Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kaspi
Kaspi (şəhər) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. Kaspi bələdiyyəsinin inzibati mərkəzidir. Kaspi bələdiyyəsi — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir. Kaspi (qəzet) — qəzet Kaspi (kurslar) — Bakıda hazırlıq kursları Kaspi vilayəti – Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 1840–1846–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. Kaspilər – Kaspianada yaşamış qədim etnoslardan biridir.
Kelpi
Kelpi (ing. Kelpie) — Şotlandiyada göllərdə və hovuzlarda yaşayan və formasını dəyişən su ruhuna verilən ad. Adətən at kimi təsvir olunsada, insan şəklini də qəbul edə bilər. == Etimoloqiya == Kelpi sözünün etimologiyası Şotland german dilində qeyri-müəyyən olsa da, Şotland kelt dilindəki calpa ("düyə") ya cailpeach ("sıpanı") sözündən əmələ gəlməsi təxmin olunur. Sözün ilk qeydə alınması Uillyam Kollinsin qəsidəsində, 1759-cu ildən əvvəl təxmin olunur. == Lox Ness == Demək olar ki, hər böyük Şotlandiya sularının kelpi ilə bağlı bir hekayəsi var, lakin ən geniş məlumatlı olan Lox Ness gölüdür. == Bədii təsviri == 2013-cü ilin oktyabrında Folkirkdə yerləşən Fort və Klayd Kanalında heykəltaraş Endi Skott tərəfindən Kelpi atları ucaldılmışdır.
Kəski
Kəski - materialların torna dəzgahında kəsmə ilə emalında tətbiq olunan alətdir. Kəski normal halda üzərində möhkəm və ya hərkətli bərkidilmiş kəsici lövhələr olan tutqacdan ibarətdir. Tutqacın en kəsiyi dördbucaqlı və dairəvi olur. Kəski ən geniş yayılmış metalkəsən alətdir. O metal qatını əsas tilinin köməyi ilə kəsir. Əsas til düz və ya fasonlu ola bilərlər. Veriş həmişə kəsmə hərəkətinə perpendikulyar aparılır. Kəaskilər torna, yonma dəzgahlarında tətbiq olunurlar. ==== Kəsici materialı ==== Kəsici material kimi dəyişiləbilən lövhələrdən istifadə edilir. Bu lövhələr üzərinə örtük çəkilmiş bər xəlitədən, keramikadan, almazdan və ya polikristal bornitriddən hazırlanır.
Amerikanın kəşfi
Amerikanın kəşfi — XV əsrin sonunda Amerika kəşf olunmaqla dünya xəritəsində öz əksini tapır. Bu mərhələ Amerikanın əslində kimlər tərəfindən aşkar olunmasının mübahisəli dövrüdür. Əslində həllini tapmamış bu məsələ hələ də qaranlıq qalmaqdadır. Amerikanın skandinaviyalılar, ispanlar, portuqallar, irlandlar, italyanlar, yaponlar tərəfindən aşkar olunması haqqında müxtəlif versiyalar vardır. Yaponlar Ekvador sahillərində qədim yapon keramikasının tapılmasına əsaslanaraq materikin kəşfinə iddialıdırlar. Əgər deyilənlər doğru olsa belə, bu kəşflər kiçik əraziləri əhatə etdiyindən və dəqiqləşdirilməmiş məlumatlar olduğundan coğrafiya tarixində materikin kəşf olunması X.Kolumbun adı ilə bağlanılır. Hər halda, Amerikanın 985-ci ildə normann dənizçisi Byarnı tərəfindən kəşf olunması haqqında dəqiqləşdirilmiş məlumatlar var. Byarnı 985-ci ildə Qrenlandiyaya üzərkən duman və qüvvətli küləklərin təsirindən götürdüyü istiqamətdən kənara çıxaraq, ilk dəfə Nyufaundlend sahillərinə çatır. O, Amerikanın kəşfində hətta Leyf Eriksonu 18 il qabaqlamışdır. Bu gün Xristofor Kolumbun "Qərbi Hindistan" kimi Amerika qitəsini kəşf etməsi coğrafiya tarixində aşağıdakı kimi səciyyələndirilməkdədir.
