Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Kərim
Kərim — kişi adı və təxəllüs. Bu adı olan tanınmış şəxslər Kərim Atayev — Texnika elmləri namizədi. Kərim Baqiri — İran futbolçusu Kərim Dünyamalıyev — yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, müharibə veteranı Kərim Ənsarifərd — futbolçu. Kərim Kərimov Kərim Kərimov (alim) — akademik, AMEA-nın fəxri üzvü. Kərim Kərimov (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı. Kərim Kərimov (geofizik) — Kərim bəy Novruzov — polkovnik Kərim Novruzov — Azərbaycanlı meyxanaçı Kərim Abdullayev — Bu təxəllüsü olan tanınmış şəxslər Əli Kərim — şair, tərcüməçi Vaqif Kərim — Azərbaycan şair-publisisti. Digər Kərim (Uçalı) Əl-Kərim — Allahın adlarından biri.
Nədim
Nədim (Əhməd Nədim; 1681[…], Konstantinopol – 1730[…], Konstantinopol) — Osmanlı şairi. == Həyatı == Nədim 1681-ci ildə Konstantinopolda doğulmuşdur. 1730-cu ildə Konstantinopolda vəfat etmiş, Qaracaəhməd qəbiristanlığında dəfn olunmuşdur. Osmanlı divan ədəbiyyatının ən önəmli şairlərindən olan Əhməd Nədim də xalq şeiri formalarında şeirlər yazmış, dünyəvi eşqi vəsf etmiş, şeirdə sünilikdən qaçaraq real həyat səhnələrinin təsvirinə meyl etmişdir. Nədim xalq şeir formalarına müraciət edən ilk osmanlı şairlərindən olmuşdur. AMEA M. Füzuli adına Əlyazmalar İnstitutunda osmanlı ədəbiyyatının klassiki Nədiminin əlyazmaları qorunur.
Qədim
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
Afina (qədim)
Afina (q.yun. Αθήναι) — Qədim Yunanıstanın Attika əyalətində şəhər-dövlət. == Tarixi == E.ə. XI–IX əsrlər Yunanıstan tarixinin "Homer dövrü" adlanır. Yunanıstanda təsərrüfat, sənət, ticarət inkişaf etmişdi. İbtidai icma quruluşu quldarlıqla əvəz olunmuşdu. Orta Yunanıstanda Afina, Cənubi Yunanıstanda Korinf, Sparta, Egey dənizi sahillərində Milet, Samos, Efes, Rodos kimi şəhər dövlətlər yaranmışdı. Orta Yunanıstanın cənub-şərqindəki Attika adlı böyük yarımadada geniş düzənliyin ortasında yerləşən sıldırım təpədə e.ə. II minillikdə Afina şəhəri salınmışdı. Təpənin zirvəsində ətrafına hasar çəkilmiş Akropol adlanan qala yerləşirdi.
Fatih Kərim
Fatih Kərim (tatar. Фатих Кәрим; 27 dekabr 1908 (9 yanvar 1909) – 19 fevral 1945) — Tatarıstan Sovet şairi. == Tarixi == 27 dekabr 1908-ci ildə (9 yanvar 1909) Aitovo kəndində (indiki Başqırdıstan Respublikasının Bijbulyakski rayonu) anadan olub. İlk təhsilini burada aldı, 1922-ci ildə Belebey Pedaqoji Texnikumuna daxil oldu. Sonra Kazan torpaq idarəçiliyi texnikumunda oxudu, respublika qəzet və jurnalları ilə əməkdaşlıq etdi, Tatizdatdakı uşaq və gənclər ədəbiyyatı redaksiyasında çalışdı. Kazanda, Kərim 1931-1941-ci illərdə Çernışevski (indiki Kremlin küçəsi) küçədəki 21-ci evdə yaşayırdı. Böyük Vətən müharibəsi üzvü. 17 yanvar 1945-ci ildə kiçik leytenant Fatih Valeyeviç Kərimov 3-cü Belorusiya Cəbhəsi 5-ci ordusunun 65-ci tüfəng korpusunun 144-cü tüfəng diviziyasının 226-cı ayrı-ayrı sapal taborunun sapyor tağımının komandiri təyin edildi. 1945-ci il fevralın 19-da Köniqsberq kənarında — Pobeda kəndində (indi - Kalininqrad bölgəsi) döyüş tapşırığını yerinə yetirərək öldü. Kalininqrad vilayətinin Baqrationovskdakı kütləvi məzarlığında dəfn edilmişdir.
