbərlərin istehkam tipli kəndlərinə aid edilir. == Mənşəyi və mənası == Məğrib ərəbcəsində qsar sözünün qarşılığı standard ərəb dilindəki "qala" və ya "saray" mənasını verən qaṣar (قَصَر ) sözünə uyğun gəlir və bu söz müsəlman dünyasının başqa yerlərində də rast gəlinir. Şimali Afrikada Bərbər dilli populyasiyalar tərəfindən ksar termini üçün istifadə olunan orijinal söz ağrem (təkdə) və ya iğerman-dır (cəmdə). Məğrib-də bu termin "istehkam edilmiş kənd" və ya "qala" kimi daha ümumi bir məna daşıyır. == Memarlıq == Məğribdəki ksar ümumilikdə məscid, hamam, soba və dükan kimi kollektiv binalar və digər quruluşlara sahib olan evlərdən ibarətdir. Ksar əsasən Şimali Afrikadakı vahələrdə yaşayan əhali arasında geniş yayılmışdır. Müdafiəni asanlaşdırmaq üçün ksarlar bəzən dağlıq ərazidə yerləşir. Yaşayış evlərinin hamısı əsasən tək bir davamlı divar daxilində yerləşir. Bütün tikililərin tikinti materialı adətən çiy kərpic və ya kəsilmiş daş və çiy kərpicdən ibarətdir.
Kəsr
Kəsr termininin yaranması haqqında müxtəlif fikirlər vardır. Bəzi mənbələr göstərir ki, "kəsr" sözü "sınıq xətt" sözünün sonrakı dəyişdirilmiş formasıdır. Avropada orta əsrlərdə tətbiq olunan "sınıq" termini Əl-Xarəzminin "Hesab" kitabından götürülmüşdür. Bu termin "kəsr" sözü əvəzində işlədilirdi və "qırmaq", "sındırmaq", "parçalamaq" və s. mənaları verən ərəbcə "kəsərə" sözündən alınmışdır. Azərbaycan dilində isə "kəsr" sözü birdən az olduğu kimi fikirləri ifadə edir. Kəsrlər adi və onluq olmaqla iki hissəyə ayırılır. Adi kəsrlər x/y şəklində olur. == Adi kəsrlər == a və b natural ədədlər olarsa, a b {\displaystyle {\frac {a}{b}}} şəklində olan ifadəyə adi kəsr deyilir. a b {\displaystyle {\frac {a}{b}}} =a÷b a<b olduqda a b {\displaystyle {\frac {a}{b}}} kəsrinə düzgün kəsr deyilir.
Beşar vilayəti
Beşar vilayəti — == Ərazisi == Beşar vilayətinin ərazisi 162 200 km2-dır. Beşar vilayətinə 12 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Beşar vilayətinin əhalisi 270 062 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Bəşar (şəhər)
Bəşar (ərəb. بشار‎)‎ — Əlcəzairin qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafiya == Ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 1150 km cənub-qərbdə, Tinduf şəhərindən 852 km şimal-şərqdə və Mərakeşlə sərhəddən 80 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 747 m yüksəklikdə, şəhəri şimal-şərqdən cənub-qərbə keçən Ued-Bəşar çayının sahilində yerləşir. Cəbəl-Bəşarın qayalı qalxması şəhərin cənub-şərqində və şərqində 1206 m hündürlüyə çatır. == Əhali == 2008-ci il məlumatlarına görə əhalinin sayı 165 627 nəfərdir; 1998-ci ilin məlumatlarına görə 134.954 nəfərdir. Bəşar ölkənin qərb hissəsindəki ən böyük şəhərdir. Əhalinin savadlılıq səviyyəsi 86,4%-dir (kişilərin 91,4%-i, qadınların 81,4%-i).
Bəşar vilayəti
Beşar vilayəti — == Ərazisi == Beşar vilayətinin ərazisi 162 200 km2-dır. Beşar vilayətinə 12 rayon daxilidir. == Əhalisi == 2008-ci ilə olan məlumatlara əsasən Beşar vilayətinin əhalisi 270 062 nəfərdir. Əhalinin mütləqi ərəblərdən ibarətdir.
