Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kosma İndikoplevst
Kosma İndikoplevst (yun. Κόσμας Ἰνδικοπλεύστης —Bizans taciri, səyyah. == Həyatı == Avropada coğrafiya elminin ən gorkəmli numayəndəsi (VI əsr) bizanslı Kosma İndikoplo idi. O, «Xristian topoqrafiyası» əsərində Avropa kosmologiyasını Ptolemey sistemindən uzaqlaşdırmış və bununla da orta əsrlər astronomiyasında və coğrafiyasında Yerin kurə formasında olması ideyasının əleyhinə cıxan sxolastik təsəvvurlərin yaradılmasında boyuk rol oynamışdı. O, məskunlaşmış dunyanı uzunsov, duzbucaqlı şəklində təsəvvur edirdi. Bu duzbucaqlı okeanla və ikiqat qubbə formasında olan asimanın divarları ilə əhatə olunmuş, ondan yuxarıda «Allahın səltənəti» yerləşmişdir. Yer səthinin şimal hissəsində konusabənzər yuksək təpə var. Gunəş bu təpənin ətrafında hərlənir, gecə-gunduz bir-birini əvəz edir. K.İndikoplonun əsərinin muəyyən elmi əhəmiyyəti də var idi. Bu əsər o zamanlar Avropada, Ərəbistan dənizi sahillərində yerləşən limanlar, Seylon, Hindistan, İran, Ərəbistan və Şərqi Afrikada aparılan ticarət haqqında yeganə məlumat mənbəyi idi.
Koxma
Koxma (rus. Кохма) — Rusiya Federasiyasında yerləşən şəhər, İvanovo vilayətinə daxildir.
Qoşma
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Koma
Koma və ya komatoz hal (yun. κῶμα - dərin yuxu) - mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin. == Səbəbləri və təsnifatı == === Mərkəzi koma === === "Süni koma" ya "süni yuxu" === "Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir.
Kosa
Kosa – Kos-kosa oyununun və Novruz bayramının qəhrəmanı. Üzündə tük bitməyən və ya çox seyrək tük olan adama kosa deyərlər == Azərbaycan mədəniyyətində yeri == Əvvəllər yaz girəndə köhnə ilin çıxıb, təzə ilin gəlməsini simvolizə etmək üçün qoca Kosa istifadə edilərdi. Qoca Kosanın bir gözlü olması onun o biri dünya ilə olan bağlılığından xəbər verərdi. Cənubi Azərbaycanda kosa oyununa "Ağ Kosa, Qara Kosa" deyilər və bu adətin İbrahim peyğəmbərə qədər gedib çıxdığı hesab edilərdi. Həmədanda isə Kosanın bərəkət gətirməsi inancı mövcuddur.Ehtimal edilir ki, Günəşin övladları olan Duman, Bulud və Qışın birləşməsindən Kosa obrazı yaranmışdır. === Kos-kosa oyunu === Kos-kosa oyunu qışın ölümü, yazın başlanğıcını gülünc bir şəkildə təsvir edir. Bu oyunu məhəllə uşaqları evlərinin qabağında oynayaraq pul və ərzaq toplayarlar. Rəqs etməyi bacaran bir uşağa tərs çevrilmiş kürk geyindirərlər. Üzünə kağızdan düzəldilmiş üzlük (maska) taxar, başına uzun papaq taxıb Kosa edərlər. Kosanı məhəllədə gəzdirib, mahnı oxuyaraq onu oynadarlar.
Amerikanskaya Koşka
Amerikanskaya Koşka (rus. Американская Кошка) — Çukot Muxtar Dairəsinin cənubunda yerləşən burun. Sahillərini Anadır körfəzinin suları yuyur. Anadır çayının sağ sahili boyunca uzanan dilin sonucunu təşkil edir. Burunun sahilə sularında dərinlik 0,6 – 2 m arasında dəyişir. Əsasən çınqıl və qumdan təşkil olunmuşdur. Burun Markov kəndinin sakinləri tərəfindən adlandırılmışdır. Belə ki, 1865-ci ildə buradan transberinq telefon xəttini çəkərkən amerikalı işçilər işləmişdir. Kazaklar isə dil və ya dayazlığı "Koşka" olaraq adlandırırdılar. Burunda RF Müdafiə Nazirliyi tərəfindən naviqasiya işarəsi qoyulmuşdur.
Ceyms Kosmo
Ceyms Kosmo (ing. James Cosmo; 24 may 1948, Şotlandiya) — Şotlandiya aktyoru.