Kaspi (Gürcüstan)
Kaspi ( gürc. კასპი ) — Gürcüstanda şəhər, Kaspi bələdiyyəsinin inzibati mərkəzi, Kartli tarixi-coğrafi bölgəsinin ən qədim yaşayış məskənlərindən biridir. == Coğrafiyası == Kür çayının sol sahilində, Lehura çayının Kürlə birləşdiyi yerdə yerləşir. Kaspi ərazisində Tbilisi-Samtredia xəttində dəmiryolu stansiyası var. Tbilisidən 48 km şimal-qərbdə və Cənubi Osetiya ilə sərhəddən 10 km cənubda yerləşir. Şəhərin adının qədim Albaniya qəbiləsinin Kaspilərin adından irəli gəldiyinə dair bir fikir var . == Tarix == Rəvayətə görə, Kaspi Yafəsin böyük nəvəsinin sərəncamı ilə Uplos Mukhetos oğlu tərəfindən e.ə 24 əsrdə tikildi . Şəhərin ərazisində eramızdan əvvəl V əsrə aid arxeoloji tapıntılar aşkar edilmişdir . 1492-1762-ci illərdə Kartli Krallığının bir hissəsi idi. 1930-cu illərdə Zaqafqaziyada o dövrdə ən böyük sement zavodu qəsəbənin ərazisində qurulmuşdur, bu da onu Gürcüstanın sement sənayesinin mərkəzinə çevirmişdir (sement, şifer istehsalı və s.).
Kaspi (qəzet)
Kaspi (qəzet) – Azərbaycanda nəşr olunan ən qədim qəzetlərdən biridir. Rusiya İmperiyası dövründə - 1881-1918-ci illərdə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı – 1919-cu ildə nəşr edilib. 1990-cı illərin sonunda qəzetin fəaliyyəti yenidən bərpa olunub. Hazırda rus və Azərbaycan dillərində nəşr olunur. == Tarixi == “Kaspi” qəzeti 1881-ci ilin yanvarında Bakıda təsis edilib. 1881-ci ildən 1919-cu ilə qədər qəzetin 10.065 nömrəsi nəşr olunub. İlk 28 nömrə 1881-ci ilin iyuluna qədər həftədə 2 dəfə, sonrakı nömrələr həftədə 3 dəfə olmaqla çap edilib. 1884-cü ilin yanvarından qəzet gündəlik nəşr olunmağa başlayıb. Qəzetin ilk tirajı 420 nüsxə idi. 1887-ci ildə tiraj 1000, 1897-ci ildə isə, qəzetin tirajı 2400 nüsxə olub. .
Kaspi (şəhər)

Kaspi Global
Kaspi Global — 2011-ci ildə yaradılan istehsalçı Azərbaycan şirkəti. == Tarixi == Kaspi Global şirkəti 2011-ci ilin mart ayında yaradılıb. Şirkət əsas reklam, televiziya proqramları, film, serial çəkilişləri üzrə ixtisaslaşıb. Qısa müddət ərzində "Son hədd", "Çaqqal nəfəsi", "Aydın" adlı seriallar istehsal edib. Hər üç serialda çalışan yaradıcı heyət, dünyanın müxtəlif ölkərindən dəvət edilmiş peşəkar komandalardan ibarətdir. "Son hədd" serialı Azərbaycan, "Çaqqal nəfəsi" İran, "Aydın" serial isə alman və gürcü kino əməkdaşlarından təşkil edilib. Şirkətdə çəkiliş və istehsal üçün yalnız müasir, yüksək səviyyəli texniki avadanlıqdan istifadə edilir. Çəkilən məhsulların montaj prosesi, qrafika işləri və səs efektləri “Adobe Premiere”, “Avid”, ”Final Cut Pro X”, “3Ds Max”, “Adobe After Effects”, “DaVinci Resolve”, “Pro Tools HD” proqramlarında aparılır. Bundan başqa şirkətin 626 kv/m² və 825kv/m² sahəli studiyalar var. Ayrıca 33 kv/m², 63 kv/m² sahəli pavilyonlar, 6 studiya, 1 xromokey otağı, qrim və kostyum otaqlarıda şirkətin nəzdindədir.
