Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hoplit
Hoplit (yun. ὁπλίτης - "oplon") — eramızdan əvvəl 8-ci əsrdə Qədim Yunanıstanda meydana çıxan ağır piyada sinfinin döyüşçülərinə verilən addır. Hoplitlər elit və zirehli Yunan nizə piyadalarıdır. O, nizə piyadaları ilə eyni üstünlüklərə və çatışmazlıqlara malikdir, lakin daha güclü müdafiə qabiliyyətinə malikdir. Bununla belə, zirehlərinə və tutmalı olduqları mövqeyə görə, döyüş zamanı Nizəçilər ilə müqayisədə daha yavaş hərəkət edirlər. Falanks qaydasında (konvergent nizam) döyüşmək üçün silahlanmış Hoplitlər dizliklər, döş nişanları və dəbilqələr taxırdılar. Hər üç zireh bir və ya iki qat camış dərisindən və ya tuncdan hazırlanmışdı. Hoplitlər çiyinlərinə asılmış enli, dairəvi qalxan, uzun tunc sivri nizə (3,5-4 metr) və çiynindən asılmış tunc qılıncla silahlanmışlar. Daha sonra dərini at sidiyi ilə bərkitmə texnikası tətbiq olundu. Hoplitin silah komplektinə böyük dörtkünc qalxan, qılınc, dəbilqə və zireh daxil idi.
Koesit
Koesit (kousit) - mineral, SiO2. Monoklinik. Kristalları prizmatik, lövhəvari. İkiləşmə {100} və {021} üzrə. Ayrılması iki müstəvi üzrə. Dənələri qeyri-düzgün formalı. Rəngsiz. Sərtliyi 7,5. Xüsusi çəkisi 2,93. Yüksək temperatur (500-600 0C) və təzyiq şəraitində əmələ gəlir.
Kuprit
Kuprit – Cu2O - Kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn == Xassələri == Rəng – müxtəlif çalarlı qırmızıdan göyümtül-qurğuşunu - bozadək; Mineralın cizgisinin rəngi – qəhvəyi-qırmızı, qırmızı; Parıltı – almaz, yarımmetal parıltısından tutqun parıltıyadək; Şəffaflıq – nazik qırıntıları yarımşəffafdır, şəffaf kristalları nadir tapılır; Sıxlıq – 5,85-6,15; Sərtlik – 3,5-4; Kövrəkdir; Ayrılma – {111} üzrə aydın; Sınıqlar – qeyri-düzgün, qabıqlı; Morfologiya – kristallar: oktaedrik, rombododekaedrik, heksaedrik; Mineral aqreqatları: sıx, dənəvər, torpaqvari, tükşəkilli (xalkotrixit) əmələgəlmələr, püruzlar, bəzən druzalar. == Mənşəyi və yayılması == Ekzogen mənşəlidir. Mis sulfidlərinin aşınma məhsulu kimi filiz yataqlarının oksidləşmə zonası və xüsusilə sementləşmə zonası üçün səciyyəvidir. Mineralın tapıntıları bəzi çökmə süxurlarda – əhəngdaşlarında, dolomitlərdə və b. qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: sərbəst mis, malaxit, azurit, xalkozin, xalkantit, broşantit və b. Mineralın tapıldığı yerlər: Şessi (Fransa); Qumeşev, Turyin, Mednorudyanski (Rusiya); Cezkazqan (Qazaxıstan); Sumeb (Namibiya); Çukikamata (Çili); Bisbi (ABŞ). Azərbaycanda Katsdağ, Filizçay, Cixix-Saqator, Gədəbəy, Ağdərə yataqlarında, Çıraqdərə-Toğanalı filiz sahəsi obyektlərində, Balaca - və Böyük Qoşqaçay hövzələrində və b. qeyd edilir.