Bəşar Əsəd
Bəşər Əsəd (ərəb. بَشَّار الأسد‎, Bəşşar əl-Əsəd) və ya tam adı ilə Bəşər Hafiz Əsəd (ərəb. بشار حافظ الأسد‎‎‎; Bəşşar Hafiz əl-Əsəd; 11 sentyabr 1965[…], Dəməşq) — 17 iyul 2000-ci ildən Suriya Prezidenti. O eyni zamanda Suriya Silahlı Qüvvələrinin ali baş komandanı, Marşal və Ərəb Sosialist Baas Partiyasının da lideridir. 1971-2000-ci illərdə Suriya Prezidenti olmuş Hafiz Əsədin oğludur. İxtisasca cərrah-oftalmoloqdur. Adının azərbaycancası rəsmi sənədlərdə Bəşşar əl-Əsəd kimi qeyd olunur. == Həyatı == Bəşər Əsəd 1965-ci il sentyabr ayının 11-də Suriyanın paytaxtı Dəməşq şəhərində anadan olub. Ölkənin nüfuzlu Kəlbiyyə qəbiləsindəndir. Atası 29 il ərzində Suriyanı idarə edən sabiq prezident və Baas partiyasının keçmiş sədri Hafiz Əsəddir.
Domokoş Koşar
Domokoş Koşar (mac. Kosáry Domokos; 31 iyul 1913, Banska Ştyavnisa – 15 noyabr 2007, Budapeşt) — 1990-1996-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti vəzifəsində çalışmış macar tarixçisi və yazıçısı. == Fəaliyyəti == Domokoş Selmecbanyada anadan olmuş və İkinci Dünya müharibəsi zamanı Macarıstanın Almaniya ilə əməkdaşlıq etməsinə qarşı çıxmışdır. 1956-cı ildə uğursuz Macarıstan inqilabından sonra kommunist rejiminə qarşı çıxdığı üçün həbs olunmuşdu. Domokoş 1990-cı ildə Macarıstan Elmlər Akademiyasının (MEA) prezidenti seçilmiş və 1993-cü ildə ikinci dəfə üç il müddətinə yenidən seçilmişdir. MEA-da daha yeni, daha demokratik qanunlar həyata keçirtmək üçün səy göstərmişdi. MEA-nı tənzimləyən yeni qanunlar 1994-cü ildə Macarıstan Parlamenti tərəfindən qəbul edilmişdir.Domokoş Koşar 15 noyabr 2007-ci ildə 95 yaşında Budapeşt şəhərində vəfat etmişdir.
Fiskal kəsir
Gökhan Kəsər
Gökhan Kəsər (9 sentyabr 1987, İzmir) — Türk müğənni və aktyor. == Bioqrafiyası == Gökhan Kəsər 9 sentyabr 1987-ci ildə İzmirdə anadan olub. Ailəsi Rizənin Pazar mahalından İzmirdə məskunlaşıb. Mənşəyi Rizənin Çamlıhemşin mahalının Kale kəndinə gedib çıxır.4 yaşında hobbi olaraq başladığı modellik karyerasına çox şey qatdı. O, ilk dəfə çox gənc yaşlarında "Miss & Mr Model 2004" yarışmasında qalib seçilərək "Egey Kralı" adını qazanıb. Daha sonra "Best Model of Turkey 2005" yarışmasında Türkiyə ikincisi seçilərək "Manhunt Turkey" adını qazanaraq Türkiyəni xaricdə təmsil etmək hüququ qazanıb. Nəhayət, 2006-cı ildə Çində keçirilən və 64 ölkədən ən yaxşı modellərin yarışdığı və dünyanın ən yaraşıqlı və xarizmatik kişisinin seçildiyi Manhunt International yarışmasında dünyanın dördüncü və ən fotogen kişisi seçildi. və "Manhunt International 2006 "Manhunt International Mr. Photogenic" titullarına layiq görülmüşdür. ölkəmizə gətirilmişdir.