Kaspi andızı
Kaspi bələdiyyəsi
Kaspi bələdiyyəsi (gürc. კასპის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir.
Kaspi qəzeti
Kaspi (qəzet) – Azərbaycanda nəşr olunan ən qədim qəzetlərdən biridir. Rusiya İmperiyası dövründə - 1881-1918-ci illərdə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı – 1919-cu ildə nəşr edilib. 1990-cı illərin sonunda qəzetin fəaliyyəti yenidən bərpa olunub. Hazırda rus və Azərbaycan dillərində nəşr olunur. == Tarixi == “Kaspi” qəzeti 1881-ci ilin yanvarında Bakıda təsis edilib. 1881-ci ildən 1919-cu ilə qədər qəzetin 10.065 nömrəsi nəşr olunub. İlk 28 nömrə 1881-ci ilin iyuluna qədər həftədə 2 dəfə, sonrakı nömrələr həftədə 3 dəfə olmaqla çap edilib. 1884-cü ilin yanvarından qəzet gündəlik nəşr olunmağa başlayıb. Qəzetin ilk tirajı 420 nüsxə idi. 1887-ci ildə tiraj 1000, 1897-ci ildə isə, qəzetin tirajı 2400 nüsxə olub. .
Kaspi rayonu
Kaspi bələdiyyəsi (gürc. კასპის მუნიციპალიტეტი) — Gürcüstan Respublikasının Daxili Kartli mxaresində inzibati-ərazi vahidi. İnzibati mərkəzi Kaspi şəhəridir.
Kaspi vilayəti
Kaspi vilayəti və ya Xəzər vilayəti — Cənubi Qafqazda, Rusiya imperiyası tərkibində, 1840–1846–cı illərdə mövcud olmuş inzibati ərazi vahidi. İnzibati mərkəzi Şamaxı şəhəri idi. Kaspi vilayəti inzibati cəhətdən Şirvan, Qarabağ, Şəki, Talış, Bakı, Quba və Dərbənd qəzalarından ibarət idi. == Kaspi vilayətinin rəisləri == 1841 - 1842 - Aşeberq Nikolay Fyodorov - Kaspi vilayətinin rəisi vəzifəsini ica edən, polkovnik. 1842 - 16 sentyabr 1844 - İvanov Appolon Alekseyeviç - Kaspi vilayətinin rəisi, general mayor. 1844 - 1846 - baron Vrangel Aleksandr Yevstafeviç - Kaspi vilayətinin rəisi, polkovnik., 1845-ci ildən general-mayor. == Mənbə == Исторiя Дербента. Дербентское городское упрощенное общественное управленiе.
Kaspi yarımtipi
Kaspi tipi (Xorasan, Şərq, Xəzər tipi və ya Şərqi-Aralıq dənizi tipi) — Avropoid irqinin növlərindən biri. Daha çox Hind-Aralıq dənizi irqinin, yaxud Hind-İran irqinin yarımtipi hesab edilir. Kaspi yarımtipi Qafqaz Albaniyasında yayılmış antropoloji tiplərdən biridir. Hal-hazırda Cənubi Qafqazda yaşayan xalqlardan azərbaycanlılar, kürdlər, tatlar-müsəlmanlar, saxurlar və bəluclar, Şimali Qafqazda isə qumuqlar antropoloji cəhəddən bu yarımtipdədirlər. == Həmçinin bax == İrq == İstinadlar == == Ədəbiyyat == Алексеев В. П. География человеческих рас // Избранное в 5 т. 2. Антропогеография. М.: «Наука». 2007. ISBN 978-5-02-035544-6.