Dieqo Kosta
Dieqo Kosta- Braziliya əsilli ispan futbolçu.İspaniya millisinin və Atletiko Madridin heyətində çıxış edir.
Elena Koşka
Elena Koşka (rus. Елена Кошка, ing. Elena Koshka; 18 may 1993, Kazan) — Rusiyada doğulmuş ABŞ pornoaktrisa və erotik modeli. == Həyatı == SSRİ-nin süqutundan iki il sonra — 1993-cü il 18 mayda Tatarıstanın paytaxtı Kazan şəhərində anadan oldu. Gənc yaşında ailəsi ilə birlikdə Oreqon ştatının Portlend şəhərinə köçdü. 21 yaşında Los-Ancelesə köçdü. Burada porno sənayesinə addım atdı. Koşka 2022-ci ildə "XBIZ Mükafatı" qazanmışdır.
Gizela Kossa
Gizela Kossa (d. 17 iyun 1999) — Mozambikli üzgüçü. Gizela Kossa Mozambiki 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Gizela Kossa birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında qadınlar 50 m arxası üstə stildə, təsnifat mərhələsində iştirak etdi. 34.11 saniyəlik nəticəsi ilə 63 üzgüçü arasında 58-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
Kosta, Lorenzo
Lorenzo Kosta (it. Lorenzo Costa; 1460, Ferrara – 5 mart 1535, Mantova[d], Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi. == Həyatı == Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A.Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.
Kosta-Rika
Kosta Rika - Latın Amerikasında dövlət. Paytaxtı San-Xose şəhəridir.Ərazisi- 51,1 min kv.km; əhalisi -4 760 min nəfərdir (2014-cü ilin təxmini). Suveren dövlət vahid prezident konstitusiya respublikasıdır. Uzun müddət davam edən və sabit demokratiyası və əksəriyyəti ingilis dilində danışan yüksək təhsilli işçi qüvvəsi ilə tanınır. Ölkə büdcəsinin (2016) təxminən 6,9% -ni təhsilə xərcləyir, bu isə dünya üzrə orta hesabla 4,4% -dir. Bir vaxtlar kənd təsərrüfatından çox asılı olan iqtisadiyyatı, maliyyə, xarici şirkətlər üçün korporativ xidmətlər, əczaçılıq və ekoturizm kimi sektorları əhatə etmək üçün şaxələnmişdir. Bir çox xarici istehsal və xidmət şirkətləri Kosta Rikanın Sərbəst Ticarət Bölgələrində (FTZ) fəaliyyət göstərir və burada investisiya və vergi güzəştlərindən faydalanırlar. == Ümumi məlumat == Mərkəzi Amerikada Kosta-Rika adlı ispan dilindən tərcümədə "varlı sahil" mənasını bildirən bu balaca respublikaya belə adı 1502-ci ildə Xristofor Kolumb vermişdir. Yerli əhalinin qızıl zinət əşyalarının miqdarından heyrətə gələn ispanlar güman edirlər ki, bu ölkə qızılla zəngindir. Lakin onlar yanılırdılar.
Kosta Maqriyev
Kosta Maqriyev (oset. Мæргъиты Иосифы фырт Къоста; 15 iyul 1922, Znaur rayonu, Cənubi Osetiya Muxtar Vilayəti – 15 yanvar 2018) — Cənubi Osetiya şairi və tərcüməçisi. Gürcüstan SSR Nazirlər Sovetinin "Beşillik Plan Salnaməsi" mükafatı laureatı. Cənubi Osetiyanın əməkdar mədəniyyət işçisi. == Bioqrafiyası == 1922-ci ildə Mimilotkau kəndində kəndli ailəsində anadan olmuşdur. Prinev kəndindəki yeddi illik məktəbi bitirdikdən sonra Avnev kəndindəki orta məktəbdə təhsilini davam etdirir. Orta təhsilini 1941-ci ildə tamamlayır. Böyük Vətən müharibəsi başlayandan sonra Qırmızı Ordu sıralarına çağırılır. 1941-ci ilin sonuna qədər İrəvanda və Bakıda hərbi aerodromlarda xidmət edir, sonra Kurqanın ayrı-ayrı artilleriya kəşfiyyat diviziyasına göndərilir. Kursk döyüşündə iştirak edir.
