Kərim Yusifov (tam adı: Kərim Həsrət oğlu Yusifov; 1 avqust 1995, Fəxralı, Goranboy rayonu – 27 sentyabr 2020, Tərtər rayonu ) — Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, İkinci Qarabağ müharibəsi şəhidi. İkinci Qarabağ müharibəsinin başladığı ilk anlarda şəhid olaraq müharibənin ilk şəhidlərindən biri oldu.
Kərim Yusifov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Fəxralı, Goranboy, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Tərtər, Azərbaycan |
Dəfn yeri | Fəxralı, Goranboy, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2013-2020 |
Rütbəsi | Əsgər, MAHHXHQ |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Suqovuşan döyüşü |
Təltifləri | 2020 2021 2020 |
Kərim Yusifov 1995-ci il avqustun 1-də Goranboy rayonunun Fəxralı kəndində anadan olub.[1] 2001-ci ildə Fəxralı kəndindəki T. Sadıqov adına Faxralı kənd tam orta məktəbinin 1-ci sinfinə qəbul edilmiş və 2012-ci ildə həmin məktəbi bitirmişdir.
Hərbi xidmətini başa vurduqdan sonra Kərim Yusifov 17.12.2016-сı il tarixindən Tərtər rayonunda N saylı hərbi hissədə MAXE hərbi qulluqçu kimi işə başlamışdır. 2020-ci ilin sentyabr ayında məzuniyyətdə olmasına baxmayaraq vəziyyətlə əlaqədar olaraq 26.09.2020 tarixində saat 13–00 –da geriyə hərbi hissəyə qayıdır. Azərbaycan Ordusunun MAXE hərbi qulluqçusu olan Kərim Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb və döyüşlərin ilk günündə (sentyabrın 27-də) şəhid olub. Goranboy rayonunun Fəxralı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.[3]
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Kərim Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.[4]