Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kornet
Kornet — Çar və ADR ordusunda hərbi rütbə. Çar Rusiyası ordusunda kavaleriyada əsilzadələr üçün ilkin zabit rütbəsi idi. İtalyanca corno — buynuz, hərbi şeypur sözündən alınıb. Əsasən atlı dəstənin rütbəli zabitlərinə (Kazak dəstəsindən başqa) verilirdi. Çariça Anna İvanovna 1731-ci ildən rus ordusuna tətbiq edib. 1765-ci ildə II Yekaterina bu rütbəni ləğv etmişdi. 1798-ci ildə I Pavel yenidən bərpa etdi. 1884-cü ildə ordu quruculuğunda kornet XII klas çininə dəyişildi. Həmin dövrdən podporuçik paqonu ilə eyniləşdi. Bu baxımdan atlı dəstədə podporuçik rütbəsi yox idi.
Kornədi
Kornədi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 234 nəfərdir. == Toponimiyası == Kəndin adı yerli əhalinin dilində Kornədi kimi tələffüz edilir. Tədqiqatçılara görə, oykonim talış dilindəki kornə (iş-güc) və di (kənd) komponentlərindən düzəlib, "iş-güclü kənd, fəaliyyətdə olan kənd" mənasındadır. == Relyefi == Vizəzəmin inzibati ərazi vahidində yerləşən Körnədi kəndi Gəncəvü çayının (Lənkəran çayının qolu) sahilində, Peştəsər silsiləsinin yamacındadır.
Koroça
Koroça — Rusiya Federasiyasında yerləşən şəhər, Belqorod vilayətinə daxildir.
Korrez
Korrez (fr. Corrèze, oks. Corresa) — Fransanın mərkəz hissəsinin cənubundakı Akvitaniya regionunun departamentlərindən biri. Sıra nömrəsi — 19. İnzibati mərkəzi — Tül şəhəridir. Əhalisi — 252.235 nəfər (departamentlər arasında 80-ci yer, 2010-cu ilin məlumatları). == Coğrafiya == Ərazisi — 5857 km². Departament üç hissəyə bölünür - dağ (ən yüksək nöqtə - Bessu dağı, 978 m), düz və Briv çayının vadisi. == Tarix == Korrez, 1790-cı ilin mart ayında qurulan ilk 83 departamentlərdən biridir. Keçmiş Limuzin əyalətinin ərazisində yerləşir.
Korset
Korset (fr. corset) — qadınların arıq görünmək üçün geyindiyi xüsusi geyim forması.
Korund
Korund (Al2O3) — mineral. Çox da tez-tez rast gəlinməyən. == Xassələri == Cüzi qarışıqları — Cr, Fe, Mn, Ti. Kristalları çəlləyəbənzər, sütunvari, prizmatik, piramidal, lövhəvari və b. İkiləşmə çox vaxt {101} üzrə polisintetik, nadir hallarda {0001} üzrə. Ayrılması yoxdur, bölünməsi {0001} və {101} üzrə. Aqreqat dənəvərdir. Rəngsiz, lakin mikroqarışıqlarla müxtəlif rəngə boyanır: Ti — göy-sapfir (göy yaqut); Fe2+ və Fe3+ — qara; Fe3+- qəhvəyi və çəhrayı; Cr — qırmızı — rubin (yaqut); həmçinin sarı — şərq topazı, yaşıl — şərq zümrüdü, tünd qırmızı — şərq ametisti və b. Parıltısı almazı, şüşəli. Sərtliyi 9.
Korvet
Korvet — hərbi gəmilərin müşayiət və gözətçilik funksiyasını daşımaq üçün olan sinfi. Korvetlər adətən su və hava məkanından gələn təhlükənin qarşısını almaq üçün müdafiə mövqeyini yerinə yetirirlər. == Korvetlər yelkənli donanma dövründə == Yelkənli donanma dövrünün ilk vaxtlarında, yəni XVII-XIX əsrlərdə, korvetlər üçdorlu hərbi gəmi olmaqla, düz yelkən silahlanmasına malik idi. Silahlanmada 18—30 arası kiçik və böyük kalibrlı toplardan istifadə olunurdu. Bütün toplar adətən yuxarı göyərtədə yerləşdirilirdi. Belə gəmilərdə sututumluq 460 ton və yuxarı idi. XIX əsrin 40-ci illərində təkərli, 60-cı illərin sonlarında isə vint-yelkənli korvetlər yaranmağa başladı. == Korvetlət İkinci dünya müharibəsi dövründə == İkinci dünya müharibəsi dövründə xüsusi olaraq hazırlanmış müdafiə gəmiləri ilk dəfə ABŞ və Böyük Britaniya Hərbi Dəniz Qüvvələrində (HDQ) meydana gəlmişdi. Bu korvetlərdə sututumluluq 500—1600 ton arası dəyişirdi. Sürət isə saatda 30—37 km göstəriciyə bərabər olurdu.