Kəmaləddin Qədim
Kəmaləddin Qədim — azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Kəmaləddin Qədim 1957-ci il may ayının 24-də Naxçıvan MSSR-nin Sədərək rayonunda anadan olub. İxtisasca tarixçidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Kəmaləddin Qədim "Türk ədəbiyyatına xidmət" (Türkiyə) və "Vektor" Beynəlxalq Elm Mərkəzinin Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı laureatı, Prezident mükafatçısıdır. Kəmaləddin Qədim bir neçə Beynəlxalq Poeziya Mükafatları laureatıdır. == Yaradıcılığı == Ədəbiyyata, poeziyaya erkən yaşlarından maraq göstərir. Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edib. Şeirləri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları "Azərbaycan", "Ulduz" jurnallarında, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub. Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.
Kərim Məsimov
Kərim Məsimov (qaz. Кәрім Қажымқанұлы Мәсімов, 15 iyun 1965, Selinoqrad) — Qazaxıstan dövlət xadimi, vəkil. 8 sentyabr 2016-cı ildən etibarən Qazaxıstan Respublikası Milli Təhlükəsizlik Komitəsinin (KNB RK) sədri. İki dəfə Qazaxıstan Baş naziri (2007–2012, 2014–2016), Qazaxıstan Prezident Administrasiyasının rəhbəri (2012–2014), Milli Təhlükəsizlik general-leytenantı. == Bioqrafiyası == 15 iyun 1965-ci ildə Qazaxıstan SSR-in Tselinograd şəhərində anadan olub. Milliyyətcə uyğur. Atası Kazımkan Kasımoviç Massimov müxtəlif rəhbər vəzifələrdə işləyirdi (xüsusən Burundai divar materialları istehsalat birliyinin direktoru, Qazaxıstan SSR Nazirlər Soveti yanında Glavtopsnab rəhbərinin müavini, direktor bundan əlavə, "Qazaxıstanın Milli Aqrosənaye Palatası" və Qazaxıstan Yoga Birliyi ictimai təşkilatlarında prezident idi. Anası — Eleonora Kərimovna Əjibekova. Beynəlxalq hüquq üzrə mütəxəssis, iqtisadçı. İqtisad elmləri doktoru.
Kərim Novruzov
Ağakərim (tam adı: Kərim Novruzov; 1 may 1964, Maştağa, Bakı, Azərbaycan SSR) — Azərbaycan meyxanaçısı. == Həyatı == === Erkən illəri === 1964-cü ildə Bakının Maştağa kəndindən anadan olmuşdur. 1981-ci ildə 209 saylı orta məktəbi bitirmişdir. Təhsil illərində onda ədəbiyyata həvəsi bu fənnin müəllimi Seyidxanım Yəhyayeva oyatmışdır. === Yaradıcılığı === Meyxana marağı qonşusu Ağasəlim Çıldağın audio kasetlərindən sonra yaranıb. 1991-ci ildə Azərbaycan Respublikası üzrə keçirilən meyxana müsabiqəsinin qalibi, 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medalı alıb. 2001-ci ildə "Bu gedər, o biri gələr" adlı albomu işıq üzü görmüşdür. === Şəxsi həyatı === Bir müddət diabetdən əziyyət çəkən meyxanaçı, 2017-ci ilin mart ayında insult keçirib. 2021-ci ilin dekabr ayında 2-ci dəfə insult keçirib.