Kənar London
Kənar London (ing. Outer London) — Böyük Londona daxil olan və Daxili Londonu əhatə edən bir neçə London borosunun ümumiləşdirici adı. Kənar London 1965-ci ildə yaradılmışdır. Statistik məqsədlərə görə, onun sərhədləri zamanla dəyişilmişdir. == Əhalisi == == Sərhədləri == === 1963-cü il London idarəetmə qanunu === 1963-cü ildə qəbul edilmiş London idarəetmə qanununa görə, Kənar Londona Böyük Londonun 1965-ci ilədək London qraflığına daxil olmayan boroları aid edilir. Bunlar aşağıdakılardır: Şimali Vulidc rayonu London qraflığının tərkibinə daxil idi, lakin 1965-ci ildə Kənar London borosu Nyuhemə aid edildi. === Milli Statistika Xidməti === Milli Statistika Xidməti (ONS) Kənar Londonu başqa cür müəyyən edir və bura Qrinviç borosunu daxil edərək, Haringi və Nyuhem borolarını çıxır.. Həmçinin, Avrostat tərəfindən "Statistik məqsədlər üçün inzibati vahidlərin nomenklaturasında" (NUTS) bu təsnifatdan istifadə edilir. ONS-ə görə Kənar Londonun sahəsi 1254 km² təşkil edir, əhalisi isə 2011-ci ildə 4 942 040 nəfər olmuşdur.
Kənar audit
Kənar audit — müstəqil bir audit təşkilatı (auditor) tərəfindən bir təsərrüfat subyekti ilə müqavilə əsasında bir təsərrüfat subyektinin maliyyə hesabatlarının əhəmiyyətli təhriflərdən azad olduğuna dair əsaslı əminlik əldə etmək və bu barədə fikir bildirmək məqsədi ilə aparılan yoxlama auditor hesabatının forması. Xarici audit sənayenin özəlliklərinə əsasən ümumi audit, sığorta təşkilatlarının auditi, bankların auditi və birjaların, büdcədənkənar fondların və investisiya institutlarının auditi kimi bölünür. Xarici audit həm qanunun tələbi, həm də təsərrüfat subyektinin sahiblərinin təşəbbüsü ilə həyata keçirilə bilər. == Haqqında == Kənar audit yoxlaması müəssisələrə maliyyə fəaliyyətinin düzgünlüyü haqqında əminlik verir və kənar auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının və mühasibat uçotunun düzgünlüyünün qiymətləndirilməsi ilə həyata keçirilir. Kənar auditin cəlb olunmasının əsasən iki səbəbi vardır. Bu səbəblər də kənar auditi iki hissəyə ayırır: Dövlət orqanlarının tapşırığı ilə məcburi (icbari) audit; Dövlət orqanları tərəfindən məcburi olmayan auditBir çox hallarda kənar audit yoxlaması dövlət orqanları tərəfindən qanunla tələb olunur. Bu əsasən müəssisələrin vergi öhdəliklərini düzgün yerinə yetirib-yetirmədiklərini müəyyən etmək üçün həyata keçirilir. == Auditorların hesabatı == Xarici auditorların əsas vəzifəsi hesabatlarda təqdim olunan maliyyə məlumatlarının etibarlılığı barədə rəy hazırlamaqdır. Üç növ audit hesabatı mövcuddur: Şübhəsiz ki, müsbətdir — maliyyə hesabatları maliyyə vəziyyətini, əməliyyatların nəticələrini və pul vəsaitlərinin hərəkətlərini sədaqətlə əks etdirir. Kvalifikasiyaları müsbətdir — hesabatlar, müəyyən maddələr istisna olmaqla, maliyyə vəziyyətini, əməliyyat nəticələrini və pul vəsaitlərinin hərəkətini kifayət qədər əks etdirir.