Hötit
Hetit — rombik sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Xassələri == Rəng – kristallarda qırmızımtıl-qonurdan qarayadək, incə - və xırdadənəli aqreqatlarda – sarı, sarımtıl-qonur, qonur; Mineralın cizgisinin rəngi – qonurdan narıncı - sarıyadək; Parıltı – kristallarda almaz, yarımmetal, sarımtıl və qırmızımtıl rəngli kütlələrdə – tutqun; Şəffaflıq – qeyri-şəffaf, nazik təbəqələri işıq keçirir; Sıxlıq– hetitin– 4,3, hidrohetitin –3,8-4,2; Sərtlik – 5,0-5,5; Kövrəkdir; Ayrılma– {010} üzrə mükəmməl, {100} üzrə – orta; Sınıqlar – qeyri-hamar, pilləli, qabıqvari; Morfologiya – kristallar: iynə - və sütunvari; İkiləşmə: nadir hallarda dirsəkvari ikiləşmə rast gəlir; Mineral aqreqatları: axın formalı, sıx, məsaməli, böyrək- və torpaqvari kütlələr, stalaktitlər, sferolitlər, oolitlər, konkresiyalar, qabıqlar, ensiz haşiyələr, psevdomorfozalar, bəzən jeodalar; hötit, hidrohötit, lepidokrokit, hidrolepidokrokit, hidrohematitin, gil minerallarının, silisium oksidinin, habelə Al, Mn və b. hidroksidlərinin təbiətdə geniş yayılmış gizlikristallik qarışığı olan limonitin (qonur dəmir filizinin) mühüm tərkib hissələridir. == Mənşəyi və yayılması == Ekzogen şəraitdə əmələ gəlir. Dəmir minerallarının – siderit, pirit, maqnetit, dəmirli silikatların və b. aşınma məhsulu olub, ultraəsası süxurların, dəmirli kvarsitlərin və s. aşınma qabıqlarında müşahidə olunur. Limonitlər sulfid yataqlarının oksidləşmə zonalarının tipik əmələgəlmələridir; onlar əsasən yataqların üst hissələrində d ə m i r p a p a q l a r əmələ gətirir. Hötitin çökmə əmələgəlmələri dəniz və göl hövzələrinin sahilyanı zolağında kimyəvi yolla çökür.
Kolit
Kolit (yun. κῶλον (kolon) + ίτις (itis) ; azərb. Yaralı kolit xəstəliyi‎) — kolit xəstəliyi yoğun bağırsağın iltihabi və xroniki xəstəliyi. Bu zaman bağırsaqda çoxsaylı yaralar əmələ gəlir, bağırsağın selikli qişası zədələnir, şişkinləşir, damar şəbəkəsi pozulur, nəticədə hətta qansızmalar yarana bilir. Yaralı kolit xəstəliyi hər yaşda rast gəlinməsinə baxmayaraq, sıxlıqla 16-40 yaş arasında görülür. Xəstəliyin yaranma səbəbi dəqiq bilinmir. Güman olunur ki irsi amil, immunitetin pozulması (bədəndə gedən autoimmun reaksiyalar), bəzi zərərli qidalar, bakteriya və viruslar xəstəliyin yaranmasında mühüm rol oynayır. == Xəstəliyin əlamətləri == Qanlı ishal selikli-çirkli-qanlı nəcis ifrazı defekasiyanın ağrılı olması qarında sancılar çəki azlığı və tempratur Xəstəliyin kəskinləşmə və sakitlik dövrləri var. Kəskinləşmə dövründə insanda halsızlıq, oynaq ağrıları, ağızda yaralar meydana gələ bilər. Xəstəliyin diaqnostikası kolonoskopiya müayinəsinə əsasən aparılır.İlkin diaqnostika zamanı bağırsağın digər iltihabi xəstəliyi olan Kron xəstəliyini inkar etmək üçün patohistoloji müayinə aparılmalıdır.