Kərim Odər
Kərim İbadulla oğlu Odər (1901, Bakı – 19 noyabr 1981, Ankara) — Azərbaycan Dövlət xadimi, Musavat Partiyasının III başqanı. == Həyatı == Kərim İbadulla oğlu Odər 1901-ci ildə Bakıda anadan olub. Bakı Ticarət Litseyini bitirdikdən sonra, Azərbaycan Xalq Cumhuriyyəti (1918–1920) dövründə Xarici İşlər Nazirliyində özəl Qələm müdirliyi vəzifəsində çalışıb və o zaman Xarici İşlər naziri olan Nəsib bəy Yusifbəyli ilə yaxın münasibətdə olub. Həmin illərdə Kərim Odər gündüzlər işləyir, gecələr isə İqtisad fakültəsində təhsilini davam etdirirdi. 1920-ci il 27 aprel işğalından sonra Kərim Odər bir müddət Xarici İşlər nazirliyindəki işində çalışıb, lakin sonradan bolşeviklərin terror rejimi ilə ölkəni idarə etdiklərini görüb Azərbaycanı tərk etmək məcburiyyətində qalıb. Üç ilə qədər Tiflisdə qalan Kərim Odər burada iqtisad fakültəsini bitirib, bolşeviklərin əlinə keçməmək üçün Batuma qaçaraq oradan Türkiyəyə keçib. Bir müddət ticarətlə məşğul olan Kərim Odər, Türkiyə vətəndaşlığını qəbul etdikdən sonra Osmanlı Bankında yeddi ilə qədər işləyib, müdir müavini olub, Mərkəzi Bankda işə qəbul edilib. Son iş yeri Sumerbank Ümum Müdirliyində Bankaçılıq və Kredi İşlər Müdirliyində müşavir olan Kərim Odər 1966-cı ilə təqaüdə çıxıb. Kərim Odər rus, fransız dillərini sərbəst, fars, alman və ingilis dillərini isə orta dərəcədə bilirdi. Kərim Odər bir müddət Müsavat Partiyasının rəhbərliyində yer alıb, Partiya Məclisi başqanı olub, eyni zamanda Azərbaycan Kültür Dərnəyinin Fəxri Başqanı adını alıb.
Kərim Otarov
Kərim Otarov (qaraç.-balk. Отарланы Сарамурзаны жашы Керим; 15 may 1912, Tırnıauz – 13 oktyabr 1974, Nalçik) — Balkar şairi və tərcüməçisi. Kabardin-Balkar Respublikasının xalq şairi. == Bioqrafiya == 1912-ci ildə Qırxojan (indiki Kabardin-Balkar Respublikasının Elbrus rayonu Tırnıauz qəsəbəsi) kəndində kəndli ailəsində anadan olub. Pedaqoji məktəbi (1934), sonra Kabardin-Balkariya Universitetini (1963) bitirmişdir. 1938-1941-ci illərdə Kabardin-Balkar Muxtar Sovet Sosialist Respublikası Yazıçılar İttifaqına rəhbərlik edir. Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibədə yaralandığı üçün ordudan tərxis edilir. Balkar xalqı ilə birlikdə Qırğızıstan SSR-ə deportasiya edilmiş və Frunze şəhərində (indiki Bişkek) qəsəbələrdən birində yaşamışdır. Kərim Otarov 1956-cı ildə Nalçikə qayıdır.