Kənar effekt
Kənar effekt(side effect,побочный эффект, yan etki)-ltproqramın yaratdığı hər hansı vəziyyət dəyişikliyi. Məsələn, fayldan hər hansı kəmiyyəti oxuyan və onun cari vəziyyətinin yerini dəyişdirən altproqram haqqında deyirlər ki, o, kənar effekt yaradır. Yan təsirlər bir proqramın xarici dünya ilə qarşılıqlı əlaqəsi (insanlar, fayl sistemləri, şəbəkələrdə digər kompüterlər) ən ümumi üsuludur. Yan təsirlərin hansı dərəcədə istifadə edildiyi isə proqramlaşdırma paradiqmasına bağlıdır. İmperativ proqramlaşdırma yan təsirlərin tez-tez istifadəsi ilə tanınır. Altproqram eyni parametrlərlə çağrılsa belə, hər çağırışda özünü fərqli apara bilər. Məsələn, Java dilindəki aşağıdakı metod massivin iki elementinin qiymətlərini bir-biriylə əvəzləyir və həm də qlobal t dəyişəninin dəyişməsində kənar effektə malikdir: Kənar effektlər, adətən, arzuolunmazdır, çünki onlar proqramın başqa hissələrində istifadə olunan dəyişənləri "korlayır". Əgər t lokal dəyişən kimi elan olunsa idi, kənar effekt də baş verməzdi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 776 s.
Kəvar şəhristanı
Kəvar şəhristanı— İranın Fars ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Kəvar şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 72,423 nəfər və 15,570 ailədən ibarət idi. Bölgənin əhalisi Qaşqay Türkləri və Farslardan ibarətdir. Qaşqay Türkləri şəhər əhalsinin 50%-ni təşkil etməklə yanaşı bir çox kənddə də yaşayırlar.
Sesar (departament)
Sesar (isp. Departamento del Cesar) — Kolumbiyanın departamentlərindən biri, Karib bölgəsinin şimal hissəsində yerləşir. Sesar departamenti şimalda Quaxira, qərbdə Maqdalena və Bolivar, cənubda Santander, cənubi-şərqdə Şimali Santander və şərqdə Venesuela ilə sərhəddə yerləşir.
Sesar Azpilikueta
Sesar Azpilikueta Tanqo (28 avqust 1989[…])- İspaniyalı futbolçu. Cinah müdafiəçisi kimi çıxış edir.
Sesar Qaviria
César Augusto Gaviria Trujillo (d. 31 mart, 1947) iqtisadçı və Kolumbiyalı siyasətçi. 1990-1994-cü illərdə Kolumbiya prezidenti olmuşdur. 1994-2004-cü illərdə Amerika Dövlətləri Təşkilatı baş katibi, 2005-2009-cu illərdə Kolumbiya Liberal Partıyası sədri olmuşdur. == Həyatı == Pereyrada anadan olan Gaviria ailəsi 30 ildən artıqdır ki, Kolumbiya siyasətində və iqtisadiyyatında mühüm fiqur olub. Sezar Qaviriya 1988-1997-ci illərdə Bancolombia-nın baş direktoru olmuş Xose Narces Qaviriyanın uzaq əmisi oğludur. Xose N. Qaviriya Sezar Qaviriyanı erkən uşaqlıqda Kolumbiya Konqresinə namizəd olmağa təşviq etmişdir. O, ilk dəfə 1974-cü ildə Konqresə seçilib. O, Virgilio Barko hökumətində əvvəlcə maliyyə naziri, sonra isə daxili işlər naziri vəzifələrində çalışıb. Tələbə ikən Qaviriya AFS Mədəniyyətlərarası Proqramları ilə ABŞ-da mübadilə tələbəsi olaraq bir il keçirdi.
Ayşə Keşir
Kesa (geyim)
Kesa — qəhvəyi və ya zəfəranı rəngin şərəfinə adlandırılmış buddist rahib və rahibələrinin paltarıdır.
