Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Karkemiş
Karkemiş tarixi Erkən Mis dövrü ilə bağlı olan və hal-hazırda Türkiyə ilə Suriya ölkələrinin ərazilərinsə yerləşən qədim şəhər. Xet və Assuriya İmperiyası dövrlərində önəmli şəhərlərdən biri olan Karkemiş Roma dövründən sonra önəmini itirməyə başlamışdır. Ən qədim yazılı mənbələrdə yalnız Aplahandanın hakimiyyəti dövründə adı qeyd edilən Karkemişin bu dövrlərdə vassal bir şəhər olduğu və yerli xalqın ticarət etdiyi ərazi olduğu müəyyən edilmişdir. Aplahandanın oğlu Yahdul-Limin ölümündən sonrakı üç əsrlik dövr haqqında məlumatın olmadığı qədim şəhər növbə ilə Mitanni, Misir, Xetlər, Assuriya, Yeni Babil, Əhəmənilər, Makedoniya, Selevkilər və Romanın hakimiyyəti altına keçmişdir. Siro-Xetlər dövründə ən parlaq dövründə yaşayan Karkemiş şəhəri orta əsrlərdən sonra tamamilə tərk edilmişdir. Hündürlüyü 370 metr olan tarixi məkanın Türkiyə ərazisində yerdə qalan hissəsinin qeydiyyatı 28 avqust 1986-cı il tarixində baş tutmuşdur. 1699-cu ildə tapılan qədim şəhərin ərazisində 1910-cu illərdə Britaniya Muzeyi tərəfindən bir neçə dəfə qazıntı işləri aparılmışdır. Türkiyə Respublikasının elanından sonra hərbi qadağa qoyulan əraziyə çevrilən Karkemiş şəhərində növbəti qazıntı işlərinin aparılması 2011-ci ildə mümkün olmuşdur. Sonuncu qazıntı işləri isə 2012-ci ildə baş tutmuşdur. Suriya dövləti ərazisində yerləşən xarici ərazidə isə 2006 və 2010-cu illərdə qazıntı işləri həyata keçirilmişdir.
Kutalmış
Kutalmış tam adıyla Ümeyr bin Şuyyim bin Amr Arslan Yabqu bin Kutalmış' (Ərəb əlifbası ilə: قتلمش) (ö. 1077) Atası Arslan Yabqudur. Səlcuqlu sultanı Toğrul bəyin əmisi oğludur. O, sonradan Toğrul bəyə üsyan etmişdir. Oğlu Kutalmışoğlu Süleyman şah Rum sultanlığını qurmuştur. "Xoşnəxtlik almış" və "mübarək, uğurlu" mənasında bir ad olan Kutalmış, qaynaqlardaki yazılışlarına görə "Kutulmuş, Kutlamış" kimi şəkillərdə də oxuna bilinir. Prof Dr. Mikail Bayram (Selçuk Üniversitesi Fen-Edebiyat Fakültesi Öğretim Üyesi). Türkiye Selçukluları Döneminde Bilimsel Ortam ve Ahiliğin Doğuşuna Etkisi neşr. Ekber Feyyaz (Tahran 1371).
Yarılmış meandr
Yarılmış meandr (rus. прорванный меандр, ing. cut-off meander) — adətən daşqın zamanı çay meandr boğazını daha qısa yol ilə kəsərək yeni yataq əmələ gətirir. Köhnə yataq quruyaraq onun yerində planda nal şəkilli axmaz yaranır.
Kartlis Deda
Kartlis Deda (gürcücə: ქართლის დედა; "Gürcüstanın Anası") — Gürcüstan paytaxtı Tiflis şəhərinin simvolu hesab edilən heykəl. Tiflisin yaradılmasının 1500 illiyi münasibətilə, 1958-ci ildə Sololaki təpəsində ucaldılıb. Gürcü heykəltaraş Elquca Amaşukelinin yaratdığı bu alüminium heykəlin hündürlüyü 20 metrdir. Heykəl əynində gürcü milli geyimi olan qadın fiqurudur. Gürcü milli xarakterini sərgiləyən heykəlin bir əlində şəhərə dost kimi gələnlərə şərab süzmək üçün kuzə, digər əlində düşmən kimi gələnləri qarşılamaq üçün qılınc vardır.