Ortit
Ortit — mineral, (Ce, Ca)2(Fe2+, Fe3+, Mg)Al2 [OïOHïSiO4ïSi2O7] Ortit - monoklinik. Kristalları prizmatik, lövhəcikvari. Aqreqat dənəvər qeyri-düzgün ayrılmalar. Rəngi qonur, qara. Parıltısı qatranı. Sərtliyi 6-dək. Xüsusi çəkisi 3,2-4. Radioaktivdir. Qranitlərdə, qranitli peqmatitlərdə, bəzən qələvi peqmatitlərdə; hidrotermal, qreyzen və başqa yataqlarda məlumdur. Növ müxtəlifliyi: naqatelit, ittriumlu ortit Qurğuşun üsulu ilə mütləq yaşın təyinində istifadə edilir.
Optik
Optika (q.yun. ὀπτική "görünənlər haqında elm") — işığın yaranma mexanizmini, təbiətini, onun yayılma və maddə ilə qarşılıqlı təsir qanunlarını öyrənən fizika bölməsi. İşıq dedikdə dalğa uzunluğu 0,01÷105 nm aralığında yerləşən elektromaqnit dalğaları başa düşülür. Dalğa uzunluqları 400÷760 nm intervalında yerləşən elektromaqnit dalğaları gözə görmə təsiri göstərir və bu səbəbdən görünən işıq adlanır. Optikanı şərti olaraq aşağıdakı bölmələrə ayırmaq olar: Həndəsi optika Dalğa optikası Molekulyar optika Kvant optikası Bir çox hallarda optikanın həndəsi optikadan başqa qalan bölmələrini birlikdə fiziki optika adlandırırlar. Optika elmi astronomiya, müxtəlif mühəndislik sahələri, fotoqrafiya və tibb (oftalmologiya və xüsusən də fizioloji optika adlanan optometriya) daxil olmaqla bir çox fənlərlə əlaqəli şəkildə öyrənilir. Optikanın praktiki tətbiqləri müxtəlif texnologiyalarda və gündəlik əşyalarda, o cümlədən güzgülər, linzalar, teleskoplar, mikroskoplar, lazerlər və lifli optikada mövcuddur. Klassik optika iki əsas budağa ayrılır: həndəsi optika və dalğa optikası. Həndəsi optikada işığa şüa kimi, dalğa optikasında isə elektromaqnit dalğası kimi baxılır. Şüa dedikdə işıq enerjisinin yayılma istiqamətini müəyyən edən xətt başa düşülür.
Aleksey Kopnin
Bora Kostiç
Borivoye "Bora" Kostiç (serb-kiril. Бopивoje Kocтић; 14 iyun 1930, Obrenovaç, Belqrad dairəsi – 10 yanvar 2011, Belqrad) ― keçmiş Serbiya futbolçusu. Adətən sol cinah hücumçusu mövqeyində oynamış və məhsuldarlığı ilə seçilən Kostiç öz nəsil futbolçuları arasında ən yaxşılarından biri hesab olunur. O, daha çox güclü zərbə və cərimə zərbələrinin uğurla yerinə yetirməsi ilə məşhurdur. Peşəkar karyerası ərzində o, "Srvena Zvezda", "Viçentsa" və "Sent-Luis Stars" klublarının şərəfini qorumuşdur. O, Yuqoslaviya milli futbol komandasının heyətində 33 oyuna 26 qol vura bilmişdir və 1960 Yay Olimpiya Oyunlarının qalibi və UEFA Millətlər Kubokunda finalçı olmuşdur. Kostiç klub səviyyəsində də bol qol sayısı ilə seçilirdi, belə ki, o hələ də "Srvena Zvezda"nın tarixi boyunca ən çox qol vuran oyunçusudur.
Koltiş adaları
Koltiş adaları — Xəzər dənizində yerləşən Azərbaycana məxsus adalar qrupu. Koltiş qrupu kiçik adalardan ibarətdir. Relyefi düzənlikdir və hündürlüyü 1 metri keçmir. Kiçik Tava adasından şərqdə yerləşir.