Kərim Paşayev
Aşıq Kərim (2 fevral 1925, Ardanış – 1 dekabr 1999, Bakı) — aşıq. == Həyatı == 1925-ci il fevralın 2-də Göyçə mahalının Ardanış kəndində dünyaya göz açıb. Hələ uşaq yaşlarından şeirə, sənətə böyük maraq göstərib və 12 yaşından başlayaraq xalası oğlunun — Göyçənin tanınmış ustad aşıqlarından olan Aşıq Niftalının yanında şagirdlik etməyə başlayıb. Bu sənətin dərin incəliklərinə yiyələnən, sənəti gözəl tərzdə qavrayan Aşıq Kərim qısa müddət ərzində bu sənətdə məşhurlaşıb. Aşıq Niftalının ən bacarıqlı və ən çox sevdiyi şagirdlərindən biri olub. 1943-cü ilin fevralında Aşıq Kərimin 18 yaşı tamam olur və elə həmin ilin sentyabrın 22-də hərbi xidmətə yola düşür. Etdiyi xidmət boyu o sıravi əsgər-snayper olub. Böyük Vətən Müharibəsində faşizmə qarşı mərdliklə vuruşan Kərim döyüşdə göstərdiyi şücaətə, ciddi nizam-intizama görə dəfələrlə orden və medallarla təltif olunub. 1945-ci ildə faşizm üzərində qələbədən sonra ordudan tərxis olunan Kərim öz doğma yurd-yuvası olan Göyçə mahalının Ardanış kəndinə qayıdıb. Qayıtdıqdan sonra o ticarətlə məşğul olub.
Kərim Qasımov
Kərim Qasımov (Qasımov Kərim Qasım oğlu; 5 noyabr 1946, Cəhri, Naxçıvan rayonu) — Naxçıvan Meliorasiya və Su təsərrüfatının keçmiş naziri, Azərbaycan və İran hökumətlərarsı birgə komissiyanın üzvü, "Dövlət qulluğu" təqaüdçüsü, "Əməkdə fərqlənməyə görə" medalı laureatı. == Həyatı == Kərim Qasımov 5 noyabr 1946-cı ildə Naxçıvan rayonunun (indiki Babək rayonu) Cəhri kəndində qulluqçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Cəhri kənd orta məktəbinin birinci sinfinə daxil olmuş, 1963-cü ildə Naxçıvan şəhərindəki 2 nömrəli orta məktəbi bitirmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu, Sovet İKP MK yanında Moskva İctimai Elmlər Akademiyasının Bakı filialını və Marksizm-Leninizm kurslarını bitirmişdir. 1966–1967-ci illərdə Naxçıvan sovxoz şərabçılıq trestində mühəndis mikrobioloq vəzifəsində işləmişdir. Ailəlidir. 3 övladı var. == Siyasi fəaliyyəti == 1968-ci ilin martında Naxçıvan MSSR Nazirlər Sovetinin təşkilat təlimat şöbəsində təlimatçı vəzifəsinə təyin olunmuşdur. 1972-ci ildə Nazirlər Soveti sədrinin köməkçisi vəzifəsinə, 1973-cü ildən isə Naxçıvan MSSR Nazirlər Soveti işlər idarəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir. 1980-ci ildə Azərbaycan KP MK bürosunun qərarı ilə Naxçıvan rayonunun əvəzinə yaradılmış Babək rayonu Xalq Deputatlar Soveti İcraiyyə Komitəsinin sədri vəzifəsinə göndərilmşdir.
Kərim Qəriboğlu
Qərib Məmmədkərim oğlu (Yüzbaşı) Kərimov və ya Qərib Kərimoğlu (1870, Xaçmaz, Nuxa qəzası – 9 oktyabr 1926, Padar, Vartaşen rayonu) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Vartaşen nahiyəsi İcraiyyə Komitəsinin sədri, Əhrar Partiyasının üzvü. == Həyatı == Qərib Kərimoğlu 1870-ci ildə Xaçmazda doğulmuşdur. 1912-ci ildə qardaşı ilə birgə Padar kəndinə köçüb. O, Rusiya İmperator Ordusunun yüzbaşısı olmuşdur. Qərib Kərimoğlunun təşəbbüsü ilə 1912-ci ildə Almaniyadan ilk dəfə Azərbaycana taxıldöyən maşın gətirilmişdir. Hazırda həmin texnika qonşu kəndlərdən olan Yemişənlidəki bir həyətdə abidə kimi saxlanılır. Sovetləşmə zamanı bütün malını və texnikalarını sovet hakimiyyətinə təhvil vermişdir. Sovet hökuməti tərəfindən həbs edilmək istənilsə də, yerli əhali buna mane olmuşdur. Qərib Kərimoğlu 9 oktyabr 1926-ci ildə qəflətən vəfat etmişdir. 2012-ci ildə İsveçrə banklarının birindən Padar kəndinə Qərib Yüzbaşının orada 100 il öncə pul yatırdığı və faizlə birgə hesabına külli miqdarda pul yığıldığı barədə məlumat olan məktub gəlmişdir.
