Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Komarno
Komarno (slovak. Komárno, alm. Komorn‎, mac. Komárom) — Slovakiyanın cənub-qərbində, Jitnıy adasında, Dunay çayının sahilində yerləşən şəhər. Nitra bölgəsində yerləşir. Əhalisi 37 min nəfərdir. Şəhər əhalisinin çoxunu macarlar (60,1 %) təşkil edir. == Əhali == 2001-ci ilə əhalinin etnik mənsubiyyəti belə idi: 60,09% di macarlar 34,68% di slovaklar 1,23% di roma 0,98% di çexlər === Əhali sayının dəyişilməsi === mənbə == Partnerské mestá == Blansko, Çexiya Komarom, Macarıstan Kralupy nad Vltavou, Çexiya Lieto, Finlandiya Sebeş, Rumıniya Terezin, Çexiya Weissenfels, Almaniya == Tanınmış Komarnolular == Frans Leqar, burada 1870-ci ildə anadan olmuşdu. Ladislav Postum, burada 1440-cı ildə anadan olmuşdu. Ayvan Raytman, burada 1946-cı ildə anadan olmuşdu.
Kumarin
Kumarin (2H-chromene-2one ya 2H-1-benzopyranon-2) — lactone o-hydroxycinnamic turşusu. == Xüsusiyyətləri == Yeni kəsilmiş otların qoxusunu verən rəngsiz kristallardır; ərimə temperaturu 70 ° C, qaynama temperaturu 291 ° C-dir. Kumarin spirt və efirdə yaxşı, suda zəif həll olur ,4-hidroksillə yüngül turşu xassəsi göstərdiyi üçün, bir qədər qələvi mühitdə həll edilə bilər. == Kimyəvi xassələr == Kumarin benzoldan fərqli olaraq doymamış laktonlar və ya benzoləvəzləyicilərlə daha az reaksiya qabiliyyətinə malikdir. A == Təbiətdə olması == Kumarin glikosidlər şəklində bir çox bitkilərin tərkibində aşkar edilmişdir - onların nümayəndələri arasında Astrov ailə ( gerbera, chamomile, civanperçemi ), eləcə də yonca, bizon, darçını göstərmək olar. == Alınması == Sənayedə coumarin salisilik aldehid və asatik anhidritdən əldə edilir (bax) Perkin reaksiya ). == Tətbiqi == Kumarindən tütün məhsullarının istehsalında və ətir sənayesində istifadə olunur. Törəmələridən (coumarins) boya lazerlərində istifadə olunur. Qalvanika sənayesində də güclü parlayıcı kimi istifadə olunur. Kumarinin bir insana fizioloji təsiri çox zəifdir.
Romario
Romario (29 yanvar 1966[…], Rio-de-Janeyro) — Braziliya futbolçusu. Romario 29 yanvar 1966-cı ildə Braziliyanın Rio de Janeiro şəhərində anadan olub. Romario 23 sentyabr 2009-cu ildə Braziliya Sosialist partiyasına üzv olub. Romarionun partiyaya qəbul olunması mərasimi Rio de Janeiro şəhərində geniş şəkildə keçirilib. Romario müxtəlif vaxtlarda Vasko da Qama, Flamenqo, Fluminense, PSV Eyndhoven, Barselona, Valensiya, ABŞ-nin Mayami və Avstraliyanın Adelade Yunayte klublarının şərəfini qoruyub. Romario Braziliya yığma komandasının heyətində 70 oyunda meydana çıxıb və 55 qola imza atıb. 2007-ci ilin may ayında isə futbolçu karyerası ərzində 1000-ci qola imza atıb. Romario 1994-cü il mundialının ən yaxşı oyunçusu seçilməklə yanaşı həmin ilin ən yaxşı fubolçusu nominasiyasında da qalib gəlmişdi.
Komarov
Komarov — Rus soyadı. Vladimir Komarov — Rusiya botaniki və coğrafiyaşünası. Yevgeni Komarov — Rusiyalı peşəkar kişi BMX velosipedçisi.
Kumari
Kumari və ya Kumari Devi (nepal dilindən tərcümədə "qız" deməkdir) — Nepalda canlı hinduizm tanrısı. Kumari olmaq üçün nevari xalqının Şakya kastasından həddi-büluğa çatmamış qız seçilir. Kumarinin hinduizm tanrısı hesab edilməsinə baxmayaraq, ölkədə hinduistlərlə yanaşı buddistlər də ona sitayiş edir. Nepalda bir neçə Kumari olsa da, onlardan ən əsası Katmanduda yaşayan Krallıq Kumarisidir. Krallıq Kumarisinin seçilməsi xüsusi sərt ritualların keçirilməsini tələb edilir. Bu rituallardan sonra o, şəhərin mərkəzində yerləşən Kumari Qxar sarayına yollanır. Hazırkı Krallıq Kumarisi sayılan Matani Şakya 2008-ci ildə 3 yaşında Kumari seçilmişdir. Kumari - krala tilaka (mərasim zamanı alına qoyulan qırmızı nöqtə) qoya bilən və kralın ona sitayiş etdiyi yeganə şəxsdir. Bu ildə bir dəfə Kumadricatra bayramı zamanı baş verir. Bu gündə kral məbədə pucini yerinə yetirmək (hinduizm ritualıdır) üçün baş çəkir.