Kopsis buzlağı
Kopsis buzlağı (bolq. ледник Копсис, ‘Lednik Kopsis’ \'led-nik 'kop-sis\) — 13 km uzunluğu və 4 km eni olan, Antarktidanın Elsuort dağlarına daxil olan buzlaqdır. Sentinel dağlarının şimal mərkəzində yerləşmişdir. Buzlaq mərkəzi Bolqarıstanda yerləşən orta əsr qalası olan Kopsisin adını daşıyır. == Yerləşməsi == Kopsis buzlağı 78°03′20″ c. e. 85°16′00″ q. u. koordinatlarında yerləşmişdir. Voysil zirvəsi, Qozur dağı və Paniçeri uçurumundan şimal-şərqdə, Mirovyane zirvəsindən və Embree buzlağından şimal-qərbdə yerləşmişdir.
Toni Körtis
Toni Körtis (ing. Tony Curtis, əsl adı ing. Bernand Şvartz; 3 iyun 1925[…] – 29 sentyabr 2010[…], Henderson, Nevada) — 1950-ci və 1960-cı illərin əvvəllərində populyarlığının zirvəsinə çatan, karyerası altı onillikləri əhatə edən amerikalı aktyor. O, 100-dən çox filmdə, yüngül komediyadan tutmuş ciddi dram janrlarına qədər geniş janrları əhatə edən rollarda çəkilib. Həyatının sonrakı illərində Kertis çoxsaylı televiziya çıxışları etdi. İlk kino rollarında əsasən gözəl görünüşündən istifadə etsə də, 1950-ci illərin ikinci yarısına qədər o, çoxsaylı dramatik və komediya rollarında sərtlik və dərinlik nümayiş etdirdi. İlk hissələrində o, bir sıra orta səviyyəli filmlərdə, o cümlədən qoçu, vesternlər, yüngül komediyalar, idman filmləri və musiqili filmlərdə rol alıb. Bununla belə, o, Hudini (1953) filmində həyat yoldaşı Canet Li ilə birlikdə rol aldığı zaman, bu "onun ilk açıq uğuru" idi, tənqidçi Devid Tomson qeyd edir ki, onun aktyorluğu hədsiz dərəcədə irəliləmişdi.
Yan Körtis
Yan Kevin Körtis (15 iyul 1956 — 18 may 1980) — Ingiltərəli musiqiçi, poet, Joy Division qrupunun vokalçısı və bütün mahnı sözlərinin müəllifi. Dəfələrlə rok musiqisinin tarixində görkəmli şəxs, və post pank, qotik rok janrlarının "ögey atası" adına layiq görülüb. Onun yaradıcılığı indi rok, və bu musiqiyə ayıd olan mədəniyyətə böyük təsir göstərib. Yanın «sonuncu» mahnısı olan «Love Will Tear Us Apart» dünyada ən çox oxunan mahnılardan biri oldu. Körtisin həyatı iki bədii filmdə göstərilib — «24 hour party people» (2002) və «Kontrol» (2007). Yan Körtis Mançester şəhərində dünyaya göz açıb. Uşaqlığı isə Maklsfildin Hördlsfid royununda keçib. Kevin və Dorin Körtislərin iki uşağından böyüyü olub. Poeziyaya, ədəbiyyata olan marağı lap uşaq illərindən büruzə verməyə başlayıb və o özündə natiqliyi, şeir yazmaq bacarığını erkən yaşlardan inkişaf etdirib. 11 yaşında King’s Schoola qəbul olmaq üçün təqaüd proqramlna düşsə də, o bu şansı işlətməyib, lakin öz şairliyini və musiqiyə olan marağını inkişaf etdirməkdə davam edib.
Çarlz Körtis
Çarlz Körtis — ABŞ-lı siyasətçi. Amerika Birləşmiş Ştatlarının 31-ci vitse-prezidenti.