Kessi Bernall
Kessi Bernall, 6 noyabr 1981-ci ildə anadan olmuşdur. 1999-cu ilin, aprel ayının 20si Kolumbiya məktəbində baş vermiş qətliamda həlak olmuşdur. == Həyatı == Kessi Bernall 1981-ci ilin 6 noyabrında anadan olmuşdur. Kessi, qısa həyatının bir dönəmini narkomaniyaya, cadu və qəddar fantaziyalara ayırmışdı. Kessi Bernall 1999-cu ildə baş vermiş dəhşətli qətliamda həlak olmuşdur. Öldürüldüyü gündən əvvəlki gecə Kessinin yazdığı və növbəti gün rəfiqəsi Amandaya ötürdüyü qeydində yazılıb: "Səmimi qəlbdən mən tamamilə Tanrı üçün yaşamaq istəyirəm. Bu çətin və dəhşətlidir amma buna dəyər." "O "bəli" dedi" kitabı, ailəsi tərəfindən Kessi üçün yazılmışdır. == Ölümü == 1999-cu ildə baş vermiş qətliamda, qatillərdən biri Kessiyə yaxınlaşaraq silahı onun başına dayayır və ona "Tanrıya inanırsan?" sualını verir. Kessi, cavabında "Bəli." demişdi və bundan sonra qatil Kessinin həyatına son qoymuşdu.
Kəsbi Ərəşi
Kəsbi Ərəşi XVIII əsri şair Kəsbi Ərəşi barədə Salman Mümtaz məlumat vermiş, onun XVII əsrdə yaşa­dı­ğını, I Şah Abbas dövrünün (1587-1629) tarixi şəxsiyyətləri Yusif xan və Molla Həsənin dostu olduğunu bildirmişdir. «XI əsri-hicrinin əvvəllərində Şah Ab­bas Kəbir tərəfindən Yusif xan adlı bir zat Şirvan vilayətinə bəylərbəyi təyin olun­muşdu. Yusif xan özü gözəl təbi-şerə malik olduğu kimi, və­ziri Molla Həsən də o vaxtın dərin bilikli, fəsahətli şair­lə­rindən idi. Bu şairdust əmirin əhdində bəzi türkcə və farsca şeirlər söyləyən qüdrətli şairlər də yetişmişdir ki, onlardan da bəhs etmək mənfəətdən xali de­yil­dir.
Kaspi (qəzet, 1881)
Kaspi (qəzet) – Azərbaycanda nəşr olunan ən qədim qəzetlərdən biridir. Rusiya İmperiyası dövründə - 1881-1918-ci illərdə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı – 1919-cu ildə nəşr edilib. 1990-cı illərin sonunda qəzetin fəaliyyəti yenidən bərpa olunub. Hazırda rus və Azərbaycan dillərində nəşr olunur. == Tarixi == “Kaspi” qəzeti 1881-ci ilin yanvarında Bakıda təsis edilib. 1881-ci ildən 1919-cu ilə qədər qəzetin 10.065 nömrəsi nəşr olunub. İlk 28 nömrə 1881-ci ilin iyuluna qədər həftədə 2 dəfə, sonrakı nömrələr həftədə 3 dəfə olmaqla çap edilib. 1884-cü ilin yanvarından qəzet gündəlik nəşr olunmağa başlayıb. Qəzetin ilk tirajı 420 nüsxə idi. 1887-ci ildə tiraj 1000, 1897-ci ildə isə, qəzetin tirajı 2400 nüsxə olub. .
Kaspi (qəzet, 1999)

Kəşfi (Astara, İran)
Kəşfi (fars. كشفي‎) — İranın Gilan ostanının Astara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 131 nəfər yaşayır (27 ailə).