Kartlis tsxovreba
"Kartlis tsxovreba" ( gürc. ქართლის ცხოვრება "Gürcülərin həyatı", yaxud "Kartli həyatı"), VIII əsr ərəfəsində yazılmağa başlamış və zaman-zaman – XIX əsrə qədər, əlavələr edilmiş gürcü əlyazmaları toplosu. "Kartlis tsxovreba" iki hissəyə ayrılır: 1."Qədim Kartlis tsxovreba"; 2."Yeni Kartlis tsxovreba". "Qədim" Gürcüstanın XIV əsrə qədərki, "Yeni" isə Gürcüstanın XIV əsrdən XVIII əsrə qədərki tarixini əhatə edir. "Qədim Kartlis tsxovreba"nın XV—XVII əsrlərə aid bir neçə siyahısı qalmışdı. XVIII əsrdə çar VI Vaxtanq tərəfindən yaradılmış komissiya (Beri Eqnataşvili rəhbərliyi ilə) Gürcüstanın XIV—XVIII əsrlər tarixini tərtib etdi. XIX əsrdə "Kartlis tsxovreba"ya XVII—XVIII əsrlərə aid bir sıra tarixi mövzularda məqalələr də əlavə edildi. "Kartlis tsxovreba"da başlıca olaraq Gürcüstanın siyasi tarixi təsvir edilir və bir çox hallarda orada yazılanlar qeyri-gürcü tarixçilərinin yazdıqları ilə üst-üstə düşür. "Qədim Kartlis tsxovreba" tarix mövzusunda 10 məqalədən ibarətdir. "Kartli çarlarının həyatı" — Leonti Mroveli , XI əsr.
Əhməd Yaramış
Ahmet Yaramış (türk. Ahmet Yaramış; 1968, Çorum) — türk professor. 20 aprel 2020-ci ildə, prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Türk Tarix Cəmiyyətinin rəhbərliyinə təyin edildi, 22 iyul 2020-ci ildə istefa etdi. 1968-ci ildə Çorumda anadan olan Yaramış, ibtidai və orta təhsilini Amasya şəhərinin Merzifon ilçəsində oxumuş, daha sonra orta məktəb təhsilini İskilipdə tamamlamış, universitet təhsilini isə Ankara Universiteti dil və tarix-coğrafiya fakültəsində almışdır. Qazi Universiteti (1993) ve Konnektikut universitetində (1996) magistr təhsili almışdır. Daha sonra “II Mahmud dövründə Asakir-i Mansure-i Muhammediye, 1826-1839” adlı tezis ilə Ankara Universitetində doktoranturanı müdafiə etmişdir. 1991-1993-cü ildə Ankaranın Gölbaşı mahalında Milli Təhsil Nazirliyində tarix müəllimi olaraq çalışdı və 1993-cü ildə Afyon Böyüktəpə Universiteti dil və ədəbiyyat fakültəsi tarix bölməsinin tədqiqatçı köməkçisi vəzifəsinə təyin edildi. 2002-ci ildə köməkçi dosent, 2008-ci ildə dosent, 2014-cü ildə professor oldu. 20 aprel 2020-ci ildə Türk Tarix Cəmiyyətinin prezidenti vəzifəsinə başladı və 22 iyulda istefa verdi.