Körfəz
Körfəz — okeanın və ya dənizin quruya çox daxil olmuş, lakin okeanla sərbəst əlaqəsi olan hissəsidir. Sakit okeanda – Alyaska, Kaliforniya, Atlantik okeanında — Qvineya, Meksika, Müqəddəs Lavrenti, Biskay, Fin, Riqa, Botnik, Fandi, Hind okeanında – Benqal, Böyük Avstraliya, Iran, Ədən, Oman, Şimal Buzlu okeanında – Hudzon, Ob. Dənizlərdən fərqli olaraq, suyunun xassələrinə, axınlarına və orada yaşayan canlılara görə okeanlardan az fərqlənir. Bəzi dənizləri səhvən körfəz, bəzi körfəzləri isə dəniz adlandırmışlar. Əslində Meksika körfəzi dəniz, Qırmızı dəniz isə körfəz adlandırılmalıdır. Çünki Meksika körfəzinin suyunun fiziki-kimyəvi xüsusiyyətləri və üzvi aləmi onu dəniz adlandırmağa imkan verir.
Köryədi
Köryədi — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Köryədi Yardımlı rayonunun Vəlixanlı inzibati ərazi vahidində kənd. Burovar və Peştəsər silsilələri arasında, çökəklikdədir. Tədqiqatçılar bu oykonimi "ocaqxana olan kənd", "yarğanda, dərədə olan kənd" kimi izah edirlər. Bu mənalardan ikincisi kəndin coğrafi mövqeyinə uyğundur.
Körpə
Körpə — dişi və erkək insanın (qadın və kişinin) rəsmi və ya qeyri-rəsmi nikahından sonra anadan olur. Körpələr anadan olmazdan əvvəl dişi insan 9 aylıq bir dövr keçirir. Bu, hamiləlikdir. Körpələr dünyaya gələn zaman çox zəif dəriyə malik olurlar. Onlar 3 aylıq olanadək ətrafı ağ-qara görürlər.
Bored
"Bored" — amerikalı müğənni Billi Aylişin "13 səbəb" serialının soundtrek albomunda ifa olunmuş mahnısı. Mahnının müəllifləri Ayliş, onun qardaşı Finneas O'Konnell, Aron Forbes və Tim Andersondur. Mahnı 30 mart 2017-ci ildə Darkroom və Interscope Records tərəfindən rəqəmsal formatda buraxılıb.
Korea
Koreya yarımadası — Asiyanın şərqində yerləşən yarımada İkinci Dünya müharibəsi başa çatanadək Koreya yarımadası Yaponiyanın müstəmləkəsi olub. 1948-ci ildə ərazidə iki dövlət yaranıb – Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası. == Ölkələr == === Cənubi Koreya === Yarımadanın cənub hissəsində yerləşən Koreya Respublikasının sərhəd qonşuları Çin, Yaponiya və Şimali Koreyadır. Sahəsi 100 032 kvadrat kilometr, əhalisi 50 milyondan çoxdur. Paytaxtı Seul şəhəridir. Koreya Respublikası on altı inzibati dairədən ibarət prezident respublikasıdır. Hakimiyyət həm hüquqi, həm də faktiki baxımdan üç qol arasında - icraedici, məhkəmə və qanunverici hakimiyyətləri - bölünüb. Yerli hakimiyyət orqanları yarımmüstəqildirlər, onların da icraedici və qanunverici funksiyaları var. Yüksək həyat səviyyəsi ilə tanınan ölkələr sırasındadır. Asiyada dördüncü ən böyük iqtisadiyyata malik olan bu ölkə "Böyük 20-lər" (G20) qrupunun üzvüdür.
