Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bromma
Bromma (fr. Brommat, oks. Brocmat) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Myur-de-Barre kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12036. Kommuna təxminən Parisdən 450 km cənubda, Tuluza şəhərindən 170 km şimal-şərqdə, Rodezdən isə 55 km şimalda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 710 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 421 nəfər (15-64 yaş arasında) 303 nəfər iqtisadi cəhətdən, 118 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.0%, 1999-cu ildə bu 68.9%).
Kirovka
Yaşayış məntəqələri AzərbaycandaKirovka (Ağstafa) — Ağstafa rayonunun Həsənsu kəndinin 29 dekabr 1992-ci ilə qədərki adı. Kirovka (Biləsuvar) — Biləsuvar rayonunun Günəşli kəndinin 1 sentyabr 2005-ci ilə qədərki adı. Kirovka (Saatlı) — Saatlı rayonunun Mircəlal kəndinin 7 fevral 1991-ci ilə qədərki adı. Kirovka (Şamaxı) — Şamaxı rayonunun Nağaraxana kəndinin 5 oktyabr 1999-cu ilə qədərki adı.
Koreka
Koreka (Koraka və ya yerli dialektdə Korika) — İtaliyanın Kalabriya regionunun Kozentsa vilayətinin Amanteya kommunasında fraksiya. == Coğrafiyası == === Sərhədləri və ərazisi === Korekanın qərbində Tirren dənizinin cənub hissəsi, cənubunda, Kampora San Covanni fraksiyası ilə sərhəddin başldığı yerdə isə Amanteya şəhəri yerləşir. Ərazisi əsasən qayalı burundan ibarətdir və şəhərin mərkəzi hissəsi düzənlikdə yerləşir. Fraksiyanın ərazisinə həm də dağlıq sahə və geniş çimərliklər daxildir. İqlim yumşaq və rütubətli qışla və günəşli günləri çox olan isti, quru və küləkli yayla xarakterizə olunan tipik Aralıq dənizi iqlimidir. == İqtisadiyyatı == Korekada və yaxınlıqdakı Kampora San Covannidə əsas gəlir mənbəyi 1960-cı illərdən populyar olan gözəl mənzərəli sahil xəttinin hesabına formalaşmış turizm və mehmanxana sektorudur. Həmçinin, ərzaq, mebel və avadanlıqlar istehsal edilən bəzi kiçik sex və fabriklər də fəaliyyət göstərir. == Kəndləri == 2017-ci ildən bəri Korekanın ərazisinə aşağıdakı kəndlər daxildir: == Abidələri və görməli yerləri == === Bizim mələklər anası kilsəsi === 1964-cü il oktyabrın 1-də Bizim mələklər anasına həsr edilmiş Koreka kilsəsinin tikintisinə başlanmış və 1965-ci ildə başa çatdırılmışdır. Kilsə müasir, lakin mülayim tərzdədir və 65 nəfər yerləşə bilir. Hər il 22 avqustda, şəhərin qoruyucu müqəddəsinin anım günündə mərkəzi küçələrə gedən yürüş keçirilir.
Kvokka
Kvokka və ya Qısaquyruq kenquru (lat. Setonix brachyurus) — Kenqurular fəsiləsinə, Qısaquyruq kenqurular cinsinə aid olan yeganə növ. == Ümumi xüsusiyyətlər == Kvokkalar xarici görünüş baxımından kenqurular və vallabilərə nisbətdə quyruqları daha kiçik olur və müdafiə xarekteri daşıya bilmir. Böyük ölçülü ev pişiyi və ya orta ölçülü köpək boyda olurlar. Bədənin uzunluğu yarım metr, quyruğu isə 30 sm-dir. Çəkiləri 2,5 - 5 kq arasınfda dəyişir. Gecə həyat tərzi keçirir. Yırtıcılar qarşısında olduqca aciz olurlar. Bu səbəbdən Bold, Rottnest, Pinqvin adalarında və qitənin albani rayonu ərazisinə yayılmışlar. Bu ərazilərdə tülkü və pişiklərə rastlanmadığından bu canılar sərbəst şəkildə yayıla bilirlər.
Troyka
Troyka (at qoşqusu) — köhnə rus at qoşqusudur.