Kərim Ramazanov
Kərim Nəzir oğlu Ramazanov (1 mart 1947, İlisu, Qax rayonu – 29 yanvar 2012, Bakı) — texnika elmləri doktoru (1991), AMEA-nın müxbir üzvü (2001), iqtisadi inkişaf nazirinin energetika məsələləri üzrə baş müşaviri, Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı. == Həyatı == Kərim Ramazanov 1 mart 1947-ci ildə Azərbaycan Respublikası Qax rayonunun İlisu kəndində anadan olub. 1963-cü ildə İlisu kənd orta məktəbini bitirib. 1969-cu ildə Mühəndis elektromexanik ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Energetika fakültəsini bitirib. Universiteti bitirdikdən sonra ordu sıralarında xidmət edib. == Əmək fəaliyyəti == Kərim Ramazanov 1970-ci ildə Azərbaycan Elmi-Tədqiqat Energetika İnstitutunda əmək fəaliyyətinə başlayıb və müxtəlif vəzifələrdə çalışıb. O, 1980-ci ildə laboratoriya müdiri, 1981–1993-cü illərdə institutun elmi işlər üzrə direktor müavini, 1993–2002-ci illərdə isə direktor vəzifəsini icra edib. 1995-ci ildə birinci çağırış Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə 60 saylı Qax-Zaqatala Seçki Dairəsindən deputat seçilib. Parlamentin Büdcə Komissiyasının və İntizam Komissiyasının üzvü olub. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya daimi komissiyasının da üzvü olan Kərim Ramazanov ölkənin energetika sahəsinin fəaliyyətinə dair mühüm qanunların hazırlanmasında və qəbul olunmasında yaxından iştirak edib.
Kərim Rizayev
Kərim Novruz oğlu Rizayev (Rzayev) (25 dekabr 1914, Ordubad, Naxçıvan qəzası – 1 avqust 1995, Bakı) – metallurq, təsərrüfat rəhbəri, Sosialist Əməyi Qəhrəmanı (1980). == Həyatı == 1912-ci il dekabr ayının 25-də Ordubad şəhərində anadan olmuşdur. 1941-ci ildə Moskvada Əlvan Metallar və Qızıl İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə 1941-ci ildə RSFSR Sverdlovsk vilayətinin "Ural qızıl" trestində mühəndis kimi başlamışdır. Böyük Vətən müharibəsinin (1941–1945) iştirakçısıdır. Ordudan tərxis olunduqdan (1946) sonra Kalininqrad vilayətindəki Kəhrəba zavodunun direktoru (1946–1950), Kəhrəba fabrikinin rəisi, emal fabrikinin baş mühəndisi (1950–1953), Kəhrəba kombinatının baş mühəndisinin müavini (1953–1955) və kombinatın direktoru (1955–1962) olmuşdur. 1962-ci ildən Azərbaycan xalq təsərrüfatı sistemin də müxtəlif vəzifələrdə çalışmış, dağ-mədən və metallurgiya idarəsinin rəisi (1962–1965), Azərbaycan SSR Nazirlər Soveti yanında Əlvan Metallurgiya Birliyinin (1965–1979) və Azərbaycan Respublikası Əlvan Metallurgiya İdarəsinin (1979–1987) rəisi işləmişdir. Yüksək ixtisaslı mütəxəssis və bacarıqlı təşkilatçı olan Rizayev Azərbaycanda əlvan metallurgiyanın inkişafı üçün çox iş görmüş, bu sahədə səriştəli və hazırlıqlı mütəxəssislərin hazırlanmasına böyük əmək sərf etmişdir. Azərbaycan SSR Ali Sovetinin (9–10-cu çağırış) deputatı seçilmişdir. 1995-ci il yanvar ayının 1-də Bakı şəhərində vəfat etmişdir.