Tomari
Tomari (rus. Томари) və ya köhnə adıyla Tomarioru (yap. 泊居) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Domari
Domari dili — Yaxın Şərq və Şimali Afrikaya səpələnmiş domların ana dili. Hind-Avropa dillərinin hind-ari qoluna aiddir. Dilin ədəbi forması və dialektləri yoxdur. Yazı üçün ərəb qrafikasından istifadə olunur. Bu dilin Azərbaycan qədər şimalda və mərkəzi Sudan, Türkiyə, İran, İraq, Fələstin, İsrail, İordaniya, Misir, Liviya, Tunis, Əlcəzair, Mərakeş, Suriya və Livanda qədər cənubda danışıldığı bildirilir. Səs dəyişikliklərinin sistemliliyinə əsaslanaraq, kifayət qədər əminliklə məlum olur ki, domari və romani adları hind-ari "dom" sözündən gəlir. Bununla belə, domari və qaraçı dilləri eyni əcdad idiomdan yaranmamışdır. Domari "Orta Şərq qaraçı dili", "çingənə dili", "luti dili" və ya "mehtar dili" kimi də tanınır. Standart yazılı forması yoxdur. Ərəb dünyasında bəzən ərəb qrafikası ilə yazılır, çoxlu ərəbcə və farsca alınma sözlərindən istifadə olunur.
Komar
Yuxarı Komar (Culfa)
Komik
Komediyaçı — insanları mimika, hərəkətlərlə və danışıqla güldürən şəxslərdir. O bunu müxtəlif zarafatlarla, komik hallar və "axmaqlıqlarla" əldə edir. Buna oxşar olan yumorist anlayışı da mövcuddur. İkincisi daha çox ədəbiyyat janrına və yumoristik esselərə aid eidlir. Komediyaçı isə bundan fərqli olaraq kino janrına, filmlərə, televiziyaya və dramaturgiyaya aiddir.
Kira Kosarin
Kira Nikol Kosarin (7 oktyabr 1997, Morristaun[d], Nyu-Cersi, ABŞ) amerikalı aktrisa və musiqiçi. Ən məşhur rolu Nickelodeon kanalında gedən İldırımadamlar teleserialında Fibi olmuşdur. 10 Aprel, 2019 tarixində , "Markasız" (ing Off Brand) adlı ilk albomunu çıxardı. == Erkən həyatı == Kosarin gənc yaşlarında rəqs və gimnastika ilə məşğul olurdu. O, Boka Ballet Teatrında ballet dərsəri ilə məşğul olur, orta məktəb təhsilini isə Floridada yerləşən Payn Krest Məktəbində alırdı. Anası aktrisa, atası isə bəstəkar, dirijor olaraq çalışırdı ki, bu da Kosarini aktrisa olmağa ruhlandırdı. Aktrisalıq dərslərinə yazıldıqdan sonra, 2011-ci ildə öz karyerasını davam etdirmək üçün Kaliforniya ştatına köçür və orada Disneydən "Silkələ" teleserialı üçün dəvət alır. == Karyerası == === Aktrisalıq === Kosarin ilk aktrisalıq addımına Disney kanalında gedən "Silkələ" teleserialında oynamaqla başlayır. Məşhurluğu artdıqdan sonra, 2013-cü ildə Nickelodeon kanalından "İldırımadamlar" teleserialı üçün dəvət alır və bu teleserialda daha da məşhurlaşır. 2015-ci ildə, Nickelodeon kanalında keçirilən Kids' Choice Award Mükafatlandırımasında "Ən sevimli aktyor" mükafatına namizəd göstərilir lakin sonradan mükafat Laura Maranoya gedir.
Komarov ardıcı
Komarov ardıcı (lat. Juniperus komarovii) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Komarov birəotu
Komarov birəotu - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu - NT == Qısa morfoloji təsviri == Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.