Onluq kəsr
Onluq kəsr — həqiqi ədədləri ± d m … d 1 d 0 , d − 1 d − 2 … {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0}{,}d_{-1}d_{-2}\ldots } şəklində göstərə bilən, kəsrlərin bir növü olmaqla, bir üsul sayılır. ± {\displaystyle \pm } — kəsr işarəsi: + {\displaystyle +} və ya − {\displaystyle -} , {\displaystyle ,} — onluq vergül, tam və kəsr hissələrinin ayrılmasını təmin edir, d k {\displaystyle d_{k}} — onluq ədədlər. Qeyd edək ki, ədədlərin vergülə qədər olan sırası (yəni vergüldən solda) sonlu sayda, ən azı bir rəqəm, vergüldən sonra isə (yəni vergüldən sağda) isə həm sonlu (xüsusi halda heç olmaya da bilər), həm də ki sonsuz ola bilər.Misallar: 123 , 45 {\displaystyle 123{,}45} (sonlu onluq kəsr) π ədədinin sonsuz onluq kəsrlə ifadəsi : 3,141 5926535897... {\displaystyle 3{,}1415926535897...} Onluq kəsrin qiyməti ± d m … d 1 d 0 , d − 1 d − 2 … {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0},d_{-1}d_{-2}\ldots } onluq ədəd olur, ± ( d m ⋅ 10 m + … + d 1 ⋅ 10 1 + d 0 ⋅ 10 0 + d − 1 ⋅ 10 − 1 + d − 2 ⋅ 10 − 2 + … ) , {\displaystyle \pm \left(d_{m}\cdot 10^{m}+\ldots +d_{1}\cdot 10^{1}+d_{0}\cdot 10^{0}+d_{-1}\cdot 10^{-1}+d_{-2}\cdot 10^{-2}+\ldots \right),} hansı ki sonlu və ya sonsuz sayda olan toplananların cəminə berabərdir. Onluq ədədlərin onluq kəsrlərlə göstərilməsi, tam ədədlərin onluq say sistemində ümumiləşmiş yazılışıdır. Onluq ədədin onluq kəsrlə ifadəsində, vergüldən sonrakı rəqəmlər olmur və beləliklə bu ifadə aşağıdakı kimi göstərilir ± d m … d 1 d 0 , {\displaystyle \pm d_{m}\ldots d_{1}d_{0},} hansı ki həmin ədədin onluq say sistemində yazılışı ilə üst-üstə düşür. == Sonlu və sonsuz onluq kəsrlər == === Sonlu kəsrlər === Vergüldən sonra sonlu sayda rəqəm sayına malik olan onluq kəsr sonlu adlanır. ± a 0 , a 1 a 2 … a n {\displaystyle \pm a_{0}{,}a_{1}a_{2}\ldots a_{n}} tərifə gorə bu kəsr belə bir rəqəm ifadə edir ± ∑ k = 0 n a k ⋅ 10 − k {\displaystyle \pm \sum _{k=0}^{n}a_{k}\cdot 10^{-k}} === Sonsuz kəsrlər === Sonsuz onluq kəsr ± a 0 , a 1 a 2 … {\displaystyle \pm a_{0}{,}a_{1}a_{2}\ldots } tərifə görə, belə bir həqiqi ədədlə ifadə olunur. Sonsuz kəsrlərin yanında sonsuz sayda rəqəmlər olarsa bu sonsuz kəsrdir.məsələn 3,1266389904….. == Dövri onluq kəsrlər == Vergüldən sonra rəqəm sırası hansısa bir yerdən başlayaraq periodik şəkildə təkrarlanan rəqəm qrupuna malik olan, sonsuz onluq kəsrlərə, dövri kəsrlər deyilir.
Umm-Kəsr
Umm-Kəsr (ərəb. أم قصر‎) — İraqın cənubunda, Bəsrə mühafəzəsində, Fars körfəzinə ən yaxın şəhər.1991-ci ildə Körfəz müharibəsində İraqla Küveyt arasında körpü rolunu oynayıb.