Kərim Sultanov
Kərim Xankişi oğlu Sultanov (16 aprel 1913, Traubenfeld, Qazax qəzası – 5 sentyabr 1975, Kirovabad) — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan SSR əməkdar artisti (1961). == Həyatı == Kərim Sultanov 16 aprel 1913-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Nuxaya köçərək burada ibtidai təhsil alıb. 1923-cü ildə Səməd Tağızadənin rəhbhərlik etdiyi dram dərnəyinə üzv olub. 1924-cü ildə ailəsi ilə Gəncəyə qayıdıb və şəhərdəki qadınlar klubunun dram dərnəyində müxtəlif rollar oynayıb. 1931-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olub. Kərim Sultanov Gəncə Dövlət Dram Teatrının direktoru Ələkbər Seyfinin təklifi ilə 1934-cü ildə teatrın aktyor truppasına qəbul olunub. Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra, 1945-ci ilin oktyabr ayında yenidən truppaya dəvət alıb. Sənət dostu Məmməd Bürcəliyevlə birlikdə yazdıqları "Yadigar" dramı 18 yanvar 1948-ci ildə Gəncə teatrında tamaşaya qoyulub. Aktyor 5 sentyabr 1975-ci ildə Kirovabadda vəfat edib və buradakı Səbzikar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.
Kərim Səncabi
Kərim Səncabi (11 sentyabr 1905, Kirmanşah – 4 iyul 1995) — Milli Cəbhəsindən olan İranlı bir siyasətçi idi.
Kərim Sərdarov
Kərim Əliqulu oğlu Sərdarov (6 iyul 1974; Sumqayıt, Azərbaycan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2008-ci ildə XIII Yay Paralimpiya Oyunlarında gümüş medala sahib olub. == Həyatı == Kərim Sərdarov 1974-cü il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şəxsi məşqçisi Əhməddin Rəcəblidir. == Karyerası == Kərim Sərdarov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. 1/4 final mərhələsində Yaponiya nümayəndəsi Haruha Hiroseya ipponla qalib gələn Kərim Sərdarov, 1/2 final mərhələsində Kuba nümayəndəsi Xuan Karlos Kortadanı da ipponla məğlub elədi və Paralimpiadanın finalı görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Antonio Tenorio Silva oldu. Həmin görüşdə rəqibinə məğlub olan Kərim Sərdarov, XIII Yay Paralimpiya Oyunlarının gümüş medalına sahib oldu. Kərim Sərdarov 2009-cu ildə Debretsen şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qalibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 16 fevral 2011-ci il tarixli Sərəncamına əsasən Kərim Əliqulu oğlu Sərdarov "Tərəqqi" medalı ilə təltif edildi.