Şüşə kokpit
Şüşə kokpit, analoq yığım və ölçü cihazlarının ənənəvi üslubundan daha çox elektron (rəqəmsal) uçuş aləti displeyləri, adətən böyük LCD ekranları ilə təchiz olunmuş təyyarə kokpitidir. Ənənəvi kokpit (aviasiya dairələri içərisindəki "buxar kokpiti" ləqəbli) məlumat göstərmək üçün çoxsaylı mexaniki ölçülərə malik olsa da, bir şüşə kokpit lazım olduqda uçuş məlumatlarını göstərmək üçün tənzimlənə bilən (çox funksiyalı ekran) bir neçə ekrandan istifadə edir. Bu təyyarələrin istismarını və naviqasiyasını asanlaşdırır və pilotlara yalnız ən uyğun məlumatlara diqqət yetirməyə imkan verir. Onlar hava şirkətləri ilə də populyardırlar, çünki ümumiyyətlə xərcləri qənaət edərək uçuş mühəndisinə ehtiyacı aradan qaldırırlar. Son illərdə texnologiya kiçik təyyarələrdə də geniş yayılmışdır. Təyyarə displeyləri müasirləşdikcə onları qidalandıran sensorlar da müasirləşdi. Ənənəvi giroskopik uçuş alətləri etibarlılığı artıran, dəyəri və istismarını azaldaraq elektron münasibət və başlıq istinad sistemləri (AHRS) və hava məlumatları kompüterləri (ADC) ilə əvəz edilmişdir. GPS qəbulediciləri ümumiyyətlə şüşə kokpitlərə birləşdirilir. Erkən şüşə kokpitləri ilə təchiz olunmuş McDonnell Douglas MD-80/90, Boeing 737 Classic, 757 və 767-200 / -300, ATR 42, ATR 72 və Airbus A300-600 və A310-da yalnız hava uçuşu, hündürlük, şaquli sürət və mühərrik performansını qoruyan ənənəvi mexaniki ölçü cihazları naviqasiya məlumatlarını göstərmək üçün Elektron Uçuş Alətləri Sistemlərindən (EFIS) istifadə edirdi. Daha sonra Boeing 737NG, 747-400, 767-400, 777, A320 və sonrakı Airbuses, Ilyushin Il-96 və Tupolev Tu-204’də tapılan şüşə kokpitlər əvvəlki nəsillərin təyyarələrində mexaniki ölçmə cihazlarını və xəbərdarlıq işıqlarını tamamilə dəyişdirdi.
Koprin komatusu
Koprin komatusu — tüklü mürəkkəb qapağı və ya tüklü yal, tez-tez qazonlarda, çınqıl yollarda və tullantı ərazilərdə böyüyən ümumi bir göbələkdir. Gənc meyvə gövdələri əvvəlcə yerdən çıxan ağ silindrlər şəklində görünür, sonra zəng formalı qapaqlar açılır. Qapaqlar ağdır və pulcuqlarla örtülmüşdür göbələklərin ümumi adlarının mənşəyi budur: Qapağın altındakı qəlpələr ağ, sonra çəhrayı olur, sonra qara olur və ləzzət alır, sporlarla dolu qara mayeyə ( buna görə də “mürəkkəb qapağı” adı verilir). Bu göbələk qeyri-adidir, çünki toplandıqdan və ya sporlar qoyduqdan sonra bir neçə saat ərzində qara rəngə çevriləcək və özünü həll edəcək. Gənc olanda bu, toplanandan dərhal sonra yeyilmək şərti ilə əla yeməli göbələkdir (qəmərlərinin və qapağının özünü həzm etməsi səbəbindən çox pis saxlayır). Uzun müddətli saxlama arzu edilirsə, mikrodalğada sobada sote etmək və ya axsayana qədər qaynatmaq göbələkləri bir neçə gün soyuducuda saxlamağa və ya dondurmağa imkan verəcəkdir.Həmçinin, göbələkləri bir stəkan buzlu suya qoymaq,parçalanmağı bir və ya iki gün gecikdirəcək ki, birinin onları yeməyə daxil etməyə vaxtı olsun.Göbələkdə arzuolunmaz dəyişikliklərin qarşısını almaq üçün məhsul yığımından sonra dörd-altı saat ərzində yemək və ya saxlama üçün emal və ya buzlanma aparılmalıdır.Növ Çində qida kimi becərilir . == Taksonomiya == Tüklü mürəkkəb qapağı ilk dəfə 1780-ci ildə Danimarkalı təbiətşünas Otto Fridrix Müller tərəfindən Agaricus comatus kimi təsvir edilmiş,1797-ci ildə Christiaan Hendrik Persoon tərəfindən indiki binomial adı verilmişdir. Onun xüsusi adı koma və ya "saç", buna görə də koma, "tüklü" sözlərindən gəlir. Digər ümumi adlar arasında hüquqşünas parik, və tüklü yal daxildir. Coprinus comatus Coprinus cinsinə aid növdür.