Kosta Rika
Kosta Rika - Latın Amerikasında dövlət. Paytaxtı San-Xose şəhəridir.Ərazisi- 51,1 min kv.km; əhalisi -4 760 min nəfərdir (2014-cü ilin təxmini). Suveren dövlət vahid prezident konstitusiya respublikasıdır. Uzun müddət davam edən və sabit demokratiyası və əksəriyyəti ingilis dilində danışan yüksək təhsilli işçi qüvvəsi ilə tanınır. Ölkə büdcəsinin (2016) təxminən 6,9% -ni təhsilə xərcləyir, bu isə dünya üzrə orta hesabla 4,4% -dir. Bir vaxtlar kənd təsərrüfatından çox asılı olan iqtisadiyyatı, maliyyə, xarici şirkətlər üçün korporativ xidmətlər, əczaçılıq və ekoturizm kimi sektorları əhatə etmək üçün şaxələnmişdir. Bir çox xarici istehsal və xidmət şirkətləri Kosta Rikanın Sərbəst Ticarət Bölgələrində (FTZ) fəaliyyət göstərir və burada investisiya və vergi güzəştlərindən faydalanırlar. == Ümumi məlumat == Mərkəzi Amerikada Kosta-Rika adlı ispan dilindən tərcümədə "varlı sahil" mənasını bildirən bu balaca respublikaya belə adı 1502-ci ildə Xristofor Kolumb vermişdir. Yerli əhalinin qızıl zinət əşyalarının miqdarından heyrətə gələn ispanlar güman edirlər ki, bu ölkə qızılla zəngindir. Lakin onlar yanılırdılar.
Kosta Xetaqurov
Kosta Levanoviç Xetaqurov (15 oktyabr 1859 - 1 aprel 1906) — osetin şairi, dramaturqu, publisisti, rəssamı. Osetin ədəbiyyatının banisi. == Həyatı == Kosta Xetaqurov 15 oktyabr 1859 -cu ildə Nar aulunda çar zabiti Levan Elizbaroviç Xetaqurovun ailəsində anadan olmuşdu. Anasını çox erkən yaşlarında itirmiş, ögey anasının yanında təlim-tərbiyə almışdı. Kosta Xetaqurov 1 aprel 1906-cı ildə vəfat edib. == Yaradıcılığı == == Əsərləri == «Osetin lirası» (Ирон фæндыр) toplusu Məhkəmə önündə (poema) Fatima (poema) Ağlayan qayalar (poema) Xetaq (poema) Tur ovu (povest) Dünya (pyes) Şəxs (etnoqrafik oçerk) «Bəli, mən qocayam…» (1886) «Bəli, mən onu sevirəm…» (1889) == Ədəbiyyat == Полное собрание сочинений Хетагурова, 1951 год — Госиздат СО АССР. Габараев С. Ш. Мировоззрение Коста Хетагурова. — М.: Соцэкгиз, 1959. — 244 с. Джатиев Тотырбек, Либединская Лидия. За вас отдам я жизнь: Повесть о Коста Хетагурове.
Lorenzo Kosta
Lorenzo Kosta (it. Lorenzo Costa; 1460, Ferrara – 5 mart 1535, Mantova[d], Mantova əyaləti), və ya Lorenzo Kosta Böyük (il Vecchio) — İtalyan rəssam, Ferrara rəssamlıq məktəbinin görkəmli nümayəndəsi. == Həyatı == Ferrarada Kozimo Turanın şagirdi olmuşdu. 1483-cü ildə Bolonyaya köçərək, Françesko França ilə əməkdaşlıq etməyə başlamış və orada işləmişdi. Bolonyada olduğu dövrdə, Lorenzo Françanın üslubunu və texnikasının təsiri altına düşmüşdü. Kosta 1506-cı ildə Izabella d'Estenin dəvəti ilə Mantuyaya köçür və İzabellanın saray rəssamı olur. Lorenzo, Kastello di San Corcioda yerləşən Izabellanın Kabineti üçün A.Mentenyanın stilinə əsaslanaraq iki tablo çəkmişdi — "Harmoniya Krallığında Izabella d'Este" (ital. Isabella d'Este nel regno di Armonia, 1506, Luvr) və "Komusun Krallığı" (ital. Regno di Como, 1511, Luvr). Mantenya da əvvəllər həmin kabinet üçün rəsmlər yaratmışdı.