Komarov hafı
Komarov hafı (lat. Rethera komarovi) — pulcuqqanadlılar dəstəsinin haflar fəsiləsinə aid növ. Nadir növdür. == Təsviri == Qanadları açıq halda 70-75 mm-dir. Ön qanadları yaşıl olub, üzərindən krem rəngli köndələn xətt keçir, kənarı zeytuni-yaşılıdır. Arxa qanadları sarı, kənarı qonurdur. == Yayılması == Kiçik Asiya, Türkiyə, Şimali İran, Əfqanıstan, Türkmənistan, Cənubi Qafqaz, Azərbaycanda isə Araz çayı vadisi, Talış (Zuvand Dövlət Təbiət Yasaqlığı), Şamaxı (Pirqulu). == Həyat tərzi == Friqanoid bitki olan traqakantın yayıldığı quru dağ çölləri kəpənəyin yaşayış sahələridir. Kəpənəklər mayın sonu – iyunun əvvəllərində uçur, ildə bir nəsil verir. Gündüzlər sığınacaqlarda gizlənir.
Komarov itburnu
Komarov itburnusu
Komarov itburnusu (lat. Rosa komarovii) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. == Ümumi yayılması == Rusiyada (Dağıstan) təbii halda rast gəlinir. == Azərbaycanda yayılması == Quba-Qusar (Laza kəndi), İsmayıllı (Balahəmzə, Kəlfərəc k.) və Füzuli rayonu ərazilərində rast gəlinir. == Statusu == Azərbaycanın nadir bitkisidir. NT. == Bitdiyi yer == Orta dağ və yuxarı dağ qurşaqlarında daşlı qayalı yamaclarda, meşənin açıq quru yerlərində çəmənliklərdə yayılmışdır. == Təbii ehtiyatı == Azərbaycanda dar bir arealda yayılmışdır. == Bioloji xüsusiyyətləri == Təbiətdə 0,6-0,8 m hündürlüyü olan koldur. Birillik budaqlar tünd-qırmızı rəngdə, çılpaqdır. Qopartikan 1 mm-ə qədər uzunluqda və bir qədər arxaya doğru əyilməklə, qaidəsi nisbətən enliləşmişdir.
Komarov moruğu
Komarov qarağatı
Komarov qarağatı (lat. Ribes komarovii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Komarov xanımotu
Komarov xanımotu (lat. Atropa komarovii) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
Komarov öküzboğanı
Komarov öküzboğanı (lat. Bupleurum komarovianum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Komarov şaqqıldağı
Komarov şaqqıldağı (lat. Colutea komarovii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin şaqqıldaq cinsinə aid bitki növü. == Təbii yayılması == Azərbaycanda dar bir arealda yayılmışdır. == Botaniki təsviri == Daşlı-qayalı dağ yamaclarında rast gəlinir. Boyu 1,5 metr olan tikanvarı budaqcıqları olan koldur. Budaqlarının qabığı hamardır, budaqcıqları tikanvarıdır. Yarpaqları 1, bəzən də 2 cütdür. Yarpaqcıqları dəyirmi və ya yumurtavarı dəyirmidir, küt ucludur, uzunluğu 4-5, eni 3-4 mm-dir, qalıntəhərdir, incə qırışlıdır, seyrək, sıx tüklüdür. Kasacığı zəngvarı, dişicikləri itidir. Yarpaqcıqları 2 cütdür.
Komarov şorgiləsi
Komarov şorgiləsi (lat. Nitraria komarovii) — şorgiləkimilər fəsiləsinin şorgilə cinsinə aid bitki növü. == Təbii yayılması == Qafqaz, Rusiya (Aşağı Volqa), Qazaxıstan, Türkmənistan, Avstraliya, Mərkəzi Asiya, Afrika, Ərəbistan və Fələstində yayılmışdır. == Botaniki təsviri == 1-1,4 m hündürlükdə, yarpağını tökən koldur. Yarpaqları növbəli, sadə, ətlidir. Çiçəkləri sarımtıl və ya ağdır, qısa ayaqlarda, yumşaq, qoltuq qıvrımlarda yerləşir. May ayında çiçəkləyir, meyvəsi avqustda yetişir. Meyvəsi giləmeyvə, sulu, oval çəyirdəkdir. == Ekologiyası == İşıqsevən bitkidir. Şorgilə növləri qumluqların təbii bərkidiciləri kimi istifadə edilə bilər.