Riçard Körtis
Riçard Kyortis ( ing. Richard Whalley Anthony Curtis; 8 noyabr 1956, Vellinqton) – Böyük Britaniyalı ssenarist, prodüser və rejissor. Yeni Zellandiyada anadan olub. Britaniyanın ən müvəffəqiyyətli komediya yazıçılarından biri. "Dördüncü toy və cənazə" "Notting Hill", "Bridget Jones gündəliyi" və "Sevgi" və s. romantik komediya filmləri, "Blackadder", "Bean" və "The Vicar Dible" kimi gəlirli filmlərin rejissoru və ssenaristi. 2007-ci ildə BAFTA mükafatına layiq görüldü. İngilis Film Akademiyasının ən böyük mükafatını qazanıb. 2008-ci ildə Britaniyada keçirilən BAFTA Humanitar Mükafatını komediya filmlərinin yaradılması və digər xeyirxah səbəblərə töhfəsi üçün aldı. 2008-ci ildə The Telegraphın "İngilis mədəniyyətində 100 ən yaxşı rejissor" siyahısında 12-ci sırada yerləşdi.
Otit
Otit (q.yun. οὖς, ὠτός) — qulaqda iltihablı proses kimi yayılan qulaq, burun, boğaz xəstəliyi. Patoloji prosesin lokalizasiyasından asılı olaraq (xarici, orta və ya daxili qulağın strukturlarında) aşağıdakılarla fərqlənir: xarici otit orta otit labirint (daxili qulağın iltihabı) Otit xəstəliyi hər yaşda, xüsusən də uşaqlarda baş verə bilən xəstəlikdir. Ən çox yayılan orta qulağın iltihab xəstəliyidir. 3 yaşa qədər uşaqların 80%-də ən azı bir dəfə otit xəstəliyi müşahidə olunub. Xarici otit — orta qulaq kanalının iltihabı — məhdud və ya diffuz ola bilər. Xarici qulağın məhdud iltihabı tez-tez furunkulyozla təmsil olunur. Xarici eşitmə kanalının diffuz iltihabı əsasən xroniki irinli otitdə, müxtəlif bakteriyaların dəriyə və dərialtı təbəqəyə nüfuz etməsi, həmçinin göbələk infeksiyası ilə müşahidə olunur. İltihabı proses hərdən qulaq pərdəsinə qədər yayılır. Orta otit — orta qulağın iltihabıdır.
Françeska Konti
Françeska Konti (21 may 1972) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Françeska Konti, İtaliya yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə Yunanıstan yığmasını 11:10 hesabı ilə məğlub edən İtaliya yığması, Afina Olimpiadasını qızıl medalına sahib oldu.