Nikolay Koşman
Koşman, Nikolay Pavloviç (d. 5 aprel, 1944) — RF-nın dövlət xadimi, general polkovnik; 1995-1996-cı illərdə Çeçen Respublikası hökumətinin Baş nazir müavini; 13.04.1996-cı ildən 1996-cı ilin noyabrına qədər Çeçen Respublikası hökumətinin sədri. == Həyatı == O, Ukrayna SSR-in Kirovoqrad vilayətinin Yeni — Georgievka rayonunun Mironovka kəndində anadan olub. O, Dnepropetrovsk Avtomobil Yolları Texnikumunda, Ussuriya hərbi avtomobil məktəbində, hərbi akademiyanın cəbhə arxası və nəqliyyat üzrə rabitəçi hərbi mühəndis ixtisası üzrə təhsil alıb. Sovet dövründə dəmiryol qoşunlarında taqım komandirindən korpus komandirinə qədər müxtəlif vəzifələrdə çalışıb. Çernobıl AES-in qəza vəziyyətinin aradan qaldırılmasında iştirak edib. 1991-1995-ci illərdə dəmiryol qoşunlarında komandan müavini olub. 1994-1995-ci lərdə Çeçen Respublikası ərazisində dəmiryolunun bərpa olunmasında iştirak edib. 1995-1996-cı illərdə Çeçen Respublikası hökumətinin Baş nazir müavini (rəis D.Q.Zavqayev). 1996-cı ildə RF Prezidentinin səlahiyyətli nümayəndəsi kimi Çeçen Respublikasına (O.İ.Lobovun yanına) müvəqqəti ezam olunub.
Otasilio Kosta
Otasilio Kosta (port. Otacílio Costa) — Braziliyanın Cənub regionunun Santa-Katarina ştatında yerləşən bələdiyyədir. 2008-ci il məlumatlarına əsasən bələdiyyənin əhalisi 15693 nəfərdir. Ərazisi 924,2 km²-dir. Əhalinin sıxlığı 17,7 nəfər/km²-dir. Bələdiyyə 10 may 1982-ci ildə yaradılmışdır.
Paloma Kosta
Paloma Kosta (port. Paloma Costa) — Braziliyalı hüquq tələbəsi, sosioekoloq, velosiped fəalı, iqlim müəllimi və gənclərin səfərbərçisi. O, Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antoniu Quterreş tərəfindən İqlim Böhranı ilə Mübarizə və İqlim Dəyişikliyinin Qarşısının alınması üzrə Qlobal Fəaliyyət üzrə Gənclər Məsləhətçi Qrupuna təyin edilmiş yeddi gənc iqlim liderindən (18-28 yaş) biridir. == Fəaliyyəti == 2019-cu ildə Paloma Kosta Qreta Tunberq ilə birlikdə Nyu-Yorkda İqlim Fəaliyyəti Sammitinin açılışında çıxış edir. Çıxışı bəziləri tərəfindən dindən kənar kimi qiymətləndirilən "Bizə duaya ehtiyacımız yoxdur, hərəkətə ehtiyacımız var" ifadəsi tənqidlərə səbəb olur. Müsahibədə Kosta bildirir ki, “dünyada heç bir pul müqabilində” Amazonda meşələrin qırılmasına yardım edən bir şirkətdə işləyəcək. Üstəlik, mal əti tədarük zənciri ilə meşələrin qırılması arasındakı əlaqəni öyrənən kimi ət yeməyi dayandırmaq qərarına gəlir. O, həmçinin deyir ki, bacardıqca gündəlik gediş-gəlişi üçün velosipedindən istifadə edir, həmçinin bəzən əyləncələrə gedir. O, Angela Merkel və Mişel Baçelet ilə qısa söhbət etdiyini, öz ölkəsinin Jair Bolsonaru administrasiyasının heç bir nümayəndəsinin onuna söhbətləşmək istəmədiyini bildirir. Kosta Çili universitetində keçmiş mübadilə tələbəsidir və Çili Ali Məhkəməsində təlim keçmişdir.
Qoşayarpaq qoşma
Qoşayarpaq — Azərbaycan şeirinin nisbətən az işlənən növlərindən biri.Beş bəndlik qoşmadır. Birinci bəndi çarpaz (abab), qalan bəndləri isə qoşmada olduğu kimidir (vvvb, qqqb və i. a.). Əsas özünəməxsus xüsusiyyəti 2, 3, 4 və 5-ci bəndlərin ilk misrasının hərəsində iki həmqafiyə sözün işlənməsi və onların digər iki misrada da daxili qafiyə şəklində təkrar olunmasıdır.
Qoşma (dəqiqləşdirmə)
== Ədəbiyyat == Qoşma (ədəbiyyat janrı) — ədəbiyyatda janr. == Dilçilik == Qoşma (köməkçi nitq hissəsi) — 5 köməkçi nitq hissəsindən biri.