İosif Karakis
İosif Yuliyeviç Karakis (ukr. Йосип Юлійович Каракіс, rus. Иосиф Юльевич Каракис; 16 (29) may 1902, Balta[d], Balta qəzası[d], Podolsk quberniyası[d], Rusiya imperiyası – 23 fevral 1988, Kiyev) — ən məhsuldar sovet memarlarından biri kimi tanınan sovet memarı, rəssam və pedaqoq. Keçmiş Sovet İttifaqında və onun hüdudlarından kənarda Ukrayna konstruktivizminin qısa dövrünün ustası və tarixi abidələrin qorunması uğrunda fəal mübariz kimi tanınan dünya səviyyəli memar. Mütəxəssislərin fikrincə, müəllifin 1930-cu illərin yaşayış və ictimai binalar üçün bir çox innovativ ideyaları hələ də yeni və aktualdır, memarın planları öz dövrünü xeyli qabaqlayırdı. İosif Karakis SSRİ-nin bir çox şəhərlərində sonradan memarlıq abidəsinə çevrilmiş onlarla binanın və bir sıra standart layihələrin müəllifidir. Ümumilikdə onun layihələri üzrə 4500-dən çox məktəb binası tikilmişdir (inşaatlar bu gün də davam edir). İosif Karakis 29 may 1902-ci ildə Balta şəhərində Turbov qəsəbəsindəki şəkər zavodunun işçisi və şəriki Yuliy Borisoviç Karakis (1879–1943) və Frida Yakovlevna Karakisin (qızlıq soyadı Qeybtman) ailəsində anadan olub. İosif ailənin böyük oğlu idi. Onun kiçik qardaşı David Yulieviç Karakis hərbi həkim peşəsini seçmiş, polkovnik rütbəsinə qədər yüksəlmiş, Böyük Vətən Müharibəsi illərində ordu epidemioloqu (sanitar-epidemioloji dəstənin rəisi) olmuşdur.
Karlis Kepke
Karlis Kepke (6 noyabr 1890 — ölüm tarixi məlum deyil) — Latviyalı keçmiş peşəkar velosiped yarışçısı. Karlis Kepke Rusiyanı 1912-ci ildə V Yay Olimpiya Oyunlarında təmsil etdi. Karlis Kepke birinci dəfə Olimpiya Oyunlarına 1912-ci ildə qatıldı. O, Stokholmda baş tutan V Yay Olimpiya Oyunlarında iki yarışda iştirak etdi. Yarışı sona qədər başa vura bilmədi.
Karlis Ulmanis
Karlis Ulmanis (latış. Kārlis Augusts Vilhelms Ulmanis‎; d. 4 sentyabr 1877, Berze kəndi, Latviya – ö. 20 sentyabr 1942, Krasnovodsk, Türkmənistan SSR, SSRİ (indiki: Türkmənbaşı, Türkmənistan)) — Latviyalı Siyasətçi və Dövlət Xadimi; Latviya Respublikasının 4-cü Prezidenti (11 aprel 1936 — 21 iyul 1940) olub. Karlis Ulmanis 4 sentyabr 1877-ci ildə Latviya Respublikasının Berze kəndində kəndli ailəsində anadan olmuşdur. Ailədə üçüncü oğlan uşağı idi. 1918-ci ilin noyabrında Latviya istiqlaliyyətini elan edəndən sonra Karlis Ulmanis ölkənin ilk Baş naziri olur. 1886-1889-cu illərdə qəza məktəbində təhsil almışdır. 1940-cı ildə Sovet ordusu bu ölkəni tutarkən Ulmanis ölkənin 4-cü prezidenti idi. 20-22 il əvvəl həm Bolşevik ordusuna, həm Alman ordusuna, həm də ağqrvardiyaçılara qarşı əlində silah istiqlaliyyət uğrunda vuruşmuş, yaralanmış Ulmanis indi müqavimətin mənasız olduğunu görüb, müqavimətdən imtina edib, istefa verməyə razı olur.