Kərim Yusifov
Kərim Yusifov (tam adı: Kərim Həsrət oğlu Yusifov; 1 avqust 1995, Fəxralı, Goranboy rayonu – 27 sentyabr 2020, Tərtər rayonu ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsinin başladığı ilk anlarda şəhid olaraq müharibənin ilk şəhidlərindən biri oldu. == Həyatı == Kərim Yusifov 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub. 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2012-ci ildə həmin məktəbi bitirmişdir. == Hərbi xidməti == Hərbi xidmətini başa vurduqdan sonra Kərim Yusifov 17.12.2016-сı il tarixindən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq vəziyyətlə əlaqədar olaraq 26.09.2020 tarixində saat 13–00 –da geriyə hərbi hissəyə qayıdır. Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Kərim Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə (sentyabrın 27-də) şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Kərim xan
Kərim xan Kəngərli — Naxçıvan xanı. == Hakimiyyəti == Kəlbəli xanın ölümündən sonra Naxçıvan xanlığının idarəsini xanın böyük oğlu Nəzərəli xan öz əlinə aldı. Lakin tezliklə Kəlbəli xanın qardaşı oğlu Kərim xan Kəngərli hakimiyyəti öz əlinə keçirdi. Lakin o da hakimiyyətdə iki ildən artıq qala bilmədi. 1822-ci ildə Hüseyn Mirzə Naxçıvan xanlığının hakimi oldu. Bir il sonra isə, 1823-cü ildə Kərim xan yenidən hakimiyyətə qayıtdı. Kərim xan Kəngərlinin hakimiyyətdə olduğu dövr (1823–1827) ikinci Rusiya—İran müharibəsinin başlandığı dövrə təsadüf edir. Lakin Kərim xan yenə də hakimiyyətdə çox qala bilmədi. Şahzadə Abbas Mirzə onu Məhəmməd Bağırla əvəz etdi. O, şahzadənin etimadını doğrultmadığı üçün ikinci Rusiya—İran müharibəsi ərəfəsində sabiq Kərim xanla əvəz edildi.
Kərim Şükürov
Şükürov Kərim Kərəm oğlu (10 may 1956, Bərdə) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, AMEA-nın Elmi Şurasının sədri, A.A. Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, Azərbaycan Turizm və Menecment Universitetinin professoru. Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq İran və Rusiya imperiyası arasında əhalinin miqrasiyasının hüquqi-siyasi məsələlərini, miqrantların dinamikası və yerləşməsi məsələlərini, əhalinin öyrənilməsinin mənbələri və tarixşünaslığını, Azərbaycanın tarixi demoqrafiyasını tədqiq etmişdir. == Həyatı == Kərim Şükürov 1956-cı il may ayının 10–da Bərdə rayonunda anadan olub. 1962-ci ildə Bərdə şəhər 1 № li orta məktəbin birinci sinifinə gedib, 1972-ci ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. 1977–1980-ci illərdə Bərdə şəhər 1 № li orta məktəbində müəllim, direktor müavini, Bərdə rayon komsomol komitəsinin ikinci katibi işləyib. Bərdə şəhər sovetinin deputatı seçilib. 1980-ci ilin sentyabrında BDU-nun aspiranturasına (istehsalatdan ayrılmaqla) daxil olub, eyni zamanda universitetdə pedaqoji fəaliyyətə başlayıb. 1983-cü ildə aspiranturanı bitirdikdən sonra universitetə müəllim təyin olunub. Əvvəlcə (1983–1989) SSRİ tarixi (oktyabraqədərki dövr), sonra (1989-cu ildən) Azərbaycan tarixi kafedrasında pedaqoji fəaliyyətini davam etdirib.