Qravitasiya dalğalarının kəşfi
Qravitasiya dalğalarının kəşfi — 11 fevral 2016-cı ildə LIGO və İtalyanın Piza şəhərindəki Avropa rəsədxanası Virgo-nun qravitasiya dalğalarının kəşfi haqqında açıqlaması. Qeydə alınmış siqnal GW150914 adlandırılmışdır. == Tarix == Qravitasiya dalğaları – bu zaman fəzasında çox rast gəlinən elə zaman fəzasının işıq sürəti ilə geometrik strukturunun vibrasiyasıdır. Bu dalğaların mövcudluğu haqqında ilk fərziyələrin ortaya çıxması Albert Eynşteynin adı ilə bağlıdır. 1916-cı ildə Albert Eynşteyn Ümumi nisbilik nəzəriyyəsi ilə cazibə qüvvəsi deyə bir şeyin olmadığını açıqladı. Cazibə qüvvəsi hesab edilən şeylərin isə əslində kainat-zamanda olan bükülmələr olduğunu iddia etdi. Yəni, Eynşteynə görə biz insanların Yer üzərində gəzə bilməsini təmin edən şey şey, yerin cazibə qüvvəsi deyil, kainatdakı bükülmələrin bizə olan təsiridir. Eynşteynə görə heç bir şey olmayan sahədə düz şəkildə olan kainat, sahəyə hər hansı bir cisim daxil olduğu zaman əyilib-bükülür. Bu əyilmə və bükülmələr nəticəsində cazibə qüvvəsi kainatda mövcud ola bilir. Günəşin bükdüyü kosmosda Yer öz orbitində, Yerin bükdüyü kosmosda isə Ay öz orbitində fırlanmaqdadır.
Qərbi Kaspi Universiteti
Qərbi Kaspi Universiteti — Azərbaycan Respublikasının Bakı şəhərində fəaliyyət göstərən özəl ali təhsil müəssisəsi.. Universitetin təsisçisi Azərbaycanın sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovdur. == Tarixi == Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərbi Kaspi Universitetinin əsası 1991-ci ildə Qərb Universiteti adı ilə qoyulmuşdur. 2017-ci ildən adı dəyişdirilərək Qərbi Kaspi Universiteti olmuşdur. 2021-ci ildə dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən reytinqdə Qərbi Kaspi Universiteti 1240-dək dünya universiteti arasında 601+ yerdə qərarlaşıb. Universitet ən yaxşı nəticəni xüsusilə 5 məqsəd üzrə əldə edib və bu istiqamətlərdə dünyanın ən yaxşı 201–300 universitetindən biri olub. == Tərkibi == === Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi === Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik məktəbi kafedra şəklində 1991-ci ildə "Riyaziyyat və Kompüter texnologiyaları" adı ilə fəaliyyətə başlamışdır. Kafedra öz fəaliyyəti dövründə İnformatika və hesablama texnikası istiqaməti üzrə, İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi və Kompüter mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlamışdır. 2017-ci ildən isə kafedra Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinə çevrilmişdir. === Dizayn və Memarlıq Məktəbi === 2017-ci ildə Qərbi Kaspi Universitetində Dizayn və Memarlıq məktəbi yaradıldı.
Aespa
Aespa (kor. 에스파) — SM Entertainment tərəfindən yaradılmış Cənubi Koreyalı qız qrupu. Qrup dörd üzvdən ibarətdir: Karina, Giselle, Winter və Ningning. == Ad == Qrupun adı Aespa, ingiliscə Avatar və Experience (Avatar X Experience) sözlərinin baş hərflərinin birləşməsi "ae" və "iki tərəf" mənasını daşıyan ingiliscə söz "aspect" sözünün birləşməsindən yaranmışdır, və bu "başqa bir mənliklə tanış olmaq və yeni dünya ilə tanış olmaq" mənasını verir. "MY" sözü avatar aespa-da "ən qiymətli dost" mənasında işlədilən sözdür. Aespa pərəstişkarları aespa-nın ən qiymətli varlıqlar olduqları üçün, rəsmi fan klub adının "MY" olmasına qərar verilmişdir. == Tarixçə == === Çıxışdan öncə === NinqNinq stajyer qrupu SM Rookies-in bir hissəsi idi və 2017-ci ildə televiziya şousu 'Shining Star'-ın mahnısını səsləndirdi. 2019-cu ildə Karina Taemin tərəfindən çıxarılan "Want" mahnısının musiqi videosunda və canlı ifasında yer aldı. === 2020 – günümüz: Debüt və "Savage" === 26 Oktyabrda SM, Red Velvet-in 2014-cü ildəki debutundən sonra ilk dəfə yeni bir qız qrupu çıxaracağını açıqladı. Üzvlər 27 oktyabrdan bəri hər gün ayrıca olaraq açıqlandı və Aespa adının qrup adı olduğu açıqlandı.Şirkət, qrupun 17 noyabr 2020-ci ildə "Black Mamba" mahnısı ilə debut edəcəyini elan etdikdən dərhal sonra dörd üzvü olan bir teaser yayımlandı.