9M133 Kornet
9M133 Kornet - Rusiya istehsalı 2-ci nəsil tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksidir. Əsas məqsədi döyüş zamanı düşmən tanklarını sıradan çıxarmaqdır. Qiyməti yüksək olduğuna görə, hazırkı sistemləri tam əvəz etməmişdir. NATO kod adı AT-14 "Spriggan"dır. İlk dəfə Rusiya Ordusunda 1998-ci ildə silahlanmaya qəbul olunmuşdur. İxrac variantı Kornet-E adlanır. Orduya qəbul olunduqdan sonra ilk olaraq 9K111 Faqot (NATO: AT-4 Spiqot) və 9K113 Konkurs (NATO: AT-5 Spandrel) TƏİR-lərini əvəz etdi. Bu raket ayrıca olaraq helikopterlərə qarşı da istifadə olunur. Bəzi variantlarının sahib olduğu termobarik döyüş başlığı sayəsində yüngül zirehli maşınlara, piyadalara və möhkəmləndirilmiş mühəndis-istehkam qurğularına qarşı da istifadə olunur. == Döyüşlərdə istifadə olunması == 2003-cü ildə ABŞ qoşunları İraqa daxil olarkən, Kornet TƏİR-dən İraqın bir neçə xüsusi təyinatlı dəstəsi tərəfindən Amerikan zirehli maşınlarına hücumlar zamanı istifadə olunmuşdur.
Adriano Korrea
Adriano Korrea Klaro (26 oktyabr 1984[…], Kuritiba) və ya qısaca Adriano — sol cinah müdafiəsi mövqeyində oynayan braziliyalı futbolçu. Onun çıxış etdiyi sonuncu klub Belçikanın "Eypen" klubu olub. Peşəkar futbol sahəsində ambidekstriyaya malik nadir futbolçulardan olan Adriano meydanın hər iki hissəsində müdafiəçi və ya yarımmüdafiəçi mövqeyilərində çıxış etməyi bacarır. Karyerasına "Koritiba" klubunda başladıqdan sonra 2005-ci ildə İspaniyaya yollandı, "Sevilya" və "Barselona" klublarında bir neçə La Liqa mövsümünü keçirdi və hər iki klubla bir neçə böyük titul qazandı, o cümlədən sonuncu ilə 2015-ci ildə "trebl" etməyə nail oldu. On il ərzində Braziliya millisində çıxış edən Adriano ölkəsini iki Amerika Kuboku turnirində təmsil edib və 2004-cü ildə qalib gəlib.
Alfred Körner
`Alfred Körner (alm. Alfred Körner‎; 14 fevral 1926, Vyana – 23 yanvar 2020, Vyana) — hücumçu mövqeyində oynamış Avstriya futbolçusu. Digər futbolçu Robert Körnerin kiçik qardaşı. == Karyerası == === Klub === Karyerasının böyük hissəsini Rapid Vyana klubunda keçirmiş və onunla birlkidə yeddi Avstriya çempionatı, bir Avstriya kubokun və bir Mitropa kubokunu qazana bilmişdir. Karyerasını Admira Vyana klubunda bitirmişdir, klubun adı sonradan "Admira-Energi" olaraq dəyişdirilmişdir. === Milli === Millinin heyətində Alfred 47 oyuna 14 qol vurmuşdur. İlk oyununu 1947-ci ilin oktyabr ayında Çexoslovakiyaya qarşı keçirmişdir. 1948 Olimpiya Oyunları və 1954 (bürünc medal qazanmışdır) və 1958 Dünya Çempionatlarında iştirak etmişdir. Son oyunu 1958-ci ilin oktyabrında Fransa millisinə qarşı keçirdi.
Buxta (körfəz)
Buxta (alm. Bucht‎) — dəniz, körfəz, göl, su anbarı kimi coğrafi obyektlərdə, külək və dalğalardan ada, sahil və ya qayalıqlarla qorunan su sahəsinə deyilir. Alman dilində buxta (alm. Bucht‎) sözü geniş mənada işlənir. Bəzən körfəz (Hudzon körfəzi — alm. Hudson-Bucht‎), bəzən isə dəniz (Baffin dənizi — alm. Baffin-Bucht‎) anlamını verir. Bir qayda olaraq gəmilərin dura bilməsi üçün münasib olan kiçik körfəz anlamışda işlədilir. == Buxtalar == Bakı buxtası Balaklav buxtası — Avropanın ən dərin buxtası. Timbuktu buxtası Avacin buxtası — dünyanın sahəsinə görə ikinci ən böyük buxtası, buraya istənilən gəmi yan ala bilər.
Ernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Fandi (körfəz)
Fandi (ing. Bay of Fundy, fr. Baie de Fundy) — Şimali Amerika qitəsində, Kanadanın şərq sahillərində, Meyn körfəzinin şimal şərqində yerləşən körfəz. Fandi körfəzi özünün 18 m-lik qabarma və çəkilməsinə görə digər körfəzlərdən fərqlənir. Körfəzin uzunluğu 300 km, eni isə 90 km olub, dərinliyi 214 m-ə qədər çatır. Vadden dənizi ilə eyni xüsusiyyətə malikdir. Körfəzin böyük limanı Sent-Condur. Körfəz böyük hidroenerji potensialına malikdir. Annapolis QÇESi məhz bu körfəzdə yerləşir. Sen-Kura, Sent-Con çayıSent-Con Fendi körfəzinə tökülən çaylardır.
Fernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Fernando Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Havan (körfəz)
Havan — Su tutatının bir hissəsini təşkil edir. Bir qayda olaraq liman akvatoriyasının bir hissəsini təşkil edir. Burada sərnişinlərin minməsi və düşməsi, yüklərin yüklənməsi və boşaldılması həyata keçirilir. Gəmilər uzun zaman havanda qala bilirlər. Üstəlik bir limanda bur necə havan ola bilər. Adətən havan üçün küləkdən və dalğalardan qorunan ərazini seçirlər. Havan təbii və süni ola bilir. Havanları həmdə buxta adlandırır. Məsələn: Sovet Havanı.
Hernan Kortes
Fernando Kortes Monroy Pisarro Altamirano (isp. Fernando Cortés Monroy Pizarro Altamirano; 1485[…] – 2 dekabr 1547) — daha çox Fernan, Fernando, Ernando və ya Ernan Kortes kimi tanınan ispan konkistadoru. Meksikanı ələ keçirərək burada mövcud olan astek dövlətini məhv etməsi ilə məşhurluq qazanmışdır. Bu xidmətlərinə görə İspaniya kralı V Karl ona Oaxaka vadisinin markizi (Marqués del Valle de Oaxaca) titulunu vermişdir. Həyatı haqqında çox az məlumat qorunub saxlandığı üçün tarixçilər onun şəxsiyyətini dəyərləndirməkdə çətinlik çəkirlər.
Korben Şarrah
Korben Şarrah (20 aprel 1992) — ABŞ-lı peşəkar kişi BMX velosipedçisi. Korben Şarrah ABŞ-ni beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Korben Şarrah 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 31.876 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və super finala vəsiqə qazandı. Bu mərhələdə 1:05.902 saniyəlik nəticəsi ilə 16-cı yeri tutdu.
Kornel Universiteti
Kornell Universiteti (ing. Cornell University) — ABŞ-nin Nyu-York ştatının İtaka şəhərində yerləşən ali təhsil müəssisəsi. Ölkənin nüfuzlu və ən böyük ali məktəblərindən biridir. == Tarixi == Kornell Universitetinin yaranmasında biznesmen, teleqraf sənayesinin əsasını qoymuş Ezra Kornellin və tanınmış alim, siyasətçi Endryu Vaytın böyük rolu olub. Hələ XIX əsrin 50-ci illərində Kornell və Vayt bir-birindən xəbərsiz ümummilli, ən qabaqcıl tədris metoduna malik, elmi-texniki tərəqqinin tələblərinə cavab verə biləcək bir ali təhsil müəssisəsi yaratmaq fikrinə düşürlər. E. Kornell teleqraf biznesindən əldə etdiyi gəlirlərin yarısını xeyriyyə məqsədlərinə sərf etmək qərarına gəlir. Hər iki mesenat – Kornell və Vayt universitet yaratmaq məqsədilə ABŞ prezidenti A. Linkolna müraciət edir, lakin onların planlarının həyata keçməsinə həmin dövrdə baş verən Vətəndaş müharibəsi mane olur. Kornell və Vayt 1862-ci ildə Nyu-York ştatında senat üzvü olarkən tanış olurlar və hər ikisi xüsusi səylə yeni universitet yaratmaq layihəsi üzərində işləyir. Onlar milliyyətindən, cinsindən, təbəqəsindən və dinindən asılı olmayaraq, hər kəsin istənilən ixtisas üzrə təhsil ala biləcəyi ali təhsil ocağı yaratmağı planlaşdırırlar. Kornellin "Mən elə bir təhsil müəssisəsi yaratmaq istəyirəm ki, orada hər kəs istədiyi fənni öyrənə bilsin" ifadəsindən sonralar universitetin devizi yaranır: "İstənilən şəxs – istənilən elm".
Korner (iqtisadi)