Rosa Kosta
Rosa Kosta (12 dekabr 1964) — İspaniyanı təmsil edən bədii üzgüçü. == Karyerası == Rosa Kosta İspaniyanı 1984-cü ildə Los-Anceles şəhərində baş tutan XXII Yay Olimpiya Oyunlarında təmsil edib. Rosa Kosta solo turnirdə təsnifat mərhələsində 17-ci pillənin sahibi olub.
Toni Kosta
Enton Çarlz “Toni” Kosta (ing. Antone Charles "Tony" Costa; 2 avqust 1944, ABŞ, Massaçusets, Uolpol – 12 may 1974, ABŞ, Massaçusets, Kembric) – 1969-cu ildə Truro şəhərində və ətrafında silsilə qətllər törətməklə məşhurlaşan amerikalı bir dülgər. == 1969-cu ildəki cinayətləri == Rayon prokuroru Edmund Dinisin mediaya verdiyi şərhdə “Hər qızın ürəkləri bədənlərindən çıxarılıb və qəbirlərində deyildi...” iddiası beynəlxalq diqqəti cəlb etdi. Dinis, həmçinin bədənlərdə diş izlərinin tapıldığını iddia etdi. Bu iddialar yerli və beynəlxalq KİV-lərin Massaçusets ştatı, yerli Provinstauna axın etməsinə səbəb oldu.Kosta yeddi qadını öldürməkdə şübhəli bilinirdi: Bonni Vilyams, Barbarı Spoldinq, Sidni Monson, Suzen Perri, Patrisiya Uolş və Meri Enn Vısotski. Lakin yalnız iki nəfəri öldürməkdə ittiham olundu: Uolş və Vısoski. 8 fevral 1969-cu ildə Patrisiya Uolş və Meri Enn Vısotskinin cəsədlərini axtararkən polis Suzan Perrini tapır. Perri əvvəlki əmək günündən bəri itkin düşmüşdü.Perrinin cəsədi səkkiz hissəyə bölünmüşdü. Meri Enn Vısotskinin cəsədi tapılanda onun başı və bədəni ayrıca basdırıldı. Çox keçmədən Uolş və Vısotskinin cəsədinin qalan hissəsi Kostanın marixuana yetişdirmək üçün istifadə etdiyi meşə sahəsində tapıldı.
Rui Koşta
Rui Koşta (29 mart 1972, Amadora[d], Lissabon dairəsi[d]) — Portuqaliyalı keçmiş futbolçu. Hazırda "Benfika" klubunun prezidenti. Koşta karyerasının böyük hissəsini Portuqaliyanın "Benfika" və İtaliyanın "Milan" və "Fiorentina" klublarında keçirib. Portuqaliya milli futbol komandasında 94 oyun keçirib. Dünya futbolunun ən yaxşı yarımmüdafiəçilərindən biri və Portuqaliyanın bütün dövrlər üzrə ən yaxşı oyunçularından biri kimi qəbul edilir.. Koşta adətən hücumameyilli yarımmüdafiəçi kimi oynayırdı və xüsusilə əla texnikası, oyun quruculuğu qabiliyyəti, meydanı əla görmə və yarımmüdafiədən qol vurmaq bacarığı ilə tanınırdı. == Karyerası == Rui Koşta karyerasına "Benfika" klubunda başlayıb.
4-koma
Yonkoma (4コマ漫画, "dörd bölməli manqa" və ya qısaca 4-koma) — komiks stripi formatı növü. Yuxarıdan aşağıya doğru sıralanmış dörd bərabərölçülü paneldən ibarət olur. Lakin bəzən peyda olduqları nəşrlərdən asılı olaraq sağdan sola sıralana və ya hibrid 2x2 stilində ola bilər. Yonkoma sözü yapon sözü olsa da, bu stil sadəcə Yaponiyada deyil, digər Asiya və ingilisdilli ölkələrdə də mövcuddur. == Tarixi == İlk yonkoma 1902-ci ildə Rakuten Kitazava (Yasuci Kitazava qələm adından istifadə edirdi) tərəfindən istehsal olunmuşdur. "Jiji Manga" adı bu yonkomanın Frank Artur Nankivell və Frederik Burr Opperin əsərlərindən təsirləndiyi güman olunur. == Strukturu == Ənənəvi yonkomanın strukturu kişotenketsu adlandırılan struktura əsaslanır. Bu söz aşağıdakı yapon kancilərinin birləşməsindən əmələ gəlmişdir: Ki (起): Hekayə üçün əsas qoyan birinci panel. Şo (承): Birinci paneldəki hekayəni inkişaf etdirən ikinci panel. Ten (転): Klimaks rolunu oynayan və hekayəyə gözlənilməzlik qatan üçüncü panel.