Bespin
Bespin — "Ulduz müharibələri" kainatında uydurma planet. Bespin qalaktikanın ucqar sektorunda yerləşən böyük bir qaz nəhəngidir. Planetin iki peyki var və onun qaz kütləsində yaşayış üçün nazik əlverişli atmosfer təbəqəsi var. Bespinin atmosferində dəbdəbəli meqapolis olan Bulud şəhəri, yanacaqdoldurma məntəqəsi olan Şinuk stansiyası və Uqnorqrad şəhəri yerləşir. Planet bir çox həyat növlərinə ev sahibliyi edir. Bespində üzgüçülük hovuzları nadir bir lüks hesab olunur. Planet ilk dəfə "Yeni ümid" (1977), sonradan isə "İmperiya cavab zərbəsi vurur" (1980) filmində nümayiş olunur. == İstinadlar == == Xarici keçidlər == Bespin — Vukipediya saytında.
Bəsti
Bəsti — Azərbaycan qadın adı. Aşıq Bəsti — XIX əsrin tanınmış qadın aşığı. Bəsti Cəfərova — aktrisa. Azərbaycanın xalq artisti (1998) Bəsti Bağırova – Bəsti Sevdiyeva – xanəndə, əməkdar artist. Bəsti Qasımova — Azərbaycanlı müğənni, AzTV-nin solisti.
Cessi
Cessi (müğənni)
Fespis
Qədim Yunanıstan mədəniyyətinə aid ilk dramaturqlar arasında Esxil və Sofoklla yanaşı Tespisin də adı çəkilir. Tespis Yunanıstanın İkariya adlı yerindən olub, teatr sahəsində bir sıra yeniliklər etmişdir. Aristotel də daxil olmaqla, digər mötəbər yunan qaynaqlarının verdiyi məlumata görə, faciələrdə aktyor kimi bilavasitə çıxış edərək, personaj canlandıran ilk adam Tespis olub. Başqa bir yenilik ondan ibarət idi ki, ilk dəfə onun faciələrindəki aktyorlar teatrı müşayiət edən xor başçısı (korifey) ilə dialoq qurmuşdu. O həmçinin ilk dəfə teratr maskaları, kostyumları və s. ixtira etməklə aktyorun bir neçə rolu ifa etməsinə imkan yaratmışdı. Tespis teatr qastrollarının da yaradıcısı sayılır. O, maska, kostyum və digər teatr avadanlıqlarını da arabada daşıyaraq, başqa yerlərə tamaşa göstərməyə gedirdi. Tespis haqqında başqa bir maraqlı məlumat budur ki, o, eramızdan əvvəl 534-cü il 23 noyabrda dramaturqlar arasında keçirilən yarışda qalib olmuşdu. Həmin müsabiqədə ikincilik Esxilə, üçüncülük isə Sofokla nəsib olmuşdu.