Kopli yarımadası
Kopli — yarımada Tallin şəhərinin şimalında, eyni mikrarayonun ərazisində yerləşir. Kopli yarımadası Palyassaare və Kopli körfəzinin şimalında qərarlaşır. Sahəsi 4500 km². təşkil edir. Yarımadanın uzunluğu 3 km, eni 1,5 km təşkil edir. == Tarixi == Yarımada da ilk yaşayış məntəqələri 1365-ci ilə aiddir. 1774-cü ildə Baltika almanlarına aid qəbrstanlıq salınmışdır. Hazırda ərazisindən Tallin traleybusu № 9, Tallin tramvayı № 1 и 2, və Tallin avtobusu № 32 işləyir. SSRİ dağıldıqdan sonra qəbrstanlıq yerində park salınmışdır. Yarımada ərazisində Baltik Gəmitəmiri zavodu fəaliyyət göstərir.
Optik cihazlar
Optik cihazlar — optik şüalanmanı çevirməklə görmə imkanlarını genişləndirən cihazlar. Geniş yayılmış optik cihazlara misal kimi persikop, mikroskop, teleskop və kameraları göstərmək olar. İlk optik cihazlar uzaqdakı cisimlərin böyüdülmüş xəyalını almaq üçün istifadə edilən teleskoplar və çox kiçik obyektlərin təsvirini böyütmək üçün istifadə edilən mikroskoplar idi. Qaliley və van Levenhukun dövründən bəri, bu cihazlar çox təkmilləşdirilmiş və elektromaqnit spektrinin digər hissələrini də əhatə etməyə başlamışdır. Binokl daşınabilən yığcam cihazdır. Kamera optik cihazların bir növü hesab olunur, stenop və obskura kamerası belə cihazların çox sadə nümunələridir. İşıq və ya optik materialların xassələrin analiz etmək üçün başqa bir optik cihazar sinfi tətbiq olunur. Onlara daxildir: İnterferometr — işıq dalğalarının interferensiya xassələrini ölçür Fotometr — işığın intensivliyini ölçür Polyarimetr — polyarlaşmış işığın dispersiyasını və ya polyarlaşma müstəvisinin fırlanmasını ölçür Reflektometr — səth və ya obyektin qaytarma qabiliyyətini ölçür Refraktometr — müxtəlif materialların sındırma əmsalını ölçür Spektrometr və ya monoxromator — kimyəvi analiz və ya material analizi məqsədilə optik spektrin bir hissəsini generasiya edir və ya ölçür Avtokollimator — bucaq sapmalarını ölçür Vertometr — kontakt linzaların, eynək və lupa linzalarının sındırma qüvvəsini təyin etmək üçün istifadə olunur DNT sekvenserləri də optik cihazlar hesab edilə bilər, çünki onlar DNT zəncirinin xüsusi nukleotidinə qoşulmuş flüoroxrom tərəfindən buraxılan işığın rəngini və intensivliyini analiz edirlər. Səth plazmon rezonansına əsaslanan cihazlar biomolekulyar qarşılıqlı təsirləri ölçmək və analiz etmək üçün refraktometriyadan istifadə edir.
Optik lif
Fiber-optik və ya optik lif — şüşə və ya plastikin çəkilməsi (həmçinin ekstruziyası) üsuluyla əldə edilən, diametrcə insan tükündən bir qədər qalın əyilgən, şəffaf lif. Optik liflər elektrik kabellərinə nəzərən daha böyük ötürmə sürətinə malik olur ki, bu da verilənləri geniş buraxılış zolağında çox uzaq məsafələrə ötürməyə imkan verir. Burada liflər metal məftilləri əvəz edir, çünki onlar siqnalları daha az itki ilə ötürür; bundan başqa liflər elektromaqnit maneələrinə qarşı dözümlüdür, amma metal məftillər üçün vəziyyət tam əksinədir. Həmçinin, liflər dəst şəklində bağlanılır və beləliklə fiberskopa oxşar olaraq burada da işıq və ya təsvir bir yerdən başqa yerə ötürülür. Xüsusi olaraq hazırlanmış liflər müxtəlif tətbiqlər üçün istifadə olunur, bunlardan bəziləri lifli optik sensorlar və lifli lazerlərdir. Adətən, optik liflər sındırma əmsalı lif maddəsinin sındırma əmsalından kiçik olan örtük materialı ilə əhatə olunmuş nüvədən ibarət olur. İşıq lifin nüvəsi daxilində dalğaötürənlərin iş prinsipinə oxşar şəkildə yayılır. Çoxlu yayılma yollarını və ya eninə modları dəstəkləyən liflər çoxmodlu (multimod) liflər, bir modu dəstəkləyənlər isə birmodlu (monomod) liflər adlanır. Ümumiyyətlə, çoxmodlu liflərin nüvəsi daha böyükdür və onlar rabitədə böyük gücləri qısa məsafələrə ötürmək üçün tətbiq olunur. 1000 metrdən (3300 fut) uzun olan əksər kommunikasiya əlaqələri üçün təkmodlu liflərdən istifadə olunur.