Karomia
Karomia (lat. Karomia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Kaoma
Kaoma - Fransadan olan musiqi qrupdur. == Tarixi == "Kaoma" musiqi qrupu 1989-cu ildə Fransada yaranmışdır. Musiqi heyətləri Latın Amerikası ölkələrindən təşkil olunmuşdur. Onların 1989-cu ildə ifa etdikləri "Lambada" mahnılası böyük populyarlıq qazanmışdı. Bu mahnı bütün ölkələrin hit paradı olmuşdur. 1998-ci ildə musiqi heyətləri ayrılmışlar. 2006-ci ildə onlar yenidən birləşmişlər.
Konka
Konka — relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsi, at-dəmiryolu. == Ümumi məlumat == XIX əsrin axırlarında Bakıda sərnişin daşımaq üçün relslər üzərində at qüvvəsi ilə hərəkətə gətirilən nəqliyyat vasitəsindən, konkadan da istifadə olunurdu. Bakıda “At-dəmir yolu səhmdar cəmiyyəti”nə məxsus ilk konka 1889-cu ildə işə salınmışdı. Yolun vəziyyətindən və yükün ağırlığından fərqli olaraq konkaya bir, iki və daha çox at qoşulurdu. Atlar vaqonu dartqıya bağlanmış yan qayışları vasitəsilə çəkirdilər. Dayanacaqlarda konkanı saxlamaq ucun əl ilə idarə olunan tormozlayıcı mexanizmdən istifadə olunurdu. Hərəkət zamanı sürücü bir əli ilə atların cilovunu, digər əli ilə isə həmin mexanizmin dəstəyini tuturdu. 1920-ci ilə yaxın konkanın 14,4 km-lik yolu, 44 vaqonu var idi. Konka əsasən, Vağzal-Bayıl, Vağzal-Şamaxinka, Bayıl-Şamaxinka və Vağzal-Qaraşəhər istiqamətində işləyirdi. Butun istiqamətlərdən gediş-gəliş haqqı beş qəpik idi.
Kroda
Kroda — pagan və folk metal üslubunda musiqi ifa edən Ukraynalı musiqi qrupu. Qrupun musiqi mətnlərinin mövzusu Təbiət, Paqanizm və Tarixdir. == Tarixi == === 2003 === Qrup iki musiqiçi Eisenslav və Viterzgir tərəfindən 2003-cü ilin mart ayında yaradılmışdır. Eisenslav və Viterzgir qrupu yaradarkən hər ikisi artıq başqa proyektlərdə təcrübəyə malik idilər. Eisenslav və Viterzgir avropa folklor musiqisi və pagan konsepsiyalı Black Metal ifa etmək üçün səylərini birləşdirmək qərarına gəlirlər."Kroda" sözü qədim qərbi slavyan dilindən götürülmüşdür və tərcümədə "dəfn tonqalının tüstüsü" mənasını verir. Əfsanəyə görə qəhrəmanların cəsədini tonqalda yandırdıqdan sonra onların ruhu tüstü vasitəsilə tanrıların dərgahına qalxırdılar. Tüstü bir növ Roda vasitəçi rolunu oynayırdı.Sanskrit dilində Kroda sözü qəzəb, şiddət mənasın verir. Beləliklə, adın mənası qrupun konsepsiyasını göstərir. Bu ilin may ayından oktyabr ayınadək qrupun debüt albomu "Поплач мені, річко…" yazılmışdır. === 2004 === 2004-cü ilin yazında qrup "Поплач мені, Річко… " Rarog Prodsda kaset variantın yazdırır.
Andras Ksonka
Andras Ksonka (1 may 2000, Budapeşt) — Macarıstan Nemzeti Baynoksaq təmsilçilərindən olan Ferentsvaroş klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Macarıstanlı futbolçudur. == Klub karyerası == === Ferentsvaroş === Ksonka Ferentsvaroş akademiyası vasitəsilə inkişaf etmişdir. Ksonka öz peşəkar karyerasında debütünü 17 may 2017-ci ildə Budafoki klubuna qarşı oyunda etmişdir. O, 46-cı dəqiqədə Roland Varqanı əvəz etmişdir. Maqyar Kubokunun final görüşündə Feretsvaroş rəqibinə 4-2 hesabı ilə qalib gəlmişdir. == Milli karyerası == 2017-ci ildə Ksonka Macarıstanın gənclərdən ibarət milli komandası ilə Xorvatiyada keçirilən UEFA Avropa U-17 Çempionatında iştirak etmişdir. Turnirdə Ksonka Fransa, Şotlandiya, Farer adaları və Türkiyə milli komandalarına qarşı oyunlarda meydana çıxmışdır. == Karyera statistikası == === Klub === 4 İyun 2017 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Macarıstan Superkuboku görüşləri daxildir.