Kərim Əhmədəliyev
Kərim Əhmədəliyev (tam adı: Kərim Rövşən oğlu Əhmədəliyev; 12 iyun 1998; Sumqayıt, Azərbaycan — 4 oktyabr 2020; Tərtər, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kərim Əhmədəliyev 1998-ci il iyunun 12-də Sumqayıt şəhərində anadan olub. 2005-2016-cı illərdə Sumqayıt şəhərində 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2016-2020-ci illərdə isə Azərbaycan Texnologiya Universitetində (ATU) "Menecment" ixtisası üzrə ali təhsil alıb. Subay idi. == Hərbi xidməti == Kərim Əhmədəliyev 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Kərim Əhmədəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kərim Əhmədəliyev oktyabrın 4-də Madagizin azad edilməsi zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Əhmədəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Kərim Əliverdizadə
Əliverdizadə Kərim Səlim oğlu (1 aprel 1911, Qaradağlı, Şuşa qəzası – 16 mart 1996) — Neft maşınqayırması sahəsində alim, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi, Azərbaycan SSR Əməkdar mühəndisi, görkəmli alim, texnika elmləri doktoru, professor Kərim Səlim oğlu Əliverdizadə 1911-ci ilin aprelin 1-də Qarabağın dilbər guşələrindən biri olan Ağdamın Qaradağlı kəndində dünyaya gəlib. K.S. Əliverdizadə 1930-cu ildə “Azneft” istehsalat birliyinin nəzdində açılmış üç illik Ali mühəndis-pedaqoji kursuna daxil olub, 1933-cü ildə həmin kursu uğurla bitirdikdən sonra qısa müddət təhsil kombinatının müdiri işləmişdir. 1934-cü ildə “Azneft” İB-nin göndərişi ilə keçmiş M. Əzizbəyov adına Azərbaycan Sənaye institutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olub, 1938-ci ildə oranı fərqlənmə diplomu ilə bitirərək mühəndis-mexanik ixtisasına yiyələnmişdir. K.S. Əliverdizadə 1938-ci ildə keçmiş “L. Şmidt” adına maşınqayırma zavodunda sıravi mühəndis-konstruktor kimi özünün mühəndis-texniki fəaliyyətinə başlamışdır. O, 1940-cı ilin noyabrından Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma institutunda (AzİNMAŞ) böyük mühəndis-konstruktor, baş mühəndis, elmi işlər üzrə direktor müavini, 1952-1954 cü illərdə isə “Nefqazlayihə” institutunun direktoru vəzifəsində işləmişdir. O, 1954-cü ildən 1974-cü ilə qədər AzİNMAŞda elmi işlər üzrə direktor müavini, 1972-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Mexanizm və maşınlar nəzəriyyəsi” kafedrasının professoru, 1974-cü ildən 1990-cı ilə qədər “Neft-mədən mexanikası, maşın və mexanizmləri” kafedrasının müdiri işləmişdir və 1990-cı ildən ömrünün sonuna qədər (16 mart 1996-ci il) həmin kafedranın professoru vəzifəsində fəaliyyətini davam etdirmişdir. K.S. Əliverdizadə “Neftin dərinlik nasos üsulu ilə çıxarılmasının köklü yenidənqurulması”na görə 1950-ci ildə SSRİ Dövlət Mükafatı Laureatına layiq görülmüşdür. O, 1954-cü ildə texnika elmləri namizədi, 1963-cü ildə texnika elmləri doktoru alimlik dərəcələrini, 1964-cü ildə professor elmi adını almışdır, 1981-ci ildən Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimidir. K.S. Əliverdizadəni mütəxəssislər neft quyularının ştanqlı nasos qurğusu ilə istismarı avadanlıqlarının, o cümlədən mancanaq dəzgahlarının tip-ölçü sıralarını yaradanlardan biri kimi tanıyırlar. K.S. Əliverdizadə ömrünün 60 ilini həm neft və qaz sənayesinin mexanikası, maşın və avadanlıqlarının inkişafı sahəsində elmə, həm də təhsil-tədris sahəsində mühəndis kadrların və alimlərin hazırlanması işinə sərf etmişdir.
Kərim Əliyev
Kərim Əliyev (kiçik gizir) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, Vətən müharibəsi şəhidi. Kərim Əliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Kərim Ənsarifərd
Kərim Ənsarifərd (3 aprel 1990, اردبیل) — futbolçu. == Həyatı == Kərim Ənsarifərid 3 aprel 1990-cı ildə Cənubi Azərbaycanın Ərdəbil şəhərində dünyaya gəlib. İran milli futbol komandasının Azərbaycan əsilli futbolçusudur. İranın milli futbol yığmasının tarixində qol vuran ən gənc oyunçudur.