Karlis Skalbe
Karlis Skalbe (latış. Kārlis Skalbe‎; 7 noyabr 1879, Vetspiebalqada[d] – 14 aprel 1945 və ya 6 aprel 1945, Stokholm) — Latviya yazıçısı və ictimai xadimi. Karlis Skalbe 1879-cu il noyabrın 7-də Rusiya imperiyasının Livoniya quberniyasının Venden rayonundakı Vetspiebalqada kənd dəmirçisinin ailəsində anadan olub. Atası oğlan 8 yaşında olanda dünyasını dəyişir və o, yerli Hernquter icmasının bir hissəsi olan çox kasıb və çox dindar anasının təsiri altında formalaşdırır. Yay aylarında o, çoban işləyir, erkən yeniyetməlik illərində yerli məktəb müəllimi Peteris Ceriņsin şeirlər kitabını oxuyaraq şeirlə maraqlanır. Artıq 12 yaşında özü yazmağa başlayır. Vespiebalqa paroxial məktəbini bitirmişdir (1893). Müəllimlik imtahanını verdikdən sonra (1901) Erql məktəbində müəllim işləmişdir (1901–1904). 1905-ci il Birinci Rus İnqilabı zamanı o, müxalif "Kavi" jurnalının redaktoru olub. Reaksiya başlayandan sonra mühacirət etmək məcburiyyətində qalır, Finlandiya və Norveçdə yaşayır (1906–1909).
Dostluqdan Yaranmış (1973)
Film sovetlər ölkəsinin beynəlmiləlçiliyindən, Bakı Maşınqayırma Zavodunun işçilərinin Rustavi, Çelyabinsk, Tümen və digər şəhərlərin zavodlarının fəhlələri ilə dostluğundan bəhs edir. Kinolentdə Keşlə Maşınqayırma Zavodunda ölkəmizin bütün neft rayonları üçün avadanlıq yaradılmasında təkcə bakılıların əməyi deyil, Moskva, Riqa, Oryol və Qorki şəhərlərinin müxtəlif zavodlarının fəhlələrinin iştirakı da öz əksini tapmışdır. Filmin kadrları Keşlə Maşınqayırma Zavodunda, Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, habelə Çelyabinskin traktor və Kiyevin "Bolşevik" zavodlarında çəkilmişdir.
Palıda sarılmış üzüm
Palıda sarılmış üzüm — Vahid Məmmədlinin postmodern ədəbiyyatın seçilən nümunələrindən olan romanı. Vasif və Ünal adlı iki gəncin uşaqlıqdan yetkinlik çağlarına qədər yaşadıqları rəngarəng və keşməkeşli həyat hekayələrinin toplusu olan romandakı hər bir hekayət ayrılıqda öz süjet xətti və bədii həlli ilə bir roman qədər müstəqil və orjinaldır. Romanın əsas ideyası təbiətin bir parçası olmağın insanı sevdiklərini, dünyanın gözəlliyini qorumağa sövq etdyini anladır. İnsan öz yolundan dönmürsə, sevgisinə inanıb sahib çıxırsa, təbiət və kainat da onu əbədi məhəbbətinə qovuşdurur. Həqiqi sevgi dünyada gözəl iz buraxır, hər kəsin görmək istədiyi minillik palıda sarılmış üzüm tənəyi kimi... İnsanın özü də təbiət qədər bir möcüzədirsə, həyatda baş verənlər də möcüzəvi sonluğa çatır. Reallıqların sərhədinin silindiyi roman, əslində, gənclərin tutmağa həvəsli olmadıqları gündəlikləri, insanın uşaqlığından kamilliyə qədərki tale yolunun, həyata tutunması təməlinin bədii təzahürüdür.
Dostluqdan yaranmış (film, 1973)
Film sovetlər ölkəsinin beynəlmiləlçiliyindən, Bakı Maşınqayırma Zavodunun işçilərinin Rustavi, Çelyabinsk, Tümen və digər şəhərlərin zavodlarının fəhlələri ilə dostluğundan bəhs edir. Kinolentdə Keşlə Maşınqayırma Zavodunda ölkəmizin bütün neft rayonları üçün avadanlıq yaradılmasında təkcə bakılıların əməyi deyil, Moskva, Riqa, Oryol və Qorki şəhərlərinin müxtəlif zavodlarının fəhlələrinin iştirakı da öz əksini tapmışdır. Filmin kadrları Keşlə Maşınqayırma Zavodunda, Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda, habelə Çelyabinskin traktor və Kiyevin "Bolşevik" zavodlarında çəkilmişdir.
Yengicə-i Yaranmış (Mərənd)
Yengicə-i Yaranmış (fars. ينگجه يارانميش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 8 nəfər yaşayır (6 ailə).