Aromia tenuifolia
Amblyopappus (lat. Amblyopappus) — astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Amblyopappus pusillus Sinonim Amblyopappus pauciflorus Phil. Amblyopappus pusillus var. pauciflorus (Phil.) Reiche Aromia tenuifolia Nutt.
Karmin Krokko
Carmine Crocco (5 iyun 1830, Rionero-in-Vulture[d], Bazilikata – 18 iyun 1905 və ya 8 (21) iyun 1905, Portoferrayo[d], Toskana) — Donatello və ya Donatell kimi tanınan İtaliyan qulduru. == Həyatı == O, əvvəlcə Burbonda, sonra isə Cüzeppe Haribaldinin dəstəsində mübarizə aparıb. Tezliklə İtaliyanın cənubunda, iki min nəfərlik ordu formalaşdırıb və Burbon tərəfdə ən qorxulu, aparıcı liderlərdən olub. O, pusqu quraraq su təchizatının kəsilməsi, un anbarlarını dağıtmaqla, teleqraf məftillərinin qırılması və s. kimi özünün partizan taktikası ilə məşhurdur. Bu gün cənubi İtalyanın bir çox xalqı və xüsusilə də doğma rayonu Basilicata onu xalq qərəmanı sayırlar.
Kirovka (Ağstafa)
Həsənsu (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Ağstafa rayonunun Kirovka kəndi Həsənsu kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 8 iyun 1999-cu il tarixli, 680-IQ saylı Qərarı ilə Ağstafa rayonunun Həsənsu kəndi Vurğun qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Həsənsu kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == == Tarixi == Kənddə vaxtı ilə Qafqaz almanları yaşamışdır. Onlar kəndi Qrünfeld olaraq adlandırırdılar.
Kirovka (Biləsuvar)
Günəşli (əvvəlki adı: Kirovka) — Azərbaycan Respublikasının Biləsuvar rayonunun Günəşli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2005-ci il tarixli, 976-IIQ saylı Qərarı ilə Biləsuvar rayonunun Kirovka kənd inzibati ərazi vahidi tərkibindəki Kirovka kəndi Günəşli kəndi, Kirovka kənd inzibati ərazi vahidi Günəşli kənd inzibati ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi Rusiyanın köçürmə siyasəti nəticəsində rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi ilə əlaqədar olaraq 1905-ci ildə yaranmış və Alekseyevka adlandırılmışdı. Sovet hakimiyyəti illərində S. M. Kirovun (1886–1934) adı ilə Kirovka adlandırılmışdır. 1998-ci ildən kəndin adı Azərbaycan yazıçısı M. C. Paşayevin şərəfinə Mircəlal kimi rəsmiləşdirilmişdir. Memorial toponim olmuşdur. Kənd 2005-ci ildən Günəşli adlanır. == Tarixi == Kənd Nadir şah dövründə onun qışlaq etdiyi ərazilərdən biri olub. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Muğan düzündə, rayonun qərbində, rayon mərkəzindən təxminən 7–10 km məsafədə yərləşir.
Kirovka (Saatlı)
Mircəlal (əvvəlki adı: Kirovkənd; Kirovka) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Saatlı rayonunun Kirovka kəndi Mircəlal kəndi və müvafiq olaraq Kirovka kənd Soveti Mircəlal kənd Soveti adlandırılmışdır. == Toponimikası == Kəndin keçmiş adı Kirovkənd olmuşdur. Ağamalıyevka və Aqrabaz məntə­qələrinin birləşməsi nəticəsində yaradıl­mışdır. Görkəmli yazıçı Mircəlal Paşayevin adı ilə adlandırılmışdır. Antropooykonimdir. == Tarixi == == Coğrafiyası və iqlimi == == Əhalisi == Əhalisinin sayı 2360 nəfərdir. == Din == Kənddə Mircəlalkənd kənd məscidi dini icması fəaliyyət göstərir.