Optik materiallar
Optik materiallar Optik materiallar təbii və sintetik materiallar, monokristallar, polikristallik (şəffaf keramik materiallar), şüşələr (optik şüşələr, fotositallar), polimer (üzvi şüşə) və bu və ya digər elektromaqnit dalğaların diapazonunda şəffaf olan materiallar. Onlardan spektrin ultrabənövşəyi, görünən, infraqırmızı oblastında işləyən optik elementlərin hazırlanmasında (istehsal üçün) istifadə olunur. Danışıq dilində və sənayedə bir çox hallarda bütün bərk optik materialları şüşə adlandırırlar. Bəzən optiki şüanı ötürən optiki mühit, bəzi polimerlər, lent, hava qaz, maye və başqa maddələr də optik material rolunu oynayır. Ən qədim və tanınmış optik material silisium dioksid və digər maddələrin qarışığından ibarət adi şüşədir. Texnologiyanın inkişafı və optik cihazların təkmilləşdirilməsi tələblərinin sərtləşdirilməsi texniki şüşələrin xüsusi bir sinfi optik şüşələrin yaradılmasına gətirib çıxartdı. Digər şüşələrdən yüksək şəffaflığı, saflığı rəngsizliyi, həmcinsliyi, ciddi sındırma və dispersiya qabiliyyəti ilə fərqlənir. Təmiz silisium dioksidi (məsələn, dağ billurunu) əritməklə kvars şüşəsini əldə etmək olar. Digər silikat şüşələrdən kimyəvi davamlılığı, olduqca aşağı xətti genişlənmə əmsalı və nisbətən yüksək ərimə temperaturu (1713–17280C) ilə fərqlənir. Bunun sayəsində daha geniş temperatur diapazonunda və aqressiv mühitdə işləyə bilən optik sistem qurmaq mümkündür.
Optik mikroskop
Optik mikroskop — XX əsrin ortalarına qədər alimlər ancaq optik cihazlarla işləyirdilər. Onlar nöqtələr arası məsafə ~0,20 mkm olan strukturları görə bilirdilər, ona görə də maksimal böyütmə ~2000 krat ola bilirdi. Bu isə elmin tələblərini ödəyə bilmirdi.
Optik nevrit
Optik nevrit- Optik nevrit görmə sinirinin kəskin demielinləşməsidir. Çox hallarda DS ilk dəfə optik nevrit ilə təzahür edir. Bəzi hallarda optik nevritin həmləsi simptomsuz olur. Digər hallarda isə o, göz ətrafında olan ağrılar və görmə qabiliyyətinin yayğınlıq, rənglərin çətin ayırd edilməsi kimi pozuntusu ilə müşahidə olunur. Hər bir ağrı ilə müşahidə olunan, ya olmayan görmə problemi olan pasiyent oftalmoloqun müayinəsindən keçməlidir. Başqa səbəbi olmayan optik nevrit diaqnozu müəyyən edilirsə və pasiyentdə Dağınıq skleroz ehtimalı varsa, bunu pasiyentlə müzakirə etmək və pasiyenti nevroloqa göndərmək lazımdır.