Komorin burnu
Komorin burnu (tam. கன்னியாகு) Kanniyakumari, Kumari (tam. கன்னியாகுமரி, ing. Cape Comorin) — Hindustan yarımadasının cənub qutaracağında yerləşən daşlı burun. Burun Qərbi və Şərqi Qat dağlarınınbutaracağı olmaqla yanaşı Ərəbistan dənizi, Benqal körfəzi və Hind okeanının qovuşduğu yerdir. Komorin burnu Hindistanın tarixi Malabar və Koromandel sahilləreini əhatə edir. Burunun şimal hissəsində kanyakumari şəhəri yerləşir. Komorin yaxınlığında adada zəvvarlar arasında məşhiur olan Vivekanandanın məqbərəsi vardır. belə ehtimal edilir ki, əfsanəvi Lemuriya Komorin burnundan cənubda yerləşir. Hindistanın materik ərazisinin ən ucqar cənub nöqtəsi olsa da, ölkənin ən ucqar cənub nöqtəsi İndira burnudur.
Somatik hüceyrə
Somatik hüceyrə — bir hüceyrə (qədim yunan σῶμα somasından, yəni "bədən" mənasını verir) cinsiyyət hüceyrəsi, qametosit və ya fərqlənməmiş kök hüceyrə xaricində çoxhüceyrəli bir orqanizmin bədənini meydana gətirən hər hansı bir bioloji hüceyrədir . Bir orqanizm cisminin tərkibində iştirak edən və ikili bölünmə və mitotik bölünmə prosesində bölünən hüceyrə somatik hüceyrə adlanır. Bunun əksinə olaraq, qametlər cinsi çoxalma zamanı birləşən hüceyrələrdir, cücərmə hüceyrələri qametləri əmələ gətirən hüceyrələrdir və kök hüceyrələr mitoz yolu ilə bölünərək müxtəlif ixtisaslaşmış hüceyrə tiplərinə ayrılan hüceyrələrdir. Məsələn, məməlilərdə somatik hüceyrələr bütün daxili orqanları, dəri, sümüklər, qan və birləşdirici toxuma təşkil edirsə, məməlilərin cücərmə hüceyrələri sperma və yumurta əmələ gətirir, bu da mayalanma zamanı birləşərək ziqota adlı bir hüceyrə əmələ gətirir və fərqləndirir. İnsan bədənində təxminən 220 növ somatik hüceyrə var. Nəzəri olaraq bu hüceyrələr cinsi hüceyrələr deyil. Mutasiyalarını hüceyrə nəsillərinə (varsa) ötürürlər, ancaq orqanizmin nəsillərinə deyil. Bununla birlikdə, süngərlərdə fərqlənməmiş somatik hüceyrələr cücərmə xəttini meydana gətirir və Knidariyada fərqli somatik hüceyrələr cücərmə xəttinin mənbəyidir. Mitotik hüceyrə bölgüsü yalnız diploid somatik hüceyrələrdə müşahidə olunur. Cinsiyyət hüceyrələri kimi yalnız bir neçə hüceyrə çoxalmada iştirak edir.
Vladimir Komarov
Vladimir Leontyeviç Komarov (rus. Влади́мир Лео́нтьевич Комаро́в; 1 (13) oktyabr 1869, Sankt-Peterburq – 5 dekabr 1945[…], Moskva) — Rusiya botaniki və coğrafiyaşünası. Akademik Vladimir Leontyeviç Koma­rov 13 oktyabr 1869-cu ildə Peterburqda (in­diki Sankt-Peterburq) hərbçi ailəsində anadan olmuşdur. Peterburq Universite­tinin Fizika-riyaziyyat fakültəsinin Təbiət tarixi bölməsini bitirmişdir (1894). V.L.Komarov botanika ixtisası üzrə ma­gistr (1902), elmlər doktorluğu elmi də­rə­­cəsini (1911) almış, Peterburq Universiteti və başqa ali məktəblərdə tədris işi aparmışdır (1903-1906). Rusiya Elmlər Akademiyasının müxbir üzvü (1914), həqi­qi üzvü (1920), vitse-prezidenti (1930-1936), SSRİ Elmlər Akademiyasının prezi­denti (1936-1945) seçilmişdir. V.L.Komarov botanika elminin sistematika, floristika, filogeniya, bit­ki coğra­fiyası və s. sahələrində bir çox elmi yeniliklər etmişdir. Asiya qitə­sinin bütün­lüklə Rusiya hissəsi, Monqolustan və Çinin bitkiliyini, sistematik tərkibini ətraflı öyrənmişdir. Uzaq Şərqin bir çox vilayətlərindən başqa, Sayana və Baykalətrafını, daha sonra bütün Sibiri və Yakutiyanın geniş ərazilərini xarakterizə etmişdir.
Yevgeni Komarov
Yevgeni Komarov (8 noyabr 1988) — Rusiyalı peşəkar kişi BMX velosipedçisi. Yevgeni Komarov Rusiyanı beynəlxalq yarışlarda təmsil edir. Yevgeni Komarov 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.894 saniyəlik nəticəsi ilə 51-ci yeri tutdu.