Kirovka (Şamaxı)
Nağaraxana (əvvəlki adları: Maryevka; Kirovka) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şamaxı rayonunun Kirovka kənd inzibati-ərazi vahidi tərkibindəki Kirovka kəndi Nağaraxana kəndi, Kirovka kənd inzibati-ərazi vahidi Nağaraxana kənd inzibati-ərazi vahidi adlandırılmışdır. == Toponimikası == Kənd qurulanda ilkin adı Maryevka olmuşdur. Kəndin əsasının 1830–1840-cı illər arası, çar Rusiyası dövründə əraziyə köçürülmüş malakan ailələrinin qoymuş olduğu düşünülür. Sovet dönəmində kəndin adı S.M.Kirovun şərəfinə Kirovka olaraq dəyişdirilmişdir, burada böyük kolxoz təsərrüfatı inkişaf etmiş və maldarlıq geniş yayılmışdır. Sovet İttifaqı dağılan zaman bir çox malakan ailəsi evlərini sataraq kənddən Rusiyaya köçmüş, kənd əhalisinin çox hissəsini isə Ermənistan SSR-dən köçmüş köçkünlər təşkil etmişdir. Müstəqillik illərində şəhərlər və kəndlərin adlarının bərpası nəticəsində 5 oktyabr 1999-cu ildə Kirovka kəndi yenidən Nağaraxana olaraq qeydə alındı. Günümüzdə Nağaraxana kəndi Pirqulu istirahət bölgəsinin ən məşhur turizm məkanıdır. == Tarixi == == Əhalisi == Kənd əhalisi 727 nəfərdir ki, onun da 383 nəfəri kişi, 344 nəfəri isə qadınlar təşkil edir.
Kirovka bələdiyyəsi
Biləsuvar bələdiyyələri — Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Krımda şərabçılıq
Krımda şərabçılıq- aparıcı kənd təsərrüfatı sahələrindən biridir. Artıq iki min ildən artıq mövcuddur. == Tarixi == === Qədim Dövr === Krımda şərabçılıq, Krımın qədim yunan yaşayış məntəqələrində başladı. İlk mərkəzlərdən biri qədim Hersonisos yunanlar tərəfindən tikilmişdir. Daha sonra Bosfor krallığında, Feodoro knyazlığnda və Krım yarımadasında, Genuya kaloniyalarında davam etdirildi. Krımda Osmanlı dövrü şərabçılar üçün elə də yaxşı olmadı. Səbəb İslam dininin şərabçılığa qoyduğu qadağa idi. Müsəlman şərabçıları bu içki istehsalı üçün çubuqlarla cəzalandırılmasına baxmayaraq, onlar şərab istehsalını tamamilə məhv etməyə gətirib çıxaran vergilərə tabe olmadılar. === Sovet Ittifaqı dövrü === 24 aprel 1914-cü il tarixli "Üzüm şərabları haqqında qanun" bu sahənin təhlükəsizliyinin qanunvericilik səviyyəsinə yüksəlməsinə səbəb oldu. 25 May 1985-ci ildə "Sərxoşluq və alkoqolizmə qarşı mübarizə haqqında" qərarın qəbul edilməsi Krım və Sovet şarabçılığına ziyan vurdu.
Məryəm Kromah
Məryəm Kromah (d. 1 yanvar 1994) — Liberiyanı təmsil edən yüngül atlet (sprinter). Məryəm Kromah Liberiyanı 2016-cı ildə Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Məryəm Kromah birinci dəfə Olimpiya Oyunlarına Braziliyanın Rio-de-Janeyro şəhərində qatıldı. XXXI Yay Olimpiya Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında Kromah 52.79 saniyə nəticəyə imza atdı və 5-ci yeri tutdu.