Hepsi
Hepsi - Türkiyə musiqi qrupu. Qrupda 4 ifaçı var. Eren Bakıcı 1984-cü il mayın 18-də İstanbul şəhərində anadan olub. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının "Balet" fakultəsinin məzunu olub.Elə həmin məktəbdə müasir rəqs təhsili alan Eren Bakıcı Atatürk Mədəniyyət Mərkəzi Uşaq və Gənclik Baletinin sərgilədiyi oyunlarda altı il ərzində müxtəlif rollar oynayıb. Londonda Urdang Dans Akademiyasında və Budapeştdə Rəqs məktəbində təhsil alıb. Rəqs nominasiyaları ilə Çində Türkiyəni təmsil edən Eren reklam üçün kiçik jing-lar səsləndirib. Britney Spears və Michael Jackson kimi dünya ulduzları ilə çalışan Selatin Qara ilə bir aylıq "workshop" çalışmasını gerçəkləşdirib. Qrupun ən cazibədar üzvlərindən olan Cemre Kemer 1985-ci il fevralın 17-də İstanbulda dünyaya gəlib. Memar Sinan Gözəl Sənətlər Universitetinin Dövlət Konservatoriyasının Balet fakultəsini bitirib.Adı çəkilən məktəbdə Klas Balet üzrə təhsilini davam etdirən Cemre KEMER Atatürk Mədəniyyət Mərkəzi Uşaq və Gənclik Baletinin təşkil etdiyi tamaşalarda beş il müxtəlif obrazları canlandırıb. Kliplərdə aktyorluq edib.
Karpi
Karpi(it. Carpi, emil.-rom. Chèrp) — İtaliyanın Modena vilayətinin Emilia-Romagna regionunda şəhər. == Coğrafiyası == Neapol körfəzinin əsl incisi olan Kapri, keçmişdə olduğu kimi, indi də İtaliyanın ən məşhur və mötəbər kurort şəhərlərindən hesab edilir. Buna görə də təəccüblü deyil ki, insanlar buraya nəinki istirahət etməyə, həm də dənizin qoynunda olan bu təbiət möcüzəsinə tamaşa etməyə can atırlar. Bundan əlavə, Kapri sözün əsl mənasında, təbiətin bəxş etdiyi unikal müalicəvi resurslara malik əsl kurort şəhəridir. Kapriyə səyahət son zamanlar Rusiya turistlərinin böyük marağına səbəb olmuşdur. Bəzən Kapridə istirahət materikdəki istirahətə nisbətən daha dəbdəbəli və prestijli görünür. Tez-tez Kapri ilə bağlı maraqlı turlara rast gəlinir, məsələn, Kapri ilə yanaşı, İtaliyanın bir neçə şəhərinə ekskursiyalı səyahətlər. Digər kurort şəhərində istirahət etsəniz də, yay günlərinin birində Kapri şəhərinə siz də təşrif buyura bilərsiniz.
Kasnı
Kasnı (lat. Cichorium) — mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Kasnının tərkibində kalsium, maqnesium, fosfor, dəmir, A1, B1, B2, C, E vitaminləri vardır. == Növləri == Cichorium alatum Hochst. & Steud. Cichorium bottae Deflers Cichorium callosum Pomel Cichorium calvum Sch.Bip. ex Asch. Cichorium dubium E.H.L.Krause Cichorium endivia L. Cichorium hybridum Halácsy Cichorium intybus L. Cichorium pumilum Jacq.
Kempir
Kempir — türk və altay mifologiyasında və nağıllarda adı çəkilən nəhəng. Azman, çox böyük varlıq. Mastan (Mıstan, Bıstan) Kempir adlı bir nəhəng insanın topuqlarından qanını əmər və yer altına aparıb məhbus edər sonra da acanda yer. Bəzən ağızından alovlar saçar. Zulman Kempir adlı dişi bir nəhəng də tez-tez nağıllarda xatırlanar. Yalmavuz Kempir isə nəhəng anlayışının fərqli bir adıdır. Qazaxlarda yaşlı çirkin bir qoca qarı şəklindədir. Qazaxlar göy qurşagına Kempirqoşax adı verirlər. Kambar Xan ilə də əlaqəli olma ehtimalı vardır. Göy qurşagına bəzən Kempirqurşaq bəzən də Kambarquşaq adı verilər.