Probka ağacı
Probka qaraağac
Tromba Marina
Tromba Marina (dəniz trumpeti) (Çexcə Trumšajt.) — Musiqi aləti. Bu alət üçgən bir dabana dayanan kəsik konus şəklindəki bir gövdə boyundan ibarətdir. Adətən 4 və ya 7 fut (2 m)hündürlüyündə simli çalğı alətidir. Orta əsrlərin ruporuna (dənizdə danışmaq üçün istifadə olunan alət, megafon) bənzəməsi ilə onun adına bənzər adla adlandırılmışdır. Bu sim dayanmadan çalınır lakin bəzi nöqtələrdə simə yüngülcə toxunaraq təbii harmoniyalar çalınır. Alət 15-ci əsrdə İngiltərədə məşhur idi daha sonradan Avropaya yayıldı.
Karomia gigas
Karomia gigas (lat. Karomia gigas) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin karomia cinsinə aid bitki növü.
Koma
Koma və ya komatoz hal (yun. κῶμα - dərin yuxu) - mərkəzi sinir sisteminin proqressiv pozulması, zədələnməsi nəticəsində huşun itməsi, xarici qıcıqlara qarşı reaksiyasızlıq, get-gedə dərinləşən tənəffüs, qan dövranı və orqanizmin digər həyativacib funksiyalarının pozulması ilə xarakterizə olunan, kəskin inkişaf edən, ölüm öncəsi geridönəbilən ağır patoloji vəziyyət. Huşun dəyişməsinə nəzarət edin Müntəzəm olaraq zərərçəkəni müayinə edib, dəyişiklikləri qeyd edin. Nevroloji müayinə başın zədələnməsi olan zərərçəkənin vəziyyətinin qiymətləndirilməsinin asas hissəsidir və mütləq aparılmalıdır. Nevroloji müayinə AVPU va Qlazqo koma şkalası (QKS) ilə aparılır. Baş zədələnməsi olan zərərçəkənin tez-tez müayina edilmasi onun vəziyyətinin yaxşılaşması və ya pisləşməsinin tayin edilməsi üçün vacibdir. Ciddi nevroloji pozğunluğun alamətlərinə huşun səviyyəsinin ağırlaşması (keylaşma→ sopor koma va ya Qlazqo koma şkalasının 2 va daha çox bal azalması), baş ağrılarının artması, bəbəyin birtərəfli genişlənməsi və birtərəfli zaiflik aiddir. Əmin olun ki, hipoksiya va şok huşda olan dəyişikliklərin əsas səbəbi deyil. Başın və boyunun vəziyyətini stabilləşdirən zaman zərərçəkənin huşunun səviyyəsinə va tanaffusünə nəzarət edin. == Səbəbləri və təsnifatı == === Mərkəzi koma === === "Süni koma" ya "süni yuxu" === "Süni koma" təbabətdə geniş istifadə olunan termin olub, dərman preparatlarının xüsusilə hypnotik, sedativ, opioidlərin köməyi ilə məqsədyönlü şəkildə pasientin intensiv müalicə məqsədilə müddətli dərin yuxuda saxlanılmasına deyilir.
Roma
Roma (it./lat. Roma) — İtaliyanın paytaxtı, eyni zamanda Roma əyalətinin və Latsio regionunun inzibati mərkəzi. 2,8 milyon nəfər əhalisi olan şəhər Tibr çayı üzərində yerləşir. Roma İmperiyasının paytaxtı olmuş Roma Avropanın ən qədim şəhərlərindən olub çox vaxt "əbədi şəhər", yaxud yeddi təpə üzərində yerləşdiyindən "yeddi təpə şəhəri" adlandırılır. == Tarixi == Rəvayətə görə e.ə. 21 aprel 753-cü ildə Romul tərəfindən bünövrəsi qoyulmuşdur. Qədim Roma səlnaməçisi Liviusa görə hər şey latınların paytaxtı Alba Lonqanın hakimi Numitorun qardaşı Amuli tərəfindən devrilməsindən başlanmışdır. Qisasdan ehtiyat edən Amuli Numitorun qızı Rea Silvianın və Marsın oğulları Romul və Remi toxunma səbətə qoyaraq Tibr çayına atır. Xoşbəxtlikdən çayın sahilinə yan almış səbəti bir canavar taparaq əkizləri əmizdirir. Bir qədər sonra çoban Faustul canavarın əmizdirdiyi əkizləri aşkar edərək övladlığa götürüb böyüdür.